• en
  • ru

Adi qırğın vasitələri

Adi qırğın vasitələri

 

Mövzunu hazırladılar:  biologiya üzrə fəlsəfə doktoru, dosent Zamanova  Sevda Xasay q. 
baş müəllim Məmmədova Nahidə Məcid q.
Mülki Müdafiə  və Tibbi biliklərin əsasları, Bədən tərbiyəsi kafedrası. ADU

“Adi qırğın vasitələri”, “adi silahlar” termini daha böyük zədələyici döyüş xüsusiyyətlərinə malik olan nüvə silahının kəşf edilməsindən sonra istifadə edilməyə başlandı. Lakin hal hazırda elm və texnikanın son nailiyyətlərindən yararlanaraq hazırlanan adi silahlar öz effektivliyinə görə kütləvi qırğın vasitələrinə çox yaxındır. Adi silahları həm sərbəst, həm də düşmənin canlı qüvvəsini, texnikasını sıradan çıxaran, böyük dağıntılara səbəb olan nüvə silahı ilə bir yerdə işlədilir. Adi qırğın vasitələri – partladıci maddələrdən və yandırıcı silahlardan ayrılan enerjiyə əsaslanan silahlardan və soyuq silahlardan ibarətdir. Yüksəkdəqiqli silahlar, qanadlı raketlər, idarə olunan ballistik raketlər, aviasiya bombaları və kassetlər, artilleriya mərmiləri, torpedalar, kəşfiyyat – zərbə, zenit və tank əleyhinə raket kompleksləri adi qırğın vasitələridir.
Adi silahlardan insanlar üçün daha təhlükəli olanlar bunlardır:
• yandırıçı silahlar
• müxtəlif konstruksiyalı qəlpəli aviabombalar və minalar, sürpriz minalar
• kasset döyüş sursatı
• həcmli partlayış döyüş sursatı
• kəşfiyyat- zərbə kompleksi
• beton dağıdan silahlar
• fuqas döyüş sursatları
• idarə olunan aviasiya bombaları
• kumulyativ döyüş sursatları
• yüksək dəqiqli silahlar
• uçucu olmayan silahlar.
Bu silahlar partladılan zaman insanları zədələmir, elektrik qovşaqlarında qısa qapanma yaradaraq xəbərdarlıq sistemlərini, su təchizatı, elektrik təchizatı sistemlərini, idarəetmə sistemlərini sıradan çıxarır (qrafit bombalar). Yaxın gələcəkdə inkişaf etmiş ölkələrin ordusunda təsiri yeni fiziki prinsiplərə əsaslanan perspektiv silah növləri işlədiləcək. Bu silahlar işıq sürəti və ya ona yaxın sürətlə yayılan istiqamətləndirilmiş yüksək intensivlikli enerji selinin təsirinə əsaslanır. Bu silahlara istiqamətlənmiş nüvə silahı, lazer, mikrodalğalı silahlar aiddir. İnfrasəs, radiotezlikli, geofiziki, meteoroloji və başqa silah növlərinin istehsalı uçun təcrübələr aparılır. ABŞ-da hesablamişlar ki, meteoroloji silahların işlənməsi zamanı, məsələn, yodlu gümüşün istifadə olunması zamanı illik temperaturun 1°S aşağı düşməsi, yağıntıların 12,5% artmasına, əhali arasında xəstəliklərin çoxalmasına səbəb olur və bu zaman istehsalat itkilərinin artması, tibbi xidmətlərə çəkilən xərclərin artması 130 milyard dollar illik maliyyə itkisinə səbəb olur. Hal hazırda çay, dəniz, okean (sunami) sularının enerjisindən, zəlzələ, vulkan püskürməsindən silah kimi istifadə etmək üçün sinaqlar aparılır. Perspektiv silah növlərinin istifadə olunması çox təhlükəlidir və zədələyici gücünə görə kütləvi qırğın silahları kimi xarakterizə oluna bilər. Müasir silahların insanlara birbaşa zədələyici təsirindən başqa ikincili faktorlar da vardır. Bu faktorlara aiddir:
• radioaktiv təhlükəli obyektlərin zədələnməsi (AES, radioaktiv maddələr saxlanılan yerlər) nəticəsındə radioaktiv zədələnmə ocağı yaranır;
• kimyəvi zəhərlənmə ocağının əmələ gələməsi;
• kütləvi yanğınlar;
• bəndlərin dağılması nəticəsində subasmalar və s.
Yandırıcı silahlar adi qırğın vasitələri içərisində xüsusi yer tutur. Bu silahların əsasında yandırıcı vasitələrin istifadəsi durur və bu zaman ayrılan yüksək hərarətin insanlara, texnikaya, binalara, qurğulara, meşələrə, kənd təsərrüfatına birbaşa yandırıcı təsirinə əsaslanır. Amerika klassifikasiyasına əsasən yandırıcı silahlar kütləvi qırğın silahlarına aiddir və bu silahların istifadəsi güclü psixoloji təsir yaradır. Yandırıcı silahların əsasını təşkil edən yandırıcı maddələr 3 qrupa bölünür:
• neft məhsulları əsaslı yandırıcı maddələr;
• metallar əlavə edilmiş yandırıcı maddələr;
• termit və termit əsaslı yandırıcı maddələr.
Yandırıcı maddələrin xüsusi qrupuna adi və plastik fosfor, qələvi metallar, öz- özünə alışan trietilen alüminium aiddir.
Neft əsaslı yandırıcı maddələrin ən geniş yayılmış novü napalmdır. Napalm jeleyəbənzər, özlü, güclü yapışqanlığı olan yüksək temperaturda yanan yandırıcı maddədir. Napalm benzinə xüsusi qatılaşdırıcı əlavə etməklə alınır. Napalm adətən 3-10% qatılaşdırıcıdan, 90-97% benzindən ibarətdir. Havada asan alışır və yanarkən 1000-1200°S temperatur yaranır, yanma müddəti 5-10 dəq.dir, müxtəlif səthlərə asan yapışır və çətin söndürülür. Napalm B daha effektivdir, asan alışır, hətta nəm səthlərə yapışır, sudan yüngüldür, ona görə suyun üzərində üzür və çətin sönür. Yanarkən əriyib sığınacaqlara və texnikanın içərisinə axır, açıq dərinin üzərinə düşən 1q napalm B ağır yanıqlara səbəb olur. Açıqda yerləşən canlı qüvvənı tamamilə məhv etmək üçün lazım olan napalmın ümumi miqdarı qəlpəli fuqas döyüş sursatının miqdarından 4-5 dəfə azdir. Napalm B- ni səhra şəraitində də hazırlamaq mümkündür.
Napalma toz vəya qırıntı şəklində maqnezium, həmçinin kömür, asphalt və ya başqa maddələr qatılarsa piroqellər alınar. Piroqellərin yanma hərarəti 1600°S çatır. Piroqellər başqa yandırıcı maddələrdən fərqli olaraq sudan ağırdırlar, 1-3 dəqiqə ərzində yanırlar, insanların nəinki açıq dərisinə eyni zamanda paltarların üzərinə düşdükdə dərin yanıqlar əmələ gətirir.
Termit və termit əsaslı yandırıcı maddələr dəmir oksidi və alüminium oksidinin qarışığından ibarətdir. Bu qarışığa oksidləşdirici və əlaqələndirici (birləşdirici) maddələr əlavə olunur. Onlar yandıqda istilik 3000°S-yə qədər qalxır. Bu temperaturda metallar əriyir, beton və kərpic çatlayır, dağılır. Bu maddələr yandıqda alov yaranmır, ona görə termitə 40-50% toz şəkilli maqnezium və oksigenlə zəngin başqa birləşmələr qatılır.
Ağ fosfor ağ yarımşəffaf bərk mumabənzər maddədədir, havada oksigenlə birləşərək öz-özünə alışır. Yanma temperaturu 900- 1000°S olur. Yandıqda ağ zəhərləyici tüstü buraxır. Fosfordan napalm və pirogel yandırıcı maddələrini alışdırmaq üçün istifadə olunur. Plastik fosfor ağ fosfordan və plastik sintetik kauçuk kütləsindən ibarətdir, tətbiq edildikdə şaquli səthlərə yapışır və onları yandırır. Plastik fosfordan bombalar, mərmilər və başqa yandırıcı döyüş sursatları hazırlanır.
Müasir yandırıcı silahlara bunlar da daxildir:
• napalm bombalar
• aviasiya yandırıcı bombaları
• aviasiya yandırıcı kassetləri
• aviasiya kasset quğuları
• artilleriya yandırıcı döyüş sursatı
• odsaçanlar
• reaktiv yandırıcı qumbaraatanlar
• yandırıcı fuqas.
Kiçik kalibrli aviasiya aviasiya yandırıcı bombalar kasset şəklində istifadə olunur və bunlar birdəfəlik istifadə üçün nəzərdə tutulur. Adətən onlar termitlə doldurulur və çəkisi kiçik olduğu üçün ayrı-ayrı yanma ocaqları əmələ gətirir. Aviasiya yandırıcı kassetləri daha böyük yanğınlar törətmək üçün istifadə olunur. Bu kassetlərdə 50-dən 600-800-dək kiçik kalibrli yandırıcı bombalar yerləşdirilir və bunların yayılması çox geniş əraziləri zədələyir. Aviasiya kasset qurğuları eyni məqsədlə istifadə olunur və aviasiya bombalarından fərqli olaraq təkrar istifadə oluna bilir.
Artilleriya yandırıcı döyüş sursatı termit, napalm, fosfor tərkiblidir, partladıqda ətrafa yayılan bu yandırıcı maddələr 30-60 m² sahədə yangınlar törədir. Termit seqmentlərinin yanma müddəti 15-30 saniyədir.
Odsaçan silahlar piyada döyüş dəstələri üçün effektiv yandırıcı silahdır. Bu zaman yandırıci maddələr qarışığı yüksək təzyiqlə ətrafa alov saçır.
Yandırıcı silahların termiki təsiri nəticəsində insanlarda yanıqlar əmələ gəlir. Yanğınlar zamanı əmələ gələn qaynar hava, tüstü, karbon qazı və başqa yanma məhsulları insanlar üçün təhlükəlidir. Yandırıcı silahlardan qorunmaq üçün ən etibarlı vasitə sığınacaqdır. Yandırıci maddələr fərdi mühafizə vasitələrinin və geyimin üzərinə düşərsə dərhal onları atmaq, çox kiçik yandırıcı maddə dəri və ya paltar üzərinə düşdükdə dərhal paltarın biləyi, ətəyi, torpaq, qum və s. ilə söndürmək olar. Qaçmaq olmaz, bu zaman alov daha da güclənə bilər. İnsanın üzərinə böyük miqdarda yandırıcı maddə düşdükdə onun üzərinə gödəkçə, örtük və s. atmaq, yardım edən bədəni ilə özünə sıxmalıdır. Yaxında su mənbəyi olarsa paltarı soyunmadan suya girmək lazimdir. Napalmı söndürmək üçün yanğınsöndürən balondan istifadə etmək olmaz.
Qəlpəli, diyircəkli, fuqas döyüş sursatı.
Hal-hazırda bütün dünya ölkələrində adi qəlpəlı-fuqas döyüş sursatının təkmilləşdirilməsi üzrə intensiv işlər aparılır. Bu silahların özəlliyi içərisində külli miqdarda (bir neçə yüzdən bir neçə minə qədər) müxtəlif ağırlıqlı qəlpələrin (diyircək, iynə, ox) olmasıdır. Diyircəkli pıyada əleyhinə bombalar tennis topundan futbol topuna qədər böyüklükdə olur və içərisində 300-ə qədər diametri 5-6 mm olan metal, ya da plastik diyircəklər olur. Belə bombanın təsir radiusu kalibrindən asılı olaraq 1,5- 15 m ola bilər. Təyyarədən diyircəkli bombalar içərisundə 90- 650 bomba olan kassetlərdə atılır. Kasset yer səthində dağılır, ətrafa səpələnən diyircəkli bombalar 25000 m² sahədə partlayır. Belə döyüş sursatı böyük ərazidə insanları məhv edir, zədələyir. Diyircəkli və qəlpəli bombalardan qorunmaq üçün müdafiə qurğularından istifadə etmək lazımdır.
İçərisində iynələr olan döyüş sursatı partlayarkən 300 tona qədər polad iynə və ya ox (28 mm) qarmaq şəklində əyilərək insanlara öldürücü təsir göstərir.
Fuqas döyüş sursatı zərbə dalğası və qəlpələrlə bütün yerüstü obyektləri (sənaye, administrativ binalar, dəmir yol xətləri və s.) dağıdır. Bombanın çəkisi 50- 10000 kq ola bilər.
Həcmli döyüş sursatı zərbə dalğası və yanğın vasitəsilə insanları, texnikanı və obyektləri məhv etmək üçün istifadə olunur. Kasset şəklində olan həcmli bombalar ilk dəfə 1969-cu ildə amerikanlar tərəfindən Vyetnamda istifadə olunmuşdur. Bu döyüş sursatında xüsusi qaz-hava qarışığından istifadə olunur: taplasetilen, propadien, butan əlavə olunmuş propan. Bu silah atılarkən qaz-hava qarışığı ətrafa çilənir və diametri 15 m, hündürlüyü 2,5 m olan aerozol buludu əmələ gətirir. Partlayış zamanı 2000- 3000 kPa izafi təzyiq yaranır. Bu izafi təzyiq insanları məhv edir, binaları və çox möhkəm mühafizə qurğularını dağıdır. Bu silahların əsas zədələyici amilləri zərbə dalğası, isti və toksik təsirdir. Binalar, qurğular və digər obyektlər zərbə dalğasının və qaz- hava qarışığının binalara, hava borusu və kommunikasiya kanallarına daxil olub təkrari detonasiyaya uğrayır. Qapalı yerlərdə olan partlayış daha böyük dağıntılara səbəb olur. Mühafizə qurğuları insanlrı bu silahların zədələyici təsirindən qoruyur.
Kumulyativ döyüş sursatı zirehli səthləri dağıtmaq üçün istifadə olunur. Bu silahların təsir mexanizmi yüksək sıxlıqlı qazların 6000- 70000 S temperaturda səthlərin yandırmasına əsaslanır. Partlayış zamanı əmələ gələn sıxılmış hava enerjisi sürətlə bir nöqtəyə yığılır və qalınlığı bir neçə on santimetr olan zirehli səthləri dağıdır və yanğınlar törədir.
Beton dağıdan silahlar aerodromların uçuş zolaqlarınin beton örtüyünü dağıdır. Betondağıdan bomba “Dürandal” çəkisi 195 kq, uzunluğu 2,7 m, döyüş hissəsinin çəkisi 100 kq olan silahdır, qalınlığı 70 sm olan beton örtüyünü dağıdır.
Hərbi mütəxəssislər müasir müharibələrdə prinsipial yeni növ silahların işlədilməsı nə çox böyük əhəmiyyət verirlər. Bu silahların əsas özəlliyi insanlara təsiri, əsasən də öldürücü olmayan təsiridir. Bu silanların təsirindən düşmənin canlı qüvvələri neytrallaşdırılır, aktiv hərbi əməliyyatlar aparmaq qabiliyyətini itirir. Maddi sərvətlərə heç bir ziyan dəymir. Bu silahlara aiddir: lazer silahları, elektromaqnit impuls silahları, radioelektron mübarizə vasitələri, meteoroloji, geofiziki silahlar, infrasəs silahları, biotexnoloji silahlar, yeni nəsil kimyəvi silahlar, informasiya mübarizəsi vasitələri, psixotrop silahlar, parapsixoloji metodlar, yeni nəsil yüksəkdəqiqlikli silahlar (intellektual silahlar), yeni nəsil bioloji silahlar.
Yüksəkdəqiq silahlar kəşfiyyat – zərbə kompleksləri şəklində təqdim olunur. Hərbi mütəxəssislər bu silahları yaradarkən kiçik ölçülü yaxşı müdafiə olunan möhkəm obyektlərin təminatlı zədələnməsinə nail olmağa çalışırdılar. Bu komplekslər 2 əsas elementdən ibarətdir: zədələyici vasitələr (təyyarələr, raketlər) və texniki vasitələr. İdarəolunan aviasiya bombaları adi bombalara oxşayır, onlardan idarəolunma sistemi və kiçik qanadlarının olması ilə fərqlənir. Kiçik ölçülü obyektlərə dəqiq zərbə endirmək üçün istifadə olunur. İdarə olunan aviasiya bombaları betondağıdan, zirehdeşən, tankəleyhinə, kasset və s.olur.
Hərbi mübarizənin yeni vasitələri düşmənin vacib iqtisadi obyektlərini, infrastrukturunu zədələmək, informasiya və energetika sahələrini dağıtmaq, əhalinin psixi vəziyyətini pozmaqla aktıv mübarizə aparmaq qabiliyyətini məhv edir.
Geofiziki silahlar-atmosferdə, hidrosferdə, yerin litosfer qatında gedən proseslərin suni surətdə yaradılaraq təbii dağıdıcı qüvvəsindən hərbi məqsədlər üşün istifadə olunması məqsədələ yaradılmışdır. Bu silahlar içərisində ən əhəmiyyətlisi meteoroloji və iqlim silahlarıdır. Meteoroloji silahlardan ilk dəfə Vyetnamda müharibə zamanı istifadə olunmuşdur. Gümüş yodid kristallari ilə soyudulmuş buludların təsirindən düşmənin qida maddələri və digər kənd təsərrüfatı bitkiləri ilə təmin olunmasını azaldaraq məqsədyönlü istifadə olunmuşdur. İqlimə təsir edən silahlar hərbi məqsədlə yerli və ya qlobal şəkildə planetin iqliminə təsir edərək müəyyən ərazilərdə hava rejiminin xarakterik dəyişilməsinə səbəb olur. İqlimin cüzi dəyişilməsi belə böyük reqionlarda iqtisadiyyata ciddi təsir göstərir və kənd təsərrüfatında məhsuldarlığı aşağı salır, əhalinin xəstələnmə səviyyəsinin kəskin artırır. Müasir dövrdə nəzəri olaraq əhali arasında kütləvi itkilərə səbəb olan süni vulkan püskürməsi (yeraltı partlayışlar törətməklə), zəlzələ, sunami, qar uçqunları, sel, sürüşmələr və digər fəlakətlər törətməyin mümkünlüyü əsaslandırılmışdır. Ozon silahi da hərbi cəhətdən effektiuv hesab olunur. Bu silah nəticəsində ozon qatının zədələnməsi və Yerin ultrabənövşəyi şüalarla intensiv şüalanması baş verir. Bu zaman dərinin bəd xassəlı şişləri, “günəş korlüğü” kimi xəstəliklər artır, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşür. Seysmik aktiv rayonlarda süni zəlzələlər, sunami dalğalarının güclü dağıdıcı təsiri, dağ uçqunları, torpaq sürüşmələri, quraqlığı yaranması, leysan, dolu və s. kimi təbiət hadisələrinin gücündən hərbi məqsədlər üçün istifadə olunur. Bu təbii hadisələri süni şəkildə yaratmaq üçün güclü kimyəvi maddələrdən, elektromaqnit dalğaları şüalandıran güclü generatorlardan, istilik generatorlarından və s. istifadə olunur. Lakin geofiziki proseslərə ən effektiv təsir göstərən nüvə silahıdır.
Radioloji silah hərbi radioaktiv maddələrintəsirinə əsaslanaraq hazırlanan kütləvi girgın silahlarıdır. Hərbi radioaktiv maddələr dedikdə xüsusi şəkildə alınan və toz, məhlul şəklində hazırlanan, tərkibində ionlaşdırıcı şüalanmaya malik kimyəvi elementlərin izotopları olan maddələr başa düşülür. Radioloji silahın təsiri nüvə partlayışı zamanı əmələ gələn radioaktiv maddələrin təsirinə oxşayır. Bu radioaktiv maddələrin uzunmüddətli və intensiv təsiri nəticəsində canlılara və bitki aləminə böyük zərər dəyir. Hərbi radioaktiv maddələrin əsas mənbəyi nüvə reaktorlarının işi zamanı əmələ gələn tullantılardır. Nüvə energetikasının son illərdə sürətlə inkişafı inkişaf etmiş ölkələrdə radioaktiv maddələri müxtəlif yollarla əldə etməyə və radioloji silah kimi gələcək müharibələrdə istifadə etməyə imkan verir. Radioloji silahı aviasiya bombaları, pilotsuz təyyarələr, qanadlı raketlər və başqa hərbi sursatlar vasitəsilə istifadə etmək olar.
Elektrik (elektromaqnit) silahları. Bütün hərbi sistemlərin kompyuterlər vasitəsilə idarə olunduğu müasir texnologiyalar dövründə bu silahların istifadə olunması əvəzedilməzdır. Müasir müharibələrdə düşmənin enerji, elektronika, kompyuter sistemlərini, telefon xətlərini sıradan çıxarmaqla qələbə qazanmaq olar. Güclü maqnit sahələri yaratmaqla elektrik şəbəkələrində yüklənmə, bunun nəticəsində qısa qapanma, elektrostansiyaların sıradan çıxması və böyük ərazilərin elektriksizləşməsini təmin etmək olar.
Şüa silahı – zərbə təsiri elektromaqnit enerjisininin iti istiqamətləndirilmiş şüalarının və ya böyük sürətlə qovulmuş elementar hissəciklərinin cəmlənmiş dəstəsinin istifadə edilməısinə əsaslanan qurğuların (generatorların) məcmusundan ibarətdir. Şüa silahının bir növü olan lazer şüasının təsirindən yüksək temperatur nəticəsində materialların əriməsi, buxarlanması, yuksək həssaslı elementlərin zədələnməsı, gözlərin zədələnməsı baş verir, dəridə termiki yanıqlar əmələ gəlir. Lazer şüaları çox dəqiq olması, düzxətlə yayılması, ani təsiri və xarici əlamətlərinin (səs, tüstü, işıq) olmaması ilə fərqlənir. Lazer şüalarından kosmik fəzada ballistiuk raketlərin və Yerin süni peyklərinin məhv edilməsi məqsədilə istifadə oluna bilər.
Şüa silahının bir növü də sürətləndirici silahdır. Sürətləndirici silahın zərbə amili yüksək sürətlə qovulmuş yüklü və ya neytral hissəciklərin (elektronların, protonların, hidrogenin neytral atomlarının) enerji ilə doymuş dəqiq istiqamətli, cəmlənmiş dəstəsidir. Bu silahların zərbə obyekti ilk növbədə yerin süni peykləri, qitələrarası raketlər, müxtəlif tipli ballistik və qanadlı raketlər, həmçinin mqxtəlif yerüstü silahlar və hərbi texnika olur. Göstərilən obyektlərin ən zəif elementi onların elektron avadanlığıdır. Sürətləndirici silah düşmənin canlı qüvvəsinə qarşı da işlədilə bilər. Amerika mənbələrinin məlumatına görə sürətləndirici silahla kosmosdan yer səthinin böyük sahələrini-yüz kvadrat kilometrlərlə sahəni intensiv şüalandırmaq imkanı var ki, bu da orada yerləşən insanların və digər bioloji varlıqların kütləvi qırğınına səbəb olar.
Radiotezlikli silahların təsir mexanizmi yüksək və alçaq tezlikli elektromaqnit şüalarının insanın vacib orqan və sistemlərinə (beyin, ürək, mərkəzi sinir sistemi, endokrin sistemi, qan dövranı) təsirinə əsaslanır. Bu şüaların təsirindən insanın qavraması pozulur, eşıtmə hallyusinasiyaları əmələ gəlir, nitq pozulmaları yaranır.
İnfrasəs silahların təsiri texnikaya və insanların fiziki vəziyyətinə deyil psixi fəaliyyətə yönəlmişdir. Psixoloji silahlar müasir müharibələrin ayrılmaz hissəsinə çevrilmişdir. Bu müharibələrdə məqsəd material və insan itkilərini minimuma endirmək, düşməni məhv etmək deyil onu idarə etmək, mübarizə qabiliyyətini sındırmaqdır. İnfrasəs silahları kütləvi qırğın silahlarıdır və təsiri 16 Hs-dən aşağı tezliklı güclü infrasəs şüalarınin insanın mərkəzi sinir sisteminə, həzm sistemi orqanlarına zədələyici təsirinə əsaslanır. Bu silahların təsirindən baş və daxili orqanlarda ağrılar, tənəffüs ritminin pozulması, həmçinin psixotrop təsiri , qorxu və təlaş hissləri müşahidə olunur.
Daxili səs. Öldürücü olmayan silahların əsas təsiri düşmənin canlı qüvvəsini idarə etmək və onların mübarizə əzmini sındırmaq, psixoloji təsir göstərməsinə əsaslanır. İnsan qulağı infrasəsi eşitmir, lakin onu hiss edir (qəbul edir) və bununla da insan beyninə əmr vermək olar. Bu əmr sanki insan beyninin özündə əmələ gəlmiş və ya daxili səs, “yuxaridan“ səs kimi qəbul olunur. İnfrasəs şüaları atmosferdə dağılmir, istiqamətlənmiş xəttlə yayılr, böyük məsafələrə yayılır. İnfrasəs qurğu vasitəsilə səs əmrləri verir, insanları istənilən şəkildə hərəkət etməyə məcbur edir. Hal- hazırda optik və akustik infrasəs silahlarını səs və obraz şəklində birləşdirməyə nail olmuşlar. Bu silahları başqa kimyəvi maddələlrlə məsələn, narkotik qazlarla bir yerdə istifadə olunması onun təsirini kəskin artırır və düşmənin canlı qüvvələrinə, etirazçılara qarşı adi silahları işlətmək lazım gəlmir. İdeoloji müharibələrdə hər hansı dövlətin və ya qruplaşmanın liderinin səsindən istifadə etmək, mətn şəklində oxutmaq və radio, televiziya vasitəsilə yayımlanır.
Akustik silahlar. Müxtəlif tezlikli və hündürlükdə səs insanda müxtəlif xoşagəlməz hissiyyatlar-baş ağrısı, başgicəllənməsi, qusma, məkanda səmtini itirmə, qaşıntı, karlıq, müvəqqəti korluq yarada bilir. Səs vasitəsilə insan psixikasına təsir edərək qorxu, təlaş yaratmaq olar. Bu silahlardan ixtişaşları dağıtmaq, insan və nəqliyyat vasitələrini dayandırmaq üçün istifadə olunur.
Optik silahlar. İnsan gözü yaşıl rəngə daha həssasdır. Hərbi mütəxssislər bundan istifadə edərək yaşıl işıqlı lazer yaratmışlar. Korluğa səbəb olan və intensivliyi lazer şüaları ilə müqayisə olunan adi silahlar da vardır. Məs, pirotexnik tərkibli maddələrin yanması nəticəsində aşağı hərarətli qaz plazması yaranır və bunun əsasında işıq qumbaraları və insanları kar, kor etmə qabiliyyətinə malik kombinasiyalı silahlar ixtira olunmuşdur. Bu zaman insan 20-30 saniyə ğörmə qabiliyyətini, 4-6 saat ərzində eşitmə qabiliyyətini itirir. Topoqrafik xəritələrin belə elektron və rəqəmsal olduğu, personal kompyuterlər və EHM-lərin çox olduğu müasir ordularda bu sistemləri sıradan çıxarmaq üçün radioelektron silahlar kəşf olunmuşdur. Kompyuterlərin həm proqram təminatına təsir edərək, həm də gızli yollarla kompyuter viruslarıni daxil etməklə düşmənin hərbi idarəetmə sistemini sıradan çıxarmaq mümkündür.
Termik tapancalar. Aşağıtezlikli elektromaqnit şüalarının təsirindən insan beyni onun davranışını dəyişdirən bəzi kimyəvi maddələr ifraz edir. Bu maddələr müxtəlif xəstəliklərin əlamətlərini üzə çıxarır, insanı ani olaraq yatırır və ya uzun müddət ayıq qalmağa məcbur edir.” Elektron tapancalar” epileptik qıcolmalara bənzər qıcolmalar törədir. Termik tapancalar saniyələr ərzində insan hərarətini 400 S-dən yuxarı qaldırır və dözülməz yanğı əsğərləri qaçmağa məcbur edir. Belə kiçildilmiş “mikrodalğalı sobaları” tankların üzərində, raketlərin başlıq hissəsində yerləşdirmək olar. Müharibələrin daha çox xüsusi əməliyyatlar şəklində aparıldığı son zamanlarda əsas məqsəd düşmənin canlı qüvvəsini məhv etmək, yeni ərazilər işğal etmək deyil düşməni hərbi və siyasi sferada mövqeyini zəiflətmək, ona təklif olunan şərtləri qəbul etdirməkdir. İdarə olunan silahdan idarə olunan müharibəyə keçmək tendensiyası artmaqdadır. İndi hərbi birləşmələr daha çox terrorizm əleyhinə əməliyyatlarda, sülh məramlı tədbirlərdə iştirak edir, qiyamları dağıdır, hərbi münaqişələri yatırır, əsirləri xilas edir. Belə əməliyyatlarda daha çox öldürücü olmayan silahlardan istifadə olunur. Belə silahlar humanist silahlar da adlanır. Bunları hədəfə çatdırmaq üçün yüksək dəqiqlikli silahlardan istifadə olunur. Müasir adi silahlar içərisində düşmənin enerji obyektlərini sıradan çıxarmaq üçün istifadə olunun silahlar daha çox diqqəti cəlb edir. Elektrik şəbəkələrini, elektrostansiyaları, transformatorları zədələmək üçün bu “yumşaq, zərif “silahlardan istifadə olunur. Bu silahlar ölçüsü 200-700 mm olan konteynerlərdən ibarətdir və bunlar idarə olunan aviasiya kassetləri, qanadlı raketlərdə və s. istifadə olunur. Burada elektrik cərəyanını yaxşı keçırən qrafitdən istifadə olunur.
Qoxu hissindən silah kimi istifadə olunması da diqqəti cəlb edir. Neyroloq alimlər qoxunun insanlar arasında qorxu və dəhşət yaratmaq qabiliyyətinə malik olduğunu müəyyən etmişlər. Havada insan ekskrementlərinin uçucu maddələri olan merkaptanların çox olması canlıların qoxu orqanlarına bir zərbədir və bu zaman hamı bu ərazini tərk etməyə çalışır. Bu silahlar kükürd, xlor, sulfidlər və ammonyak əsasında hazırlanir. Ən çox lax yumurta, çoxdan yuyulmamış çorablar və s. qoxularından istifadə olunur. Bundan başqa güclü anestetiklər və yuxugətiricilərdən istifadə olunur ki, bunların təsirindən hərəki aktivlik itir və ya dərhal yatirlar. ABŞ-ın polisləri valiumlu aerozollardan geniş istifadə edir ki, bu preparat mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərir və antidepressantlar qrupuna aiddir.
Müxtəlif ekzotik vasitlərdən məs. banan qabığından suspenziya şəklində öldürücü olmayan silah kimi istifadə olunur. Nazik qat şəklində yola çəkilən banan suspenziyası texnikanın və inasanların hərəkətini mümkünsüz edir. Belə üsulla müəyyən ərazidə texnikanın hərəkətini məhdudlaşdırmaq, təyyarələrin uçuşuna və enişinə mane olmaq olar. Texnikanın müxtəlif hissələrini sıradan çıxarmaq üçün yağların tərkibini dəyişdirmək, rezin, şin hissələrinin elastikliyini azaltmaq və s. kimi üsullardan istifadə olunur. Maşın karvanlarını saxlamaq üçün benzini və suyu jeleyə çevirən maddələrdən də silah məqsədələ istifadə olunur. Belə kimyəvi maddələrin bəzisi metallara, digərləri plastik hissələrə, üçüncüsü isə rezinlərə təsir göstərərək texnikanı sıradan çıxarır. Benzin, kerosin, reaktiv yanacaqların yanmasını ləngidən ingibitorlardan istifadə etməklə bütün növ mühərrikləri dayandımaq mümükündür. Aerozol, maye, toz və qel çəklində olan superturşular nəinki rezini, hətta asfaltı, binaların damını aşındırmaq qabiliyyətinə malikdir. Köpük vannalarından piyada dəstələrini saxlamaq üçün istifadə olunur. İnsanların üzərinə akril əsaslı tezbərkiyən və bürüyən köpük atırlar ki, bu yapışdırıcı maddələr bir neçə saniyə ərzində bütün dəstəni nəinki hərəkətdən həm də görmə, eşitmədən məhrum edir. Tetraftoretilen adlı maddənin tozundan hərbi hissələr keçən yollara səpirlər, bu zaman yollar buz kimi sürüşkən olur. Belə yolda avtomobillər “buz üstündə inəyə” oxşayır, təyyarələr qalxma-enmə edə bilmir və s. Körpülər üzərində, şəhərə girişdə və ya bazadan çıxışda belə maddələrdən istifadə olunur. 1993-cü ildə amerikalılar Somalıdə yapışqan geldən istifadə etmişdilər. Bu gel düşmən əsgərlərini, texnikanı sanki yerə yapışdırırdı. Bəzi gellər hətta tankları da həkətsızləşdirmək gücünə malikdir. Somali əsgərləri də çıxış yolunu bambuk çubuqlarıni təhlükəlı yerlərə sərərək onların üzərində hərəkət etməkdə gördülər.
Kimyəvi terrorizm
Kimyəvi terrorizm—bəşəriyyət üçün yeni təhlükədir, öz təsir miqyasına görə ən müasir odlu silahı belə əhəmiyyətli dərəcədə üstələyir. Bütün dünyada radikal qüvvələr tərəfindən terror məqsədilə radioaktiv maddələrdən güclü təsili zəhərli maddələrdən və patogen mikroorqanizmlərdən istifadə halları tez-tez müşahidə olunur.
Müasir yüksək toksiki kimyəvi maddələr və bioloji agentlər terroristlərin əlinə aşağıdakı yollar ilə keçə bilər:
• kimyəvi silah saxlanan hərbi baza və ambarlardan, həmçinin müvafiq profilli institutların hərbi kafedralarından oğurluq halları;
• kimyəvi silahdan mühafizə vasitələri istehsal edən müəssisələrdən oğurluq;
• istehsal, saxlama, ticarət sferalarında kimyəvi maddələrin (yüksək toksiki insektisidlər, herbisidlər, A qrup farmkoloji preparatlar) alınması halları;
• ticarət şəbəkəsində (fərdi kimya mühafizə vasitələri-qaz balonları) almaq yolu ilə;
• gizli laboratoriyalarda qeyri-leqal yolla hazırlamaqla.
Son 10-20 ildə tibbi praktikada müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə edilən geniş spektrli təsir xüsusiyyətinə malik farmokoloji dərman maddələrinin keyfiyyətinin xeyli artması müşahidə olunur. Təəsüf ki, belə preparatları böyük sayda insanlar, həmçinin kriminal meylli insanlar asanlıqla əldə edirlər. Psixotrop təsirli preparatlar insanlarda psixi vəziyyətin müxtəlif dəyişikliklərinə səbəb olur, bundan cinayətkarlar öz məqsədləri üçün istifadə edirlər. Farmokoloji təsir vasitəsilə qəbul edilmiş spirtli içkilərin təsirini gücləndirmək olur; aydın düşünməni azaltmaq olur (məsələn, adekvat qərarlar qəbul etmək proseslərini pozmaq olur); belə dərmanları qəbul etdikdən sonra yaddaşın itirilməsi baş verdiyi üçün, iş sahəsindəki əməkdaşların inamının itirilməsinə (məsələn, vacib sənədlərin imzalanması hallarında) səbəb olur; iş görüşmələri zamanı inamı artırıb, özünə nəzarəti azaldır; insanın huşunu itirməsi və ya hərəkətsizləşdirməklə oğurlanmasını təşkil etmək məqsədilə; psixi xəstəliyin baş verməsini imitasiya məqsədilə. Digər kriminal məqsədlərlə də istifadəsi mümkündür. Bioloji aktiv maddələrin terapevtik və toksiki dozaları o qədər azdır ki, onları spirtli və spirtsiz içkilər və qidalar vasitəsilə qəbul etmək olar, həm də dəriüstü applikasiya və aerozol vasitəsilə də tətbiq etmək olar. Aerozol vasitəsilə tətbiq havanın kondinsionerlə dəyişdirilməsi zamanı reallaşa bilər.

29