• en
  • ru

Mədə-bağırsaq  sistemi xəxstəlikləri

Mövzunu hazırladılar:  biologiya üzrə fəlsəfə doktoru, dosent Zamanova  Sevda Xasay q. 

 baş müəllim Məmmədova Nahidə Məcid q.

Mülki Müdafiə  və Tibbi biliklərin əsasları, Bədən tərbiyəsi      kafedrası. ADU

QASTRİTmədə selikli qişasının iltihabı ilə xarakterizə edilən xəstəlikdir. Əmələ gəlmə səbəbləri müxtəlifdir. Adətən mədə selikli qişasının çoxlu, kobud, acı, kəskin dadlı, qaynar və soyuq qidalarla qidalanarkən qıcıqlanması  nəticəsində baş verir. Qida rejiminin sistematik pozğunluqlarında—5-6 saatlıq fasilələrlə müntəzəm olmayan qidalanma, sinir-psixi gərginliyi, zərərli vərdişlər və s. səbəb olur. Gedişinə görə kəskin və xroniki gedişli  qastrit ayırd olunur.

Kəskin qastrit—döş qəfəsi altında xoşafəlməz hissiyat, müxtəlif intensivlikdə ağrılar, mədə bulanması, gəyirmə, ağızda xoşagəlməz dad hissiyatı ikmi şikayətləri olur. Adətən qida qəbulundan 2-3 saat sonra başlayır—tüpürcək ifrazı artır, qusma olur, qusmadan sonra müvəqqəti yüngüllləşmə olur, lakin tam keçmir. Çox zaman qidadan iyrənmə olur. Yanaşı olaraq ümümi zəiflik, baş ağrısı, tempraturun zəif artması olur. Bir neçə saatdan sonra qarında quruldama, duru ishal olur. Düzgün müalicə olunduqda, pəhriz rejiminə riayət etdikdə xəstəlik bir neçə günə sağalır.

  Həkimə müraciət edənə qədər, dərman qəbul etmək, isitqac istifadə etmək olmaz. Xəstə yatağa uzandırılmalı, isti su  və ya çay verilməlidir, qida qəbul etmək olmaz. Qidalanmada pəhriz rejiminə əməl  edilməlidir. Kəskin əlamətlər keçəndən sonra əvvəlcə–isti şirin çay, yağsız şorbalar, bulyon, kisel, kefir verilir, tədricən rasion genişləndirilir (tərəvəz,meyvə, kəsmik, balıq).

XRONİKİ QASTRİT—sistematik qida rejimi pozulduqda, quru qidalanmada, qida lazımi qədər çeynənilmədikdə, qidalanma zamanı söhbət etdikdə, tez-tez alkoqullu  içkilərdən istifadə etdikdə, papiros, siqaret çəkdikdə, tez-tez aspirin, butadion, prednizolon kimi preparatlardan istifadə etdikdə, karioz dişlər, badamcıqların xroniki iltihabi kimi xəstəliklərdə  s. hallrda baş verir.

 Simtomları—ağrı hissiyatı, hava və qida ilə gəyirmə, qıcqırma, mədə bulanması, gah qəbizlik, gah ishal. Gənc yaşlarda xarakterik cəhəti mədə şirəsinin çox ifraz olunması, yaz-payızda kəskinləşmə, acqarına ağrılar.

 Müalicə. Bir   dəfəyə həddən artıq çox qida qəbul etmək, spirtli içkilərdən istifadə etmək olmaz, kəskin-acı qidalar, ədviyyatdan istifadə olmaz, pəhriz rejiminə əməl etmək lazımdır.

 MƏDƏ  VƏ   ONİKİBARMAQ   BAĞIRSAĞIN   XORASI

Xora xəstəliyi mədə və ya onikibamaq bağırsaqda xoranın əmələ gəlməsilə səciyyələnən xroniki xəstəlikdir. Xəstəlik nəticəsində mədə və ya bağırsaq divarının selikli qişasının, bəzən onun daha dərin qatlarının zədələnməsi baş verir və açıq yara əmələ gələ bilir.  Xora xəstəliyi aqressiv amillərlə orqanizmin müdafiə imkanları arasındakı müvazinətin pozulması nəticəsində inkişaf edən xronik, residivləşən xəstəlikdir. Normada mədədə turşuluğy çox yüksək olan şirə ifraz olunur, ancaq təbii müdafiə faktorlarına görə mədənin selikli qişası bu təsirə qarşı davamlı olur. Bəzi hallarda bu müdafiə zəifləyir, yaxud turşuluq o qədər artır ki, mədənin selikli qişası davam gətirmir və iltihaba uğrayır və əgər proses daha da dərinləşərsə sonrakı etapda erroziya (zədələnmə sahəsi), daha sonra isə xora (bir neçə xora) inkişaf edir. Oniki barmaq bağırsaq sanki mədənin çıxış kanalı olduğu üçün eyni proses burada da inkişaf edir.

Xəstəlik, əsasən, 30-40 yaşlı kişi və qadınlarda təsadüf edilir. Xora xəstəliyi – xroniki residiv verən xəstəlikdir. Mədə-bağırsaq sisteminin əsas funksiyalarının sinir və hormonal tənziminin (ümumi və yerli), mədə qidalanmasının və selikli qişalarının protiolizinin pozulması nəticəsində yaranır.

Dünyanın hər yerində geniş yayılmışdır və yaşlı əhalinin 2-3%-ni, xüsusi ilə şəhər əhalisində rast gəlir. Son illər cavan yaşlarda daha tez rast gəlir. Qadınlardan nisbətən daha çox kişilər, xüsusi ilə cavan yaşlarda 4 dəfə çox xəstələnirlər, qadınlar isə orta yaşlarında. Xoranın 12 barmaq bağırsaqda yerləşməsi – yeniyetmələr və gənc yaşlı oğlanlar üçün, mədədə yerləşməsi isə orta yaşlı və yaşlı adamlarda – qadınlarda və kişilərdə olması xarakterdir. Daha çox 12 barmaq bağırsaqda rast gəlir: 25 yaşına qədər adamlarda 1:13, 25-44-1:8 və s.

  Xora ən çox mədənin çıxacaq hissəsində (antral) və 12 barmaq bağırsağın soğanağında əmələ gəlir. Səbəbi: həmin hissələrdə damar şəbəkəsi mədə cismindən 2 dəfə azdır, sinir ucları isə çoxdur, əzələ qatı qalındır, çünki pilorusu dairəvi əzələləri var. Bundan başqa mədədə turşu əmələ gəlməsi və sekretlərin aktivliyi endokrin sisteminin (beyin qabığının təsirində olan) sayəsində olur. Hipotalamus, hipofiz vəzilərinin rolu böyükdür. Belə ki, dezoksikortikosteronun təsirindən qanda  K  ionların miqdarı artır, bu da HCl-ifrazını gücləndirir. Bütün yuxarıdakı söylənilənlər nəticəsində mədə şirəsinin  proteolitik aktivliyi artır. Bundan başqa  Ca  ionlarının da böyük rolu var (hüceyrə daxili proseslərin), kalsium regenerasiya prosesini gücləndirir.

  Bu xəstəlik yaşlı əhalinin 5 %-də rəst gəlir. Kütləvi profilaktik müayinələrdə əhalinin 10-20%-nin mədəsində və 12-barmaq bağırsağında xora, çapıqlaşmış sahələr aşkar olunur.

 Xora xəstəliyinin əmələ gəlməsi və inkişafı axıra qədər aydınlaşdırılmamış qalır.  İrsi meyilliyin böyük rolu var – məlumdur ki, eyni risk faktorlarının təsirindən onlarda daha çox və daha tez-tez xora xəstəliyi inkişaf edir.

  Yaranma səbəbləri:

  • Bu gün dünya alimləri xora xəstəliyinin əmələ gəlməsində bakterial amilin əsas rol oynadığını yekdilliklə qəbul etmişlə Elmi araşdımalar xəstəliyin yaranmasında «Helicobacter pylori (Hp)» bakteriyasının xüsusi rolunu sübut etdi. Xora xəstəliyinə düçar olmuş insanlar arasında aparılan tədqiqatlar göstərdi ki, onların 80%-i bu bakteriyaların daşıyıcılarıdır.
  • Xora xəstəliyinin əmələ gəlməsinin əsas səbəbi uzun müddətli və tez-tez təkrar olan psixoemosional gərginlikdir, xüsusilə də neqativ xarakterli (mənfi emosiyalar, konflikt vəziyyətlər, daima həyacan hissi, yorulma və). Psixoemosional gərginlik xüsusilə gənc yaşlarında xarakterdir. Stress nəticəsində mədə və onikibarmaq bağırsağın əzələlərinin tonusu dəyişir, damarların spazmı əmələ gəlir, selikli qişanın qan təchizatı pozulur və nəticə etibarı ilə onun mədə şirəsilə zədələnməsinə və xoranın əmələ gəlməsinə şəait yaranır. Klinik təcübə göstərir ki, əsəb gərginliyinin əmələ gəlməsində və ağırlaşmasında əsəb gərginliyi aparıcı amillərdəndir. Sinir-psixi gərginliklərdə mədə və 12 barmaq bağırsaqda sekretor və motor funksiyalarının pozulduğu zaman mədə və 12 barmaq bağırsağın selikli qişasında  turşuluğu artmış mədə şirəsinin təsirindən dəyişiklik baş verir. Mədənin motor funksiyasıda pozulduqda bu dəyişiklik get-gedə artır, yaxud mədə-bağırsaq  diskeneziyasında  turş mədə şirəsi qələvi və 12 barmaq bağırsaq mühitində neytrallaşmağa imkan tapmır, 12 barmaq bağırsağın selikli qişasını dağıdır.
  • Qidalanma amlinin xora xəstəliyinin əmələ gəlməsində rolu tam təsdiq olunmasa da, qıcıqlandırıcı, çox kəskin, ədviyyatlı, qaba, çox isti və ya çox soyuq qidalar mədə şirəsinin, həmçinin xlorid turşusunun ifrazını artırı Bu isə xora əmələ gətirən digər etioloji amillərin güclənməsinə təkan verir.
  • Şərait yaradan faktorlara – irsi meyillik, qidalanma pozğunluqları (quru yemək, müntəzəm olmayan qida qəbulu, tez yedikdə qidanın pis çeynəlinməsi, dişlərin xəstəliklərində, həmçinin qida məhsullarında zülalların, vitaminlərin, k/h-ın artıq qəbul edilməsi) papiros çəkmə, alkoqoldan istifadə və Elmi tədqiqatlar göstərmişdir ki, siqaret çəkən və spirtli içkilərə aludəliyi olan şəxslərdə xora xəstəliyinin əmələgəlmə ehtimalı daha yüksəkdir. Siqaret çəkmə və alkoqol qəbul etdikdə nəticədə mədə sekresiyası artır, mədə şirəsinin aktivliyi artır.
  • Alkohol həmçinin xlorid turşusunun ifrazını artırır, mədədə selik ifrazının əmələ gəlməsi prosesini pozur, mədənin selikli qişasının həssaslığını azaldır və xroniki qastritin yaranmasına səbəb olur. Spirtli içkilərə alışqanlığı olan insanlarda xəstəliyin müalicəsi daha çətin gedir və təkrarlanma ehtimalı daha artıq olur.
  • Bundan başqa mədənin müdafiə – baryer funksiyasının azalmasının da rolu böyükdü Selikli qişada – musin adlanan maddə var, o pepsinin, tripsinin təsirinə davamlıdır. Xora xəstəliyində musinin miqdarı azalır, keyfiyyəti pozulur. Mədə və 12 barmaq bağırsaqda musinin əmələ gəlməsini mərkəzi sinir sistemi, azan sinir sistemi və daxili sekresiya vəziləri tənzim edir.
  • Xəstəliyin əmələ gəlməsində mədənin selikli qişasını qıcıqlandıran aspirin və qeyri-steroid iltihab əleyhinə preparatların, habelə qlükokortikoidlərin uzun müddət və nəzarətsiz qəbulu da rol oynayı

  Xora xəstəliyi mədə şirəsinin aqressivliyi (ifrazının artması) ilə mədə və onikibarmaq bağırsağın selikli qişasının müdafiə amilləri arasında tarazlığın aqressivlik hesabına artması nəticəsində baş verir. Aqressivliyi yaradan amillərə helikobakter infeksiyası, xlorid turşusu ifrazının artması, selikli qişanı zədələyən alimentar amillər və s. addir.

  Klinika: Xəstəliyin gedişi yaranın yerindən, haçan inkişaf etməsindən, xəstənin yaşından, sinsr-emosional və endokrin statusundan, yanaşı xəstəliklərdən, ağırlaşmalarından asılıdır. Daha aydın klinika gənc yaşlarda rast gəlir.

Xoranın 12 barmaq bağırsaq və mədənin antral hissəsində yerləşdiyi tipik hallarda xəstələrin şikayətləri: döş sümüyünün altında tutmaşəkilli ağrı-xüsusilə ağqarına, yaxud yeməkdən 1,5-2 saat sonra və gecə. Ağrılar kürəkarası sahəyə və onurğa sütununa ötürülür. Az miqdar qida, soda və ya süd qəbul edəndə ağrı müəyyən müddətə ya azalır, ya itir. Ağrı gücləndikdə birdəfəlik qusma baş verir, ondan sonra ağrı sakitləşir. Bəzən xəstələr ağrını sakitləşdirmək üçün özlərini qusdururlar. Qıcqırma, gəyirmə, turş  dad, qəbzlik olur. Bu simptomlar yazda-payızda sinir-emosional gərginlik zamanı, ağır fiziki işdən sonra, xüsusilə də kobud və kəskin yeməklərdən, yeməkarası fasilələr çox olduqda, alkoqoldan sonra kəskinləşmələr xarekterikdir. Xəstələr arıq olur, hiperhidroz (dəri nəm) olur, dilin kökü ərplə örtülü olur. Əllədikdə ağrılı olur. Təzyiq aşağı olur, nəbzin sayı az olur. Mədə şirəsinin miqdarı çoxalır (50 mm-dən çox), HCl ac qarına çox olur. Xəstəliyin klinikası xoranın yerindən asılıdır.

  Xora mədənin kardial hissəsində yerləşdikdə yeməkdən dərhal sonra döş sümüyünün  altında və ya sol qabırğaarası sahədə basıcı, dartıcı xarakterdə ağrı baş verir. Həmin hissələr yemək zamanı göynədici olur. Ağrı döş sümüyünün arxasına, ürək nahiyyəsinə yayılır. Soda və südün təsirindən keçir. Qıcqırma, qida ilə gəyirmə olur. Döş sümüyünün xəncərəbənzər çıxıntısından basdıqda ağrı olur. Əgər yara mədənin lap girəcəyində yerləşərsə, tez-tez qanaxmalar baş verir, deşilərək qarın boşluğuna, plevra boşluğuna, ürək boşluğuna və s. açıla bilər.

  Xora mədənin cismində və dibində yerləşərsə, ağrılar yeməkdən 20-30 dəqiqə sonra və gecələr, acqarına küt-sızıldayıcı xarakterli olur. Soda və süd qəbul etdikdə ağrılar sakitləşir. Qida ilə gəyirmə, mədə bulanması olur. Qıcqırma az-az hallarda olur. İştah ya olduğu kimi qalır ya da azalır. Bu hissədə olan xora çox vaxt xərçəng şişinə çevrilir.

  Xora mədənin pilorik hissəsində yerləşəndə 12 barmaq bağırsaq xorasını xatırladır. Ağrılar intensiv olur, uzun müddətli olur, yemək qəbulu ilə əlaqədər olur. Tez-tez kəskinləşir, sağ qabırğaaltına, döş sümüyünün arxasına yayılır, çoxlu qusma olur, arıqlama olur. Xora çapıqlaşanda həmin hissə stenoza uğrayır.

  Soğanaq hissəsində xora orta və yaşlı adamlarda inkişaf edir. Qıcqırma, gəyirmə, ağrılar-sağ qabırğaaltına, çiyinə, kürəyə, sol qabırğaarasına yayılır. Ağrının gücü artdıqda qusma baş verir, lakin, adətən yüngülləşmə vermir. Bağırsaq qanaxmaları xarakterdir. Qadınlarda az hallarda kəskinləşmə olur, ağrılar güclü olmur.

  Atipik gedişli adətən yanaşı xəstəlik olduqda baş verir. Fəsil xarakterli olmur. Ağrılar sızıldayıcı olur, mədə bulanması, hava ilə gəyirmə olur. Xəstəliyin kəskinləşməsi, kəskinləşmənin sakitləşməsi, residiv, fasiləsiz residiv verən və remissiya dövrü olur.

  Ağırlıq dərəcəsinə görə yüngül, orta ağırlıqlı və ağır dərəcəli olur. Yüngül formada ildə 1-2 dəfə resediv verir, 1-2 həftəyə sakitləşir, arıqlama olmur. Orta ağır dərəcədə ildə 1-3 resediv olur, ağrı, tez qusma, arıqlama olur.

  Ağırlaşmalar: Qanaxmalar ən çox gənc yaşlarda olur. Yaranın deşilməsi – yeməkdən sonra olur, qarında çox kəskin ağrı olur, məcburi oturaq vəziyyət alır – dizini qarnına sıxır. Qarın divarı kəskin olur. İlk saatlarda qusma olur, sonra peritonit başlayır. Penetrasiya – digər orqanların üzərinə deilir. Mədə çıxacağının çapıq nəticəsində stenoza uğraması və s.

  Simptomatik xoralar:

  1. Stress yaraları – kəllə-beyin travmalarından sonra, kəllə və daxili orqanlarda operasiyadan sonra, miokard infaktı, şok.
  2. Endokrin yaraları – tireotoksikoz, şəkərli diabet, klimakterik nevroz.
  3. Dərman qəbulu ilə əlaqədər xoralar (salisilat, butadion, lidometasin, rezerpin və s.).
  4. Allergik yaralar.
  5. Sinir reflektoru yaralar – öd daşı, sidik daşı xəstəliklərində, xroniki appedisit, pankreatit, bağırsaq keçməməzliyi.
  6. Trofiki xoralar-hepatit, sirroz, bronxit, sətəlcəm, böyrək çatışmamazlığı.

 Xəstəni həkimə müraciət etməyə vadar edən əsas simptom epiqastral (mədə) nahiyədə olan kəskin ağrılardır. Xora xəstəliyi zamanı baş verən ağrılar bir sıra xüsusiyyətlərə malikdir. Qida qəbulu ilə əlaqədar ağrılar erkən, gecikmiş, gecə ağrıları və acqarına ağrılara ayrılır. Bununla yanaşı, xəstələrdə mədədə qıcqırma, mədəbulanma və qusma qeyd olunur. Qıcqırma mədənin turş möhtəviyyatının qida borusunun aşağı hissəsinə keçməsi hesabına baş verir. Qıcqırma yeməkdən sonra ağrı ilə eyni vaxtda yaranır. Ürəkbulanma və qusma xora xəstəliyinin kəskinləşməsi dövründə baş verir.

  Fəsadlar: Xora xəstəliyinin qanaxma, perforasiya (deşilmə), stenoz kimi ağır fəsadları yarana bilər. Xəstəlik zamanı xoranın xərçəngə çevrilməsi ehtimalı da az deyildir. Xora xəstəliyi nəticəsində vegetodamar distoniyası, qəbizlik, qaraciyər və öd kisəsinin, habelə mədəaltı vəzin zədələnmələri baş verə bilər.

Diaqnostika. Xora xəstəliyinin müayinəsinin əsas diaqnostik metodları mədə və 12-barmaq bağırsağın endo- və rentgenoskopiyasıdır, həlledici üsul endoskopiyadır. H.pylori  infeksiyasının diaqnostikası isə bakterioloji, morfoloji, sitoloji müayinə, tənəffüs və ureaza testləri vasitəsilədir.

  Müalicə. Xora xəstəliyinin müalicəsi kompleks şəkildə aparılmalıdır. Mədə və 12-barmaq bağırsağın xora xəstəliyinin konservativ (farmokoterapiya) və cərrahi müdaxilə yolu ilə müalicəsi mümkündür. Mədə xoralarının böyük əksəriyyəti-80%-ə qədəri 12-15 həftəlik  müalicə kursu ilə sağalır. Residiv  tezliyi (kəskinləşməsi) 5 il ərzində 25-60% arasında rast gəlinir. Xora xəstəliyinin medikamentoz (dərman preparatları vasitəsilə) müalicəsi üçün 500-dən artıq preparat, 1000-dən artıq onların kombinasiyası təklif olunub. Konservativ müalicə metodu seçildikdə çox faktorlar nəzərə alınmalıdır; lokalizasiyası, ölçüləri, inkişaf stadiyası, xəstənin yaşı, yanaşı xəstəliklər, xəstəliyin davam etmə müddəti, müəyyən dərman maddələrinə qarşı dözümsüzlük və s.

Epidemioloji müayinələr hər iki adamdan birində mədədə bakterial (Helicobakter pylori)  mənşəli dəyişikliklər aşkar etmişdir. Son 10 ildə, yəni xəstəliyin bakterial mənşəli olması ehtimalının müəyyən edilməsi xəstəliyin konservativ müalicə metodunun təkmillşməsinə, kardinal surətdə dəyişməsinə səbəb olmuşdur.

Əsas müalicə «Helicobacter pylori (Hp)» ilə mübarizəyə yönəldilməlidir. Bu məqsədlə antibakterial preparatlar və xlorid turşusu sekresiyasının inhibitorları (ifrazını azaldan) dərmanlar təyin olunmalıdır. Xlorid turşusu sekresiyasının inhibitorları antibakterial preparatların təsir etməsi üçün mədənin pH-nın normal səviyyəsini təmin edir, həmçinin xoranın çapıqlaşması prosesinə xlorid turşusunun aqressiv təsirini azaldır. Üç  komponentli müalicə kursuna «proton nasosu» blokatoru (omeprazol, pantoprozol, lansorpazol), yaxud histamin H2 inhibitoru (anitidin, famotidin) və ya bismut preparatı və iki antibakterial preparat daxildir. Dörd komponentli müalicə kursu antisekretor preparat, bismut preparatı və iki antibakterial preparatın təyin olunmasını nəzərdə tutur.

  Xoranın perforasiyası, profuz mədə-bağırsaq qanaxması və stenoz cərrahi müalicəyə tam göstəriş hesab olunur.

  Qoruyucu pəhrizlər xəstəliyin kəskinləşməsi dövrü 2-3 gün müddətinə təyin olunur. Qidalar suda bişirilir, sürtgəcdən keçirilir. Xəstəliyin remissiya dövrü böyük məhdudiyyətlər qoyulmur, lakin qidanın tez-tez qəbul edilməsi tövsiyə olunur.

                                  ÖDDAŞI   XƏSTƏLİYİ

  Xəstəliyin mahiyyəti öd kisəsində və öd yollarında daş əmələ gəlməsindən ibarətdir. Xəstəliyin inkişaf etməsinə öd yollarının infeksiyaları, maddələr mübadiləsinin pozulması, öd kisəsinin yığılma qabiliyyəti pozulduğu üçün öd kisəsində öd durğunluğu kömək edir. Öddaşı xəstəliyi geniş yayılmış xəstəlik olub, əhalinin 10-20%-də rast gəlinir. Bu xəstəlik Avropa və Şimalı Amerikanın şəhər əhalisi arasında daha çox müşahidə olunur. Məsələn, İsveçdə yoxlanılanların 38%-də öddaşı xəstəliyi qeyd edilib. Bu xəstəlik Afrika qitəsinin yerli əhalisi arasında ən az təsadüf edir. Belə ki, Afrika əhalisi arasında bu xəstəlik qitə sakinlərinin 1%-də qeyd olunur.

  Öd kisəsi ödçıxarma sisteminə qoşulmuş armudvarı formalı, nazikdivarlı, tutumu 30-70 ml olan bir üzvdür. Burada qaraciyərdən gələn ödün qatılaşması baş verir. Qida qəbulu zamanı kisə yıgılaraq daxilində olan ödü bağırsağa ötürür. Mürəkkəb tərkibli kolloid mayesi olan öd 85-95% sudan, xolesterin, öd turşuları, bilirubin, qeyri-üzvi ionlar bir sıra zülal tərkibli elementlərdən ibarətdir. O, bağırsaqlarda yağların parçalanması və sorulmasında iştirak edir.

  Öd daşlarının əmələ gəldiyi əsas yer öd kisəsidir. Durgunluğa daha çox meyilli olan kisədə bakteriyalar, epitel hüceyrələrı, selik toplanır ki, bunlar da xolesterin, bilirubin kristallarının çökməsi üçün karkas rolunu oynayır.

  Öd daşları ödün normal tərkib hissələri olan xolesterin, öd turşuları, bilirubin, kalsium duzlarından və bir sıra digər maddələrdən əmələ gəlir. Bu komponentlərdən hansının üstünlük təşkil etməsindən asılı olaraq xolesterin, piqment və ya qarışıq daşlar ayırd edilir.Tərkibində xolesterinin üstünlük təşkil etdiyi (70% və daha çox) «qarışıq» daşlar daha çox təsadüf edir. Daşlar dairəvi, oval, çoxbucaqlı formada ola bilər. Onların diametri 1-2 mm-dən 4-6 sm-ə qədərdir. Xolesterin daşları sarı, piqment daşları qəhvəyi və ya qara rəngdə olur.

  Əsas səbəblər:

  • Adi halda suda həll olmayan xolesterinin ödün tərkibində həll olunmuş vəziyyətdə qalması öd turşularının hesabına baş Xolesterin orqanizmə əsasən heyvanı mənşəli yağlarla daxil olur. Xolesterinlə zənqin qidaların qəbulu xolesterinin orqanizmdə, o cümlədən də ödün tərkibində səviyyəsini artırır, onunla öd turşuları arasındakı müvazinəti pozur və nəticədə xolesterin kristalları şəklində çökərək daşyaranmaya gətirib çıxarır
  • Daşlarının əmələ gəlməsinə şərait yaradan amillərdən biri də öd kisəsindəki durğ Məlumdur ki, öd kisəsinin yığılması qidanın mədəyə və oradan da oniki barmaq bağırsağa keçdiyi zaman baş verir. Əgər qida qəbulu qeyri müntəzəm, məsələn gündə cəmisi bir və ya iki dəfə olarsa öd kisədə yığılıb qalır. Durğun öddə kristalların çökməsi daha tez baş verir.
  • Bəzi şəxslərdə daşların yaranması öd kisəsindəki infeksiya ilə əlaqədar olur. Bura bakteriyalar əsasən bağırsaqlardan daxil olur. Öd kisəsində baş verən iltihab (xolesistit) ödün qatılaşmasına, onun tərkibində bilirubinin səviyyəsinin artmasına və kristal şəklində çökməsinə səbəb olur.
  • Öddaşı xəstəliyi qadınlarda kişilərə nisbətən iki dəfə çox rast gə Hamiləlik öd kisəsində daş əmələ gətirən səbəblərdəndir. Hamiləlik zamanı öd kisəsində durğunluq artır, ödün tərkibində xolesterinin səviyyəsi yüksəlir ki, bunlar da daşın əmələ gəlməsinə şərait yaradır.
  • Öddaşı xəstəliyi bütün yaşlarda rast gəlinsə də ahıl və qoca şəxslərdə daha çox müşahidə olunur (30-40%).
  • Piylənmə ilə xəstəlik arasında əlaqə Artıq çəkili şəxslərdə xolesterinin ödlə ifrazı artdığı üçün daşların əmələgəlmə ehtimalı da artır.
  • Öddaşı xəstəliyinin əmlə gəlməsində irsi amillərin də rolu qeyd edilir. Bu xəstəliyi olanların içərisində A(II) və O(I) qan qruplu şəxslər üstünlük təşkil edir.
  • Kontraseptiv, esterogen dərmanların müntəzəm qəbulu daşyaranma riskini artırı

  Öddaşı xəstəliyin əmələ gəlməsi bir sıra digər amillərlə də əlaqədardır. Onların arasında cins, yaş, qeyri-müntəzəm qidalanma, azhərəkətli həyat tərzi və digər amilləri qeyd etmək olar.

  Klinika. Öddaşı xəstəliyi bəzən tamamilə əlamətsiz keçir və kisədəki daşlar təsadüfən, xəstələri başqa xəstəliyə görə müayinə etdikdə tapılır. Bunlara «lal» daşlar da deyilir. Kliniki olaraq xəstəlik özünü öd sancıları ilə göstərir. Agrılar adətən yağlı qida qəbulundan, əsəbi gərginlikdən, fiziki işdən sonra baş verir. Öd sancıları daşın öd kisəsinin boynu və ya axarı nahiyyəsində «boğulması» nəticəsində törənir. Bəzən ağrılar ürək nahiyyəsinə irradiasiya edib stenokardiya tutmalarını xatırladır (xolesisto-kardial sindrom). Xəstəliyin ən mühüm və başlıca əlaməti qara ciyər sancısıdır, birdən-birə sağ qabırğaaltında kəskin ağrılar əmələ gəlib sağ qola və kürəyə verir, ağrılar adətən çox şiddətli olur, sağ qabırğaaltı nahiyyədə başlanıb, sağ kürəkaltı, sağ çiyin, bel nahiyyələrinə yayılır, çox vaxt mədəbulanma və qusma olur. Sancı tutması bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər, sancıya səbəb daşların öd yollarında hərəkətidir. Öd yollarını daş tutduğu üçün çox vaxt tutmadan sonra sarılıq olur. İnfeksiya qoşulub öd kisəsinin iltihabı əmələ gəldikdə (xolesistit) temperatur qalxır.

  Öddaşı sancıları çox zaman ürəkbulanma, rahatlıq verməyən çoxsaylı qusmalar hərarətin 38-39°C-yə qədər yüksəlməsi ilə müşayət olunur (kəskin daşlı xolesistit). Agrılar bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilir. Öd sancıları kəsildikdən sonra xəstələrdə bəzən heç bir əlamət qalmır, onlar özlərini saglam hiss edirlər. Bəzən də xəstələrdə sag qabırgaaltı nahiyyədə agırlıq, küt agrılar, agızda acılıq, qıcqırma, meteorizm kimi əlamətlər qeyd olunur (xronik daşlı xolesistit). Daşlar öd kisəsindən ümumi axarına keçib onun yolunu tuta bilər. Belə halda, xəstələrdə öd sancılarından sonra dəri və selikli qişaların saralması qeyd olunur (obturasiyon sarılıq).

  Öd kisəsi və öd yolları mədə, onikibarmaq bagırsaq, mədəaltı vəz ilə anatomik və fizioloji cəhətdən yaxın əlaqədə oldugundan öddaşı xəstəliyində çox zaman qastroduodenit, pankreatit, diafraqmanın yemək borusu dəliyinin yırtıgı kimi yanaşı xəstəliklər rast gəlinir. Öddaşı xəstəliyinin diaqnozunun qoyulması o qədər də çətin deyil. Ultrasəs müayinəsi, kompütor tomoqrafiyası bu xəstəlikdə əsas müayinə üsullarıdır.

  Müalicə.   Qaraciyər sancısında təcili yardım göstərmək lazımdır. Öd yollarının saya əzələlərinin spazmını götürən dərmanlar, məsələn atropin vururlar. İltihab əlamətləri olmadıqda isitqac qoymaq olar. Sarılıq və ya kəskin xolesistit əlamətləri olduqda xəstəni dərhal stasionarın cərrahiyə şöbəsinə qoymaq lazımdır. Qaraciyər sancısından şübhələndikdə tibb bacısı həkimi çağırır, həkim təyin etməyincə ağrıları götürmək üçün narkotik maddə vurmaq olmaz. Sancı tutmaları bəzən illərlə baş vermir və xəstəliyin heç bir başqa əlaməti olmur. Xəstəliyin müalicəsi daşların növü, lokalizasiyası, klinik əlamət verib-verməməsindən asılı olaraq seçilir. Öddaşı sancılarında spazmolitik, agrıkəsici preparatlardan istifadə olunur. Kisənin kəskin iltihabı baş verərsə antibiotiklər tətbiq edilir.

  Xəstəliyin əsas müalicə üsulu isə kisənin daşlarla birgə cərrahi yolla çıxarılmasıdır (xolesistektomiya). Xolesistektomiya iki yolla yerinə yetirilir: kəsiklə və laparoskopiya  ilə. Laparoskopiyalı xolesistektomiyanın üstünlükləri onun kosmetik effektində, əməliyyatdan sonrakı dövrün agrısız keçməsində, xəstənin erkən əmək fəaliyyətinə qayıtmasındadır. Lakin «açıq» üsulun da öz üstünlükləri var: öd axarlarında, qonşu üzvlərdə yanaşı əməliyyat aparma, daha çox etibarlılıq və s. «Lal» daşlarda əməliyyatın aparılması vacib deyil çünki xəstəlik nadir halda narahatlıq törədir.

  Xəstəliyinin əməliyyatsız müalicə üsullarınm imkanı, təəsüf ki, hələ qənaətbəxş deyil. Öddaşı xəstəliyinin əmələ gəlməsində ödün tərkibindəki öd turşularınm səviyyəsinin azalmasının vacib rol oynaması faktı daşların «əridilməsi» məqsədilə bunlardan istifadə edilməsi ideyasını dogurdu. Qeyd olunmalıdır ki, dərmanlarla yalnız xolesterin daşlarını əritmək olar. Lakin bunun üçün bir sıra digər şərtlər də lazımdır: daşın ölçüləri böyük olmamalı, öd kisəsi öz funksiyasını tam saxlamalı, kisə axarı keçidliyi saxlanılmalı və s. Öd axarlarında olan daşlarda dərman əritməsi aparılmır.

  Öd kisəsindəki kəskin iltihabi dəyişikliklərdə, qaraciyər xəstəliyində, şəkərli diabetdə, hamiləlikdə belə müalicənin aparılması əks göstərişdir. «Lal» daşlarda müalicə təyin olunmur.

  Öd kisəsindəki daşları xırdalayaraq, kiçik fraqmentlər halına salıb çıxarmaq üçün litotripsiya qurgusundan da istifadə olunur. Böyrəkdaşı xəstəliyində yaxşı nəticələr vermiş bu qurguya baglanan ümidlər təəsüf ki, öddaşı xəstəliyində özünü dogrutmadı. Çoxsaylı daşlar, fraqmentlərin kisə axarından, ümumi öd axarıdan keçmə problemləri və s. ekstrokorporal litotripsiyanın imkanlarmı bu xəstəlikdə xeyli azaldır. Beləliklə klinik əlamətlərlə keçən öddaşı xəstəliyində cərrahi əməliyyat əsas müalicə üsulu kimi qalmaqdadır.

  Profilaktika.    Rejimin və qulluğun təşkili xəstəliyin inkişafının və kəskinləşməsinin qarşısını almağa yönəldilməlidir. Xolesterinlə zəngin qida (beyin, qaraciyər, böyrək, yumurtanın sarısı, ət bulyonu, donuz, mal və qoyun piyi, yağlı balıq, hisə verilmiş kolbasa) az yeməklə pəhriz saxlamağın böyük əhəmiyyəti vardır. Qidanı daha çox suda bişirməli, xəmir xörəkləri, peçenye, yağlı xəmirdən bişirilmiş şeylər, xüsusən öddaşı xəstəliyi vaxtı piylənmədə varsa, az yemək lazımdır. Bitgi və kərə yağını çox azaltmaq lazım deyil. Az-az yemək – hər 4 saatdan bir az-az yemək öd kisəsinin vaxtlı-vaxtında boşalmasına kömək edir. Mədənin və bağırsaqların çox dolması, əksinə öd kisəsində durğunluğa səbəb olur.

  Qəbizlikdə iri undan bişirilmiş çörək, sellülozla zəngin qida (çuğundur, kələm, alma, gavalı) yemək lazımdır. Lazım gəldikdə həkimin tövsiyyə etdiyi işlətmə dərmanə içmək olar.

  Kifayət qədər (gündə 6-8 stakan) maye içmək ödün onikibarmaq bağırsağa tökülməsinə kömək edir. Oturmuş vəziyyətdə öd kisəsi çətin boşalır, buna görə də öddaşı xəstəliyi olan şəxslərin işi oturaq işdirsə, onlara məsləhət görmək lazımdır ki, gündə bir neçə dəfə bədənin vəziyyətini dəyişən gimnastika və tənəffüs hərəkətləri etsinlər. Bu vaxt diafraqmanın hərəkətləri qaraciyərdə qanın axınını, öd ifrazını yaxşılaşdırır və bağırsağın peristaltikasını artırır. Fiziki hərəkətlərin miqdarını xəstənin yaşından, yanaşı gedən xəstəliklərin ağırlığından asılı olaraq təyin edirlər. İşdən sonra piyada gəzmək lazımdır. Tutmalar arasındakı dövrdə dərmanlardan ödqovucu və spazmı götürən dərmanlar, bunların müxtəlif cür kombinasiyalarını təyin edirlər, bunlar öd yollarının spazmını götürür və ödün yaxşı çıxmasına kömək edir. Ödqovucu dərmanları yeməkdən qabaq qəbul edirlər.

Öddaşı xəstəliyinin profilaktikası müvafiq həyat tərzi, qidalanma rejimi və müalicə tədbirlərinin aparılmasını nəzərdə tutur. Fəal həyat tərzi, bədən tərbiyəsi, idmanla məşguliyyət öd durgunlugunu azaldır. Qida qəbulu tez-tez (gündə 5-6 dəfə), az-az olmalıdır ki, öd kisəsində durgunluq baş verməsin. Pəhrizdə bitki mənşəli məhsullara üstünlük verilməli, yaglı, yüksəkkalorili, xolesterinlə zənqin qidalar məhdudlaşdırılmalıdır. Bədən çəkisinin artmasına yol verilməməlidir. Xolesterinin qanda səviyyəsini azaldan vasitəiərdən istifadə oluna bilər. Ödün tərkibindəki xolesterinin səviyyəsini azaldan preparatların tətbiqi məsləhət görülür.

  Yuxarıda qeyd olunan tövsiyyələr şərti səciyyə daşıyır, çünki öddaşı xəstəliyin əmələ gəlməsində elə amillər  (irsiyyət, yaş, cıns) var ki, onlara təsir etmək mümkün olmur. Lakin profilaktik tədbirlər daşların yaranmasında iştirak edən alimentar amillərin kənarlaşdırılması hesabına öddaşı xəstəliyinin əmələ gəlmə riskini azalda bilər.

29