• en
  • ru

Kimyəvi silah

Kimyəvi silah

Mövzunu hazırladılar:  Zamanova S.  Məmmədova N.

Kimyəvi silah və onun döyüş xüsusiyyətləri. Kimyəvi silahlardan istifadə beynəlxalq konvensiyalarla qadağan edilir. Lakin, kimyəvi təhlükə mənbələri hələ də qalmaqdadır. Bu terror akti, kimya müəssisələrində qəza, dünya birliyi tərəfindən nəzarət olunmayan ölkə ğərəfindən aqressiya və və s. ola bilər.
Kimyəvi silah – kütləvi qırğın silahı olub, bəzi kimyəvi birləşmələrin (zəhərli maddələrin) insan orqanizminə toksiki təsir etməsinə əsaslanır. Zəhərləyici maddələr və onların döyüş məqsədilə tətbiq vasitələri kimyəvi silah adlanır.
Kimyəvi silahın zəhərləyici təsirinin əsasını zəhərləyici maddələr təşkil edir. Zəhərləyici maddələr (ZM) kimyəvi birləşmələr olub, mühafizə olunmamış canlı qüvvənin zədələnməsinə və ya onun döyüş qabiliyyətinin azalmasına, texnikanın və ərazinin zəhərlənməsinə səbəb olur.
Zədələyici xüsusiyyətlərinə görə ZM digər döyüş vasitələrindən fərqlənir. Onlar hava ilə müxtəlif tikililərə, zirehli texnikaya və digər döyüş texnikasına daxil olur və onlarda olan insanlara zədələyici təsir göstərir; ZM havada, ərazidə və müxtəlif obyektlərdə uzun müddətə öz zəhərləyici təsirini saxlaya bilir; böyük həcmli hava kütlələri ilə böyük sahələrə yayılaraq onların təsir sferasında olan bütün mühafizə olunmayan insanlara zədələyici təsir göstərir; ZM buxarları külək istiqamətində kimyəvi silahın bilavasitə tətbiq edildiyi sahədən çox uzaq məsafələrə yayılır.
Kimyəvi silahı tətbiq etdikdə ZM döyüş vəziyyətinə gətirilir: buxar, aerozol, damcı.
Hava yoluxması havanın vahid həcminə düşən ZM miqdarı ilə xarakterizə olunur.
Müxtəlif səthlərin yoluxması yoluxmanın sıxlığı—vahid sahə həcminə düşən ZM miqdarı ilə xarakterizə olunur.
ZM zədələyici təsiri toksiki doza—insan orqanizmində müəyyən zədələnmə törədən ZM miqları ilə xarakterizə olunur.
Zəhərləyici maddələr aşağıdakı məqsədlərlə tətbiq olunur:
• canlı qüvvənin tam məhv edilməsi və ya müvəqqəti olaraq sıradan çıxarılması -əsasən sinir-ifledici ZM bu məqsədlə tətbiq olunur;
• canlı qüvvənin müəyyən müddət ərzində mühafizə tədbirləri yerinə yetirməsini görə manevr etməsini çətinləşdirmək, atəşin sürətini və dəqiqliyini azaltmaq üçün—bu məqsədlə sinir-iflicedici və dəri-zədələyici təsirli ZM tətbiq olunur;
• düşmənin döyüş zamanı uzun müddətə mübarizəsini çətinləşdirmək və şəxsi heyətin itkisini artırmaq məqsədilə—davamlı ZM tətbiq edilir;
• ərazini zəhərləməklə rəqib qüvvələri döyüş pozisiyasını tərk etməyə vadar etmək məqsədilə.
Kimyəvi silahın tətbiqi vasitələri aşağıdakılardır:
• kimyəvi raketlər;
• reaktiv qurğular;
• kimyəai reaktiv və artilleriya mərmi və minaları;
• kimyəvi aviasiya bombaları və kassetləri;
• kimyəvi fuqaslar;
• qranatlar;
• zəhərli tüstü bombaları və aerozol generatorları;
• püskürdücü aviasiya cihazları və s.
Partladıcının tipindən asılı olaraq kimyəvi aviasiya bombaları zərbə və məsafədən təsir növlərinə bölünür. Birincilər torpağa və ya digər maneələrə toxunduqda parlayır, ikincilər müəyyən hündürlükdə havada partlayır.
Az kalibrli bombalar kassetlərdə tətbiq olunur.
Kimyəvi aviabombalar davamlı və davamsız ZM doldurulur. Davamsız ZM doldurulmuş bombalar insanların və havanın zəhərlənməsi üçün nəzərdə tutulmuşdur, onları zərbə təsirli partlayıcılarla tətbiq edirlər.
Davamsız ZM bombaları böyük kalibrli olurlar və partlayış anında zəhərləyici maddələrin böyük konsentrasiyaları iri sahəli əraziləri zədələyir.
Davamlı ZM doldurulmuş bombalar insanların, ərazinin və obyektlərin zədələnməsi üçün nəzərdə tutulur.
Püskürdücü aviasiya cihazları nazik divarlı metaldan hazırlanmış rasional rezervuar olub tutumu bir neçə yüz litrə qədərdir. Rezervuarlara maye halında ZM doldurulur, tətbiq edilərkən damcı-maye halında torpağa çökür, həmin ərazidə fərdi mühafizə vasitəsi olmayan və sığınacaqlardan kənarda olan insanları zəhərləyir.
Kimyəvi döyüş sursatlarının xarakterik cəhətləri:
• tətbiq olunan ZM davamlılığı;
• ZM insan ornaqizminə fizioloji təsirinin xarakteri;
• tətbiqi vasitələri və üsulları;
• taktiki məqsədinə görə;
• təsir müddətinin tezliyi.
ZM təyinatına, təsirinin xarakterinə, tezliyinə və insan orqanizminə zədələyici təsirinə görə təsnif olunur.
Təsir tezliyinə görə ZM zədələyici təsiri ölümcül, müvəqqəti olaraq sıradan çıxaran və qısa müddətli olaraq sıradan çıxaran (qıcıqlandırıcı) növləri ayırd olunur. Ölümcül təsirli ZM tətbiq olunan zaman canlı qüvvənin ağır itkisinə səbəb olur. Bu qrupa sinir-iflicedici, dəri-zədələyici, ümumi zəhərləyici və boğucu təsirli və botulizm toksini aiddir. Müvəqqəti olaraq sıradan çıxaran ZM qrupuna psixokimyəvi təsirli maddələr və stafilokokk toksini aiddir. Bu qrup şəxsi heyətin döyüş qabiliyyətininbir neçə saatdan bir neçə günə qədər itirilməsinə səbəb olur.
Qısa müddətə sıradan çıxaran ZM (qıcıqlandırıcı təsirli) təsiri onunla təmasda olan zaman başlayır və zəhərli atmosferadan çıxdıqdan sonra bir neçə saat davam edir. Döyüş məqsədilə tətbiq edilən an ZM buxar, aerozol və hava-damcı halında olur. Buxar və kiçik dispers aerozol (toz, duman) formasında olan ZM havanın yerə yaxın qatının zədələnməsi üçün istifadə edilir. Kimyəvi döyüş sursatının tətbiqi zamanı əmələ gələn buxar və aerozol buludu birincili zəhərli hava buludu adlanır. Torpağa düşən ZM buxarlanması nəticəsində əmələ gələn buxar buludu ikincili bulud adlanıır. Buxar və kiçik dispers aerozrol halında olan və küləklə müəyyən məsafəyə qədər aparılan ZM nəinki tətbiqi sahədəki canlıları, hətta uzaq məsafədəkiləri belə zədələyir. ZM yayılma dərinliyi açıq ərazilərə nisbətən meşəlik ərazidə 1,5-3 azdır. Vadilərdə, dərələrdə, meşə və kolluq ərazilərdə ZM çöküb uzun müddətə qala bilər, və ya yayılma istiqamətini dəyişə bilər. Ərazinin, silahlı qüvvələrin, hərbi texnikanın, hərbi geyimin, avadanlığın və dəri örtüynün zədələnməsi üçün istifadə edilən ZM kobud dispers aerozol və damcı halında tətbiq edilir.
Zədələnmiş ərazi, silahılı qüvvələr və hərbi texnika və digər obyektlər insanların zəhərlənməsi mənbəyi olur. Belə şəraitdə şəxsi heyət ZM davamlılığından asılı olaraq uzun müddət fərdi mühafilə vasitələrində qalmağa məcbul olurlar, bu da ordunun döyüş qabiliyyətini aşağı salır.
Kimyəvi silah binalara, tikililərə və sənaye müəssisələrinin avadanlıqlarına bilavasitə təsir etmir, lakin ondan istifadə müəssisələrin istehsal fəaliyyətində özünü biruzə verir.
ZM və zəhərli ximikatlar, insanları və heyvanları zədələyir, ərazini, su mənbələrini, ərzağı və yemi zəhərləyir, bitki örtüynün, kənd təsərrüfatı bitkilərinin məhvinə səbəb olur.
ZM təsnifatı müxtəlif əlamətlərə görə aparılır. Hal-hazırda ZM aşağıdakı təsnifatı qəbul edilmişdir.
1. Zədələnmənin əsas kliniki simptomuna görə (ZM kliniki, toksikoloji təsnifatı) ZM 6 qrununu pyırd edirlər: sinir-iflic edici (zarin, zoman), dəri-zədələyici (iprit, lyuzit), ümumi təsirli (sinil turşusu, xlorsian), boğucu təsirli (fosgen, difosgen), psixogen təsirli (Vi-qazlar), qıcıqlandırıcı təsirli (adamsit, xlorpikrin, xlorasetofon).
2. Ərazidə toksiki təsirini saxlamaq qabiliyyətinə və hidrolizə meylliliyinə görə (taktiki klasstfikasiya) ZM 2 qrupu ayırd edilir: davamsız (sipnid turşusu, xlorsian, fosgen, difosgen), yüksək uçuculuq və ətraf ərazini qısa müddətə zədələyən və davamlı (iprit, zoman), ləng buxarlanan və uzun müddətə ərazini zədələyən (saatlar, günlər, həftələr və hətta aylar).
3. Zədələnmənin nəticələrinə görə: öldürücü təsirli ZM (xarin, xoman, sianid turşusu, iprit və s.); insanları normal vəziyyətdən qısa mıddətə çıxaran (psixogen təsirli ZM).
4. Təsir müddətinə görə: tez təsir edən-təsiri qısa müddətdən sonra özünü büruzə verir (Vi-qazlar); ləng təsirli (saatlar və ya daha sonra). Belə ZM tipik nümayəndələri azotlu və kükürdlü ipritlər, fosgen, difosgen.
5. Tətbiq edilməsi ehtimalına görə 2 qrupa bölünür. Birinci qrupa fosforlu üzvü birləşmələr, iprit aiddir. Onları «tabel vasitələri» adlandırırlar və tətbiq edilmə ehtimallə ZM-dir. Bütün digər ZM «məhdud ehtimallı və ehtiyatda olan ZM» adlanır.
ZM ərazidə davamlılığı—bu onun tətbiq edildiyi andan, şəxsi heyətin zədələnmiş sahəni tərk etməsinə qədər və ya orada mühafizə vasitələrsiz qala biləcəyi müddətdir. ZM orqanizmə tənəffüs üvləri (inhalyasion), yara səthi, selikli qişalar və dəri örtükləri (dəri-rezorbtiv) vasitəsilə daxil olur. Zəhərlənmiş qida və sudan istifadə etdikdə zədələnmə mədə-bağırsaq yolu vasitəsilə baş verir. ZM çoxu kumulyativ xüsusiyyətə, yəni toksiki effektin toplanması xüsusiyyətinə malikdir Ölümcül təsirli ZM canlı qüvvəni uzun müddətə sıradan çıxarır. Müvəqqəti olaraq sıradan çıxaran ZM insanlarda psixi pozğunluq əmələ gətirir. Qıcıqlandırıcı təsirli ZM canlı qüvvənin əzab çəkməsi üçün nəzərdə tutuliuşdur.
Zədələyici təsirin tezliyinə görə ZM dərhal təsir göstərən, ləng təsir göstərən növlərə ayrılır. İkincilərin zədələyici təsiri bir neçə müddətdən sonra (gizli dövr) özünü göstərir.
Tətbiqindən sonra zəhərli təsirnin nə qədər müddətə davam etməsinə görə ZM davamlı və davamsız növlərə bölünür.
ZM davamlılığı onların fiziki və kimyəvi xüsusiyyətlərindən, tətbiqi üsulundan, meteroloji şəraitdən, tətbiq edildiyi ərazinin xarakterindən asılıdır. Davamlı ZM öz zədələyici təsirini bir neçə saatdan bir neçə həftəyə qədər saxlayır. Onlar ləng buxarlanır, havanın və ya nəmişliyin təsirindən az dəyişikliyə uğrayır.
Davamsız ZM öz zədələyici təsirni açıq yerlərdə bir neçə dəqiqəyə, durğun yerlərdə (meşələrdə, vadilərdə, tikililərdə) –on dəqiqə və ya daha artıq saxlayır.
İnsan orqanizminə təsir xarakterinə görə ZM aşağıdakı qruplara ayrılır:
• sinir-iflic edici təsirli
• dəri-zədələyici təsirli
• boğucu təsirli
• ümumi zəhərləyici təsirli
• psixokimyəvi təsirli
• qıcıqlandırıcı təsirli
• toksinlər
Sinir-iflic edici təsirli ZM – zarin, zoman Vx-qazlar mərkəzi sinir sisteminin zədələnməsinə səbəb olurlar. Bu ZM öldürücü təsirlidir. Onlar rənsic və ya sarımtıl məhlullar olub, demək olar ki, iysizdirlər, üzvü həlledicilərdə yaxşı həll olurlar, suda isə pis həll olurlar. Bu qrup ZM müxtəlif laklı-boyalı örtüklərə, tezin texniki və məsaməli materiallara yaxşı hopur.
Zarinin (zoman) döyüş vəziyyəti-əsasən buxar halında, VX-aerozol halındadır. Hərbi mütəxəssislərə görə bu qrup ZM mühafizə olunmayan canlı qüvvəyə və ya əleyhiqazı olan şəxsi heyətə qəfil hücum üçün daha məqsədəuyğündur. İkinci halda fərz edilir ki, şəxsi heyət dərhal əleyhiqazdan istifadə etməyə imkan tapmayacaq. Bu ZM tətbiqində əsas məqsəd—şəxsi heyətin tez və kütləvi olaraq sıradan çıxarılması və mümkün qədər çox ölümcül nəticəyə nail olmaqlır.
Sinir-iflic edici ZM insan orqanizminə təsirinə görə müstəsna dərəcədə yüksək toksiki təsirə malikdirlər. Onlar insanı zəhərli maddənin orqanizmə daxil olması üsulundan asılı olmayaraq zədələyir, hətta zədələnməmiş dəri və selikli qişalardan belə orqanizmə daxil olurlar. Zədələnmənin ağırlıq dərəcəsinə görə 3 növü ayırd edilir: yüngül, orta və ağır dərəcələr; ağırlıq dərəcələri əsasən orqanizmə daxil olmuş zəhərli maddənin miqdarından asılıdır.
İnsanlarda yüngül inhalyasion zədələnmə bəbyin kəskin daralması (sancaq başı böyüklüyündə), göz və alın nahiyələrində ağrılar, tüpürcək ifrazı, tərləmə, sinədə sıxılma, öskürək, mədə bulanması, sinir oyanıcıllığı kimi şikayətlərin əmələ gəlməsi ilə özünü biruzə verir. Əsas əlamət miozdur (zədələnmənin miotik stadiyası).
ZM təsiri kəsildikdən sonra intoksikasiya əlamətləri tez bir müddətə azalır və bir neçə günə itir (2-5 günə).
Orta ağırlıqlı zədələnmə zamanı yüngül dərəcədəki simptomlara güclü ifadə olunmuş bronxospazm da əlavə olunur. Zədələnmiş şəxsin tənəffüsü bronxial astma tutması zamanı müşahidə olunan tənəffüsü xatırladır. Zəhərlənmişlər sinədə sıxılmadan, boğulma tutmalarından (zədələnmənin astmatik stadiyası) şikayətlənir, bəzi hallarda əzələ fibrillyasiyası əmələ gəlir, əzələ spazmları və əzələ zəifliyi baş verir. Eyni zamanda taxikardiya, arterial təzyiqi bir qədər yüksəlməsi, -sinir-psixi oyanocıllıq, qorxu, güclü baş ağrısı da müşahidə olunur.
ZM təsiri kəsildikdən sonra birinci günün sonuna yaxın ZM təsirinin toksiki əlamətləri zəifləməyə başlayır və zədələnmişlər tədricən yaxşılaşmağa başlayırlar. Lakin 1-2 həftə müddətinə nevrotik xarakterli əlamətlər müşahidə olunur.
Ağır zədələnmə dərəcsində mərkəzi sinir sisteminin zədələnməsi əlamətləri ön plana çıxır. Bu zaman ən təhlükəli əlamətlər, qıcolmalar, huşun itirilməsi, sonra damar-hərəki mərkəzlərinin və tənəffüs mərkəzinin zədələnməsidir. Fosforlu üzvü birləşmələrlə zədələnmənini ən ağır dərəcəsinin əsas sipmtomu qıcolmalardır (qıcolma stadiyası), sonra isə tənəffüs mərkəzinin iflicidir (paralitik stadiya). ZM havada yüksək konsentrasiyalarında qıcolmalar artıq 2-3 dəqiqə sonra başlayır. onlar klonik-tonik tutmalar xarakteri daşıyır.
Fosforlu üzvü birləşmələrin yüksək konsentrasiyaları ilə inhalyasiyon zəhərlənmədə qıcolmalar qısa müddətli ola bilər və ya tamamilə olmaya bilər və insan 10-15 dəqiqədən sonra ölə bilər. Qıcolmalarla yanaşı çoxlu tər ifrazı, göz yaşı axması, ağızdan köpüklü ifrazat, kəskin sianoz, qeyri-iradi sidik ifrazı və defekasiya, əzələ fibrillyasiyası müşanidə olunur.
Bu qrup ZM ilə zədələnmə ocağında böyük miqdarda sağalmaz və sanitar itkilər müşahidə olunur. Zədələnmişlərə dərhal effektiv tibbi yardım edilməlidir, ilk növbədə antidotlar verilməli, zədələnmiş ərazidə hissəvi sanitar təmizlənməsi aparılmalıdır. Zədələnmişləri zədə ocağından tez və qısa müddətə təxliyə etmək üçün çoxlu nəqliyyat vasitələri lazımdır. Mülkü müdafiə dəstələrinin zədələnmiş ərazidə fəaliyyəti fərdi mühafizə geyimində və əleyhiqazlarda olduqları üçün çətinləşir.
Zarin rənsiz və ya sarı rəngdə, iysiz məhluldur, ona görə də onu ətraf mühitdə aşkar etmək çətindir. Zarin əsasən havanı buxar və duman halında, yəni davamsız ZM kimi zədələmək üçün nəzərdə tutulur. Bəzi hallarda ərazini və orada olan hərbi texnikanı zədələmək üçün damcı-maye halınla tətbiq edilir; bu halda zarin yayda-bir neçə saat, qışda-bir neçə gün öz davamlılığını saxlayır.
Zarin tənəffüs üzvləri, dəri, mədə-bağırsaq yolu vasitəsilə orqanizmə daxil olur; maye-damcı və buxar halında tətbiq edilərkən dərini zədələməndən dəridən orqanizmə daxil olur. Zədələnmə dərəcəsi onun havadakı konsentrasiyasından və zəhərli atmosferdə qalma müddətindən asılıdır. Zarinin təsirindən ağız suyu ifrazı, çoxlu tərləmə, qusma, baş hərlənməsi, şurun itməsi, güclü qıcolma tutmaları, iflic və güclü zəhərlənmənin nəticəsi kimi ölüm baş verə bilər.

Zoman – rənsiz və demək olar ki, iysiz mayedir. Əsas xüsusiyyətlərinə görə zarinə oxşayır. Davamlılığı zarinə nisbətən bir qədər yüksəkdir; insan orqanizminə zarindən 10 dəfə güclü təsir göstərir.
V-qazları yüksək qaynama tempraturasına malik, az uçucu mayedir, ona görə də onun davamlılığı zarindən çox dəfə yüksəkdir. Xarici mətbuatın məlumatlarına görə digər sinir-iflic ZM nisbətən 100-1000 dəfə toksikidir. Xüsusilə də maye-damcı halında dəri örtüyünə təsiri yüksək effektlidir; V-qazlarınin insan dərisinə düşmüş bir neçə kiçik damcısı insanın ölümünə səbəb olur.
Zarinin (zomanın) davamlılığı ərazidə yayda-bir neçə saat, qışda-2 günə qədər, VX isə yayda-bir neçə gün, qışda-bir neçə həftəyə qədərdir. Bütün sinir-iflic edici ZM su hövzələrini uzun müddətə zədələyir. Bu qrup maddələr insan orqanizminə hər hansı yolla olur-olsun daxil olduqda zədələnmə törədir, həm də kumulyativ təsirə malikdirlər.
Kiçik dozaların təsirindən bəbəklər daraldığından (mioz) görmə pisləşir, tənəffüs çətinləşir, sinədə ağırlıq hissi yaranır. Bu əlamətləriə baş ağrıları da qoşula bilər və 2-3 günə qədər davam edə bilər. Orqanizmə ölümcül dozaların təsirindən güclü mioz, boğulma, çoxlu tüpürcək ifrazı və tərləmə müşahidə olunur, qusma, ishal, güclü qıcolma tutmaları başlayır, bir neçə saata qədər davam edir, xarakter qorxu hissi olur, huş itirilir. Ölüm tənəffüs və ürək mərkəzlərinin iflici nəticəsində baş verir.
Sinir-iflic edici ZM zədələnmişlərə ilk növbədə əleyhiqaz geyindirilir, fərdi apteçkadan şpris-tyubikdə olan antidot (afin) yeridilir və zədələnmiş atmosferadan uzaqlaşdırılır. Əgər ilk 20 dəqiqədə qıcolmalar dayandırılmazsa, antidot təkrar yeridilir, tənəffüs pozularsa süni tənəffüs verilir və ya oksigen verilir. Dəri üzərinə düşdükdə dərhal zədələnmiş nahiyələr fərdi kimya paketinin vasitəsilə təmizlənir. Mədəyə düşdükdə zədələnmiş qusdurulur, mədəsi 1%-li soda və ya təmiz su idə yuyulur. Zədələnmişləri tibb müəssisələrinə göndərmək lazımdır.
Dəri-zədələyici təsirli ZM – iprit dəri örtüklərinin zədələnməsi üçün nəzərdə tutulub. Ölümcül təsirli ZM-dir. Kimyəvi təmiz (distillə edilmiş) iprit-zəif iyli şəffaf məhluldur, texniki iprit-tünd rəngli, xardal və ya sarımsaq iyi verən məhluldur. İprit üzvü həlledicilərdə yaxşı həll olur, suda isə pis həll olur, müxtəlif laklı-boyalı örtüklərə, tezin texniki və məsaməli materiallara yaxşı hopur.
Əsasən maye-damcı və aerozol halında döyüş məqsədilə tətbiq olunur. Qapalı hövzələri 2-3 aya və daha uzun müddətə zəhərləyir. Soyuq havalarda iprit digər üzvü həlledici qatışıqları və ya bəzi ZM ilə birlikdə tətbiq edilə bilər Zədələnmiş səthlərdən ləng buxarlanır; yayda ərazidə davamlılığı – 7-14 gün, qışda-bir ay və daha artıqdır.
Toksiki və davamlı təsiri ilə xarakterizə olunur, orqan və toxumaları zədələyir, onlarda iltihabi-nekrotik proseslər törədir və rezorbtiv təsir edir. Orqanizmə hərtərəfli təsir edir: maye-damcı və buxar halında dərini və gözləri zədələyir, buxar halında tənəffüs yollarını və ağ ciyərləri, qida və su ilə daxil olduqda həzm sistemi üzvlərini zədələyir. İpritin təsiri dərhal deyil bir müddət sonra-gizli dövrdən sonra başdayır. Dəri zədələnmələri I, II və III dərəcədə rast gəlir. Dəri zədələnmələri 5 dövrdə davam edir: gizli dövr, eritema stadiyası, veziko-bullyoz stadiyası, yara-nekrotik stadiya və sağalma stadiyası. Gizli dövr zədələnmə anından ilk əlamətlər əmələ gələnə qədər davam edir. Bu dövrdə zədələnmiş şəxsdə ZM təsirinin subyektiv əlamətləri müşahidə olunmur. Dəriyə düşdükdə tez zamanda dəriyə sorulur, ağrı hissiyatı olmur. 4-8 saatdan sonra dəridə qızartı əmələ gəlir və qaşınma hiss olunur.
Eritema stadiyasında (4-6 saatdan sonra) zəhərin düşdüyü yerdə ağımtıl-çəhrayı rəngdə, kənarları aydın olmayan, lakin tədricən intensiv boyanan eritema əmələ gəlir, göynəmə və qaşınma əmələ gəlir. Sonra ləkə göyümtül və daha sonra qonur rəng çaları alır. Yüngül zədələnmə halları zamanı zədələnmiş dəri sahələrində şəffaf maye ilə dolu yayılmış kiçik suluqlar əmələ gəlir, lakin sonra onlar birləşərək böyük suluğa çevrilir, möhtəviyyatı tünd-sarı rəngdə olub, sonradan bulanıqlaşır. Bu cür zədələnmə ZM zədə səthindən tez kənarlaşdırdıqda (3-4 dəqiqə ərzində) rast gəlir. Çox zaman dərinin ipritlə zədələnməsi prosesi inkişaf edir. O zaman eritemadan sonra suluqlar əmələ gəlir, getdikcə artır, sonra suluqlar birləşir, böyük qovuqcuqlar əmələ gəlir və vezikulo-bulloz stadiyaya keçir. İprit qovuqları az ağrılıdır. Onlar əmələ gələndən sonra kefsizlik başlayır və tempratura yüksəlir. 2-3 gündən sonra suluqlar partlayır, altında yaralar açılır, mərkəzi hissəsi qopub düşdükdən sonra dərin, çətin sağalan (nekrotik-yara stadiyası) yara əmələ gəlir və uzun müddətə sağalmır. Yaraya infeksiya düşdükdə irinləyir və sağalması 5-6 aya qədər uzanır. Müalicə etdikdə dərin eybəcər formalı çapıqlar qalır və sağalma stadiyası başlayır. Ən təhlükəli ağırlaşmalara gözə iprit düşdükdə baş verir, bu bəzən göz almasının atrofiyası ilə nəticələnir.
İpritin havada ən az konsentrasiyalarında və 10 dəqiqə müddətinə təsir etdikdə görmə üzvünü zədələyir. Gizli dövr 2-6 saat davam edir; sonra zədələnmə əlamətləri üzə çıxır: gözə qum düşməsi hissi, işıqdan qlrxma, göz yaşı axması. Xəstəlik 10-15 gün davam edir, sonra sağalma baş verir.
Həm sistemi üzvlərinin zədələnməsi ipritlə zəhərlənmiş qida və su ilə orqanizmə daxil olarsa baş verir. Ağır hallarda gizli dövrdən sonra (30-60 dəqiqə) ağır zədələnmə əlamətləri müşahidə olunur: xəncərəbənzər çıxıntının altında ağrı, mədə bulanması, qusma; sonra ümumi zəiflik, baş ağrısı, reflekslərin zəifləməsi; ağızdan və burundan pis qoxu gəlməsi. Proses inkişaf etdikcə iflic müşahidə olunur, kəskin zəiflik, üzülmə meydana gəlir. Proqnoz yaxşı olmadıqda 3-12 gün sonra kəskin zəiflikdən ölüm baş verir.
Buxar halında olan ipritlə zədələndikdə 3-6 saat sonra gözdə xoşagəlməz hissiyat, gözə qum, yad cisim düşməsi hissiyatı, mədə nahiyəsində təzyiq, mədə bulanması, sonra qusma baş verir. Eyni zamanda kəskin konyuktivit, blefarospazm, səsin xırıltılı olması, hətta tamamilə itməsi, quru, əzab verici, hürmə səsini xatırldadan öskürək müşahidə olunur Rezorbtiv təsir apatiya, yuxululuq, süstlük, danişmaq istəməmək, laqeydlik ilə özünü biruzə verir. Nefropatiya, maddələr mübadiləsinin pozulması mümkündür. Ağır hallarda ölüm baş verir.
Zədələnmənin olmaması və zədələnmə dərəcəsini azaltmaq üçün əleyhiqaz və mühafizə geyimindən başqa vaxtında hissəvi sanitar təmizləmə də böyük rol oynayır.
İpritlə zədələnmənin kliniki mənzərəsində gizli dövr, simptomların tədricən inkişafı, zədələnmənini uzun müddət davam etməsi və müaləcənin çətin olması xarakterikdir. Yuxarıda sadalananları nəzərə alaraq demək olar ki, ipritlə zədələnmə ocağında sanitar itkilərinin uzun müddət davam edəcək. Tibbi xidmət dəstələrinin şəxsi heyəti tibbi yardımı əleyhiqazda və mühafizə geyitində etməlidir.
Dəri örtüyünə düşən iprit damcılarını fərdi kimyəvi paketin içərisindəki məhlulla deqazasiya edirlər. Gözləri, burunu çoxlu su ilə yumaq lazımdır, ağız boşluğunu və boğazı 2%-li soda məhlulu və ya su ilə yaxalamaq lazımdır. İprit mədəyə düşdükdə onu dərhal kalium permanqanat və ya su ilə yumaq lazımdır. Zədələnmişləri tibb müəssisələrinə göndərmək lazımdır.
Boğucu təsirli ZM
Fosqen (kimyəvi adı–karbon turşusunun dixloranhidridi; kimyəvi formulu: COCl 2.) – əsas etibarı ilə ağ ciyərləri zədələyir. Ölümcül təsirli ZM-dir.
Rəngsiz qazdır, çürümüş ot və ya alma ətri verir, az davamlıdır, lakin onun buxarları havadan 3,5 dəfə ağırdır, böyük konsentrasiyalarda yarıqlara, səngərlərə, sığınacaqlara dolur.
Müsbət 8 dərəcəyə qədər soyutduqda və ya təzyiq altında uçucu mayeyə çevrilir. Fosgen suda pis həll olur, lakin suya düşdükdə hidroliz olur və toksiki olmayanməhsullar əmələ gəlir.
Toksiki xüsusiyyətləri. Boğucu təsirli ZM tipik nümayəndəsidir. Əsasən ağ ciyərlərə təsir edir-ağ ciyər alveollarının və kapillyarlarının divarlarını parçalayır. Orqanizmi yalnız tənəffüs üzvləri vasitəsilə zədələyir. Ağ ciyər toxuması fosgenin təsirindən qanın maye hiisəsi-plazması üçün keçirici olur. Onlar qan plazması ilə dolur, ağ ciyərlərin ödemi əmələ gəlir, orqanizmin oksigenlə təchizi kəskin pozulur-boğulma başlayır, ağır hallarda – ölüm baş verir. Ölüm boğulma nəticəsində baş verir.
Fosgenin 0,006 mq/l konsentrasiyası ölümcül nəticəyə səbəb ola bilər.
Fosgenin təsirinin gizli dövrü 4-6 saatdır; onun müddəti havadakı konsentrasiyasından, zədələnmiş atmosferada qalma müddətindən, insanın vəziyyətindən, orqanizmin soyumasından asılıdır. Fosgenlə zədələnmənin xarakterik xüsusiyyətləri gizli dövr (2saatdan 12 saata qədər) və kumulyativlikdir. Fosgen və difosgen toksiki təsir dərəcəsinə görə eynidir və insanları yalnız tənəffüs üzvləri vasitəsilə zədələyir.
Fosgenlə (difosgen) ağır zəhərlənmənin gedişində 4 dövr ayırd edilir: ZM ilə təmas dövrü (başlanğıc dövr); gizli dövr; ağ ciyər ödeminin inkişafı dövrü; bərpa dövrü.
Başlanğıc əlamətlər dövründə gözlərin (yad cisim hissi, yaş axma) və yuxarı tənəffüs yollarının qıcıqlanması (sinədə sıxılma, acışma, öskürək), tüpürcək ifrazı, tütünə ikrah, mədə bulanması, bəzən qusma olur.insan fosgenlə nəfəs aldıqda ağızda xoşagəlməz şirintəhər dad olur, sonra öskürək, baş hərlənməsi və ümumi zəiflik əmələ gəlir. Zədələnmiş zonadan çıxdıqda zəhərlənmə əlamətləri tez bir müddətə keçir, gizli dövr-xəyali rifah dövrü başlayır; bu zaman subyektiv şikayətlər tamamilə olmur, 2 saatdan 12 saata qədər davam edir, orta davam etmə müddəti 4-6 saat olur. 4-6 saatdan sonra zədələnmiş şəxsin vəziyyəti kəskin pisləşir:dodaqlar, yanaqlar, burun göyümtül rəng alır; ümumi zəiflik, baş ağrısı, təngənəfəslik, duru, köpüklü, çəhrayı rəngdə bəlğəm ifrazı ilə əzabverici öskürək olur, bu da ağ ciyər ödeminin inkişafını göstərir.
Fosgenlə zəhərlənmə 2-3 günə öz kulminasiya fazasına çatır. Bu dövrün sonunda təngənəfəslik (dəqiqədə 40 tənəffüs), öskürək və sianoz yaranır.
Ağ ciyərlərin ödemi dövründə tənəffüs çətinləşir, döş qəfəsinin ekskursiyası məhdudlaşır. Auskultasiya zamanı yaş xırıltılar eşidilir, onlar getdikcə artır. Öskürək zamanı bəlğəm ifrazı 2 litrə qədər çatır. Alveolalar maye ilə dolur. Xəstələr məcburi vəziyyət alır, bəlğəm ifrazını asanlaşdırmaq üçün başı aşağı salırlar, narahat olurlar çırpınırlar. Xəstəliyin gedişi ağır omadıqda zədələnmiş şəxsin sağlamlıq vəziyyəti tədricən yaxşılaşır, ağır hallarda isə ölüm baş verir.
Zədələnmənin bütün stadiyalarında xəstələr fiziki gərginliyə çox həssas olurlar, ona görə də onlara sərbəst hərəkət etməyə icazə verilmir, lazımi yerlərə nəqliyyatla aparırlar.
Fosgenin böyük dozalırının təsirindən gizli dövr olmaya da bilər.
Dəstələrin şəxsi heyəti mütləq əleyhiqaz geyinməlidir, mühafizə edici geyim mütləq deyil.
İlk yardım: boğucu təsirli ZM ilə zədələnmişlərə əleyhiqan geyindirmək lazımdır, tam sakitlik verilir, tənəffüsü asanlaşdırmaq üçün bel kəməri çıxarılmalı, paltarın düymələri açılmalıdır, isti içkilər verilməlidir və mümkün qədər tez müddətə tibb müəssisəsinə çatdırılmalıdır.
Süni tənəffüs vermək olmaz.
Deqazasiya: qapalı yerlərdə-havanı dəyişdirmək, mümkün olmadıqda-ammonyakı çiləmək lazımdır.
Döyüş məqsədilə tətbiqi: kimyəvi aviabombalar vasitəsilə.
Fosgenin davamlılığı yayda 15-20, qışda daha çoxdur.
Ümumi təsirli ZM
Sianid turşusu və xlorsian tənəffüs üzvlərini zədələyir, orqanizmin toxumalarında oksidləşdirici prosesləri dayanır. Bu qrup ZM ölümcül təsirlidir.
Sianid turşusu acı badam iyli rəngsiz uçucu mayedir, az konsentrasiyaları iysizdir, asanlıqla buxarlanır və yalnız buxar halında təsir edir, suda və üzvü həlledicilərdə yaxşı həll olur.
Xlorsian-rəngsiz qazdır, döyüş məqsədilə buxar halında təsir edir. Ərazidə davamlılığı yayda-15-20 dəqiqə, qışda-5 saata qədərdir.
Sianid turşusu ilə zədələnmənin xarakter əlamətləri: ağızda metal dadı, boğazın qıcıqlanması, baş hərlənməsi, zəiflik, mədə bulanması. Sonra əzabverici təngənəfəslik başlayır, nəbz yavaşıyır, huşunu itirir, kəskin qıcolmalar olur. Qıcolmalar az müddətə müşahidə olunur; sonra əzələlərin tam zəifləməsi, hissiyatın itirilməsi, tempraturun aşağı düşməsi, tənəffüsün dayanması baş verir. Ürək fəaliyyəti tənəffüs dayandıqdan sonra 3-7 dəqiqə davam edir.
Sianid turşusu ilə zəhərlənmənin kəskin forması ya ləng gedişli, ya da ildırım sürətli olur. İldırım sürətli forma ZM böyük konsentrasiyaları orqanizmə daxil olduqdan sonra 2-5 dəqiqə çəkir. Ləng forma çox da yüksək konsentrasiya olmayan ərazidə inkişaf edir.
Sianid turşusu ilə zədələnmənin 3 dərəcəsi ayırd edilir: yüngül, orta, ağır.
Ağır dərəcəli zədələnmənin kliniki mənzərəsində rast gələn stadiyalar: ilkin əlamətlər, təngənəfəslik, qıcolma və iflic stadiyaları. İlkin əlamətlər stadiyasında zədələnmiş şəxs ağızda acı badam, metal dadı hiss edir, baş hərlənməsi, zəiflik, mədə bulanması, görmənin pisləşməsi (bəbəyin genişlənməsi), nəbzin tezləşməsi, ürək nahiyəsində ağrı olur.
Təngənəfəslik stadiyasında oksigenin qandan toxumalara keçməsi pisləşdiyinə görə, toxuma tənəffüsü pozulur, bu da toxuma hipoksiyasına səbəb olur, reflektor təngənəfəslik olur. Bu stadiyada ürək nahiyəsində ağrılar güclənir, nəbz gərgin və seyrək olur, buna baxmayaraq venoz qanda oksigenin artıq miqdarda olmasına görə, tənəffüsdə və ürək-damar sisteminin funksiyaları pozulsa da sianoz müşahidə olunmur. Zədələnmişlərdə oyanıcıllıq, ölüm qorxusu, şuurun qaralması müşahidə olunur.
Qıcolma stadiyasında tutma şəkilli kloniki-toniki qıcolmalar başlayır, ekzoftalm müşahidə olunur.
Bu stadiyada əsas simptomlar ZM mərkəzi sinir sisteminə təsiri nəticəsində tənəffüs və ürək fəaliyyəti mərkəzlərinin iflici ilə əlaqədardır.
İlkin tibbi yardımı tez bir müddətə antidotlar vasitəsilə edirlər. Zədələnmişlərə ilkin yardım etdikdən sonra, dərhal zədələnmə ocağından təxliyə etmək lazımdır, ona görə də çoxlu nəqliyyat vasitəsi lazım gəlir. Tibb dəstələrinin şəxsi heyəti kimyəvi zədə ocağında tənəffüs üzvlərinin mühafizə vasitələrində olmalıdır.
Sianid turşusu və xlorsian insan orqanizminə tənəffüs üzvləri və mədə-bağırsaq yolu ilə daxil olur (yoluxmuş qida və su vasitəsilə). Zədələnmiş huşunu itirir, qıcolma tutması başlayır, sonra da iflic və tənəffüsün dayanmasından ölüm baş verir.
İlkin tibbi yardım göstərdikdə zədələnmişə əleyhiqaz geyindirilir, antidot ampulu sındırıb, əleyhiqazın üz hissənin altına yeridərək süni tənəffüs edilir və sonra tibb məntəqəsinə təxliyə edirlər.
Psixikimyəvi təsirli ZM (psixokimyəvi, psixomimetik ZM). Bu qrup ZM insanın normal psixi fəaliyyətini pozur. Bir çox xarici dövlətlərin hərbi qüvvələri onları son zamanlarda istifadə etməyə başlayıb. Onlar rəqibin canlı qüvvəsini müəyyən müddətə sıradan çıxarır. Bu ZM mərkəzi sinir sisteminə təsir edərək, insanın normal psixi fəaliyyətini pozur və ya psixi poxğunluqlara səbəb olur, müvəqqəti korluq, karlıq, qorzu hissi, müxtəlif üzvlərin hərəki funksiyalarının məhdudlaşmasını törədir. Psixokimyəvi təsirli ZM ölümcül nəticə ilə yanaşı, döyüş zamanı ordunun davamlılığını və iradə gücünü azaltmaq üçün tətbiq edilir.
Hal-hazırda psigen təsir xüsusiyyətinə malik maddələr qrupuna çoxlu maddə daxildir (qarmin, LSD-25, meskalin). Lakin, böyük miqyaslı zəhərləyici maddə kimi bu qrupun ən çox istifadə edələn nümayəndəsi—BZ-dir.
Bi-Zet (BZ) mərkəzi sinir sisteminə təsir edərək insanı normal psixi fəaliyyətini pozur və ya psixi (hallyisiyalar, qorxu, depressiya, ruh düşkünlüyü) və fiziki (karlıq, korluq, iflic) pozğunluqlara səbəb olur. Bu ZM müvəqqəti olaraq sıradan çıxarır.
Bi-zet—bərk kristallik maddə olub, iysizdir, suda həll olmur, döyüş vəziyyəti—aerozoldur (tüstü). Bi Zet orqanizmi tənəffüs üzvləri və ya mədə-bağırsaq yolu zədələyir. ZM ilə nəfəs aldıqda təsiri 0,5-3 saat sonra başlayır (dozadan asılı olaraq) və 2-4 günə qurtarır.
Onunla zəhərləndikdə insanlar məkan və zaman oriyertasiyasını itirir, hərəki narahatlıq olur, ətraf mühitin qavranması pozulur (ətrafda olan əşyaların forma və rəngi), eşitmə, təmas qarabasmaları, rabitəsiz, anlaşılmaz nitq, izlənmə sayıqlaması olur, zədələnmişlərdə aqressivlik olur, izləndiyi adamlardan qaçmaq cəhdi edirlər, bədəninin və ya bədənin ayrı-ayrı əzalarının dəyişməsi hissi olur. Bəbəklər genəlir, dəri və selikli qişalar quruyur.
Zədələnmişlər zonadan çıxan kimi yuxulu vəziyyətə düşürlər. Keçirilmiş psixoz vəziyyətindən sonra tam amneziya müşahidə olunur, zərərçəkmişlər keçirdiyi hissləri xatırlamır və danişa bilmir.
Bu zədələnmə zamanı ilk yardım əsasən zonadan tez bir müddətə təxliyyə etməkdir. Bədənin zədələnmiş hissələrini sabunlu su ilə yumaq, gözləri və burun-boğazı təmiz su ilə yumaq, paltarı əvvəlcə paltar şotkası ilə təmizləmək, sonra isə yumaq lazımdır. Zədələnmişləri izolyasiya edirlər, lazım gələrsə tibb müəssisələrinə göndərilir.
Lizergin turşusunun dimetilamidi psixokimyəvi təsirli zəhərli maddədir. Orqanizmə düşdükdən 3 dəqiqə sonra yüngül mədə bulanması və bəbəklərin genəlməsinə səbəb olur, sonra-eşitmə və görmə qarabasması başlayır və bir neçə saat davam edir.

Qıcıqlandırıcı təsirli ZM—Si-ES (SS), xlorasetofenon, adamsit, dibenzoksazepin gözlərin və tənəffüs üzvlərinin qıcıqlanmasına səbəb olur. Əsas döyüş vəziyyəti—aerozoldur. Bərk maddə olub, tüstü halında tətbiq edilir. Bu qrup ZM zədələnmə zamanı əmələ gələn əlamətlər: asqırma, burunda, burun-boğazda yanma, burundan selik ifrazı, tüpürcək və göz yaşı ifrazı, döş sümüyü arxasında ağrı, bəzən mədə bulanması və hətta qusma.
İlkin tibbi yardım etmək üçün zədələnmişi zonadan çıxartmaq kifayətdir. Qıcıqlandırıcı təsirli ZM polis tərəfindən tətbiq edilir, ondan döyüş məqsədilə istifadə məqsədəuyğun deyildir.
Sİ-ES—rəngsiz kristallik maddə olub, bibər iyi verir. Az konsentrasiyalarda gözlərə və yuxarı tənəffüs yolu üzvlərinə güclü qıcıqlandırıcı təsir edir, böyük konsentrasiyalarda dərinin açıq sahələrində yanığa səbəb olur, bəzi hallarda-tənəffüs üzvlərinin və ürəyin iflicinə və ölümə səbəb olur.
Xlorasetofenon—rəngsiz kristallik maddə olub, albalı iyi verir. Gözlərə təsir edərək, güclü göz yaşı axmasına səbəb olur, işıqdan qorxma, gözdə yanğı, gözə qum düşməsi hissi, göz qapaqlarının qıc olması olur. Zədələnmiş zonadan çıxdıqdan sonra gözdə yanma hissi və gözyaşı axması dayanır.
Adamsit—parlaq-sarı və ya tünd-göy rəngli kristallik maddə olub, demək olar ki, iysizdir. XM tüstüsü ilə nəfəs aldıqda qısa gizli dövrdən ( 20-30 saniyə) sonra burun-boğazda və ağızda yanma hissi başlayır. Tezliklə sinədə ağrı, quru öskürək, asqırma, qusma başlayır. Əleyhiqaz geyindikdən sonra 15-20 dəqiqə müddətinə əlamətlər artmaqda davam edir, sonra isə yavaş-yavaş 1-3 saat müddətinə simptomlar keçir.
Dibenzoksazepin – nisbətən yeni qıcıqlandırıcı təsirli ZM-dir. Bərk maddə olub, suda pis həll olur. Sİ-ES kimi təsir edir, yalnız toksiki təsirinə görə ondan güclüdür. Dəri örtüklərinin güclü şıcıqlanmasına səbəb olur.
Qıcıqlandırıcı təsirli ZM ilə zədələnmişlərə əleyhiqaz geyindirilir, şlem-maskanın altına içərisində tüstü əleyhi qatışıq olan ampula sındırılaraq yeridilir və zədələnmiş zonadan çıxarılır. Zədələnmiş ağzını, burun-boğazını və gözünü soda və ya təmiz su ilə yumalıdır. ZM paltarın və avadanlığın üzərindən kənarlaşdırılır (silkələyib, çıprıp və təmizlənir).
Toksinlər – botulizm toksini və stafilokokk enterotoksini, bioloji mənşəli maddələr yeni yüksək toksiki təsirli ZM aiddir.
Botulizm toksini – ən toksiki ölümcül təsirli ZM-dir. Ağ rəngli kristallik maddədir. Onudaha uzun müddət təsir göstərən xüsusi reseptur kimi tətbiq edirlər. Xarakter gizli dövrə malikdir. Zəhərlənmə 30-60 saat sonra başlayır. Zədələnmə əlamətləri-baş ağrısı, zəiflik, gözlərdə ikiləşmə, qusma, qida borusunun iflicidir. Ölüm mərkəzi sinir sisteminin iflici səbəbindən baş verir.
Stafilokokk enteroksini – müvəqqəti olaraq sıradan çıxaran ZM-dir. Qusmaya və orqanizmin güclü zəifləməsinə, böyük konsentrasiyalarda ölümcül nəticəyə səbəb olur.
Toksinlərin tətbiqi zamanı fərdi mühafizə vasitələrindən istifadə edilir.
Paltar və avadanlıqdan toksinlər silkələmə və təmizləməklə kənarlaşdırılır. Dərinin açıq hissələri, əleyhiqazın üst hissəsi fərdi kimya paketinin vasitəsilə təmizlənir. İlkin yardım göstərdikdən sonra zədələnmişləri tibb müəssisələrinə göndərirlər.

Güclü təsirli zəhərləyici maddələrin (GTZM) toksiki xüsusiyyətləri
Müxtəlif sənaye müəssisələrində hal-hazırda 100-dən artıq GTZM –dən istifadə edilir.
Xlor, ammonyak, fosgen, sianid turşusu, kükürd anhidridi, benzol istehsal və istehlak edən kimya müəssisələrində qəza baş verərsə, həmin müəssisələrində çalışan fəhlə və qulluqçuların, daha böyük qəza hallarında isə hətta ətraf ərazidə yaşayan əhalinin sağlamlağa üçün ciddi təhlükə yaranır.
Son illərdə GTZM maddələr ilə zəhərlənmə halları daha tez-tez rast gəlir, əsas təhlükə ondan ibarətdir ki, onlar kütləvi zəhərlənmələrə səbəb olur. Bu qrup zəhərlərə, sənayedə (kimya, neft-qazçıxartma, metallurgiya, farmaseptika), kənd təsərrüfatında (kimyəvi zəhərlər) və müxtəlif sahələrdə istifadə edilən müxtəlif toksiki maddələr aiddir.
Toksiki təsirinə və səbəb olduğu kliniki əlamətlərə görə GTZM şərti olaraq 2 qrupa bölünür: əsasən yerli qıcıqlandırıcı, yandırıcı, boğucu təsirli və əsasən ümumzəhərli toksiki təsirli maddələr. 2-ci qrup maddələr qana sorularaq mərkəzi sinir sistemini, qanı, qara ciyəri, böyrəkləri zədələyir.

Boğucu təsirli toksiki maddələrin əsas təsir obyekti tənəffüs üzvləridir. Belə maddələrin orqanizmə təsirini şərti olaraq 4 dövrə bölürlər: maddə ilə təmas dövrü, gizli dövr, ağ ciyərlərin toksiki ödemi dövrü, ağırlaşmalar dövrü. Hər dövrün davam müddəti kimyəvi maddənin toksiki xüsusiyyətindən və dozanın təsir göstərdiyi müddətdən asılıdır. Bir sıra maddələrin buxarlarınını yüksək konsentrasiyasının təsirindən tez bir müddətə ölüm baş verir. Ölümün səbəbi dərinin açıq sahələrinin, yuxarı tənəffüs yollarının və ağ ciyərlərin kimyəvi yanığı nəticəsində inkişaf edən şok vəziyyətidir.
Ümumi təsirli zəhərləyici maddələrə—enerji mübadiləsini kəskin pozduğuna görə zədələnmişin ölümünə səbəb olan birləşmələr aiddir. Bu maddələr qan və toxuma zəhərləyicilərinə bölünür. Qan zəhərləyiciləri iki yarım qrupa bölünür: hemoqlobin və hemolitik zəhərlər. Toxuma zəhərləri də öz növbəsində üç növə bölünür.
Boğucu və ümumzəhərləyici təsirli maddələrə çoxlu sayda GTZM aiddir. Onlar inhalyasion yolla daxil olduqda ağ ciyərlərin toksiki ödeminə, qana sorulduqda maddələr mübadiləsinin pozulmasına səbəb olur. Bu qrupa daxil olan birləşmələrin çoxu güclü yandırıcı təsir göstəririlər, bu da zədələnmişlərə yardım göstərməyi əhmiyyətli dərəcədə çətinləşdirir.
Sinir impulslarının yaranmasına, ötürülməsinə təsir edən maddələrə (neyrotrop zəhərlərə) periferik sinir tənzimi mexanizmlərini pozan maddələr aiddir. Həmin maddələr neyromediatorların sintezi, ifrazı, inaktivasiyası proseslərinə təsir edir; ion kanallarının keçiriciliyini pozur.
Boğucu və neyrotrop təsir göstərən maddələrin təsirindən inhalyasion yolla zədələnmə nəticəsində ağ ciyərlərdə ödem inkişaf edir və onun da fonunda sinir sisteminin ağır zədəsi formalaşır. Sinir sisteminin zədələnməsi nəticəsində beyində impulsların yaranması və keçirilməsi pozulduğuna və həmçinin, xarici tənəffüs pozulduğuna görə beyində ağır hipoksiya vəziyyəti inkişaf edir. Adətən, orqanizmin zəhərlənməsi tədricən inkişaf edir, ağır hallarda bir neçə günə ölümlə nəticələnir. Patoloji prosesə bədənin bir çox üzvləri cəlb olunur, lakin əsas dəyişikliklər sinir sistemi, parenximatoz orqanlar və bəzən də qan sistemində baş verir.
Öz quruluşuna görə bu maddələr müxtəlif maddələr sinfinə daxildir, lakin onların hamısı ümumi xüsusiyyətə malikdirlər: orqanizmdə həmin maddələr parçalanaraq yüksək reaksiyaya girə bilmək qabiliyyətinə malik hidrogenli karbon radikalları əmələ gətirir.
Maddələr mübadiləsini pozan maddələr qrupuna hallogenli aromatik hidrogen- karbonidlər aiddir. Bunlardan əsas bioloji fəallığıa malik olanları dibenzodioksidlər və polixlor tərkibli benzofuranlardır.
Bu maddələr ağ ciyərlər, həzm yolu və zədələnməmiş dəri vasitəsilə bədənə daxil olur və ləng gedişli xəstəliklərə səbəb olur. Bu zaman demək olar ki, bütün orqanlar prosesə cəlb olunur-xarakter cəhətləri maddələr mübadiləsini pozmaqdır, son nəticə isə-ölümdür.
Güclü Təsirli Zəhərli maddələrin toksikiliyini xarakterizə edən göstəricilər bunlardır: astana konsentrasiyası; dözümlülük həddi; ölümcül konsentrasiya və ölümcül doza.
Astana konsentrasiyası-əhəmiyyətli dərəcədə fizioloji effekt yaradan minimum konsentrasiyadır. Bu zaman zədələnmişlər zədələnmənin ilkin simptomlarını hiss edir, lakin döyüş və ya iş qabiliyyətlərini saxlayırlar.
Dözümlülük həddi—insanın uzunmüddəli zərər almadan müəyyən vaxt tab gətirə biləcəyi minimal konsentrasiyadır.
GTZM zəhərliliyi əhəmiyyətli dərəcədə orqanizmə daxil olma yolundan asılıdır. Bu zaman zədələnmə ümumi və yerli xarakter daşıyır. Yerli təsir zamanı toksiki effekt GTZM orqanizmlə bilavasitə təması yerində müşahidə olunur (dəri örtüklərində, tənəffüs yollarında, görmənin pisləşməsi). Ümumi təsir zamanı toksiki effekt GTZM dəri örtüyü vasitəsilə (dəri-rezorbtiv toksiki təsir) qana keçdikdə, ağ ciyərlər və ya mədə-bağırsaq traktı ilə orqanizmə daxil olduqda özünü biruzə verir. Ona görə də GTZM toksiki təsirini qiymətləndirdikdə onun toksiki təsir dərəcəsi və xarakteri ilə yanaşı insan orqanizminə daxil olma yolu da nəzərə alınmalıdır.
GTZM orqanizmə daxil olmasının əsas yolu tənəffüs üzvləridir, bir sıra hallarda, xüsusən də qəza ban verən rayonda (ocaqda) olan zaman isə, insanların dəri örtükləri vasitəsilə zədələnməsinin mümkün yolu istisna olunmur.
Toksiki doza dedikdə—müəyyən toksiki effekt törədən doza başa düşülür.
Qəza hallarında havada bir deyil, bir neçə GTZM ola bilər. Bu zaman GTZM təirinin cəm effektini qiymətləndirmək çox çətin olur, çünki, bir neçə kimyəvi maddənin kombinə olunmuş təsiri ayrı-ayrı təsirlərin cəminə, yaxud bu cəmdən böyük və ya kiçik ola bilər.

Daha çox rast gələn GTZM təsirinin ümumi xarakteri və əlamətləri
Ən çox yayılmış GTZM-ə aiddir: azot, sulfat, duz duz, fosfor turşuları, ammonyak, metan, xlor, civə, karbon qazı və s.
Ammonyak (boğucu və neyrotrop təsirli maddədir). Rəngsiz qazdır, naşatır iyi verir, havadan yüngüldür. Soyuducu agent kimi soyuducu qurğularda, gübrə istehsalında və başqa sahələrdə istifadə edilir Hava ilə 1:3 nisbətində qatışığı partlayıcıdır. Suda yaxşı həll olur.
Təsirinin ümumi xarakteri: ümumtoksik effekt əsasən sinir sisteminə təsiri ilə əlaqədardır. Beyin toxumasının oksigeni mənimsəmək qabiliyyəti kəskin aşağı düşür. Qanın protrombininə bilavasitə təsir nəticəsində qanın laxtalanmasını pozur, parenximatoz orqanları zədələyir.
Ağır intoksikasiyanın nəticələri: yaddaşın hissəvi itirilməsi, nevroloji simptomlar—tremor, tarazlığın pozulması, tik, ağrı və taktil hissiyatın azalması, baş hərlənməsi, nistaqm, hiperrefleksiya.
Kəskin zəhərlənmənin nəticələri-göz büllurunun və buynuz qişanın bulanması, buynyz qişanın deşilməsi və görmənin itirilməsi, səsin xırıltılı olması və ya itirilməsi, müxtəlif xroniki xəstəliklər (bronxit, ağ ciyərlərin emfizeması və s.)
Az dozalarla zəhərlənmə zamanı müşahidə olunan əlamətlər—gözlərin və tənəffüs yollarının əhəmiyyətsiz dərəcədə qıcıqlanmasıdır.
Orta dərəcəli konsentrasiyalarla zəhərlənmə zamanı müşahidə olunan əlamətlər: gözün və burunun qıcıqlanması—asqırma, tüpürcək ifrazı, mədə bulanması və baş ağrısı, üzün qızarması, tər ifrazıdır. Sidik ifrazı və döş sümüyü nahiyəsində ağrılar da müşahidə olunur.
Yüksək konsentrasiyaları buludlara düşdükdə ağızın, yuxarı tənəffüs yollarının selikli qişası və gözün buynuz qişası kəskin qıcıqlanır, öskürək tutmaları, boğulma hissi, narahatlıq, baş hərlənməsi, mədədə ağrı, qusma müşahidə olunur.
Çox yüksək konsentrasiyaların təsirindən artıq bir neçə dəqiqə sonra əzələ zəifliyi, yüksək reflektor oyanıcıllıq, tetanus qıcolmaları müşahidə olunur, eşitmə kəskin azalır. Bəzən zəhərlənmiş insanlarda yüksək oyanıcıllıq olur, qəzəbli sayıqlama vəziyyəti rast dəlir, ayaqüstə dayana bilmirlər. Kəskin tənəffüs və qan dövranı pozğunluqları müşahidə olunur. Ürək fəaliyyətinin zəifliyi və ya tənəffüsün dayanması səbəbindən ölüm baş verir.
Ammonyakla zəhərlənmə zamanı ilk yardım. Ammonyakla zəhərlənmiş insanlara «KD» və ya «M» markalı sənaye əleyhiqazı geyindirilir, yüksək konsentrasiyalarda—izolyasiya edici əleyhiqaz geyindirilir və kimyəvi zəhərlənmə ocağından təmiz havaya çıxarılır. Zədələnməmiş ərazidə su buxarları ilə nəfəs almağa imkan verirlər. Əgər zədələnmiş insanda tənəffüs çətinləşərsə və ya dayanarsa, süni tənəffüs verilir. Ammonyak mədəyə düşərsə, hər stakana bir çay qaşığı sirkə qarışdırılmış, bir neçə stakan isti su verilir və qusmaya məcbur edilir. Gözə düşərsə çoxlu su ilə yuyulur. Geniş sahəli yanıq əmələ gələn zaman, ağrı şoku olmaması üçün şpris-tyubik vasitəsi ilə ağrıkəsici yeidilir. Əgər suluqlar əmələ gələrsə, onları kəsmək olmaz, üzərinə steril sarğı qoyulur. Zədələnmişi isti bürümək və sakitlik vermək lazımdır.
Hidrazin (boğucu və neyrotrop təsirli maddədir).
Ümumi təsir xarakteri: inhalyasion yolla daxil olduqda hidrazin və onun törəmələri ağ ciyərləri toksiki ödeminə səbəb olurlar, bunun da fonunda mərkəzi sinir sisteminin ağır zəhərlənməsi formalaşır, bir sıra hallarda bu ölümə gətirib çıxarır.
Karbon və piy mübadiləsini pozur. Hemolitik xüsusiyyətlərə malikdir, kəskin zəhərlənmədən 1-2 saat sonra hemoliz inkişaf edir.
Zədələnmə əlamətləri: zəif intoksikasiya hallarında yuxarı tənəffüs yollarının və gözün selikli qişasının qıcıqlanması, orta intoksikasiya hallarında—bronxit, ağ ciyərlərin toksiki ödemi, oyanıcıllıq, sonra depressiya, qara giyərdə piy, karbon mübadiləsi və antitoksik funksiyaları pozulur. Kəskin intoksikasiya şuurun qaralmasına, sarılığa, stomatitə, ürək fəaliyyətinin pozulmasına, qara ciyər ağrılarına, qusmaya səbəb olur. Ölüm uremiya (sidiyin qana keçməsi) nəticəsində baş verir.
Dioksin (maddələr mübadiləsini pozan maddədir).
Təsirinin ümumi xarakteri: həm tənəffüs yolları, həm dəri vasitəsilə, həm də mədə-bağırsaq yolu ilə daxil olduqda toksiki təstr göstərir. Yerli təsir etmir. Gizli dövrə malikdir—10 gün və ya bir neçə həftə davam edə bilər. Dozanın artması gizli dövrün müddətinə təsir etmir. Zəhərlənmə maddələr tübadiləsinin pozulması, qara ciyərin zədələnməsi, limfoid toxumanın atrofiyası (məhvi), sinir sistemi funksiyalarının pozulması ilə əlaqədardır.
Zədələnmə əlamətləri: bədən çəkisi itirilir, su qəbulu kəskin azalır. Güclü susuzlaşma adətən ölümə səbəb olur.ödemlərin olması xarakterikdir. Maye göz ətrafindakı dərialtı toxumaya yığılır, sonra üzə, boyuna, bədənə yayılır. Ödemlər əsasən dərialtı toxumaya yığılır, lakin qarın boşluğunda, döş qəfəsində və qarın boşluğunda da yığılması müşahidə olunur. Kəskin intoksikasiyanın xarakter əlaməti üzdə və boyunda sızanaqların olmasıdır, onlar müalicəyə tabe olmur. Bundan başqa ayaqda və əllərdə dəri qalınlaşması (keratoz), əl və ayaq dırnaqlarının dağılması, üz və qaş tüklərinin tökülməsi müşahidə olunur. Blefarit inkişaf edir.
Karbon monooksid (CO) – dəm qazı ilə zəhərlənmə tənəffüs vasitəsilə baş verir və kəskin zəhərlənmələrdən hesab olunur. Dəm qazı müxtəlif növlü üzvü yanacağın – neft məhsullarının, odunun, daş kömürün natamam yanması zamanı əmələ gəlir. Kimya sənayesində isə bu kimyəvi birləşmə aseton, fosgen, metil spirti, metan və s. sintezində tətbiq olunur.
Təsirinin ümumi xarakteri: Əsasən ümumizəhərləyici təsir göstərir-hemoqlobinə qarşı güclü zəhərdir. O, qandakı hemoqlobinlə (qanın zülal və dəmirdən ibarət kimyəvi birləşmə olub, toxumanın oksigen ilə təmin olunmasına xidmət edir), oksigenə nisbətən daha möhkəm birləşir, karbooksihemoqlobin yaradır və qan oksigeni orqanizmin toxumalarının hüceyrələrinə daşıya bilmir, nəticədə başağrısı, huşun itməsi ilə müşayiət olunan “oksigen aclığı” yaranır. Bilavasitə hüceyrələrə təsir edərək toxuma tənəffüsünü pozur.
Karbon mübadiləsinə təsir edərək qanda şəkərin miqdarının artmasına səbəb olur. Fosfor mübadiləsini pozur, azot mübadiləsini pozaraq azotemiyaya səbəb olur, plazma zülallarının tərkibinin dəyişməsinə, qanda xolinesterazının fəallığının və B6 vitaminin səviyyəsinin azalmasına səbəb olur.
Zədələnmə əlamətləri: karbon oksidin təsirindən başda sıxılma və ağırlıq hissi, baş hərlənməsi, alın və gicgah nahiyəsində güclü ağrı, qulaqlarda küy, üzün dərisinin qızarması və yanması hissi, titrətmə, zəiflik, qorxu, susuzluq hissi, nəbzin tezləşməsi, gicgah arteriyalarında pulsasiya, mədə bulanması, qusma müşahidə olunur. Sonra bədəndə keyləşmə, zəiflik və laqeydlik olur, yuxululuq artır. Bədənin hərarəti 38-400S qədər artır, huş itirilir, qusma, qeyri-iradi sidik və kal ifrazı müşahidə olunur. Ölüm tənəffüsün dayanması səbəbindən baş verir. Yüksək qatılıqlı dəm qazının təsiri nəticəsində kəskin zəhərlənmələr müşahidə olunur ki, bunlar da huşun itirilməsi, xüsusi ağır şəraitdə ölümlə nəticələnən uzun müddətli koma vəziyyəti ilə xarakterizə olunur. Bu zaman göz bəbəklərinin genişlənməsi və işığa zəif reaksiya vermə, qıcolma, əzələlərin kəskin gərginliyi, tənəffüsün və ürək döyüntülərinin sürətlənməsi də müşahidə edilir. Tənəffüs və ürək fəaliyyətinin dayanması isə ölümlə nəticələnir.
Etilen oksid (metabolik zəhərdir).
Yerli və ümumi-rezorbtiv təsir göstərir. Mutagen və alkilləşdirici agentdir, spesifik zəhərli narkotikdir, qıcıqlandırıcı və sensibilizə edici təsirə malikdir.
Zədələnmə əlamətləri: zəif və orta dərəcəli intoksikasiya zamanı gözün selikli qişası qıcıqlanır, yüngül ürək döyünmə, əzələlərin dartınması, üzün qızarması, baş ağrıları, eşitmənin azalması, nistaqm (çəpgözlülük), asidoz (turşuluğun artması), güclü qusma baş verir. Kəskin intoksikasiya zamanı qəfil pulsasiya edici baş ağrısı, baş hərlənməsi, yerişin, nitqin çətinləşməsi, qusma, ayaqlarda ağrı, əzginlik, keyləşmə, göz damarlarının spazmı müşahidə olunur. Əsasən dəriyə və selikli qişalara təsir edir. Həm maye, həm qaz halında dəriyə təsir edir. Paltardan, ayqqabıdan, əlcəklərdən asanlıqla keçir, buna görə də dərinin təkcə açıq hissələri deyil həm də mühafizə olunan hissələrindən də keçərək zədələnmə törədir.
Kükürd oksid (SO) – boğucu və ümumi zəhərləyici təsirli maddədir.
Təsirinin ümumi xarakteri: tənəffüs yollarını qıcıqlandıraraq bronxların spazmını törədir.
Ümumi təsiri nəticəsində karbon və zülal mübadiləsi pozulur, baş beyində, qara ciyərdə, dalaqda, əzələlərdə oksidləşmə prosesləri pozulur. Qanyaradıcı orqanları qıcıqlandırır.
Zədələnmə əlamətləri:bir neçə dəqiqə təsir göstərdikdə gözlərin və burun-boğazın qıcıqlanması-asqırma, öskürmə baş verir. Daha uzun müddət təsir etdikdə qusma, nitqin və udqunmanın pozulması müşahidə edilir. Ölümün səbəbləri—səs yarığının reflektor spazmı nəticəsində boğulma, ağ ciyərlərdə qan dövranının kəskin dayanması və ya şok.
Hidrogen sulfid (neyrotrop zəhər) – güclü zəhərdir. Yüksək konsentrasiyalarda ani olaraq tənəffüs mərkəzinin iflicini törətdiyinə görə ölümə səbəb olur. Yüngül zəhərlənmə hallarında qıcıqlanma əlamətləri ön plana çıxır: gözlərdə yanma, göz yaşı axması, işıqdan qorxma, göz qapaqlarının selikli qişasının qızarması, zökəm, boğazda qaşınma, öskürək. Orta dərəcəli zəhərlənmə zamanı yuxarıda sadalanan əlamətlərə növbəti simptomlar əlavə olunur: baş ağrısı, mədə bulanması, qusma, baş hərlənməsi, zəiflik, hərəkətlərin kordinasiyasinın itirilməsi, oyanıcıllıq və ya huşun itirilməsi. Ürək ritminin tezləşməsi, dəri və selikli qişaların göyərməsi (sianoz), ishal, tez-tez sidik ifrazı simptomları da rast gəlir. Bədən hərarəti artır.
Ağır zəhərlənmə hallarında sianoz, qusma, ürək və tənəffüs fəaliyyətinin pozulması, arterial təzyiqin aşağı düşməsi olur.
Təsirinin ümumi xarakteri: ümumi rezorbtiv təsiri güclüdür, yerli təsiri isə zəif ifadə olunur. Orqanizmə daxil olmasının əsas yolu-inhalyasion yoldur, zədələnməmmiş dəridən də keçməsi mümkündür.
Yüksək konsentrasiyalarda narkotik təsir göstərir. Az dozalarla xroniki təsir nəticəsində mərkəzi sinir sisteminin, vegetativ və periferik sinir sisteminin, endokrin və daxili orqanların, qan sisteminin xəstəlikləri inkişaf edir. Ürək-damar xəstəliklərinin, mədə və oniki barmaq batırsağın xora xəstəliyinin, şəkərli diabetin inkişafına şərait yaradır.
Zədələnmə əlamətləri: baş ağrıları, damar pozğunluqları, əsəbilik, hissiyat pozğunluğu, boğazda ağrı, dəridə qarışqa gəzməsi hissi, yüngül sərxoşluq, qeyri-düzgün tənəffüs.Simptomların təzahürü dərəcəsi zəhərlənmənini ağırlığından asılıdır. Yüksək konsentrasiyanın təsirindən bir neçə dəfə nəfəs aldıqda belə huşun itirilməsi baş verir. Əgər zədələnmiş şəxsi ərazidən çıxartmaq mümkün olmazsa, dərin nekroz başlayır, bütün reflekslər itir, hətta bəbək refleksi də itir, tənəffüsün dayanmasından ölüm baş verir. Zədələnmiş şəxsi zəhərli atmosferdən çıxartdıqdan sonra huşsuz vəziyyət psixi və hərəki oyanıcıllıq və dezoriyentasiya ilə əvəz olunur.
İlk yardım. Zədələnmişi dərhal təmiz havaya çııxartmaq, sıxıcı paltardan azad etmək, soyumadan qorumaq, sakitlik vermək lazımdır. Gözləri isti su ilə yuyurlar. Burun, ağız boşluğu və boğazı 2%-li soda məhlulu ilə yumaq lazımdır. Öskürək tutmaları zamanı öskürəyin qarşısını alan preparatlardan istifadə etmək lazımdır. Yaylığı xlorlu əhənglə isladaraq nəfəs almaq məsləhət görülür.

Xlor (əsasən boğucu təsirli maddədir). Xlor sənayenin müxtəlif sahələrində geniş tətbiq edilir: parçaların ağardılması, müxtəlif növ kauçuk istehsalında, kağız məmulatı və sellüloza istehsalında, suyun zərərsizləşdirilməsində dezinfeksiya məqsədilə tətbiq edilir.
Təsirinin ümumi xarakteri: tənəffüs yollarını qıcıqlandırır, ağ ciyərlərin ödeminə səbəb olur.
Zədələnmə əlamətləri: aşağı konsentrasiyaları gözün selikli qişasının, yumşaq damaq və əsnəyin qızarmasına, bronxitə, yüngül təngənəfəsliyə, səsin xırıldamasına, sinədə təzyiq hissinə səbəb olur. Aşağı və orta konsentrasiyalarının təsirindən döş sümüyü arxasında ağrılar, gözdə yanma və ağrı, gözdən yaş axma, əzabverici öskürək, təngənəfəslik baş verir, nəbz tezləşir, sarı və ya qırmızı rəngdə köpüklü bəlğəm ifrazı ilə öskürək artır. Bəzən ayaqüstü keçirilən zəhərlənmə bir neçə gündən sonra ölümlə nəticələnir.
Yüksək konsentrasiyalar buludların tərkibində tənəffüs mərkəzinin reflektor ləngiməsinə səbəb olduğuna görə ani olaraq ölümə səbəb olur. Zədələnmiş boğulur, göyərir, vurnuxur, qaçmağa cəhd edir, dərhal yıxılır və huşunu itirir.
Xlorla zəhərlənmə zamanı ilk yardım. Xlorla zəhərlənmiş şəxsi «B» və ya «M» markalı sənaye əleyhiqazı, ya mülki əleyhiqaz QP-5, yüksək konsentrasiyalar zamanı-izolə edici əleyhiqaz geyindirərək təhlükəsiz məsafəyə çıxartmaq, sıxıcı palmatrdan azad etmək lazımdır. Tənəffüs zəifləyərsə və ya dayanarsa süni tənəffüs verilir. Göz, ağız boşluğu, burun-boğaz təmiz su və ya 2,%-li soda qarışdırılmış su ilə yuyurlar. Zərərçəkmişə çoxlu maye içirdilir: isti süd, çay, kofe. Soyuqdəymədən qorumaq, isti bürümək və tam sakitlik verilir.

Hidrogen sianid (ümumzəhərləyici təsirli maddədir).
Hüceyrələrdə toxuma tənəffüsünün spesifik ingibitorudur. Toxuma tənəffüsü tamamilə pozulur, ilk növbədə də sinir sistemi hüceyrələrində. Bu da sinir hüceyrələrinin məhvinə səbəb olur.
İldırım sürətli forma yüksək konsentrasiyaların təsirindən baş verir.
Zədələnmiş yıxılır, huşunu itirir və bir neçə dəqiqədən sonra ölür. Ləng formalı zəhərlənmədə intoksikasiya simptomları tədricən inkişaf edir. Yüngül, orta və ağır dərəcəli zədələnmələr ayırd olunur.
Yüngül dərəcəli zədələnmiş şəxs ağızda badam, metal dadı hiss edir, sonra baş hərlənməsi, baş ağrısı, hərəkətlərin koordinasiyasının pozulması («sərxoş yerişi») müşahidə olunur.
Orta dərəcəli zədələnmədə əlavə olaraq güclü zəiflik də müşahidə olunur. Zəhərlənmiş şəxs yıxılır, şuuru qaralır, tənəffüs çətinləşir, bəbəklər genişlənir.
Ağır formada şuur itir, klonik-tonik qıcolmalar olur, tənəffüs səthi olur, iflic inkişaf edir. Qeyri-iradi sidik və kal ifrazı baş verir, sonra tənəffüs ıə ürək fəaliyyəti dayanır. Zəhərlənmənini xarakter simptomu dərinin, dodaqların və gözlərin parlaq çəhrayı rəng almasıdır.
Azot oksidləri (ümumzəhərləyici təsirli maddələrdir-hemoqlobin zəhərləridir).
Təsirin təbiəti havada əmələ gələn oksidlərin tərkibindən asılıdır. Nəm hava ilə təmas zamanı HNO3 və HNO2 əmələ gəlir. Bu maddələr alveolyar toxumanı zədələyir, bu da ağ ciyərlərin ödeminə və mürəkkəb reflektor pozğunluqlara səbəb olur.
Qanda əmələ gələn nitratlar və nitritlər arteriyalara təsir edərək damarların genişlənməsinə və təzyiqin düşməsinə səbəb olur. Həmçinin, nitritlər oksihemoqlobini methemoqlobinə çevirir. Eritrosilərin zədələnməsi və ağ ciyər ödemi oksigen çatmamazlığına səbəb olur.
Tənəffüs yollarının qıcıqlanması, güclü öskürək, bəzən baş ağrısı, qusma müşahidə olunur. Zədələnmiş dərindən nəfəs ala bilmir. Buxarların təsirindən 2-12 saatdan sonragüclü zəiflik və qorxu hiss olunur, öskürək getdikcə artır, əvvəlcə sarı, sonra qanlı bəlğəm ifraz olunur, bəzən titrətmə, hərarətin artması, ürək döyünmənin tezləşməsi, güclü göyərmə inkaşaf edir. Mədə-bağırsaq traktında pozulmalar, mədə bulanması, diafraqmada əzab verici ağrı, qusma, ishal, susuzluq müşahidə olunur. 58% hallarda ölüm birinci günün sonunda baş verir.
Qəfil yüksək konsentrasiyalar ilə nəfəs aldıqda dərhal ağır boğulma, qıcolmalar, tənəffüsün dayanması baş verir.
Sulfat turşusu-güclü turşulardan biridir. Durulaşmış halda bütün metalları (qızıl və platindən başqa) oksidləşdirir. Onun məhlulunu hazırladıqda onu suya tökmək lazımdır, əks halda su qaynayaraq ətrafa sıçrayır. Sulfat turşusu insan orqanizminə ümumtoksiki və toxumalara dağadacı təsir edir.
Sulfat turşusunun məhlulunun və buxarlarının insan orqanizminə təsiri nəticəsində tənəffüs yollarının, mədə-bağırsaq tarktının selikli qişalarının güclü qıcıqlanmasına və kimyəvi yanığına səbəb olur. Dəriyə düşdükdə intensiv suszlaşdırma yaratdığına görə və bu zaman çoxlu istilik ayrıldığına görə birinci, ikinci və üçüncü dərəcəli yanıqlar əmələ gəlir. Toxumaların zədələnməsinin dərinliyi terşunun qatılığından və təsir müddətindən asılıdır. Buxarları ilə nəfəs aldıqda aşağıdakı simptomlar əmələ gəlir: burundan setik ifrazı, asqırma, bağazda yanma hissi-öskürəyə səbəb olur. Tənəffüs pozulur, bəzən səs tellərinin spazmı olur, həmçinin gözdə yanma, gözyaşı axması və gözün selikli qişasının iltihabı inkişaf edir. Ümumzəhərləyici təsiri asidoza səbəb olur (oyanıcıllıq artır, yeriş dəyişir, və ümumi zəiflik olur).
İlk yardım. Sulfat turşusu ilə zəhərlənmə zamanı zərərçəkmişi dərhal təmiz havaya çıxartmaq lazımdır. Tənəffüs yollarının qıcıqlanması zamanı etil spirti, efirilə inqalyasiya, isti içkilər-borjom və ya soda qatılmış süd məsləhət görülür. Qatı məhlulu dəriyə düşdükdə axar suyun altında 10-15 dəqiqə ərzində yumaq lazımdır. Ədər yardım gecikərsə ozaman suyun alğında 40-60 dəqiqəyə qədər saxlamaq lazımdır. Turşunun iyi itməyənə qədər su ilə yumağı dayanırmaq olmaz.

Xlorid turşusu (duz turşusu) – yüksək konsentrasiyaları bəlğəmdə, burun ifrazatında qan rast gəlməsinə, qanlı qusmaya, qastritə səbəb olur. Dişləri zədələyir. Bu turşu ilə təmasda olan fəhlələrdə kimyəvi yanıqlar daha tez-tez rast gəlir. Qatı məhlulları dəri və selikli qişalarda dərin yanıqlara səbəb olur: təmas sahəsi əvvəlcə rəngsizləşir, sonra qəhvəyi rəng alır, daha sonra açıq-qırmızı fonda aydın kənarları olan yara əmələ gəlir. Bu yaralar uzun müddət sağalmır, sağalanda isə yerində dərin, kobud çapıq qalır, bu da zədələnmiş orqanın funksiyalarını pozur. Ədər yara sahəsi böyük olarsa bu ölümə səbəb ola bilər. Ədər gözə turşu damcıları sıçrayarsa dərin dəyişikliklərə səbəb ola bilər,gözün buynuz qişasında ağır yaralar əmələ gəlir və müxtəlif ağırlaşmalara səbəb olur, hətta görmə itirilə bilər. Sulu məhluluları ilə tez-tez təmas dermatit xəstəliyinin inkişafına səbəb olur. Duz turşusunun buxarları nəfən yollarına təsir edərək laringitə, səs tellərinin ödeminə, bronxitə, ağ ciyərlərin ödeminə və ölümə səbəb olur.
İlk yardım. Zərərçəkmişi təmiz havaya çıxartmaq, 2%-li soda məhlulu boğazını ilə yaxalamaq, gözləri və burunu yumaq lazımdır. Duz turşusu dəriyə düşdükdə dərini dərhal 10-15 dəqiqə müddətinə su ilə yumaq lazımdır (daha yaxşı olardı ki, 2,4 %-li soda məhlulu ilə yuyulsun).
Məişətdə rast gələn geniş yayılmış ağır zəhərlənmələr-turşularla: sirkə essensiyası-sirkə turşusunun 80%-li məhlulu, duz turşusu, karbol turşusu, oksalat turşusu ilə zəhərlənmələrdir. Qələvilərdən isə ən çox rast gələni kaustik (aşındırıcı) soda, naşatır spirti, kaustik kaliumdır. Bu məhlulların çoxunun ətri, rəngi yoxgur, ona görə də onları qida maddələrindən ayrı saxlamaq lazımdır.
Belə məhlullar orqanizmə daxil olduqdan sonra ağız boşluğunda, boğazda və tənəffüs yollarında güclü ağrı əmələ gəlir. Selikli qişanın yanığı onun ödeminə və güclü tüpürcək ifrazına səbəb olur, kəskin ağrı isə udqunmağa mane olur. Nəfəs alan zaman tüpürcək hava ilə birlikdə ğənəffüs yollarına daxil olur, tənəffüsü çətinləşdirir, boğulmaya səbəb olur. Belə hallarda dərhal həkim çağırılmalı, o gələnə qədər tüpürcəyi ağız boşluğundan təmizləmək lazımdır-barmağa tənzif, yaylıq sarıyıb, zərərçəkmişin ağız boşluğunu təmizləyirlər. Əgər boğulma baş verərsə, o zaman süni tənəffüs vermək lazımdır-ağız boşluğunun selikli qişası yandığına görə, süni tənəffüs ağızdan buruna verilməlidir. Çox vaxt turşu və qələvilərlə zəhərlənmiş adamlarda qan qusma, bəzən isə güclü qanaxma baş verir. Mədəni yumaq qəti qadağandır, çünki bu qusmanı gücləndirə bilər, qırlağın şişi turşu və qələvilərin nəfəs yollarına düşə bilər. Mədəni ancaq zondla yumaq lazımdır, bunu da tibb işçisi etməlidir. Qusma zamanı zərərçəkmişə 2-3 stakandan artıq su vermək olmaz. Özbaşına «zəhəri» neytrallaşdırmaq olmaz. Turşularla zəhərlənmişə qələvi və ya əksinə etmək olmaz, müşahidələrə görə bu zaman gedən kimyəvi reaksiyalar nəticəsində çoxlu miqdarda karbon qazı əmələ gəlir, bu da mədənin genişlənməsinə, ağrının və qanaxmanın artmasına səbəb olur.
Turşuların bəzilər qana sorularaq, eritrositləri parçalayır. Orqanizmdə oksigenin əsas daşıyıcısı hemoqlobinin miqdarı azaldığına görə, həyati vacib orqanların fəaliyyəti pozulur, məsələn, kəskin böyrək çatmamazlığı inkişaf edir. Güclü yanmışlarda ağrı reaksiyası artdığına görə şok vəziyyəti inkişaf edə bilər. Bir sıra hallarda boğulma artır. Belə hallarda xəstəyə evdə yardım etmək qətiyyən olmaz, dərhal hər hansı nəqliyyat vasitəsi ilə tibb məntəqəsinə aparmaq lazımdır, dəri və selikli qişaları çoxlu miqdarda su ilə yumaq lazımdır.

Tibbi yardım. Kəskin zəhərlənmələrdə tibbi yardım məqsədilə xüsusi zəhərəleyhi maddələr verilir, zəhər orqanizmdən çıxarılır, mədə yuyulur, aktivləşdirilmiş kömür verilir (yaşlı adama 30-50 q), işlətmə dərmanı verilir (20-30 q maqnezium-sulfat, 50-100 q gənəgərçək yağı). Tənəffüs pozularsa (qusma, dilin qatlanması), zərərçəkmişin başına rahat vəziyyət verilir, dilini açmaq, mənəffüs dayandıqda süni nəfəs vermək (bu zaman ağızdan-ağıza nəfəs vermək olmaz, çünki, məişət və sənaye zəhərləri xilasedicinin özünü zəhərləyə bilər) lazımdır. Huşsuz vəziyyətdə olan zərərçəkmişi yatağa uzandırmaq, başına elə vəziyyət vermək lazımdır ki, dili qatlanmasın; ağız boşluğundan seliyi və qusuntu kütlələrini təmizləmək lazımdır. Yaxşı olar ki, o böyrü üstə, başı bədən səviyyəsindən aşağı vəziyyətdə uzandırılsın. Qarabasmaları olan xəstəni tibbi yardım edilənə qədər otaq şəraitində nəzarətdə saxlamaq lazımdır.
Xəstə huşunu itirərsə və qıcolmalar olarsa, yalnız tibb işçiləri mədəni yumalıdır. Tibb işçisi gələnə qədər xəstəni rahat vəziyyətdə uzandırmaq, qusuntu kütlələrinin tənəffüs yollarına düşməsinin qarşısını almaq, ona nəzarət etmək lazımdır ki, qıcolma zamanı yıxılmasın. Yuxarıda təsvir edələn üsullar demək olar ki, bütün zəhərlənmə hallarında tətbiq edilir, çünki zəhərin mənşəyi ilk anda naməlum ola bilər.
Yandırıcı zəhərlərlə zəhərlənmə hallarından başqa bütün zəhərlənmə hallarında yalnız xəstənin huşu aydın olan hallarda aktivləşdirilmiş kömür verilir.
Kimyəvi zədə ocağında aparılan ümumi tədbirlər:
• əleyhi qaz geyinilir, ZM mühafizə olunmamış dəriyə duşən hallarda onu əvvəlcə fərdi kimyəvi paketin tərkibində olan deqazasiya məhlulu ilə təmizləyirlər, sonra əleyhiqaz geyinilir;
• göstəriş olduqda zəhər əleyhi maddə (antidot) verilir;
• Fərdi kimya paketininvasitəsilə hissəvi sanitar təmizləmə aparılır;
• süni tənəffüs verilir (zədə ocağında-əleyhiqazı çıxartmadan əllərlə edilir);
• yolverilməz hərəkətlərin məhdudlaşdırılması;
• konkret şəraiti nəzərə almaqla ürəyin qapalı masajını aparmaq.
İlkin tibbi yardımı mümkün qədər tez etmək lazımdır. Bu zamantənəffüsü və dərini mühafizə edən vasitələrdən istifadə etmək lazımdır.
Zəhərlənmiş xəstələri müalicə etmək üçün xüsusi mərkəzlər yaradılmışdır. Həmin mərkəzlərdə zəhərlənmənin zarakteri və toksiki təsir tez bir müddətdə aydınlaşdırmaq üçün lazımi avadanlıqlarla təchiz edilir. Orqanizmdən zəhərləri intensiv çıxartmaq üçün hemodializ (süni böyrək), peritonal dializ (qarın boşluğunun xüsusi məhlullarla yuyulması), hemisorbsiya kimi müalicə metodları tətbiq edilir.
Kimyəvi zədələnmə ocağı
Kimyəvi silahın tətbiq edildiyi ərazidə kimyəvi zədələnmə zonası, onun hüdudları daxilində isə kimyəvi zədələnmə ocağı yaranır. Düşmən tərəfindən bilavasitə kimyəvi silah istifadə edilən ərazi və zədələyici konsentrasiyalarda ZM buludun yayıldığı ərazi və ya kimyəvi silahın təsirindən insanların, heyvanların və bitkilərin kütləvi zədələndiyi əraziyə kimyəvi zədələnmə ocağı deyilir. Kimyəvi zədə ocağının ölçüsü və xarakteri təkcə ZM növündən deyil, həm də hançı üsulla tətbiq edilməsindən, metereloji şəraitdən, ərazinin relyefindən, bitki örtüyünün vəziyyətindən və yaşayış məntəqələrindəki tikililərdən asılıdır.
Həmin ərazidə dəstələr əleyhiqazlarda olmalıdırlar. İtkilərin miqdarı və strukturu ZM xüsusiyyətlərindən və hansı döyüş vasitəsilə tətbiqindən asılıdır. Ən böyük itkilər yüksək toksiki təsirli, tez bir müddətə təsir edən ZM havadan kütləvi tətbiqi zamanı baş verir.
İnsan itkisini müəyyən edən əsas faktorlardan biri ZM-dən mühafizə səviyyəsidir, həmçinin, metereoloji şərait də bu faktorlardan biridir.
Kimyəvi zədə ocağında davamlı zəhərləyici maddələr istifadə edilir.
Kimyəvi döyüş sursatı partladıqda əmələ gələn ZM buxarları və aerozolları havanı zəhərləyir və birincili zəhərli hava buludu külək istiqamətində yayılaraq ZM olan döyüş sursatı bilavasitə partlamış ərazidən qat-qat böyük sahələri zəhərləyir.
Zəhərləyici maddənin bir hissəsi torpağa və obyektlərə damcı şəklində çökür və buxarlandıqda ikincili zəhərli hava buludu əmələ gəlir və yenidən insanları zədələyir.
Kimyəvi zədə ocağının kofiqurasiyası və ölçüləri ZM tipindən, növündən, miqdarından, nişangaha çatdıran vasitələrin miqdarından, ərazinin xarakterindən və meteroloji şəraitdən asılıdır. Bu ocağ 2 zonaya ayrılır: 1-zona ZM ilə bilavasitə zədələnmə ocağı; 2-ZM aerozolları və buxarlarının yayıldığı zona.
Kimyəvi döyüş sursatının təsirindən birincili ZM buludu yaranır. Bu buludun tərkibi ZM tipindən və döyüş halından asılıdır. Zarin tətbiq edildikdə birincili bulud yalnız bu maddənin buxarlarından ibarətdir, Vx qazlırı tətbiq edildikdə isə bulud aerozol hissəciklərindən ibarət olur. Püskürdücü aviasiya bombalarından istifadə edildikdə buludun tərkibindəki ZM-nin aerozolu və damcıları çökərək obyektləri, ərazini, su mənbələrini, texnikanı və insanları zədələyir.
Həmin ZM müxtəlif səthlərin üzərindən vaxt keçdikcə buxarlanır və nəticədə ZM ikincili buxar buludu əmələ gəlir. Hərəkət edən hava kütlələrinin təsiri ilə ZM buludu yayılır və seyrəlir, ona görə də ZM konsentrasiyası vaxt keçdikcə azalır və mühafizə olunmayan insanların təhlükəli doza alma ehtimalı azalır.
Zəhərli havanın yayılma dərinliyi metereoloji şəraitdən, ərazinin relyefindən, meşə massivlərinin və yaşayış məntəqələrindəki tikililərin sıxlığından asılıdır. Aydın günəşli havada zəhərli hava buludunun yayılması 2 dəfəyə qədər azalır, sıx tikili yaşayış məntəqələrində və meşə massivlərində zəhərli havanın yayılması 3-3,5 dəfə azalır.
Havanın, obyektlərin, texnikanın və insanların kimyəvi döyüş sursatları tətbiq edilən zaman zədələnməsi birincili kimyəvi zədələnmə adlanır. ZM tətbiq ediləndən sonra səthlərdən buxarlanan zəhərli maddə buxarları ilə zədələnmə ikncili zədələnmə adlanır. Bu cür zədələnmə həmçinin, insanların zədələnmiş ərazi ilə, əmək alətləri ilə və cihazlarla təması zamanı yaranır.
Kimyəvi zədələnməni əsas xarakterizə edən cəhətlər zədə ocağının miqyası, müddət və ZM təhlükəliliyidir.
Kimyəvi zədənmənin miqyası kimyəvi zədə ocağının sahəsi və kimyəvi zədələnmənin zonası ilə müəyyən edilir. Buraya ZM aerozolları və damcıları ilə zədələnmə rayonu, həmçinin ZM buludunun (birincili və ikincili) yayıldığı zona daxildir.
Kimyəvi zədələnmənin müddəti kimyəvi silahın tətbiqi miqyasından, ZM növündən, xassələrindən, zədələnmənin dərəcəsindən, metereoloji şəraitdən və ərazidən asılıdır. Obyektlərin və ərazinin uzun müddətli zədələnməsi insanları fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyə məcbur edir, bu da onların əmək qabiliyyətinin aşağı düşməsinə səbəb olur və onları yorur.
Kimyəvi zədələniənin təhlükəliliyi kimyəvi zədə ocağında və zonasında mümkün insan itkisi ilə qiymətləndirilir. Zədələnmə təhlükəsi ZM tipindən, metereoloji şəraitdən və mövsümdən asılı olaraq müxtəlifdir.
Kimyəvi hücum zamanı və kimyəvi zədə ocağı yaranan zaman sənaye müəssisələrinin dayanıqlı iş şəraitini təmin etmək üçün binalar və texnoloji proseslər hermetikləşdirilməli, həmcinin fəhlə və qulluqçular fərdi və kollektiv mühafizə vasitələri ilə təmin olunmalıdır. Bu qida sənayesi müəssisələri üçün xüsusilə vacibdir.
Düşmən tərəfindən kimyəvi və ya bakteroloji silah tətbiq edilməsinin ilkin əlamətləri:
• kütləvi artilleriya hücumu;
• sursatların boğuq səslə partlaması;
• aviasiya və ya raket zərbələri;
• təyyarələrin kiçik hündürlüklərdə uçuşu;
• naməlum mənşəli tüstü və dumanların əmələ gəlməsi;
• spesifik kənar iylər;
• püskürdücü aviasiya bombalarından çiləmə;
• kimyəvi və qeyri-spesifik bakterioloji kəşfiyyatın texniki vasitələrinin göstəriciləri;
• indikator plyonkaların rənginin dəyişməsi.

Kimyəvi zədələnmə ocağında təxirəsalınmaz tədbirlər və xilasetmə işləri

Kimyəvi zədələnmə ocağında xilasetmə işlərinə kimyəvi və tibbi kəşfiyyat, zədələnmişlərə ilkin tibbi yardım və onların ocaqdan təxliyəsi, yolların və keçidlərin, nəqliyyatın, texnikanın, paltarın və ayyaqqabıların deqazasiyası və sanitar təmizlənməsi aiddir. (bax! deqazasiya və sanitar təmizlənməsi)
Kimyəvi qəzalar zamanı aşağıdakı təxirəsalınmaz tədbirlər yerinə yetirilir:
• Kimyəvi qəzanın aşkar edilməsi və onun haqqında xəbərdarlıq;
• Kimyəvi qəza zonasında kimyəvi şəraitin qiymətləndirilməsi;
• ZM və GTZM ilə zəhərlənmiş ərazidə kimyəvi təhlükəsizlik norma və qaydalarına əməl edilməlidir;
• Əhalini, qəza obyektinin heyətini və xilasetmə iştirakçılarını fərdi mühafizə vasitələri ilə təmin etmək və onlardan istifadə etmək;
• Lazım gələrsə əhalinin kimyəvi zəhərlənməyə məruz qalmış qəza zonasından təxliyə edirlər;
• Əhalinin və şəxsi heyətin GTZM mühvfizə olunmaq üçün sığınacaqlarda yerləşdirilməsi;
• Antodotların tətbiqi və dəri örtüyünün təmizlənməsi;
• Əhalinin, qəza obyektinin şəxsi heyətinin və qəza xilasetmə dəstələrinin iştirakçılarının sanitar təmizlənməsi;
• Qəza obyektinin, istehsal, sosial, yaşayış təyinatlı obyektlərin, ərazinin, texniki vasitələrin, mühafizə vasitələrinin, paltarların və digər əmlakın deqazasiyası.
Əhalinin kimyəvi zədələnmə ocağında hərəkət və davranış qaydaları.
Zəhərləyici maddələrin təsiri nəticəsində, insanların, heyvanların və ya bitkilərin zədələnməsinə səbəb olmuş ərazi—kimyəvi zədə ocağı adlanır.
Müasir ZM yüksək toksiki təsir xüsusiyyətinə malik maddələrdir. Ona görə də vaxtında ZM zədələnmənin qarşısını alan tədbirlər görülməlidir. Buna görə də düşmənin kimyəvi silah tətbiq etməsini bilmək üçün zədələnmə əlamətlərini öyrənmək lazımdır.
Düşmən təyyarəsinin ardınca tünd, tez çökən və seyrələn izin görünməsi, aviasiya bombasının partladığı yerdə buludların boyanması, havada zəhərləyici maddənini olmasını ehtimal etməyə imkan verir. Bundan başqa, ZM damcıları asfaltın üzərində, binaların divarında, bitkilərin yarpaqlarında və digər əşyaların üzərində yaxşı müşahidə olunur, həmçinin, yaşıllıq və güllərin solması, bitkilərin məhv olması da ZM tətbiqinin ehtimal olunmasına imkan verir.
Düşmən tərəfindən kimyəvi silah tətbiqi əlamətlərini aşkar edən kimi («Kimyəvi həyacan» siqnalı verilən kimi), dərhal əleyhiqaz, lazım gələrsə dəri mühafizə vasitələrini geyinməli, yaxınlıqda sığınacaq varsa-onda sığınmaq lazımdır.
Sığınacağa daxil olmamışdan əvvəl istifadə edilmiş dəri mühafizə vasitəsi və üst geyimi sığınacağın dəhlizində çıxardılır və orada qalır; bu tədbir ZM sığınacağa gətirilməsinin qarşısını alır. Əleyhiqaz sığınacağa daxil olduqdan sonra çıxarılır.
Sığınacaqdan istifadə edərkən nəzərə almaq lazımdır ki, o yalnız dəri örtyünə və paltara damcı-maye halında olan ZM düşməsinin qarşısını alır, havada buxar və ya aerozol halında olan ZM-dən mühafizə etmir. Buna görə sadə sığınacaqlarda olan zaman mütləq əleyhiqazdan istifadə etmək lazımdır.
Sığınacaqlarda olman zaman, çıxmağa icazə verilənə qədər orada sığınmaq lazımdır. İcazə verildikdən sonra, tələb olunan mühafizə vasitələri geyinilməli və zonadan çıxmaq üçün sığınacağı tərk etməlidirlər. Kimyəvi zədə ocağından çıxmaq üçün, müəyyən istiqamətdə xüsusi işarələrlə işarələnmiş və post-məntəqələrdəki tənzimləyicilərin göstərdiyi seçilmiş yollarla getmək lazımdır. Əgər işarələr və məntəqələr yoxdursa, o zaman küləyin istiqamətinin əksinə getmək lazımdır. Belə hərəkət edərkənocağı daha tez tərk etmək olur, ona görə ki, küləyin istiqamətində zəhərli hava buludu daha geniş ərazidə yayılır.
ZM zəhərlənmiş ərazidə tez hərəkət etmək lazımdır, lakin qaçmaq və toz qaldırmaq olmaz. Binalara və ətraf əşyalara söykənməkolmaz, görünən ZM damcılarını və ləkələrini tapdalamaq olmaz.
Zədələnmiş ərazidə əleyhiqazı və mühafizə vasitələrini soyunmaq olmaz. Əgər ərazinin zəhərləndiyi məlum deyilsə, zəhərli ərazidəki kimi hərəkət etmək lazımdır. Parklar, bağlar, bostanlar və çöllər ZM ilə zəhərlənmiş zonada olarsa, o zaman belə ərazilərdə xüsusilə ehtiyatla hərəkət etmək lazımdır, çünki budaqlarda, yarpaqlarda çökmüş ZM damcıları ayaqqabılarla və paltarlarla təmas zamanı insanların zədələnməsinə səbəb ola bilər. Kimyəvi zədə ocağını tərk edərkən mümkün qədər dərələrdən, vadilərdən, çəmənlikdən və bataqlıq yerlərdən uzaq olmağa çalışmaq lazımdır-həmin yerlərdə ZM buxarlarının uzun müddət qalması ehtimal olunur. Şəhərlərdə ZM buxarları qapalı kvartallarda, parklarda, həmçinin binaların girəcəklərində, damlarında da uzun müddətə qala bilər. Zəhərli bulud şəhərlərdə küçələr, tunellər və boru kəmərləri vasitəsilə yayılır.
Kimyəvi silah tətbiqindən sonra və ya zəhərlənmiq ərazidə ZM damcılarını və izini paltarda, ayaqqabıda və ya mühafizə vaitələrinin üzərində aşkar edərkən, dərhal onları tənzif və pambıq tamponları ilə silmək lazımdır; əgər tampon yoxdursa, kağız və bez vasitəsilə təmizləmək lazımdır. Zədələnmiş nahiyələri kimya əleyhi paketin içindəki universal deqazasiya məhlulu ilə təmizləmək və ya isti su və sabunla yumaq lazımdır.
Ocaqdan çıxarkən yaşlı və əlil insanlara rast gələrkən onlara ərazidən çıxmağa kömək edilməlidir. Zədələnmişlərə tibbi yardım göstərilməlidir. Ərazidən çıxan kimi mümkün qədər tez bir zamanda tam sanitar təmizləməsi aparılmalıdır. Ədər bunu tez etmək olmazsa qismən deqazasiya və sanitar təmizliyi edilməlidir.
Əgər zonadan çıxmaq mümkün olmazsa o zaman pəncərə və qapıları, tüstü bacalarını, ventilyasiya dəliklərini örtmək, hermetikləşdirmək lazımdır. Giriş qapısının qarşısına qalın pərdə və ya odeyal asmaq lazımdır. Pəncərələrin çərçivələrinin arası leykoplastır, plyonka ilə bərkidilməlidir. O zaman CTZM otaqlara daxil ola bilmir.

46