• en
  • ru

MİKROBLAR ƏLEYHİNƏ İŞLƏDİLƏN MADDƏLƏR

MİKROBLAR   ƏLEYHİNƏ   İŞLƏDİLƏN          MADDƏLƏR

Mövzunu hazırladı: biologiya üzrə fəlsəfə doktoru, dosent  Zamanova  Sevda Xasay q Məmmədova Nahidə  Məcid q.

Mikroorqanizmlərdə istər ətraf mühitdə, istərsə də insan bədəninin səthində və daxilində mübarizədən ötrü tətbiq edilən müxtəlif mənşəli kimyəvi maddələrin böyük bir qrupuna antimikrob maddələr deyilir. Antimikrob maddələr iki böyük qrupa bölünür: antiseptik və dezinfeksiyaedicilər.

  Antiseptik maddələr insanın bədən səthində olan mikroorqanizmlərə təsir etmək üçün istifadə edilir.

  Dezinfeksiyaedici maddələr xarici mühitdə olan mikrobları məhv etmək üçün işlədilir.

  Antimikrob maddələr bakteriosid (mikrobları məhv edən) və bakteriostatik (mikrobların inkişafını dayandıran) maddələrə bölünür. Antimikrob maddələrin təsiri onların qatılığından, təsir müddətindən, məhlulların hərarətindən asılıdır. Kimyəvi terapevtik maddələr insanın orqanizmi daxilində olan mikroblarla mübarizədən ötrü tətbiq edilir, onların inkişafını dayandırır. Bu maddələr müəyyən mikroorqanizmlərə və ya hüceyrələrə seçici təsir göstərir. Bir çox infeksion və parazitar xəstəliklərdə, bədxassəli törəmələrdə spesifik təsir göstərir.

 

Antibiotiklər – mikrobların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. “Antibiotik” – yunan sozu olub mənası: anti — “qarşı”, bios isə “həyat” deməkdir.

Antibiotiklər aşkar edilənə qədər infeksion xəstəliklər milyonlarla insanın ölümünün əsas səbəbi idi. İlk antibiotik olan penisillin 1929-cu ildə Şotlandiyalı bakterioloq Aleksander Fleminq tərəfindən kəşf edilmışdır. O, təsadüfən laborator kasacıqların birində stafilokokların inkişafını dayandıran penisillin adlı kif göbələyini aşkar etmişdir. Bu, XX əsrin ən böyük kəşfi, tibbdə isə həqiqi bir inqilaba səbəb oldu. Daha sonra 1940-cı ildə İngiltərədə penisillin antibiotiki təmiz şəkildə alınmışdır.

Hazırda dünyada təxminən 200 növ antibiotik hazırlanmışdır.  Bəs nə üçün bu qədər çox?  Məsələ ondadır ki, mikroblar da özlərini antibiotiklərin hücumundan qorumaq üçün – bəziləri onlara qarşı davamlılıq yaradır, digərləri isə antibiotikin özünü parçalayan ferment hazırlayır və s. Ən pisi də ondan ibarətdir ki, daima birbiri ilə cütləşən bu mikroblar antibiotiklərə qarşı davamlılığı bir növdən digərinə də ötürürlər.  Məhz buna görə alimlər daim yeni növ antibiotiklər hazırlamağa məcbur olurlar. İlk antibiotik olan penisillin hal hazırda öz əhəmiyyətini demək olar ki, tamamilə itirmişdir. Buna səbəb isə əksər mikrobların, penisillini parçalayan “penisillinaza” adlı ferment hazırlamaqla, özlərini ondan qoruya bilməsi ilə izah olunur.

Əfsuslar olsun ki, antibiotiklərin bu qədər yayılması fonunda, insanlar onlar haqqında çox az məlumata malikdirlər. Ona görə də antibiotiklərə olan münasibətə  görə cəmiyyətdə  iki əks mövqe mövcuddur. İnsanların bir qismi onları xeyli təhlükəli hesab edərək, hər vasitə ilə onlardan istifadə edilməsindən uzaq olmağa çalışırlar. Digərləri isə, əksinə olaraq antibiotikləri “bütün xəstəliklərdən” müalicə olunmaq vasitəsi kimi qəbul edərək, xəstəliyin ilkin əlamətləri meydana çıxan kimi, özlərinə antibiotik “təyin” etməklə müalicəyə başlayırlar.

Qeyd etmək lazımdır ki, antibiotiklər yalnız infeksion xəstəliklərin törədicisi olan bakteriyalara qarşı effektiv hesab olunur.

Məhz buna görə antibiotikləri aşağıdakı xəstəliklər zamanı tətbiq etmək mənasız, xeyirsiz və hətta zərərlidir:

KRVİ, qrip, qızılca, məxmərək, epidemik parotit, A, B, C hepatitləri və s. Bütün bu xəstəliklər viruslar tərəfindən törədilir. Antibiotiklər isə viruslara heç bir təsir göstərmirlər; Ancaq, heç müalicə olunmadıqları və ya düzgün müalicə edilmədikləri təqdirdə, KRVİ və qrip də müxtəlif fəsadlara (angina, haymorit və s.) səbəb ola bilərlər. Məhz bu fəsadlara qarşı isə antibiotiklərdən istifadə etmək olar və lazımdır.

  • temperaturun yüksəlməsi zamanı. Antibiotiklər temperaturu aşağı salan və ağrısızlaşdırıcı preparatlara aid deyillər;
  • iltihabi proseslər zamanıAntibiotiklər iltihab əleyhinə təsirə malik deyillər;
  • öskürəkzamanı. Öskürəyin bir çox səbəbləri vardır: virus infeksiyaları, allergiya, bronxial astma, ətraf mühitin bir sıra qıcıqlandırıcı faktorlarına qarşı yüksək həssaslığın olması və Bunların yalnız çox az bir hissəsi mikroqrqanizmlərlə əlaqəli olur.
  • bağırsaq pozğunluqları (ishal) zamanı.  Birincisi  — bağırsaq infeksiyalarının bir çoxu viruslar tərəfindən törə İkincisi – nəcis ifrazının pozulması yalnız bağırsaq infeksiyası nəticəsində deyil, məsələn, hər hansı bir qidaya allergiyanın olması nəticəsində də baş verə bilər.

Antibiotiklər olmadan pnevmoniyanı, anginanı, haymoriti, otiti, sidik-cinsiyyət üzvülərinin infeksiyalarını, dəridəki irinli iltihabları, cinsi yolla keçən bir çox xəstəlikləri, sepsis və müxtəlif bakteriyalar tərəfindən törədilən digər xəstəlikləri müalicə etmək mümkün deyil. Bu xəstəliklər zamanı antibiotiklərin qəbul edilməsindən  imtina edilməsi ağır fəsadların baş verməsi, bəzi hallarda isə (məsələn, sepsis zamanı) ölümlə də nəticələnə bilər. Məsələn, vaxtında antibiotiklərin tətbiq edilməsi ilə müalicə olunmayan anginalar, sonradan ürəyin (revmatizm, miokardit) və ya böyrəklərin (qlomerulonefrit) zədələnməsi ilə nəticələnə bilər. Kəskin xəstəlikləri (pnevmoniya, haymorit və s.)  antibiotiklərlə vaxtında müalicə etmədikdə, bu xəstəliklər xroniki formaya (xroniki pnevmoniya, xroniki haymorit, sidik yollarının xroniki infeksiyaları) keçir. Əksər hallarda, müxtəlif orqanlarda aparılan cərrahi əməliyyatlardan sonra da antibiotiklə müalicə təyin olunur.

Antibiotikləri həkim məsləhəti olmadan qəbul etmək olmaz.

Antibiotik, həkim tərəfindən yalnız son halda — xəstəliyi digər üsullarla effektiv və tam şəkildə müalicə etmək mümkün olmadıqda təyin edilir. Antibiotiklər universal deyillər. Onların hər biri yalnız, ona həssas olan mikroorqanizmlərə təsir edə bilir. Ona görə də bu və ya digər xəstəlik zamanı hansı antibiotikdən istifadə edilməsini yalnız həkim təyin edə bilər. Müvafiq tibbi təhsili olmayan adam düzgün “diaqnoz qoya bilməz”, çünki oxşar əlamətlər bir çox digər xəstəliklərdə də ola bilər.

Əksər hallarda vəziyyətinin yaxşılaşdığını, temperaturun normaya endiyini və digər yaxşılaşma əlamətlərini görən bir çox xəstələr, öz orqanizmlərinə əlavə “ziyan” vurmamaq üçün, həkimlə məsləhətləşmədən müstəqil şəkildə antibiotiklərin qəbulunu “dayandırırlar”.  Sona qədər müalicə olunmayan xəstəlik xroniki formaya keçə bilər, ürək, böyrəklər və digər orqanlara müxtəlif fəsadlar verə bilər. Digər tərəfdən, xəstəliyi tam müalicə etmədikdə, təyin olunan antibiotikin təsirindən xəstəliyi törədən mikrobların heç də hamısı məhv olmayacaq. Onların şağ qalan hissəsi, bu antibiotikə qarşı uyğunlaşaraq, ona qarşı  davamlılıq  əldə etmiş olacaqlar. Növbəti dəfə xəstəyə bu antibiotikin təkrar olaraq təyin edilməsi zamanı isə müalicənin də heç bir effekti olmayacaq.

O biri tərəfdən isə, həkimin təyin etdiyi antibiotikin dozasının xeyli artırılması da eyni dərəcədə təhlükəlidir. Bu, qara ciyərin, böyrəklərin və s. orqanların zədələnməsi ilə nəticələnə bilər.

kim tərəfindən antibiotik təyin edildiyi halda, dərmanın qəbul vaxtları, dozası və qəbul müddəti barədə həkim məsləhətinə dəqiqliklə əməl etmək lazımdır!

Son 10-20 ildə xarici ölkələrdə, elə bizim ölkədə də ayrı-ayrı rayon və şəhərlərdə aparılan müşahidələr göstərmişdir ki, xəstəxana çarpayılarının təxminən 5%-ni dərmanları düzgün işlətmədiyi üçün xəstələnənlər tuturlar.

Tibbidə həddən artıq sayda tətbiq edilən dərmanlar (5000-dən artıq dərman məlumdur) böyük nemət olub, bəşəriyyətə əvvəllər xəstələrin çoxunun ölümünə səbəb olan bir çox xəstəliklərin öhdəsindən gəlməyə imkan verir. Sulfanilamid preparatlarının, bunların ardınca — antibiotiklərin müalicəvi xüsusiyyətlərinin kəşfi, hormonal preparatların işlənib hazırlanması tibb tarixində əsl mənada yeni era olub, onların təsirlərini bir neçə dəfə artırmışlar. Bununla bərabər, demək olar ki, məqsədyönlü işlədilməyən və ya artıq dozada tətbiq edilən hər bir dərman orqanizmi zəhərləyə bilər.

Dərman maddəsindən uzun müddət istifadə etdikdə çox vaxt onun müalicəvi təsiri azalır ki, bu da mikrobun həmin dərman preparatına həssaslığının itməsi, yaxud onun həmin preparata qarşı müqavimət qazanması ilə izah olunur. Mikrobların müqavimətinin qarşısını almaq məqsədilə dərman maddələrinin işlədilməsinin çox müxtəlif metodları işlənib hazırlanmışdır:   bir neçə preparatın eyni vaxtda verilməsi, müalicənin ara verib aparılması və s.

Preparatı təyin etməmişdən əvvəl mikrob florasının həssaslığını, xüsusən antibiotiklərə həssaslığını bilmək üçün xəstənin ifrazatını (bəlğəmi, irinli ifrazatı və s.) əkmək məsləhət görülür ki, bu da dərhal daha təsirli dərman maddələri təyin etməyə imkan verir.

Antibiotiklərin təsir mexanizmi hələ lazımi dərəcədə öyrənilməmişdir. Antibiotiklərin dozasını təsir vahidləri ilə (TV) təyin edirlər. İndiyə qədər bir çox antibiotiklər alınmışdır.

Tibbi praktikada geniş işlədilə bilən antibiotiklər aşağıdakı tələbatı ödəməlidir:

  • yüksək antimikrob aktivliyə malik olmalı;
  • orqanizmdə antimikrob effekti uzun müddət saxlanmalı;
  • az zəhərli olub, lazımi terapevtik təsirə malik olmalıdı

Antibiotiklərin kimyəvi quruluşu çox müxtəlifdir. Lakin onların hamısı mikrobların həyat fəaliyyəti məhsulları olduğu üçün ümumi antibiotiklər qrupunda birləşir.

Hazırda antibiotiklər o qədər çoxdur ki, artıq onlar təsir mexanizminə görə bir sıra qruplara bölünür:

  1. Penisillinlər, sefalosporinlər, karbanenemlər, monobaktamlar.

Penisillinlər geniş təsir dairəsinə malik olub, ən müxtəlif xəstəliklər zamanı işlədilir. Onların təsnifatı alınması üsullarındakı fərqlərə və bir sıra digər əlamətlərə əsaslanır:

1a. Biosintetik (bioloji sintez yolu ilə alınan) penisillinlər. Mədənin turş mühitində parçalandığı üçün parenteral yolla yeridilənlər:
a) qısamüddətli təsirə malik olanlar: benzilpenisillinin natrium duzu, benzilpenisillinin kalium duzu;

  1. b) uzunmüddətli təsirə malik olanlar: benzilpenisillinin novokain duzu (bisillin – 1, bisillin – 3, bisillin – 5).

Turşuya qarşı davamlı olub, enteral yolla yeritmək üçün: fenoksimetilpenisillin.

1b. Yarımsintetik penisillinlər.

Parenteral və enteral yolla yeritmək üçün:
a) penisillinazanın təsirinə qarşı davamlı olanlar: oksasillinin natrium duzu, nafsillin;
b) geniş təsir dairəsinə malik olanlar: ampisillin, amoksisillin.
Parenteral yolla yeritmək üçün (göy-yaşıl irin çöpü də daxil olmaqla geniş təsir dairəsinə malik olanlar): karbenisillinin dinatrium duzu, tikarissilin, azlosillin.
Enteral yolla yeritmək üçün: karbenisillin indianil natrium, karfesillin.
Penisillinlər bakterisid təsirə malikdir. Onların toksikliyi az, terapevtik təsir dairəsi genişdir. Əlavə təsirlərinə əsasən allergik reaksiyalar (xəstələrin 1 – 10%-də) aiddir.
Sefalosporinlər yeridilmə yoluna görə 2 qrupa bölünür:

  • Parenteral yolla yeritmək üçün: sefalotin, sefuroksim, sefotaksim, sefenim və
  • Enteral yolla yeritmək üçün: sefaleksin, sefaklor, sefiksim və s
  1. Mikrolidlə(eritromisin, oleandomisin, roksitromisin, klaritromisin) və azalidlər (azitromisin) – atipik pnevmoniya törədə bilən xlamidiyalara, mikoplazmalara, legionellalara qarşı effektlidir.
  2. Tetrasiklinlə– geniş təsir dairəsinə malik olub, həmçinin mikroorqanizmlərin penisillinlərə və streptomisinə qarşı davamlılığı və ya xəstələrin onlara qarşı sensibilizasiyası zamanı tətbiq edilir. Bunlar allergik reaksiya törədə bilər. Biosintetik (terramisin, tetran, tarxosin, demeklosiklin) və yarımsintetik (rondomisin, vibramisin, minosiklin və s.) növləri ayırd edilir.
    4. Levomisetin qrupu – həm qram-müsbət, həm də qram-mənfi, o cümlədən, bağırsaq bakteriyalarına, inflüensa çöpünə, həmçinin rikketsiyalara, xlamidiyalara, brusellyozun, tulyaremiyanın törədicilərinə təsir edir. Turşuya davamlı  mikobakteriyalar, göy-yaşıl irin çöpü, protey, ibtidailər levomisetinə qarşı az həssasdır və ya qətiyyən həssas deyil. Qanyaranma prosesini zəiflədib, qanazlığı törədə bilər. Levomisetin daxilə qəbul edilir; emulsiya və məlhəmləri xaricə işlədilir.
  3. Aminoqlikozidlə– streptomisin, gentomisin, neomisin, kanamisin, amikasin, tobramisin, sizomisin, menomisin və s. Streptomisin geniş antimikrob təsirə malik olub, xüsusən vərəm mikobakteriyalarına, tulyaremiya, taun, brusellyoz törədicilərinə, patogen kokklara və s. təsir edir. Anaerob mikroorqanizmlər, spiroxetlər, rikketsiyalar, viruslar, patogen göbələklər buna qarşı həssas deyil. İnyeksiyası ağrılıdır. Aminoqlikozidlər eşitmə sinirini zədələyə bilər; bunlardan əksəriyyətinin işlədilməsinə böyrək xəstəlikləri də əks-göstərişdir.
  4. Siklik polipeptidlə(polimiksinlər). Bunlardan polimiksin – M – sulfatın qram-mənfi bakteriyalara təsiri daha çox nəzərə çarpır. Yalnız hüceyrədən xaric mikroorqanizmlərə təsir göstərir. Patogen kokklar, difteriya çöpü və s. bunlara qarşı  davamlıdır.  Polimiksin – M – sulfatı parenteral yolla yeritmək olmaz. Çünki sinir sisteminə və böyrəklərə toksik təsir göstərə bilər. Böyrək xəstəlikləri bu preparatların işlədilməsinə əks-göstərişdir.
  5. 7.Linkozamidlər  (linkomisin, klindamisin və) xüsusən anaerob mikroorqanizmlərə, streptokoklara və stafilokoklara qarşı aktivdir. Təhlükəli əlavə təsiri psevdomembranoz kolitdir (selikli və qanlı ifrazatla ishal, qarında ağrı, qızdırma).
  6. Qlikopeptidlə(vankomisin, teykoplanin və s.) – xüsusən qram – müsbət kokklara, o cümlədən, metisillinə qarşı davamlı stafilokoklara güclü təsir göstərir. Toksik (xüsusən eşitmə orqanı və böyrəklər üçün) olduqlarından az işlədilir.
  7. 9Fuzidi turşusu– məhdud (əsasən qram-müsbət bakteriyalara) təsir dairəsinə malik antibiotikdir. Natrium duzu işlə Penisillinə qarşı davamlı stafilokok infeksiyaları, xüsusən osteomielit zamanı tətbiq edilir.
  8. Müxtəlif antibiotiklər– fuzafuntin (bioparoks) antimikrob və iltihab əleyhinə təsirə malik olub, inhalyasiya üçün aerozol şəklində buraxılır. Tənəffüs yollarının infeksiyaları zamanı tövsiyə edilir. 10 gündən çox işlətmək olmaz (disbakterioz törədə bilər).

Antibiotiklər gözəl antimikrob və müalicəvi əhəmiyyətə malik olmalarına baxmayaraq, onların hər birinin zərərli təsiri də vardır.  Əsasən bunlar böyrəklərin işinə, bir çoxları qaraciyərə,  görmə, eşitmə, qoxu və dadbilmə sinirlərinə zəiflədici təsir göstərir. Bəziləri selikli qişalarda və dəridə göbələk xəstəliyi əmələ gətirir. Demək olar ki, hamısı allergik reaksiyalar verir. Buna görə də onların dozası, təyin edildiyi müddət dəqiq olmalıdır. Xüsusilə uşaqlara və hamilə qadınlara bunların təyinində çox diqqətli olmaq lazımdır. Bu dərmanlardan çox kəskin xəstəliklərdə, ağır hallarda istifadə edilməsi məqsədəuyğundur.

Sulfanilamid preparatları

Kimyəvi quruluşuna görə sulfanil turşusunun törəmələlədir. Bu preparatlar ağ və ya sarı rəngli tozdur. Yaxşı nəzərə çarpan bakteriostatik təsirə malikdir. Preparatı hər 4 saatdan bir yeridərək bu ardıcıllığa bütün sutka ərzində riayət etmək lazımdır. Sulfanilamid preparatları işlədilməsinə görə 4 qrupa bölünür:

  • Anginanın, pnevmaniyanın, meningitin və sepsizin müalicəsində işlədilən streptosid, norsulfazol, sulfadimizin, etazol preparatları.
  • Sidik yollarının infeksiyalarında (pielit, sistit), urosulfan və sulfasil, irofuran.
  • Bağırsaq infeksiyalarında ftalazol və sulqin.
  • Göz xəstəliklərində sulfasil-natriy, (albusit) təyin edilir.

Bu preparatlar xəstəyə yalnız tibb işcisi tərəfindən təyin edilməlidir.

Hazırda istifadə olunan sulfanilamid qrupu preparatlarını təsirlərinin lokalizasiya prinsipi və davam etmə müddətinə görə aşağıdakı qruplara bölmək olar:

Yerli təsir göstərən preparatlar.

  • Sulfasetamid (Sulfasil-natrium), Gümüş Sulfadiazin, Mafenid, Algimaf

Sistem təsirli sulfanilamid preparatları (həzm traktından yaxşı sorulan)

  • Qısa müddətli təsir göstərən sulfanilamidlər (8 saat): Streptosid, Norsulfazol, Sulfadimezin, Etazol,Urosulfan, Sulfadiazin (Sulfazin), Sulfizoksazol, Sulfametoksazol
  • Uzun müddətli təsir göstərən preparatlar (24-48 saat): Sulfapridazin, Sulfamonometoksin, Sulfamonometoksin,
  • Çox uzunmüddətli təsir göstərən preparatlar (65 saat): Sulfalen

 Əsasən, bağırsaq mənfəzinə təsir göstərən sulfanilamid preparatları (həzm traktından pis sorulan): Ftalazol, Sulgin, Ftazin

Kombinə olunmuş sulfanilamid preparatları: Ko-trimoksazol (Baktrim, Biseptol, Septrin), Sulfaton, Lidaprim, Poteseptil.

Aminosalisil turşusu törəmələri (Salazosulfapiridin, Salazopiridazin, Salazodimetoksin).

 Sulfanilamidlər kifayət qədər geniş təsir spektrinə malik olub, əsasən, qram müsbət və qram-mənfi bakteriyalara, dizenteriya törədicilərinə, şigellalara, xolera vibrionlarma, bağırsaq çöplərinə, xlamidilərə (ornitoz, traxoma törədiciləri), aktinomisetlərə və ibtidailərə (toksoplazmoz törədiciləri, malyariya plazmodiləri) təsir göstərir.

Sulfanilamidlərdən uzun müddət istifadə etdikdə və ya bu prepa­ratlar düzgün dozalanmadıqda mikroorqanizmlərin onlara öyrəşməsi (rezistentlik qazanması) baş verir. Bu isə müvafiq preparatların antimikrob aktivliyinin azalmasına, hətta, itməsinə səbəb ola bilir.

Öyrəş­mə hansı preparatın fonunda baş verməsindən asılı olmayaraq, bu halda bütün sulfanilamidlərə qarşı tolerantlıq meydana çıxır. Odur ki, terapevtik effekt almaq üçün bu maddələri yalnız tələb olunan müddətə və müvafiq dozalarda təyin etmək lazımdır. Kiçik dozaların təyini və ya preparatların qəbulunun çox tez dayandırılması, mikroorqanizmlərin sulfanilamidlərlə sonrakı müalicəyə tabe olmayan dözümlü ştammlarının əmələ gəlməsinə səbəb ola bilər. İrinli mühitdə  mikroorqanizmlərin sulfanilamidlərə qarşı həs­saslığı kəskin şəkildə aşağı düşür, yəni, sulfanilamidlərin antibakterial aktivliyi azalır. Konkurent antaqonizm təsir prinsipi tələb edir ki, mikrob infeksiyasınm müalicəsi üçün bu halda, xəstələrin qanında sulfanilamidlərin yüksək qatılığı  yaradılsın. Elə buna görə də, bu preparatlann ilkin dozası orta terapevtik dozadan yüksək- zərbə dozasında olmalı, sonrakı müalicə (maddələrin yarımparçalanma dövrü nəzərə alınmaqla) tera­pevtik dozalarda aparılmalıdır.

Həzm traktından yaxşı sorulan sulfanilamid preparatları  qan plazmasmda albuminlərlə birləşərək, bütün hüceyrə və toxumalara daşınır. Sulfanilamidlərin albuminlərlə birləşməsi müxtəlif preparatlar üçün müxtəlif dərəcədə (20%-dən 95%-ə qədər) olmaqla, geri dönən xarakter daşıyır. Nəzərə almaq lazımdır ki, sulfanilamidlər zülallarla birləşərkən müvafiq zülal kompleksindən digər dərmanları, eləcə də endogen maddələri (məs., biluribini) sıxışdırıb çıxara bilir. Odur ki, sulfanilamidlərdən pediatriya praktikasında istifadə etdkdə bu maddə­lərin yeni doğulmuş və ömrünün ilk aylarını yaşayan körpələrin həyatı üçün böyük təhlükə törədə bilməsi diqqətdə saxlanılmalıdır.

Sulfanilamid preparatlan HEB və plasentar baryeri yaxşı keçir, həmçinin, serroz boşluqlara toplanır. Onlar qaraciyərdə asetilləşmə pro­sesinə məruz qalaraq, antibakterial təsirini itirir. Asetilləşmə məhsulları toksikidir və suda pis həll olur. Suda pis həll olduqlanna görə, onlar sidik yollarında kristalların əmələ gəlməsinə (böyrək daşlarının) və kristaluriyaya səbəb ola bilər.

         Ftalazol və sulgin bağırsaq traktından pis sorulduqlarına görə, əsasən, bağırsaq infeksiyalarının (dizenteriya, kolit, qastroenterit, bağırsaqlarda aparılan cərrahiyyə əməliyyatlarından sonra törənə biləcək irinli fəsadların qarşısını almaq məqsədilə və s.) müalicə və profilaktikasında istifadə olunur. İstər ftalazol, istərsə də sulginin təyini saprofit bağırsaq çöplərinin artıb-çoxalmasının qarşısını alır. Odur ki, hər iki preparatın B qrupu vitaminlərlə birlikdə  işlədilməsini məsləhət görürlər. Sulginlə müalicə kursu müddətində preparatın asetilləşmə məhsullarının sidik çıxarıcı yollarda çökməsi və sidik daşlarının əmələ gəlməsi ehtima­lının qarşısını almaq üçün diurezi, gündəlik orqanizmə 2-3 litr maye qəbul etmək yolu ilə sürətləndirmək lazımdır. Ftazin bu iki preparatla müqayisədə bağırsaqlardan daha yaxşı sorulur. Odur ki, ondan təkcə bağırsaq mənfəzinə təsir göstərən dərman maddəsi kimi deyil, həmçinin, sistem təsirli dərman vasitəsi kimi də istifadə olunur. Buna görə də orqanizmin ümumi intoksikasiyası ilə keçən ağır bağırsaq infeksiyaları zamanı (dizenteriyanın ağır formalarında) daha çox hallarda üstünlüyü bu preparata verirlər. Preparatla müalicə kursu müddətində xəstə çoxlu maye qəbul etməlidir.

Sulfasetamid, gümüş sulfadiazin, mafenid və algimaf, əsasən, yerli istifadə olunan sulfanilamid preparatlarıdır. Sulfasetamid, həmçinin, daxilə, eləcə də pnevmoniya, irinli traxeobronxit və s. infeksiyalar zamanı 30%-li məhlulu gündə 2 dəfə (12 saat fasilə ilə), hər dəfə 3-5 ml olmaqla (5 dəqiqə müddətində) venadaxili də yeridilə bilər. Konyuktivitlərin, blefaritlərin müalicəsi, buynuz qişanın yaralan və s. hallarda preparatdan yerli istifadə olunur. Gümüş sulfadiazinin molekulunda digər preparatlardan fərqli olaraq Ag+ atomu vardır. Bu da onun yerli antimikrob- bakterisid təsirini qüvvət­ləndirir. Preparatdan 1%-li məlhəm halında yanıqlanrın və dəri zədələnmələrinin müalicəsində istifadə olunur. Bəzən məlhəm sürtüldüyü nahiyyədə, 5-10 dəqiqə müddətinə öz-özünə keçib gedən göynəmə və ağn hissiyyatı törədir.

Mafeniddən də məlhəm halında (10%-li) yanıqlar, eləcə də trofik və irinli yaralar (2-5%-li) zamanı istifadə olunur. Məlhəm yaraya yaxılmamışdan əvvəl yara nahiyyəsi irinli və nekrotik kütlə­lərdən təmizlənməlidir. Ondan istifadə zamanı, adətən, 30 dəqiqədən 3 saata qədər davam edən göynəmə və ağrı hissi (ağrı və göynəmə hissi çox qüvvətli olarsa, bu halda analgetiklərin istifadəsi göstəriş sayılır) baş verə bilər. Preparatla müalicə kursu 1-5 həftə müddətində aparılır.

Monopreparat halında bu maddələr (istər sulfanilamid, istərsə də trimetoprim) bakteriostatik təsir göstərdiyi halda, kombinəolunmuş tərkibdə eyni istiqamətli effektlərin summar məcmui bakterisid təsirin meydana çıxmasına səbəb olur. Başqa sözlə, tərkibinə trimetoprim daxil edilmiş sulfanilamidlərin antimikrob təsiri antibiotiklərdə olduğu kimi bakterisiddir. Ona görə də trimetoprimlə kombinə olunmuş sulfanil­amidlərin mikrobəleyhinə təsiri daha güclüdür və adi sulfanilamidlərlə müqayisədə daha geniş antimikrob təsir spektrinə malikdir.

Ko-trimoksazol kombinə olunmuş sulfanilamidlərin ilk nümayən­dəsidir. Ko-trimoksazol tənəffüs yolu infeksiyaları (pnevmoniya, kəskin və xroniki bronxitlər, ağciyər absesi və s.), sidik çıxancı sistemin iltihabi xəstəlikləri (pielit, sistit, xroniki pielonefrit, prostatit, qonokokk mənşəli zöhrəvi patologiyalar və s.), mədə-bağırsaq infeksiyaları, cərrahi infeksiyalar və s. hallarda istifadə olunur. O, vərəm törə­diciləri, spiroxetlər və göy-yaşıl irin çöplərinə təsir göstərmir. Gündə iki dəfə (səhər və axşam) hər dəfə 2 tablet olmaqla daxilə təyin edilir. Preparatın inyeksiya forması da vardır. Ko-trimoksazolun bu dərman formasım ağır hallarda, gündə 2 dəfə, hər dəfə 5 ml olmaqla vena daxilinə (5-7 gün müddətinə) yeridirlər.

Sulfanilamidlərə qarşı həssaslığın yüksəldiyi hallarda, eləcə də qan xəstəlikləri zamam, hamiləlikdə və yenidoğulmuş uşaqlara preparatın təyini əks göstərişdir.

Kombinə olunmuş aminosalisil turşusu törəmələri qrupundan olan sulfanilamidlərin (salazosulfapiridin, salazopiridazin, salazodimetoksin) struktur əsasım salisil turşusu və sulfanilamid (müvafiq olaraq, sulfapiridin, sulfapiridazin və sulfadimetoksin) təşkil edir.

 

 

 

41