Fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirləri
Mövzunu hazırladılar: Zamanova S. Məmmədova N.
Qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlər FH zonasında ilk növbədə yerinə yetirilən işlərin məcmusudur. İnsanların xilas edilməsi və onlara yardım edilməsi; zədələnmə ocaqlarının lokallaşdırılması və yayılmasının qarşısının alınması; ikincili zədələyici amillərin əmələ gəlməsinin qarşısının alınması; maddi və mədəni sərvətlərin xilas edilməsi və mühafizəsi; həyat fəaliyyətinin minimal ehtiyaclarının təmin edilməsi-bu işlərə aiddir.
Qəza-xilasetmə işləri dedikdə – FH baş vermiş zonada insanların, maddi və mədəni sərvətlərin xilas edilməsi, təbii mühitin mühafizəsi, FH lokallaşdırılması, FH zədələyici amillərinin təsirinin qarşısının alınması və ya minimal səviyyəyə qədər azaldılması başa düşülür.
Digər təxirə salınmaz tədbirlər dedikdə—qəza-xilasetmə işlərinin hərtərəfli təmin olunması, FH zərərçəkmiş əhaliyə tibbi yardım və başqa yardımların edilməsi, insanların sağlamlığı və həyatını, əmək qabiliyyətini təmin edən minimal şəraitin yaradılması başa düşülür.
Real şəraitdə qəza-xilasetmə və digər təxirə salınmaz tədbirləri bir-birindən ayırmaq çətindir və bu bölgü şərtidir. Qısa olaraq həmin işləri Xİ (xilasetmə işləri) və DTT (digər təxirə salınmaz tədbirlər)
Xİ və DTT adətən, gecə-gündüz, hər bir havada fasiləsiz olaraq aparılır. Böyük qəzalar və fəlakətlər zamanı Xİ və DTT işlərinin həcmi böyük olduğu üçün işlər 2-3 növbədə təşkil olunur. Növbələr birbaşa iş yerlərində dəyişdirilir. Bu zaman ağır mühəndis texnikası ərazidən çıxarılmır, yeni gələn növbəyə iş yerində təhvil verilir. FH nəticələri o zaman aradan qaldırılmış hesab olunur ki, insanların həyatına və sağlamlığına təhlükə yaradan amillər aradan qaldırılmış olsun və ya, təsiri minimal səviyyəyə qədər endirilsin.
FH nəticələrinin aradan qaldırılması fövqəladə hal zonasındakı bütün vətəndaşlar və təşkilatları üçün məcburidir.
Zədələnmə ocaqlarında və fəlakət rayonlarında aparılan xilasetmə işləri düşmən basqını nəticəsində yaranan zədələnmə (zəhərlənmə) ocaqlarında, eləcə də təbii fəlakət və güclü qəza rayonlarında adamları xilas etmək, onlara yardım gösətrmək və qəzaların nəticələrini məhdudlaşdırmaq məqsədilə görülür.
Qəza-xilasetmə işlərinə daxildir:
• Hərəkət marşrutu yollarının və iş yerlərinin kəşfiyyatı;
• Hərəkət ediləcək yollarda və iş yerlərində yanğınların söndürülməsi;
• Xilasetmə işlərinin aparılmasına mane ola biləcək mümkün amillərin aradan qaldırılması;
• Zədələnmiş, xarabalığa çevrilmiş, yanan binalardan, su basmış, qaz və tüstü ilə dolmuş, çökmüş otaqlardan zədələnmişlərin axtarışı və tapılıb çıxardılması;
• Zədələnmişlərə ilkin tibbi və həkim yardımının edilməsi və onların tibb müəssisələrinə köçürülməsi;
• Təhlükəli zonalardan əhalinin çıxarılması;
• İnsanların sanitar təmizlənməsi, heyvanların veterinar təmizlənməsi, texnikanın, mühafizə və geyim vasitələrinin dezaktivasiyası, dezinfeksiyası və deqazasiyası, ərazinin və tikililərin, ərzağın, suyun, ərzaq xammalın və yemin zərərsizləşdirilməsi.
Qəza-xilasetmə işləri qısa müddətdə yerinə yetirilməlidir. Ona görə ki, zədələnmişlərə tez bir müddətə yardım edilməlidir, əks halda ikincili zədələyici amillərin (yanğın, partlayış, subasma və s.) təsirindən dağıntılar və itkilər arta bilər.
Qəza-xilasetmə işlərinin aparılmasına şərait yaratmaq, ikincili zədələyici amillərin (yanğın, partlayış, subasma və s.) təsirindən sonrakı dağıntı və itkilərin qarşısını almaq üçün, həm də zərər çəkmiş əhalinin və iqtisadiyyat obyektlərinin fəaliyyətini təmin etmək üçün təxirəsalınmaz tədbirlər yerinə yetirilir. Bura daxildir:
• Dağıntı və zərər çəkmiş zonalarda yolların, keçidlərin salınması;
• Qaz, enerji, su kəməri, kanalizasiya, istilik və texnoloji sistemlərində xilasetmə işlərinin aparılması üçün təhlükəsiz şərait yaratmaq məqsədilə qəzaların lokallaşdırılması;
• Dağılmaq təhlükəsi olan və xilasetmə işlərinin aparılmasına mane olan bina və tikililərin konstruksiyaların bərkidilməsi və uçurulması;
• Xilasetmə işlərinin aparılmasınin təmin edilməsi üçün dağılmış və zədələnmiş komunal-enerji xətlərinin təmiri və bərpa edilməsi;
• Partlamamış döyüş sursatlarının və partlayış təhlükəli predmetlərin aşkar edilməsi, zərərsizləşdirilməsi və məhv edilməsi;
• Zədələyici amillərin mümkün təkrari təsirindən mühafizə məqsədilə zədələnmiş mühafizə qurğularının təmir və bərpa edilməsi;
• Fövqəladə hadisə baş verən ərazidə sanitar təmizləmə işlərinin aparılması;
• Zərərçəkmiş əhalinin həyat təminatının ilk növbədə təmin edilməsi.
Xilasetmə işləri – düşmən hücumunun nəticələrini, habelə təbii fəlakət və qəzaların nəticələrini aradan qaldırmaq məqsədilə aparılan işlərdir.
Xilasetmə işlərinə aiddir:
• iş görüləcək sahələrdə və buraya qələn yollarda radiasiya səviyyələrini, digər vəziyyəti müənyyləşdirmək üçün kəşfiyyət aparmaq;
• xilasetmə işləri aparılacaq yerlərdə yanğını söndürmək və ya məhdudlaşdırmaq; uçqun altında qalmış adamları axtarıb tapmaq, oradan çıxarmaq, habelə yanan, qismən dağılmış binalarda qalmış adamları xilas etmək;
• uçqunlar altında qalıb hava boruları zədələnmiş mühafizə qurğuların içərisinə hava vermək (çıxarlana qədər oradakı adamlar boğulmasınlar deyə) və bu qurğuların üstünü uçqunlardan təmizdəyib adamları xilas etmək; zədələnmiş, yanan, tüstü, qaz bürümüş binalardan, uçqunlar altından adamların tapılıb çıxarılması;
• üstü çökmüş və uçqun qalaqları altında qalmış mühafizə qurğularının açılıb oradan adamların xilas edilməsi;
• süzücü-ventilyasiya sistemi zədələnmiş sığınacaqlara hava verilməsi;
• zədələnmiş adamlara lazımı tibbi yardım göstərib, müalicə müəssisələrinə aparmaq, əhalinin zədələnmə, dağıntı, yanğın ocaqlarından, təhlükəsiz rayonlara çıxarmaq:
• adamların təhlükəli sahələrdən çıxarılması, lazımi hallarda sanitariya təmizliyindən keçirilməsi, həmçinin avadanlığın, ərazinin, ərzaq və suyun zəhərsizləşdirilməsi.
Digər təxirəsalınmaz işlər isə, xilasetmə işlərini sürətlə və təhlükəsiz yerinə yetirmək, habelə fəlakətin genişlənməsinin qarşısını almaq məqsədilə görülən tədbirlərə deyilir.
Digər təxirəsalınmaz işlərə aiddir:
• Uçqunlarda və zəhərlənmə baş vermiş sahərlərdə maşın yolu və keçidlərin düzəldilməsi; zədələnmə və zəhərlənmə ocaqlarında xilasetmə işləri aparılarkən ilk növbədə mühafizə qurğularına, uçqun altında, yanan binalarda adamlar qalmış sahələrə, digər tə’xirəsalınmaz iş yerlərinə getmək üçün maşın yolları və keçidlər düzəldilir. Bu məqsədlə mexanikləşdirilmiş MM dəstələrinin qüvvələrindən istifadə edilir.
Keçid yollarının düzəldilməsi üsulları uçqunların növündən və ölçüsündən asılı olur. Bu məqsədlə uçqunun üst səthini buldozer vasitəsilə təmizləyir, hamarlayır və basıb bərkidirlər. Adamlar özləri sığınacaqlardan çıxa bilmirlərsə, belə sığınacaq uçqun altında qalmış qurğu hesab edilir. Onları qazıyıb açmaqa başlamazdan əvvəl içəriyə qaz, su dolub-dolmadığını, ümumiyyətlə oradakı vəziyyəti öyrənirlər. Xilasetmə işlərinin aparılması ardıcıllığı bundan asılı olacaqdır.
• Uçqunların altından, zədələnmiş və yanan binalardan adamların xilas edilməsi. Daha mürəkkəb və çətin işdir. Bu işə dağıdılmış obyektin bütün sahələrini nəzərdən keçirib adamlar qalmış yerləri tapmaqdan başlayırlar. Dağıntı ocağında zədələnmişmişləri tapmağın əsas üsulu – uçqunlar yaranan sahədə başdan-başa axtarış aparmaqdır. Bu zaman xilasedicilər elə məsafədə hərəkət etməlidirlər ki, biri digərini görüb-eşidə bilsin, habelə bütün sahəni diqqətlə nəzərdən keçirmək mümkün olsun.
• qaz, elektrik, texnoloji şəbəkələrdə, su, kanalizasiya xətlərində qəzaların məhdudlaşdırılması;
• xilasetmə işlərinin aparılmasına mane olan və ya təhlükə törədən qurğü və konstruksiyaların bərkidilməsi;
• yaxud dağıdılmış – zədələnmiş rabitə, işıq, su xətlərinin müvəqqəti bərpa edilməsi və s. kimi işləri aid etmək olar.
Bütün bu işlər eyni zamanda yerinə yetirilir.
Hər bir konkret halda görüləcək xilasetmə və digər təxirəsalınmaz işlərin həcmi və növü bu dağıntı (zədələnmə) ocağını törədən fəlakətin xarakterindən asılı olur.
Nüvə zədələnməsi ocağında və zəlzələ rayonlarında daha çətin və ağır işləri icra etmək lazım gələ bilər. Bu işlərin ehtimal olunan səciyyəsini və həcmini müəyyənləşdirmək üçün zərbə dalğasının ön xəttindəki izafi təzyiqin kəmiyyətinə görə nüvə zədələnməsi ocağını, yəni izafi təzyiq 0,1 kqq/sm2-dən artıq olan sahələri şərti olaraq dörd zonaya ayırırlar. Bunlar: tam, güclü, orta dərəcəli və zəif dağıntı zonalarıdır.
Zəlzələ nəticəsində yaranan dağıntı ocaqlarını da buradakı bina və qurğuların zədələnməsinin xarakterinə görə nüvə zədələnməsi ocağı ilə müqayisə etmək mümkündür. Fərq yalnız ondan ibarətdir ki, bu zaman əsas meyar olaraq zərbə dalğasının yaratdığı izafi təzyiq deyil, zəlzələnin balla maksimal fəallığı götürülür.
Dağıntı ocağında xilasetmə işlərini təşkil edən şəxs yaranmış vəziyyəti şəxsən öyrənir, adamları xilas etmək üçün görüləcək işlərin həcmini və qaydasını təmin edir, dəstələrə tapşırıq verir və onların fəaliyyətini vahid məqsədə yönəldir.
Dəstə komandirləri xilasetmə işlərinin aparılması haqqında sərəncamı alıb tabeliyindəki şəxsi heyəti göstərilən iş yerlərinə (uçqun altında qalmış sığınacaqların,daldalanacaqların yanına, çoxlu zədəlilər olan digər sahələrə) aparırlar. Xilasedici dəstələrin iş qabiliyyətini artırmaq üçün onlara xüsusi texnika (buldozer, avtokran və s.) verilir, həmçinin sanitar drujinaları və kommunal-energetika qurğularında qəzaları aradan qaldıra biləcək mütəxəssislər təhkim edilir. Lazımi hallarda yanğınsöndürən və zərərsizləşdirici dəstələr də xilasedicilərə yardım göstərirlər.
Radiasiya qəzaları zamanı əhalinin mühafizəsi üçün yerinə yetirilən əsas tədbirlər aşağıdakılardır:
• Qəza faktının aşkar edilməsi və onun barəsində xəbərdarlıq;
• Qəza rayonunda radiasiya şəraitinin kəşfiyyatı;
• Radiasiya nəzarətinin təşkili;
• Radiasiya təhlükəsizlik rejiminin yaradılması və saxlanması;
• Qəza baş verən kimi əhali arasında, qəza obyektinin heyəti və qəza nəticələrinin ləğvində iştirak edənlərdə yod profilaktikasının aparılması;
• əhalinin, qəza obyektinin heyəti və qəza nəticələrinin ləğvində iştirak edənlərin fərdi mühafizə vasitələri ilə təmin edilməsi və həmin vasitələrdən tstifadə;
• qəza zonasındakı əhalinin müdafiəsini təmin etmək üçün mühafizə qurğularında mühafizə edilməsi;
• əhalinin, qəza obyektinin heyəti və qəza nəticələrinin ləğvində iştirak edənlərin sanitar təmizlənməsi;
• qəza obyektinin, istehsal, sosial, yaşayış təyinatlı obyektlərinin, ərazinin, nəqliyyatın, kənd təsərrüfatı sahələrinin və digər texniki vasitələrin, mühafizə vasitələrinin, geyimin, əmlakın, su və ərzağın dezaktivasiyası;
• ərazinin çirklənmə səviyyəsi yolverilən həddən artıq olduqda həmin ərazidən əhalinin təxliyyəsi.
Zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Bunlar əsasən aşağıdakılardır:
• işlərin icrası ilə əlaqəsi olmayan şəxslərin xilasetmə işləri aparılan sahələrdə qalmasına icazə verilmir;
• icraya başlamazdan əvvəl iş yerini diqqətlə nəzərdən keçirmək, yenidən zədələnmə qorxusu olan sahələrə nişanlar qoymaq, iş vaxtıdivarların və s. hissələrin uçulması təhlükəsi olarsa, onları əvvəlcədən tamamilə dağıtmaq və ya bərkidib təhlükəsiz etmək lazımdır;
• binaların müxtəlif mərtəbələrində eyni zamanda iş aparılmasına yol verilmir;
• xüsusi ehtiyac olmadan zədələnmiş binalara, xüsusən də tək başına girmək məsləhət görülmür;
• qaz dolmuş binalarda iş aparılarkən kibritdən və digər açıq alovdan istifadə etmək, maşın və mexanizmlərin mühərriklərini işə salmaq olmaz, işdən əvvəl binalar küləyə verilməklə qazdan təmizlənməli, lazımi hallarda yalnız 12 voltluq akkumulyator-əl fənərlərindən istifadə olunmalı, qığılcım çıxarmayan metaldan düzəldilmiş, yaxud qalın yağlanmış alətlər işlədilməlidir;
• uçqunlardakı elektrik məftilləri ilə əlaqədar bütün işlər rezin əlcəklər, çəkmələr geyəndən sonra aparılmalıdır; mümkün olan hallarda işə başlamazdan əvvəl elektrik enercisini kəsmək lazımdır;
• zəhərli sahələrdə bütün xilasetmə işləri fərdi mühafizə vasitələrində aparılmalıdır;
• Burada icazəsiz əleyhqazı çıxarmaq, papiros çəkmək, su içmək, çörək yemək olmaz;
• radioaktiv zəhərlənmə sahələrində işləyən adamları şüalanması dozalarına ciddi nəzarət edilməlidir;
• deqazasiya və dezaktivasiya işləri mühafizə vasitələrini çıxarmadan və bu işlər üçün ayrılmış yerlərdə yerinə yetirilməlidir.
Təhlükəsiz iş qaydalarına düzgün əməl etməklə zədələnmə ocaqlarında əlavə bədbəxt hadisələrin qarşısına almaq olar.
Zədələnmə ocaqlarında, habelə təbii fəlakət rayonlarında adamları xilas etmək, onlara tibbi yardım göstərmək, müalicə ocaqlarına aparmaq və qəzaların məhdudlaşdırılması məqsədilə görülən işlərə xilasetmə və digər təxirəsalınmaz işlər deyilir.
Xilasetmə işlərini gördükdə aşağıdakı prinsiplərə riayət etmək lazımdır:
1) İşi tez bir zamanda başlamalı, 1-ci 3-4 saat müddətində sığınacaqlara hava vurmalı və onları açmalı, 10—12 saat müddətində ilk tibbi yardım göstərməli, bütün işləri bir sutka ərzində başa çatdırmalı;
2) İşlər görülən zaman mexanizmlərdən maksimum istifadə etməli;
3) Hərbiləşdirilməmiş dəstələr onların vəzifəsinə uyğun olaraq işləri yerinə yetirməlidirlər;
4) İşlər yerinə yetirildikdə təhlükəsizliyə riayət etmək lazmdır.
Nüvə zədələnməsi ocağında xilasetmə işləri aparılarkən aşağıdakı təhlükəsizlik qaydalarına riayət edilməlidir:
• işlərin icrası ilə əlaqəsi olmayan şəxslərin xilasetmə işləri aparılan sahələrdə qalmasına icazə verilməməlidir:
• işin icrasına başlamazdan əvvəl iş yerinin diqqətlə nəzərdən keçirməli, yenidən zədələmə təhlükəsi olan sahələrə lazımi nişanlar qoyulmalıdır:
• zədələnmiş binaya girərkən onun vəziyyətinə diqqət etmək, iş vaxtı divarların və s. hissələrin uçulması təhlükəsi olarsa, onları əvvəlcədən tamamilə dağıtmaq və ya bərkidib təhlükəsiz etmək lazımdır:
• qaz dolmuş və belə ehtimal edilən binadarda açıq alovdan istifadə edilməsinə, maşın və mexanizmlərin mühərriklərinin işə salınmasına yol verilməməlidir.
• uçqunlardakı elektrik məftilləri ilə bütün işlər rezin əlcək, rezin çəkmə geyəndən sonra izolyator materiallar üzərində dayanmaqla aparılmalıdır:
• deqazasiya və dezaktivasiya işləri mühafizə vasitələrini çıxarmadan və bu işlər üçün ayrılmış yerlərdə yerinə yetirilməlidir.
Nüvə zədə ocağında aparılan xilasetmə işləri (Xİ) və digər təxirəsalınmaz tədbirlər (DTT)
Nüvə zədə ocağı—elə ərazidir ki, nıvə silahının zədələyici amillərinin təsirindən binalar qurğular dağılır, yanğınlar olur, ərazinin radioaktiv zəhərlənməsi və əhalinin zədələnməsi baş verir.
Nüvə zərbələri endirildikdən sonra MM rəhbərləri və xidmətlərinin rəisləri ərazidə yaranmış vəziyyəti aydınlaşdırmaq üçün müvafiq işlər görülür, ocaqda xilasetmə işlərini (Xİ) təşkil edirlər. İşlərin görülmə ardıcıllığını ərazinin və obyektlərin MM rəhbərləri müəyyən edir. Onlar Xİ və DTT üçün məsuliyyət daşıyan şəxsləri təyin edirlər. Qüvvələrin yeridilməsi əvvəlcədən müəyyən edilmiş və ya konkret şəraitdən, xüsusilə də hərəkət ediləcək yollarda və obyektlərdə radiasiyanın səviyyəsindən asılı olaraq, yeni martşrutlarla aparılır.
Əvvəlcə kəşfiyyat bölmələri, sonra yol hərəkəti təminatı dəstələri, yanğın söndürmə bölmələri, MM xüsusi kəşfiyyat manqaları və ya qrupları yeridilir.
Qəza kimyəvi təhlükəli maddələrlə zəhərlənmiş ərazilərdə aparılan xilasetmə və digər təxirəsalınmaz tədbirlərin xüsusiyyətləri
Kimyəvi zədələnmə ocağında aparılan xilasetmə işlərinə aiddir:
• kimyəvi və tibbi kəşfiyyatın aparılması;
• profilaktik tədbirlərin, öz-özünə və qarşılıqlı yardımin edilməsi;
• zədələnmiş adamların axtarışı və aşkar edilməsi, onlara ilkin tibbi yardımın edilməsi və tibb müəssisələrinə köçürülməsi;
• zədələnməmiş əhalinin zədələnmə ocaqlarından köçürülməsi;
• insanların sanitar təmizlənməsi, paltarların və ayaqqabıların, mühafizə vasitələrinin, ərazinin, avadanlığın, texnikanın, nəqliyyatın deqazasiyası;
• zəhərlənmiş ərzağın və su mənbələrinin aşkar olunması;
• ərzağın, yemin zərərsizləşdirilməsi.
Kimyəvi zədələnmə ocağında aparılan xilasetmə işlərinin spesifik xüsusiyyətləri GTZM yüksək dərəcədə zəhərliliyi, zəhərlənmə əlamətlərinin tez inkişaf etməsi, zərərçəkmişlərə ilkin tibbi yardım göstərilməsinə qısa müddətdə yerinə yetirilməsi ilə əlaqədardır. Bununla əlaqədar xilasetmə işlərinin effektliliyi öz-özünə və qarşılıqlı tibbi yardımın tez müddətə göstərilməsi və zərərçəkmişlərin kimyəvi zədələnmə ocağının sərhədlərindən kənar yerlərə təcili təxliyənin aparılmasından asılıdır.
Kimyəvi zəhərlənmənin aşkar olunmasını və GTZM-nin növünü labarator nəzarət və müşahidə müəssisələri, həmçinin radiasiya və kimya nəzarəti postları yerinə yetirir.
Xilasetmə işlərinin yerinə yetirilməsi üçün MM hərbi hissələrinin kimya mühafizə dəstələri, təsərrüfat obyektlərinin xüsusi radiasiya əleyhi və kimya əleyhi xüsusi mühafizə dəstələri, tibb dəstələri, həmçinin xüsusi hazırlanmış və təchiz olunmuş dəstələr cəlb olunur.
Kimyəvi zədə ocağına yeridilən dəstələrin şəxsi heyəti tənəffüs üzvlərinin və dərinin fərdi mühafizə vasitələri, antidotlar, fərdi kimya əleyhi paketlə təmin olunurlar.
İlk olaraq ocağa zərərçəkmişlərə tibbi yardım göstərmək üçün hərbi hissələrin tibb dəstələri, qəza tibb dəstələri, həmçinin kimyəvi mühafizə bölmələri, radiasiya əleyhi və kimya əleyhi dəstələr yeridilir. Həmin qüvvələrin əsas işi zərərçəkmişlərə tibbi yardım göstərmək, ərazidən təxliyyə etmək, həmçinin ərazinin, avadanlıqların, texnikanın deqazasiya işlərini yerinə yetirməkdir.
İlk növbədə tənəffüs üzvlərinin mühafizə vasitələri olmayan insanlar təxliyyə olunur. Sonra əleyhiqazı olan ilk tibbi yardım göstərilmişlər köçürülür. Ən son filtr-ventilyasiya qurğulu sığınacaqlarda sığınmış insanlar köçürülür. Ağır zədələnmiş insanlar tibbi heyətin müşayəti ilə köçürülür. Zədələnmişlərin və insanların təxliyyəsi çox böyük əmək tələb edir və çoxlu nəqliyyat lazım gəlir. Zərərçəkmişlərin axtarışı, tapılıb nəqliyyat vasitələrinə yerləşdirilməsi və köçürülməsi üçün müxtəlif təyinatlı qüvvələr cəlb olunur. Əhalinin zərərçəkməmiş hissəsi müəyyən edilmiş yollarla ya piyada, ya da mümkünsə nəqliyyat vasitələri ilə ərazidən çıxarılır.
Kimyəvi mühafizə bölmələri, radiasiya əleyhi və kimya əleyhi dəstələr kimyəvi zədələnmə ocağında xilasetmə işləri ilə yanaşı ərazini və yolları, binaları və qurğuları deqazasiya edir, hərbi hissələrin şəxsi heyətini, fəhlə və quluqçuları, əhalini sanitar təmizləmədən keçirir, onların mühafizə vasitələrini və paltarlarını zərərsizləşdirirlər.
Kimyəvi zədə ocağından köçürülənlərin sanitar təmixlənməsi üçün təxliyyə marşrutlarının yaxınlığında, ocaqdan kənar ynrdə kimya mühafizəsi bölmələri xüsusi təmizləmə məntəqələri qururlar.
Qida sənayesi müəssisələrində, ambarlarda, ticarət şəbəkəsində olan ərzaq məhsulları, kimya zədələnmə ocağına yaxın su mənbələri, diqqətlə yoxlanılır, nümunələr götürülüb ekspertiza üçün kimyəvi labaratoriyalara göndərilir. Ekspertizanın nəticələrinə əsasən, onların istifadə edilməsinə, ya deqazasiyasına, ya da ləğvinə qərar verilir.
Kimya zədə ocağında xilasetmə işləri əleyhiqazlarda və dərinin mühafizə vasitələrində aparılır. Xilasetmə işlərinin aparılma müddəti fasiləsiz olaraq fərdi mühafizə vasitələrində yolverilən qalma müddəti ilə müəyyən edilir.
Kimyəvi zədələnmə ocağı o zaman ləğv edilmiş olur ki, orada insanların müdafiə vasitələrsiz qalması təhlükəsiz olsun.
Təbii fəlakətlər zamanı aparılan xilasetmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin xüsusiyyətləri
Təbii fəlakətlər zamanı aparılan xilasetmə işləri və digər təxirəsalınmaz tədbirlər nüvə zədə ocağında və texnogen xarakterli FH baş verən zədələnmə zonalarındakı tədbirlərdən əhəmiyyətli dərəcədə fərqlənir.
Subasma zamanı görülən işləri əaşağızakı qruplara ayırd edirlər:
• kəşfiyyaiın təşkili və su basmış zonaların sərhədlərinin müəyyən edilməsi;
• zədələnmişlərin axtarışı və aşkar olunması;
• suda, dağılmış və su basmış binalarda, hündürlüklərdə və başqa yerdə olan zədələnmişlərə çatmaq üçün yolların təmin edilməsi;
• zərərçəkmişlərin xilas edilməsi və onlara ilkin tibbi yardımın və digər yardımların göstərilməsi;
• təhlükəli zonalardan əhalinin köçürülməsi və onların həyat fəaliyyətinin təmin olunması.
Bu tədbirlərin yerinə yetirilməsi üçün FHN-nin regional və rayon səviyyəli dəstələrinin şəxsi heyəti və axtarı-xilasetmə texnikası cəlb edilir. Ən mürəkkəb və çətin iş kəşfiyyatın aparılması, subasma zonasının sərhədlərinin təyini, zərərçəkmişlərin axtarışı və su ilə onlara çatmaq üçün yolların təmin olunmasıdır.
Kəşfiyyat və sərhədlərin müəyyən edilməsi hava kəşfiyyaiı vasitəsi ilə müəyyən edilir. Vertolyotlar zərərçəkmişləri axtarışı və aşkar olunması, onlara çatmaq üçün, həm də subasma zonalarından insanların, maddi sərvətlərin və müxtəlif mülkiyyət vasitələrinin təxliyyəsi üçün istifadə olunur.
Zərərçəkmişləri aşkar etmək və onlara yaxınlaşmaq üçün üzən trasportyorlardan, hava dolu qayıqlardan, avarlı qayıqlardan, mühərrikli katerlərdən həmçinin yerli əhalinin müxtəlif üzmə vasitələrindən istifadə edilir. Vertolyot ekipajı suda zərəçəkmişləri aşkar etdikdə, xüsusi qaldırıcı qurğu ilə onlara qayıq sallanır, xilasedici aşağı enərək onların vertolyota qaldırılmasına yardım edir.
Üzücü vasitələr zərərçəkmişə yaxınlaşdıqda səs və işıq siqnalları verilir, onlara xilasedici vasitələr atılır. Üzən transportyorların və gəmilərin göyərtəsinə traplar bərkidilir, onların vasitəsilə zərərçəkmişlər müstəqil olaraq, ya da xilasedicilərin köməyi ilə göyərtəyə qaldırılır.
Sel baş verərsə, onun ləngidilməsi, selin axma istiqamətinin dəyişdirilməsi xilasetmə işləri ilə yanaşı aparılır.
Şəraitin dəqiq qiymətləndirilə bilməsi üçün kəşfiyyat təşkil edilir. Ən operativ üsul hava kəşfiyyatıdır, onun vasitəsilə böyük ərazilərdə şərait haqqında daha dəqiqi və tez məlumat əldə etmək olar. Şəraitlə daha dəqiq və xırdalıqlarla məlumat əldə etmək üçün körpülərin, dambaların yanında yerüstü kəşfiyyat tətbiq edilir.
Sənaye və digər binaların subasmadan və istehsal avadanlıqlarını mühafizə etmək üçün suyuq axma istiqamətini dəyişdirən kanallar salınır, dambalar tikilir, qapı və pəncərələr tutulur. Sonradan zirzəmilərdən, binaların aşağı mərtəbələrindən və mühafizə qurğularından suyun çıxarılması təşkil edilir.
Subasma təhlükəsi olan yaşayış məntəqələrində postlar yaradılır və onlarla əlaqə qurulur.
Körpülərin, dambaların, suyığıcı və digər qurğuların mühafizəsi üçün qəza komandaları ayrılır.
Zərərçəkmişlərə ilkin yardım tədbirlərinə—onların isidilməsi və bədən tempraturunun bərpa edilməsi aiddir. Bu məqsədlə zərərçəkmişləri quru və isti geyimlə təchiz etmək, küləkdən, yağışdan mühafizə edən isti otaqlarda yerləşdirmək, isti çay vermək, mümkün olarsa qaynar duş və ya vanna qəbulu ilə təmin etmək lazımdır.
Müxtəlif zədələr almış zərərçəkmişlərə ilkin tibbi yardım etmək lazımdır: qanaxmanı saxlamaq, sınıqlar zamanı ətrafları immobilizə etmək, sarğı qoymaq lazımdır, lazım gələrsə isə ağrıkəsici yeridilir.
Zərərçəkmişləri təhlükəsiz zonada yerləşən tibb müəssisələrinə təxliyyə etmək üçün xüsusi xəstədaşıyan nəqliyyat vasitələrindən istifadə edilir. Mümkün subasa biləcək və sel təhlükəsi ola biləcək ərazilərdən, əhalini adətən əvvəlcədən təxliyyə etmək lazımdır. Təxliyyənin vaxtı hidrometereoloji xidmətin proqnozuna əsasən müəyyən edilir. MM və FH xidmətlərinin rəhbərləri təxliyyə komissiyaları ilə birlikdə əhalinin xəbərdarlığını təşkil edir və təxliyyə olunananların və nəqliyyatın toplanma vaxtını elan edirlər. Təxliyyə marşrutları yolların və körpülərin vəziyyətini nəzərə alaraq, nəqliyyatın maneəsiz keçə bilmə imkanı ilə seçilir.
Təxliyyə olunan əhalinin yerləşdiyi ərazi normal yaşayış və ictimai binaların, yataqxanaların, qonaq evlərinin və digər binaların olduğu su basmayan ərazi olmalıdır, hər bir adama düşən minimal yaşayış sahəsi 2,5 m2-olmalıdır. Əhalinin köçürüldüyü yaşayış məskənləri yerli asayiş keşikçilərinin qorumasına həvalə edilir, onlar üzmə vasitələri ilə təmin olunur.
Yerli idarəetmə orqanlarının qərarı ilə əhali, qiymətli maddi əşyalar, kənd təsərrüfatı heyvanları əvvəlcədən təhlükəli ərazilərdən çıxarılır. Təxliyyənin başlanması və keçirilməsi qaydası yerli radiotranslyasiya və televizor kanalları, müəssisələrin, idarələrin, təhsil ocaqlarının, həmçinin mənzil-istismar idarələrinin rəhbərləri tərəfindən elan edilir. Subasma qəflətən baş verərsə o zaman xəbərdarlıq bütün texniki vasitələrlə və səs gücləndiriciləri ilə edilir.
Xilasetmə və digər təxirəsalənmaz tədbirlərin həcmi subasmış və sel baş vermiş rayonlarda qəflətən təbii fəlakətlərin baş verməsinin qarşısını alan tədbirlərin görülməsindən asılıdır. Hərbi hissələr və dəstələr subasmış ərazilərdəki insanları axtarışını həyata keçirir, zədələnmişlərə ilkin tibbi yardım göstərir, onları təhlükəsiz yerlərə köçürür, maddi sərvətləri və istehsalat avadanlığını xilas edir, lazım dələrsə onları ərazidən çıxarır. Eyni zamanda əhali, kənd təsərrüfatı heyvanları, ərzaq məhsulları da təhlükə rayonlarından köçürülür.
Körpülərin, dambaların, torpaq vallarının möhkəmləndirilməsi işləri aparılır, kommunal-enerji şəbəkəsində qəza-bərpa işləri aparılır, yollar təmizlənir və bərpa edilir, hidrotexniki qurğular bərpa edilir.
Subasmış rayonlarda və köçürüləcək əhalinin yığışdığı ərazidə həm əhalinin, həm də dövlət, ictimai və vətəndaşların şəxsi əmlakının qorunması üçün ictimai asayışın mühafizəsi təşkil edilir.
Qayda-qanuna əməl olunmasını təmin etmək üçün subusmış rayonlarda, əhalinin təxliyyə olunduğu yollarda və yerləşdirildiyi yerlərdə, həmçinin, avtomobil və dəmir yollarında komendant saatı təşkil olunur.
Suyun səviyyəsi endikdən slnra subasmış rayonlarda və obyektlərdə şəraitin normaya salınması üçün böyük işlər görülür.
Qasırğa təsirindən sonra şəraiti dəqiqləşdirmək üçün kəşfiyyat aparılır. Kəşfiyyat vasitəsilə qasırğa baş vermiş rayonlarda dağıntıların xarakteri aydınlaşdırılır, kommunal-enerji, telefon, teleqraf şəbəkələrində zədələnmələrin olması müəyyən edilir, yanğın şəraiti öyrənilir və yanğınların yaxınlığında su mənbələrin olduğu yerlər müəyyən edilir, qasırğa nəticələrinin ləğvi üçün dəstələrin hərəkət edəcəyi yolların vəziyyəti öyrənilir.
Xilasedicilər qasırğa baş vermiş rayonlara gələn kimi insanları xilas etməyə, onlara ilkin tibbi yardım etməyə və təxliyyənin təşkili və yerinə yetirilməsini həyata keçirməyə başlayır, yanğınları lokallaşdırır və söndürürlər. Eyni zamanda kommunal-enerji və rabirə xətlərindəki nasazlıqları aradan qaldırır, küçələrdəki və yollardakı dağıntıları təmizləyirlər.
Qasırğaların nəticələrinin ləğvi üçün tərkibinə, təyinatına və texniki təminatına görə müxtəlif qüvvələr cəlb olunur. Yolların dağıntılardan, qardan, sıxışıb qalmış nəqliyyat vasitələrindən təmizlənməsi üçün texniki vasitələrlə—traktor, yol və qartəmizləyicilərlə təmin olunmuş dəstələr cəlb olunur.
Yerli idarəetmə orqanlarının qərarı ilə yolların təmizlənməsinə əmək qabiliyyətlt əhali cəlb oluna bilər.
Ədər qasırğanın nəticələrindən biri subasma olarsa, o zaman subusma zonasında aparılan bütün tədbirlər burada yerinə yetirilir.
Kütləvi qırğın silahlarının tətbiqinin nəticələrinin aradan qaldırılması.
Kütləvi qırğın silahlarının tətbiqinin nəticələrinin aradan qaldırılması tətbiq edilən silahın növündən, tətbiq edildiyin yerin miqyasından və bir sıra digər amillərdən asılıdır. Nəticələrin ləğv edilməsi mürəkkəb şəraitdə-tam və güclü dağıntılar, başdan-başa xarabalıqlar, yanğınlar, subasmalar, atmosferanın və ərazinin radioaktiv maddələr, kimyəvi zəhərli maddələr, güclü təsirli ZM, bakterial vasitələrlə çirklənməsi fonunda aparılır. Müasir qırğın vasitələrinin tətbiqi nəticəsində kombinə olunmuş zədələnmə ocaqları əmələ gəlir. Belə ocaqlarda ilk növbədə ən böyük təhlükə yaradan zədələyici amili müəyyən etmək lazımdır və həmin amilin təsirini aradan qaldıran və ya təsirini minimuma endirən tədbirlər yerinə yetirilir, sonra isə digər amillərin təsirinin nəticələri aradan qaldırılır. Radiasiya, kimyəvi və bakterioloji çirklənmə şəraitində işlərin yerinə yetirilməsi tənəffüs üzvlərini və dərini mühafizə vasitələri istifadə edilməsi lazım gəldiyinə görə, zədələnmişlərin ehtiyat əleyhiqazlarında olmasına və hissəvi və ya tam sanitar təmizlənməsi aparılması lazım gəldiyinə görə işlərin tempini əhəmiyyətli dərəcədə aşağı salır. İşlərin yerinə yetirilməsi üçün iş vaxtının az olması, dezaktivasiya, dezinfeksiya, deqazasiya, sanitar təmizləməsi işlərinin aparılmasına cəlb olunananların sayının artımına səbəb olur. Bir neçə zədələyici amilin təsirindən alınan zədə və yaralanmaların çox olması zədələnmişlərə ilkin tibbi yardımın göstərilməsini və onların tibb müəssisələrinə nəql olunmasını çətinləşdirir.
Yazılanlardan başqa kombinə olunmuş ocaqlarda xilasetmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsinin digər xüsusiyyətləri aşağıdakılardır:
• eyni zamanda və ya ardıcıl olaraq xüsusi hazırlanmış və təmin olunmuş müxtəlif təyinatlı qüvvə və vasitələrin işə cəlb olunması lazım gəlir;
• ləğvetmə işlərində iştirak edin dəstələrin şəxsi heyətininin üzvləri, əhalinin rejimli və təcridedici-məhdudlaşdırıcı ekstern profilaktika məqsədilə antidotların, radiasiya əleyhi, bakterial vasitələr əleyhi və digər vasitələr istifadəsi lazım gəlir;
• xilasetmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin müvəffəqiyyətlə həyata keçirilməsi üçün həmtərəfli təminat çox çətin olur.
Böyük dağıntı zonalarının, xarabalıqların, geniş subasma zonalarının, yanğınların, çirklənmələrin, zədələnmələrin olması insanların və texnikanın işini ağırlaşdırır, təxirəsalınmaz işlər xilasetmə işləri ilə eyni zamanda yerinə yetirilir və bəzən isə onlardan öncə yerinə yetirilir.
ZƏHƏRLƏNMƏ NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI
DEZAKTİVASİYA-zəhərlənmiş sahələrin, texnikanın, əşyaların, paltarların və ayyaqqabıların səthindən radioaktiv maddələri kənar etməklə zəhərlənmənin təhlükəsiz dərəcəyədək azaldılmasıdır.
Dezaktivasiyanı 2 üsulla-fiziki və fiziki-kimyəvi üsulla aparmaq olar.
Fiziki üsul radioaktiv maddələri səthlərdən yumaq, silmək, süpürmək, zəhərli üst qatı qazımaq və çırpmaqla kənar etməkdən ibarətdir.
Fiziki-kimyəvi üsul zəhərli səthləri turşu, qələvi və ya adi yuyucu məhlulları ilə yuyub təmizləməkdən ibarətdir. Dezaktiıvasiya nəticəsində radioaktiv maddələr məhv olmur, onlar yalnız əşyaların səthindən kənar edilir.
Ərazini və ordakı obyektləri, nəqliyyatı və müxtəlif əşyaları 2 üsulla mexaniki və fiziki-kimyəvi üsulla dezaktivasiya etmək olar. Mexaniki üsulun mahiyyəti zəhərlənmiş obyektlərin, nəqliyyat vasitələrinin və əşyanın üzərindən radioaktiv tozu süpürərək, çırparaq, silkələyərək, su şırnağı ilə yuyaraq kənar etməkdən ibarətdir.
Zəhərlənmə dərəcəsi yolverilən həddən yüksək oluqda dezaktivasiya aparılır. Ərazinin dezaktivasiyası ahağıdakı üsullarla aparılır:
• asfalt və beton örtüklü ərazilərdən küçəsüpürən-yığışdıran maşınların köməyilə süpürülməsi;
• bərk örtüklü ərazilərdən yuyucu maşınların köməyilə radioaktiv tozun yüksək təzyiqlə su şırnağı ilə yuyulması;
• buldozerlər vasitəsilə zəhərlənmiş qruntun 5-10 sm qalınlığında qazılıb kənarlaşdırılması;
• zəhərlənmiş sahələrin 8-10 sm qalınlığında təmiz qruntla örtülməsi;
• zəhərlənmiş zonanın traktorlarla 20 sm dərinliyində şumlanması;
• əgər yuxarıdakı üsulları tətbiq etmək mümükün deyilsə, o zaman zəhərlənmiş zonadan keçmək üçün xüsüsi örtüklü yolların salınması;
• qış vaxtı qar və buz örtüyü 20 sm qalınlığında qazılıb bir yerə buz qalağı kimi yığılır.
Binaların və tikililərin dezaktivasiyası su ilə yuyulmaqla aparılır. Ədatən, yuyulma yuxarıdın aşağıya aparılır. Pəncərələr, qapılar, eyvanlar, karnizlər və binaların aşağı mərtəbələri xüsusilə təmiz yuyulmalıdır.
Daxili otaqların dezaktivasiyası əsgilərin, süpürgələrin və fırçaların köməyilə, həmçinin su ilə yumaqla apaparılır.
Yaşayış otaqları aşağıdakı qaydada dezaktivasiya edilir: tavan yaş əsgi ilə silinir, mebellər divarlardan kənara çəkilir və yaş əsgi ilə silinir, yumşaq mebel xüsusi sahələrdə, həyətldərdə çırpılır, xalçalar və digər əşyalar tozsoranla təmizlənir, döşəmə isti su və sabunla yaxud, 2-3%-li sodalı su ilə yuyulur, sonra radiometrlə ölçmələr aparılır; tikililərin daxilində zəhərlənmə 90 mR/saatdan artıq olmamalıdır
Müəssisələrin sexlərində və qarajlarda dezaktivasiya su ilə tavanların, divarların, döşəmənin yuyulması ilə aparılır. Dəzgahlar və cihazlar su və ya sabunlu-sodalı məhlulla yuyulur, hissələri benzin və kerosinlə silinir.
Nəqliyyatın və texnikanın dezaktivasiyası radioaktiv maddələrlə zəhərlənmə 180 mR/saat həddini keçdikdə aparılır. Texnika və nəqliyyat vasitələri qismən və ya tam dezaktivasiya edilə bilər. Aşağıdakı üsullarla aparılır: radioaktiv maddələrin 2-3 atmosfer təzyiq altında su şırnağı ilə yuyulması; texnikanın 0,15-0,3%-li yuyucu toz məhlulları ilə yuyulması; texnikanın benzində, kerosində və dizel yanacağında isladılmış əsgi ilə silinməsi.
Qismən dezaktivasiya zamanı maşınların metaldan, plastik kütlədən və taxtadan düzəldilən hissələrini yaş əski ilə silir, yuyuyur və fırça ilə təmizləyirlər. Brezentləri, kabinanın parçadan tikilmiş içəri örtüklərini süpürür, fırça ilə təmizləyir, çırpırlar.
DEQAZASİYA-zəhərləyici maddələrin neytrallaşdırılması və ya zəhərli səthlərdən kənar edilməsindən ibarətdir. Davamlı zəhərli birləşmələrlə: iprit, zarin, zoman V-qazlarla zəhərlənmiş obyektlərin deqazasiyası aparılır.
Zəhərləyici və güclü təsirli zəhərli maddələrlə kimyəvi reaksiyalara girən, onları zərərsizləşdirən, qeyri-toksik və zəif toksiki birləşmələrə çevirən kimyəvi birləşmələrə və yaxud qarışıqlara deqazasiya maddələri deyilir.
Deqazasiya maddələri xassələrinə və hər hansı bir zəhərləyici və ya güclü təsirli maddə ilə qarşılıqlı kimyəvi reaksiyaya girməsi xüsusiyyətlərinə görə 2 qrupa təsnif olunur:
1) oksidləşdirici və xlorlaşdırıcı təsirli deqazasiya maddələri;
2) hidroliz təsirli deqazasiya maddələri.
Birinciyə aiddir; kalsium hipoxlorid, dixloramin, heksaxlormelanin, kalsium hidroksid, kalsium xlorid, kalsium karbonat.
İkinciyə aiddir; 2aş,2bş №-li deqazasiya məhlulları, susuzlaşdırılmış kalsiumlu soda və ammonium bikarbonat.
Deqazasiya kimyəvi, fiziki-kimyəvi, fiziki üsullarla aparılır.
Deqazasiyanın kimyəvi üsulu deqazasiya maddələrinin zəhərlənmiş obyektlərin üzərindəki zəhərləyici maddələrlə kimyəvi reaksiyaya girməsinə əsaslanır. Nəticədə qeyri-toksiki birləşmələr əmələ gəlir. Bu üsul zəhərlənmiş yerləri deqazasiya məhlulları (suspenziya), yaxud xlorlu əhəngin sulu sıyığı ilə təmizlənməsi ilə aparılır. Bu üsulla deqazasiya zamanı xüsusi maşınların deqazasiya məhlullarında isladılmış, fırçalarındın, əsgilərindən və s. istifadə olunur. Zəhərləyici maddənin növü müəyyən edilməmişsə, zəhərlənmiş obyektləri əvvəlcə 1№-li deqazasiya məhlulul ilə təmizləyir, sonra isə 2-aq (ammonyak-qələvi) №-li (aq) (ammonyaksız-qələvili) deqazasiya məhlulundan istifadə edirlər. 1№-li deqazasiya məhlulunun hazırlanmasında dixloretandan DT-6 (heksaxlormelanin), həm də DT-2 üçün həlledici kimi istifadə olunur. V-qaz və ipritlə zəhərlənmiş texnikanın deqazasiyası və dezinfeksiyası üçün istifadə olunur.
2-aq №-li məhlulun tərkibi 2 faiz yeyici natrium, 5% monoetanolamin və 93% ammonyaklı su təşkil edir.
2-aq №-li məhlulun tərkibi 10% yeyici natrium, 25% monoetanolamin və 65% sudan ibarətdir. Güclü qələvi xassələrinə malik olduğuna görə, zarinin deqazasiyası üçün istifadə edilir. Bu məhlullar boyaları yumşaldıb yuyur, aliminium səthlərin korroziyasına səbəb olur, yun, dəri və xəz əşyaları dağıdır, insan dərisinə düşdükdə onu qıcıqlandırır.
1№-li ə 2№-li deqazasiya məhlulullarından istifadə olunduqda səthi deqazasiyaya dərhal nail olunur, amma dərin deqazasiyaya müəyyən vaxt tələb olunur. Məhz bundan ötrü texniuka və avadanlığın deqazasiyasından sonra müəyyən müddət ərzində təhlükəsizlik qaydalarına riayət etmək lazımdır.
Deqazasiyanın fiziki-kimyəvi üsulu yuyucu məhlullar, yaxud həlledicilər vasitəsilə zəhərlənmiş səthdən zəhərli maddənin yuyulmasına əsaslanir. Yuyucu məhlullar deqazasiya məhlullarına nisbətən zəifdir. Onlar vasitəsilə ancaq səthi deqazasiyaya nail olunur. Yuyucu məhlullardan deqazasiya məhlulları olmadıqda, yaxud 1№-li və 2№-li məhlullarla deqazasiya aparmaq mümkün olmadıqda (təyyarələr, optika, rabitə vasitələri və s.) istifadə olunur.
Həlledicilərlə deqazasiya zamanı ZM zəhərsizləşmir, amma həll olunub həlledici maddələrlə səthdən xaric olunur. Həlledicilərdən benzin, ağ neft, dizel yanacağı, dixloretan, spirt daha çox işlədilir.
Deqazasiyanın fiziki üsulu yüksək tempraturlu qaz axının təsiri şəraitində zəhərlənmiş səthlərdən ZM-nin buxarlanması və qismən parçalanmasına əsaslınır. Bu üsul istik maşınları vasitəsilə aparılır.
Mexaniki üsulla torpağın və ya başqa müəyyən maddələrin üst qatını qazıb (kəsib) atırlar.
Nəqliyyatın və texnikanın deqazasiyasının tam aparılmasını yoxlamaq məqsədilə kimyəvi kəşfiyyat cihazından istifadə olunur.
DEZİNFEKSİYA–xarici mühitdə infeksion xəstəlik törədicilərinin məhv edilməsi üçün keçirilən xüsusi tədbirlər kompleksidir. Dezinfeksiya – müxtəlif əşyaların səthindəki xəstəliktörədici mikrobların (bakteriya, virus və s.) və toksinlərin məhv edilməsidir. Geniş mənada buraya həmçinin dezinseksiya, deratizasiya daxildir.
Dezinfeksiya cari, son və profilaktik məqsədlə aparılır.
Cari dezinfeksiya xəstənin yatağı yanında yoluxmanın yayılmasının qarşısını almaq məqsədilə keçirilir (xəstənin ifrazatını və onun istifadə etdiyi əşyaları).
Son dezinfeksiya yoluxma ocağında xəstə təcrid ediləndən, xəstəxanaya qoyulandan, sağalandan və ya öləndən sonra yoluxma ocağını xəstəliktörədicidən tam təmizləmək məqsədilə aparılır.
Profilaktik dezinfeksiya yoluxcu xəstəliklərin baş verməsi və ümumi istifadə olunan əşyalar vasitəsilə yoluxmanın keçməsi imkanlarının qarşısını almaq məqsədilə aparılır. Zibil tökülən yerlər, ifrazat sularının axıdıldığı yerlər, insanların cəmləşdiyi yerlər təmizlənir.
Dezinfeksiya əsasən 3 üsulla: mexaniki, fiziki və kimyəvi vasitələrlə aparılır. Hər bir üsul sərbəst və ya digər üsullarla birlikdə aparıla bilər.
Mexaniki – mənzilin nəm yığışdırılması, paltar, yatacaq dəstlərini çırpılması, tozsoranla yığışdırma, havaya vermə, divarlarvn ağardılması, rənglənməsi, əllərin yuyulması və s. aiddir. Mexaniki üsul mikrobları məhv etmir, yalnız əşyaların üzərindən, səthlərdən, havadan mikrobları uzaqlaşdırır.
Bu üsulla bina və paltarlar mikroblardan 50-60% təmizlənir.
Fiziki – günəş şüalarından, ultrabənövşəyi şüalardan, qızdırılmış ütüdən, zibilin yandırılması üsulundan, quru qızmar havadan, su buxarlarından, habelə qaynatma üsulundan istifadə olunur. Bu məqsədlə dezinfeksion kameralar və avtoklavlardan istifadə olunur. Bu üsullar sadə və effektiv olduğu üçün geniş istifadə olunur. Məs. bağısaq və yuxarı tənəffüs yolları infeksiyaları törədiciləri 60 – 800 S temperaturda 30 dəq. qaynatdıqda məhv olur. Qaynatma üsulu ilə mətbəx ləvazimatı, qablar, xəstəyə qulluq əşyaları, tibbi alətlər, həmçinin yataq ağları, alt paltarlar dezinfeksiya olunr. Quru isti hava vasitəsilə qaynatmaq mümkün olmayan ləvzimatlar və əşyalar dezinfeksiya olunur. Su buxarlarında 1000S hərarət olur və bundan xüsusi buxar kameralarında istifadə olunur.
Kimyəvi üsulla dezinfeksiya zamanı kimyəvi dezinfeksiyaedici maddələrdən istifadə olunur. Kimyəvi üsul – turşu, qələvi, xlorlu əhəng, xloramin, fenol, formalin, süleymani məhlulu müxtəlif qatılıqlı məhlullar şəklində tətbiq edilir.
Xlorlu əhəng xlor iyi verən ağ tozdur, tərkibində 25 – 35 % aktiv xlor vardır. Dezinfeksiya üçün 0,2 – 5%- li məhlullarından istifadə olunur. Əvvəlcə 10% – li məhlulu hazırlanır: bunun üçün 10 litr suya 1kq və daha çox toz tökülür, qarışdırılır, bir sutka çökdürülür. Sonra məhlulun üst duru hıssəsı götürülür, çöküntü hissəsi atılır. Durulaşmış məhlulundan yaşayış yerlərini, ümumi istifadə yerlərini, qablar, qida qalıqlqrı və xəstənin ifrazatını dezinfeksiya etmək istifadə olunur. 10 – 20% -li məhlulundan ayaqyollarının divarlarını, zibil yeşiklərini, heyvandarlıq binalarının divarlarını ağartmaq üçün istifadə olunur. Xlorlu əhəng metalların korroziyasına, rəngli əşyaların ağarmasına, pambıq parçaların tez yeyilib xarab olmasına səbəb olduğu üçün bunların dezinfeksiyasında istifadə olunmur.
Kimyəvi dezinfeksiya üçün kalsium hipoxlorit duzundan, neytral kalsium hipoxloritdən istifadə olunur.
Xloramin suda yaxşı həll olan, zəif xlor iyi verən ağ rəngli tozdur. 26 – 28 % aktiv xlordan ibarətdir. 0,2 – 10 % -li məhlullarından xəstələrin ifrazatını, qabları və qida qalqlarini alt paltarlar və yataq ağlarını binaları dezifeksiyası üçün istifadə olunur. Vərəm cöplərinə və sibir yarası törədicilərinə qarşı az effektlidir.
Dezinseksiya – infeksion xəstəlik törədicilərini yayan həşəratlar, məişət həşəratları, buğumayaqlılar, həmçinin paltar və əmlaka ziyan vuran həşəratlara qarşı aparılan xüsusi tədbirlər kompleksidir. Məişətdə dezinseksiya milçəklərin, tarakanların, taxtabitilərin, birələrin məhv edilməsi, həmçinin ağacaqanadların, gənələrin dişləməsindən müdafiə kimi başa düşülür.
Dezinseksiya həm sərbəst həm də dezinfeksiya, deratizasiya, sanitar təmizləməsi ilə birlikdə həyata keçirilir. Mexaniki, fiziki, kimyəvi, bioloji, genetik və kombinə olunmuş dezinseksiya üsulları vardır.
Dezinseksiya tədbirləri şərti olaraq profilaktik və məhvedici növlərə ayırd olunur.
Profilaktik tədbirlərə aiddir: Mexaniki dezinseksiya üsulunda yaşayış mənzillərinin, təsərrüfat və əlavə otaqların təmiz saxlanması, müntəzəm nəm yığışdırılması, pəncərə və qapılara tor setkaların çəkilməsi, qida məhsullarının xüsusi taralarda saxlanması, şəxsi gigiyenanın gözlənilməsi, bədən və yatacaq ağlarının müntəzəm yuyulub təmizlənməsi və dəyişdirilməsi, müntəzəm olaraq mənzillərdə zirzəmilərdə havanın dəyişdirilməsi, xüsusi yapışdırıcı kağızlardan istifadə olunması, xırda su hövzələrinin, arxların təmizlənməsi, xırda gölməçələrin, su çuxurlarının torpaqla doldurulması vəs. su saxlanan sisternaların, bakların, çəlləklərin, su quyularının qapalı saxlanması. Zibil və ərzaq tullantılarının vaxtında təmizlənməsi də mexaniki dezinseksiyaya aiddir.
Məhvedici tədbirələrə aiddir:
• fiziki,
• kimyəvi,
• bioloji üsullar.
Fiziki üsullara aiddir; paltarların, yataq əşyalarının, xalçalarnı, pərdələrin silkələnib-çırpılması, tozsoranla tozun, həşaratların sorulub təmizlənməsi, tarakanlar və milçəklər üçün müxtəlif tələlərin, milçək və tarakanların qaynar su və dezinfeksion kameraların və qaynar ütünün köməyilə məhv edilməsi. Fiziki dezinseksiya üsulunda oddan, yüksək və aşağı temperaturdan, buxardan, quru isti havadan, dezinfeksiya kameralarından istifadə olunur. Belə ki, 500S temperaturdan yuxarı hərarət buğumayaqlı həşəratlara öldürücü təsir göstərir. Yataq ağları, alt paltarları və başqa geyimlər 30 dəq. ərzində (1% – li soda məhlulu əlavə etməklə) qaynatmaqla həşəratlardan təmizlənir. Həşəratların çox toplandığı yerlər, əşyalar (zibil, yararsız mebel və əşyalar) yandırılır. Döşəklər, çarpayılar, kiçik şkaflar buxar vasıtısılə təmizlənir.
Bioloji üsul – «canlıya qarşı-canlı» prinsipi ilə həyata keçirilir. Bura aiddir: gəmiricilərin fiziki və kimyəvi metodla erkəklərinin sterilizasiyası, artımının qarşısının alınması və s.
Dezinfeksiyanın kimyəvi üsulu kimyəvi zəhərli maddələrin həşəratlara öldürücü təsirinə əsaslanır. Kimyəvi üsullara aiddir; xlorlu məhlullar-heksaxloran, DDT (dixlordifeniltrixloretan); fosforlu üzvü birləşmələr-xlorofos, karbofos vəs. kimyəvi vasitələr, yuyucu tozlar, məhlullar aerozol kimi tətbiq edilir.
Zəhərli maddələr (insektisidlər) buğumayaqlılara bədən örtüyü vasitəsilə (kontakt zəhərli maddələr), zəhərli qida vasitəsilə bağırsaqdan (bağırsaq zəhərləri) və həmçinin hava vasitəsilə tənəffüs yollarından (fumiqantlar) təsir edə bilər. Bəzi zəhərlər kompleks təsirli – həm kontakt, fumiqasion, həm də bağırsaq təsirli olur. Bu preparatlara bir sıra tələblər qoyulur: həşəratlara öldürücü təsir göstərməli, insanlar və başqa heyvanlar üçün zərərsiz olmalı, kiçik dozalarda və qısa müddət ərzində effektiv təsir göstərməli, xarici mühit amillərinə qarşı davamlı olmalı, pis qoxulu,qıcıqlandırıcı, aşındırıcı təsirə malik olmamalı, ucuz olmalı, istifadəsi və daşınması asan olmalıdır. Kimyəvi preparatlar məhlul, emulsiya, suspenziya, toz qarışıqları şəklində, insektisid sabun, lak, boya, qələm şəklində, buxar, qaz, aerozol halında və həmçinin zəhərli qida, tələ şəklində istifadə olunur. Müasir dövrdə xlorofos, karbofos, trixlormetafos-3, DDBF, dikrezil, bor turşusu, piretrum və onun sintetik analoqları kimi preparatlardan istifadə olunur. Şəxsi heyəti xəstəlik yayıcı həşəratlardın hücumundan və dişləməsindən qorumaq üçün müxtəlif hürküdücü kimyəvi preparatlardan – dimetilftalat (DMF), dietiltoluamid, benzimin və karboksid – istifadə olunur. Ən çox bit, birə, taxtabiti, tarakanlar, həmçinin, milçək və ağcaqanadlara qarşı mübarizə aparılır.
Bitlərlə mübarizə: profilaktik olaraq vaxtaşırı (ən gec 10 gündən bir) alt paltarları və yataq ağlarını dəyişdirməklə yuyunma, yaşayış yerlərini təmiz saxlamaq üçün tədbirlər görülür. Paltar bitləri müəyyən olunduqda tam sanitar təmizlənməsi aparılır, paltarlar və yataq ləvəzimatları xüsusi kameralarda dezinseksiya olunur. Yaşayış yerləri 2 -3%-li karbofos və ya texniki xlorofosun 1% -li sulu məhlulundan istifadə olunur. Baş və qasıq bitləri müəyyən olduqda tüklü hissələr karbofosun 0,15%- li sulu emulsiyası ilə 20 dəq. isladılır və ya 0,25% – li dikezil məhlulu ilə təmizlənilir, piretrum tozu ilə işlənilir və 1 saatdan sonra yuyulur. Taxtabitləri məhv etmək üçün döşəmə, plintuslar, divarlar, yumşaq mebellər xlorofosun 1 – 4% – lu məhlulu, 0,3 – 0,5% -lı karbofos emulsiyası və trixlormetafos-3 ilə işlənilir. Bundan başqa “Perfos” aerozol balonlarından istifadə olunur. Taxtabiti olan yerlərdə yataq əşyaları, stol, şkaf, dolablarda olan əşyalar boşaldılır, mebelllər çəkilir, xalça və yerdə olan örtüklər götürülür, otaqlar, başqa yaşayış məskənləri dezinseksiya olunur. Bunun üçün 4%- li xlorofos, 1%- li karbofos və ya trixlormetafos – 3 – ün 0,3% – liemulsiyası və ya “ Prima”, Neozol – 2, Neofos -3 balonlarından istifadə olunur. Divarlarda olan dəliklər, şəkil asılan yerlər, mebellərin arxa tərəfləri dezinseksiya olunur. Yataq örtükləri, döşəklər, xalçalar xüsusi kameralarda təmizlənir. Tarakanların toplanması, artıb çoxalmasına qarrşı mübarizə aparmaq üçün plintus, qızdırıcı cihazların arxası, ventilyasiya boruları, sanitar və elektrik qovşaqları və s. yerlər xlorofosun 4% – li sulu məhlulu, karbofosun 0,5 – 1% – li məhlulu, insektisid balonlarından istifadə olunur. Uçan həşəratların çoxalmasının qarşısını almaq üçün məişət tullantılarından, zibil və qida qalıqlqarından, peyindən vaxtında qurtulmaq lazımdır.
Deratizasiya – epidemioloji təhlükə yaradan gəmiricilərlə mübarizəyə deyilir. Gəmiricilər taun, tulyaremiya, quduzluq, yalançı vərəm, sibir yarası, ensefalit kimi xəstəliklərin ötürücüsü ola bilər. Epidemioloji təhlükədən savayı gəmiricilər iqtisadi ziyan da vururlar: qida maddələrini xarab edir, yaşayış yerlərini və ərzaq anbarlarını çirkləndirir, rabitə və elektrik xətlərini gəmirir, aparatları sıradan çıxarır. Yaşayış yerlərində və onlara yaxın ərazilərdə əsasən boz siçovul və ev siçanlarına rast gəlinir. Açıq sahələrdə isə çöl və meşə siçanlarına rast gəlinir. Deratizasiya-xalq təssərüfatına iqtisadi zərər vuran, həmçinin insanda yolxucu xəstəlik törədən gəmiricilərin məhv edilməsidir.
Profilaktik tədbirlərə aiddir; gəmiricilərin yuva qurmasına, yemlənməsinə, artıb-çoxalmasına şərait yaranmasının qarşısını almaq-bunun üçün yaşayış evlərinə daxil olmasına mane olmaq, buğda, un, ət məhsullarının, tərəvəzin xüsusi taralarda saxlanması, ventilyasiya yollarının xüsusi metal setkalarla örtülməsi, zirzəmilərin, çardaqların pəncərələrinin şüşə ilə örtülməsi və s. aiddir.
Məhvetmə metodoarı-bioloji, mexaniki, kimyəvi-profilaktik tədbirlərlə yanaşı aparılmalıdır.
Bioloji metod-gəmiricilərə qarşı it, pişik, kirpilərdən istifadə etməklə aparılır. Təbiətdə bu məqsədlə bir çox yırtıcı heyvanların tələlər vasitəsilə ovlanması qadağan edilir-gəlincik, qunduz, qartal, bayquş, gecə quşu və s. bunlara aididir.
Mexaniki vasitələr-müxtəlif tələlərin qurulmasıdır.
Kimyəvi üsul-müxtəlif zəhərlər qarışdırılmış qida maddələrin istifadə edilir. Kimyəvi üsulla mübarizə aparmaq üçün sink fosfid, zookumarin, ratindin kimi maddələrdən istifadə olunur. Zəhərli qida tələləri hazırlamaq üçün çörək qırıntıları, müxtəlif yarmalardan sıyıqlar, bitki yağı, şəkər, duz, tərəvəzlər və s. istifadə olunur. Bu məhsulları qaba qoyub üzərinə zəhərli maddə, bitki yağı qoyub qarışdırırlar və torbalarda siçan yuvaları, deşiklərə qoyulur və ya açıq şəkildə divar diblərində, mebel altında və s. yerlərə qoyub gecə saxlayıb səhər təmizləyirlər. Su şəklində olan zəhəli maddələrdən istifadə olunur. Krısid, sink fosfid, zookumarin və rafindin kimi zəhərlərin sulu məhlulu siçan yuvalarından içəri tökülür. Çöl şəraitində deratizasiya məqsədilə zəhərli dənli bitkilərdən, buğdadan istifadə olunur. Kiçik sahələr əllə, böyük sahələr isə texnika ilə deratizasiya olunur.
TAM VƏ QİSMƏN SANİTARİYA TƏMİZLƏNMƏSİ
Radiasiyalı, kimyəvi və bioloji təhlükəli obyektlərdə qəzalar baş verdikdə və kütləvi qırğın silahları (nüvə, kimyəvi, bioloji) tətbiq edildikdə insanların dərisi, paltarları, texniki vasitələr, binalar, mühafizə qurğuları vasitələrlə zəhərlənə bilər.
Radioaktiv maddələrin təsiri bir-neçə gün ərzində, damcı şəklində olan zəhərləyici maddələr bir-neçə gün, soyuq vaxtlarda isə bir-neçə həftə və ay davam edir. Bioloji vasitələrin təsir müddəti bir-neçə gün və ay ola bilər.
Adamlar zəhərləndikdə sanitariya təmizlənməsi, ərazilər, qurğular, binalar, texniki vasitələr xüsusi təmizləmə keçməlidirlər. Sanitariya təmizlənməsi-adamların bədənini və paltarlarını zəhərlənmələrdən təmizləməkdən ibarətdir. Bu təmizləmə qismən və tam ola bilər.
Adamların sanitariya təmizlənməsi şəraitdən asılı olaraq tam və ya qismən aparılır.
Qismən sanitariya təmizlənməsi zədələnmə sahəsində və sahədən çıxarkən hər bir adam tərəfindən müstəqil olaraq apırılır. Qismən sanitar təmizlənməsi bədənin açıq səthlərinə, paltara, ayyaqqabılara və fərdi mühafizə vasitələrinə düşmüş radioaktiv maddələrin və bakterial vasitələrin kənar edilməsindən və zərərsizləşdirilməsindən ibarətdir. Qismən təmizləmə zədələnmə ocaqlarında və yaxud onlardan çıxandan sonra vaxt az olduqda bədənin açıq hissələrini müstəqil təmizləməklə bitir.
Qismən sanitariya iəmizliyi keçirərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir.
Zəhərlənmə ocaqlarında:
• üst paltarı; dəri müdafiə geyimləri və ayaqqabını şotka və yaxud süpürgə ilə təmizləməli;
• islanmış dəsmal (tampon) ilə əlin açıq yerlərini və əleyhqazın üz hissəsini silməli.
Zəhərlənmə ocaqlarından çıxdıqdan sonra:
• ehtiyatla üst paltarı və dəri müdafiə vasitələrini çıxarmalı (əleyhqaz çıxarılmır);
• arxası küləyə qarşı durub üst paltarı çırpmaq və təmizləmək;
• çüxarılmış paltarı kəndirin üzərinə asıb şotka və yaxud süpürgə ilə radioaktiv tozu süpürməli, əleyhqazın çantasını təmizləməli və hissəsini islanmış əski ilə silməli;
• əleyhqazı çıxarılıb əlləri, üzü, gözləri yaş dəsmalla silməli, ağız, burun boşluğunu təmiz su ilə yaxalamalı.
Bakterioloji vasitələrlə zəhərləndikdə:
• paltarı süpürgə ilə təmizləməli və yaxud çırpmalı;
• fərdi kimyəvi paketlə əleyhqazın üz hissəsini, boyun nahiyəsini və əlləri silməli.
Eyni vaxtda radioaktiv, kimyəvi və bakterioloji zədələnməyə məruz qaldaqda, birinci növbədə kimyəvi, sonra isə radioaktiv və bakterioloji zəhərlənmənin qarşısını almaq lazımdır.
Radioaktiv maddələrlə zəhərləndikdə qismən sanitariya təmizləmə bu ardıcıllıqla aparılır:
• əleyhqazı (respiratoru) çıxarmadan üst paltarları çıxarıb silirlər, süpürürlər və çırpırlar;
• ayaqqabıları yaş əski ilə silir və yaxud yuyurlar; qışda təmiz qarla təmizləmək olar.
• əleyhqazların (respiratoru) çantasını silirlər, üzun borucuğunu, qutusunu yaş əski ilə silirlər;
• əleyhqazı (respiratoru), əlcəkləri çıxarıb üzü, boyunu, əlləri təmiz su ilə yuyub, ağızı və boğazı qarqara edirlər.
Əgər su yoxsa dərinin açıq hissələri kimya əleyhi paketin daxilindəki maye ilə silinir (qışda təmiz qarla). Daha sonra üst paltarları çıxarır, arxası küləyə tərəf dayanaraq onları çırpırlar, sonra kəndirdən asıb, süpürgə ilə yuxarıdan aşağıya doğru radioaktiv tozdan təmizlənir və ya çubuqla çırpırlar.
Kimyəvi maddələr və bakterioloji vasitələrlə zəhərlənmə zamanı:
• fərdi kimyavi paketi (İPP-8) açmalı, əski (tampon) hazırlamalı;
• dərinin açıq yerlərini, əleyhqazın üz hissəsini, paltarın yaxalarını və əl dəyən yerləri silməli (bunu bir neçə dəfə təkrar etmək lazımdır).
İnsanların dərisi və paltarında damcı-maye halında olan zəhərləyici maddə damcılarını aşkar etdikdə, bint salfetkası deqazasiya məhlulu ilə isladılır və onunla dərinin açıq hissələri, paltarlar və əleyhiqazın üz hissəsi silinir.
Fərdi kimyaəleyhi paket olmadıqda zəhərləyici maddə damcıları pambıq, bint, hər hansı parça materiya parçası ilə ehtiyatla yuxarıdan aşağıya istiqamətində silinir, hər dəfə onu yenisi ilə əvəz edirlər. İmkan olan kimi isə həmin nahiyələri dərhal su ilə sabunla yuyurlər və təmiz dəsmalla quruluyurlar.
Kimya zədə ocağından çıxan kimi xüsusi ayrılmış yerdə mühafizə vasitələri çıxarılır. Sonra əleyhiqazı çıxartmadan dərinin açıq hissələri paltar və ayyaqqabılar yenidən gözdən keçirilir, əgər zəhərləyici maddə damcıları aşkar olunarsa, onlar yenə də deqazasiya məhlulu ilə təmizləyirlər.
Ayyaqqabılar əsgi, kağız və otla təmizlənir. Təmizləmə işlərini qurtardıqdan sonra, əllər və bədənin açıq hissələri kimya əleyhi paketin məhlulu ilə silinir.
Qismən sanitariya təmizləməsi sayəsində bütün radioaktiv maddələri tamamilə kənar etmək mümkün olmur. Buna görə də belə təmizləmədən keçmiş adamlar adətən fərdi dozimetrik nəzarətdən keçirilir. Əgər məlum olsa ki, paltarın və bədənin radioaktiv zəhərlənməsi yol verilən səviyyədən artıqdır, onda tam sanitariya təmizlənməsi aparmaq lazımdır.
Tam sanitariya təmizləməsi—bütün bədənin isti su, sabun və kisə ilə yuyulmasından, habelə gözlərin, burun və ağız boşluğunun selikli qişalarının 2%-li soda məhlulu ilə təmizlənməsindən ibarətdir. Tam təmizləmə vaxt çox olduqda zədələnmə ocaqlarından çıxandan sonra, sanitar yuma məntəqələrində (SUM) aparılır. Bu vaxt adamların bədəni isti su ilə, sabunla və hamam lifi vasitəsilə yuyulur.
Tam sanitar təmizlənməsindən keçməli olanlar:
• qismən sanitar təmizləməsindən sonra radioaktivmaddə ilə zəhərlənmə səviyyəsi yol verilən normadan (bədəndə 15 mR/saat) artıq olan şəxslər;
• zəhərləyici maddələrlə və onların aerozolları ilə bilavasitə təmasda olan, bakterial zədə ocağında olan bütün əhali;
• bakterial zədə ogağında, kimya zədə ocağında və bakterial zədə ocağında zərərsizləşdirmə tədbirlərini həyata keçirən MM dəstələrinin şəxsi heyəti.
Tam sanitariya təmizləməsi mülki müdafiə qoşun bölmələrinin xüsusi təmizləmə məntəqələrində, adi hamamlarda, sanitariya buraxicilarında düzəldilən stasionar və səyyar yuyunma məntəqələrində aparılır. Hər bir şəxsə 40 litr su və 25 mq sabun sərfi nəzərdə tutlur.
Adamların tam sanitariya təmizlənməsi ilə birlikdə paltar zərərsizləşdirən stansiyalarda alt və üst paltarlar, ayaqqabılar tam dezaktivasiya edilə bilər.
Xüsusi təmizləmə məntəqələrində nəzarət-bölüşdürmə məntəqəsi, adamların sanitariya təmizlənməsi meydançası, habelə, paltar, ayaqqabı və fərdi mühafizə vasitələrinin dezaktivasiyası meydançası düzəldidlir.
Hər bir sanitariya təmizləməsi məntəqəsində adamlar ardıcıl olaraq dozimetrik postdan, soyunma yerindən, duş şöbəsindən keçirlər. Yuyunduqdan sonra adamlar bir daha dozimetrik nəzarətdən keçirilir və yalnız bundan sonra geyinmə şöbəsinə buraxılırlar.
Bütün təmizləmə meydançaları 2 hissədən: təmiz və çirkli hissələrdən ibarət olur.
Səyyar yuyunma məntəqələrinin, paltar zərərsizləşdirən stansiyaların şəxsi heyəti tənəffüs üzvlərini mühafizə edən vasitələrdə, rezin çəkmələrdə, əlcəklərdə, döşlüklərdə və ya qoruyucu kombinezonda işləməlidir.
Tam sanitariya təmizlənməsi hamamlarda, duşxanalarda, təmiz su hövzələrində və yaxud da xüsusi düzəldilmiş yuyunma məntəqəsində keçirilir. Hökmən alt paltarını dəyişirlər. Yuyunma məntəqəsində və ya meydançasında adətən üç şöbə olur: soyunma, yuyunma və geyinmə. Lazımi hallarda paltar zərərsizləşdirmə şöbəsi də düzəldilə bilər. Soyunma şöbəsində təmiz skamyalar qoyulmalıdır. Zəhərli paltarlar rezinli parçadan olan kisələrə yığılmalıdır. Sənədlər və qiymətli əşyalar xüsusi yerdə saxlanmalıdır.
Geyinmə şöbəsində skamyalar, təmiz paltar qoyulan yer olmalıdır.
Yuyunma məntəqəsinə xidmət edən həyət zəhərli paltarları, ayaqqabları və mühafizə paltarlarını zəhərsizləşdirmə şöbəsinə aparıb orada təmizləməli, sonra geyinmə şöbəsinə gətirməlidirlər. Sanitariya təmizlənməsinə göndərilən şəxslər soyunma məntəqəsində tibbi müayinədən keçməli gözlərin, ağız/burun selikli qişalarını 2%-li çay sodası məhlulu ilə təmizləməlidirlər.
Yuyunma məntəqəsində ardıcıllıqla əlləri, üzü, başı və bütün bədəni iki dəfə sabunlayıb və isti su ilə yuyurlar. Yuyunma 10-15 dəq. davam etməlidir.
Yuyunduqdan sonra bədənin radioaktiv tozdan tam təmizlənməsini dozimetrik cihazla yoxlamaq lazımdır. Əgər bədənə qalmış zəhərlənmə normadan artıq olarsa, yuyunma təkrar edilməlidir.
Lazım olduqda əhali sanitariya təmizlənməsini öz evlərində də təşkil edə bilərlər.