• en
  • ru

Tibb Dərsləri

  • Suda boğulma

    By Redaktor on 26/03/2015
    Suda boğulma Cavan insanlar arasında suda boğulma nəticəsində ölüm faizi daha yüksəkdir. ÜST-nın verdiyi məlumata görə hər il ABŞ-da 7000-dən çox, İngiltərədə1500-2000, Avstraliyada 1000-dən çox adam suda boğulur. Bu da suda boğulma zamanı ilk yardım göstərilməsinin aktuallığını göstərir. Həqiqi- birincili, yaş boğulma, asfiksik (quru) suda boğulma, sinkopal suda boğulma, krio- şok və ikincili boğulma ayird edilir. Həqiqi-birincili suda boğulma suda […]
  • KƏSKİN QARIN. PERİTONİT

    By Redaktor on 26/03/2015
    KƏSKİN QARIN Kəskin qarın – termini altında qarın boşlugu orqanlarının qapalı zədələnmələri və kəskin cərrahi xəstəliklərin nəticəsində meydana çıxaraq təcili cərrahi əməliyyat tələb edən simptomlar nəzərdə tutulur. Bunlara aiddir: daxili orqanların travmatik zədələnmələri, kəskin iltihabi xəstəliklər, mədəaltı vəzinin iltihabı, kəskin appendisit, kəskin xoletistit (öd daşı), kəskin pankreatit (mədəaltı vəzi), peritonit, mədə və 12 barmaq bağırsaq xoralarının deşilməsi, mədə-bağırsaq qanaxması, uşaqlıqdan […]
  • APPENDİSİT

    By Redaktor on 25/03/2015
    APPENDİSİT Appendisit kor bağırsağın soxulcanabənzər çıxıntısı – appendiksin iltihabına deyilir. Bu xəstəliklə bağlı aparılan cərrahi əməliyyatlar öz tezliyinə görə qarın boşluğu üzvləri üzərində icra edilən əməliyyatlar arasında birinci yerdə durur. Appedisitin kəskin və xroniki formaları ayırd edilir. Əhalinin hər 250-300 nəfərindən birində kəskin appendisitə görə əməliyyat aparılır. Kəskin appendisit bütün yaş qruplarında ən çox 20-40 yaşlar arasında rast gəlinir. Qadınlarda […]
  • QAPALI ZƏDƏLƏNMƏLƏR. UZUN MÜDDƏTLİ SIXILMA SİNDROMU.

    By Redaktor on 25/03/2015
    QAPALI ZƏDƏLƏNMƏLƏR. UZUN MÜDDƏTLİ SIXILMA SİNDROMU. Qapalı zədələnmələr zamanı dəri örtüyü və selikli qişa zədələnir. Buna aşağıdakı zədələnmələr daxildir. 1. Əzilmələr. 2. Gərilmələr. 3. Silkələnmələr. 4. Sarsılma. 5. Sıxılma. 6. Çıxıqlar. 7. Travmatik toksikoz. 8. Travmatik asfiksiya (boğulma). Vətərlər—eninə zolaqlı, skelet əzələlərinin bir hissəsi olub, onun vasitəsilə sümüklərə, zələarası arakəsmələrə, dəriyə bərkidilir. Funksiyaları ya mexaniki təsir nəticəsində, ya da iltihabi […]
  • SÜMÜK SINIQLARI

    By Redaktor on 25/03/2015
    SÜMÜK SINIQLARI Müəyyən qüvvə, təzyiq nəticəsində sümüyün tamlığının qismən və ya tam pozulmasına sümük sınıqları deyilir. Əmələ gəlməsinə görə sümük sınıqları travmatik və patoloji – yəni müxtəlif xəstəliklər (şiş, vərəm, osteomielit və s.) nəticəsində ola bilər. Bundan başqa 2 cür sınıqlar rast gəlir: anadangəlmə və qazanılma. Yenidoğulmuş uşağın skeletində zədə – qüsur olduqda buna anadangəlmə, travma nəticəsində əmələ gələn sınığa […]
  • YANIQLAR. DONMALAR. ELEKTRİK CƏRƏYANI İLƏ ZƏDƏLƏNMƏ

    By Redaktor on 24/03/2015
    YANIQLAR Yüksək hərarətin təsirindən – termiki yanıqlar, kimyəvi maddələrin (turşuların, qələvilərin) təsirindən – kimyəvi yanıqlar, nüfüzedici radiasiyanın təsirindən – şüa yanıqları və elektrik cərəyanının təsirindən baş verir. Yanıqlar – dəri toxumalarının, dəri təbəqəsinin və üzvlərinin zədələnməsidir. Toxumaların 52 dərəcədən artıq qızması toxumalarda zülaların geridönməz koaqulyasiyasına səbəb olur. Kliniki praktikada ən çox termiki yanıqlar rast gəlir. Zədələnmənin ağırlığı t-un dərəcəsindən, təsirin […]
  • Qanaxmalar

    By Redaktor on 24/03/2015
    Qanaxmalar. Qanaxma – qan- damar sistemindən qanın itirilməsi deməkdir. Qan qan damarlarından orqanizmin daxilinə və ya xaricə, təbii dəliklərdən, zədələnmiş dəridən xaricə axa bilər. Adətən sağlam insan üçün dövr edən qanın həcminin 10 -15 %- nin itirilməsi tibbi müdaxiləsiz, fəsadsız keçə bilər ( donorlar təxminən qanının həcminin 8-10%- ni verirlər). Qanaxmanın növləri: Xarici qanaxma – zədələnmişdamarlardan qan selikli qişalar, dəri […]
  • TRAVMATİK ŞOK

    By Redaktor on 24/03/2015
    TRAVMATİK ŞOK Şok ingilis sözü olub, zərbə, sarsıntı deməkdir. Şok- kəskin agrıya qarşı orqanizmin sinir—reflektor reaksiyasıdır. Şok zamanı əsas həyat fəaliyyəti olan üzvlər: qan hərəkəti, tənəffüs, maddələr mübadiləsi pozulur. Lakin əsas yeri sinir sisteminin fəaliyyətinin pozulması tutur. Şok əsas etibarılə agır zədələnmələrdə, geniş sahəli yanıqlarda, uyğun olmayan qanı köçürən zaman baş verir. Şok həmçinin uzun sürən operasiyalar zamanı ağrısızladırma yaxşı […]
  • Sibir Yarası

    By Redaktor on 03/03/2015
    Sibir Yarası Sibir Yarası (Qara Yara) Xəstəliyi (Anthrax) – kəskin zoonoz infeksion xəstəlikdir. İnsanda dəri, ağ ciyər, bağırsaq və septik formaları olur. Sibir xorası xəstəliyinin törədicisinin sporları ətraf mühitə qarşı çox davamlıdır. Xəstəliyin sporları onillər boyu öz yoluxdurma qabiliyyətini qoruya bilir. Ancaq vegetativ formasının (kapsul) istiyə və kimyəvi maddələrə qarşı müqaviməti çox zəifdir. Sporlar 550 40 dəqiqə, 600 15 dəqiqə […]
  • Bruselyoz

    By Redaktor on 01/03/2015
    Bruselyoz Bruselyoz – hərarət və titrəmə ilə müşahidə olunan, daha çox dayaq-hərəkət aparatına və həmçinin sinir və digər sistemlərə mənfi təsir edən zoonoz mənşəli yoluxucu xəstəlikdir. Brusellyoz çox qədim bir xəstəlikdir və hələ Romalılar tərəfindən 2.000 il əvvəl qeydə alınıb. Bundan əlavə 1887-ci ildə Sir David Bruce xəstə əsgərlərin müayinəsi nəticəsində onların brusellyoza yoluxduğunu müəyyən etmiş və Brucella mikrobunun həmin […]