• en
  • ru

Tibb Dərsləri

  • ANATOMİYA HÜCEYRƏLƏR

    By Redaktor on 28/02/2015
    ANATOMİYA İnsan anatomiyası elmi tibbi-bioloji («bios»-həyat, «logos»-elm deməkdir) elmlərdəndir. Anatomiya yarmaq, təşrih etmək mənası verən yunan sözü «anatemno»-sözündən götürülmüşdür. Anatomiya elmi insan orqanizminin xarici formasından, daxili quruluşundan, inkişaf və mənşəyindən bəhs edən elmdir. Anatomiya fiziologiya ilə vəhdət təşkil edir və bir-birilərini tamamlayır. İnsan anatomiyası hüceyrənin quruluşunu öyrənən sitologiya və toxumaların strukturunu araşdıran histologiya ilə ayrılmaz vəhdət təşkil edir. Orqanların, toxumaların, […]
  • QAN VƏ LİMFA SİSTEMLƏRİ

    By Redaktor on 28/02/2015
    QAN VƏ LİMFA SİSTEMLƏRİ Onurğalılıarda və insanda damar sistemi maye toxuma daşıyan borular sistemindən ibarətdir. Bu sistem 2 şöbəyə bölünür; qan – damar sistemində qan, limfa sistemində limfa adlanan maye toxuma cərəyan edir. Qan damar sisteminə ürək – kor, qan damarları – vaza sangina aiddir. Ürək 4 kameradan: 2 yuxarı qulaqcıq, 2 aşağı mədəcikdən ibarətdir. Bunlar sol qulaqcıq – atrium […]
  • DESMURGİYA NƏQLİYYAT İMMOBİLİZASİYASI

    By Redaktor on 27/02/2015
    DESMURGİYA NƏQLİYYAT İMMOBİLİZASİYASI Sarğıların növlərini, onların üsullarını və məqsədini öyrənən cərrahiyyə bölməsinə desmurgiya deyilir. Desmurgiya-cərrahlığın bir bölməsi olub, sarğıların növlərini və sarğı qoyulması texnikasını öyrənir. Təyin edilməsidən aslı olaraq sarğıları bir neçə növə ayırırlar: • Möhkəmləndirici sarğılar. Yara nahiyyəsində sarğı materiallarını bərkitmək üçün qoyulur. Bu sarğılar ləçəyəbənzər, sapandabanzər, bintdən, yapışqanlı və plastırlı ola bilər. • Bint sarğıları bədənin müəyyən hissəsində […]
  • DÖŞ QƏFƏSİNİN ZƏDƏLƏNMƏLƏRİ

    By Redaktor on 26/02/2015
    DÖŞ QƏFƏSİNİN ZƏDƏLƏNMƏLƏRİ Döş qəfəsinin travmalarını almış xəstələrin təxminən 50%-də döş qəfəsi divarının zədələnməsi müəyyən edilir. Bunların 10% kiçik, 35% iri və 5% isə qabırğa sınıqları ilə nəticələnən döş qəfəsi zədələnmələri təşkil edir. Döş qəfəsi travmaları heç də həmişə aydın-aşkar olmur və ilkin müayinələrdə bəzən gözdən qaçmış olur. Başqa travmalarda olduğu kimi döş qəfəsinin travmaları da 2 formada olur – […]
  • ANESTEZİOLOGİYA – AĞRISIZLAŞDIRMA, KEYLƏŞDİRMƏ

    By Redaktor on 26/02/2015
    ANESTEZİOLOGİYA – AĞRISIZLAŞDIRMA, KEYLƏŞDİRMƏ Anesteziolologiya – ağrının, hissiyyatın aradan götürülməsi yolları haqqında elmdir. «An» – inkar etmə, rədd etmə, «estes» – hissiyyat və «loqos» – elm mənasını verir. Ağrı hissiyyatının olması normal, fizioloji bir hal kimi qəbul edilməlidir. Ağrı qoruyucu səciyyə daşımaqla əksər xəstəliklərin mühüm simptomlarından biri kimi təzahür edir. Yəni bir çox xəstəliklər orqanizmin bu və ya digər nahiyəsində […]
  • ASEPTİKA VƏ ANTİSEPTİKA

    By Redaktor on 26/02/2015
    ASEPTİKA VƏ ANTİSEPTİKA Cərrahiyyə – təbabət elminin aparıcı istiqamətlərindən biri olub, müalicəsində mexaniki təsir metod tələb olunan xəstəlikləri öyrənir. Bu sahədə əsas müalicə metodu cərrahi müdaxilə olmasına baxmayaraq, digər diaqnostika və müalicə metodları geniş istifadə olunur. Cərrahiyənin inkişafında dahi rus cərrahı və anatomu hərbi – səhra cərrahiyə elminin banisi N.İ. Piroqovun (1810-1881) böyük xidmətləri olmuşdur. O, zədələnmələr, zədələnməyə ümumi və […]
  • Parazitologiya

    By Redaktor on 07/02/2015
    Parazitologiya Tibbi Parazitologiya – insan parazitlərini onların törətdiyi xəstəlikləri onlarla mübarizə üsullarını öyrənən elmdir. Heyvan təbiətli parazitlərin 3 əsas qruplarına uyğun olaraq parazitologiyaya üç bölmə daxildir: protozoologiya, helminthologiya, aracxnoentomologiya (buğumayaqlılar). Parazitar xəstəliklər və ya invaziyalar – helmintlər (qurd xəstəlikləri) və ya parazitar buğumayaqlıların səbəb olduğu xəstəliklərin bir qrupudur. Əslində, parazitar xəstəliklər yoluxucu olur. İnfeksiyaları tək hüceyrəli orqanizmlər törədir, invaziyaları isə […]
  • VƏRƏM

    By Redaktor on 31/01/2015
    VƏRƏM Vərəm – vərəm mikrobakteriyaları tərəfindən törədilən infeksion xəstəlikdir. Onlar ətraf mühitin təsirinə qarşı davamlıdır. Əşyaların üzərində, bəlğəmdə, tozda uzun müddət yaşayır. Donmuş suda illərlə patogenliyini saxlayır. Müxtəlif turşu əsas və günəş şüalarının təsirinə davamlıdır. İnfeksiya mənbəyi xəstə insandır. O, öskürmə, asqırma, danışıq zamanı ifraz olunan seliklə, bəlğəmlə çoxlu miqdarda vərəm çöplərini ətraf mühitə yayır. Sağlam insanlar hava-damcı yolu ilə, […]
  • QAN İNFEKSİYALARI. SƏPGİLİ YATALAQ. Malyariya. PEDİKULYOZ

    By Redaktor on 31/01/2015
    QAN İNFEKSİYALARI SƏPGİLİ YATALAQ – (epidemik və ya bit yatalağı). Kəskin rikketsioz xəstəlikdir, titrətmə – qızdırma, ümumi intoksikasiya, damarların və sinir sisteminin zədələnməsi ilə xarakterizə olunur. İllər keçdikdən sonra xəstəliyin residivi mümkündür (Brill xəstəliyi).Transmissiv antroponozoonozlara aiddir, bitlər vasitəsilə keçirilir. Etiologiya; törədicisi Provaçek rikketsiyalarıdır. Orqanizmə dəridə qaşınma zamanı ən kiçik zədələnmə ocağından yoluxmuş bitlərin ifrazatları ilə keçir. Damarların endotelisində artır, vaskulit […]
  • QUDUZLUQ

    By Redaktor on 31/01/2015
    QUDUZLUQ Quduzluq mərkəzi sinir sistemini zədələyən virus etiologiyalı kəskin yoluxucu xəstəlikdir. Xəstəlik insana xəstə və virus daşıyan heyvanın dişləməsi və ya zədə yerindən onun tupurcəyi vasitəsilə keçir. Xəstəlik bir qayda olaraq ölümlə nəticələnir. Hal-hazırda quduzluq dünyanın bütün qitələrində qeyd edilir. Xəstə heyvanın südü və əti ilə xəstəlik keçmir. Quduzluğa bütün istiqanlı heyvanlar həssasdırlar, lakin bir neçə növ yırtıcı, xüsusi ilə […]