• en
  • ru

DAYAQ – HƏRƏKƏT APARATI

DAYAQ – HƏRƏKƏT APARATI
Bu aparat 3 sistemdən ibarətdir:
• sümük,
• birləşmələr və
• əzələ sistemi.
Sümük sistemini təşkil edən sümüklər orqanizmin istinadını təşkil edərək dayaq funksiyasını yerinə yetirir, oynaq və əzələlərlə birlikdə orqanizmin hərəkətini, yerdəyişməsini təşkill edir. Sümüklər bəzi nahiyələrdə orqanları xaricdən əhatə edən kanallar, qutular, boşluqlar təşkil edərək onları xarici təsirlərdən mühafizə edir. Birləşmələr sistemi oynaqlardan, bağlardan, qığırdaklardan və digər komponentlərdən ibarət olub, sümükləri bir-birinə birləşdirərək hərəkətin əmələ gəlməsində iştirak edir. Əzələ sisteminin skeletə aid olan hissəsi sümüklərə bağlanaraq oynaqlar üzərindən keçir və orqanizmin hərəkətinin aktiv hissəsini təşkil edir. Ürəyin, damarların, daxili orqanların divarlarında olan əzələ toxuması həmin orqanlarda hərəkət törədərək ümumən orqanizmin həyat fəaliyyətini təmin edir.
Yaşlı insan skeleti 200-ə qədər sümükdən və onların birləşmələrindən ibarətdir. Инсан организминдя 200-дян артыг cцт вя тяк сцмцкляр бирликдя инсанын скелетини ямяля эятирир (скелет сюзц гурумуш, гурудулмуш сюзцндян эютцрцлмцшдцр). Киши скелетинин чякиси гадын скелетиндян артыг олур, беля ки, кишилярдя цмуми бядян чякисинин 9—18%-ни тяшкил едирся, гадынларда 8,6—15%-ни тяшкил едир.
Скелет няинки инсан бядянинин мющкям ясасыны, щямчинин бир чох фуунксийалары йерини йетирир; органлар цчцн дайаг, мцдафия, минерал дузларын депосу, гырмызы вя сары сцмцк илийи цчцн депо, баьларын, фассийа вя язялялярин баьланмасы цчцн вя язялялярля бирликдя бядянин мцщитдя йердяйишмясини, бядянин хариcи эюркямини мцяййян едир.
Сцмцклярин бир нечя нювц вар; борулу, сцнэяри, енли—йасты, гарышыг вя щавалы сцмцкляр.
Dayaq-hərəkət aparatının passiv hissəsini təşkil edir. Skeletin ümumi kütləsi kişilərdə 9,5 kq., qadınlarda isə 6,5-7,5 kq-a bərabərdir.
Skelet istinad, qoruyucu, hərəki-lokomotor və bioloji funksiyalara malikdir. Skeleti təşkil edən hər bir sümük müəyyən inkişafa, quruluşa, formaya və funksiyaya malik bir orqandır. Sümüyün quruluş-funksional vahidi ostendur, bu mikroskopik ölçüdə olan sanki bir-birinə geyindirilmiş sümük silindrləri sistemindən təşkil olunmuşdur. Xaricdən sümük nazik birləşdirici toxuma pərdəsi-sümüküstlüyü ilə örtülüdür, onun tərkibində qan damarları və sinirlər vardır ki, bunun vasitəsilə sümüklər qidalanır, sümüküstlüyünün daxili qatındakı osieoblastların hesabına sümüklər eninə böyüyür.
Sümük damar və sinirlərlə zəngindir. Belə sümük canlı sümük adlanır və rəngi çəhrayı olur. Yumşaq toxumalardan azad olmuş sümüklər isə maserasiya edilmiş sümük adlanır.
Canlı orqanizmlərin sümükləri üzvü (28%), q-üzvü (22%) və sudan 50%) ibarətdir. Yağsızlaşdırılmış və qurudulmuş sümüyün 1/3 hissəsi üzvü maddələrdən və 2/3 hissəsi q-üzvü maddələrdən ibarətdir. Belə quruluş sümüklərə möhkəmlik verir, mis və dəmirlə öz möhkəmiliyinə görə eynidir. Yaşlı və qoca yaşlı adamlarda q-üzvü maddələr üstünlük təşkil etdiyinə görə sümüklər kövrəkləşir, ona görə də asanlıqla sınır. Lakin uşaqlarda üzvü maddələr üstünlük təşkil edir, ona görə də onlarda sümüklər asan əyilən olur, möhkəm olmur. Q-üzvü maddələrə kalsium, fosfor və maqneziumun müxtəlif duzları aiddir. Həmçinin demək olar ki, bütün q-üzvü maddələr sümükdə var.
İnsan bədənində sümüklər müxtəlif birləşmələrlə birləşir. Bütün sümük birləşmələri 3 tipə bölünür; 1) fasiləsiz birləşmələr-sindesmozlar, 2) simfisizlər və ya yarımoynaqlar, 3) sinovial birləşmələr (oynaqlar).
İnsan bədənini vertikal vəziyyəti və düz gəzməyilə əlaqədar olaraq, onurğa sütunu bir neçə əyriləyə malikdir. Boyun və bel nahiyəsindəki əyriliklər önə doğru yönəlmişdir-lordoz adlanır. Döş və oma nahiyəsindəki əyriliklər arxaya doğru yönəlmişdir-kifoz adlanır. Lordoz və kifozlar fəqərəarası disklərlə birlikdə ressor və amortizasiya funksiyalarını yerinə yetirərək onurğa sütununa elastiklik verir. Solaxay və sağaxaylarda əzələ kütləsinin simmetrik inkişaf etməməsilə əlaqədar olaraq, həmçinin yana əyilmə-skolioz olur. Döldə və yenidoğulmuşlarda onurğanın əyrilikləri çox da bilinmir. Uşaq başını tutmağa başladıqda (3-4 aylığında), boyun hissədə boyun əyriliyi görünür. 4-5 aylığında uşaq oturmağa başladıqda döş kifozu əmələ gəlir. Sonradan uşaq gəzməyə başladıqda bel lordozu əmələ gəlir. Formalaşmaq 25 yaşında başa çatır. Bununla əlaqədar olaraq, müntəzəm bədən tərbiyəsilə məşğul olmaq, uşaq və yeniyetmə yaşlarında düzgün oturuşa və yerişə nəzarət onurğa sütununun düzgün quruluşuna təsir edir.
YASTIPƏNCƏLİLİK; bu zaman ayaq tağı yastılaşır, bunu müəyyən etmək üçün müxtəlif üsullardan istifadə olunur; ən asan yolu ayaq altının müxtəlif rəngli maddələrlə izinin ölçülməsidir ( plantoqrafiya). Səbəbləri; anadangəlmə, tarvmatik, paralitik, raxitik, statik (82,1%) – baldır əzələlərinin, pəncənin, bağ aparatının və sümüklərin zəifliyi nəticəsində əmələ gəlir.
Yastı pəncəliliyin əlamətləri; pəncə uzun və orta hissəsində genişlənmiş, tağı aşağı enmiş, yeriş zamanı pəncənin ucları aralı qoyulur.
Profilaktika; yeriş zamanı pəncənin uclarının aralı qoymaq olmaz, xüsusi bədən tərbiyəsi hərəkətləri etmək; nahamar səthdə, qumda ayaqyalın gəzmək, barmaq uclarında gəzmək, tullanmalar, hərəkətli oyunlar (voleybol, basketbol) oynamaq, ayağın razmerinə uyğun ayaqqabı seçmək.
Sümüyün quruluşu: Mikroskopik quruluşca sümük sümük toxumasından təşkil olunmuşdur. Sümük toxumasının 2 növü var: kobud – lifli və səfhəli. Kobud lifli sümük toxuması dölün və uşaqların sümüklərində olur. Funksiyaların yerinə yetirilməsi ilə əlaqədər olaraq kobud lifli sümük toxuması səfhəli sümük toxuması ilə əvəz olunur.
Sümüklərin forması: sümüklər quruluş, funksiya və genez cəhətcə 4 qrupa bölünür: borulu (uzun və qısa), süngəri (uzun, qısa və sesamoid), yastı və qarışıq sümüklər.
Uzun sümüklərin 2 epifizi (ucu) və bir diafizi (cismi) vardır. Məs, ətrafların uzun sümükləri.
Qısa sümüklər ölçüləri bir-birinə bərabər olmaqla elastiklik və möhkəmlik tələb olunan yerlərdə yerləşirlər. Məs, bilək və daraq arxası sümüklər.
Yastə sümüklər nazik olub bəzi ölçülərinin böyük olması ilə fərqlənir. Məs. kəllə qapağının sümükləri, kürək sümüyü və s.
Qarışıq sümüklər – göstərilən formaların əlamətlərinə malik sümüklərdir. Məsələn, kəllə əsası sümükləri və s.
Bunlardan əlavə hava ilə dolu boşluqlara- ciblərə malik sümüklərdə vardır. Belə sümüklər havalı sümüklər adlanır.
Skeletin quruluşu: İnsan skeleti 4 hissədən ibarətdir: kəllə, gövdə, yuxarı ətraf və aşağı ətraf.

GÖVDƏ SÜMÜKLƏRİ VƏ BİRLƏŞMƏLƏRİ

Gövdənin skeleti – onurğadan, 12 cüt qabırğa və döş sümüyündən təşkil olunmuşdur.
Onurga – columna vertebralis uşaqlarda 33-34 fəqərədən, yaşlılarda isə 24 fəqərə, Oma və büzdüm sümüklərindən ibarətdir. Bunlar 5 nahiyədə yerləşir. Boyun-7, döş-12, bel-5, Oma-5 və büzdüm 3-6 ədəd fəqərələrdən təşkil olunmuşdur.
Oma və büzdüm fəqərələri 12-14 yaşından sonra sümükləşərək bir-birilə birləşir, oma və büzdüm sümüklərini əmələ gətirirlər. Yaşlı insanda onurga formaca «S» – ə bənzəyir və əyriliklər vardır. Bunlardan boyun və bel əyrilikləri önə (lordoz), döş və oma əyrilikləri arxaya (kifoz) çıxıqdır. Həmin əyriliklər onurğaya elastiklik verir və gövdənin istinadını təmin edir. Onurganın uzunlugu yaşlılarda 65,5-84,5 sm-dır.
Boyun, döş və bel fəqərələri həqiqi fəqərələr adlanır. Oma və büzdüm fəqərələri isə birləşərək lma və büzdüm sümüklərini əmələ gətirir. Ona görə də bunlara yalançı fəqərələr deyilir. Qabırğalar, fəqərələr və döş sümüyü bir-biri ilə birləşir və döş qəfəsini əmələ gətirir. Birinci 7 cüt döş sümüyünə oynaq vasitəsilə, 8, 9, 10-cu qabırgaların ön ucları döş sümüyünə çatmayıb, yuxarı qabırgaarası ön ucları ilə lifli toxuma vasitəsilə birləşir, 11-12-ci qabırgalar isə ön qarın əzələlərində sərbəst qalır. Döş qəfəsinin ön divarını döş sümüyü, yan divarlarını 12 cüt qabırgalar və arxa divarını 12 ədəd döş fəqərələri təşkil edir.
Ətraflar. İnsanda 2 cüt ətraflar: əmək mühafizə vəzifəsini daşıyan yuxarı ətraf, istinad vəzifəsini daşıyan aşagı ətraflar ayırd olunur. Hər ətrafın skeleti 2 hissəyə bölünür – qurşaq və azad hissəyə bölünür.
Yuxarı ətraf skeleti: Yuxarı ətraf çiyin qurşagı və yuxarı ətrafın azad hissəsinə bölünür.
Çiyin qurşagı körpücük və kürək sümüklərindən ibarətdir. Yuxarı ətrafın – azad hissəsi 3 hissəyə böloünür: bazu, said və əl. Bazu nahiyəsində bazu – əl sümüyü və saiddə isə mil və dirsək sümükləri yerləşir. Əl isə 3 hissəyə bölünür: bilək, əldaragı, və əl barmaqları – falanqalar. Bilək 8 sümükdən ibarətdir. Əl daragı 5 sümükdən ibarətdir. Əl barmaqları – hər barmaq 3 falanqadan, baş barmaq isə 2 falanqadan ibərətdir.
Aşagı ətraf skeleti: Aşagı ətraf 2 hissəyə bölünür:
• 1-ci çanaq qurşagı: çanaq, qalça, oturaq və qasıq sümükləri.
• 2-ci azad aşagı ətraf 3 hissəyə bölünür:
 1 bud hissəsi – bir bud sümüyündən,
 2 baldır-2 sümükdən: qamış və incik sümüyündən ibarətdir.
 3- ayaq sümükləri. Ayaq sümüyü öz növbəsində 3 hissəyə bölünür:
 ayaq daraqarxası – 7 sümükdən ibarətdir.
 2- ayaq daragı -5 sümükdən.
 3- barmaqlar – hər barmaq 3 falanqadan – baş barmaq isə 2 falanqadan ibarətdir.
KƏLLƏ: başın skeleti qafa tası və üz hissəsindən ibarətdir.
• Qafa tası və ya beyin hissəyə 8 sümük aiddir; cüt təpə və gicgah sümükləri, tək alın və ənsə, xəlbir sümükləri. .
• Üz hissəyə aiddir; cüt üst əng sümükləri, damaq, yanaq, göz yaşı və aşağı burun balıqqulağı sümükləri, tək-aşağı çənə, dilaltı sümük.

ƏZƏLƏ SİSTEMİ; ƏZƏLƏLƏRİN ƏSAS QRUPLARI; əzələlər formasına, liflərin istiqamətinə, oynaqlara münasibətinə, bədəndə yerləşməsinə görə təsnif olunur.
Topoqrafiyasına görə bədən, baş, ətrafların əzələlərinə ayrılır. Həmçinin mimiki, ağız boşluğu əzələləri ayırd olunur.
Bədən əzələlərinə bel, döş və qarın əzələləri aiddir, bunlar bədəni vertikal vəziyyətdə saxlayır, onurğa sütununun və qabırğaların hərəkətində iştirak edir, döş, qarın, çanaq boşluqlarının divarını əmələ gətirir.
Bel nahiyəsinin əzələləri; trapezəbənzər, belin enli əzələsi, kürəyi qaldıran, böyük və kiçik rombvarı əzələ..Fassiyalarından bel fassiyası xüsusilə inkişaf etmişdir.
Döş əzələləri; böyük və kiçik döş əzələsi, körpücükaltı, ön dişli, xarici və daxili qabırğa arası, qabırğa altı əzələ və s. Fassiyası; döş və döş qəfəsi daxili fassiya.
Qarın əzələləri; qarnını düz əzələsi, piramidayabənzər, xarici və daxili çəp, köndələn, kvadrat əzələlər. Səthi və 3 qatlı xüsusi fassiyası.
Baş əzələləri; mimiki, gözün dairəvi, ağızın dairəvi əzələsi, üst dodağı qaldıran, alt dodağı aşağı salan, çeynəmə əzələləri. Fassiyaları; gicgah, qulaqyanı, çeynəmə və s.
Yuxarı ətraf əzələləri; deltayabənzər. Kiçik və böyük dairəvi əzələlər, bazunun 3 başlı əzələsi, dirsək, barmaq əzələləri.
Aşağı ətraf əzələləri; qalça-bel, böyük, orta, kiçik sarğı əzələləri, budun 4 başlı əzələsi, budun 2başlı əzələsi, baldır əzələləri, ayaq əzələləri.

SKELET ƏZƏLƏLƏRİ VƏ ONLARIN FUNKSİYALARI
İnsanın skelet əzələləri eninəzolaqlı əzələ liflərindən təşkil olunmuşdur. Hər bir əzələyə qan damarları və sinirlər gəlir. Dərinin, əzələlərin, vətərlərin, oynaqların reseptorlarından gələn impulslar hissi sinirlər vasitəsilə mərkəzi sinir sisteminə ötürülür. Onurğa beynindən gələn impulslar hərəki sinirlərlə əzələyə ötürülür və bunun nəticəsində əzələ yığılır. Əzələlər iradi olaraq yığılıb bədənin hissələrini hərəkət etdirir, orqanizmin hərəkətini və müəyyən vəziyyət almasını təmin edir.
Skelet əzələləri bir-birinin əksinə hərəkət edən (antaqonist) iki əzələ qrupundan ibarətdir: oynaqları bükən və açan əzələlər. Hərəkət bükücü və açıcı əzələlərin bir-bri ilə əlaqəli işləməsi, onurğa beynində oyanma və tormozlanma proseslərinin növbələşməsi sayəsində mümkün olur.
Açıcı və bükücü əzələlər eyni vaxtda boşalmış halda olduqda, əzələlər istirahət edir.
Sümüklərə əzələlər vətərlər vasitəsilə birləşir.
Əzələlr formaca üç cür olur: uzun, qısa və enli əzələlər. Əzələlər funksiyasına görə açıcı, bükücü, uzaqlaşdırıcı və s. qruplara, yerləşməsinə görə baş, boyun, gövdə, ətraf və s. əzələ qruplarına bölünür.
Baş əzələlərinə çeynəmə və mimiki əzələlər aiddir. Çeynəmə əzələləri qidanın ağız boşluğunda xırdalanması prosesində iştirak edir. Mimiki əzələlər isə kəllə sümüklərindən başlanib üz dərisində qurtardığına görə onların yığılması üz dərisinin relyefinin dəyişilməsinə, mimikanın yaranmasına səbəb olur, nitqin icrasında da böyük rol oynayır.
Boyun əzələləri boyun nahiyyəsinin müxtəlif istiqamətlərə yönəlmiş hərəkətlərini, alt çənənin aşağı enməsini və qabırğaların hərəkətini təmin edir.Tənəffüs aktının və digər funksiyaların icrasında iştirak edir.
Döş əzələləri çiyin qurşağı və yuxarı ətrafların hərəkətlərini, eləcə də döş qəfəsinin böyüyüb-kiçilməsini təmin edir, onurğa sütunun əyriliklərinin yaranmasında iştirak edir.
Qarın əzələləri qarın boşluğunu xaricdən örtür, gövdənin sağa, sola hərəkətlərində, sakit və dərin nəfəsvermə aktlarında, doğuş prosesində və s. funksiyaların icrasında iştirak edir.
Bel əzələləri başın önə, arxaya hərəkətində, nəfəsalma aktının icrasında, yuxarı ətrafların kürəklərin yerdəyişməsində, onrğa sütununun açılmasında iştirak edir.
Ətraf əzələləri əsasən açıcı, bükücü və onların müxtəlif tərəflərə hərəkət etdirən əzələ qruplarına bölünür.

 

75