• en
  • ru

DESMURGİYA NƏQLİYYAT İMMOBİLİZASİYASI

DESMURGİYA NƏQLİYYAT İMMOBİLİZASİYASI

Sarğıların növlərini, onların üsullarını və məqsədini öyrənən cərrahiyyə bölməsinə desmurgiya deyilir.
Desmurgiya-cərrahlığın bir bölməsi olub, sarğıların növlərini və sarğı qoyulması texnikasını öyrənir. Təyin edilməsidən aslı olaraq sarğıları bir neçə növə ayırırlar:
• Möhkəmləndirici sarğılar. Yara nahiyyəsində sarğı materiallarını bərkitmək üçün qoyulur. Bu sarğılar ləçəyəbənzər, sapandabanzər, bintdən, yapışqanlı və plastırlı ola bilər.
• Bint sarğıları bədənin müəyyən hissəsində daimi təzyiq yaratmaq üçün işlədildikdə, məsələn, kiçik qanaxmalar və ya qansızmalar zamanı qoyulduqda ona təzyiqedici sarğı deyilir.
• Hərəkətsiz və ya immobilizasiyaedici sarğılar. Bu tip sarğılar ən çox sakitlik şəraiti yaratmaq üçün bədənin bir hissəsini hərəkətsiz vəziyyətdə saxlamaq məqsədilə tətbiq edilir. Belə sarğılar nəqliyyat sarğıları kimi, sümüklərin sınıqlarını, sümük-oynaq vərəmini, bəzi kəskin iltihabi prosesləri müalicə etdikdə, sümüklərdə və oynaqlarda edilən əməliyyatlardan sonra işlədirlər.
• Sarğı bədənin bu və ya digər hissəsinin vəziyyətini düzəltmək məqsədilə qoyulduqda ona düzəldici sarğı deyilir.
• Hərəkətsiz sarğılar şinalı, nişastalı, yapışqanlı və gipsli ola bilər.
2 növ – yumşaq və bərk sarğılar mövcuddur.
Yumşaq sarğılara bint, ləçəkvarı, yapışqanlı sarğılar, bərk sarğılara—gips, nişastalı, şinalı sarğılar aiddir
Yumşaq—yapışqanlı sarğılar yaraları xarici mühütin təsirindən qorumaq üçün istifadə edilir. Bu zaman sarğı materialı müxtəlif yapışqanlı maddələr—kleol, kolloid, leykoplastır vasitəsilə yaranin kənarlarına yapışdırılır. Yaraya bir neçə qat cuna qoyub kənarlarına kleol sürtülür, sonra cuna salfeti dartılmiş vəziyyətdə kleola yapışdırılıb bir müddət saxlayır, sonra salfet möhkəm dəriyə yapışır. Yapışqanlı maddələrlə (leykoplastır, kleol və s.) bərkidilən sarğıların bint sarğılarına nisbəyən bir sıra üstünlüyü vardır. Onlar sarğı materiallarının sərf edilməsi baxımından sərfəli, texniki cəhətdən sadədir. Sarğı qoymaq üçün çox vaxt tələb olunmur, xəstəni sıxıb ona əziyyət vermir. Hazırda bu sarğılar geniş tətbiq edilir.
Leykoplastırla sarğı. Leykoplastır lentinin eni müxtəlif olaraq rulonlar (makaralar) şəklində buraxılır. O quru dəriyə yaxşı yapışır, lakin uzun müddət işlədikdə plastırın altındakı dəri qıcıqlanır, sarğı islandıqda isə (irinlə və s.) dəridən qopur. Kçik yaranın üstündə sarğı materialını saxlamaq üçün leykoplastırın parçasını sarğının üzərinə qoyub plastırın sərbəst kənarlarını dəriyə yapışdırırlar.
Kolloidli sarğılarda yapışdırıcı maddələri salfetin üstünə sürtürlər.
Ləçək sarğılar. Hazırda ləçək çox vaxt əlin, saidin, bazunun xəstəlik və zədələnmələrində, körpücük sümüyünün sınıqlarında və s. əli asmaq üçün tətbiq edilir. Ləçəkvarı sarğılar—düzbucaqlı 3bucaq şəklində parçadan kəsilmiş və ya bükülmüş ləçəklər vasitəsilə qoyulur.
Yuxarı ətrafı dirsəkdən düz bucaq altında büküb, ləçəyi saidin altından keçirir, onun uzun uclarından birini (yuxarı) xəstə əl tərəfdən köpücük sümüyünün üstünə qoyurlar; ikinci ucu aşağı sallanır, ləçəyin zirvəsi isə dirsəyin altından xaricə çıxır. Ləçəyin aşağı ucunu xəstə əlin önündən yuxarı bükür, onu sağlam tərəfin çiyni üstündən arxada boyuna aparıb, ləçəyin digər ucu ilə bağlayılar. Ləçəyin zirvəsini dirsəyin ətrafına dolayıb onun önündə sancaqla sarğıya bərkidirlər.
Bint sarğıları—bu məqsədlə müxtəlif uzunluqda və enində tənzif sarğılardan istifadə edilir. Eni 5 sm-dən 10-20 sm-dək olan lent şeklində tənzif parçasına (nadir hallarda başqa parçaya) bint deyilir. Bintin enini bədənin hansı hissəsinə sarğı qoyulmasından aslı olaraq seçirlər. 5 sm enində ensiz bint barmaqları sarımaq üçün işlədilir. Orta enlikdə (7-9 sm) bintlər saidi, çiyini, baldırı və başı sarımaq üçün tətbiq edilir. Eyni bintlərlə (9-18 sm) buda, gövdəyə sarğı qoymaq rahat olur. Bintin uzunluğu, adətən, 5-7m-dən artıq olmur. Yumşaq, yağsızlaşdırılmış, yüksək hiqroskopikliyə malik tənzifdən hazırlanmış bintlər daha çox işlədilir. Tənzif bintlər asan dartılır və sarıdıqda bədənin formasına görə yaxşı modelləşir.
Bint sarmağın qaydaları—zərərçəkmiş sarğı qoyulan zamanı rahat vəziyyətdə oturmalı və ya uzanmalı, vəziyyətini dəyişməməlidir. Sarğı qoyan şəxs üzü xəstəyə tərəf olmalıdır ki, ağrı olub-olmamasını görsün. Periferiyadan mərkəzə doğru aparırlar, hər 2 əllə edirlər, sol əllə sarğı tutulur, sağ əllə binti aça—aça saat əqrəbinin istiqamətində soldan sağa doğru sarınır. Hər bir sonrakı dövrə əvvəlkinin 1/2, və ya 2/3 hissəsini örtməlidir. Sarğını qoyduqdan sonra xəstədən sarğının onu narahat edib etməməsi soruşulur, əks halda sarğıdan aşağı hissədə göyərmə və şişkinlik əmələ gələ bilər. Bintin sonu sağlam tərəfdə bərkidilir.
Sarğını yaxşı qoymaq üçün praktikada təkmilləşmiş bintsarıma qaydalarına ciddi riayət etmək lazımdır. Binti sarıyarkən xəstənin vəziyyəti rahat olmalıdır. Bədənin bint sarınan hissəsi tamamiylə hərəkətsiz olmalı və ona bint sarğısından sonra gözlənilən vəziyyət verilməlidir. Bintin möhkəm sarınması üçün onun başcığı bədənin bintlə sarınan hissəsindən kənarda olmamalı, bint bunun üstündən sarınmalıdır. Bintin hər dövrəsi əvvəlki dövrənin yarısını və ya üçdə iki hissəsini örməlidir. Bint sarğısını binti bərkitməklə tamamlayılar. Bintin ucunu iki «quyruğa» cırıb və ya kəsib bint sarınmış ətrafa dolayaraq, yaranın qarşı tərəfində bağlamaq olar. Bintin lap ucundan yox, 5-7 sm uzaqda cırmağa başlamaq və sonra axıra qədər parçalamaq yaxşıdır. Binti tikmək və ya onun ucunu sarğıya sancaqlayıb bərkitmək də olar. Düzgün qoyulmuş sarğıda büküşlər, qırışlar olmamalı, bintin dövrələri sarğıdan ayrılmamalıdır.
Sarğılar qoyulma məqsədindən asılı olaraq müxtəlif olur:
• adi sarğılar—yaraları xarici zərərli təsirlərdən, dərman maddələri və sarğı materiallarını qoruyan sarğılar;
• sıxıcı sarğılar—bu və ya digər orqana daim təzyiq edən (çoz zaman qanaxmaları saxlamaq üçün);
• immobilizəedici sarğılar—zədələnmiş orqanın tam hərəkətsizliyini təmin edən;
• dartıcı sarğılar—bədənin hər hansı bir hissəsini daim dartan sarğılar;
• oklyuzon sarğılar—bədən boşlyqlarını hermetik bağlayan;
• düzəldici—düzgün vəziyətə gətirən.
Bint sarğılarının əsas növləri.
Dairəvi sarğı. Biləyi, baldırın aşağı hissəsini bu üsulla bintlə sarımaq rahat olur. Binti dairəvi sarıyaraq hər bir qabaqkı dövrəni tamamiylə örtürlər. Dairəvi bint sarğısı—bintin sonunu sarğı qoyulan hissəyə qoyub, sol əllə tuturlar, sağ əllə dairəvi olaraq qabaqkı hissənin üzərinə hərlədilir, adətən, biləyə, baldırın aşağı 1/3 hissəsinə, alına, boyuna, qarına qoyulanda istifadə edilir.
Spiral sarğı. Sarğını 2-3 dəfə dairəvi, sonra isə spiral şəklində sarıyır və əvvəlki dövrəni qismən (üçdə iki hissəsini) örtürlər. Bint sarımağın istiqamətindən asılı olaraq sarğı qalxan və ya enən ola bilər. Spiral sarğı—əvvəlki kimi başlanır, 2-3 dövrədən sonra çəp istiqamətdə aparılır, əvvəlki hissənin 2/3—sini örtməklə, dairəvi sarğı aparılır, ya aşağıdan yuxarı ya da yuxarıdan aşağı. Əgər ətrafın qalınlığı eyni deyilsə, o zaman sarğı möhkəm olmur, onda sol əlin baş barmağı ilə aşağı tərəfi tutulur və bint açılır özünə qarşı dartılaraq elə çevrilir ki, yuxarı tərəfi aşağı olsun, sonra yenidən spiral sarğı aparılır, lazım gələrsə bu üsul bir neçə dəfə təkrar olunur.
Xaçabənzər və ya səkkizəbənzər sarğı. Sarğının bu tipi xarici görünüşünə görə bədənin mürəkkəb hissələrinə bint sarımaq üçün münasibdir. Xaç və ya səkkiz şəkilli sarğı—öz formasına və ya gedişinə görə belə adlanır, bint dolaqları 8 şəklində dolanır. 8—varı sarğının müxtəlif formalarından biri də sünbülvarı, yaxınlaşan və uzaqlaşan sarğılardır. Qayıdan sarğılar sarğı materialını başda, güdüldə, barmaqlarda yaxşı saxlanır. Bu sarğılarda bint dolaqları bir-birinin ardınca perpendikulyar şəkildə sarınır. Buna 90 dərəcə bucaq altında qatlama və dairəvi bintləmə ilə nail olurlar.
Sünbülşəkilli sarğı. Bu,səkkizəbənzər sarğının bir növüdür.
Bütün barmaqlar üçün sarğı (“cəngavər əlcəyi”). Bir neçə barmağa ayrı-ayrılıqda bint sarımaq lazım gəldikdə binti barmağa spiral şəklində sarıyıb sonra onu biləyin xarici səthi üzrə aparır və bu üsulla ayrı-ayrılıqda digər barmaqları da sarıyırlar. Sol əldə sarğı çeçələ barmaqdan, sağda isə baş barmaqdan başlanır. Sarğını girdə dövrələrlə biləyin ətrafında tamamlayırlar.
Sadələşdirilmiş sarğılar. Sadələşdirilmiş sarğılar çox müxtəlif olur, rahat qoyulur. Onları bədənin ayr-ayri hissələri üçün xüsusi olaraq, parçalardan biçib düzəldirlər. Məsələn, əl üçün sarğı dördbucaq parcadan bicilib düzəldilə bilər. Burada barmaqlardan ötrü dəliklər açırlar.
Baş sarğıları—sadə sarğı növü—gecə papağından istifadə olunur. Bu zaman 1 m uzunluğunda dar bintin orta hissəsi təpəyə qoyulur, hər 2 tərəfdə qulaq seyvanının önündən aşağı sallanır, tarım çəkilir. Başın ətrafına alın və ənsə nahiyəsindən keçərək 2 dairəvi dolaq qoyulur, 3-cü dairəvi dolaq bağlayıcı bintə çatdıqda, əsas binti ona dolayıb, ənsə tərəfə ötürüb, digər tərəfə aparır, yenə də o biri tərəfdə təkrar edirlər. Hər dəfə binti bağlayıııdan keçirməklə, bint dolaqları tədricən təpəni örtür.
Başın sadə sarğısı (qapaqcıq). Kəllənin təpəsi papaq şəklində qayıdan sarğı ilə örtülə bilər. Binti başın ətrafına iki dövrə sarıyaq, burunun üst hissəsini və ənsə qabarı nahiyyəsini əhatə edirlər. Sonra binti öndə büküb onu başın yan səthi üzrə dairəvi dövrədən bir qədər yuxarı çəpinə aparılır. Bu sarğını iki bintlə etmək daha rahatdır.
Gözə sarğı—qoymağı alın-ənsə nahiyəsindən keçərək, dairəvi dolaqla başlayırlar. 2-ci dolaq ənsə nahiyəsində boyuna yaxın aşağı salınıb, sonra isə qulaq altından üzə çıxararaq gözün üstündən alına aparırlar. 3-cü dolaq bərkitmək üçündür.
Bir göz üçün sarğı. Sarğı başın ətrafında girdə dövrələrlə başlanır, belə ki, sağ göz üçün binti soldan sağa, sol göz üçün isə əksinə, sağdan sola aparırlar. Binti üfüqi şöbələrlə bərkidib, onu arxadan aşağı, ənsəyə salladır və xəstə tərəfdən qulağın altından, yanaqdan yuxarı çəpinə aparıb, onunla xəstə gözü bağlayırlar. Çəp dövrəni dairəvi dövrə ilə bərkidir, sonra yenidən çap dövrə edərək əvvəlki dövrənin yarısını örtürlər. Beləliklə, növbə ilə çəp və dairəvi dövrələr edilərək gözün bütün sahəsi örtülür.
Qulaq nahiyyəsi üçün sarğı. Bir qulağa və məməyəbənzər çıxıntıya neopolitan sarğısı adlanan sarğı qoymaq rahat olur. Qulaq nahiyəsinə neapolitan sarğını –alın-ənsə nahiyəstndən keçən dairəvi dolaqla başlayırlar, sonrakı dolaqlar xəstə tərəfdən tədricən aşağıya endirirlər. Qulağın məməvari çıxıntı nahiyəsini örtukdən sonra sarğını bir neçə dairəvi dolaqla bərkidirlər.
Boyun üçün sarğılar. Boyunun yuxarı hissəsində ənsənin xaçabənzər sarğısını qoymaq olar. Onun dövrələrini dairəvi dövrələrlə növbələşdirmək lazımdır.
Boyunun aşağı hissəsini və bütün boyunu bintlə sarıdıqda, dairəvi dövrələri qoltuq nahiyəsinin üzərindən gələn ənsənin xaçabənzər və kürəyin sünbülşəkilli sarğılarının dövrələri ilə tamamlayırlar.
Ənsə nahiyəsinə və boyuna 8-varı sarğı qoyurlar—başın ətrafına 2 dairəvi dolaq etməklə başlayırlar, sonra sol qulaq arxasından ənsə nahiyəsinə və sağ alt çənə bucağı altından, boynun ön səthinə, oradan da sol alt çənə bucağı altından ənsə nahiyəsindən yuxarı aparılır və bu cür davam etdirilir.
Yüyən tipli sarğı. Alt çənəyə–yüyənvari sarğı qoymaq əlverişlidir. Onu aşağı çənənin yaralanmaları və ya sınıqları zamanı, çıxıqları yerinə saldıqdan sonra və s. müvəffəqiyyətlə tətbiq etmək olar.
Binti dairəvi dolaqla alın- ənsə nahiyəsində bərkitdikdən sonra 2-ci dolaq ənsə nahiyəsindən çəpinə aşağı aparıb alt çənə bucağı altından keçirirlər, qulağın önündən şaquli dolağa keçib, gicgah, çənə, çənəaltı nahiyəni örtürlər. Sonra dolağı çənə altından çəpinə ənsə nahiyəsində şaquli dolaqla alın və ənsə nahiyəsindən keçirirlər. Alt çənəni tam bağlamaq üçün dolaq yenidən ənsə nahiyəsindən çəpinə aşağı əks tərəfə—boynun yan səthinə aparılır, alt çənəyə və boynun digər yarısına qoyulur.
Sapandabənzər sarğılar. Bu cür sarğılar 15-20 sm uzunluqda orta hissəsi bütov qalmaqla hər iki ucu boylama istiqamətdə kəsilmiş, 75-80 sm uzunluqda enli lent şəklində olan sarğlara deyilir. Sapandvarı sarğı—çox vaxt burun, üst dodaq, çənə və başın təpə hissəsi zədələndikdə qoyulur. Belə sarğını enli bintlə, və ya uzunluğu 75-80 sm olan parçadan istifadə etməklə qoymaq olar. Bu məqsədlə binti və ya parçanı hər 2 tərəfdən uzununa elə kəsirlər ki, ortada 15-20 sm qalsın. Kəsilməmiş hissə zədələnmiş hissəyə qoyulur, kəsilmiş uclar çarpazlaşıb, aşağı zolaq yuxarıda, yuxarı zolaq aşağıda qalır. Çarpazlaşmış uclar digər tərəfin müvafiq ucları ilə bağlanır.
AŞAĞI VƏ YUXARI ƏTRAFLARA SARĞILARIN QOYULMASI.
Ələ və mil-bilək oynağı nahiyəsinə adətən 8-varı sarğı qoyulur. Əl və barmaqların iri yaralarını bağlamaq üçün qayıdan sarğılardan istifadə olunur Bazuya spiralvarı sarğı qoymaq əlverişlidir . Dirsək oynağını bükülmüş vəziyyətdə fiksə etmək lazım gəldikdə oraya spiralvarı sarğı qoyulur.
Çiyin oynağına qoyulan sarğı: əvvəlcə bazuya qoltuq çuxuruna yaxın 3-4 dairəvi dolaq qoyulur, 5-ci dolaq qoltuqaltı çuxurdan bir qədər çəpinə yuxarıya, bazunun üst səthindən kürəyə və daha sonra döş qəfəsi ətrafına, dövrənin başlanğıcına qədər aparılır, 6-cı əvvəlkiləri bir qədər örtərək bazunun ətrafına dolanıb qoltuqaltı çuxurdan dolanıb ön səthə, sora isə çəpinə oynağın üstündən kürəyə keçir.
Ayaq pəncəsində yalnız 1-ci barmaq ayrıca sarınır. Ayaq pəncəsinə sarğı sadə üsulla qoyulür, bint baldırın ətrafında bərkidilir, sonra pəncəni bir neçə sirkulyar dövrələrlə dabandan barmaqlara qədər sarıyırlar. Diz oynağına uzaqlaşan sarğı qoymaq lazımdır.
Qarnın aşağı və budun yuxarı 1/3 hissəsinə qoyulan sarğı asan sürüşdüyünə görə bu nahiyələrə kombinəli—qarını, sağrını və budu örtən sarğı qoyulur. Bu cür qoyulur; qarına, qalça darağının üst tinindən keçməklə bir neçə dairəvi dolaq qoyulur. Əgər sarğı sağ budda bərkidilirsə, onda dairəvi dolağın istiqaməti soldan sağa, sol budda bərkidilirsə sağdan sola olur. Sonuncu dairəvi dolaq bel nahiyəsindən çəpinə aşağıya, omadan, sağrıdan, bud oynağının üstündən budun ön səthinə keçir, sonra, çəpinə aşağı, budun ön hissəsinə qoyur, onu budun arxa hissəsindən dolayıb və budun ön hissəsindən çəpinə qasıq birləşməsinə gətirib, qasıq sümüyündən yuxarı belin ətrafına dolayırlar. Sonrakı dövrələr birincidə olduğu kimi təkrar edilir.
Döş qəfəsinə qoyulan sarğılar. Ən sadəsi spiralvari sarğıdır. Çiyin qurşağını və bazunu döş qəfəsinə fiksə edən sarğı Dezo sarğısıdır. Bazu və körpücük sümüklərinin sınığında, bazu oynağının çıxıqlarını yerənə saldıqdan sonra ilk yardım kimi istifadə edilir. Əvvəlcə qol dirsək oynağında düz bucaq altında bükülür, qoltuqaltı çuxura pambıq yumağı qoyulur. Dairəvi dövrələrlə bazu döş qəfəsinə fiksə edilir, istiqaməti sağlam tərəfdən sarıan tərəfə doğru olur. Sonrakı dövrə sağlam tərəfin qoltuqaltı çuxurundan, döş qəfəsinin önundən xəstə çiyinin üstündən arxaya salınıb, dirsəyin altına sonra ona dolanıb sağlam tərəfin qoltuqaltı nahiyəsinə keçir. Arxadan binti xəstə çiyinin üstündən eninə aparıb, aşırırlar və dirsəyin altına keçirib, oradan isə çiynin eni ilə çəpinə yuxarı və qoltuğun altı ilə döş qəfəsinin önünə çıxarırlar. Sonra çəp dolaqlar bir neçə dəfə təkrar edilir.
Yumşaq sarğılara bandajlar və suspenzorilər aiddir.
Bərk sarğılar. Ən yaxşısı gips sarğısıdır. Gips ağ tozdur, suda həll olduqda plastik kütlə əmələ gətirir və bir neçə dəqiqədən sonra bərkiyir. Hal hazırda hazır gipslənmiş bintlər buraxılır. İsti suya binti qoyaraq islanan kimi çıxarılır, ehtiyatla sıxılır, əvvəlcədən düzgün vəziyyətə qoyulmuş, lazımi vəziyyət verilmiş nahiyəyə qoyulur, başlanğıcı dairəvi dolaqlarla bərkidilir lazımi sarğı qoyulur, sarınan hissənin formasını düzgün alması üçün, binti və gipsi həmişə hamarlamaq lazımdır.
Gips sarğılarının qoyulma üsulundan asılı olaraq bir neçə sarğı növü vardır;
1) dairəvi dolaqlarla sarınan kar dairəvi gips sarğısı;
2) şinli və ya longetli sarğılar—ətraf gips növlarla yumşaq bintlə, longetlər dairəvi dolaqlarla, ətrafı fiksə edərək, immobilizasiya edilir, şinli və ya longetli sarğılar dairəvi yumşaq bint sarğısı ilə fiksə edilərək ətrafların imumi inmobilizasiyası gipsli novla yerinə yetirilir.
3) pəncərəli gips sarğısı—dairəvi gips sarğısı olub, bədənin bu və ya digər gipslənmiş hissəsində pəncərə açılır. Bunlardan başqa gipsli bintlərdən açılıb bağlanan longetlər hazırlanır. Belə sarğıların müxtəlif formalarından biri onurğa sütunu vərəmində istifadə edilən çarpayıdır. Belə sarğıları ilk yardım göstərdikdə qoymaq olmaz.
Eyni zamanda sınıqlar zamanı ilk yardım göstərmək üçün əsas tədbir, sınıq nahiyəsində sümüklərin hərəkətsizliyini, immobilizasiyasını təmin etməkdir. Bu ağrını azaldır, sınmış sümüklərin bir—birindən aralanmamasını təmin edir, iti sümük ucları ilə qan damarlarının sinirlərin, əzələlərin zədələnməsinin qarşısını alır və xəstənin xəstəxanaya aparılmasının asanlaşdırır. İmmobilizasiya standart şinlər vasitəsilə yerinə yetirilir.
Aşağı ətrafın sınıqları zamanı ən yaxşı nəqliyyat şini Diteriks şinidir. Bununla baldırın, budun, çanaq-bud oynağının sınıqları zamanı yaxşı immobilizasiya edilir. Bu şin uzunluğu asan dəyişdirilə bilən 2 ağac şindən və ayaq pəncəsi üçün taxta ayaqaltısından ibarətdir. O, paltarın üstündən qoyulur, bintləmə pəncədən başlanır (ayyaqqabını çıxartmadan). Şinin uzunluğu zərərçəkənin boyuna müvafiq düzəldilir; şinin xarici hissəsi (uzun hissəsi) xəstənin qoltuqaltı çuxuruna dirənməlidir. Əks tərəfi isə 12-15sm pəncədən çıxmalıdır; şinin daxili hissəsi aralığa dirənməlidir və pəncədən 12-15 sm aşağıda olmalıdır. Yan şinlər əvvəlcə pəncədə olan ilmələrdən keçir, sonra qasıq və qoltuqaltı nahiyədə dayanır. Pəncədən çıxan hissəni köndələn taxta ilə birləşdirirlər. Bütün şini döş qəfəsinə, qarına, buda, baldıra qaytanlarla, bintlərlə, və s. fiksə edirlər. Taxta ayaqaltından qoltuqaltınadək möhkəm 2 qat qaytan keçirirlər, qaytanı burmaqla, ətraf bir qədər tarıma çəkilir.
Başqa hazır nəqliyyat şinlərindən ən geniş yayılanı Kramerin məftildən hazırlanmış pilləli şinidir. Şinin uzunluğu 1m, eni 10-15sm-dir. Şinə istənilən formanı vermək olar. Lazım olduqda 2-3 şini birləşdirirlər.
Bazunu, ayaq pəncəsini immobilizə etmək üçün torvarı şindən çox istifadə edilir. Bu növ şin nazik yumşaq məftildən hazırlanır, ona ətrafın istənilən formsını vermək olar. Bu şinlərdən başqa fanel və kartondan hazırlanmış hazır şinlər də vardır.

 

32