• en
  • ru
Slider control shadow

Mәlumdur ki, tәhsil özünün üç әsas istiqamәtindәn biri olan tәlimi bilik, bacarıq vә vәrdişin öyrәdilmәsi vә mәnimsәnilmәsi әsasında qurur. Dünyanın texnokrat yönümlü müasir cәmiyyәtlәrindә tәhsilin problemlәrilә bağlı belә bir prinsip әsas götürülmüşdür.

Saytın hazırlanmasında məqsəd geniş oxucu  kütləsini, Ali məktəb tələbələrini  “Həyat fəaliyyətinin təhlükəsizliyinin əsasları” haqqında ətraflı bilgilər ilə taniş etməkdir. Bilgilərin daha maraqlı, oxunaqlı, asan başa düşülən olması üçün internet resurslardan, müvafiq sahə üzrə müxtəlif nəşrlərdən geniş istifadə edilmişdir.

Geniş oxucu kütləsinin marağını nəzərə alaraq bilgilər 2 dildə-rus və azərbaycan dillərində hazırlanmışdır.

Mütəmadi olaraq bu bilgilər son illərin nəşrləri ilə yeniləşdiriləcək.

“Həyat fəaliyyətinin təhlükəsizliyinin əsasları” haqqında mövzular həm Mülki müdafiə, həm də Tibbi biliklərin əsasları üzrə təlimləri əhatə edəcək.  Eyni zamanda saytda tibb sahəsində son illər müxtəlif istiqamətlərdə aparılan elmi-təcrübi axtarışların nəticələri haqqında maraqlı məqalələr çap olunacaq.

Sizləri maraqlandıran sualları saytın elektron ünvanına göndərə bilərsiniz.