• en
  • ru

DUYĞU ORQANLARI

DUYĞU ORQANLARI
Duyğu orqanları-mürəkkəb, anatomik quruluşa malik olub, xarici mühitdən və orqanizmin daxilindən müxtəlif qıcıqları qəbul edir, sinir impulsuna çevirir, onu analiz və sintez üçün beyin qabığına- ali mərkəzə çatdırır. Duyğu orqanları xüsusi reseptorlardan, onların fəaliyyətini tənzim edən müəyyən quruluşa malik anatomik törəmələrdən, qan damarlarından və sinirlərdən təşkil olunmuşlar.
Duyğu orqanlarına:
• qoxu orqanı
• görmə orqanı
• dad orqanı
• dəhliz-ilbiz orqanı
• dəri duyğusu orqanları aiddir.
Duyğu orqanlarının hər biri ayrılıqda bir analizatordur. İ.P.Pavlova görə analizator duyğu orqanlarından, aparıcı sinir yolundan və ali qabıq mərkəzdən ibarət olub, üç hissəsi vardır:
• reseptor hissəsi-qıcıqları qəbul edib sinir impulsuna çevirir
• aparıcı sinir yolu-impulsu reseptorlardan, ara mərkəzlərdən (neyronlardan) keçməklə qabıq mərkəzə çatdırır.
• qabıq mərkəz-verilmiş impulsları analiz və sintez edib müəyyən duyğuya çevirir.

QOXU ORQANI images 111
Qoxu orqanı-burun boşluğunun selikli qişasının qoxu nahiyəsində, yəni yuxarı burun keçəcəyi və burun arakəsməsinin ona müvafiq hissəsində yerləşir. Xarici mühitdəki aromatik iylərin və mayelərin qoxusunu təyin edir. Qoxu nahiyəsinin sahəsi 250-500 mm2-dir. Üzəri qoxu epiteli ilə ortülüdür. Qoxu epitelinin altında qoxu impulsunu qəbul edən reseptor hüceyrələri yerləşir.

GÖRMƏ ORQANI

kkkk
Görmə orqanı-göz alması, görmə siniri və gözün əlavə aparatından təşkil olunmuşdur.
Göz alması kürə şəklində olub ön və dal qütblərə malikdir. Göz almasının 3 qişası:
• xarici lifli (istinad),
• orta damarlı (qidalandırıcı) və
• daxili-tor qişası vardır.
Xarici lifli qişanın-dal çox hissəsi ağlı qişa sklera adlanır. Ağlı qişaya göz alması əzələləri və konyuktiva bağlanır. Lifli qişanın ön hissəsi şəffafdır və buynuz qişa adlanır. Buynuz qişa saat şüşəsinə oxşayır. Ön səthi çıxıq, dal səthi isə basıqdır. Sinir ucları ilə zəngin, damarsız qişadır.
Göz almasının damarlı qişası-qan damarları ilə zəngindir. Üç hissəsi var: xüsusi damarlı qişa, kirpikli cisim və qüzehli qişa. Damarlı qişada çoxlu miqdarda piqmentli hüceyrələr vardır. Xüsusi damarlı qişa göz almasını qidalandırır və ön tərəfdən kirpikli cismə keçir.
Qüzehli qişa damarlı qişanın ön hissəsini təşkil edir və piqmentlidir. Gözün rəngi həmin piqmentdən asılıdır. Qüzehli qişanın rəngindən asılı olmayaraq onun mərkəzində qara rəngli dairəvi dəlik-bəbək yerləşir.
Gözün köməkçi orqanlarına göz alması əzələləri, göz qapaqları, kirpiklər, gözün birləşdirici toxuma qişası (konyuktiva) və göz yaşı apparatı aiddir.
Göz qapaqları-göz almasını öndən örtür. Yuxarı və aşağı göz qapaqları vardır. Bunlar yan tərəflərdə birləşərək bitişmələr əmələ gətirir.

DAD ORQANI0004-004-Organy-chuvstv
Dad orqanı-həzm kanalının başlanğıc hissəsində, yəni dildə, damaqda, əsnəkdə, qırtlaq qapağının dal səthində və çalovabənzər qığırdağın daxili səthində yerləşmiş dad tumurcuqlarından ibarətdir. Qəbul edilən qidanın və mayenin dadını (şirinlik, şorluq, acılıq və turşuluq) təyin edir.
Dad orqanının sürətli inkişafı yenidoğulmuş dövründən başlayır və birinci uşaqlıq dövründə başa çatır.

Dəhliz-ilbiz orqanıimages3
Dəhliz-ilbiz orqanı – bu orqan 2 funksiyası, 2 vəzifəsi olan orqandır. Yəni bu üzv həm eşitmə üzvü həm də müvazinət orqanı hesab olunur.
Eşitmə üzvü qülaq adlanır, quruluşuna görə 3 hissəyə bölünür:
• xarici,
• orta və
• daxili qulaq adlanır.
Xarici qulaq – səs dalğalarını qəbul edir və toplayıb orta qulağa ötürür. İki hissəsi var: 1) qulaq seyvanı və
2) xarici qulaq keçəcəyi.
Qulaq seyvanı insanda zəif inkişaf etmişdir. Əsası elastiki qığırdaqdan təşkil olunub, üzəri dəri ilə örtülüdür. Səs dalğalarını tutub xarici qulaq keçəcəyinə ötürür.
Xarici qulaq keçəcəyi nazik tüklər ilə örtülüdür. Daxilə doğru qulaq kiri ifraz edən vəzi yerləşir. Xarici qulaqla orta qulaqın arasında təbil pərdəsi deyilən möhkəm pərdə yerləşir.image037
Orta qulağa təbil boşluğu, qulaq sümükcükləri və eşitmə borusu aiddir.
Orta qulaqda – 3 cüt sümükcük yerləşir.ear_inside Orta qulaq daxili qulaqla oval və dəyirmi pəncərə vasitəsilə birləşir. Beləliklə, səs qulaq seyvanı vasitəsilə tutulub, təbil pərdəsini hərəkətə gətirir, təbil pərdəsinə söykənən çəkicin dəstəsi hərəkətə gəlib, üzəngi və zindənı tərpədir, hərəkət oval və dəyirmi pəncərədən daxili quluğa keçir.
Daxili qulaqda yerləşən endolimfa mayesi hərəkətə gəlir, mayenin içərisində olan ilbizin daxilində korti orqanı səsi qəbbul edir.
Daxili qulaq orta qulaqla daxili qulaq keçəcəyinin arasında yerləşir. Daxili qulaq sümük və zarlı labirintdən ibarətdir. Daxili qulaqda müvazinət orqanı olan dəhliz, ilbiz və 3 ədəd yarımdairəvi kanal yerləşir.images3

DƏRİ VƏ DƏRİ DUYĞUSU ORQANLARIf209ee17e6dacf4253000013cd6afb95_XL
Dəri duyğusu orqanları – xarici mühitlə orqanizm arasında əlaqə yaradır.
Orqanizm xaricdən dəri ilə örtülüdür. Dərinin fərddən və yaşdan asılı olmayaraq ümumi sahəsi 1,5-2,0 m.2, qalınlığı 1-4 mm.-dir. Dəri örtüyü toxunma, təzyiq, ağrı və temperatur qıcıqlarını qəbul edən çoxlu miqdarda reseptorlara malikdir. Bundan əlavə dəri orqanizmi müəyyən zədələnmələrdən, mikroorqanizmlərdən qoruyur, su-duz mübadiləsində, temperaturun tənzimində və tənəffüs prosesində iştirak edir.
Dəri 2 qatdan:
1) epidermis və
2) xüsusi dəridən ibarətdir.
images8Xüsusi dəri dərialtı qat- vasitəsilə fassiya və sümüküstlüyü ilə birləşmişdir.
Dərinin bir çox törəmələri vardır. Bunlara tər, kirpik, qulaq kiri, piy və süd vəziləri, tüklər, dırnaqlar aiddir.
Dəri duyğusu orqanları reseptorlardan, aparıcı sinir yollarından və qabıq mərkəzdən ibarətdir. Bunların vasitəsilə ümumi hissiyyatla (toxunma, təzyiq, ağrı və temperatur hissiyatları) yanaşı stereoqnoziya duyğusu da qəbul olunur.

85