• en
  • ru

TƏNƏFFÜS YOLLARININ XƏSTƏLİKLƏRİ

TƏNƏFFÜS   YOLLARININ   XƏSTƏLİKLƏRİ

 

Mövzunu hazırladı: biologiya üzrə fəlsəfə doktoru, dosent  Zamanova  Sevda Xasay q

Məmmədova Nahidə  Məcid q.

 

KƏSKİN  BRONXİT. Bronxlarda baş  verən  iltihabi  xəstəlikdir, bakteriyalar,  viruslar,  mikoplazmalar  tərəfindən  törədilir.

  Şikayətləri;  zökəm  əlamətləri,  boğazda  ağrı,  göynəmə  ilə  başlayır, öskürək  tutma  xarakterli,  selikli,  selikli – irinli  bəlğəm  ifrazı ilə,  ümumi  zəiflik,  kefsizlik,  baş  ağrıları,  iş  qabiliyyətinin  azalması.

  Obyektiv; t-ra  artır, sərt  tənəffüs,  quru  xırıltılar  eşidilir.

  Müalicə;  antibakterial – antibiotik (ampisillin,  ampisid   və s.) və  sulfanilamid  preparatlar,  öskürək  əleyhi,  bəlğəm  ifrazını  artıran,  həmçinin  yayındırıcı  müalicə  vasitəsi  kimi  xardal  yaxması,  yod  kletkası, isti  ayaq  vannaları  istifadə  olunur.

  10-12 gün  müddətinə   ya  sağalma,  yaxud  da  xroniki   formaya  keçid  baş  verir.

  BRONXİAL   ASTMA;  xırda  bronx  və  bronxiolalarda  spazm  və  ödem  nəticəsində  boğulma  tutmaları  ilə  keçən  xəstəlikdir. Kəskinləşmə  və  remissiya  fazaları  ilə  keçir.

  Etiologiya;  tənəffüs  orqanlarında  infeksion  proseslərin  və  həmçinin q- infeksion amillərin (toz,  qida,  dərman  maddələri)  təsirindən  baş  verir. Bu  amillər  orqanizmi  sensibilizə   edir.

  İnfeksion – allergik,  q – infeksion  allergik  atopik növləri  ayırd  olunur.

  Kəskinləşməyə  səbəb respirator  xəstəliklər,  soyuqdəymə,  sinir  gərginliyi,  müxtəlif  allergenlərin  təsiridir.

  Şikayətləri;  nəfəs  vermə  çətinləşir,  çətin  ifraz  ounan  bəlğəmli  öskürək,  boğulma  tutmaları.

  Obyektiv; akrosianoz,  avazıma,  dəri  soyuq  tərlə  örtülü,  xəstə  oturaq  vəziyyətdə əllərini  stulun  kənarına  dayaq  verir. Təngənəfəslik  müşahidə  olunur. Tənəffüs  səthi  olur. Nəfəs  vermə  çətin,  uzanmış,  quru  xırıltılar  eşidilir.

  Müalicə; antibakterial, bəlğəmgətirici, burun – boğazda  infnksiya  ocaqlarını  ləğv  etmək,  bronxolitik,  spazma  əleyhi,  antiallergik, sakitləşdirici  müalicə  təyin  edilir. Adi  müalicə  kömək  etmədikdə  qlükokortikoidlərdən  istifadə  edilir (prednizolon). Bundan  başqa  tutmadan  kənar  vaxtlarda  duz  şaxtalarında  nəfəs  almaq  yolu  ilə  də  müalicə  yaxşı  effekt  verir.

  Təxirəsalınmaz  kömək; yüngül  tutma  zamanı  1-2  tablet  teofedrin daxilə  verilir, xardal  yaxmaları,  isti  ayaq  vannaları  istifadə  olunur.  Dəri  altına  0,5-1,0 ml 0,1 %-li  adrenalin  hidroxlorid  yeridilir. 1ml  5%-li  efedrin  yeridilir. Əgər  hipertoniya  xəstəliyi,  stenokardiya, ürək  çatmamazlığı  varsa  yuxarıda  adı  çəkilən  dərmanlardan  istifadə  etmək olmaz.  Bu  zaman  v/d  10,0ml  2,4  %-li  eufillin 20%-li –20 ml  qlükoza  ilə  birlikdə  vurulur.

AĞ   CİYƏRLƏRİN   İLTİHABI.  PNEVMONİYA

  Pnevmoniya ağciyərlərin alveollarında, aralıq toxumasında iltihabi prosesin getməsilə səciyyələnən xəstəlikdir. Pnevmoniya zamanı ağciyərin müəyyən payı (krupoz pnevmoniya) və ya paydaxili ayrı-ayrı sahələri (bronxopnevmoniya), bəzən isə bronxların divarı və parietal plevra prosesə cəlb oluna bilər. Uzun müddət pnevmoniyalar kəskin və xroniki gedişli pnevmoniyalara bölünürdü. Lakin Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi “Xəstəliklərin Beynəlxalq Təsnifatı”nda həmin rubrika olmadığı üçün bu gün “kəskin pnevmoniya” termini istifadə olunmur. Həmin təsnifatda pnevmoniyalar xəstəliyin törədicisinə görə pnevmokok, stafilakok və s. pnevmoniyalara bölünür.

  Təsnifat:

  Praktiki nöqteyi-nəzərdən pnevmoniyaları iki sinfə – “məişət” və “hospital” pnevmoniyalarına bölmək daha doğru olar. Bu siniflərdən hər biri xəstəliyin yarandığı yer ilə səciyyələnir, müəyyən xüsusiyyətlərə və ən əsası, törədici spektrinə malikdir. Belə bölünmə empirik (ilkin) antibakterial preparatın seçiminə əsas verir. Pnevmoniyaların bu cür təsnifatı kliniki-patogenetik prinsipə əsaslanır, epidemioloci şəraiti və risk amillərini nəzərə alır. Bu mövqedən çıxış edilərsə, pnevmoniyaların təsnifatının aşağıdakı kimi verilməsi məqsədəuyğyn hesab olunur:

  – sıx təmaslı kollektivlərdə olan xəstələrin pnevmoniyası;

  – ağır somatik xəstəlikləri olan şəxslərdə müşahidə olunan pnevmoniyalar;

  – nozokomial (hospital) pnevmoniyalar;

  – aspirasion pnevmoniyalar;

  – immun çatışmazlığı olan xəstələrdə müşahidə olunan pnevmoniyalar.

  Qeyd etmək lazımdır ki, bu təsnifatda da “məişət” və “hospital” törədicilər arasındakı fərq qalır və bu fərq hər zaman nəzərə alınmalıdır. Təsnifatda qeyd olunan formaları ayrı-ayrılıqda araşdıraq.

  Sıx təmaslı kollektivlərdə olan xəstələrin pnevmoniyası. Bu, “məişət pnevmoniyaları”nın ən çox təsadüf edilən formasıdır. Xəstəlik praktiki olaraq sağlam adamlarda, əsasən qış vaxtı, müəyyən epidemioloci vəziyyətlərdə, xüsusən virus epidemiyaları zamanı yaranır. Risk amilləri kimi heyvan və quşlarla təmas, xarici ölkələrə səyahət, kondisionerin təsiri və s. qeyd olunur. Əsas törədiciləri: pnevmokoklar, xlamidiyalar, müxtəlif viruslar və sairə.

  Ağır somatik xəstəlikləri olan şəxslərdə müşahidə olunan pnevmoniyalar ağciyərlərin xroniki obstruktiv xəstəlikləri, istənilən mənşəli ürək çatışmazlığı, qaraciyər sirrozu, şəkərli diabet, xroniki alkoqolizm və digər xəstəliklər fonunda yaranır. Yaşlı şəxslər arasında daha çox təsadüf edir. Əsas törədiciləri: pnevmokok, stafilokok,  başqa qrammənfi və qarışıq mikroorqanizmlərdir.

  Nozokomial (hospital) pnevmoniyalar stasionara daxil olandan bir neçə gün sonra başlayır. Nozokomial (hospital) infeksiyaların bir formasıdır; sidik yolları və yara infeksiyalarından sonra üçüncü yeri tutur. Hospital pnevmoniyalardan ölüm halları 20% təşkil edir. Xəstənin intensiv müalicə və ya reanimasiya şöbəsində olması, süni tənəffüs cihazına qoşulması, pasiyentə traxeostomiya, bronxoskopiya keçirilməsi və sairə hospital pnevmoniyanın risk amilləri hesab olunur. Əsas törədiciləri qrammənfi mikroorqanizmlər və stafilakoklardır.

  Aspirasion pnevmoniyalar. Alkoqolizmin ağır formaları, epilepsiya, komatoz vəziyyətlər, beyin qan dövranının kəskin pozuntuları və başqa nevroloci xəstəliklər, nazoqastral zond və sairə zamanı yaranan pnevmoniyalardır. Anaerob infeksiya, stafilakok və qrammənfi mikroorqanizmlər aspirasion pnevmoniyaların əsas törədiciləridir.

  İmmun çatışmazlığı olan xəstələrdə müşahidə olunan pnevmoniyalar birincili və ikincili immun çatışmazlığı olan xəstələrdə yaranır. Şiş xəstəliklərilə bağlı kimya terapiyası və immundepressiv müalicə alan şəxslər xəstəliyə düçar olanların əksəriyyətini təşkil edir. Əsas törədiciləri qrammənfi mikroorqanizmlər, göbələklər, sitomeqalovirus və sairədir.

  Bunlarla yanaşı, pnevmoniyaların müxtəlif variantları haqqında da oxuculara məlumat verməyi məqsədəuyğun hesab edirik.

  Pnevmokok pnevmoniyası sıx təmaslı kollektivlərdə olan pnevmoniyalar arasında ən çox təsadüf edilən formadır. Qrip epidemiyaları zamanı daha çox təsadüf edilir. Kəskin başlayır, “paslı” bəlğəm, herpes labialis (30%) və s. qeyd olunur. Penisilinlərin tətbiqi yaxşı səmərə verir.

  Mikoplazma pnevmoniyası sıx təmaslı kollektivlərdə olan pnevmoniyaların 10%-ni təşkil edir. Əsas etibarı ilə uşaqlarda və payız-qış aylarında yaşlılar arasında təsadüf edilir. Tədricən, kataral əlamətlərlə başlaması və klinik əlamətlərin (mialgiyalar, miokardın zədələnməsi və s.)  zəif  olması ilə səciyyələnir. Penisilinlər və sefalosporinlər səmərə vermir.

  Hemofil çöplərin törətdiyi pnevmoniya. Bu pnevmoniya ağciyərlərin obstruktiv xəstəlikləri, ürək çatışmazlığı fonunda, habelə siqaret çəkən şəxslərdə və ahıllarda yaranır. Penisilinlər səmərə vermir.

  Legionellyoz pnevmoniya. Legionellyoz infeksiyanın bir növüdür. Risk amilləri kimi torpaq işləri, kondisionerin təsiri, immun çatışmazlığı vəziyyətləri göstərilir. Kəskin başlaması, ağır gedişi, ağciyərxarici əlamətlərin (ishal, qaraciyərin böyüməsi, ensefalopatiya və s.) olması ilə səciyyələnir. Penisilinlər səmərə vermir.

  Xlamidioz pnevmoniya. Məişət pnevmoniyalarının 10%-ni təşkil edir. Risk amili kimi quşlarla təmas (quş saxlayan və quş alverilə məşğul olanlar) göstərilir. Kəskin başlayır, quru  öskürək, şüurun pozulması, laringit, boğaz ağrıları qeyd olunur.

  Stafilokok pnevmoniyası. Məişət pnevmoniyalarının 5%-ni təşkil edir. Risk amilləri kimi xroniki alkoqolizm və ahıllıq qeyd olunur. Xəstəlik kəskin başlayır və intoksikasiya əlamətləri müşahidə olunur; pnevmotoraks baş verə bilər.

  Anaerob infeksiyanın törətdiyi pnevmoniyalar. Adətən, alkoqoliklərdə, epilepsiyalı xəstələrdə, operasiyadan sonrakı dövrdə və s. baş verir. Ağciyər absesi və empiyema yaranması ehtimalı var.

  Klebsiellanın (Fridlender çöpünün) törətdiyi pnevmoniyalar. Adətən, xroniki alkoqoliklərdə, şəkərli diabet, qaraciyər sirrozu olan xəstələrdə immundepressiya fonunda yaranır. Kəskin başlayır, ağır intoksikasiya, tənəffüs çatışmazlığı və s. qeyd olunur. Tək-tək abses inkişaf edə bilər.

  Bağırsaq çöplərinin törətdiyi pnevmoniyalar. Şəkərli diabetli xəstələrdə tez-tez yaranır. Adətən, ağciyərin aşağı payında yerləşir və empiyema yarada bilir.

  Göyirintörədən çöplərin törətdiyi pnevmoniyalar hospital pnevmoniyaların bir növüdür. Reanimasiya şöbələrində müalicə olunan və süni tənəffüs cihazına qoşulmuş, habelə bronxoskopiya keçirilmiş ağır xəstələrdə (şiş xəstəlikləri, operasiyalar və s.) yaranır.

  Göbələk pnevmoniyaları kimya terapiyası almış bədxassəli şişləri olan xəstələrdə, həmçinin uzun müddət antibiotik terapiyası və immundepressantlarla müalicə almış xəstələrdə müşahidə edilir. Penisilinlər, sefalosporinlər və aminoqlikozidlərlə müalicə səmərə vermir.

  Pnevmosist pnevmoniyalar. Birincili və ikincili immunçatışmazlığı olan və immundepressiv terapiya alan xəstələrdə, orqan transplantasiyası aparılmış şəxslərdə müşahidə edilir. Kistalar əmələ gələ bilər.

  Virus pnevmoniyaları. Adətən, virus infeksiyaları (A qripi və s.) dövrü yaranır. Klinik mənzərə müvafiq virus infeksiyasının gedişini xatırladır. Sırf virus pnevmoniyalarının mövcudluğu bütün alimlər tərəfindən qəbul olunmur. Ehtimal olunur ki, viruslar ağciyərlərin yerli müdafiəsini zəiflədir ki, bu da bakterial infeksiyanın inkişaf etməsinə səbəb olur.

  Kliniki gedişi:

  Pnevmoniyaların kliniki gedişi bir sıra əlamətlərlə səciyyələnir.

  Pnevmoniyaların ağciyər əlamətləri: təngnəfəslik, öskürək, bəlğəm ifrazı (selikli, irinli-selikli, “paslı” və s.), tənəffüs zamanı ağrılar, lokal kliniki əlamətlər, lokal rentgenoloci dəyişikliklər.

  Ağciyərdən xaric əlamətlər: yüksək hərarət, üşütmə, çox tərləmə, mialgiyalar (əzələlərdə ağrılar),baş ağrıları, sianoz, taxikardiya, “herpes labialis” (uçuqlama), selikli qişaların zədələnmələri, periferik qanda dəyişikliklər (leykositoz, EÇS-in artması və s.), sarılıq əlamətləri və s. Bu və ya digər əlamətin mövcudluğu, onun ifadə edilməsi, törədicidən, ağciyərlərin yerli müdafiəsindən və orqanizmin digər sistemlərinin (immun sisteminin və s.) xüsusiyyətlərindən asılıdır. Ağır somatik xəstəliklər, immun çatışmazlıq vəziyyətləri, ahıllıq və başqa amillər pnevmoniyaların atipik gedişinə səbəb olur. Bu zaman ağciyər iltihabının fiziki əlamətləri özünü ya zəif büruzə verir və ya heç olmur, qızdırma qeyd edilmir, bunun əksinə olaraq, ağciyərdən xaric əlamətlər üstünlük təşkil edir.

  Fəsadları:

  Bu xəstəliyə dırnaqarası baxanlar da olur. Bu qəbildən olan insanlara deməliyik ki, uzunmüddətli, qeyri-adekvat müalicə əhəmiyyətli ağciyər və ağciyərdən xaric fəsadlara gətirib çıxara bilər.

  Ağciyər fəsadları: plevrit, ağciyərin abses və qanqrenası, ağciyərin destruksiyası, bronxoobstruktiv sindrom, kəskin tənəffüs çatışmazlığı və ağciyər ödemi.

  Ağciyərdən xaric fəsadlar: infeksion-toksiki şok, kəskin ağciyər ürəyi, miokardit, endokardit, perikardit, sepsis, meningit, meninqoensefalit, anemiyalar, ağır gedişli pnevmoniyalar zamanı hətta psixozlar.

  Müalicə:

  Pnevmoniyaların müalicəsinin əsasını antimikrob terapiya təşkil edir. Bu zaman təyin olunan antibakterial vasitənin törədiciyə təsiri, optimal doza, preparatın orqanizmə daxil edilmə yolları, xəstəliyin fəsadları və yanaşı gedən xəstəliklər, həmçinin dərman maddəsinin əlavə təsirləri və qiyməti nəzərə alınmalıdır.

  Bronxial drenacı  yaxşılaşdırmaq məqsədilə bəlğəmi durulaşdıran preparatlardan istifadə olunur. İntoksikasiyanı aradan götürmək üçün çoxlu maye qəbulu məsləhət görülür: hərarətin bir dərəcə artmasına 1 litr maye qəbulu hesabı ilə. İltihabi prosesə bilavasitə təsir etmək məqsədilə iltihabəleyhinə qeyri-steroid maddələr tətbiq edilir. Bunlarla yanaşı, immunkorreksiyaedici preparatlar, immunoqlobulinlər, plazma tətbiq edilir.

 KRUPOZ VƏ OCAQLI  PNEVMONİYA

 Krupoz pnevmoniya – kəskin infeksion xəstəlik olub, bu zaman iltihab prosesi ağ ciyərin bütöv bir payına və plevraya yayılır.

  Əksər hallarda krupoz pnevmoniyanı pnevmokoklar, streptokokklar və stafilakokklar əmələ gətirir. Krupoz pnevmoniya döş qəfəsinin əzilməsi nəticəsində ola bilər. Bu xəstəliklərdə bütün yaşlarda olan adamlar, xüsusən cavanlar və yaşlı adamlar xəstələnirlər. Onun əmələ gəlməsinə bədənin soyuması, sərxoşluq, sinir-psixi gərginlik, fiziki iş və intoksikasiyalar, travmalar, yuxarı tənəffüs yollarındakı iltihab prosesləri kömək edir. Xəstəliyə payızda və yazda, havanın temperaturunun birdən-birə dəyişməsi də təsir edir. Xəstəlik kəskin şəkildə bərk üşütmə ilə başlayır, t-39-40° çatır. 12-24 saatın ərzində temperatur düşüb normal həddə çatır, bu zaman xəstə tərləyir, zəiflik hiss edir, AT düşür nəbz tez-tez vurur. Bundan sonra xəstənin halı yaxşılaşır və o dərin yuxuya gedir.

  Xəstəliyin xarakterik əlamətləri: döşdə ağrı, öskürək bəlğəmlidir. Ağrı üşütmə ilə bir vaxtda olur, öskürək döşdə ağrı ilə bir yerdə baş verir. Bəğəm əvvəlcə özlü və qəliz, 2 gün pas rəngində olur, proses qurtardıqda isə selikli-irinli olur, hayxırdıqda asanlıqla çıxır.

  Ürək-damar sistemində dəyişiliklər əmələ gəlir,ürəyin işi zəifləyir, nəbz dəqiqədə 100-120-yə qədər artır, çox zaman AT düşür.

  Qarın boşluğu üzvlərində qusma, iştahın azalması, yaxud heç olmaması, bərk susama, meteorizm müşahidə edilir.

  Xəstəliyin ilk günündən sidiyin miqdarı azalır, tünd qırmızı rəngdə olur.

  Bir sıra hallarda xəstələrin huşu özündə olmur.

  Ocaqlı pnevmoniyadaağ ciyərin ayrıca bir paycığında və ya bir qrup paycıqlarında gedən iltihabi prosesləri təsvir edilir. Törədicisi: pnevmokokklar, streptokokklar, stafilakokklar, qripvirusları və s. olur. Xəstəlik tədricən inkişaf edir və çox zaman pnevmoniyadan qabaq bronxit olur, xəstə bu zaman əzgin, zəif olur, baş ağrıları və temper. qalxması müşahidə edilir. Qızdırma gah güclənir, gah zəifləyir, bir qaydada olmur, buna səbəb bəzi ocaqlarda prosesin sönməsi və ağ ciyər toxumasında yeni iltihab proseslərinin əmələ gəlməsidir. Temperatur bir neçə gündən tutmuş 1-2 həftəyə qədər yüksək səviyyədə qalır. Zəifləmiş adamlarda və qocalarda pnevmoniya bəzən normal temperaturda keçir. Bu xəstəliyin mühüm əlaməti selikli irinli öskürək, döşdə ağrı, tezləşmiş səthi tənəffüs (dəqiqədə 30-40), təngnəfəslik və sianozdur.

  Qanda leykositlərin çoxalması (10-15 minə qədər) və EÇS sürətlənir.

  Pnevmoniyalı xəstələr havası yaxşı dəyişilən və gün düşən palatalara qoyulmalıdır. Onun yüngül nəfəs alması üçün çarpayının baş tərəfi bir qədər yuxarı olmalıdır. Dili və ağız boşluğunun selikli qişasını 2%-li hidrogen-peroksid məhlulu ilə isladılmış tamponla silmək lazımdır. Baş ağrısı olduqda başa buz qoymaq lazımdır. Dərman maddələrindən sulfanilamid preparatları (sulfazol, norsulfazol, sulfadimezin və s.) təyin edilir. Bunlardan başqa antibiotiklər (pensilin, streptomissin, tetrasiklin, terramisin və s.) işlədilir. Xəstələrə sinir sistemini sakitləşdirən və yuxu yaxşılaşdıran brom və lyuminal verilir. Ürək-damar sistemini möhkəmlətmək üçün kofein, kamfora, strixnin, etrofantin təyin edirlər. Öskürək və ağrıları kodein, quru bankalar və xardal yaxması kəsir. Xəstələrin yeməyi duru, asan, mənimsənilən, yüksək kalorili və vitaminlərlə zəngin olmalıdır. Xəstə temper. normaya düşdükdən sonra və özünü yaxşı hiss etdikdə 3-4 həftə sonra işə çıxa bilər.

  PLEVRİT. Plevra vərəqələrinin  iltihabi  xəstəliyi  olub, 2-cili  olaraq  ağ  cəyər və digər  orqan  xəstəliklərində  ola  bilər. Rlevritlər  quru  və  ekssudativ  olur.

  Quru  plevrit;  ən  çox  vərəm  etiologiyalı  olur.

  Şikayətləri; zədələnmiş  tərəfdə  ağrı – dərindən  nəfəs  aldıqda,  öskürdükdə,  asqırdıqda  güclənir,  quru  ağrılı  öskürək,  az  selikli  bəlğəm  ifrazı,  t-un  artması,  ümumi  zəiflik,  gecələr  tərləmə.

  Baxma  zamanı xəstə  tərəf  tənəffüsdə  ləngiyir,  həmçinin  xəstə  tərəf  üzərində  yatır. Rlevranın  sürtünmə  küyü  eşidilir.

  Ekssudativ  plevrit; plevral  boşluğa  seroz  maye  toplanır.

Xəstə  tərəfdə  əvvəlcə  ağrı  sonra  maye  toplandıqca,  ağırlıq  hissi  yaranır,  t-ra  39-40 dərəcə  olur,  təngənəfəslik  artır,  tərləmə  iştahsızlıq ,  taxikardiya  olur.Xəstənin  vəziyyəti  ağır  olur.

 Müalicə; çoxlu  maye  yığıldıqda,  plevral  punksiya  edilir.  Əsas  xəstəlik  müalicə  edilir.

 

 

 

34