• en
  • ru

XƏSTƏLƏRİN QİDALANDIRILMASI

 XƏSTƏLƏRİN   QİDALANDIRILMASI

MÜALİCƏVİ  QİDALANMA   VƏ  DİETİK  STOLLAR  HAQQINDA   ANLAYIŞ.

MÜALİCƏVİ  QİDALANMA:  müəyyən qida  maddələrindən  və  onların  müxtəlif  kombinasiyalarından  müalijcvi  məqsədilə    elmi  cəhətdən  əsaslandırılmış  QİDALANMA  SİSTEMİDİR. Qidalanmanın  aşağıdakı  növləri  vardır:

  • peroral qidalanma;
  • enteral (zondla)  qidalanma;
  • parentral—zondla qidalanma  mümkün  olmadıqda  vena  daxili  qida   maddələrinin  yeridilməsi.

Qidalanma  rejimi  dedikdə   gün  ərzində  qidalanma  vaxtının,  qidanın  kaloriliyinə  və  tərkibinə  görə, düzgün  paylaşdırılmasının  qidanın  kəmiyyət  və  keyfiyyətcə xarakteristikası  və  qidalanma  şəraiti  başa  düşülür.   Qidanın  raisonal  paylaşdırılması    aşağıdakı  kimidir:  səhər  yeməyi –25%,  2-ci  səhər  yeməyi –15-25%,  günorta  yeməyi—35%, şam  yeməyi—15-25%.

 PƏHRİZ—həm  hazırlanma  metoduna,  həm  qidalanma  vaxtına,   həm  də  qida  maddələri  və  qida  məhsullarının  kəmiyyət  və   keyfiyyət inə  görə  müəyyən  kombinasiyalarda hazırlanan—qidalanma   rasionudur.

Xəstə  adamların  qida  maddələrinə   fizioloji  təlabatını  ödəyən  və  xəstəliyin  gedişinə  müalicəvi  təsir  göstərən  qidalanma  müalicəvi  qidalanma   adlanır . Pəhrizin  keyfiyyət  tərkibini  və  yeyinti   məhsullarının   bişirilmə  üsulunu  dəyişməklə  orqanizmin  funksional  vəziyyətinə  müsbət  təsir  etmək  mümkündür.  Pəhrizlə  müalicə,  müalicə  məqsədilə   qidadan  istifadə  edilməsidir. Hər  hansı  pəhrizi  qurduqda  1-ci növbədə  fizioloji  qida  normaları  nəzərə  alınır. Bu  normaların  tərkibində  cinsiyyət,  yaş,  bədən  çəkisi,  boy,  fiziki  işlə  əlaqədar  əsas  fizioloji  göstəricilər  nəzərə  alınmışdır. Qidanı  ancaq  müəyyən  vaxtda  qəbul  etmək   lazımdır.  İsti  yeməklərin  t-u 60 dərəcədən yuxarı,  soyuq  yeməklərinki  isə +10 dərəcədən aşağı  olmamalıdır. Əsas  nozoloji  formalara  görə  müxtəlif  cür  pəhrizlər  işlənmişdir. Müəyyən  olunmuş  nomenkulaturaya  görə  15  pəhriz  stolu  vardır.

Pəhriz  stolu № 1, 1a, 1b –mədə  və  12  barmaq  bağırsaq   xorası,   mədə  sekresiyasının artıqlığı  ilə  kəskin  qastrit, yaxud  xroniki  qastritin  kəskinləşməsi,  mədə  və  bağırsaqda operasiyadan  sonrakı  vəziyyət.

№1a  Qidalanma  gün  ərzində-6 dəfə,  süd—yumurta  rasionu, xəstəliyin  ilk  7-14  gunundə  təyin  edilir.  Aşağıdakı  qidalar  daxildir;  müxtəlif  südlü kaşalar,  suplar—yağsız  ət  növlərindən,  buxarda  bişmiş  omletlər  balıq,  müxtəlif  ət  növlərindən  hazırlanmış zülal  sufleləri,  kartof  püresi  suda bişmiş  və  sürtkəcdən  keçirilmiş  tərəvəz,  süd,  çiy  yumurta,  qazsız  mineral  sular  vəs.

  №1b  qidalanma  5-7  gun,  №1  xəstəlik  sakitləşdikdə,  remissiya  dövründə  2-3  ay  təyin  olunur.

Stol № 2—mədənin  sekretor və  turşu  əmələ  gətirmə  funksiyası  pozğunluğu  ilə  xroniki  qastrit,  xroniki  kolit,  enterokolit–kəskinləşmə  stadiyasında,  çeynəmə  aparatının  funksiyası  pozulduqda,  (kaloriliyi—3000). Qidanı  əsasən  püre  və  çox  xırda—xırda doğranmış  şəkildə  hazırlayırlar,  gundə  4-5  dəfə qidalanma  məsləhət  görülür.Əsas  qida  məhsulları  aşağıdakılardır; ağ—qara quru  çörək,  kefir,  yağsız  süd,  südlü  yoqurt,  kəsmik,  bitki  yağları,  duzsuz  pendir,  yarıçiy  yumurta,  yağsız  ətdən  hazırlanmış  kotlet, paştet,  sosiska,  kök,  balqabaq  şirələri,  marmelad və  s.

Stol № 4  qastroenterokolitlərdə, dizenteriya—kəskin  dövründə,  bağırsaq  operasiyalarından  sonrakı  5—7  gün  müddətində  təyin  edilir ( kaloriliyi—2600—2900).

Stol  № 5  Qara  ciyər, öd  kisəsi  və  öd  yollarının  xəstəliklərində  təyin  edilir. Zülal-bitki  mənşəli  olub,  heyvani  yağların  məhdudlaşdırılması  tətbiq  edilir,  suda  və  buğda  bişmiş  vəziyyətdə  gündə  5  dəfə verilir. Belə  xəstələr  pəhrizi  uzun  illər  gözləməlidirlər. Aşağıdakıları  vermək  olar: tərəvəz—çiy,  suda  bişmiş  və  ya  bitki  yağlarında  bişirilmiş,  tərəvəz  şirələri, meyvələr—banan,  üzüm,  yemiş  məhdud  şəkildə, yağsız  ətdən buğda  hazırlanmış kotlet,  yağsız  paştet, yağsız  pendir, kəsmik,  kefir,    yağsız  balıq  növləri,  kompotlar, bişmiş  kolbasalar,  konfet,  marmelad,  karamel  və  s.

Stol  № 6 –podaqra,  sidik-turşulu  diatezlərdə,  eritremiyalarda,  ət  və  balıq  yeməkləri  qadağan  edilmiş  bütün  başqa  hallar (kaloriliyi—2700)  gündə  5 dəfə.

Stol №7a—kəskin   qlomerulonefrit  böyrək  çatmamazlığı  ilə,  xr  nefritlərdə—( kaloriliyi—2500-2600)  C  və  B  vitaminləri ilə  zəngin.

Stol № 7b7a-dan  sonra  kəskin  nefrit, ödemlə və  yüksək  A/T-lə  keçən  böyrəklərin  funksiyalarının  pozulmaması  ilə  xr.  nefritin  kəskinləşməsi (kalori—3000)

Stol № 7—sağalma  dövründə  kəskin  nefrit,  hamilə  qadınlarda  nefropatiya,  hipertoniya  xəstəliyi, duzsuz  pəhriz  təyin  olunan  başqa  hallar (kalori—2800-3200).

Stol № 8—piylənmədə  təyin  olunur,  aclığı  yatıran  az  kalorili   yeməklər  təyin  edilir. Aşağıdakıları  vermək  olar; qara  çörək, kobud  üyüdülmüş  undan  hazırlanmış  çörək,   yağsız  kefir, süd,  xama,  yağsız  və  duzsuz  pendir  növləri,   pəhriz  sosiskaları,  bişmiş  yağsız  kolbasa  məmulatları,   yağsız  ət, balıq  növləri,  meyvələr—banan, üzüm,  yemiş,  ərik,  manqo, şirin  növ meyvələr istisna  olmaqla.  Tərəvəz—çiy  və  bişmiş  halda, pomidor,  kartof,  turşəng,  paxlalı bitkilər,  lobya, göbələk  az  istifadə  olmaqla,   sıyıqlar-az  miqdarda, kərə  yağı  az,  bitki  yağları  çox,  bal  az  miqdarda  və s.

Stol № 9—insulindən  asılı  və  asılı olmayan  bütün  şəkərli  diabetli  xəstələrə  təyin  olunur. Karbohidratlar  az  miqdarda,  xörək  duzu  az  miqdarda işlədilməlidir,  çoxlu  yemək  qəbul  etmək  olmaz,  hər  yemək  qəbulundaq  sonra  gəzməlidir,  gündə  5  dəfə  qidalanmalıdır.

Stol № 10 –ürək—damar  sistemi  xəstəliklərində,  hipertoniya  xəstəliyində,  müxtəlif  mənşəli  ürək  çatmamazlığında, revmatik  qüsurlarda.  Qidada  xörək  duzu  az  miqdarda,   maye  gün  ərzində—1-1,2 l, qidada kalium  çox  olan  məhsullardan (kartof  qabıqlı  bişirilir), kələm  şirəsi,  qaysı,  üzüm,  qara  gavalı   istifadə  olunur. Qida gündə  4-5  dəfə,  az  miqdarda  qəbul  edilməlidir.

Stol № 11 –sakitləşmə  və  ya  kəskinləşmə  stadiyasında  olan  ağ  ciyər  vərəmi ( kal-3000-4000).

Stol № 12 –sinir  sistemi  xəstəliklərində.

Stol №13—kəskin  qızdırmalı  dövrdə  infeksion  xəstəliklər,  angina,  operasiyadan  sonrakı  vəziyyət.

Stol № 14  qələvi  reaksiyalı  fosfaturiya  ilə  sidik  ifrazı.

Stol № 15  xüsusi  müalicə  pəhrizi  təyin  etməyə  ehtiyac  yoxsa,  həzm  orqanları  normal vəziyyətdədirsə,  müxtəlif  xəstəliklər.

Stol № 0—mədə—bağırsaq  operasiyasından  sonrakı  ilk  günlər,  habelə  xəstə  yarımhüşsuz  vəziyyətdə  olduqda  təyin  edilir.

 SÜNİ  QİDALANMA. Süni  qidalanma  üçün  göstərişlər;

  • udmanın çətinləşməsi,
  • qida borusunun  daralması  və  ya keçməməzliyi,
  • mədə çıxacağının  daralması,
  • qida borusunda  və  mədə  bağırsaq  yolunda  aparılan  operasiyadan  sonrakı  dövr,
  • ara verməyən  öskürək,
  • çoxlu  maye  itirmək,
  • bihuş vəziyyət,
  • yeməkdən imtina  edilən

 Süni qidalanmanın  növləri;

  1. Qidanın  mədəyə  zond  ilə  ağız  boşluğundan  və  ya  burun  boşluğundan  yeridilməsi—bu  məqsədlə  müxtəlif  qatışıqlardan istifadə  olunur.  Son  zamanlar  enpit  adlanan  qarışıqlardan  istiafadə  olunur  ki,  bu  da  zülal,  yağ,  karbohidrat,  mineral  duzların,  vitaminlərin  yaxşı  seçilmiş  proporsiyalarından  hazırlanmış  qatışıqlardır.
  2. Mədə və  ya  nazik  bağırsaqda  operasiya  ilə  açılan  stomadan  yeridilməsi,
  3. Parenteral qidalanma (mədə – bağırsaq yolunu  keçmədən). Bu  məqsədlə  plazma  zülal  hidrolizatları,  yağ  emulsiyaları,  müxtəlif  duz,  qlükoza,  vitamin  məhlulları   venaya  yeridilir.

 Mədə  zondlanması—həm  diaqnostik,  həm  də  müalicə  məqsədilə  aparılır. Yoğun  və  nazik  olmaqla  zondlar 2  cur  olurlar. Yoğun  zond  mədə  yuyulması  üçün  istifadə  olunur.

Mədə  yuyulması;  zəhərlənmə  zamanı, böyrək  çatmamazlığında  sidik  cövhəri  mədə  selikli  qişasından  ifraz  olduqda  və s.  tətbiq  olunur. Zondun  uzunluğu  1-1,5  m,  diametri  10-13 mm  olur,  üzərində  3  nişan  olur, orta  boylu  adamlarda  1-ci  nişana  qədər  yeridirlər.  Ucu vazelinlə  sürtülür,  xəstə  dilin  ucunu  salfetlə  tutur,  dərindən  nəfəs alaraq,  «a»  deyir,  bu  zaman  tibb  bacısı  zondu  yeridir. Əvvəlcə  20 q-lıq şprislə  mədə  möhtəviyyatı  boşaldılır,  sonra  bayırda  qalan  ucundan  natrium  xloridin  izotonik  məhlulu  yeridilir,     sonrakı  etapda  isə  zondun  ucu  aşağıya  çevrilir  və  mədə  mhtəviyyatı  əvvəlcədən  qoyulmuş  tasa  axıdılır.  Bu  işi  o  vaxta  qədər təkrarlayırlar  ki,  mədədən  duru-təmiz  su  qayıtsın  (adətən  8-10  l-ə  qədər  mayedən  istifadə  olunur). Yuma  qurtardıqda  ən  axırda 60 ml 25%-li  maqnezium  sulfat  yeridilir (işlədici  məqsədlə). Mədə  şirəsini  müayinə  etmək  üçün  nazik  zonddan  istifadə  edirlər.

 DUODENAL  ZONDLAMA. Oniki  barmaq  bağırsaq,  qara  ciyər,  öd  kisəsi,  mədə  altı  vəz  xəstəliklərində  diaqnostik  məqsədlə  bu  üsuldan  istifadə  edilir.  Səhər  acqarına  aparılır. Uzunluğu  1,5 m,  4-5ml  diametrində  nazik  elastik  zond, ucunda xüsusi  müayinə  üçün  ucluq  olur. Üzərində  3  nişan  olur, 45 sm, 70 sm, və  80 sm ölçülərində. Bu  da  mədə  zondlanması  kimi  aparılır.

İMALƏ—müalicə  və  diaqnostik  məqsədlə  yoğun  bağırsağın  aşağı  hissəsinə  müxtəlif  mayelərin  yeridilməsidir. Təmizləyici,  sifon, qidalı,  dərman  və  damcı  imalələri  olur. İmalə  qoymaq  üçün  Esmarx  qabından—bu  1-2  l  maye  tutan  şüşə  emallı,  və  ya  rezin  qabdır,  altındakı  dəliyə 1,5 sm  uzunluğuqda  və  diametri 1 sm  olan  yoğun  rezin  boru  taxılır.

Təmizləyici  imalə—qəbizlikdə  bağırsağın  aşağı  şöbələrini  təmizləmək  üçün,  mədəni  bağırsaqları,  böyrəkləri  rengenoloji  müayinəyə hazırladıqda,  operasiyalardan,  dərman  imalələrindən  qabaq  və s.  hallarda  qoyulur.  Adi  təmizləyici  imalə  kömək  etmədikdə,  bağırsaq  keçməməzliyində,  habelə,  zəhərli  maddələrlə  zəhərləndikdə  bağırsaqlardan  qıcqırma,  çürümə  məhsullarını  çıxarmaq,  bağırsaqları  yumaq  üçün  ən  yaxşı  üsul  SİFON  İMALƏSİ  istifadə  edilir.

Hipertonik  imalə—peristaltikanı   artırmadan,  bağırsaqları  yumşaldır. Adətən,  belə  imalə  üçün  5-10 %-li  natrium  xlor,  20-30%-li  maqnezium  sulfatdan  istifadə  edirlər (100-200 ml).

Dərman  imaləsi—dərman   maddələrini  per-oral  vermək  mümkün  olmadıqda,  yaxud  əks-göstəriş  olduqda,  onda  düz  bağırsaqdan  yeridilir. Qara  ciyərin  iştirakı  olmadan  hemorraidal  venalardan  qana  sorulur. Bunlar  yerli  təsirli  və  ümumi  imalələrə  bölünür. 1-ci  yoğun  bağırsaqda  iltihab  olduqda,  2-ci  orqanizmə  dərman  maddələri  və  ya  qidalı  maddələri  yeritmək  üçün  təyin  edilir. 100-150  q-dan  artıq  dərman  yeritmək  olmaz.

Nişasta  imaləsi—peristaltikanı  azaltmaq  üçün  və  kəskin  kolitlərdə  yumşaldıcı  və  bürüyücü  vasitə  kimi  istifadə  edilir.

Xloralhidrat  imaləsi—qıcolmalar  və  oyanıcıllıqlar  zamanı  tətbiq  olunur.

Damcı  imaləsi—qan  və ya  maye  itkisini  doldurmaq  üçün  istifadə  edirlər.

48