• en
  • ru

Fərdi mühafizə vasitələri

Fərdi mühafizə vasitələri

 Mövzunu hazırladılar:  biologiya üzrə fəlsəfə doktoru, dosent Zamanova  Sevda Xasay q. 
 baş müəllim Məmmədova Nahidə Məcid q.
Mülki Müdafiə  və Tibbi biliklərin əsasları, Bədən tərbiyəsi           kafedrası. ADU

Fərdi mühafizə vasitələri – xüsusi cihazlar, əşyalar, ayaqqabı, geyim və dərman preparatları olub, insanın şəxsi istifadəsi üçün hazırlanmış və müasir silahların zədələyici təsirinin, həmçinin istehsal prosesərinin və ətraf mühitin zədələyici faktorlarının təsirini aradan qaldırmaq və ya azaltmaq məqsədi daşıyır. Fərdi mühafizə vasitələri zədələyici və ziyanverici faktorların növlərini (mexaniki, termiki, işıq, kimyəvi, bioloji, radiasiya və s.), onların xarakterini, təsir mexanizmini və mümkün müştərək (zərərli) təsirlərini nəzərə alaraq hazırlanır.

Fərdi mühafizə vasitələri

Dəri mühafizə vasitələri
Tibbi muhafizə vasitələri

Tənəffüs üzvlərinin mühafizə vasitələri

Mühafizə prinsipinə görə fərdi mühafizə vasitələri filtrasiya edici və izolə edici növlərə ayırd edilir.
Fitrasiya prinsipi insanın həyat fəaliyyətini təmin etmək üçün lazıim olan havada olan zərərli qarışıqların həmin vasitələrdən keçərkən təmizlənməsinə əsaslanır. İzolə edici mühafizə vasitələri insan orqanizmini ətraf mühitdən tamamilə təcrid edir, müəyyən materialların köməyi ilə havanın və zərərli qarışıqların keçməməzliyini təmin edir.
Hazırlanma prinsipinə görə fərdi mühafizə vasitələri aşağıdakı növlərə bölünür: sənaye üsulu ilə hazırlanmış və əhali tərəfindən əlaltı materiallardan hazırlanmış sadə vasitələr.
İnsanlarda tənəffüs üzvlərinin etibarlı qoruyan vasitə əleyhiqazlardır.

Tənəffüs üzvlərinin mühafizə vasitələri:
Əleyhiqazlar
Mülkü əhali üçün fərdi mühafizə vasitələri:
Mülkü vətənlaşlar üçün filtrasiya edici əleyhiqazlar
QP-5: QP-7: QP-7B: QP-7BM: QP-9: QP-10: QP-21.
Universal mühafizə sistemi BK: BK MQP maskası və BK PPM-88 maskası ilə
Uşaq əleyhiqazı PDF: PDF-2D və PDF-2Ş
Uşaq mühafizə kamerası: KZD-6
Universal müdafiə patronlar komplekti PZU-K
İzolə edici əleyhiqazlar (şlanqlı) PŞ
DŞA-99: Şlanqlı tənəffüs apparıtı DŞA-99 qəza balonu ilə
İzolə edici əleyhiqazlar:
İP-4: İP-4M: İP-4MK
İP-5: İP-5: İP-5M
İP-6

Respiratorlar
Universal: LUR-QP, Strela 10203, RU-60M respirator qaz-toz əleyhi,
Qazdan müdafiə edənlər: RPQ-67
Toz əleyhi:
FORT-P
Respiratorlar ŞB-1 “Lepestok” (toz əleyhi, aerozol əleyhi): ŞB-1 “Lepestok-200”, ŞB-1 “Lepestok-40”
U-2K: U-2Km və U-2K tozəleyhi respirator
F-62Ş tozəleyhi respirator
“Ural” – tozəleyhi respirator
“Kama-200” – tozəleyhi respirator
“Listok” – tozəleyhi respirator RTM-1
Qaz-tüstü mühafizə respiratorları:
“Lepestok-40-2V”
“Lepestok-100-2V”

Əleyhiqaz – tənəffüs üzvlərinin qoruyur, həmçinin görmə orqanını və üzü qoruyan əleyhiqazlar da mövcuddur. Əleyhiqazlar müdafiə xüsusiyyətlərinin tipinə görə bölünürlər:
Filtrasiya edici – zəhərləyici maddələrin konkret növündən və əhatə edən havanın zəhərli tərkib hissələrindən filtrasiyasıya edir; adətən filtrasiya edici elementin əvəz edilməsi mümkün olur.
İzolə edici – tənəffüs orqanları ətraf mühitin oksigeni ilə deyil, oksigenlə zənginləşdirici sistemin və bərpaedici patronun generasiya etdiyi hava ilə tənəffüs edirlər.
Şlanqlı – müxtəlif qapalı mühitlərdə işləyən zaman hava qarışığı müəyyən məsafədən (10-40 m) verilir.
Əleyhiqaz 3 vəziyyətdə daşınır: «səyyar», «hazır» və «döyüş».
Əleyhiqazı «səyyar» vəziyyətdə daşımal üçün lazımdır: əleyhiqaz çantasını sab çiyinə elə taxırlar ki, o sod tərəfdə dayansın və klapanı özündən əks tərəfə yönəlsin; çiyinə taxılan kəməri elə nizamlamaq lazımdır ki, çantanın yuxarı kənarı bel kəməri səviyyəsində olsun; çantanın klapanını açıb əleyhiqazı çıxarmaq, istifadəyə yaralılığını yoxlamaq, üz hissənin düzgün bərkidildiyini, gözlüklərin şüşələrinin şəffaflığını və nəfəs vermə klapanlarını yoxlamaq, çirkli şüşələri təmizləmək, tərləməyən plyonkalar şəffalığını itiribsə – dəyişmək lazımdır; sonra çantaya yerləşdirmək, klapanı bağlamaqlazımdır;çantanı bir qədər geriyə yerləşdirmək lazımdır ki, yeriş zamanı qollara mane olmasın və lazım gələrsə çanta bağ vasitəsilə kəmərə bərkidilir.
Əleyhiqazı hazır vəziyyətə gətirən zaman çantanın klapanı açılır, əleyhiqaz bel bağı vasitəsilə bədənə bərkidilir, baş örtüyü (dəmir kaska) çənə altı bağları boşaldılır, yaxud xüsusi geyim vasitəsinin baş hissəsi açılır. Adətən çiyin kəməri əşya kisəsinin bağlarının altına, OP-1M plaşının tutacaqlarının üstünə yerləşdirilir.Əleyhiqazı bel kəmərində daşımaq üçün, kəmər çıxardılır çantanın arxa divarunda olan asılqana taxılırvə bədənə elə bərkidilir ki, yerişə mane olmasın.
«Kimya hayacanı» siqnalı və ya «Qazlar» əmri verilərkən əleyhiqaz «döyüş» vəziyyətinə gətirilir.
Əleyhiqazı «döyüş» vəziyyətinə gətirmək üçün lazımdır: nəfəsi saxlayıb, gözlər örtülür, lazım gələrsə silah kənara qoyulur; əleyhiqaz çıxarılır, şlem-maska 2 əllə hər tərəfdən aşağı tərəfindən elə tutulur ki, baş barmaq bayır, qalan barmaqlar iç tərəfində yerləşsin; şlem-maskanın aşağı hissəsini çənənin altına yerləşdirdikdən sonraəllərin kəskin hərəkəti ilə yuxarı arxaya dartaraq başa geyindirtlir və çalışmaq lazımdır ki, bu zaman qırışlar əmələ gəlməsin, gözlük hissəsi isə düz gözlərə qarşı gəlsin; əgər şlem-maskanı başa geyinən zaman əyriliklər və ya qatlar əmələ gələrsə onlar aradan qaldırılır, tərin nəfəs verilərək gözlər açılır və tənəffüs hərəkətləri bərpa edilir.
PMK və PMK-2 tipli əleyhiqazların maska hissəsi «döyüş» vəziyyətinə gətirilərkən, hər ələ yan bağlar götürülür (alın bağı isə sərbəst qalır), onlar kənarlara dartılır, çənə üz hissənin aşağı çuxuruna qoyulur, üz hissə əllər vasitəsilə yuxarı və arxaya çəkməklə başa taxılır. Maskanın əyriliyi düzəldilir, üz hissənin kənarları və bağlar yoxlanır. Əmin olmaq lazımdır ki, üz hissə yerinə elə otursun ki, həm sakit, həm də başın kəskin hərəkətləri və yuxarı-aşağı və kənarlara hərəkəti zamanı üzdən ayrılmasın.
Əleyhiqazı uzanmış vəziyyətdə geyinərkən lazımdır: nəfəsi saxlamaq, gözləri qapamaq, silahı kənara qoymaq; baş örtüyü çıxardılır; əleyhiqaz çantadan çıxarılıb başa geyindirilir; nəfəs verilir, gözlər açılır, tənəffüs bərpa olunur.
Yaralanmış şəxsə əleyhiqaz geyindirilərkən onun vəziyyətini və şəraiti nəzərə alaraq ya uzandırılır, ya da otuzdurulur, əleyhiqaz çantadan çıxarılaraq, həmin şəxsin başına geyindirilir.

Mülkü əleyhiqaz QP-7

QP-7 əleyhiqazı yaşlı əhalinin, mülki müdafiə qüvvələrinin hərbiləşdirilməmiş dəstələrinin şəxsi heyətinin tənəffüs üzvlərini, sifətini və gözlərini ətraf mühitdəki müxtəlif zəhərli qatışıqlardan-zəhərli maddələrdən, radioaktiv tozdan, bakterial aerozollardan mühafizə etmək üçündür.
Tərkibi. Üz hissədən, tərləməyən şüşələrdən, filtrasiya edici-uducu qutudan və çantadan ibarətdir. Üz hissə-gözlər üçün geniş şüşələrdən ibarət maskadır, qulaqları örtmür. Əleyhiqazda danışıq üçün qurğu var, bu da ünsiyyət etməyi asanlaşdırır. Hər hansı fiziki gərginlik zamanı şüşələr tərləməməsi üçün xüsusi plyonkalardan istifadə edilir. Bu əleyhiqazın baş hissəsinin xüsusi təsbit edicisi olduğu üçün yaşlı adamlar, ağ ciyər və ürək-damar xəstəlikləri olan insanlar üçün daha əlverişlidir.
QP-7 əleyhiqazı əhali üçün son və təkmilləşdirilmiş əleyhiqazlardan biridir. O, ümumi təsirli, dəri-zədələyici, sinir-iflic edici və digər zəhərli maddələrdən tam mühafizəni təmin edir. Onun uyğunluğu başın vertikal və üfüqi ölçülərini ölçməklə müəyyən edilir. Üz hissəsi 3 ölçüdə zahırlanır: 1, 2, 3.
Əleyhiqaz aşağıdakı markalı üz hissəsi ilə komplektləşdirilir: ŞMP, MQP (MQP-B), MQP-BM Super, PPM-88.
MQP-B və MQP-BM Super maskalarında su içmək üçün qurğu var və həmin qurğu yoluxmuş zonada işləyərkən flyaqadan (su qabı) su içməyə imkan verir.
MQP (MQP-B), MQP-BM Super və PPM-88 maskalarının danişıq aparmaq üçün xüsusi qurğuları var. Tərləməyən örtüklərin istifadəsi əleyhiqazda fiziki iş zamanı şüşələrin şəffaflığını təmin edir.
Şəkil QP-7B
Filtrasiya edici UZS (universal müdafiə vasitəsi) BK (hazırlanma tarixi 9.05.95)

Təyinatı. Filtrasiya edici əleyhiqaz UZS BK, fövqəladə hallarda, qəza hallarında, təbii və texnogen xarakterli FH nəticələrinin aradan qaldırılmasında xilasedicilərin, FHN dəstələrinin üzvlərinin, Mülki müdafiə qeyri-ştat qəza-xilasetmə dəstələrinin, həmçinin əhalinin və istehsalatda çalışanların tənəffüs üzvlərini, sifətini və gözlərini mühafizə edən fərdi mühafizə vasitələri kompleksinə aiddir.
Tərkibi. UZS BK əleyhiqazı üz hissədən (MQP, MQP-B və ya MQP-BM Super maskaları), filtrasiya edici-uducu sistemdən (FPS):BK 320 və ya BK 600 filtrlərindən, birləşdirici borudan, əleyhiqazın saxlanması və daşınması üçün çantadan ibarətdir.
Tətbiqi. Əleyhiqaz havada oksigenin miqdarı 17%-dən az olduqda, zəhərli maddələrin miqdarının cəmi 0,1%-dən çox olduqda 1-ci sinif müdafiə vasitəsi BK 320 filtri ilə, 0,5%-dən çox olduqda 2-ci sinif müdafiə vasitəsi BK 600 filtri ilə istifadə edilir.
UZS BK əleyhiqazı mülki əleyhiqaz QP-7 və onun modifikasiyalarının alternatividir.
Müdafiə xüsusiyyətləri. UZS BK əleyhiqazı qaynama tempraturası 65 dərəcədən yüksək olan üzvü turşu buxarlarından, ammonyak və onun üzvü törəmələrindən, zəhərli kimyəvi maddələrdən (sian-xlorid, zarin, zoman, fosgen və s.) radioaktiv maddələrdən, aerozollardan, həmçinin bioloji vasitələrdən mühafizə edir.
Üçüncü tip fərdi mühafizə vasitəsi kimi xilasediciləri ammonyak, asetonitril, hidrogen florid, hidrogen xlorid, kükükrd dioksid, hidrogen sulfid, fosgen, xlor, xlorpikrindən BK 320 filtri ilə 240 dəqiqə, BK 600 filtri ilə 360 dəqiqədən az olmayaraq mühafizə edir.

Filtrasiya edici əleyhiqaz BK (2000)

Təyinatı. Filtrasiya edici əleyhiqaz BK, fövqəladə hallarda, qəza hallarında, təbii və texnogen xarakterli FH nəticələrinin aradan qaldırılmasında xilasedicilərin, FHN dəstələrinin üzvlərinin, Mülki müdafiə qeyri-ştat qəza-xilasetmə dəstələrinin, həmçinin əhalinin və istehsalatda çalışanların tənəffüs üzvlərini, sifətini və gözlərini zəhərləyici maddələrdən (ZM), təhlükəli bioloji maddələrdən (TBM), radioaktiv maddələrdən (RM), qəza kimyəvi təhlükəli maddələrdən: turş qazlar və buxarlar, ammonyak, üzvü maddələrin buxarlarından və s. mühafizə edən fərdi mühafizə vasitələri kompleksinə aiddir.
BK əleyhiqazı mülki əleyhiqaz QP-7 və onun modifikasiyalarının alternatividir, əlavə DPQ-3 patronu var. Ona görə də daha etibarlıdır, qənaət edicidir və geniş spektr zərərli maddələrdən mühafizə edir.
Tərkibi. BK əleyhiqazı MQP (MQP-B) üz hissəsindən, filtrasiya edici-uducu BK qutusundan, birləşdirici borudan, çantadan ibarətdir. Filtrasiya edici-uducu BK qutusu və birləşdirici boru universial mühafizə sistemini BK (UZS BK) təşkil edir.
Tətbiqi. BK əleyhiqazı çox dəfə istifadə olunan qaza-xilasetmə vasitəsidir, havada oksigenin həcmi 17 %-dən az olduqda -400 ilə +400 arasında bütün iqlim zonalarında istifadə edilə bilər.
Mühafizə xüsusiyyətləri. BK əleyhiqazı təkcə yuxarıda sadalanan maddələrdən deyil, həm də geniş spektr qəza kimya maddələrindən mühafizə edir:
• Xlor; tetraetil qurğuşun; fosgen;
• Ammonyak; fenol; etilmerkaptan;
• Dimetilamin; hidrogensianid; hidrogensulfid;
• Nitrobenzol; Sianxlorid; hidrogen xlorid.
• Kükürd hidridi; furfurol;
Şəkil № BK əleyhiqazı MQP maskası ilə.
Uşaqlar üçün əleyhiqaz PDF

Hal-hazırda uşaqlar üçün əleyhiqazlardan ən mükəmməl modellər PDF-2D (məktəbəqədər uşaqlar üçün) və PDF-2Ş-dir (məktəb yaşlı uşaqlar üçün).
Əleyhiqaz 1,5 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub, uşaqların tənəffüs üzvlərini, sifətini və gözlərini zəhərləyici maddələrdən, bioloji aerozollardan və radioaktiv tozlardan qoruyur.
Tərkibi. Filtrasiya edici-uducu qutu QP-7k, MD-4 (maska detskaya) üz hissə, tərləməyən plyonkalarla qutu və çanta. PDF-2D 1və 2 ölçülü üz hissəsi ilə, PDF-2Ş isə 2 və 3 ölçülü üz hissəsi ilə komplektləşdirilib. Komplektin çəkisi: məktəbəqədər uşaq komplekti-750 q, məktəb yaşlı isə 850 q-dan artıq olmur. Filtrasiya edici və uducu qutu öz quruluşuna görə QP-5 əleyhiqazının qutusu kimidir, lakin havaya müqaviməti azdır.
Əleyhiqazı 2 hissəli çantada saxlayırlar: bir hissəsində üz maskası, digər hissəsində
filtrasiya edici-uducu qutu saxlanır. Çantanın daxilində xüsusi cibdə- tərləməyən plyonkalarla qutu, üz cibində isə fərdi kimya əleyhi paket olur.
Uyğun ölçüdə qutu QP-7 əleyhi qazı kimi seçilir. Başın üfüqi və vertikal ölçüləri ölçülür, ölçülər 5mm-ə qədər yuvarqlaşdırırlar. Sonra xüsusi cədvəl ilə seçilir.
Uşaq müdafiə kamerası

Uşaq müdafiə kamerası KZD-4 və KZD-6 ən kiçik yaşlı uşaqları-yaş yarımına qədər körpələri zəhərləyici maddələrdən, radioaktiv yod və tozdan, bakterial vasitələrdən qoruyur. Hər ikisi örtükdən, metal qəfəsdən, altlıqdan, sıxıcıdan və çiyin bağlarından ibarətdir.
KZD-6 tipi KZD-4 tipindən bir neçə fərqi var: 1-ci uşaqların onlarda qalma müddəti 6 saatdır (havanın tempraturu -100 S-dən +260 S-yə qədər); 2-si rahatlıq üçün uşaqla əlaqəni asanlaşdıran əlcəyin uzunluğu artırılmışdır; 3-sü uşaq qidasını saxlayıcı bərkidilmişdir, həmçinin, polietilen örtük əlavə edilmişdir. Həmin örtük yağış zamanı kameranın üzərinə örtülür və suyun tərkibində olan maddələrin hopmasının qarşısını alır.
Uşaq kamerasını bağlar vasitəsilə çiyində yaxud da kolyaskada daşımaq olur.
Kameranın mühafizə xüsusiyyəti ona əsaslanır ki, hazırlandığı material oksigen və karbon qazının diffuziya olunmasına kamera daxilində və xaricində olan təzyiq fərqinə əsasən imkan verir. Zəhərləyici maddələr isə bu material tərəfindən udulur və daxilə keçmir.
Uşaqları kameraya yerləşdirərkən nəzərə almaq lazımdır ki, onun daxilində hərarət havadakından 3-4 dərəcə yuxarı olur. Buna görə də daima uşuğı nəzarətdə saxlamaq lazımdır.
Kamera uşuq olan otaqda və açıq vəziyyətdə saxlanmalıdır ki, havalandırılsın.
Uşaqları kameraya yerləşdirərkən başını pəncərə tərəfə, ayaqlarını isə çıxacaq hissəyə qoymaq lazımdır. Kameranın daxilinə həm də uşaq qidası ilə dolu şüşə qab, oyuncaq, 1-2 ehtiyat uşaq bezi qoyulur. Sonra hermetik bağlanır.

Filtrasiya edici əleyhiqaz PFMQ-96 (2007-ci il)

Təyinatı. PFMQ-96 əleyhiqazı insanın tənəffüs üzvlərini, gözlərini və üzünü iş zonasının havasında olan zəhərli qaz və buxar halında olan maddə və aerozollardan mühafizə edir.
Tətbiqi. Əleyhiqaz havada oksigenin miqdarı 17%-dən az olduqda, zəhərli maddələrin miqdarının cəmi 0,1%-dən çox olduqda 1-ci sinif müdafiə vasitəsi, 0,5%-dən çox olduqda 2-ci sinif müdafiə vasitəsi istifadə edilir (civə buxarları istisna olmaqla-havada miqdarı 0,0001%-dən çox olmamalıdır).
Tərkibi. PFMQ-96 əleyhiqazı üz hissədən (MAQ maskası, PPM-88 maskası və ya Şlem-maska ŞMP), DOT və ya BK filtrindən və əleyhiqazı daşımaq üçün çantadan ibarətdir. Filtrlər uducunun həcmindən (220, 250, 320, 460sm3) və aerozol əleyhi filtrin olması və ya onun olmaması ilə fərqlənir.
Filtrlərin tərkibi. Kombinə olunmuş filtrlər eyni zamanda qazlardan, toz, tüstü, duman halında olan buxarlardan; qaz əleyhilər isə-qazlardan və buxarlardan mühafizə edir.
DOT və BK filtrləri yüksək effektivli uducularla təchiz olunmuşdur. Əleyhiqazın markası filtrin markasına uyğundur.

Sənaye əleyhiqazı PFM
Kiçik ölçülü filtrasiya edici sənaye əleyhiqazı PFM-1 tənəffüs üzvlərini, üzü, gözləri havada qaz, toz və aerozol (toz, tüstü, duman) halında olan zəhərli qatışıqlardan mühafizə üçün nəzərdə tutulmuşdur.
Komplektin tərkibinə daxildir: üz hissə, kiçik ölçülü filtrasiya edici – uducu qutu, çanta, sürtgü olan flakon.
PFM-1 əleyhiqazı təyinatına görə aşağıdakı zəhərli qatışıqlardan etibarlı mühafizəni təmin edir:
• A-üzvü birləşmələr, fosfor- və xlorüzvü zəhərli kimyəvi maddələrdən;
• B-turş qazlar və buxarlar;
• K-ammonyak;
• KD-ammonyak, hidrogen sulfid;
• E- mərgümüş və hidrogen-fosfid;
• MKF-turş qazlar və buxarlar, üzvü birləşmələr, mərgümüş və hidrogen-fosfid;
• Q-civə buxarları;
• H-azot oksidləri.
İzolə edici əleyhiqazlar

İzolə edici əleyhiqazlar İP-4M, İP-4MK, İP-4MP;
İzolə edici əleyhiqaz İP-6
İzoləedici əleyhiqazlar filtrasiyaedizi əleyhiqazlar etibarlı mühafizəni təmin etmədikdə istifadə edilir, məsələn, ətraf mühitdə oksigen çatmamazlığı zamanı. İzoləedici əleyhiqazların 2 növü vardır: tərkibində olan kimyəvi prepatlar əsasında tətbiq edilən və balonlarda sıxılmış oksigen olan əleyhiqazlar. Kimyəvi preparatlar əsasında tətbiq edilən əleyhiqazlarda nəfəs verərkən tərkibində su buxarları və karbon qazı olan tənəffüs havası patrona daxil olur və udulur; sonra hava tənəffüs edilən kisəyə keçir.
İzoləedici əleyhiqazlar filtrasiyaedici əleyhiqazlar mühafizəni təmin etmədikdə, məsələn, ətraf mühitdə lazımi qədər oksigen olmadıqda istifadə edilir. İzoləedici əleyhiqazların kimyəvi preparatlar və balonlarda sıxılmış oksigenlə istifadə edilən növləri vardır. Kimyəvi preparatlarla işləyən izoləedici əleyhiqazda hava nəfəs verərkən patrona daxil olur, tərkibindəki su buxarları və karbon qazı udulur, təmiz oksigen ayrılır; sonra hava tənəffüs kisəsinə keçir.
Təyinatı. İzolə edici əleyhiqazlar qəza xidməti, qazdan xilasetmə və bərpa işlərində atmosfer havasının tərkibindən və onda olan qatışıqların konsentrasiyasından asılı olmayaraq, həmçinin oksigen çatmamazlığında, insanın tənəffüs üzvlərinin, üzünü, gözlərini mühafizə edir. Əleyhiqazın iş prinsipi insanın tənəffüsü zamanı verilən havanın karbon qazının və nəmliyinin xüsusi bərpaedici tərəfindən udulması və eyni zamanda nəfəs almaq üçün lazımi miqdarda əleyhiqazın içərisinə oksigen verilməsinə əsaslanır. Əleyhiqazlar xüsusi qurğu vasitəsilə işə salınır; onun daxilində tənəffüs qapalı sxemlə həyata keçir.
Tərkibi: üz hissə, büzməli boru, işə başladıcı xüsusi qurğu ilə bərpa edici patron, izafi təzyiqli klapanlı tənəffüs kisəsi, çanta.
Diqqət. Əleyhiqazlar və bərpaedici patronlar ayrı-ayrılıqda təmin edilir!
İzoləedici əleyhiqazlar (İP) tənəffüs orqanlarının, gözlərin, üzün dərisinin xüsusi mühafizə vasitəsi olub, onları atmosfer havasının tərkibindən və onda olan qatışıqların konsentrasiyasından asılı olmayaraq mühafizə edir və filtrasiya edici əleyhiqazlar olmadıqda fövqəladı hallar zamanı tətbiq edilir. Məsələn:
1. Havada olan zəhərləyici maddələrin və zərərli qatışıqların filtrasiya edici əleyhiqazlar tərəfindən pis və ya tamamilə təmizlənə bilinməməsi hallarında
2. Havada olan zəhərləyici maddələrin və zərərli qatışıqların yüksək konsentrasiyaları zamanı filtrasiya edici əleyhiqazlardan onların daxilə sızması hallarında
3. Havada oksigenini miqdarı 16%-dən az olduğu zaman oksigen çatmamazlığı hallarında
4. Su altında 7 metrdən artıq dərinlikdə işləyən zaman
5. Tənəffüs üzvlərinin tam təcrid edilməsi lazım olan digər hallarda
Tənəffüs üzvlərinin tam təcrid edilməsi üçün lazım olan vaxt göstəricisi oksigen ehtiyatından və görülən işin xarakterindən asılıdır. İP aşağıdakı növləri ayırd edilir:
• kimyəvi birləşmiş oksigen əsasında işləyən əleyhiqazlar
• sıxılmış hava və ya oksigen əsasında işləyən əleyhiqazlar.
İP əleyhiqazında olan hava həcmi fəaliyyət müddətində daima bərpa olunur. Bərpa- tənəffüs zamanı verilən havanın tərkibindəki karbon qazına və nəmliyə sərf olunmuş oksigenin əvəzlənməsi deməkdir.

İP-4

İP-5

İP-4M İP-6
Əleyhiqazlar RP-4-01, RP-7, RP-7B, RP-4P markalı bərpaedici (regenerasiyaedici) patronlar və MİA-1(3 ölçüdə istehsal olunur) maskası ilə komplektləşdirilir.
Maskalarda tərləməyən plyonkaların və aşağı tempraturalarda isidici manjetlərin tətbiqi hər hansı fiziki gərginlik zamanı əleyhiqazlarda iş zamanı şüşələrin şəffaflığını təmin edir. Danışıq aparmaq üçün qurğunun olması texniki vasitələrin köməyi ilə əlaqə yaratmağa imkan verir.
İP-4M, İP-4MK, İP-4MP və İP-6 əleyhiqazları dərini mühafizə edən fərdi mühafizə vasitələri ilə birlikdə kimya, metallurgiya, neft-qaz, kömür sənayesində, qapalı obyektlərdə qəzaların nəticələrinin aradan qaldırılmasında, təmir işlərinin yerinə yetirilməsində istifadə edilir.
Əleyhiqazlar hər istifadədən sonra bərpaedici patronu yenisi ilə əvəz etməklə çox dəfə istifadə edilə bilən mühafizə vasitəsidir.

Tənəffüs qurğusu PDU-3 (Portativ mənəffüs qurğusu)
Portativ mənəffüs qurğusu PDU-3 qəza vəziyyətində insanı müstəqil olaraq qaz-hava qatışığı ilə təmin etmək üçün nəzərdə tutulmuş qurğudur.
Portativ mənəffüs qurğusu PDU-3 qaz çıxırdılmasında və qaz emel edilməsi sənayesində istifadə edilir. Həmçinin, kimya və metallurgiya sənayesində, zərərli maddələrin havaya buraxılması ilə əlaqədar çox yüksəkqəza ehtimalı olan sahələrdə də istifadə edilə bilər.
Portativ mənəffüs qurğusu PDU-3 görmə və tənəffüs üzvlərini etibarlı mühafizə edən hər bir insanın üz qurluşuna uyğun universal maskaya malikdir. Maskanın quruluşu danışıq aparmağa imkan verir. PDU-3 qurğusunda orta ağırlıqlı gərginlik zamanı qalma müddəti 20 dəqiqəyə qədərdir. Qurğunun çəkisi təqribən 1,7 kq-dır. İstismar müddəti 5 ildir.

Tənəffüs aparatı PDA-3M
Portativ tənəffüs aparatı PDA-3M fövqəladə hallarda-tənəffüs üçün yararlı olmayan atmosferada və qəza xilasetmə işlərində, həmçinin kömək gözləyən zaman insanın tənəffüs üzvlərini, gözlərini və üzün dərisini mühafizə etmək üçün nəzərdə tutulmuş aparatdır.
Portativ tənəffüs aparatı PDA-3M iş prinsipi insan tənəffüs edərkən verilən havanın tərkibindəki karbon qazının və su buxarlarının regenerativ patron tərəfindən udulmasına və eyni zamanda onunla oksigen verilməsinə əsaslanır. Portativ tənəffüs aparatının hər 20-40 saniyə ərzində 10 litrə qədər oksigen ifraz edən start edici mezanizmi vardır.
Portativ tənəffüs aparatı PDA-3M danışıq aparmağa imkan verən bir ölçülü maska ilə təchiz edilmişdir. Aparat şaxtalarda, kömür emalı müəssisələrində, nəqliyyatda, kimya, metallurgiya və qaz sənayesində zərəli qazlarla zəhərlənmiş atmosferada və qaza zamanı istifadə edilə bilər. Həmin aparatda etibarlı tühafizə müddəti 50 dəqiqəyə qədərdir. Çəkisi futlyarda 3,1 kq-dır. Saxlama müddəti (qablaşdırılmış halda) 10 ilə qədərdir.

Özünü xilasedici SPİ-20
İzolə edici sənaye özünü xilasedicisi SPİ-20 (SPİ-50) tənəffüs üzvlərini və gözləri ekstern (qiyabi) mühafizə vasitəsi olub, hündür mərtəbəli binalarda, otellərdə yanğın şəraitində, bütün nəqliyyat növlərində və metroda qəza hallarında xilas etmə, evakuasiya zamanı istifadə edilir.
İzolə edici sənaye özünü xilasedicisi universal ölçüdə mühafizə kolpakı ilə təchiz olunmuşdur. Həmin kolpakdan sakkalı, bığı, müəyyən saç düzümü, eynəyi olan hər bir kəs istifadə edə bilər. Kolpak başı və saçları açıq alovla qısa müddətli təmas zamanı alov qığılcımlarından qoruyur.
İzolə edici sənaye özünü xilasedicisi SPİ-20 (SPİ-50) istifadəsi çox asandır, ondan istifadə etmək üçün əvvəlcədən hazırlıq tələb olunmur, müəyyən istifadə müddəti vardır. İstifadə üçün təlimat qablaşdırmanın içində yerləşir və çox asandır. Mühafizə müddətinə görə 2 növ müxtəlifliyi var: SPİ-20 və SPİ-50. SPİ-20 növündə–evakuasiya zamanı-mühafizə müddəti-20 dəqiqə; kömək gözləyən vaxtı-40 dəqiqə: SPİ-50 növündə -evakuasiya zamanı-mühafizə müddəti-40 dəqiqə; kömək gözləyən vaxtı-150 dəqiqə.

Şaxta özünü xilasedici ŞSS-T
Şaxta özünü xilasedici ŞSS-T personalın təhlükəli zonadan evakuasiyası zamanı və kömür istehsalı və digər müəssisələrdə şaxtalarda qəzanın yayılmasının qarşısını alan ilkin tədbirlər zamanı tətbiq edilir.
Şaxta özünü xilasedicini ətrafa zərərli maddələrin sızması baş verən təhlükəli hallarda qəza ehtimalı olan istənilən sənaye sahəsində istifadə etmək mümkündür.
Şaxta özünü xilasedicisi avtomatik olaraq işə düşür. Mühafizə müddəti orta ağırlıqlı hallarda 60 dəqiqədir. Çantada kütləsi-2.9 kq-dır. İstismar üçün qarant müddəti 5 ildir.

Respiratorlar

Respiratorların 2 növü ayırd edilir:
• birinci tip-həm yarım maska və həm də filtrasiyaedici element eyni zamanda üz hissəsini təşkil edir;
• ikinci tip-nəfəslə alınan hava yarım maskaya birləşmiş filtrasiya edici patronda təmizlənir.
Təyinatına görə toz əleyhi, qaz əleyhi və qaz və tozdan mühafizə edici növləri ayırd edilir.
İstifadə müddətinə görə birdəfəlik (ŞB-1, «Lepostok», «Kama»), yəni bir dəfə istifadə edildikdən sonra yararsız hala düşən və filtrlərin dəyişdirilməsi ilə dəfələrlə istifadə edilən növləri vardır.
Toz əleyhi respiratorlar tənəffüs üzvlərini müxtəlif aerozollardan mühafizə edən yüngül vasitələrdir. Nəfəslə alınan hava zərərli maddə aerozollarından nazik lifli materiallardan: FPP-15, FPP-70 və perxlorvinil liflərindən hazırlanmış RFM filtrlərindən keçməklə təmizlənir. Onlar hidrofobdur, 600 qədər tempraturaya, turşu və qələvilərə qarşı davamlıdırlar. Hər hansı aerozola qarşı yüksək filtrasiya edici qabiliyyitinə malikdir.
Qaz əleyhi (qaz-toz əleyhi) respiratorlar toz və qaz əleyhi respiratorlar arasında aralıq yer tuturlar. Onlar əleyhiqazlara nisbətən yüngüldürlər, istifadəsi asandır. Lakin, yalnız tənəffüs üzvlərini mühafizə edir, gözlər və sifət açıq qalır (zərərli maddələrin yol verilə biləcək konsentrasiyası 10-15 həddindən çox olmamaq şərtilə).
Buna baxmayaraq belə respiratorlar insanı qaz və toz-qaz mühitində etibarlı mühafizə edir.
Respirator R-2

Təyinatı: P-2 respiratoru insanın tənəffüs üzvlərinin radioaktiv mozdan qorumaq üçün nəzərdə tutulmuşdur.
Tərkibi: respirator 2 filtrasiya edici sıxıcı ilə təchiz olunmuş yarım maskadan, nəfəs almaq və nəfəs vermək üçün klapanlardan, başlıqdan burun sıxıcısından ibarətdir. Filtrasiya edici yarım maskanın üst hissəsi suyu keçirməyən xüsusiyyətli «Spanbond» penopoliuretan və ya polipropilen materialdan hazırlanmışdır. Orta qat-elektrostatik yüklü FPP-15 tipli filtrasiya edici polimerdən, daxili qatı-polietilen plyonkadan ibarətdir.
Respiratorlar 3 ölçüdə hazırlanır: 1, 2, 3.
Respiratorun çəkisi-60 q, tempratura diapozonu -400 ilə +400 arasında, etibarlı saxlama müddəti 5-7 ildir

Toz əleyhi parça maska PTM-1 pambıq-tənzif sarğı olub, insanın tənəffüs üzvlərini radioaktiv tozdan və ikincili bakterial vasitələr buludundan mühafizə edir. Zəhərləyici maddələrdən isə qorumur. Maska və sarğı əhalinin özü tərəfindən hazırlanır. 2 əsas hissədən – korpus və bərkidici hissədən ibarətdir. Korpus 2-4 qat parçadan hazırlanır. Onda gözlüu hissə üçün dəlik hazırlanır və şüşələr taxılır. Maskanın baş hissəsində kənarlarına parça bağları tikilir. Maskanın üzə kip oturması onun həm yuxarı, həm aşağı tikişlərinə rezin taxmaqla əldə edilir. Hava nəfəs alan zaman bütün parça boyu təmizlənir.
Maskanı hər bir şəxs hazırlaya bilər.
Maskanı radioaktiv tozla yoluxmaq təhlükəsi zamanı baxırlar. Yoluxmuş ərazidən çıxarkən ilk imkan düşən kimi dezaktivasiya edirlər: radioaktiv toz silkələnir, qaynar suda sabunla yuyulur və suyu tez-tez dəyiştəklə yaxşıca yaxalanır.
Pambıq tənzif sarğı əhali tərəfindən müstəqil hazırlanır. Bunun üçün ölçüsü 100×50 sm olan tənzif parçası götürülür. Tənzifin üzərinə 1-2 sm qalınlığında, 30 sm uzunluğunda və 20 sm enində pambıq qatı qoyulur. Kənarları 30-35 sm uzunluğunda elə kəsilir ki, 2 cüt bağ əmələ gəlir. Lazım gələrsə sarğı ilə ağız və burun örtülür; üst bağları ənsədə, alt bağları təpədə bağlanır. Gözləri qorumaq üçün mühafizə edici toz əleyhi eynəklər taxılır.
Tənəffüs üzvlərinin bütün mühafizə vasitələrini daima işlək və istifadəyə hazır vəziyyətdə saxlamaq lazımdır.

Dərinin fərdi mühafizə vasitələri (DFMV)
Dərinin fərli mühafizə vasitələri filtrasiya edici və izolə edici tiplərə ayırd edilir, müvafiq olaraq onlar filtrasiya edici və izolə edici materialdan hazırlanır. İstifadə məqsədindən və istifadə etmə sayınlan asılı olaraq daimi və dövrü olaraq istifadə edilən, bir dəfəlik və dəfələrlə istifadə olunan mühafizə vasitələrinə ayırd edilir.
Xüsusi mühafizə vasitəsinə yüngül mühafizə kostyumu L-1 və yüksək hermetik qabiliyyətinə malik izolə edici kostyumlar aiddir.
Dərinin fərdi mühafizə vasitələri:
Fildtrasiya edici tipli (ümum qoşun kompleks mühafizə kostyumları—OKZK, OKZK-M, OKZK-D (desantsılar üçün), həm də mühafizə kostyumu-KZS
İzolə edici tipli:
• Mühafizə edici plyonka kostyum
• Ümum qoşun mühafizə kostyumu (izolə edici dəri mühafizə vasitələrinə ümum qoşun mühafizə komplekti-OZK və mühafizə edici plyonka kostyum- KZP aiddir)
• Yüngül kostykm L-1
• Qəza mühafizə kostyumu
• Ç-20 komplekti
• LQ tipli pnevmo kostyum
• Komplekt KZM-1
• 6 saylı mühafizə komplekti
• Termokostyumlar
• Gözlərin mühafizə vasitələri
QDZK
• Nüvə əleyhi skafandr
İzolə edici tipli mühafizə kostyumları.
Dərini mühafizə edən xüsusi filtrasiya edici tipə aiddir:
• taun əleyhi kombinzon,
• orta tezlikli dalğalardan mühafizə edici kostyum,
• sıx toxunmuş parçadan hazırlanmış və radioaktiv tozdan mühafizə edici kombinzon.
L-1

L-1 – yüngül mühafizə kostyumudur, əsasən, insanı zərərli kimyəvi və bakterioloji təsirlərdən, həmçinin, radioaktiv tozdan mühafizə etmək üçündür. L-1 kostyumu insanın dərisini, həm də paltarını, ayaqqabısını qəza, xilasetmə və dezaktivasiya işləri zamanı aqressiv mühitin (turşu məhlulları, laklar, boyalar, yağ, su, dəniz duzu, qələvilər, neft məhsulları) uzun müddətli təsirindən, zəhərləyici və toksiki maddələrin, zərərli bioloji faktorların təsirindən mühafizə edir.
L-1 kostyum komplektinə daxildir:
Başlıqlı gödəkçə; corabla birlikdə şalvar; 2 cüt əlcək.
Görəkçənin qollarında biləkləri sıxan qalın manjetlər var.
Kostyum T-15 və ya UNKL-3 xüsusi parçadan hazırlanır.
150S yuxarı tempraturada L-1 kostyumunu alt paltarının üzərindən, 00S-dən aşağı tempraturada isə qış geyiminin üzərindən geyinirlər.
L-1 3 boy ölçüsündə hazırlanır: 165 sm-ə qədər, 166-172 sm arası, 173 sm-dən yuxarı.
Kostyum isidici qurğulardan kənarda, soyuq yerdə saxlanmalıdır, işə başlamazdan bilavasitə əvvəl geyinilməlidir, artıq hərəkətlərə yol verilməməlidir, yüksək tempraturada işləyərkən su ilə isladılmış mühafizə ekranlarından istifadə edilməlidir.
Kostyumu dəfələrlə istifadə etmək olar, ona görə də zəhərli maddələrlə, radioaktiv tozla, bakterial vasitələrlə təmasdan sonra xüsusi təmizlənməlidir.
Kostyumu çıxararkən çalışmaq lazımdır ki, dərinin açıq səthləri paltarın üst tərəfi ilə təmasda olmasın.

I tip «Zahita» mühafizə komplekti (taun əleyhi kostyum)

I tip «Zaşita» mühafizə komplekti bakteriya, virus kimi zərərli vasitələr, tozla təmis zamanı istifadə edilir, I dərəcəli mühafizə vasitəsidir. Komplekt taun əleyhi xidmət, həmçinin məhkəmə tibbi ekspertiza xüsusi təhlükəli infeksiyalarla işləyən həkim və sanitar işçilərinin şəxsi heyətinin tənəffüs üzvlərini, dəri örtüyünü və selikli qişalarını mühafizə edir.
Komplektə daxildir:
• Geniş gbrmə sahəsi və filtri olan maska
• prorezin materialdan hazırlanmış başlıqlı gödəkçə və prorezin əlcəklər
• prorezin materialdan şalvar, ona bitişik rezin baxil ilə birlikdə.
Komplekt asanlıqla geyinilir, istismari zamanı tənəffüs üzvlərini və dəri örtüyünü yüksək səviyyədə etibarlı mühafizə edir. Bu təcrübədə sınaqdan dəfələrlə keçirilmişdir.
Bu komplekt bioliji və kimyəvi zədələnmə ocağında yoluxmuşları daşımaq üçün, həm də dezinfeksiya və dezaktivasiya üçün istifadə edilir.
Kostyum prorezin materialdan hazırlanıb və tikişləri yapışqanla bərkidilir.

I tip «Almaz» taun əleyhi komplekt

Tibb müəssisələrinin heyəti xüsusilə diaqnostika və xüsusi təhlükəli infeksiyaları müalicə edən şəxsi heyətin tənəffüs üzvlərini, dəri örtüyünü və selikli qişalarını mühafizə edir.
Taun əleyhi kostyum «Kvars-1M»

«Kvars-1M» taun əleyhi kostyumu FHN və MM dəstələrinin üzvləri üçün filtrasiya edici mühafizə vasitəsidir (QP-7k əleyhiqazı ilə birlikdə). Kostyum yoluxma ocaqlarında epidemiya əleyhi tədbirlərin təşkili və həyata keçirilməsində iştirak edən əməkdaşların; xüsusi təhlükəli infeksiyaları öyrənən və müalicə edən labaratoriya və müəssisələrin əməkdaşlarının; həmçinin taunəleyhi stansiyaların həkim və sanitar işçilərinin tənəffüs üzvlərini və dəri örtüyünü mühafizə etmək üçün vasitədir.
Komplekt sadədir, etibarlıdır, asan istifadə edilir, tənəffüs üzvlərini və dəri örtüyünü yüksək dərəcədə mühafizə edir.
Tərkibinə daxildir: panoram şüşəli şlem, yarımmaska və filtr; kombinzon; rezin materialdan baxil.

Qaz və tüstüdən mühafizə komplekti (QDZK)

Statistikanın nəticələrinə görə çoxlu sayda insan tələfatı ilə baş verən yanğınlar ən çox asan alışan materialların istifadə edildiyi otellərdə, teatrlarda, universamlarda, restoranlarda, gecə klublarında, təhsil müəssisələrində, müəssisələrdə baş verir. Həmin məkanlar yanğın zamanı tez bir zamanda karbon qazı və digər toksiki qazlar ilə dolur. İnsanlar zəhərlənmədən ölür. Belə şəraitdə insanları yanğın məkanından çıxaran zaman, onların tənəffüs üzvlərini və gözlərini zəhərli qazlardan, başını yanğından mühafizə edən xüsusi vasitə QDZK hazırlanmışdır.
Həmin vasitə həm böyüklər, həm də 10 yaşından yuxarı uşaqlar üçün yararlıdır. Kostyum odadavamlı başlıqdan və panoram pəncərədən ibarətdir. Aşağı hissəsində elastik manjeti var. Başlığın daxilində nəfəs almaq üçün klapanı olan filtrasiya -sorbsiya edici patronu olan rezin yarım maska var. QDZK-nın bir üstünlüyü də ondadır ki, başlıq hissəni nizamlamaq olar. Onu başa geyindikdə elastik manjeti dartıb boyun hissəsinə sıx yerləşdirilir, bu zaman uzun saçlar başlığın altına salınır, eynək varsa çıxarılmır. QDZK karbon oksiddən və sianiddən 15 dəqiqəyə qədər mühafizə edir.
Çəkisi-800q-dır.
Komplekt karton qutuda üç qat polietilen plyonkadan ibarət hermetik paketdə saxlanır.
Termokostyumlar
İzolə edici tipli termomühafizə kostyumu

Termomühafizə kostyumları şəxsi heyətin dəri örtüyünü zədələnmə ocaqlarında qəza-xilasetmə tədbirləri zamanı yüksək tempraturun və açıq alovun təsirindən mühafizə edir. Kimyəvi zədələnmə ocağında və yanğın zamanı termomühafizə kostyumunu kimyəvi mühafizə kostyumunun üzərindən geyinirlər.
Kimyəvi izolə edici kostyumlar

Təbii fəlakətlər və texnogen qəzalar baş verdikdə ətrafa GTZM-nin yayılması zamanı maye-damcı və qaz halında olan zəhərli maddələrdən mühafizə olunmaşı üçün kimyəvi kəşfiyyat və xilasetmə işlərinə cəlb olunan şəxsi heyət tənəffüs üzvlərini və dəri örtüyünü mühafizə vasitələrindən istifadə edirlər. Mühafizə vasitələri 4 mühafizə səviyyəsinə bölünür:
«A» səviyyə – mühafizə dəsti təcridedici tipli tənəffüs aparatı və insanın bədənini ətraf mühitdən tam təcrid edən və daxildə izafi təzyiq saxlayan kimya əleyhinə skafandr-kostyumdan ibarətdir Dəstin tərkibinə kimya əleyhinə daxili və xarici əlcəklər, tərkibində metal material olan çəkmələr daxildir. Havada kimyəvi zəhərləyici maddələrin növü məlum olmadıqda və qatılığı yüksək dərəcədə olduqda (havada oksigenin miqdarı 18%-dən az olduqda), insan həyatı və ya sağlamlıq üçün təhlükə yaranan zaman istifadə olunur.
«A» səviyyəli mühafizə dəstinin tərkib hissələri:

• sıxılmış hava aparatı (təcridedici əleyhiqaz);
• tam təcridedici mühafizə skafandr-kostyumu;
• rezin mühafizə əlcəkləri (daxili və xarici əlcəklər);
• içərisində metal olan rezin mühafizə çəkməsi.
«V» səviyyəli mühafizə dəsti-tənəffüs üzvlərinin mühafizə dərəcəsi «A» səviyyəli mühafizə dəsti ilə eynidir. Başlığı olan kimya əleyhinə mühafizə kostyumunun tərkibinə daxili və xarici əlcəklər, mühafizə çəkmələri daxildir. Skafandr-kostyem nəzərdə tutulmamışdır. Bu kostymdan zəhərli maddələrin tipi və qatılığı məlum olduğu və dəri səthinin mühafizəsi «A» səviyyəli mühafizə kostyumunun geyinilməsinə ehtiyac olmadığı hallarda istifadə olunur. «C» səviyyəli mühafizə dəstində istifadə olunan dəri səthinin mühafizə dərəcəsi ilə eynidir.
«B» səviyyəli mühafizə dəstinə daxildir:
• sıxılmış hava aparatı (təcridedici əleyhiqaz);
• kombinzon formalı başlığı olan mühafizə kostyumu;
• rezin mühafizə əlcəkləri (daxili və xarici əlcəklər);
• poladdan burnu olan rezin mühafizə çəkmələri.
Havada olan zəhərli maddələrin qatılığı yüksək olduqda və əsasən zərərsizləşdirmə proseslərinin həyata keçirilməsində istifadə olunur.
«C» səviyyəli mühafizə dəsti—«B» səviyyəli mühafizə dəsti ilə eynidir.
«D» səviyyəli mühafizə dəsti: qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasındaşəxsi heyət üçün nəzərdə tutulmuş iş geyimi, istehsalat və müəssisələrdə iş vaxtı fəhlə və qulluqçuların istifadə etdikləri geyim formasıdır.
«D» səviyyəli mühafizə dəstinə daxildir:
• iş paltarı;
• dəmir pəncəli çəkmə;
• şlem;
• gözlərin mühafizəsi üçün eynəklər; əllərin mühafizəsi üçün əlcəklər;
• tənəffüs üzvlərinin mühafizəsi üçün respirator.
Kimyəvi izolə edici kostyum KİX-4M

Təyinatı: İzolə edici kostym KİX-4M qəza-xilastetmə işləri zamanı maye və qaz halında olan ammonyak və xlordan mühafizə üçün nəzərdə tutulmuşdur.
Texniki təsviri: Kostyum baş örtüyü olan kombnzondur, üz hissəsinə geniş mənzərəni seyr edə bilmək üçün şüşə bərkidilmişdir. Kombinzonun şalvarının aşağı hissəsinə prorezin materialdan ibarət olan bərkidici tikilmişdir. Kostyum xlor və ammonyaka davamlı prorezin materialdan hazırlanıb. Kostyumu digər mühafizə vasitələri, həmçinin KİP-8 izolə edici əleyhi qazı ilə birlikdə istmfadə etmək olar. Əleyhiqaz kostyumun altından geyinilir.
Texniki xarakteristikası:
Mühafizə müddəti:
• qaz halında xlora görə-60 dəqiqə
• qaz halında ammonyaka görə-60dəq.
• maye halında xlor və ammonyaka görə-2dəq
• qaz halında olan asetonitril, hidrogen florid, dimetilamin, akril turşusu nitrili, etilen oksidi, hidrogen sulfid-60 dəq
• qatı mineral turşulara qarşı davamlılığı-60 dəq
• açıq alova davamlılığı-10 saniyə.
• orta ağırlıqlı işlər yerinə yetirilən zaman fasiləsiz olaraq qalma müddəti (izolə edici aparatla) – 250S tempraturada 40 dəq
• 260 S-dən yuxarı tempraturada-20 dəq
• İstifadə edilə bilmə sayı-5
Kimyəvi izolə edici kostyum KİX-5M

Təyinatı: İzolə edici kostym KİX-5M qəza-xilastetmə işləri zamanı maye və qaz halında olan ammonyak, xlordan və digər aqressiv kimyəvi maddələrdən mühafizə üçün nəzərdə tutulmuşdur.
Texniki təsviri: Kostyum baş örtüyü olan kombnzondur, üz hissəsinə geniş mənzərəni seyr edə bilmək üçün şüşə bərkidilmişdir, üç barmaqlı əlcəyi vardır. Kombinzonun şalvarının aşağı hissəsinə prorezin materialdan ibarət olan bərkidici tikilmişdir. Kostyumun arxasında geyinə bilmək üçün dəliyi vardır. Kostyum xlor və ammonyaka davamlı prorezin materialdan hazırlanıb. Komplektə pambıqparçadan hazırlanmış əlcək daxildir. Kostyumu İP-4M izolə edici əleyhi qazı ilə birlikdə istifadə edilir. Əleyhiqaz kostyumun altından geyinilir.
Texniki xarakteristikası:
Mühafizə müddəti:
• qaz halında xlora görə-60 dəqiqə
• qaz halında ammonyaka görə-60dəq.
• maye halında xlor və ammonyaka görə-2dəq
• qaz halında olan asetonitril, hidrogen florid, dimetilamin, akril turşusu nitrili, etilen oksidi, hidrogen sulfid-60 dəq
• qatı mineral turşulara qarşı davamlılığı-60 dəq
• açıq alova davamlılığı-10 saniyə.
• orta ağırlıqlı işlər yerinə yetirilən zaman fasiləsiz olaraq qalma müddəti (izolə edici aparatla) – 250S tempraturada 40 dəq.
• 260 S-dən yuxarı tempraturada-20 dəq
• İstifadə ediləbilmə sayı-5.

Kimyəvi izolə edici kostyum KİX-4T (yeni! (2005))

Təyinatı: İzolə edici kostym KİX-4T qəza-xilastetmə işləri zamanı maye və qaz halında olan ammonyak, xlor, azot oksidləri, hidrazin törəmələri və həmçini digər qatı mineral turşulardan (kükürd, azot) mühafizə üçün nəzərdə tutulmuşdur.
Texniki təsviri: Kostyum baş örtüyü olan kombnzondur, üz hissəsinə geniş mənzərəni seyr edə bilmək üçün şüşə bərkidilmişdir. Kombinzon geyinə bilmək üçün şaquli dəliyi vardır və hermatik molniya ilə bağlanır. Arxa tərəfinin iç divarına çiyin çantası bərkidilmişdir, ona tənəffüs sitemi üçün bolon yerləşdirilir. Kombinzonun qolları daxili sərt həlqəli rezin manjetlərlə bitir, onlara da rezin əlcəklər bərkidilir. Əlcəklər əlavə olaraq elastik rezin həlqələrlə fiksə edilir. Kombinzonun şalvarının aşağı hissəsinə sıx corablar tikilmişdir, onların üzərinə uzun boğazlı çəkmə geyinilir. Kostyumun quruluşu onun rahat geyinilməsi və təhlükəsizliyini təmin edir, istifadə edən asanlıqla özü geyinib-soyuna bilir. Kostyum güclü təsirli zəhərləyici maddələrə qarşı davamlı, sarı, boz, narıncı rəngli prorezin materialdan hazırlanıb.
Texniki xarakteristikası: kostyumun kütləsi (1-ci ölçü üçün) tənəffüs aparatı olmadan-4 kq, 44 ölçülü çəkmənin kütləsi-2,3 kq.
Paltar hermetikdir. Hermetikliyi xüsusi metodlo yoxlanır.
Mühafizə kofisiyenti 1000-dir.
Paltarın və tikişlərinin yüksək konsentrasiya olunmuş qaz halında xlora olan mühafizə dayanıqlılığı-60 dəqiqədir.
Paltarın xidmət müddəli-2 ildir, güclü təsirli zəhərli maddələrə qarşı-5dəfədən artıq istifadə etmək olmaz.

Kimyəvi izolə edici kostyum KİX-5T

Təyinatı: İzolə edici kostym KİX-5T qəza-xilastetmə işləri zamanı maye və qaz halında olan ammonyak və xlordan və digər aqressiv kimyəvi maddələrdən mühafizə üçün nəzərdə tutulmuşdur.
Texniki təsviri: Kostyum baş örtüyü olan kombnzondur, üz hissəsinə geniş mənzərəni seyr edə bilmək üçün şüşə bərkidilmişdir, üç barmaqlı əlcəyi vardır. Kombinzonun şalvarının aşağı hissəsinə prorezin materialdan ibarət olan bərkidici tikilmişdir. Kostyumun arxasında geyinə bilmək üçün vertikal dəliyi vardır və hermetik molniya ilə bağlanır. Kostyum xlor və ammonyaka davamlı prorezin materialdan hazırlanıb. Komplektə pambıqparçadan hazırlanmış əlcək daxildir. Kostyumu İP-4M (İP-4MK, İP-4MK-TK) izolə edici əleyhiqazı ilə birlikdə istifadə edilir. Əleyhiqaz kostyumun altından geyinilir. Kostymun konstruksiyası imkan verir ki, bərpa edici patronun iş müddəti bitdikdə onu asanlıqla dəyişmək mümkündür.

41