• en
  • ru

FÖVQƏLADƏ HALLARDA ƏHALİNİN KÖÇÜRÜLMƏSİ

FÖVQƏLADƏ HALLARDA ƏHALİNİN KÖÇÜRÜLMƏSİ

Mövzunu hazırladılar:  biologiya üzrə fəlsəfə doktoru, dosent Zamanova  Sevda Xasay q. 
 baş müəllim Məmmədova Nahidə Məcid q.
 Mülki Müdafiə  və Tibbi biliklərin əsasları, Bədən tərbiyəsi            kafedrası. ADU

Köçürmə tədbirlərinin yerinə yetirilməsi fövqəladə hallarda əhalinin mühafizəsinin ən səmərəli üsullardan biridir.
Əhalinin təxliyəsi (müvəqqəti köçürülməsi) adamların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan – təbii və texnogen xarakterli fövqəladə hal zonasından əhalinin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatla və ya piyada) təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir. Təxliyə əhali zərbə faktorları təsiri olan rayonlardan və ərazidən təhlükəsiz rayon və məntəqələrə tam çıxarıldıqda başa çatmış hesab olunur.
Köçürmə tədbirləri əhalini təhlükəli sahələrdən (zədələnmə ocaqlarından) təhlükəsiz rayonlara vaxtında çıxarmağa və bununla da fövqəladə halların təsirindən törəyən tələfatı maksimal dərəcədə azaltmağa imkan verir.
Köçürmənin mahiyyəti ondan ibarətdir ki, iri şəhərlərdən, vacib obyektlərdən və təhlükəli sahələrdən əhali əvvəlcədən çıxarılıb şəhərdən kənar zonalardakı az təhlükəli rayonlarda yerləşdirilir. Bunun sayəsində iri şəhərlərin əhalisinin sayı dəfələrlə azaldılır, şəhərlərdə qalan (vacib obyektlərdə işləyən) adamların mühafizə qurğularında daldalanması işi yüngüllləşir, müasir qırğın vasitələrinin təsirindən baş verə biləcək tələfatı maksimal dərəcədə azaltmaq imkanı yaranır.

Müharibə zamanı təxliyənin əsas prinsipləri
Təxliyə ərazi-istehsalat prinsipi üzrə planlaşdırılır, təşkil olunur və həyata keçirilir. Əpazi-əistehsalat prinsipinə görə FH baş verən ərazidən işləyən insanların, qulluqçuların, orta ixtisas təhsil müəssisələrinin, peşə-texniki məktəblərin tələbələrinin, müəssisələr, təşkilatlar və təhsil müəssisələri üzrə təxliyəsini; istehsalatda və xidmət sahəsində çalışmayan qalan əhalinin-yaşayış ərazisində mənzil-istismar idarələri üzrə təxliyəsini nəzərdə tutur.
Təxliyyə tədbirlərini maksimal qısa müddətə təşkil etmək üçün onları əvvəlcədən (sülh dövründə) planlaşdırmaq və hərtərəfli hazırlamaq lazımdır, həyata keçirilməsi isə sülh dövründən müharibə dövrünə keçən zaman, düşmənin kütləvi qırğın silahı tətbiq etməsi təhlükəsi zamanı (silahlı konflikt) aparılır.
Fəhlə və qulluqçuların, qalan əhalinin mühafizə qurğuları ilə qeyri-tam təminatı zamanı düşmən hücumu təhlükəsi olarsa, əhalinin təxliyyəsi və təhlükəsiz zonalarda yerləşdirilməsi kütləvi qırğın silahlarından mühafizəsi üzrə MM əsas tədbirlərindən biridir.
Əhalinin təxliyəsi—kateqoriyalı şəhərlərdən əhalinin bütün nəqliyyat vasitələri və piyada yolla şəhərlərdən çıxarılması və təhlükəsiz zonalarda yerləşdirilməsi tədbirləri kompleksidir.
Təhlükəsiz zona—ölkə ərazisində mümkün dağıntı zonalarından, mümkün təhlükəli radioaktiv, kimyəvi zəhərlənmə zonalarından, mümkün fəlakətli subasma zonalarından, sərhədyanı zonalardan kənar, təxliyyə olunacaq əhalinin həyat fəaliyyətini təmin edən şəraitin əvvəlcədən hazırlandığı ərazidir.
Təhlükəsiz zona—düşmən basqını gözlənilən dərəcəli şəhərlərin və əlahiddə obyekt ətrafında ehtimal olunan dağıntı zonalarından və digər təhlükəli rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir.
Təhlükəsiz zona aşağıdakı şərtləri təmin etməlidir:
• müasir qırğın silahlarının təsirindən və dağıntılardan əhalinin etibarlı mühafizəsi;
• müəssisələrin iş növbələrindəki işçilərin təhlükəsiz zonadan obyektə minimal vaxt sərf etməklə gətirilməsi;
• MM qüvvələrinin zədələnmə ocağına yeridilməsi üçün əlverişli şəraitdə qruplaşdırılması;
• lazımi sanitariya—gigiyena şəraiti.
Köçürüləcək əhalinin təhlükəsiz zonada yerləşdiriləcəyi rayonların və yaşayış məntəqələrinin müəyyən edilməsi, hazırlanması və təşkil edilməsi işləri əvvəlcədən, hələ sülh dövründə başlanılır, fövqəladə hallar təhlükəsi yaranan dövrdə tam sürətlə başa çatdırılır. Bu məqsədlə:
• nəqliyyat yolları təkmilləşdirilir və qaydada salınır;
• mövcud olan rabitə sistemi inkişaf etdirilir;
• mənzil fondu, tibbi komunal, ticarət müəssələri köçürülüb gətirilən əhalinin yerləşməsi və ona xidmət göstərilməsinə hazırlanır;
• əlavə su təchizatını mənbələrinin, digər mühəndis texniki tədbirlərinin yerinə yetirilməsi işləri təşkil edilir.
Təxliyyə tədbirləri aşağıdakı məqsədlərlə planlaşdırılır və həyata keçirilir:
• Kateqoriyalı şəhərlərin əhalisinin mümkün itkilərini azaltmaq və ixtisaslı mütəxəssis kadrlarının saxlamaq üçün;
• İqtisadiyyat obyektlərinin müharibə dövründə öz istehsal fəaliyyətinin dayanıqlılığını təmin etmək;
• Təhlükəsiz zonada zədə ocaqlarında qəza-xilasetmə dəstələrinin və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi məqsədilə MM dəstələrinin yaradılması üçün şəraitin təmin edilməsi.
Köçürülmə tədbirləri həm sülh dövründəki fövqəladə hallarda, həm də müharibə dövrünün fövqəladə halları zamanı əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir. Təxliyənin keçirilməsi xüsusiyyətləri yaranmış fövqəladə halın xarakteri (radioaktiv çirklənmə və ya ərazinin kimyəvi zədələnməsi, daşqın və s.), FH mənbəyinin zədələyici faktorlarının məkan-vaxt xarakteristikaları, ərazidən çıxarılan (uzaqlaşdırılan) əhalinin say və cəlb olunması, təxliyə tədbirlərinin vaxtı və təcililiyi ilə müəyyənləşdirilir. Göstərilən əlamətlər təxliyənin keçirilməsi variantlarının təsnifatı əsasını təşkil edir.
Bu kimi tədbirlərin zaman və müddətindən asılı olaraq aşağıdakı təxliyə (müvəqqəti köçürülmə) variantları seçilir: qabaqlayıcı və təcili (təxirəsalınmaz).
Potensial təhlükəli obyektlərdə layihədən kənar qəzanın və ya təbii fəlakətin baş verməsi ehtimalı yarandıqda əhalinin qabaqlayıcı təxliyəsi həyata keçirilir. Qəza və təbii fəlakətin baş vermə ehtimalı olmasına əvvəlcədən verilmiş proqnoz bu kimi təxliyənin keçirilməsi üçün əsas ola bilər.
Fövqəladə vəziyyət yarandıqda əhalinin təcili (təxirəsalınmaz) təxliyəsi həyata keçirilir. Əhalinin fövqəladə hal zonasından köçürülməsi (çıxarılması) xəbərdarlıq edildikdən sonra çox qısa bir vaxtda və hətta FH mənbəyinin zərbə faktorlarının insanlara təsiri şəraitində belə həyata keçirilə bilər.
Əhalinin həyat və sağlamlığına təhlükə yaradan normal həyat təminatı pozulduqda da təcili (təxirəsalınmaz) təxliyə (köçürülmə) həyata keçirilir. Təxliyənin başlanması və onun keçirilmə müddətlərinə aid qərar ilkin həyat təminatı texniki cəhətdən mümkünsüz olduqda və ya iqtisadi nöqteyi-nəzərindən məqsədəuyğun olmadıqda qəbul edilir. İlkin həyat təminatının təşkili şərti ilə təxliyənin müddətləri nəqliyyat imkanları ilə müəyyənləşdirilir.
Keçmişdə həyata keçirilən köçürülmə tədbirləri müasir dövrdəki müharibələr şəraitində nəzərdə tutulan köçürmələrdən prinsipcə fərqlidir. Məsələn, 2-ci Dünya müharibəsi zamanı əhali düşməndən əks tərəfdə yerləşən uzaq rayonlara köçürülürdü. Müasir şəraitdə köçürmə düşmənin zərbələr endirəcəyi ən çox ehtimal olunan şəhərlərdən və obyektlərdən, həmçinin sülh dövrü üçün xarakterik olan FH xamanı zamanı adamların həyatı və sağlamlığı üçün təhlükə yaranarkən əhalinin çıxarılıb, bu şəhərlərin hər tərəfindəki bütün təhlükəsiz rayonlarda yerləşdirilməsini nəzərdə tutur.
Köçürmə tədbirləri fovqəladə hallar ehtimal olunan rayonlarda sülh və müharibə dövründə adamların həyatı və sağlamlığı üçün təhlükə yaranarkən qısa müddətdə ya qabaqcadan, ya da zədələyici amillər əhaliyə bilavasitə təsir göstərərkən dərhal yerinə yetirilməlidir. Müharibə dövründəki fövqəladə hallarda (FH) köçürülmə bu məqsədlə görülməli tədbirlər kompleksinin daha böyuk həcmi və geniş dairəsilə səciyyəvi xarakter daşıyır.
Əhalinin köçürülməsi nəzərdə tutulan şəhərlərdəki hər bir müəssisə, idarə, təşkilat, məktəb üçün təhlükəsiz zonada yerləşmə rayonu müəyyən edilir ki, bu rayon oraya köçürüləcək fəhlələrin, qulluqçuların və onların ailə üzvlərinin sayından asılı olaraq bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər.
Müharibə dövründə təhlükəli rayonlarda işini davam etdirən obyektlərin fəhlə və qulluqçuları köçürülüb təhlükəsiz zonada yerləşdiriləndən sonra təhlükəli rayona növbələr üzrə gətirilib və işdən sonra dincəlmək üçün təhlükəsiz yerə aparılır.
Əhalinin köçürülməsi ərazi istehsalat prinsipi üzrə həşkil edilir. İstehsalat prinsipi bütün fəhlə və qulluqçuların, onların ailə üzvlərinin, ali məktəb tələbələrinin və orta ixtisas məktəbləri tələbələrinin, texniki peşə və orta məktəb şagirdlərinin obyektlər üzrə təhlükəli rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur.
Bu zaman iri şəhərlərdə işini davam etdirən müəssisələrin fəhlə və qulluqçuları təhlükəsiz zonada elə məsafədəki rayonlarda yerləşdirilməlidir ki, burada onların təhlükəsizliyi təmin edilsin, işə aparlıması və təhlükəsiz zonaya gətirilməsi isə minimal (ən çoxu 2 saat) vaxt sərf edilsin.
Ərazi prinsipi isə qalan (işləməyən) əhalinin yaşayış yerlərindən (mənzil—istismar, evlər idarələri tərəfindən) köçürülməsini nəzərdə tutur.
Əhalinin köçürülməsinin əsas üsulu kombinasiyalı üsuldur, bu zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə olan bütün nəqliyyat vasitələri ilə təhlükəli rayonlardan dərhal çıxarılır. Nəqliyyat vasitələrində şəhərdə işini davam etdirən obyektlərin fəhlə və qulluqçuları, şəhərdən piyada çıxmağa qabil olmayan əhali (xəstələr, 10 yaşadadək uşağı olan qadınlar və s.) həmçinin MM dəstələrinin bir qismi daşınır. Qalan əhali şəhərdən piyada çıxarılır.
Fövqəladə halın inkişafından, fövqəladə hal zonasından çıxarılan əhalinin sayından asılı olaraq təxliyə variantlarına görə lokal, yerli və regional olur.
Lokal təxliyə FH mənbəyinin zədə faktorlarının mümkün təsir zonası ayrı-ayrı şəhər mikrorayonları və ya kənd yaşayış məntəqələri hüdudları ilə məhdudlaşdıqda və təxliyə edilən əhalinin sayı bir neçə min insanla ölçüldükdə keçirilir. Bu halda təxliyə edilən əhali adətən fövqəladə hal zonasına yaxın olan, lakin zədələnməyən yaşayış məntəqələrində təşkil edilmiş müvəqqəti yerləşdirmə məntəqələrində yerləşdirilir.
Yerli təxliyə orta saylı şəhərlər, iri şəhərlərin ayrı-ayrı rayonları və kənd rayonları fövqəladə hal zonası təsiri altına düşdükdə keçirilir. Bu zaman təxliyə edilən və təhlükəsiz rayonlarda yerləşdirilən əhalinin sayı bir neçə mindən on minlərlə insan təşkil edə bilər.
Regional təxliyə zədə faktorları xeyli ərazilərə təsir etdikdə, əhali sıxlığı yüksək və tərkibində iri şəhərlər olan bir və ya bir neçə regionu əhatə etdikdə həyata keçirilir. Regional təxliyə keçirildikdə fövqəladə hal zonasından çıxarılan əhali yaşayış yerlərindən xeyli uzaq məsafələrə çıxarıla bilər.
Hərbi konfliktin miqyasından, inkişafından, şəraitin konkret xüsusiyyətlərindən və əhalinin təxliyə tədbirlərinə cəlb edilməsindən asılı olaraq əhalinin təxliyyəsinin aşağıdakı növləri vardır: ümumi təxliyə və qismən təxliyə.
Yaranmış vəziyyətdən asılı olaraq əhali bütünlüklə—ümumi və qismən köçürülə bilər. Göstərilən təxliyə variantlarının seçilməsi təhlükənin miqyas və xarakterindən, onun baş vermə proqnozunun gerçəkliyindən, fövqəladə hal mənbəyi zərbə faktorlarının təsir zonasında yerləşən istehsal obyektlərinin təsərrüfat məqsədləri üçün istifadə perspektivlərindən asılı olaraq müəyyənləşdirilir.
Ümumi təxliyə fövqəladə zonadan əhalinin bütün kateqoriyalarının çıxarılmasını tələb edir. Bütünlüklə (ümumi) köçürmə halları zamanı səfərbərlik vəsiqəsi olan şəxslərdən, köçürülməsi qeyri—mümkün olan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa, qalan bütün əhali köçürülür.
Qismən təxliyə fövqəladə zonadan iş qabiliyyəti olmayan, məktəbəqədər və məktəb yaşlı uşaqların çıxarılması məcburiyyəti yarandıqda həyata keçirilir. Qismən köçürmə zamanı əmək qabiliyyəti olmayan, habelə istehsalat və xidmət sahələrində çalışmayan əhali köçürülür. Qismən köçürmə hallarında ilk növbədə
• internat məktəbləri şagirdləri, bu məktəblərin professor, müəlllimlər heyəti və onların ailə üzvləri ilə birlikdə;
• həmçinin qocalar evində yaşayan təqaüdçülər və onlara xidmət edən heyət;
• uşaq evlərinin, uşaq bağçalarının və digər uşaq müəssisələrinin uşaqları təhlükəli rayonlardan çıxarılır. .
Belə əhalinin daşınması vasitələrinin sülh dövründəki hərəkət cədvəllərini pozmadan, bütün nəqliyyat vasitələrindən istifadə etməklə yerinə yetirilir.
Təxliyənin keçirilməsi qərarının qəbul edilməsi ərazilərində fövqəladə hal baş verdikdə və ya proqnozlaşdırıldıqda bu və ya digər rayon, vilayət mülki müdafiə qərargahı rəis və bələdiyyə başçıları səlahiyyətindədir.
Baş vermiş fövqəladə halın miqyasından və təxliyə tədbirlərinin təcili olmasından asılı olaraq yerli və regional xarakterli təcili və ya qabaqlayıcı təxliyə müvafiq mülki müdafiə rəislərinin göstərişləri (sərəncamları) əsasında həyata keçirilir.
Müharibə zamanı təhlükəsiz zonada öz istehsalat profilinə uyğun fəaliyyətini davam etdirə biləcək iqtisadiyyat obyektlərinin fəhlə və qulluqçuları (işləməyən ailə üzvləri ilə birlikdə) ilk növbədə köçürülür. Eyni zamanda yeni bazada fəaliyyətini davam etdikmək üçün lazımi avadanlıq və sənədlər; müharibə dövründə fəaliyyətini dayandıran müəssisələrin fəhlə və qulluqçuları, həmçinin əmək qabiliyyəti olmayan və istehsalatda çalışmayan qalan əhali köçürülür. Yerləşdirilmə—dərəcəli şəhərlərdə hərbi vəziyyətdə öz fəaliyyətini davam etdirən iqtisadiyyat obyektlərinin fəhlə və qulluqçularının mütəşəkkil surətdə şəhərlərdən çıxarılaraq təhlükəsiz zonada yerləşdirmək, yaşayış və istirahətni təşkil etmək üçün tədbirlər kompleksidir.
Yerləşdirmə aşağıdakı fəhlə və qulluqçular arasında aparılır:
• Dərəcəli şəhərlərdə xüsusi iqtisadiyyat obyektlərində işləyən fəhlə və qulluqçular, hansı ki, həmin obyektlərin təhlükəsiz zonada işini davam etdirməsi üçün lazımi iqtisadi baza yoxdur;
• Dərəcəli şəhərlərdə istehsalat və həyat fəaliyyətini təmin edən təşkilatlar (şəhər elektrik şəbəkəsi, kommunal təsərrüfat obyektləri, səhiyyə, nəqliyyat və rabitə, həmin şəhər və rayonların idarəetmə orqanları).
Fəhlə və qulluqçular dərəcəli şəhərlərə yaxın təhlükəsiz zonada dəmiryolu, avtomobil yolları və su yolları yaxınlığında yerləşdirilir. Onlarla eyni zamanda ailə üzvləri və işləməyən qalan əhali köçürülür.
Lokal konfliktlər zamanı adətən əhalini tez bir zamanda sərhədyanı zonalardakı yaşayış məntəqələrindən köçürmək lazım gəlir. Köçürmə tədbirlərinin təşkili operativ qruplara həvalə edilir.
Nəqliyyat vasitələri ilə köçürülmə nəqliyyat vasitələrindən, yol şəbəkəsinin vəziyyətindən və yerli şəraitdən asılıdır. Nəqliyyatla ilk növbədə köçürülülənlər:
• Tibb müəssisələri;
• Piyada gedə bilməyən əhali (hamilə qadınlar, 14 yaşına qədər uşaqlar, ambulator müalicədə olan insanlar);
• 65 yaşından yuxarı kişilər, 60 yaşından yuxarı qadınlar;
• İş növbəsindən azad, lakin dərəcəli şəhərlərdə hərbi vəziyyətdə işini davam etdirən obyektlərin fəhlə və qulluqçuları;
• Dövlət idarəçilik orqanlarının, vacib elmi-tədqiqat institututunun və təhlükəsiz orqanlarının əməkdaşları.

Köçürülmüş əhalinin şəhərkənarı zonada yerləşdirilməsi adətən, yerli şəraiti nəzərə alaraq öz yaşadığı dövlətin ərazisində planlaşdırılır.
Sülh dövründə köçürüləcək əhali üçün əvvəlcədən təhlükəsiz zona təyin olunur. Belə zonaların yerləşdirildiyi rayonlar hərbi idarəçilik orqanları və dövlət orqanları ilə razılaşdırılır.
Köçürüləcək əhali adminstrasiya (sanatoriya, pansion, istirahət evləri, uşaq düşərgələrində və s.) və yaşayış binalarında, idarə mənsubiyyətindən və şəxsi mülkiyyətdən asılı olmayaraq, istilik sistemləri quraşdırılmış bağ evlərində yerləşdirilir.
Həi bir müəssisədə, təşkilatda, təhsil müəssisəsində, mənzil-istismarı idarələrində əvvəlcədən fəhlə və qulluqçuların, onlaraın ailə üzvlərinin siyahıya alınması aparılır. Qeydiyyat, yerləşdirmə və təminat üçün siyahılar və şəxsiyyəti təsdiq edən sənəd əsas sənədlərdir. Köçürmənin müvəffəqiyyəti köçürülənlərin nizam-intizamından və təşkilindən asılıdır.
Köçürülmə elan olunan kimi, vətəndaşlar lazımi geyim, ayaqqabı, alt paltarı, fərdi mühafizə vasitələri, pul, 2-3 günlük ərzaq məhsulları və su ehtiyatı götürür. Sənədlərdən şəxsiyyəti təsdiq edən sənəd, hərbi bilet, əmək kitabçası, müavinət vəsiqəsi, təhsil müəssisəsini bitirməyi təsdiq edən diplom və attestat, nikah və doğum şəhadətnaməsi götürülür.
Götürüləcək əşyalar və ərzaq məhsullarınin miqdarı, hər bir şəxsin özünın götürə biləcəyi qədər hesablanmalıdır. Nəqliyyatla köçürülmə zamanı götürüləcək yükün ümumi kütləsi 50 kq-dan çox olmamalıdır. Bütün əşyalar çantalara, çemodanlara qablaşdırılır.
Köçürülmə zamanı ciddi olaraq intizam qaydalarına, köçürülməyə təhkim olunmuş şəxslərin bütün göstərişlərinə əməl olunmalıdır.
Piyada dəstələri saatda 4-5 km sürəti ilə hərəkət etməlidir; hər 1-1,5 saatdan bir, 10-15 dəqiqə istirahət edilməlidir; günün ikinci yarısında 1-2 saat istirahət edilir. Yola çıxmazdan qabaq yaxşı olar ki, isti qida qəbul edilsin. Piyada dəstələri icazəsiz tərk etmək olmaz. Əhvalında pisləşmə olan şəxslər, dəstəni müşayət edən tibb işçisinə müraciət etməlidir.
İsti havalarda su rejiminə əməl olunmalı, istirahət gölgə yerlərdə olmalı, baş örtüyü çıxarılmamalıdır. Qış fəslində donvurma əlamətlərini vaxtında aşkar etmək üçün, dəri örtüklərinin vəziyyətinə nəzarət edilməlidir.
Təhlükəsiz zonaya çatdıqda köçürülənlər qəbul məntəqələrində qeydiyyata alınır, sonra isə yerləşəcəyi yerə göndərilir.
Sülh dövründə əhalinin köçürülməsinin əsas prinsipləri.
Sülh dövründə əhalinin təxliyyəsi – əhalinin təbii və texnogen FH baş verən zonadan və FH ehtimal olunan ərazidən, FH zədələyici amillərinin təsirindən uzaq ərazidə həyat təminatlı-əvvəlcədən müəyyən olunmuş yerlərdə qısa müddətə yerləşdirilməsi üçün həyata keçirilən kompleks tədbirlərdir.
Təxliyyənin xüsusiyyətləri FH mənbəsnin xarakterindən (ərazinin radioaktif və ya kimyəvi çirklənməsi, zəlzələ, qar uçqunu, sel, subasma və s.), FH zədələyici amillərinin ərazidə yayılması və yayılması vaxtından, köçürüləcək əhalinin sayı və nə dərəcədə əhatə olunmasından, təxliyyə tədbirlərinin keçirilməmi müddəti və tezliyindən asılıdır.
Köçürülmə ozaman bitmiş hesab olunur ki, köçürüləcək bütün əhali FH zədələyici amillərinin təsir edə biləcəyi zonanın sərhədlərindən kənar təhlükəsiz rayona çıxarılsın və yerləşdirilsin.
Zaman və köçürülmə müddətindən asılı olaraq köçürülmənin variantları: əvvəlcədən və təxirəsalınmaz.
Əvvəlcədən təxliyyə etibarlı mənbədən verlən məlumata əsasən potensial təhlükəli obyektlərdən və təbii fəlakət mümkün ola biləcək FH (FH proqnozlaşdırılan) zədələyici amillərinin təsir edə biləcəyi zonalardan əhalinin köçürülmasidir. Belə tədbirin keçirilməsi üçün əsas mümkün hadisədən bir neçə dəqiqə və ya bir neçə gün əvvəl verilən proqnozdur; həmin proqnoz verilən müddət ərzində dəqiqləşdirilir.
FH baş verdikdə ekstren və ya təxirəsalınmaz köçürülmə həyata keçirilir. Əhalinin köçürülməsi zədələyici amillərinin təsir etdiyi şəraidə yerinə yetirilir.
FH-in inkişafından və köçürüləcək əhalinin sayından asılı olaraq təxliyyənin aşağıdakı variantları ayırd olunur: lokal, yerli, reqional.
• Lokal təxliyyə FH zədələyici amillərinin mümkün təsir zonası ayrılıqda götürülmüş şəhərin mikrorayonları və ya kənd yaşayış məskəninin ərazisi ilə məhdudlaşır, bu zaman köçürüləcək əhali sayı bir neçə min nəfəri əhatə edir. Belə təxliyyə zamanı əhali adətən FH baş verən zonanın sərhədlərinə yaxın və ya şəhərin zədələnməmiş ərazisində (Fhzədələyici amillərinin təsirindən kənar) yerləşdirilir.
• Yerli təxliyyə FH baş verən zonaya orta böyüklükdə şəhərlərin ayrı-ayrı rayonları və iri kənd rayonları aid olduqda təşkil olunur. Bu zaman köçürüləcək əhali sayı bir neçə min nəfər və ya onminlərlə insanlar ola bilər.
• Regional təxliyyə zədələyici amillərin təsirinin əhalisi sıx olan bir və ya bir neçə rayonun, iri şəhərlərin ərazisini əhatə etdikdə həyata keçirilir. Belə təxliyyə zamanı əhali daimi yaşayış yerindən xeyli uzaq ərazilərə köçürülür.
FH zonasında olan əhalinin köçürülmə tədbirləri ilə əhatə olunmasından asılı olaraq ümumi təxliyyə və qismən təxliyyə variantları ayırd olunur.
Ümumi təxliyyə FH zonasının bütün əhalisinin köçürülməsidir.
Qismən təxliyyə FH zonasından əhalinin əmək qabiliyyəti olmayan hissəsinin, məktəbəqədər yaşlı uşaqların, məktəblərin, texniki peşə məktəblərinin (kollec, litsey) şagirdlərinin köçürülməsidir.
Təxliyyənin keçirilməsi üçün qərar qəbul edilməsinə əsas təhlükənin hər bir növü üçün əvvəlcədən müəyyən olunmuş göstəricilərin yol verilə bilən həddən artıq olması zamanı insan sağlamlığına və həyatına təhlükə yaranmasıdır.
Müəyyən hadisələr zamanı təxliyyə ərazi prinsipi üzrə həyata keçirilir.
Təxliyyənin növləri və keçirilmə müddəti FH miqyasından, təhlükəli zonada qalmış əhalinin sayından, yerli şəraitdən və nəqliyyatın olmasından asılıdır.
Əhali nəqliyyatla, piyada və ya kombinə olunmuş üsulla təxliyyə olunur. Nəqliyyatla piyada gedə bilməyən əhali köçürülür.
Kombinasiyalı üsul təxliyyə tədbirlərinin bütün tələblərinə cavab verir. Şəraitdən asılı olaraq köçürülmüş əhali təhlükəsiz zonada xüsusi qərar verilənə qədər qalır.
Köçürülən əhali müvəqqəti olaraq sanitar-gigiyenik tələblərə cavab verən düşərgələrdə və ya qonşu yaşayış məskənlərində yerləşdirilir. Əhalini yerləşdirərkən hər bir adama 2,75 m2 sahə düşür, səyyar ərzaq və su təchizatı məntəqələri quraşdırılır. Palata tipli şəhərlərdə, yataqxanalarda və digər tipli məskənlərdə hər bir adama düşən minimal sahə 2,0-2,5 m2 olmalıdır. İçməli suyun müalicə məqsədilə adambaşına su sərfi-10 litrdir, stasionar müalicəsində su sərfi (bütün ehtiyacları üçün) adambaşına-75 l, bir adamın yuyunması üçün-45 litrdir (təhlükə zonasında işləyən dəstələrin şəxsi heyəti də daxil olmaqla).
Təxliyyənin mütəşəkkil keçirilməsi zamanı təminat məqsədilə şərait yaratmaq üçün aşağıdakı xidmət dəstələri planlaşdırılır: nəqliyyat, tibb, ictimai asayişi mühafizə və yolhərəkəti təhlükəsizliyini mühafizə, mühəndis, maddi-texniki, rabitə və xəbərdarlıq, kəşfiyyat dəstələri.
Dövlətlərarası bağlanmış sazişlərə əsasən Azərbaycan Respublikasının təxliyyə olunmuş vətəndaşları yaxın qonşuların ərazisində yerləşdirilə bilər, həm də respublikamızın ərazisində digər dövlətlərin təxiyyə olunmuş vətəndaşları yerləşdirilə bilər.
Təxliyyə tədbirlərinin təbii xarakterli fövqəladə hadisələr, qəzalar və fəlakətlər zamanı təşkilinin xüsusiyyətləri.
Zəlzələ baş vermiş rayonlarda əsas həyat təminatı sistemləri sıradan çıxarsa əhalinin təxliyyəsi yerinə yetirilir. Təxliyyə yerli və ya regional səciyyəli olur.Təxliyyə tədbirlərinin yerinə yetirilməsi müddəti yol-nəqliyyat imkanları ilə müəyyən olunur və təxliyyə nəqliyyat sistemlərinin bərpasından sonra yerinə yetirilir. FH zonasında qalmış əhalinin ilk növbədə həyatı təminatı təşkil olunur. Təxliyyə bir mərhələdə aparılır, müvəqqəti yerləşmə zərərçəkmiş rayonlarda təşkil olunur. Bu məqsədlə şəhərdəki meydançalar, stadionlar və digər təhlükəsiz yerlər istifadə olunur. Mənzillərini itirmiş insanlar müvəqqəti olaraq çadırlarda, vaqonlarda, yığma evlərdə, su nəqliyyatı gəmilərində yerləşdirilir.
Fəlakətli subasmış ərazilərdə təxliyyə hidro-texniki qurğularda qəzalar, çay və su hövzələrində suyun səviyyəsinin qalxması zamanı təşkil olunur. Hidro-texniki qurğularda qəza proqnozu ehtimalı olduqda əvvəlcədən təxliyyə təşkil olunur. Təxliyyə lokal və ya yerli xarakter daşıyır. Əgər təxliyyə üçün zaman azdırsa, təxliyyə ərazi prinsipi üzrə bir və ya iki mərhələdə aparılır.
Hidro-texniki qurğunun dağılma təhlükəsi olduqda ekstren təxliyyə qəza zamanı su dalğasının 4 saat müddətində çata biləcəyi zonadan kənar əraziyə edilir.
Kimya təhlükəli obyektlərdə qəzalar zamanı zəhərlənmə zonasında olan əhali təcili olaraq güclü təsirli zəhərli maddənin (GTZM) buludunun yayıldığı zonanın sərhədlərindən uzaq əraziyə köçürülür. Zəhərləyici maddənin növündən asılı olaraq zəhərlənmə zonasından ya hündürlüklərin üzəri ilə (məsələn xlorla zəhərlənmə zamanı), ya da çökəklik ərazisi ilə (məsələn, ammonyakla zəhərlənmə zamanı) çıxmaq lazımdır.
Kimyəvi təhlükəli obyektlərin bilavasitə yaxınlığında yaşayan əhalini, GTZM buludunun tez yayılmasına görə, adətən, ərazidən tez çıxarmaq mümkün olmur. Ona görə də həmin ərazidəki əhali yaşayış binalarında (istehsal və xidməti binalarda) otaqları kipləşdirməklə və fərdi mühafizə vasitələrindən istifadə etməklə yuxarı və ya aşağı mərtəbələrdə (GTZM növündən asılı olaraq) sığınırlar.
Əhalinin mümükün ekstern köçürülməsi ilkin proqnoz məlumatlarına əsasən əvvəlcədən mümkün zədələnmə zonasından kənar əraziyə aparılır. GTZM ətraf mühitə yayılması ilə əlaqədar köçürülən əhalinin köçürüldüyü ərazidə qalma müddəti bir neçə saatdan bir neçə günə qədər ola bilər. Bu mühafizə vasitəsi iri miqyaslı qəzalar zamanı çox effektivdir.
Kimyəvi zəhərlənmə zonasından əhalinin və personalın müvəffəqiyyətlə qısa müddətə köçürülməsi əvvəlcədən planlışdırma, xəbərdarlıq, nəqliyyat və tibbi təminat, ictimai asayişin mühafizəsi və köçürülmənin təşkili tədbirlərinin yerinə yetirilməsi ilə mümkündür.
Əhalinin köçürülməsi qərarı GTZM insan həyatı və sağlamlığı üçün təhlükə yaradan toksiki doza həddi proqnozlaşdırıldıqda verilir. Təxliyyə qərarı əsasən direktiv sənədlərdəki toksiki doza həddi normalarını aşdıqda verilir.
Məsələn, ammonyak üçün toksiki doza həddi dəqiqədə 15 mq/l, xlor üçün 0,6 mq/l hesablanır və s. Bu həddi aşdıqda təxliyyə yerinə yetirilir.
Radiasiya təhlükəli obyektlərdə qəzalar zamanı əhalinin köçürülməsi, adətən, yerli və ya regional xarakter daşıyır. Əhalinin təxliyyə olunması qərarı radiasiya şəraitinin proqnozları əsasında verilir.
Əgər proqnozlaşdırılan şüalanma həddi aşağı səviyyədədirsə, o zaman təxliyyə aparılmır. Əgər şüalanma proqnozuna görə şüalanma aşağı səviyyədən yuxarı olarsa, lakin yuxarı səviyyəyə qədər çatmırsa, o zaman köçürülmə təxirə salınır və konkret şəraitdən və yerli şərtlərdən asılı olaraq aparılır.
Əgər şüalanma proqnozu yuxarı səviyyədə olarsa, o zaman təxliyyə mütləq yerinə yetirilməlidir.
Əhalinin təxliyyəsi 2 mərhələdə aparılır: birinci mərhələdə-təxiyyə olunan əhali köçürülmə məntəqəsindən mümkün radiasiya zədələnməsi zonası sərhədlərinə qədər çatdırılır; ikinci mərhələ isə təxliyyə olunacaq təhlükəsiz yerə çatdırılmadır.

Əhalinin köçürülməsi işini bilavasitə yerinə yetirmək üçün köçürmə komissiyalarının qüvvələri ilə toplanış—köçürmə məntəqələri açılır (TKM). Bu məntəqələr adətən, adamlar, nəqliyyat vasitələrinə mindiriləcək meydançaların və yolların yaxınlığındakı, məktəb, klub binalarında və başqa ictimai binalarda açılır. Müxtəlif əhali toplanış köçürmə məntəqələrinə əvvəlcədən obyektlər üzrə təhkim edilir. Toplanış köçürmə məntəqələrinə gələn əhali burada qeydə alınır. Köçürülən əhalini qeydiyyatı üçün əsas sənədlər şəxsiyyəti təsdiq edən pasport (vəsiqə) və iş, yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir.
Sonra köçürüləcək əhali qruplara ayrılır: nəqliyyat vasitələrində aparılacaq adamlar nəqliyyat vasitələrinin növləri üzrə (qatarlar və avtomobil), şəhərdən piyada çıxarılacaq adamlar isə piyada dəstələr üzrə qruplaşdırılır.
Piyada yürüş edən adamların istrahəti üçün istirahət (düşərgə) müddətləri nəzərdə tutulur: qısa istirahət (10 –15 dəqiqəlik) – hər 1 – 1,5 saat yürüşdən sonra uzun istirahət (1 –2 saatlıq) yolun ikinci yarısında, adətən ehtimal edilən güclü dağıntı, zəhərlənmə zonasının hüddudlarından kənarda təyin edilir.
Köçürmə zamanı adamlar ən lazımi şeyləri—paltar, ayyaqqabı, yataq ləvazimatı götürməlidirlər. Hər bir adam özü ilə həmçinin ərzaq və bir qədər içməli su ehtiyatı (2-3 günlük ərzaq və su) götürməlidir. Tez xarab olmayan, saxlanması daha rahat olan və yeməkdən əvvəl hazırlanması tələb olunmayan ərzaq növləri—konservlər, qurudulmuş çörək və s. məhsullar götürmək daha məqsədəuyğundur.
Sənədlərdən pasportu, hərbi bileti, təhsil haqqında diplomu (atestatı), evlənmə haqqında vəsiqə, əmək kitabçasını və yaxud təqaüd vəsiqəsini, uşaqların doğum şəhadətnaməsi– yaş kağızlarını və məktəb gündəliklərini götürürlər.
Köçürüləcək uşaqların pal—paltarı və ərzağı yığılmış çemodana (arxa çantasına) çətələ (birka) bənd etmək və onun üzərinə uşağın soyadını, adını, atasının adını, ev ünvanını və köçürmə məntəqəsinin adını aydın xətlə yazmaq lazımdır.
Məktəbəqədər yaşlı uşaqların geyindiyi paltarın daxili cibinə də bu cürə çətələ qoyulur; bu məlumatlar yazılmış ağ parça uşağın paltarının astarına tikilsə daha yaxşı olar.
Köçürmə zamanı adamlar öyrəşdikləri yaşayış yerlərini tərk etməyə, əmlakının xeyli hissəsini qoyub getməyə, vərdiş etmədikləri şəraitdə yaşamağa vadar olacaqlar. Hamı başa düşməlidir ki, müəyyən olunmuş davranış qaydalarına riayət etmək hər bir vətəndaşın borcudur.

60