• en
  • ru

ASEPTİKA VƏ ANTİSEPTİKA

ASEPTİKA VƏ ANTİSEPTİKA

Cərrahiyyə – təbabət elminin aparıcı istiqamətlərindən biri olub, müalicəsində mexaniki təsir metod tələb olunan xəstəlikləri öyrənir. Bu sahədə əsas müalicə metodu cərrahi müdaxilə olmasına baxmayaraq, digər diaqnostika və müalicə metodları geniş istifadə olunur.
Cərrahiyənin inkişafında dahi rus cərrahı və anatomu hərbi – səhra cərrahiyə elminin banisi N.İ. Piroqovun (1810-1881) böyük xidmətləri olmuşdur. O, zədələnmələr, zədələnməyə ümumi və yerli reaksiyalar, yaralanmalar, onların gedişi və ağırlaşmaları haqqında elm yaratmışdır. Cərrahi müdaxilə zamanı ağrısızlaşdırma problemi ilə məşğul olarkən ümumi ağrısızlaşdırma metodunu o, təklif etmişdir. 1-ci dəfə o, müharibə şəraitində narkoz və gips sarğısını tibb bacılarını döyüş şəraitində yaralılara kömək göstərməyə cəlb etmişdir.
Son illərdə cərrahiyə elmi ayrı-ayrı sahələrə döş qəfəsi və uşaq cərrahiyəsi, anesteziologiya, reanimatologiya, transplantologiya və s . bölunmüşdür.Hal-hazırda ümumi cərrahiyə, travmatologiya, neyrocərrahiyə, onkologiya, urologiya, qastroenterologiya, və s. sahələri ayırd olunur.
Xəstəliklər arasında ümumi xəstəliklərin 15-20%-zi cərrahi xəstəliklərin payına düşür. Müharibə vaxtı, xüsusilə atom və nüvə silahı tətbiq edildikdə, cərrahi xəstəliklərin sayı xeyli artır. Piraqov müharibəni «travmatik epidemiya» adlandırmışdır. Kütləvi qırğın silahları, xüsusilə də nüvə silahının tətbiqi cərrahi xəstəliklərin sayını xeyli artırır. Nüvə silahının təsir amilləri zərbə dalğası, işıq şüalanması, ionlaşdırıcı radiasiya, ətraf mühitin radioaktiv zədələnməsidir. Hər bir amilin ayrılıqda insana təsiri aşağıdakı zədələnmələrə səbəb olur; 1) zərbə dalğasının təsiri nəticəsində müxtəlif mexaniki zədələnmələr – yara, əzilmə, sınıq, qapalı zədələnmələr, ümumi kontuziya və s. , 2) işıq şüalanmasının təsirindən – müxtəlif ağırlıq dərəcəsində işıq və termiki yanıqlar, 3) ionlaşdırıcı şüalanmanın təsirindən – şüa xəstəliyinin müxtəlif dərəcələri, 4) yerin radioaktiv zədələnməsinin təsirindən dərinin və dərin toxumaların yerli dəyişikliyi və şüa xəstəliyinin müxtəlif dərəcələri əmələ gələ bilər. Nüvə silahı partladıqda insana eyni zamanda bir deyil, bir neçə faktor birdən təsiredir. Eyni momentli və kütləvi xarakterindən başqa, belə zədələnmələr tez-tez qanaxma, şok, yara infeksiyası və s. kimi ağırlaşmalar verir. Beləliklə, müasir müharibələr şəraitində zədələnmələrin kütləvi və özünə məxsus xarakter daşıması, vaxtında ixtisaslaşdırılmış tibbi yardım, əsasən cərrahiyə xidmətinin rolunun artdığı məlumdur.
Müxtəlif mikrobların arasında elələri var ki, yara səthinə düşdükdə, yaralının və ya xəstənin orqanizmində yerli və ümumi ağırlaşmalar törədir. Bu mikroblar yara infeksiyaları adını almışdır, aşağıdakı əsas qruplara bölünür: 1) irinli infeksiya törədiciləri – stafilokokk, streptokokk, diplokokk, az rast gələnləri – qonokokk, bağırsaq və yatalaq çöpləri, göy irin çöpü və s.
2) anaerob infeksiya törədiciləri – qazlı qanqrena, tetanus, anaerob fleqmona və s.
Mikroblar orqanizmə müxtəlif yollarla daxil olur, əsas daxil olma yolları bunlardır; 1) təmas infeksiyası, bilavasitə üzərində mikroblar olan səthə toxunduqda baş verir; 2) damcı infeksiyası, 3) hava infeksiyası.
Bütün bu infeksiya növləri orqanizmə ətraf mühitdən daxil olur, ona görə də ekzogen infeksiya adlanır. Bundan başqa, qan və limfa cərəyanı ilə digər infeksiya ocağından yayılaraq orqanizmin başqa yerində infeksiya əmələ gələ bilər, buna endogen infeksiya deyilir.
Yuxarıda adı çəkilən infeksiyalar cərrahi yaraları ağırlaşdıran faktorlardır. Ona görə də bütün cərrahiyənin əsasını yara infeksiyasından profilaktika prinsipi təşkil edir.
Yara infeksiyasının profilaktikası və onunla mübarizə məqsədilə müasir cərrahiyə aseptika və antiseptikanın çoxsaylı və çox müxtəlif metodlarından istifadə edir.
Aseptika – yaraya infeksiya düşməməsi məqsədilə aparılan tədbirlər sistemidir. Beləliklə, aseptika yara infeksiyasının profilaktika metodur. Onun əsas qanunu odur ki, yara ilə təmasda olan hər bir əşya mikroblardan azad olmalıdır. Bunu həyata keçirmək üçün, müxtəlif vasitələrdən istifadə edilir; yüksək t-ra (buxarla, qaynatmaqla sterilizasiya), müxtəlif kimyəvi maddələrdən istifadə etməklə; spirt, yod və s.) Müasir cərrahiyə ultrasəslə, bəzi qazlarla, ionlaşdırıcı şüalanma ilə kimi metodlardan da istifadə olunur. Aseptikanın tədbirləri dedikdə, ağların, sarğı materiallarının, tikiş materiallarının, cərrahi alətlərin sterilizasiyası, cərrahın və onun köməkçilərinin əllərinin yuyulub hazırlanması, cərrahi müdaxilə səthinin təmizlənməsi başa düşülür.
Ağların və sarğı materialların sterilizasiyası, avtoklavlarda aparılır, sterializasiyaya nəzarət məqsədilə benzol turşusu və piramidon və ya rezorsin sınaq şüşəsinə yığılır və əgər prosesin sonunda bu maddələr əriyərək kütləyə çevrilsə deməli, sterilazasiya lazımi qədər aparılıb.
Cərrahi alətlərin sterilizasiyası xüsusi sterilizatorlarda aparılır, əvvəlcə mexaniki yolla yuyulur, sonra qabın içinə qoyulur, (su qaynadıqdan sonra), həmin suya 1-2 %-li soda məhlulu tökülür, fasiləsiz olaraq 20-30 dəqiqə ərzində qaynadılır.
Hava-damcı infeksiyasının profilaktikası məqsədilə, cərrahiyə otağında olan hər bir şəxs maska baxil geyməlidir, danışmaq qəti qadağandır, otaqda bakteresid lampalardan istifadə olunur.
Antiseptika – yarada mikrobların azaldılmasına və məhvinə səbəb olan tədbirlər sistemidir. Mexaniki, fiziki, kimyəvi, bioloji antiseptika ayırd olunur.
Mexaniki antiseptika – infeksiyalaşmış yaranın 1-cili cərrahi işlənməsidir, yəni yara kənarlarının və dibinin ölmüş toxumalarının və həyat qabiliyyətini itirmiş toxumalarının kəsilib atılmasıdır.
Fiziki antiseptika – elə metoddur ki, bu zaman yarada mikrobların artıb çoxalmaması üçün və zəhərli maddələrin sorulub toksiki təsir göstərməməsi üçün şərait yaradılır. Bura aiddir; hiqroskopik pambıq-tənzif sarğılarının qoyulması, quruducu tamponların, tozların, drenajın və havanın köməyindən istifadə edilir.
Kimyəvi antiseptika – elə kimyəvi maddələrdən istifadə edilir ki, mikrobların həyat fəaliyyəti üçün xoşagəlməz şərait yaradır, onların artıb çoxalması, inkişafı dayandırılır, və ya məhv edilir. Bunlar çox müxtəlifdir, ən çox istifadə ediləni aşğıdakılardır.
Argetium-nitrat 1: 500-1:3000 yumaq üçün, Brilliant yaşılı – 1%-li məhlulu yaraların işlənməsi üçün, yod, yodinol -1%-li yaraların, operasiya səthinin, əllərin yuyulması üçün, karbol turşusu – 2-5%-li məhlulu əlcəkləri, alətləri yumaq üçün, formalin, (40%), furasillin (1:5000), xloramin (0,5-2%) və s.
Bioloji antiseptika – inyeksiyalar (ə/d, v/d, müxtəlif boşluqlara), inqalyasiya yolu ilə həmçinin, antibiotiklərin yara səthinə, daxilinə tökülməsi ilə aparılır.

61