• en
  • ru

Haqqımızda

Təhsil sahəsində innovasiya prosesi – bu təhsil konsepsiyalarının, tədris proqramlarının  məzmunun, metod və üsullarının, təlim və təhsil metodlarının yeniləməsi və anlayışının dəyişməsi deməkdir.

Təhsildə İnnovasiya  prosesləri indi  zamanın  əsas tələbləri  kimi sosial inkişaf  proseslərinin ayrılmaz  tərkib hissəsinə çevrilmişdir. Bu tələb təhsil sistemində çalışan mütəxəssislərə, xüsusilə,  universitet müəllimlərinə də aiddir.

Innovasiya prosesləri  dedikdə  innovasiyalarınyaradılması,inkişafı,istifadəsi vəyayılmasıüzrə tədbirlərinmürəkkəbliyinibaşa düşürük. Təhsil qurumlarının əsas məqsədi isə ictimai  inkişafın, tələbələrin yenitələblərinə  həssas yanaşaraq, ali təhsilformalarını,planlarını,metodlarınıvaxtındadəyişdirməkdir.

Yeni təhsil paradiqmasının axtarışında innovasiya prosesləri təhsil sisteminin yeganə mənbəyidir.

Bu gün innovasiya prosesləri bütün təhsil müəssisələrində həyata keçirilməlidir. Təhsil müəssisələrinin yeni tipi, idareçilik sistemləri, yeni texnologiyalar və metodlar – innovativ proseslərin böyük potensialının bir təzahürüdür.

Kompüter (elektron) dərsliyi – təhsilın kompüterləşdirilməsinin əsas vasitələrdən olub müəyyən tələblərə cavab verməlidir.

Müxtəlif təlim materiallarının rəng fonu fərqli və intensivliyi məlumatların həcminə uyğun olaraq dəyişməlidir. Rənglərin düzgün seçilməsi dərsliyi bədii-estetik cəhətdən baximlı edir və istifadəçiyə  yaxşı təsir göstərir.

Kompüter dərslik – bacarıq və qabiliyyət formalaşması üçün məlumat sistemi olaraq-məlumat və bilik bazasından, qərar qəbul etmək ücün sistemdən və istifadəçi interfeysindən ibarətdir.

Kompüter imkanları ilə bağlı tələblər—elmi,  sistemli, geniş həcmli, asanlıqla istifadə edilə bilən olmalıdır. Digər tələblərə aiddir: a) materialın dolğunluğu – onun məzmununa görüntü və modelləşdirmənin əlavə edilməsi, məlumat xarakterli materiallara istinad, əks əlaqə; b) ekrandan oxunan mətnlərin həcminin  ixtisarla istifadə  imkanı, vizual obrazlardan istifadə; v) təkrar etmək, mənimsənilmənin əməli yoxlamaq  üçün dialoq rejiminin olması; c) informasiya  toplanması; maddi və maliyyə vəsaitlərinin aşağı xərcləri; daha sıx əlaqə g) ixtisassız istifadəçi üçün dərsliklərdən istifadə imkanının asanlığı.

Beləliklə, kompüter dərslik – ənənəvi dərsliklərin, məlumat kitabı, tapşırıqlar kitabı, laboratoriya praktikumu, materialın mənimsənilməsini qiymətləndirmə və nəzarət sistemi xüsusiyyətlərini özündə  birləşdirən bir proqram-metodiki kompleks olmalıdır.