• en
  • ru

Ətraf mühitin vəziyyətinə müntəzəm müşahidə və nəzarətin təşkili Fövqəladə hallarda yaranmış şəraitin qiymətləndirilməsi

Ətraf mühitin vəziyyətinə müntəzəm müşahidə və nəzarətin təşkili
Fövqəladə hallarda yaranmış şəraitin qiymətləndirilməsi

Mülki mədafiə qərargahının əsas vəzifələrindən biri sənaye qəzalarından, təbii fəlakətlərdən və kütləvi qırğın vasitələri tətbiq edildikdən sonra əmələ gəlmiş şəraiti aşkar edib qiymətləndirməkdir.
Fövqəladə hallarda yaranmış şərait dedikdə sənaye qəzalarının, müasir qırğın vasitələrinin təsirindən baş vermiş dağıntıların, yanğınların, radioaktiv və kimyəvi zəhərlənmələrin dərəcəsi və miqyası nəzərdə tutulur.
Fövqəladə hallarda ehtimal olunan şərait aşağıdakı üsullarla qiymətləndirilir:
• proqnoz üsulu ilə;
• kəşfiyyat məlumatlarına görə.
Proqnoz üsulu ilə kimyəvi və radioaktiv zəhərli buludların hərəkət istiqaməti və sürəti, zəhərlənmiş buludların bu və ya digər yaşayış məntəqəsinə çatacağı vaxtı, radioaktiv və kimyəvi zəhərlənmə sahələrinin ölçülərini qabaqcadan təyin etmək olur. Bu da, zəhərli buludlar hər hansı yaşayış məntəqəsinə çatanadək orada olan əhalinin mühafizəsi üçün, müəyyən tədbirlər həyata keçirməyə imkan verir. Fövqəladə hallarda ehtimal olunanı proqnozlaşdırarkən aşağıdakı məlumatları bilmək lazımdər:
• tətbiq olunan silahın növü, gücü, tətbiq olunma yeri və vaxtı;
• yanğınların sərhədləri və yayılma istiqaməti;
• əhalinin mühafizə olunma dərəcəsi;
• meteoroloji şərait (küləyin gücü, sürəti və istiqaməti, havanın tempraturu, nəmliyi, relyefi, torpağan bitki örtüyü və s.)
Fövqəladə hallarda ehtimal olunan şəraiti proqnozlaşdırarkən ayrı-ayrılıqda mühəndis, yanğın, kimyəvi və radiasiya şəraiti qiymətləndirilir.
Lakin, proqnoz üsulunun nəticəsi, bütün digər proqnozlar kimi təxminidir. Bu üsulun nəticələri əsasında ərazidə radiasiya səviyyəsini təyin etmək olmur. Ərazidə radiasiya səviyyəsi kəşfiyyatın məlumatlarından, yəni ərazidə aparılmış faktiki ölçmələrə görə təyin edilir.
Dinc və müharibə dövrlərində MM kəşfiyyatının əsas vəzifələri.
Kəşfiyyat – mülki müdafiə qüvvələrinin fəaliyyətini təmin etmək üçün görülən əsas tədbirlərdən biridir. MM sistemində aparılan kəşfiyyatdan məqsəd – güclü istehsalat qəzasından, təbii fəlakətdən və ya düşmən basqınından sonra yaranmış vəziyyət barədə dəqiq məlumatlar toplamaqdır. Bunlar MM rəhbərlərinə əhalinin mühafizəsini və xilasetmə işlərini təşkil etmək barədə düzgün qərara gəlmək üçün lazımdır.
Kəşfiyyat fəal, fasiləsiz, vaxtında və məqsədəyönümlü aparılmalı, başlıcası isə topladığı məlumatlar dəqiq olmalıdır.
Hansı qüvvələr və vasitələrlə aparılmasından asılı olaraq yerüstü kəşfiyyat, havadan kəşfiyyat və dənizdən kəşfiyyat növləri müəyyən edilmişdir.
Yerüstü kəşfiyyat – ən dəqiq, daha dolğun kəşfiyyat növü sayılır və bütün MM qərargahları tərəfindən təşkil edilir.
Havadan kəşfiyyat – zədələnmə ocaqlarında, təbii fəlakət və qəza rayonlarında ümumi vəziyyəti tez aşkar etəmk üçün təyyarələr, vertolyotlardan aparılır. Belə kəşfiyyatı adətən respublika MM qərargahı təşkil edir.
Dənizdən (çaydan) kəşfiyyat – sahillərdə, limanlarda, buradakı qurğularda vəziyyəti öyrənmək məqsədi güdür, yüksək sürətli gəmilər, katerlər vasitəsilə icra edilir.
Yerinə yetirdiyi vəzifələrin xarakterinə görə ümümi və xüsusi kəşfiyyat növləri olur.
Ümumi kəşfiyyat fövqəladə hallar baş vermiş sahələrdə yaranan vəziyyət barədə dərhal ilkin məlumatlar əldə etmək üçündür. Belə işlərə MM qoşun hissələrinin, hərbiləşdirilməmiş dəstələrin, habelə rayonların, obyektlərin kəşfiyyat qrupları, manqaları, müşahidə və laboratoriya nəzarəti şəbəkəsi cəlb olunur.
Xüsusi kəşfiyyat adətən MM xidmətləri təşkil edir, radiasiya və kimya müşahidəsi postlarının, mühəndis və epidemioloji kəşfiyyat qruplarının, baytar və fitopatoloji manqaların və s. qüvvələri yerinə yetirirlər. Bu zaman kəşfiyyat yerlərindəki konkret vəziyyət mütəxəssislər tərəfindən təfsilatı ilə dəqiqləşdirilir, ümumiləşdirilir və MM qərargahına çatdırılır.
Kəşfiyyatı təşkil etmək bütün MM rəhbərlərinin, qərərgahlarının və komandirlərinin vacib vəzifələrindəndir.
Kəşfiyyatın dəqiq təşkil edilməsi üçüçn MM qərərgahının rəisi tam məsulliyyət daşıyır; bu işin bilavasitə təşkilatçısı isə MM qərərgahı rəisinin müavinidir. O, MM rəhbərinin qərarına və qərargah rəisinin konkret göstərişinə uyğun olaraq kəşfiyyat tədbirlərini planlaşdırır, qrupları və manqaları fəaliyyətə hazırlayır, kəşfiyyata göndərir, onlardan alınan kəşfiyyat məlumatlarını toplayır. Təhlil edir və ümumiləşdirir, fəlakət rayonlarında, yaxud zədələnmə ocaqlarında vəziyyət barədəki məlumatlar dərhal MM rəhbərlərinə və yuxarı qərargaha təqdim edilir.
Kəşfiyyatı təşkil etmək üçün əsas sənəd, kəşfiyyat planıdır. Plan müvafiq MM qərargahında əvvəlcədən tərtib edilir, yuxarı qərargahla razılaşdırılır və MM rəhbəri tərəfindən təsdiqlənir. Plana obyektin sxemi (rayonun xəritəsi) əlavə edilir, burada idarəetmə məntəqələrinin, mühafizə qurğularının, kəşfiyyat bölmələ¬rinin yerləri, bu bölmələrin konkret fəaliyyət marşurutları, vəzifələri¬ni yerinə yetirdikdən sonra toplanış məntəqələri şərti işarələrlə göstə¬rilir. MM qərargahının rəisi bölmə komandirlərinə kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem əsasında verir. Sərəncamda yaranmış vəziyyət barədə qısa məlumat verilir, kəşfiyyatın nə müna¬sibətlə aparıldığı, onun konkret vəzifələri va icra müddəti, marşrut¬larda fəaliyyət vaxtı rabitə yaratmaq və kəşfiyyatın nəticələri barədə məlumat vermək qaydaları dəqiq göstərilir. Kəşfiyyat bölmələri ra¬dioaktiv zəhərlənmə ocaqlarına göndərilən hallarda isə, həmçinin şəxsi heyətin yolverilən şüalanma dozası da müəyyən edilir.
Şəhərdə, rayonda və obyektlərdə kəşfiyyat işlərinə radiasiya və kimya mişahidə postlarıı, MM kəşfiyyat qrupları, xidmətlərin və dəstələrin kəşfiyyat manqaları, habelə müşahidə və labaratoriya nəzarəti şəbəkəsinin müəssisələri cəlb edilirlər.
Radiasiya və kimya müşahidəsi postları (RKMP) – bütün obyektlərdə yaradılır və təhlükə yaranarkən bilavasitə fəaliyyətə başlayırlar. Onlann əsas vəzifələri radioaktiv və kimyəvi zəhərlənmələri vaxtın¬da aşkar etmək, müşahidə sahəsində vəziyyətin dəyişməsinə fasiləsiz nəzarət etmək və qərargaha müntəzəm surətdə məlumat verməkdir. Təbii fəlakət və istehsalat qəzaları vaxtı ona digər vəzifələr də tapşı¬rıla bilər. Post elə yerdə qoyulmalıdır ki, oradan hər tərəfi müşahidə etmək mümkün olsun və postun özü MM idarəetmə məntəqəsinın yaxınlığında yerləşsin. Müşahidəçilərin daldalanması və növbədən sonra dincəlməsi üçün burada hökmən üstüörtülü səngər düzəldilir, müşahidəçi duran yerdə cəhətləri göstərən nişanlar qoyulur. Postun heyəti onun rəisindən va iki müşahidəçidən ibarətdir. Onlar müşahi¬dəni vizual üsulla, habelə radiasiya va kimya kəşfiyyatı cihazları vası¬təsi ilə aparırlar. Bu məqsədlə onlar cihazlardan əlavə həmçinin fərdi mühafizə vasitələri, rabitə və xəbərdarlıq vasitələri, kornpas, saat, səmt göstərən və bucaq ölçən xüsusi limb, müşahidə jurnalı, habelə öz vəzifələrini yerinə yetirmək üçün lazım olan digər avadanlıqla təchiz olunurlar.
Kəşfiyyat qrupu manqası isə təbii fəlakət, qəza nəticəsində bi¬lavasitə obyektdə, digər fəaliyyət rayonunda, habelə düşmən bas¬qınından sonra zədələnmə ocağında, hərəkət marşrutlarında yaranmış vəziyyəti öyrənmək məqsədi ilə göndərilir. Kəşfiyyat qrupu, onun komandirindən və hərəsi 3 nəfərlik bir rabitə və bir neçə kəşfiyyat manqalarından ibarət olur. Hər manqa bir-birindən 500 m aralı üç mü¬hafizə qurğusunda, yaxud 800 m-dək zolaqda (şəhərin 2-3 məhəllə¬sindən ibarət sahədə) kəşfiyyat aparmaq üçün nəzərdə tutulur. Qrup fərdi mühafızə vasitələri, radiasiya və kimya kəşfiyyatı cihazları, hədd nişanları dəsti, fərdi dozimetrlər ilə təchiz edilir, fəaliyyətə baş¬layarkən ona nəqliyyat və rabitə vasitələri, habelə hərəkət marşuru¬tunun-sxemi, obyektdə kəşfiyyat apardıqda isə kəşfiyyat sxemi verilir.
Zəhərlənmə rayonlarında kəşfiyyat aparılarkən, radiasiya səviyyələri 0,5 rentgen-saat olan, yaxud kimyəvi zəhərlənmə aşkar edi¬lən zonanın hüdudları hədd nişanları vasitəsilə nişanlanır.
Zəhərlənməni ölçüldükdən sonra kəşfiyyatçı hədd nişanı qoyur və nişanda zəhərlənmənin növünü, səviyyəsini və ölçülmə vaxtını qeyd edir. Hədd nişanı yolun kənarında yaxşı görünən yerdə qoyul¬malıdır. Nişanı elə qoyurlar ki, onun üz tərəfi yerdə zəhərlənmə ol¬mayan və ya az olanı sahəyə tərəf dursun. Qrupun komandiri hərəkəti davam etdirərək marşrutun sxemində hər dəfə zəhərlənmə ölçülən yeri, zəhərlənməni (növünü) və ölçülmə vaxtını kəşfiyyat jurnalında qeyd və bu barədə radio vasitəsilə obyektin MM qərargahına məlumat verir.
Obyektin ərazisində kəşfiyyatçılar müxtəlif sexlərdə, qurğular¬da, xüsusən də, xilasetmə işləri aparılacaq sahələrdə zəhərlənmənin növünü, səviyyəsini (dərəcəsini) təyin edir, vəziyyətin dəyişməsinə nəzarət edirlər.
Kəşfiyyat qurtarandan sonra kəşfiyyat qrupu (manqası) toplanış məntəqəsinə gəlir; komandir qərərgaha vəzifələrin yerinə yetirilməsi haqqında məlumat verir və kəşfiyyat sxemini təqdim edir. Bundan sonra o, lazımi hallarda avtomobilin, şəxsi heyətin zəhərlənmə dərə¬cəsini yoxlayır, buna ehtiyac varsa, xüsusi təmizləmə işlərini təşkil edir, dozimetrlərin göstəriciləri əsasında şəxsi heyətin məruz qaldığı şüalanma dozalarını hesablayır və qrupu yeni vəzifələrin icrası üçün işə hazırlayır.
Qəza yerlərini diqqətlə müayinə etməklə, adamlar toplanan yerlərə, anbarlara su mənbələrinə xüsusan diqqət yetirməklə, hava¬dan və torpaqdan nümunələr götürüb analizə göndərməklə bu vəzifə¬lərin öhdəsindən gəlmək mümkündür.
Güclü zəlzələdən sonra aparılan kəşfiyyatın əsas vəzifələri isə bina və tikililərin nə dərəcədə dağıldığını, uçqunlar altında adamlar qalan yerləri və onların vəziyyətini, ikinci zədələrımə ocaqlarının (yanğın, daşqın, kimyəvi zəhərlənmə) yaranıb-yaranmadığını öyrən¬mək, qaz, su, elektrik şəbəkələrində qəzaların yerini, dərəcəsini, xilas¬etmə işlərinin növünü, həcmini və s. müəyyən etməkdən ibarətdir.
Daşqın və sel vaxtı kəşfiyyat bölmələri fəlakətli sahələrin hüdudlarını, yardıma ehtiyacı olan adamlar, habelə kənd təsərrüfatı heyvanları qalmış sahələri müəyyənləşdirir, daşqın zonasından çıxa¬rılmalı maddi sərvətləri aşkar edir, üzgüçülük vasitələrindən istifadə edilməsi üçün marşrutlar axtarır və s.
Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi (MLNŞ) – ətraf mühitin radioaktiv, kimyəvi, güclü təsirli və bakterial maddələrlə zə¬hərlənməsinə müşahidə və labaratoriya nəzarəti etməkdən, mühafizə tədbirləri görülməsi üçün müvafıq dövlət orqanlarına məlumat ver¬məkdən ötrü nəzərdə tutulmuşdur.
MLNŞ-a, əsasən bu təşkilatlar cəlb edilir: Səhiyyə nazirliyinin sanitar- epidemiologiya mərkəzləri və stansiyaları; kənd təsərrüfatı və ərzaq nazirliyinin baytarlıq loboratoriyaları, baytar nəzarəti postları va bitki mühafizəsi stansiyaları; dövlət hidrometrologiya komitəsinin radiometriya loboratoriyası və qrupları; daxili işlər nazirliyi şəhər və rayon polis şöbələrinin struktur bölmələri; Müdafiə Nazirliyinin xüsusi bölmələri: respublika MM qərargahının kimyəvi-radiometriya laboratoriyası; nazirliklərin, ərazi icra hakimiyyəti başçılarının və ob¬yektlərinin radiasiya və kimya müşahidəsi postları; habelə bir sıra digər respublika təşkilatlarının sahə laboratoriyaları.
Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi üçün konkret şəra¬itdən asılı olaraq üç iş rejimi müəyyən edilmişdir: gündəlik, yüksək hazırlıq və fövqəladə iş rejimi.
Gündəlik iş rejimi – həm ekoloji, həm texnogen, həm də epide¬mik cəhətdən normal adi iş şəraitini əhatə edir. Bu rejimdə respublikanın müdafiə, səhiyyə, kənd təsərrüfatı, daxili işlər nazirliklərinin, dövlət hidrometkomun və MM idarəsi struktur bölmələrininn qüvvələri ilə ətraf mühitdə kimya, radiasiya, epidemiya, epizootiya, epifitotiya müşahidəsi va laboratoriya nəzarəti aparılır.
Yüksək hazırlıq rejimində – texnogen, epidemik şərait kəskin su¬rətdə pisləşdikdə, həmçinin fövqəladə hallar ehtimalı yarandıqda tə¬bii mühitdə və təhlükə potensiallı obyektlərdə müşahidə və nazərət gücləndirilir, şəbəkənin xüsusi (fövqəladə) iş rejiminə keçirilməsinə hazırlıq görülür.
Fövqəladə rejimdə – isə gündəlik rejimdə fəaliyyət göstərən qüvvələrdən əlavə həmcinin; müşahidə və laboratoriya nəzarəti şə¬bəkəsinə daxil olan nazirlik, komitə, şirkət, Elmlər Akademiyası və s. idarələrin müvafiq qüvvələri ilə həm müşahidə, həm də laboratoriya nə¬zarəti aparılır.
Ətraf mühitdə MM kəşfiyyatının sülh dövründə vəzifələri:
• havanın, suyun, torpağın, maldarlıq və bitkiçilik məhsullarının radioaktiv, kimyəvi, bakterial maddələrlə çirklənməsinə vaxtaşırı müşahidə və laborotoriya nəzarəti aparmaq:
• yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik və epizootik vəziyyətə müntəzəm nəzarət etmək:
• güclü istehsalat qəzası və ya təbii fəlakət baş vermiş rayonlarda yaranan vəziyyəti aşkar etməkdir. MM kəşfiyyatının əsas vəzifələri dinc (əmin-amanlıq) dövründə:
Müharibə dövründə düşmən basqınından sonra isə kəşfiyyatın vəzifələri aşağıdakıları öyrənməkdir:
1) işlədilmiş silahın növü, zərbənin nə vaxt və haraya endirildiyi, nüvə partlayışının gücü və koordinantları:
2) radiasiyanın səviyyələri, zəhərləyici maddənin konsentrasiyası, zəhərli hava buludunun yayılma istiqaməti:
3) zədələnmə ocağının hüdudları:
4) xilasetmə və digər işlər aparılan rayonlarda zəhərlənmə şəraitinin necə dəyişdiyi:
5) mühafizə qurğularının, oradakı adamların vəziyyəti, onlara yardım göstərməyin yolları:
6) kommunal enerji şəbəkələrinin, rabitə xətlərinin, habelə MM dəstələri, köçürülən əhali hərəkət edəcək marşurutların vəziyyəti:
7) yanğın yerləri, onların yayılması istiqaməti:
8) hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəlakətli subasma və daşqın zonaları yaranıb—yaranmamağı və s.
Toplanan məlumatlar dəqiq olmalıdır. Bu tələblərin yerinə yetirilməsinə nail olmaqdan ötrü kəşfiyyat qüvvələrini (kəşfiyyat qrupları, manqaları, müşahidə postları, nəzarət laboratoriyaları və s.) əvvəlcədən komlektləşdirilib işə hazırlamaq, onların fəaliyyətini planlaşdırıb düzgün təşkil etmək, həmçinin kəşfiyyatın müxtəlif növlərindən, üsullarından, qüvvə və vasitələrdən istifadə etmək lazımdır.
Radiasiya və kimya müşahidəsi postları aşağıdakı vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulmuşdur;
1) nüvə partlayışının parametrlərini ən sadə vasitə və üsullarla təxmini təyin etmək, radioaktiv buludun hərəkət istiqamətini, radiasiyaların səviyyələrini, post qoyulmuş sahədə düşmənin işlətdiyi zəhərləyici maddənini növünü aşkar etmək;
2) Obyektdə və ya fəhlə və qulluqçular yerləşən sahələrdə baş verən radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmələri vaxtında aşkara çıxarmaq, habelə bu barədə xəbərdarlıq siqnalları vermək;
3) Zəhərləyici maddə və ya guclü təsirli zəhərli maddə buludlarının yayılma istiqamətini təyin etmək;
4) Post qoyulmuş rayondakı radioaktiv, kimyəvi və ya guclü təsirli zəhərli maddələrlə zəhərlənmiş sahələrdə kəşfiyyat aparmaq, habelə metereoloji müşahidə aparmaq.
Postun bütün şəxsi heyəti düşmən tərəfindən zəhərləyici maddələr və bakterial vasitələr işləndiyinin zahiri əlamətlərini bilməlidir. Bunlar aşağıdakılardır:
1) aviasiya bombaları, raketlər və dəgər döyüş sursatı partlayan yerlərdə külək istiqamətində yayılan səciyyəvi qaz, tüstü və duman buludu yaranması:
2) uçan təyyərələrin, aerostatın arxasınca tez yayılıb yoxa çıxan bulud və ya tünd zolaq görünməsi;
3) ərazidə və ya döyüş sursatı partlayışından yaranmış çalada yağlı damcılar, ləkələr, çiləntilər aşkar edilməsi;
4) bitkilərin solması və ya rənginin dəyişməsi;
5) adamın tənəffüs üzvlərinin, gözlərinin, boğazının qıcıqlanması:
6) bu yerlər üçün səciyyəvi olmayan iy yaranması;
7) adamların q—normal davranışı, hərəkət tərzinin pozulması.

Radiasiya şəraitinin qiymətləndirilməsi
Radiasiya şəraiti düşmənin nüvə silahını tətbiq etdikdə və AES¬-da qəza baş verdikdə yaranır, adamların və müxtəlif obyektlərin ra¬dioaktiv maddələrlə zəhərlənməsi ilə nəticələnir.
Radiasiya şəraitini qiymətləndirərkən ərazinin, müəssisənin radioaktiv zəhərlənməsinin miqyası və dərəcəsi, həmçinin zəhərlənmənin dəstə və ya əhalinin fəaliyyətinə təsiri təyin edilir.
Radiasiya şəraitinin qiymətləndirilməsinə, adətən aşağıdakılar aiddir:
• radioaktiv zəhərlənmə zonalarının sərhədlərini və onlarda radiasiya səviyyəsinin bölünməsini təyin etmək;
• zəhərlənmə zonaları müəssisələrinin torpaqdan istifadə planına və ya sxemi ilə köçürülməsi;
• dəstələrin şəxsi heyətinin, əhalinin, heyvanların radioaktiv şüalanma dozasının və onların arasında baş verə biləcək itkilərin təyin edilməsi;
• zəhərlənmiş ərazidə əhalinin təsərrüfat işlərinin aparılmasında ən məqsədəuyğun fəaliyyətinin müəyyən edilməsi.
Radioaktiv zəhərlənma zonalarının sərhədlərini orada radiasiya¬nın səviyyəsini məlumat verməklə və ya radiasiya kəşfiyyatı ilə təyin edirlər.
Müəssisələrin mülki müdafiə dəstələri və qərargahları öz ray¬onlarında ərazinin radioaktiv zəhərlənməsi haqqında məlumatı, adə¬tən, rayonunun mülki müdafiə qərargahından alır və radiasiya kəş¬fiyyatı ilə dəqiqləşdirir.
Lazım gələrsə, müəssisənin mülki müdafiə qərargahlarında ərazinin, adamların, heyvanların və başqa obyektlərin zəhərlənmə də¬rəcəsi təxminən qabaqcadan təyin edilə bilər.
Qabaqcadan təyin edilmə ücün ilk məlumatlar əsasən aşağıdakılardır:
• Partlayışın (qəza¬nın) gücü, növü
• Mərkəzin koordinatları,
• Orta küləyin sürəti və isti¬qaməti.
Müəssisənin MM qərargahı bu məlumatları rayonunun qərargahından alır və ya özü təyin edir.
Əgər küləyin orta sürəti (v) və istiqaməti, partlayış mərkə¬zindən müəssəyə qədər olan məsafə (R) məlumdursa, onda partlayış¬dan sonra müəssisənin ərazisinə radioaktiv maddələrin çökməsi vax¬tını (t) aşağıdakı düsturla təyin edirlər: t=R/v
Radioaktiv buludun izinin yaranması 10-20 saat davam edir.
Buna görə Respublika Mülki müdafiə (MM) qərargahı, rayon, zavod va iri obyektlərin MM qərargahları radiasiya vəziyyətini qabaqcadan, radioaktiv bulud yaxınlaşana kimi proqnozlaşdırırlar.
Radiasiya şəraitinin proqnozlaşdınlmasında ilkin şərtlər:
1. Nüvə partlayışının koordinatları, gücü, tipi, vaxtı,
2. Orta küləyin sürəti və isti¬qamətidir.
Orta külək – yer səthindən radioaktiv buludun qalxma hündürlüyünə qədər atmosfer təbəqəsində orta sürətə və istiqamətə malik küləyə deyilir.
Sonra bu göstəricilər əsasında radioaktiv buludun yayılmasını göstərən xəritə tərtib edilir.
Xəritə sxemlər üstündə proqnozlaşdırma radioaktiv bulud izini tam dəqiqliyi ilə vermir. Lakin proqnozlaşdırma əsasında bulud qatına qədər ehtimal olunan zəhərlənmə zonaları təyin oluna bilər ki, bu da öz növbəsində qabaqcadan insanların, heyvanların, material vasitələrinin mühafizəsinin, obyektlərin normal fəaliyyətinin zəhərlənmə zonalarında təşkilinə, lazım olarsa işçilərin, qulluqçuların, əhalinin və mal-qaranın zəhərlənmə zonalardan çıxardılmasına imkan yaradır.

Kimyəvi şəraitin qiymətləndirilməsi

Düşmənin zəhərləyici maddələr tətbiq etməsi nəticəsində yaranan vəziyyətə kimyəvi şərait deyilir. Kimyəvi şəraitin qiymətləndirilməsinin mahiyyəti adamlara, heyvanlara, torpağa, bitkilərə, su mənbələrinə va sairəyə təsir nəticəsinin dərəcəsini təyin etməkdə, həmçinin dəstələrin və əhalinin kimyəvi zəhərlənmə şəraitində xila¬setmə və digər təxirəsalınmaz işlərin aparılmasında ən məqsədə¬uyğun fəaliyyətlərinin seçilməsidir. Kimyəvi şəraitin qiymətlən-dirilməsində obyektlərın, bütün qərargahların rəıslərı və dəstə ko¬mandirləri obyektlərin mühafizəsini vaxtında təşkil etmək ücün iştirak edir, həmçinin dəstələrin fəaliyyəti haqqında və düşmənin kimyəvi silahı tətbiq etməsinin nəticəsini və onların qalıqlarını aradan qaldırmaq qərarlarını dəqiqləşdirirlər.
Kimyəvi hücum məqsədilə istifadə edilən vasitələrin (təyyarələrin sayı, onların tipi, raketlərin sayı) miqdarı, tətbiq edilən ZM növü (kimyəvi bombalar, raketlər, püskürdücü aviasiya bombaları və s.) dəqiqləşdirilir.
Ərazidə ZM davamlılığının təyini. Kimyəvi çirklənməni proqnozlaşdırdıqda ərazidə ZM mümkün davamlılığını və zəhərli havanın zədələyici konsentrasiyalarda külək istiqamətində yayılmasını müəyyən edirlər. Bunun üçün küləyin istiqamətini və sürətini, torpağan tempraturunu və atmosferanın şaquli davamlılıq dərəcəsini bilmək lazımdır.
Ərazidə ZM davamlılığı insanların fərdi mühafizə vasitələrisiz sərbəst davranışı və ya hər hansı işi yerinə yetirə bilməsi müddəti ilə xarakterizə olunur.
İnsanların fərdi mühafizə vasitələrində qalma müddəti əsasən ətraf havanın tempraturundan asılıdır. Zarin və iprit tətbiq edildikdə zədələnmə ZM tətbiq edildiyi rayonun hüdudlarında, Vx tətbiq edildikdə isə bütün kimyəvi zədələnmə zonasında olan insanlar, texnika və əmlak təhlükəli dərəcədə zədələnir.
Kimyəvi zədə ocağında insanların mümkün itkisi ZM və GTZM növündən, obyektlərdə fəhlə və qulluqçuların (əhalinin) sayından, mühafizə dərəcəsindən və əleyhiqazdan vaxtında istifadə etməsindən asılıdır.
Kimyəvi şəraitin qiymətləndirilməsi əsasında insanların mühafizəsi üçün tədbirlər görülür, xilasetmə işləri aparmaq üçün və zədələnmə nəticələrini aradan qaldırmaq üçün, həmçinin istehsal fəaliyyətinin bərpası və əhalinin həyat fəaliyyətinin təmini üçün tədbirlər işlənib hazırlanır.
Obyektdə mühafizə rejiminin seçilməsində aşağıdakılar nəzərdə alınır:
• istehsal fəaliyyəti zamanı fərdi mühafizə vasitələrindən istifadə;
• zəhərli otaqlarda (sexlərdə) işlərin dayandırılması;
• insanların sığınacaqlarda qalma müddəti.
Güclü zəhərlənmiş ərazidən insanların təxliyyəsi təşkil edilir. Obyektdə bütün işlər dayandırılır və ərazi, tikililər və obyektdəki bütün avadanlıqlar zərəsizləşdirilir. Obyektlərin konkret iş rejimi, həmin ərazidə küləklərin istiqaməti, nəzərə alınmaqla və fəhlə və qulluqçular fərdi mühafizə vasitələri geyinməklə sülh dövründə aparılacaq xilasetmə işləri məşq edilir və dəqiqləşdirilir.
Kimyəvi şərait anlayışına əhaliyə və obyektlərin işinə mənfi təsir göstərən və ərazinin təhlükəli kimyəvi maddələrlə zədələnməsinin bütün nəticələri aiddir.
Kimyəvi şəraitin qiymətləndirilməsi zəhərli maddələrlə və güclü təsirli zəhərli maddələrlə zədələnmənin miqyasını və xarakterini təyin edir, onların əhaliyə, obyektlərə və Mülki Müdafiə qüvvələrinə təsirinin analizinin aparır.
Kimyəvi şəraitin qiymətləndirilməsinə aşağıdakılar aiddir:
• zəhərlənmə rayonunda zəhərli havanın yayılma dərinliyi və istiqamətini;
• zədələyici maddələrin ərazidə davamlılığının, həmçinin obyektlərin zəhərlənmə xarakterləri və miqyasının öyrənilməsi;
• Dəstələrin şəxsi heyətinin və əhalinin zəhərləyici maddələrdən mühafizə dərəcəsini təyin etmək;
• Kimyəvi silahın basqınına məruz qalmış obyektləri öyrənmək;
• zəhərləyici maddələrin növünü və təxmini sıxlığını, vaxtını, on¬lann tətbiq vasitələrini və üsullarını təyin etmək;
• Ərazinin xarakterini və hava şəraitini öyrənmək.
• Kimyəvi zədələnmə zonasının ölçüləri;
• Zədələnmiş havanın müəyyən obyektə çatma vaxtını;
• İnsanların zədələnməsinin qarşısını alan daha məqsədəuyğun variantların seçilməsi;
• ZM zədələyici təsirni və vaxtının öyrənilməsi.
Kimyəvi şəraitin qiymətləndirilməsində əsas göstəricilər:
• ZM (və ya GTZM) tipi;
• kimyəvi silahın tətbiq edildiyi vaxt və rayon (püskürdülən zəhərli maddələrin miqdarı);
• ərazinin metereoloji və topoqrafik şəraiti;
• əhalinin mühafizə dərəcəsi və texnika və avadanlığın mühafizəsi.
Metereoloji məlumatlar MM qərargahına radiasiya və kimyəvi müşahidə məntəqələrindən daxil olur, onlar küləyin istiqamətini və sürətini, havanın şaquli sabitlik dərəcəsini öyrənir.
Düşmən tərəfindən kimyəvi silah tətbiq edildikdə yaranan kimyəvi şəraiti qiymətləndirmək üçün aşağıdakıları müəyyən edirlər:
• tətbiqi vasitələrini,
• kimyəvi zədə ocağının sərhədlərini,
• zədələnmə zonasının sahəsini və
• ZM tipini.
Bu məlumatlar əsasında növbəti göstəriciləri qiymətləndirirlər:
• zəhərlənmiş havanın yayılma dərinliyini,
• ZM ərazidə və texnika üzərində davamlılığını,
• insanların fərdi mühafizə vasitilərində qalma müddətini,
• insanların mümkün zədələnmələrini,
• avadanlığın, texnikanın və əmlakın yoluxmasını.
ZM tətbiq edildiyi rayonun sərhədlərinin təyin edilməsi kəşfiyyatın və ya qərargahın rəhbərliyinin məlumatlarına əsasən aparılır.
Kimyəvi şəraiti qiymətləndirdikdə:
Zəhərləyici mad¬dələrin növünü kimyəvi kəşfiyyat cihazları, həmçinin onun tətbiq üsulları ilə təyin edirlər və nəticəni dəqiqləşdirirlər. Zəhərləyici maddələrin tətbiq edilmə rayonu (obyekti), növü, üsulları, miqyası, adətən, adi görmə müşahidəsi ilə təyin edilir, sonra kimyəvi kəşfiyyatın məlumatları ilə dəqiqləşdirilir.
Əgər düşmən təyyarələri səpən təyyarə ci¬hazlarıdan (STC) istifadə edərsə, deməli, zəhərləyici maddəlar V ti¬pli qaz və iprit növlərinə aiddir. Küləyin sürəti və istiqaməti, yerə yaxın təbəqədə havanın istiliyi haqqında məlumatları obyektin mülki müdafiə qərargahlarına rayonunun MM qərargahı göndərir. Zəhərli havanın yayılmasının təhlükəli məsafəsi zəhərləyici maddələrin tət¬biq edildiyi rayonun hüdudundan, küləyin istiqamətilə, dəstələrin şəxsi heyətinin və əhalinin mühafızə vasitələri olmadan təhlükəsiz məntəqəyə qədər olan yola deyilir.

Buludun yayılmasının təhlükəli məsafəsinə aşağıdakılar aiddir:
• Kimyəvi silahın tətbiq olunduğu rayonunu böyüklüyü;
• Buxar və duman (aerozolu yaradan) halına keçən zəhərləyici maddələrin miqdarı və onların zəhərliliyi;
• Havanın şaquli dayanıqlıq dərəcəsi;
• Yerin relyefi və bitkilərin xarakteri.
Zəhərli hava buludu iki yerə bölünür: birinci və ikinci.
Birinci bulud kimyəvi sursatın partlayışı zamanı əmələ gəlir. Mühafızə olun-mayan adamlara, heyvanlara və başqa obyektlerə təsir fəaliyyəti az olur.
İkinci bulud isə yerdən va əşyalardan zəhərləyici maddələrin damcılarının buxarlanması nəticəsində əmələ gəlir. Bu da küləyin is¬tiqamətilə yayılır və zəhərləyici maddələrin buxarlanma müddətində zədələnmə verir.
Düşmən basqınından sonra kəşfiyyatçılar xüsusi cihazlann köməyi ilə zəhərləyici maddələrin növünü öyrənir və zəhərlənmə ray¬onun sərhədlərini nişanlayırlar. Bundan sonra dəstələri hərbi hazır vəziyyətə gətirmək, onlara tibbi yardım göstərmək və xüsusi təmizlik aparmaq üçün bütün tədbirlər görülür. Qəzalar nəticəsində və ya düşmən tərəfindən kimyəvi silah tətbiqi edilməsi nəticəsində zəhərlənmə ocaqları yaranan zaman-qəza baş vermiş ərazinin MM rəisinin qərarına əsasən əvvəlcədən planlaşdırılmış qaydada MM tədbirləri həyata keçirilməyə başlanır. Kimyəvi zədə ocağı zonasında vəziyyəti aydınlaşdırmaq üçün dəstə komandiri kəşfiyyat göndərir. Kəşfiyyatçılar (adətən kəşfiyyat manqası) onlara göstərilmiş marşrut üzrə hərəkət edib, kimyəvi kəşfiyyat cihazları vasitəsilə hər 300-400 metrdən bir havanın zəhərlənmə dərəcəsini təyin edirlər. Onlar zəhərlənmə ocağını aşkara çıxarıb, ərazini gözdən keçirir, zəhərlənmiş sahənin sərhədlərini nişanlayır, zəhərlənmə ocağına yanaşma yollarını və GTZM buxarlarının yayılması istiqamətini müəyyən edir, binaların, qurğuların və avadanlığın dağılması xarakterini təyin edir, zəhərlənmə ocağındakı adamların vəziyyətini aydınlaşdırırlar. Kəşfiyyatçılar əldə etdikləri məlumatları dərhal dəstənin komandirinə xəbər verirlər.
Hər bir konkret halda zəhərli maddənin əmələ gətirdiyi zəhərlənmə ocağını məhdudlaşdırmaq üçün nə cür hərəkə etmək lzım gəldiyi zəhərli maddənin növündən, zədələnmənin xarakterindən, istehsalın texnoloji sxemindən və başqa şərtlərdən asılıdır.
Havada, ərazidə, texnikanın və başqa obyektlərin səthlərindəki zəhərləyici maddələri kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatoru vasitəsi ilə, yaxud problar nümunə götürüb onları kimya labaratoriyalarında təhlildən, analizdən keçirməklə aşkar edirlər. Müşahidə yolu ilə, yəni əşyanın səthindəki ZM damcılarına və ləkələrinə, zəhərli maddənin yaratdığı buludun rənginə, zəhərlənmiş bitki yarpaqlarının rənginin dəyişməsinə görə ancaq bəzi zəhərləyici maddələri təxmini olaraq aşkar etmək mümkündür.
Bakterioloji şəraitin qiymətləndirilməsi

Düşmənin bakterioloji silahı tətbiq etməsi nəticəsində yaranan şəraitə bakterioloji şərait deyilir.
Qeyd etmək lazımdır ki, bakterioloji zəhərIənmə ocağını şəhər, rayon, respublika miqyasında ləğv edirlər. Lakin kənd təsərrüfatı rəhbərləri, qərargahlar, dəstələr bakterioloji zəhərlənmə ocağının ləğvində bilavasitə iştirak edir.
Bakterioloji şəraitin qiymətləndirilməsinə aşağıdakılar aiddir:
• bakterioloji zəhərlənmə rayonunun sərhədlərini təyin etmək;
• torpaqdan istifadə planına uyğun rayonu köçürmək;
• karantin rejimini dəqiqləşdirmək;
• xüsusi təmizliyin aparılması üçün kənd təsərrüfatı istehsalı obyektlərini təyin etmək;
• müalicə-profilaktika qaydalarını və həcmini müəyyənləşdirmək.
Zəhərlənnıə ocağmın sərhədlərini tibb və baytar kəş¬tiyyatları təyin edir, onları ərazini nişanlayır və lazımi məlumatları plana və ya xəritəyə köcürürlər.
Karantin şəhər, rayon (respublika) mülki müdafiə rəisinin qəra¬rı ilə qoyulur, obyektin rəhbəri ərazisində yaranmış bakterioloji ocağı ləğvetmə işlərini təşkil edir. Burada zəhərlənmə ocağını ayırmaq üçün aparılan rejim tədbirlərinə və lazımi sanitar-gigiyena, epidemiya əleyhinə tədbirlərin keyfiyyətli aparılması ücün kənd təsərrüfatı işlə¬rinin təşkilinə xüsusi diqqət yetirilməlidir. Kənd təsərıüfatı istehsalının obyektlərini xüsusi təmizliyin aparılması üçün kəşfiyyat məlumat¬ları və laboratoriya nəzarəti əsasında ayırırlar. Xüsusi təmizliyi bi¬rinci növbədə adamlar, heyvanlar, tövlələr və bitkilər keçirlər. Bu iş üçün dəstələr ayrılır, işin yerinə yetirilməsi qaydaları qoyulur, həmçi¬nin maşın və xüsusi dezinfeksiya vasitələri ayrılır.
Müalicə-profilaktik tədbirlərin aparılması lazım gələrsə, aşağıdakılara xüsusi diqqət yetirilir:
1. Əhalidə tibbi müşahidələrin fasi¬ləsiz aparılmasını və kənd təsərrüfatı heyvanlarında baytar müşahidə¬sini təşkil etmək;
2. Yoluxucu xəstələri və şübhəliləri tapmaq, onları ayırmaq, qospitala qoymaq və müalicə etmək;
3. Əhalinin və heyvanla¬rın təcili profilaktikasını (antibiotiklərlə və başqa xüsusi dərmanlarla) təşkil etmək;
4. Qoruyucu peyvəndlər vurmaq.
Mülki Müdafiə sistemində istifadə edilən dozimetrik cihazlarının təsnifatı və quruluşunun ümumi prinsipləri.

Mülki Müdafiə sistemində dozimetriyanın əsas vəzifəsi – müxtəlif radiasiya vəziyyəti şəraitində əhalinin, MM qoşunları və hərbiləşməmiş dəstələrinin fəaliyyətini təmin etmək məqsədilə ionlaşdırıcı şüalanmaları aşkar etmək və bu şüalanmaların onlar üçün yaratdığı təhlükənin dərəcəsini qiymətləndirməkdir.
Dozimetriya vasitəsi ilə aşağıdakı işlər yerinə yetirilir:
• Əhalinin həyat fəaliyyətinin və zədələnmə ocaqlarında xila¬setmə və digər təxirəsalınmaz işlərin təhlükasizliyini təmin etmək üçün şüalanmaların aşkar edilməsi və ölçülməsi;
• Dezaktivasiya və sanitariya təmizlənməsi keçirilməsi zərurə¬tini, bunların keyfiyyətini müəyyən etmək, habelə zəhərlənmiş ər¬zaq məhsullarından istifadə etməyin mümkünlüyünü, normalarını təyin etmək üçün müxtəlif obyektlərin zəhərlənmə dərəcələrinin ölçülməsi;
• Radiasiya baxımından əhalinin və ayrı-ayrı adamların iş qabiliyyətini təyin etmək məqsədilə şüalanma dozalarının ölçülməsi;
• Ərzaq məhsullarının, suyun, alafın radioaktiv maddələrlə zəhərlənmə dərəcələrinin laboratoriyalarda ölçülməsi.

Dozimetrik cihazların təsnifatı

Dozimetrik cihazları – onların təyinatına, vericisinin tipinə, ölçülən şüalanmanın növünə və cihazın sxeminin çevirdiyi elektrik siqnallarının xarakterinə görə təsnift etmək olar.
Təyinatına görə bütün cihazlar aşağıdakı qruplara ayrılır:
İndikatorlar – radiasiya kəşfiyyatı üçün ən sadə cihazdır, bu cihazlar vasitəsilə şüalanmaları aşkar etmək, beta və qamma şüalanma dozalarının gücünü təxmini qiymətləndərmək mümkündür. Cihazlar işıq və ya səs siqnalı verən sadə elektrik sxeminə malikdir. İndikatorlar vasitəsilə doza gücünün artdığını və ya azaldığını təyin etmək mümkündür. Belə cihazlarda verici olaraq qazboşalma sayğacı tətbiq edilir.
Cihazların bu qrupuna DP-63, DP-63A, DP-64 indikatorları aid edilir.
Rentgenmetrlər – rentgen şüalarının və ya qamma şüalanma dozalarının gücünü ölçmək üçündür.
Belə cihazların ölçmə diapazonu rentgenin yüzdə bir qismindən bir neçə yüz rentgen saata (R/s) qədərdir.
Bu cihazlarda verici olaraq ionlaşma kameraları və ya qazboşalma sayğacları tətbiq edilir.
DP-3B, DP-3B, rentgenmetrləri, «Kaktus» tipli rentgenmetr, İMD-1, İMD-21, DP- 5A, B, V və s. belə cihazlardır.
Radiometrlər – müxtəlif səthlərin, avadanlığın, texnikanın, paltarların, havanın, əsasən alfa və betta hissəcikklərlə radioaktiv zəhərlənməsini aşkar etmək və bu zəhərlənmənin dərəcəsini tə’yin etmək üçündür
Radiometr vasitəsilə az səviyyəli-şüalanmanı ölçmək mümkündür. Radiometrlərdə verici olaraq qazboşalma və ssintillyasiya sayğacları işlədilir.
Bu cihazlar daha çox yayılmış və geniş tətbiq olunurlar.
Universal bazalı QBR – 3 cihazı, SRP – 68-01, KRK, KRBP cihazı, «Luç-A» beta-qamma radiometri, «Tiss» radiometri DP-100M, DP-100ADM radiometrik qurğuları və s. belə cihazlardır.
Rentgenmetr-radiometr DP-5A, B, V qamma şüalanma səviyyələrini, habelə ərazinin və müxtəlif əşyaların qamma şüalanma nəticəsində məruz qaldığı radioaktiv zəhərlənməni ölçmək üçün istifadə olunur. Bu cihazların modifikasiyalarının təyinatı və quruluşu eynidir, bunların fərqi əsasən quruluşunda və qismən də elektrik sxemindədir.
Dozimetrlər – zəhərlənmiş rayonda fəaliyyət göstərən bütün müddət ərzində şəxsi heyətin aldığı ümumi şüalanma dozalarını (əsasən qamma şüalanma dozalarını) təyin etmək üçündür.
Fərdi dozimetrlər kiçik ölçülü ionlaşma kamerasından və plyonkalı fotokasetdən ibarətdir
Kameralar komplektindən və doldurma-ölçmə tərtibatından ibarət cihaz dəstinə- fərdi dozimetrik nəzarət komplekti deyilir.
DK-02, DP-22V, DP-24, İD-1, İD-11 və s. cihazlar fərdi dozimetrlər komplektləridir. Vericilərin tipinə görə cihazları: ionlaşma kameraları, silindr formalı və kəllə qazboşalma sayğacları, ssintilyasiya sayğacları və fotomüqavimətli sayğaclar tətbiq olunan cihaz növlərinə ayırmaq olar.
Ölçülən şüalanmanın növünə görə, cihazları -şüalanma ölçən, v və a hissəcikləri ölçən cihazlara ayırmaq mümkündür.
Cihazın sxemində çevrilən siqnalların xarakterinə görə, dozimetrik qurğular iki qrupa ayrıla bilər.
Birinci qrupa elə cihazlar aid edilir ki, burada nəzarət edilən şüalanmaların hissəcikləri və ya fotonları detektor vasitəsilə qısa, ardıcıl elektrik siqnallarına çevrilir. Bu qrup cihazların elektrik sxemi çevirici və impuls gücləndirici rolunu oynayır.
İkinci qrupa dozimetrik cihazlarda isə cihazın detektoru ona təsir göstərən şüalanmaları fasiləsiz sabit cərəyana çevirir. Belə halda cihazın sxemi sabit cərəyan gücləndirici və çevirici rolunu oynayır.
Müasir dozimetrik cihazların, demək olar ki, hamısı ionlaşdırma metodu əsasında işləyir. Cihazların əsas qovşaqları aşağıdakılardan ibarətdir:
Vericilərin əsas tərtib hissəsi olmaqla, detektorlar, yəni ionlaşma kameraları, qazboşalma sayğacları və ya ssintillyator ölçmə və ya qeydetmə cihazları.
Kimyəvi kəşfiyyat cihazları haqqında ümumi məlumatlar.
Havada, ərazidə, texnikanın və başqa obyektlərin səthlərindəki, zəhərləyici maddələri (ZM) adətən kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatoru vasitəsilə, yaxud problar nümunə götürüb onları kimya laboratoriyasında təhlildən, analizdən keçirməklə aşkar edirlər. Müasir zəhərləyici maddələri hiss orqanları vasitəsilə orqanoletik üsulla aşkar etmək heç də həmişə mümkün deyil; əvvala onların bir çoxunun heç bir iyi rəngi, qıcıqlandırıcı xassələri yoxdur, başlıcası isə, bir sıra ZM- nin zəhərliliyi o dərəcədə yüksəkdir ki, onların iyinə və qıcıqlandırıcı təsirlərinə görə aşkar edilməsi cəhdi ciddi zəhərlənmələrlə nəticələnə bilər. Müşahidə yolu ilə, yəni əşyanın səthindəki ZM damcılarına və ləkələrinə, ZM-in yaratdığı buludun rənginə, zəhərlənmiş bitki yarpaqlarının rənginin dəyişməsinə görə ancaq bəzi zəhərləyici maddələri təxmini olaraq aşkar etmək mümkündür.
Zəhərləyici maddələri çöl şəraitində aşkar və təyin etmək üçün ən çox kimyəvi metoddan istifadə edilir; bu üsul zəhərləyici maddə ilə ona müvafiq seçilmiş digər bir xüsusi maddənin qarşılıqlı təsiri sayəsində müəyyən bir rəngə malik birləşmə yaranması hadisəsinə əsaslanır. Belə rəngin meydana çıxması burada məhz həmin ZM-in olduğuna dəlalət edir. Bu rəngin çalarını kağıza çəkilmiş rəng etalonları ilə müqayisə edərək ZM-in konsentrasiyası və ya havanın zəhərlənmə dərəcəsi barədə qənaətə mümkündür.
İstifadə etmək rahat olsun deyə, kimyəvi kəşfiyyat cihazlarında işlədilən reaktivləri məsaməli maddəyə yaxır, yaxud şüşə ampula yığırlar. Reaktiv yaxılmış məsaməli maddəni və müvafiq miqdar ampulları şüşə borucuğa yerləşdirir və ətraf mühitin təsirindən qorumaq üçün borucuğun hər iki ucunu lehimləyirlər. Belə borucuqlar indikator borucuğu adlanır.
İndikator borucuğunu işlədərkən onun uclarını kəsir, daxilindəki ampulu sındırmaq və zəhərli havanı xüsusi nasosla sorub borucuqdan keçirirlər: bu zaman havanın tərkibindəki ZM buxarları reaktivlə reaksiyaya qoşularaq məsaməli maddənin rəngini müvafiq surətdə dəyişir. Bu rəngə və onun tündlüyünə görə ZM-in növü və havadakı konsentrasiyası təxmini təyin edilir.
Kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatorlarının; qoşun kimyəvi kəşfiyyat cihazı (VPXR), yarımavtomat kimyəvi kəşfiyyat cihazı (PPXR), QSA-12 və QSP-11 avtomat qaz siqnalizatorları və s. növləri olur.
MD-1 doza ölçən cihaz komplekti-udulan qamma-neytron şüalarını ölçmək
üçün istifadə olunur.
Tərkibi: İD-1 fərdi dozimetrlər – 10 ədəd.
ZD-6 doldurucu pult – 1 ədəd.
Futlyar – 1 ədəd.
Pasport və texniki sənədlər – 1 komplekt.
DP-22V dozimetrlər komplekti şüalanma dozalarını ölçmək üçündür.
Qamma şüalanma dozalarının gücü 0,5-dən 200R/s-dək dəyişərkən dozimetrlərin ölçmə diapazonu 2-dən 50rentgenədəkdir. Ölçmələrin orta xətası +10%-dir. Dozimetrlərin öz-özünə boşalması bir sutka ərzində 4 R-dən artıq olmur.
Dozimetrlər – 400-S-dən +500S hədlərində və havanın nisbi rütubəti 98% olan hallarda işləyə bilir; bir komplekt qidalandırma mənbəyi ilə (1,6PMS-U-8 tipli iki element) fasiləsiz iş müddəti 30 saat, dozimetrin kütləsi 50 qram, komplektin kütləsi 5,6 kq-dır. Doldurucu pultu işə hazırlamaq müddəti 1-2 dəqiqədir.
DP-22V dozimetrlər komplekti 50 ədəd bir başa göstərən DKP-50A dozimetrindən, 3D-5 doldurucu pultdan futlyardan (qutu) və texniki sənədlərdən ibarətdir.
Komplektin işə hazırlanması və işlədilməsi. Komplektin işə hazırlanması-onu həm nəzərdən keçirməklə, həm də komplektliyini yoxlamaqdan və DKP-50A dozimetrlərini doldurmaqdan ibarətdir. Nəzərdən keçirməklə yoxlayarkən, dozimetrlərin məhz bu komplektə aid olduğunu və texniki sazlığını yəqin etmək lazımdır.
DKP-50A dozimetrini işə hazırlamaq üçün onun tozqanqoruyucu kolpakını və doldurucu pultu ’’Zaryad’’(doldurma) yuvasının kolpakını burub açırlar. ’’Zaryad’’ dəstəyini saat əqrəbinin əks istiqamətində sonadək çevirir, dozimetri yuvaya yerləşdirir yüngülcə mətndə sonadək çevirir, dozimetri yuvaya yerləşdirib yüngülcə aşağı basırlar.
Operator dozimetri okulyarından müşahidə etməklə ’’Zaryad’’ dəstəyini saat əqrəbi istiqamətində tədricən fırladaraq telin kölgəsini dozimetr şkalasının sıfır bölgüsü üzərinə gətirir. Sonda dozimetrin tozqanqoruyucu kolpakı öz yerinə geydirilir.
Doziametrin göstəricisi onu işığa tərəf tutmaqla telin şaquli vəziyyətində hesablanır.
İşlədilməyən dövrdə dozimetrlər doldurulmuş halda quru binada +200S temperaturda, şaquli vəziyyətdə saxlanılmalıdır.
DP-24 dozimetrlər komplekti 3D-5 doldurucu pultdan və beş ədəd DKP-50A dozimetrdən ibarətdir. Komplekt az heyətli mülki müdafiə dəstələri və müəssisələri üçündür. Cihazın işə hazırlanması və işlədilməsi qaydası DP-22V cihazında olduğu kimidir.

47