• en
  • ru

Nuvə silahi

Müharibə dövrü üçün xarakterik Fövqəladə hadisələr

Nuvə silahı

Mövzunu hazırladılar:  Zamanova S.  Məmmədova N.

Nuvə silahi nüvə döyüş sursatından, onu nişangaha çatdıran vasitədən (raket, torpeda, təyyarə, artilleriya atəşi) həmçinin sursatın nişangaha düşməsini təmin edən müxtəlif idarə edici vasitələrdən ibarət kompleksdir. Nuvə silahinın təsiri onun partlayışı zamanı əmələ gələn zədələyici faktorlarla əlaqədardır.
Nüvə silahı-partlayıcı vasitə olub, onun enerji mənbəyi atom nüvəsinin parçalanması və ya sintezi—zəncirvari nüvə reaksiyalarıdır. Nüvə yükündən asıl olaraq nüvə silahı, istilik-nüvə silahı və neytron silahı ayırd edilir.
İstilik nüvə silahı (hidrogen bombası)-dağıdıcı gücü yüngül elementlərdən daha ağır element sintezi reaksiyası zamanı ayrılan enerjiyə əsaslanan nüvə silahıdr. Bu reaksiya zamanı çox böyük miqdarda istilik ayrılır və bu reaksiyalar çox yüksək hərarət şəraitində baş verir. Belə reaksiyalar ulduzların, Günəşin tərkibində baş verir. Lakin yüksək tempratura yalnız əvvəldə reaksiyanı «başlatmaq» üçün lazımdır, sonradan bu proses öz-özünə davam edir.
İstilik nüvə sursatları aviasiya bombaları və ya ballistik və ya qanadlı rakeilərin döyüş başlıqları kimi istifadə edilir.
Neytron silahı-nüvə silahının digər bir növ müxtəlifliyidir, partlayış enerjisi süni olaraq gücləndirilir və partlayış zamanı ayrılan neytron şüalanması düşmənin canlı qüvvəsini, silahını sıradan çıxarır, ətrafı radioaktiv zəhərləyir, lakin zərbə dalğası və işüq şüalanması o qədər də güclü təsir etmir. Neytronlar atmosferdə tez udulduğu üçün bu növ döyüş sursatı böyük gücə malik deyil və ondan taktiki nüvə silahı kimi istifadə edirlər.
Radioaktiv zədələnmə mənbələri. Nüvə silahının təsiri nüvə reaksiyaları zamanı ayrılan enerjidən istifadə etməyə əsaslanır. Bu enerjidən istifadə etməuk prinsiplərindən asılı olaraq nüvə döyüş sursatlarının 3 növü ayırd edilir: atom, istilik nüvə və kombinə olunmuş. Atom döyüş sursatları partladıqda ağır elementlərin (plutonium, uran izotopları) nüvələrinin zəncirvari parçalanması reaksiyalarında çox böyük miqdarda enerji ayrılır, həmin enerjidən sülh məqsədləri istifadə etmək mümükün deyil, çünki, bu prosesə nəzarət etmək mümkünsüzdür.
Nüvə partlayışı məqsədilə əsas istifadə edilən elementlər uran- 233, uran-235 və plutonium-239-dur, bəzən kombinə olunmuş sursatlarda uran-238 istifadə olunur.
Radioaktiv zədələnmənini digər mənbəyi yanacağın zəncirvari reaksiyada istifadə edilməyən qalan hissəsidir. Zəncirvari reaksiyada yanacağın 20%-i iştirak edir, qalan hissə partlayışın gücü ilə xırda hissəciklərə parçalanır, həmin hissəciklər əlavə radioaktiv zədələnmə mənbəyidir.
Radioaktiv zədələnmənini 3-cü mənbəyi döyün sursatının örtük hissəsinin və torpağan tərkibində olan kimyəvi elementlərin neytron selinin təsirindən fəalaşması zamanı baş verən reaksiyalar ilə əlaqədardır.
Kombinə olunmuş döyüş sursatlarının təsirinin əsasını təbii uranın (uran-238) istilik nüvə reaksiyaları zamanı neytron seli təsirindən parçalanma reaksiyalarına əsasanır.
Nüvə partlayışının zədələyici faktorlarının insanlara və obyektlərə təsiri eyni zamanda baş vermir və təsirin müddətinə, xarakterinə və miqyasına görə fərqlənir.
Nüvə döyüq sursatının partlayışının zədələyici faktorları aşağıdakılardır:
• zərbə dalğası
• işıq şüalanması
• ionlaşdırıcı şüalanma
• radioaktiv zəhərlənmə
• elektromaqnit impulsu.
Nüvə silahını hərbi qüvvələrin bütün növləri tətbiq edə bilər.
Nüvə silahı istifadə məqsədinə, gücünə, döyüş imkanlarına, sursatları hədəfə çatdıran vasitələrə görə taktiki (silahlı qüvvələri, döyüş texnikasını və taktiki əhəmiyyət daşıyan obyektləri sıradan çıxartmaq üçün), operativ-taktiki (operativ-taktiki məqsədli müxtəlif obyektləri sıradan çıxartmaq üçün) və strateji (rəqib arxasında mühüm strateji obyektlərin sıradaq çıxarmaq üçün; dövlətin ali hərbi-siyası rəhbərliyinin nəzarətində olur) olur.
Nüvə silahı kütləvi qırğın silahı olub, qısa vaxt ərzində administrativ mərkəzləri, sənaye və hərbi obyektləri dağıtmaq, hərbi silahlı qüvvələri—ordu və hərbi dəniz qüvvələrini məhv etmək, kütləvi dağıntı zonaları, yanğınlar, subasmalar və ətraf mühiti radioaktiv zədələmək məqsədilə tətbiq edilir. Həmçinin, insanlara güclü mənəvi və psixoloji təsir edir.
Nüvə silahının gücü trotil ekvivalenti ilə ölçülür. Müasir nüvə sursatları onlarla ton və ya milyonlarla ton trotil ekvivalenti gücünə malikdir (ədəbiyyatda nüvə silahının gücü sadəcə olaraq kiloton və ya meqatonla ifadə olunur, trotil ekvivalenti sözündən istifadə edilmir).
Nüvə silahı tək-tək, qrup və kütləvi zərbələr kimi tətbiq edilir: tək-tək və ya qrup halında—bir məqsədli və ya bir neçə qrup halında olan hədəfləri bir və ya bir neçə nüvə sursatı ilə zədələmək üçün; kütləvi—iri ordu qruplarını, hərbi donanma qüvvələrini çoxlu sayda nüvə sursatı ilə məhv etmək üçün.
Nüvə silahı bəşəriyyətə çox böyük təhlükədir. Belə ki, amerikalı mütəxəssislərin hesablamalarına görə, 20 Mt gücündə istilik nüvə silahının partlayışı 24 km radiusunda olan bütün yaşayış məskənlərini yerlə yeksan edir, 140 km məsafədə bütün canlıları məhv edir.
Nüvə partlayışının təsiri
İnsanlar üçün əsas zədələyici faktorlar zərbə dalğası, işıq şüalanmas və ionlaşdırıcı şüalanmadır; hərbi obyekilərə isə dağıdıc təsir zərbə dalğası və ikincili istilik effektləri ilə əlaqədardır. Partlaycı maddələrin detonasiyası zaman ayrılan kmnetik enerji demək olar ki, bütünlüklə zərbə dalğası enerjisinə çevrilir. Nüvə partlayışının enerjisi təqribən belə paylanır: 50% zərbə dalğası; 35%-işıq şüalanması; 10%- radioaktiv zəhərlənmə; 4%-ionlaşdırıcı şüalanma; 1%-elektromaqnit impulsu.
Yüksək təzyiq və tempratura güclü zərbə dalğası və işıq şüalanması yaradır, partlayış neytronlar seli və qamma kvantlardan ibarət ionlaşdırıcı şüalanmanın ayrılması ilə müşayət olunur. Partlayış nəticəsində əmələ gələn bulud nüvə yanacağının parçalanmasının qalıqları olan radioaktiv maddələrdir. Öz hərəkət yolunda bu buluddan radioaktiv maddələr çökərək ətraf mühiti zəhərləyir. Elektrik yüklü zərrəciklərin ionlaşdırıcı şüalanmanın təsiri ilə havada qeyri-müntəzəm hərəkəti elektromaqnit impulsunu yaradır. Əsas zədələyici faktorlar belə formalaşır. Nüvə partlayışını müşayət edən digər əlamətlər partlayış baş verən mühitin şəraitindən və xüsusiyyətlərindəq asılıdır.
Nüvə partlayışının inkişafı
Nüvə partlayışı zamanı əvvəlcə gözqamaşdırıcı, yüksək dərəcədə qızğın, parıldayan sferik kütlə – odlu şar yaranır, 5-20 saniyə müddətində davam edir, on kilometrlərlə uzaq məsafədən görünür. Bu zaman hərarət bin neçə milyon dərəcə selsiyə qədər qalxır. Getdikcə həmin kütlə genişlənir, soyuyur, yuxarıya qalxır. Soyuduqca odlu kürə buxarları kondensə olaraq bulud əmələ gətirir, həmin buludun tərkibi su damcılarından və bombanın bərk hissəciklərindən ibarətdir. Bulud əvvəlcə yuxarıya qalxır, bir qədər sonra tədricən enməyə başlayır, sıxlığı ətraf mühitin sıxlığına yaxın olduqda genişlənərək xarakter göbələyə bənzər forma alır. Odlu kürə hava şəraitindən və partlayışın gücündən asılı olaraq saniyədə 150-200 metr sürətlə qısa müddət ərzində 15-25 km yuxarıya qalxır, qalınlığı 5-10 km, diametri 15-20 km olur.
Sonra bu bulud külək istiqamətində yayılaraq radioaktiv iz qoyur: radioaktiv yağış yağır və ətraf mühitə düzəlməz zərbə vurur.
Yüksəkliyin partlayışa təsiri. Partlayışın zədələyici təsiri onun baş verdiyi hündürlükdən aslıdır. Partlayış mərkəzinin yer səthinə (su) nisbətinə görə aşağıdakı nüvə silahı partlayış növləri ayırd edilir.
1. Hündürlük partlayışları. Onlara yer (su) səthindən 30 kmdən yüksək hündürlükdə baş verən partlayışlar aiddir. Bu zaman yerin radioaktiv zədələnməsi baş vermir, toz sütunu və bulud təmasa girmir.
2. Hava partlayışları. Onlara yer (su) səthində 30 kmdən aşağı hündürlükdə baş verən partlayışlar aiddir. Bu zaman əmələ gələn odlu kürə yer səthi ilə kontakta girmir.
Radioaktiv buludun tərkibinə torpaq cüzi dərəcədə cəlb olunur.
3. Torpaqüstü (suüstü) partlpyşlayışlar. Bu zaman odlu kürə yer səthi ilə (su ilə) təmasda olur. Belə partlayış zamanı odlu kürənini radiusu havada partlayış zamanı əmələ gələn kürənin radiusundan 1,3 dəfə böyük olur.
4. Torpaq altı (sualtı) partlayışlar. Belə partlayış zamanı odlu kürə müşahidə olunmur. Bu partlayışın 2 növü var—radioaktiv maddələrin atmosferə yayılması ilə və atmosferə yayılmadan (kamuflet partlayış). Kamuflet partlayış zamanı yerdə sferik boşluq yaranır, bu zaman yerin radioaktiv zəhərlənməsi baş vermir, lakin yerdə əmələ gəlmiş çatlardan radioaktiv qazlar atmosferaya sıza bilər.

Zərbə dalğasının təsiri

Zərbə dalğası-partlpyış mərkəzindən hər tərəfə sferik qat kimi işıq sürətindən üstün sürətlə yayılan kəskin sıxılmış hava təbəqəsidir. Yayılma mühitindən asılı olaraq zərbə dalğası havada, suda və ya torpaqda yayılır.
Zərbə dalğası partlayış anında reaksiya zonasında əmələ gələn yüksək hərarət və milyardlarla atmosfer təzyiq (105 mlrd PA) nəticəsində yaranır. Partlayış anından keçən saniyənin bir hissəsində odlu kürədən zərbə dalğası—sanki sıxılmış qaynar hava divarı yayılır. Qızmış buxar və qazlar genişlənərək, ətraf hava təbəqələrinə kəskin zərbə vuraraq, onları sıxır və qızdırır və bu yolla yayılmağa başlayır. Beləliklə, yüksək təzyiq zonası işıq sürətindən böyük sürətlə hər tərəfə yayılır.
Partlayış mərkəzindən uzaqlaşdıqca zərbə dalğasının sürəti azalır və zəifləyir. Orta güclü nüvə partlayışı zamanı zərbə dalğasının sürəti ardıcıllığı: 1,4 saniyəyə -1000 m; 4 saniyəyə 2000 m, 7 saniyəyə-3000 m, 12 saniyəyə-5000 m.
Zərbə dalğasının gücü onun yaratdığı izafi təzyiqlə, yəni normal atmosfer təzyiqindən artıq təzyiqlə xarakterizə olunur. Bu zaman içiboş strukturlar möhkəm və dəmir armaturlu strukturlara nisbətən asan dağılır. Yüksək mərtəbəli binalar zərbə dalğasının təsirindən daha tez dağılır.
Zərbə dalğasının önü havanın təzyiqi atmosfer havasının təzyiqinə bərabərdir (P0). Zərbə dalğası həmin nöqtəyə çatdıqda təzyiq kəskin olaraq maksimal həddə qalxır (sıxılma fazası), dalğa uzaqlaşdıqca isə tədricən düşür və müəyyən müddətdən sonra atmosfer təzyiqinə bərabər olur. Təzyiq artıq olan zaman zərbə dalğası ən yüksək dağıdıcı gücə malik olur. Sonra təzyiq düşdükcə, hava zərbə dalğasının əksinə, partlayış mərkəzinə doğru hərəkət edir. Bu aşağı təzyiq zonası boşalma fazasına uyğun gəlir.
Zərbə dalğasının dağıdıcı və zədələyici təsirini xarakterizə edən əsas parametrlər: izafi təzyiq, zərbə dağasının təsir müddətidir.
Nüvə sursatının kalibri artdıqca zərbə dalğasının zədələmə radiusu partlayış gücünün3 misli qədər artır.
Sualtı nüvə partlayışı zamanı əmələ gələn zərbə dalğası havada əmələ gələn hava dalğası kimidir. Lakin suda təzyiq daha yüksək olur, təsir müddəti isə az olur.
Torpaqda partlayış zamanı əmələ gələn enerjinin əsas hissəsi ətraf təbəqələrə ötürülür, zəlzələni xatırladan silkələnmə törədir.
Zərbə dalğasının mexaniki təsiri.
Zərbə dalğasının təsirindən baş verən dağılmalar həm obyektin həmin təsirə qarşı verdiyi reaksiyadan, həm də zərbə dalğasının yaratdığı təzyiqdən asılıdır. Zərbə dalğasının təsirindən yaranan dağılmaları ağırlıq dərəcəsinə görə aşağıdakı kimi təsnif etmək olar:
1) Zəif dərəcəli dağılma. Pəncərə və qapı çərçivələri, yüngül arakəsmələr, dam örtüyünün bir hissəsi dağılır, yuxarı mərtəbələrin pəncərə şüşələri çatlayır. Zirzəmi və aşağı mərtəbələrdə dağıntılar olmur. Binalarda qalmaq təhlükəsizdir. Təmir işlərindən sonra binalardan istifadə etmək olar.
2) Orta dərəcəli dağılma. Daxili arakəsmələr, pəncərələr, dam örtüyü, yuxarı mərtəbələrin divarları, çardaq dağılır, aşağı mərtəbə divarlarında çatlar əmələ gəlir. Zirzəmilər tamlığını saxlayır. Binaları əsaslı təmir işləri aparıldıqdan sonra tam bərpa etmək olur.
3) Güclü dərəcəli dağılma. Binaların əsas konstruksiyaları, yuxarı mərtəbələr tamamilə dağılır, uçaraq aşağı mərtəbələrinüzərini örtür, aşağı mərtəbələrin divarları çatlayır, deformasiyaya uğrayır. Belə binalardan istifadə etmək, onlarda təmir və bərpa işləri aparmaq məqsədəuyğun deyil.
4) Tam dağılma. Binaların əsas konstruksiyaları və elementləri uçulub dağılır. Binalaradan istifadə etmək tamamilə mümkün deyil. Zirzəmilərdən isə dağıntıları təmizlədikdən sonra hissəvi olaraq istifadə etmək olar.
Zərbə dalğasının insanlara təsiri. Zərbə dalğasının təsirindən ağırlıq dərəcəsi müxtəlif olan zədələnmələr yaranır. İnsan bədəni zərbə dalğasının izafi təzyiqinə qarşı davamlıdır. Ona görə də zərbə dalğasının izafi təzyiqinin birbaşa təsiri çoxlu insan itkisinə səbəb olmur. Əsas etibarı ilə insanlar uçulub dağılan binaların qalıqları altında məhv olur, yaxud da təsir nəticəsində iti sürətlə hərəkət edən əşyalardan aldıqları zərbədən yaralanırlar.
Zərbə dalğası mühafizə olunmayan insan və heyvanların travmatik zədələnməsinə, beyin silkələnməsinə və ya ölümünə səbəb ola bilər. Zədələr bilavasitə (zərbə dalğasının izafi təzyiqi və sürətli hava təzyiqindən) və ya dolayı (uçulub dağılmış bina və tikililərin zərbəsindən) ola bilər. Zərbə dalğasının mühafizə olunmayan insanlara təsiri yüngül, orta, ağır və çox ağır dərəcəli travmalarla xarakterizə olunur.
1) 100kPa izafi təzyiq təsirindən çox ağır kontuziya və travmalar əmələ gəlir: daxili ornaqların partlayıb cırılması, beyin silkələnməsi, sümüklərin sınması, huşun uzun müddətli itirilməsi baş verir. Bu zədələr ölümcül nəticələrə səbəb olur.
2) 60-100 kPa arası izafi təzyiq təsirindən ağır kontuziya və zədələnmələr mümkündür: bütün orqanizmin güclü kontuziyası, huşun itməsi, sümük sınığı, burun və qulaqlardan qanaxma; daxili orqanların zədələnməsi və daxili qanaxmalar ola bilər.
3) 40-60 kPa arası izafi təzyiq təsirindən orta ağırlıqlı zədələnmələr mümkündür: ətraflarda çıxıqlar, beyin silkələnməsi, eşitmə orqanının zədələnməsi, burun və qulaqdan qanaxma ola bilər.
4) 20-40 kPa arası izafi təzyiq təsirindən yüngül zədələnmələr mümkündür: orqanizmin funksiyalarının ötüb keçici pozğunluqları (qulaqlarda küy, baş hərlənməsi, baş ağrısı), çıxıqlar, əzilmələr mümkündür.
İnsanların zərbə dalğasından tam təminatlı mühafizəsi sığınacaqlarda, radiasiya əleyhi daldalanacaqlarda mümkündür. Onlar olmadıqda yeraltı qazmalardan, təbii daldalanacaq və yerin relyefindən istifadə olunur. Bu məqsədlə kanallardan, yarğanlardan, mağaradan, yeraltı keçiddən də istifadə etmək olar; həm də sadəcə olaraq binalardan və tikililərdən uzaq yerdə torağa uzunmaq da mümkündür.

İşıq şüalanmasının təsiri
Nüvə partlayının işıq şüalanması—gözlə görünən işıq və spektrinə görə ona yaxın ultrabənövşəyi və infraqırmızı şüalardan ibarətdir. Mənbəyi—nüvə parlayışının yüksək dərəcəyə qədər qızmış nüvə sursatı maddələrindən, havadan və torpaqdan (yerüstü partlayış zamanı) ibarət olan işıqlanan sahəsidir. İşıqlanan sahənin hərarəti bir müddət günəş səthinin hərarətinə bərabər olur (maksimum—8000-10000° S və minimum 1800° S). İşıqlanma sahəsinin ölçüləri və hərarəti qısa vaxt ərzində dəyişir. İşıq şüalanmasının müddəti partlayışın növündən və gücündən asılıdır və onlarla sanıyəniyəyə qədər davam edə bilər. İşıq şüalanmasının zədələyici təsiri işıq impulsu ilə xarakterizə olunur. İşıq impulsu işıq enerjisinin işıq şüalarının yayılmasına perpendikulyar işıqlanma səthinə nisbəti ilə ölçülür.
Yüksək hündürlükdə nüvə partlayışı zamanı qızmış parlayış məhsulları tərəfindən şüalanan rentgen şüaları böyük hava qatları tərəfindən udulur. Ona görə də odlu kürəninin hərarəti aşağı olur. İşıq enerjisinin obyektə çatan miqdarı, həmin obyektin partlayış mərkəzindən hansı uzaqlıqda olmasından asılıdır. Yaxın məsafələrdə eyni gücə malik partlayışın işıq enerjisinin obyektə dörddən üç hissəsi, uzaq məsafədə isə yarısı çatır.
İşıq şüalanması demək olar ki, ani olaraq yayılır və parlayışın gücündən asılı olaraq 20-40 saniyə davam edir. Lakin qısa müddət təsir etməsinə bpxmayaraq effekti çox yüksəkdir. Partlayışın gücünün 35%-i onun payına düşür. İşıq şüalanma enerjisi şüalandırılan səthlər tərəfindən udulur və bu enerji həmin səthləri qızdırır. Qızdılırma hərarəti o qədər yüksək ola bilər ki, bu hərarət həmin səthləri ya kömürləşdirir, ya əridir, ya həmin səthlər alovlanır və ya buxarlanır. İşıq şüalanmasının parlaqlığı günəş şüalarından da güclüdür və bu zaman əmələ gələn odlu kürə yüzlərlə km məsafədə görünür.
İşıq şüalanması bədənin açıq səthlərinin yanığına, insanların və heyvanların korluğuna, müxtəlif materialların yanmasına və kömürləşməsinə səbəb olur. İşıq şüalanması yaşayış məskənlərində, meşələrdə, çöllərdə, əkin sahələrində kütləvi yanğınlar törədə bilər. Onun təsirindən mühafizə etmək üçün işıq buraxmayan bütün maneələr: sığınacaq, ağac gölgəsi, hasar və s. istifadə edilə bilər. Duman, yağış, qar işıq şüalanmasının intensivliyini azaldır, əksinə, təmiz və quru hava yanğınların və yanıqların əmələ gəlməsinə səbəb olur.
Odlu kürə əmələ gələn kimi işıq şüalanması, həmçinin, ultrabənövşəyi və infraqırmızı şüalanma yaymağa başlayır. İşıq şüalanmasının iki alışması baş verir: intensiv, lakin, qısa müddətli; sonradan ikinci alışma—daha az intensiv, lakin, daha uzun müddət davam edir—əsas insan itkilərinə səbəb olur. İşıq şüalanması düz xətt üzrə yayılır və odlu kürəninin görünən sərhədlərində təsir edir, lakin nüfuz edici qabiliyyətə malik deyildir. Hətta şəffaf parça – özü alışsa belə, ondan mühafizə edə bilər. Açıq rəngə boyanmış parçalar işıq şüalanmasını əks etdirə bilir, ona görə də tünd rəngli parçalara nisbətən, onların alışması üçün daha çox şüalanma enerjisi lazımdır. Birinci alışmadan sonra, dərhal hər hansı maneənin arxasında mühafizə olunmaq lazımdır. İnsanın işıq şüalanmasından zədələnmə dərəcəsi onun bədən səthinin nə qədər açıq olmasından asılıdır. İşıq şüalanmasının birbaşa təsiri materialların böyük dərəcədə zədələnməsinə səbəb olmur. Lakin alışmaya səbəb olduğundan ikincili effektlərə görə daha çox ziyan vurur. (Xirosima və Naqasakidə olduğu kimi).
Yeraltı və sualtı partlayışlar zamanı işıq şüalanması tamamilə udulur.
Obyektlərdə və yaşayış məskənlərində işıq şüalanmasının və zərbə dağasının ikincili faktorlarının təsirindən yanğınlar baş verir. Yanacaq materiallarının olması da böyük əhəmiyyət daşıyır. Xilasetmə işlərinin aparılması nöqteyi-nəzərindən yanğınların 3 zonası təsnif olnur: ayrı-ayrı yanğınlar zonası, başdan-başa yanğın zonası, yanma və tüstülənmə zonası.
1. Ayrı-ayrı yanğınlar zonası— ərazinin ayrı-ayrı binalarında, tikililərdə yanğınlar baş ıerir. Xilasetmə işləri mühafizə edici vasitələrsiz mümkün deyil.
2. Başdan-başa yanğın zonası—uçulub dağılmamış binaların çoxunda yanğınlar baş verir. Bu ərazidə yanğın əleyhi tədbirlər—yanğının söndürülməsi və ya məhdudlaşdırılaraq lokallaşdırılması aparılır. Bu zonada yanğın əleyhi vasitələrsiz keçinmək mümkün deyil.
3. Yanma və tüstülənmə zonası—bu ərazidə dağılmış binalar və tikililər də yanır. Dağıntıların uzun müddət yanması ilə xarakterizə olunur (bir neçə günə qədər).
İşıq şüalanmasının insanlara təsiri. İşıq şüalanmasının bilavasitə təsirindən bədənin açıq səthlərində yanıqlar əmələ gəlir, müvəqqəti korluq və ya gözün torlu qişasının yanığı yaranır. İnsan orqanizminə təsirinin ağırlıq dərəcəsinə görə 4 dərəcəsi ayırd edilir. Birinci dərəcəli yanıq zamanı dəri qızarır, şişkinləşir, ağrılı olur. Orqanizm üçün təhlükəli deyil, ağırlaşmadan sağalır. İkinci dərəcəli yanıqlar zamanı içi açıq rəngli məhlulla dolu suluqlar yaranır və xüsusi müalicə tələb olunur. Üçüncü dərəcəli yanıqlar zamanı dərinin daha dərin qatları zədələnir. Dördüncü dərəcəli yanıqlar zamanı dəri kömürləşir. Üçüncü və dördüncü dərəcəli yanıqlar ölümlə nəticələnə bilər.
Digər zədələyici faktorlarla müqayisədə işıq şüalanmasından mühafizə olunmaq daha asandır. İşıq şüalanması düz xətt üzrə yayıldığına görə hər hansı bir şəffaf parça ondan mühafizə edir. Çalalar, arxlar, təpələr, kurqanlar, pəncərədə ağ pərdələr, ağaclar və bu kimi vasitələr işıq şüalanmasından və zərərverici təsirindən etibarlı müdafiə edir. Tam mühafizəni sığınacaqlar və radiasiya əleyhi daldalanacaqlar təmin edir. İnsanın geyindiyi paltar da dərini yanıqlardan mühafizə edir. Yanığın dərəcəsi paltarın xarakterindən, rəngingən, sıxlığından və qalınlığından asılıdır (açıq rəngli sərbəst paltar və yun parçadan olan paltar daha yaxşı mühafizə edir).

Nüfuz edici radiasiya
Nüfuz edici radiasiya bir cinsli deyil. Nüfuzedici radiasiya seli alfa, beta, qamma şüalarından və neytron selinidən ibarətdir.
Alfa şüaları (alfa zərrəcikləri) ağır nüvələr, məsələn, uran, radium, radon, plutonium kimi elementlərin nüvələrinin buraxdığı müsbət yüklü zərrəciklərdən ibarətdir. Bu zərrəciklər nisbətən böyük kütləyə malik olduğundan maddə ilə qarşılıqlı təsir zamanı öz enerjisini qısa müddət ərzində itirir bə buna görə də onların keçiricilik qabilliyəti zəifdir. Alfa-şüalanma dəridən keçmə qabiliyyətinə malik deyil (dərinin üst qatlarında yalnız 40 mkm dərinliyə keçə bilir). Alfa şüalanma dərinin buynuz qişasından keçə bilmir, ona görə də orqanizmin daxilinə alfa şüalanan hissəciklər keçənə qədər təhlükəli deyil. Alfa hissəciklər havada yalnız bir neçə santimetr (2,5-9 sm) məsafə keçə bilir və adi kağız vərəqəsi ilə tam udulurlar. Alfa-şüalandırıcılar tənəffüs yolu və açıq yaradan daxil olmaqla insanlara zərər verə bilərlər. Keçiricilik qabiiyyəti zəif ionlaşdırıcı xassəsi isə güclü olduğundan alfa şüaların xaricdən təsiri qorxulu olmadığı halda daxili şüalanma zamanı onlar daha təhlükəlidirlər.
Beta hissəciklər öz hərəkəti yolunda neytral molekulalar ilə az toqquşur, ona görə də onların ionlaşdırıcı qabiliyyəti alfa şüalanmadan azdır. Beta-şüaları alfa-hissəciklərdən kifayət qədər kiçik olan elektronlardan və ya pozitronlardan ibarətdir. Beta zərrəciklər alfa zərrəciklərdən daha az kütləyə malik oldugundan nüfuzetmə qabiliyyəti yuksək, ionlaşdırıcı xassəsi zəifdir. Havada keçdiyi məsafə 17 metr təşkil edir. Onun qarşısı metal lövhə və ya şüşə, ya da adi paltarla alına bilir. Beta şüalanma daha dərinə nüfuz edir, dərinin üst qatlarından 1,3 -2,5 mm dərinliyə keçə bilir. Buna görə də həm xarici, həm də daxili şualanma zamanı təhlükəlidir.
Betta-şüalar dəriyə və orqanizmin daxilinə keçdikdə insan üçün daha təhlükəlidir.
Qamma şuaları nuvə çevrilmələri zamanı yaranan elktromaqnit foton şualanmasıdır. Qamma-şüalar nisəbətən az ionlaşdırıcı fəallığa malikdirlər, lakin yüksək nüfüz etmə qabiliyyətinə görə insan üçün daha təhlükəlidirNufuzetmə qabiliyyəti çox güclü oldugundan toxumaların dərin qatlarına keçərək dagıdıcı təsir göstərir. Havada 100 metrlərlə məsafəyə yayıla bilir. İonlaşdırıcı xassəsi alfa şualanmaya nisbətən zəfidir.
Neytron şualanması – neytronların kinetik enerjisindən asılı olaraq dəyişir. Kinetik enerjisinə görə yavaş sürətli, yüksək sürətli, həddən artıq yüksək sürətli neytronlar olur, neytron şualarının nufuzetmə qabiliyyəti qamma şualarına oxşayır.
Nüfuz edici radiasiyanın təsir müddəti partlayış anından başlayaraq 10-15 saniyə davam edir.
İonlaşdırıcı şüalanmanı xarakterizə edər parametrlər: doza, şüalanma dozasının gücü, yüklü hissəciklərin sıxlığı və yüklü hissəciklər selidir.
Qamma-şüaların ionlaşdırma qabiliyyətini şüalanmanın ekspozisiya dozası xarakterizə edir. Onun vahidi kulon bölünsün kiloqramdır (Kl/kq). Praktikada ekspozisiya dozasını rentgen (R) ilə ölçürlər. Rentgen – qamma-şüalanmanın (enerji miqdarının) elə bir dozasıdır ki, 1sm3 quru havada (00S və 760 mm c. St.) udulan zaman 2,083 milyard cüt ion əmələ gətirir, əmələ gəlmiş ionların yükü elektronların yükünə bərabərdir.
Şüalanmanın ağırlıq dərəcəsi udulmuş dozadan asılıdır. İonlaşdırıcı şüalanmanın bütün növləri üçün ölçü vahidi qrey (Qr) qəbul edilmişdir. Qamma-şüalar və neytronlar mühitdə yayılarkən mühitin atomlarını ionlaşdıraraq maddələrin fiziki quruluşunu dəyişdirir. Canlı toxumaların atom və moleklları ionlaşarkən kimyəvi əlaqələr pozulur və nəticədə həyati vacib maddələr parçalanır və ya həyat fəaliyyətini itirirlər.
Nüvə sınaqları havada və torpaq üzərində aparılan zaman zərbə dalğası binaları və tikililəri dağıdan zaman, nüfuzedici radiasiya obyektlər üçün təhlükəsiz olur. Lakin partlayış hündürlüyü artdıqca, onun təhlükəliliyi artır. Yüksəklikdə və kosmosda partlayışlar zamanı əsas zədələyici amil nüfuz edici radiasiya impulsu olur.
Nüfuzedici radiasiyanın mənbəyi sursatlarda partlayış anında baş verən parçalanma və sintez reaksiyaları, həmçinin, nüvə yanacağının qəlpələrinin radioaktiv parçalanmasıdır. Nüvə döyüş sursatlarının partlayışı zamanı nüfuzedici radiasiyanın təsir müddəti bir neçə saniyə olur. Onun zədələyici təsiri canlı hüceyrələrin tərkibindəki atom və molekulları ionlaşdıraraq, normal maddələr mübadiləsinin pozulmasına, hüceyrələrin, orqan və sistemlərin həyat fəaliyyətinin pozulmasına səbəb olur, bu isə-şüa xəstəliyinə gətirib çıxarır. Şüa xəstəliyinin dərəcəsi udulmuş şüalanma dozasından və onun müddətindən asılıdır.
Nüfuzedici radiasiya müstəsna olaraq insanlara və digər canlı orqanizmlərə təsir edir. Onun 2 növü var: başlanğıc və qalıq. Başlanğıc radiasiya qamma-şüalardan və neytronlardan ibarətdir və 60 saniyə ərzində təsir edir. O gözlə görünmə həddindədir. Onun təsirni azaltmaq olar; partlayış baş verən zaman, dərhal sığınacaqlarda gizlənmək lazımdır. Başlanğıc radiasiya böyük nüfuz etmə qabiliyyətinə malikdir, ondan mühafizə olunmaq üçün qalın metal lövhəsi və ya qalın torpaq qatı tələb olunur. 40 mm qalınlığında metal lövhə radiasiyanın yarısını keçirir. Uducu kimi polad betondan 4 dəfə, torpaqdan 5 dəfə, sudan 8 dəfə, ağacdan 16 dəfə çox effektlidir, lakin qurğuşundan 3 dəfə az effektlidir. Qalıq radiasiya uzun müddət davam edir. Qalıq radiasiya radioaktiv qalıqlar və məcburi radioaktivliklə əlaqədardır. Başlanğıc radiasiyanın neytron seli episentrin yaxınlığında torpağa təsir edir və nəticədə torpaq radioaktivləşir. Torpaq üzərində partlpyış zamanı məcburi radioaktiflik xüsusilə yüksək olur və uzun müddət qalır.
«Radioaktiv qalıqlar» dedikdə radioaktiv buludun tərkibindən çökən yüklü hissəciklər başa düşülür. Bu hissəciklər tədricən çökür və bütün səthləri radtoaktiv çirkləndirir. Ağır hissəciklər partlayışın bilavasitə yaxınlığında çökür, yüngül radioaktiv hissəciklər isə küləklə daha uzaq məsafələrə-kilometrlərlə sahələrə yayılaraq böyük sahələri daha uzun müddətə zədələyir. Radioaktiv çöküntülərdən əhəmiyyətli dərəcədə insan itkisi episentrin bilavasitə yaxınlığında baş verir. Episentrdən uzaqlaşdıqca radiasiyanın intensivliyi azalır.
Nüfuzedici radiasiyadan insanların zədələnməsi. Radiasiya insan toxumalarına dağıdıcı təsir göstərir. Udulmuş şüalanma dozası- rad (rad=0,01 coul/kq) ilə ölçülən enerji miqdarıdır. Müxtəlif şüalanma növləri insan orqanizminə müxtəlif təsir göstərir.
İonlaşdırıcı şüalanmanın təsiri zamanı bioloji obyektlərdə (canlı orqanizmlərdə) baş verən şüa zədələnmələrinin dərəcəsi, də¬rinliyi və forması – ilk növbədə bu obyektdə udulan şüalanma enerjisinin kəmiyyətindən asılı olur. Udulan dozanın vahidi olaraq hər kiloqrama düşən Coul (C/kq) qəbul edilmişdir.
Coul-kiloqram – şüalanan maddənin 1 kq kütləsində udulan hər hansı ionlaşdırıcı şüalanmanın 1 Coul enerjisinə bərabər doza¬dır .
Radiobiologiyada və radiogigiyenada udulan dozanı sistem¬dən kənar ölçü vahidi olaraq rad daha geniş işlədilir. Rad udulan elə dozadır ki, bu zaman hər hansı maddənin bir qramında şüa¬lanmanın növündən və enerjisindən asılı olmayaraq, 100 erq miqdarında enerji udulur.
Udulan dozanın Beynəlxalq Sİ sistemində yeni vahidi qrey (Qr) adlandı¬rılır; 1 Qr maddənin 1 kq-da udulan 1 Coula bərabərdir: 1 Qr = 1-C= 100 rad.
Rentgen və γ – şüalanmaların ekspozisiya dozası va¬hidi olaraq bir kiloqrama düşən kulon-kiloqram (K1/kq) qəbul edilmişdir.
Rentgen və γ – şüalanmaların ekspozisiya dozasının sistemdən kənar vahidi rentgen (R) adlanır.
Ona görə də rentgen və qamma-şüaların ekspozisiya dozası rentgenlə (1R=2,5-4 Kl/kq) ölçülür. İnsan toxumasına nüfuz edən radiasiya dozası rentgenə ekvivalent olan berlə də ölçülür. Bütün insanlar həyatı boyu təbii (fon) nüfuzedici radiasiya ilə, həm də süni, məsələn, rentgen şüaları ilə şüalanırlar. (bax, müasir təbii və süni şüalanma mənbələri).
İnsan orqanizmi belə şüalanma dozasına dözümlüdür. Zərərli təsir dozanın miqdarı çox olduqda və qısa müddət davam etdikdə özünü göstərir. Adətən, alınmış şüalanma dozası dərhal zədələnməyə səbəb olmur. Hətta ölümcül doza belə bir saat və bəzən daha çox müddət özünü biruzə vermir.

İonlaşdırıcı şüaların bioloji təsir xüsusiyyətləri
İnsan orqanizminə ionlaşdırıcı şüaların təsiri udulmuş dozadan, şüalanmanın müddətindən, doza gücündən, şüalanmaya məruz qalan toxuma və orqanların ölçüsündən və radiohəssaslığından, şüalanmanın növündən və s. asılıdır. İonlaşdırıcı şüaların hüceyrəyə təsiri zamanı ilk növbədə ionlaşmış atom və molekullar əmələ gəlir ki, bu atom molekullar böyük sürətlə bir-biri ilə və müxtəlif molekkullar sistemlərlə qarşılıqlı təsirə girərək kimyəvi aktiv maddələrin əmələ gəlməsinə səbəb olur. Məsələn, ionlaşdırıcı şüalar hüceyrədə olan suya təsir etdikdə su molekulundan elektron qoparılır, nəticədə + və – yüklü ionlar əmələ gəlir. Bu ionlar müxtəlif radikallara parçalanır və onların qarşılıqlı reaksiyası nəticəsində yeni daha güclü zərərli təsirə malik radikallar əmələ gəlir. Şüalanmanın təsirindən törənən ilkin radikallar müxtəlif birləşmələrin molekulları ilə reaksiyaya girərək daha uzunömürlü ikinci radikalların yaranmasına səbəb olur.
Şüalanmanın sonrakı mərhələsində fermentlərin aktivliyində müxtəlif istiqamətli dəyişikliklər baş verir. Nəticədə nuklein turşuları zülallar, yağlar, karbohidratlar və digər hüceyrə elementləri parçalanır. Hüceyrədə oksidləşdirici fosforlaşma prosesinin pozulması nəticəsində ATF-in sintezi dəyişərək həyati əhəmiyyətli biokimyəvi proseslərin pozulmasına səbəb olur.
İonlaşdırıcı şüaların orqanizmə zərərli təsirlərindən biri də onların genetik effektidir. Belə ki, bü şüaların xromosom və genlərdə yaratdıgı mutasiyalar müxtəlif irsi dəyişikliklərə, bu da öz növbəsində anomaliyaların, anadagəlmə eybəcərliklərin yaranmasına səbəb olur. Şüalanmanın orqanizmə təsir xüsusiyyətlərindən biri də udulmuş dozaların toplanması və cəmlənməsidir. Bioloji effekt yalnız müəyyən muddətdən sonra (inkubasion dövr) üzünü biruzə verməyə başlayır. İonlaşdırıcı şüalanma zamanı müxtəlif fərdlər, eyni zamanda müxtəlif orqanlar şüalanmaya müxtəlif çür həssalıq göstərir. Məsələn: bədənin ayrı-ayrı hissələri üçün ölümcül dozalar belədir: baş-20 Qr, qarının aşagı hissəsi-50 Qr, döş qəfəsi-100 Qr, ətraflar 200-Qr. Orqanizmə ionlaşdırıcı şüalanmanın təsirinin 2 cür effekti vardır: somatik və genetik. Somatik effekt bilavasitə şüalanan şəxsin özündə, genetik isə -onun nəslində özünü göstərir. Somatik effekt erkən və gecikmiş ola bilər. Erkən şüalanmadan sonra ya ilk dəqiqələrdə, ya da 30-60 gün sonra baş verir. Buraya aiddir: dərinin qızarması və qabıq verməsi, göz büllurunun bulanması, qanyaratma sisteminin zədələnməsi, şüa xəstəliyi, letal nəticə. Gecikmiş somatik effektlər şüalanmadan bir necə ay və ya il sonra dəridə davamlı dəyişikliklər, bəd xassəli törəmələr, immunitetin zəifləməsi, ömrün qısalması kimi büruzə verir. Şüalanmanın orqanizmə təsirini öyrənərkən aşağıdakı xüsusiyyətlər aydın edilmişdir:
• Udulmuş enerjinin hətta az miqdarı belə orqanizmdə dərin dəyişikliklərə səbəb ola bilər.
• İonlaşdırıcı şüalanmadan sonra inkubasion dövrün olması.
• Kicik dozalarla təsir cəmlənə və ya toplana bilər.
• Genetik effekt irsiyyətə təsir edir.
• Canlı orqanizmin müxtəlif orqanları şüalanmaya müxtəlif cür həssaslıq göstərir.
• Hər bir insan şüalanmaya ümumilikdə eyni reaksiya vermir.
Şüalanma təsirin tezliyindən asılıdır. Eyni miqdar doza, az-az müxtəlif vaxtlarda təsir etdikdə, həmin miqdar dozanın qısa zaman kəsiyində təsiri ilə müxtəlif cür effekt verir. İonlaşdırıcı şüalanmanın təsirindən orqanizmdə olan su parcalanır və müxtəlif yüklü ionlar əmələ gəlir. Əmələ gələn sərbəst radikallar və oksidlər toxumaların üzvü maddələrinin molekulları ilə reaksiyaya girərək, onları dağıdır və oksidləşdirir. Maddələr mübadiləsi pozulur. Qanın tərkibində dəyişikliklər baş verir—eritrositlərin, leykositlərin, trombositlərin və neytrofillərin miqdarı azalır. Qanyaradıcı orqanların zədələnməsi insanın immun sistemini dağıdır, infeksion ağırlaşmalara gətirir. Əgər su radioloji təhlükəsizlik normalarına uyğundursa, o zaman hər gün 2 litrə qədər sudan istifadə etdikdə insanın ala biləcəyi şüalanma dozası 0,1 mberdən (bir il ərzində) artıq olmamalıdır.Yerli dəyişikliklər dəridə və selikli qişalarda şüa yanıqları ilə xarakterizə olunur. Güclü yanıqlar zamanı ödemlər, qovuqcuqlar əmələ gəlir, hətta toxumaların nekrozu mümkündür. Radiasion təhlükəsizlik normalarina görə şüalanan şəxslər 3 kateqoriyaya bölünür;
• A-daimi və ya müvəqqəti olaraq ionlaşdırıcı şüalanma mənbəyi ilə işləyən işçi personalı:
• B-əhalinin məhdud bir hissəsi, yəni ionlşdırıcı şüalanma mənbəyi ilə bilavasitə əlaqəsi olmayan, yalnız yaşam şərtləri ilə əlaqədar olaraq ionlaşdırıcı şüalanmanın təsirinə məruz qalanlar:
• V-bütün əhali. Maksimal yol berilə biləcək şüalanma dozası dedikdə, insanın 50 illik yaşam müddətində bərabər miqdarda aldığı dozaya ekvivalent-bir il ərzində aldığı doza başa düşülür.
Yer kürəsinin əhalisinin hər biri (B kateqoriya) özünün bütün həyatı boyu hər il 250-400 mber dozada şüa alır. Həmin doza təbii və süni ionlaşdırıcı şüalanma mənbələrindən alınan dozaların cəmidir. Təbii mənbələrdən alınan illik doza—200 mber (kosmos-30 mber, mühit-38 mber, insan toxumalarınla radioaktiv elementlər-37 mber, radon qazı-80 mber və digər mənbələr). Süni mənbələrdən alınan şüalanma dozaları – hər il 150-200 mber buraya əlavə olunur (tibbi avadanlıqlar və tədqiqatlar-100-150 mber, televizorun qarşısında-1-3 mber, nüvə silahı sınaqları zamanı-3 mber və digər mənbələr). Ümumdünya Səhiyyə Təşkilatının yer kürəsi əhalisi üçün maksimal yol verilə biləcək şüalanma dozası (təhlükəsiz) 35 ber həddində müəyyən edilmişdir, bir şərtlə ki, 70 illik yaşam müddətində bərabər miqdarda toplanmış olsun.
İonlaşdırıcı radisiyanın orqanizmə təsiri nəticəsində yaranan effektləri sistemləşdirərək şərti olaraq 3 qrupa bölürlər.
1. Somatik effektlər. Bura aiddir: kəskin və xronik şüam xəstəlikləri, yerli patoloji dəyişikliklər – dəri yanıqları, göz kataraktası, qan yaranma prosesinin pozulması, ömrün qısalması və s.
2. Sitoxastik effektlər. Bura bədxassəli şişlər, leykozlar aiddir aiddir.
3. Genetik effektlər. Bu isə genlərdə və xromosomlarda dəyişikliklərlə özünü göstərir.
İonlaşdırıcı şüaların orqanizmə zərərli təsirini ümumiləşdirərək yaranan patoloji prosesləri 2 qrupa bölürlər:
1. kəskin patologiyalar
2. gecikmiş patologiyalar
Kəskin patologiyalara kəskin şüa xəstəliyi, yanıqlar və dəridə yaranan trofik pozğunluqlar aid edilir. Gecikmiş patologiyaların həm somatik, həm də genetik effektləri aid edilir. Belə ki, somatik xarakterli gecikmiş patologiyalara xronik şüa xəstəliyi, bəd xassəli şişlər, katarakta, ömrün qısalması aiddir. Genetik xarakterli gecikmiş patologiyalara anadangəlmə eybəcərliklər, anomaliyalar, cinsi sterillik aiddir.
Şüalanmanın dozası 1-10 Zv (100-min ber) və daha çox olduqda insanda kəskin şüa xəstəliyi, insan uzun müddət ərzində kiçik dozalarla (1-5 m Zv/sutka; 0.1-0.5 ber /sutka) şüalanmaya məruz qaldıqda xronik şüa xəstəliyi baş verir. Bir dəfəlik şüalanma zamanı alınmış dozanın miqdarından asılı olaraq şüa xəstəliyinin 4 dərəcəsi ayırd edilir.
Dozadan asılı olaraq kəskin şüa xəstəliyi yüngül (1-2,5 Zv), orta ağır (2,5-4 Zv) və ağır formalarda (4-10 Zv) olur.
Nüfuz edici radiasiyanın təsirindən insanlarda və heyvanlarda şüa xəstəliyi baş verə bilər. 4 gündən artıq şüalanma çox dəfəlik şüalanmadır.

Kəskin şüa xəstəliyinin gedişi 4 mərhələyə bölünür:
1. ilkin reaksiyalar dövrü,
2. gizli dövr,
3. əlamətlərin kəskinləşməsi dövrü,
4. son dövr.
Şüa xəstəliyinin –birinci dərəcəsi (yüngül) 100-200 R şüa aldıqda başlayır. Şüalanma anında insan heç nə hiss etmir. Xəstədə ürək bulanma, qusma, baş ağrısı, baş gicəllənməsi, ürək döyünməsi və s. baş verir. Bəzən bədən temperaturu 0,5-1 0 S artır. Bütün bu əlamətlər bir neçə saatdan sonra itir və aldadıcı sakitlik yaranır. Bu dövr gizli dövr olub, bir neçə saatdan 2 həftəyə qədər davam edə bilər. Bundan sonra xəstəliyin gedişi yenidən kəskinləşir, bədən temperaturu 40-410 S-yə qədər yüksəlir, qusma və ishal başlayır, diş ətindən və daxili orqanlardan qanaxmalar olur. Qücolmalar, orqanizmin müdafiə qabliyyəti aşağı düşdüyü üçün irinli ağırlaşmalar müşahidə olunur. Xəstəliyin başlanğıcından 25-30 gün sonra proses son mərhələyə sağalma dövrünə keçir. Şüalanma dozasından, müalicə tədbirlərinin vaxtında və keyfiyyətli aparılmasından asılı olaraq xəstəliyinin proqnozu dəyişə bilər.
Gizli dövr 2-3 həftə davam edir, sonra kefsizlik, ümumi zəiflik, başda ağırlaq hissi, sinədə sıxıntı, çoxlu tərləmə, periodik olaraq hərarətin yüksəlməsi müşahidə olunur, qanda leykositlərin miqdarı azalır. Şüa xəstəliyinin birinci dərəcəsi müalicə olunur.
Şüa xəstəliyinin ikinci (orta) dərəcəsi 200-400 R şüalanmadan sonra başlayır. Gizli dövr bir həftəyə qədər davam edir. Şüa xəstəliyi özünü daha ağır dərəcəli kefsizlik, baş ağrıları, baş hərlənməsi, qüsma, hərarətin yüksəlməsi ilə biruzə verir; qanda leykosirlərin, xüsusilə də limfositlərin miqdarı yarıbayarı azalır. Fəal müalicə aparıldıqda 1,5-2 aydan sonra sağalma baş verir. Ölümlə nəticələnən hallar da ola bilər (20%).
Şüa xəstəliyinin üçüncü dərəcəsi (ağır) 400-600 R doza aldıqda başlayır. Gizli dövr bir neçə saata qədər davam edir. Zədələnmişlərin ümumi vəziyyəti ağır olur, güclü baş qansızmalar, diş ətinin selikli qişalarında nekroz müşahidə olunur. Qanda leykositlərin, eritrositlərin və trombositlərin miqdarı kəskin aşağı düşür. Orqanizmin müdafiə qabiliyyəti aşağı düşdüyü üçün müxtəlif infeksion ağırlaşmalar inkişaf edir. Müalicə aparılmazsa 20-70% hallarda ölüm baş verir.
600 R artıq şüalanma zamanı ağır dərəcəli şüa xəstəliyi inkişaf edir, müalicə aparılmadıqda 2 həftəyə ölüm baş verir.
Beləliklə yuxarıda ionlaşdırıcı şüaların orqanizmə zərərli təsirinin müəyyən bir qismindən bəhs etdik. Göründüyü kimi ionlaşdırıcı şüaların zərərli təsirindən qorunmaq üçün gigiyenik tədbirlərin həyata keçirilməsi çox vacib və mühüm bir məsələdir. Xarici mühitin radioaktiv maddələrlə çirklənməsinin qarşısını almaq üçün mühafizə tədbirlərinə aşağıdakılar aiddir.
• İstehsalat texnalogiyasının təkmilləşdirilməsi
• Radioaktiv tullantıların zərərsizlşdirilməsi
• Planlaşdırma tədbirləri
• Qanunvericilik tədbirləri
Tibb müəsisələrində, mütəlif istehsal sahələrində, elmi tədqiqat işlərində ionlaşdırıcı şüa mənbələrindən qorunmaq üçün bir sıra prinsiplər işlənib hazırlanmışdır. Bunlar aşağıdakılardır.
• Miqdarla müdafiə
• Vaxtla müdafiə
• Məsafə ilə müdafiə
• Ekranla müdafiə
Miqdarla müdafiə zamanı şüalandırıcının aktivliyini təhlükəsiz səviyyəyə qədər azaldılması təmin edilir. Vaxtla müdafiə dedikdə ionlaşdırıcı şüa mənbəyi ilə iş müddətinin maksimum dərəcədə azaldılması nəzərdə tutulur. Məsafə ilə müdafiə üçün icraçı personalın şüalandırıcıdan mümkün qədər uzaqda olması vacibdir. Müəyyən edilmişdir ki, müxtəlif materiallar ionlaşdırıcı şüaları udmaq, saxlamaq və zəiflətmək qabiliyytinə malikdir. Şülanmanın növündən və gücündən aslı olaraq qoruyucu ekranların materialı və qalınlığı seçilir.
İonlaşdırıcı şüalanmanın növündən asılı olaraq müxtəlif müdafiə tədbirləri tətbiq edilir:
• şüalanma zamanının azaldılması,
• ionlaşdırıcı şüalanma mənbəyinə qədər məsafənin azaldılması,
• ionlaşdırıcı şüalanma mənbəyinin hasara alınması,
• ionlaşdırıcı şüalanma mənbələrinin hermetikləşdirilməsi,
• müdafiə vasitələri avadanlıqları ilə təmin olunma və təkmilləşdirmə,
• dozimetrik nəzarətin təşkili,
• sanitar-gigiyena tədbirlərinin görülməsi.
Beynəlxalq radiasiyadan müdafiə komissiyasının təklifləri əsasında əhalinin müdafiə normalari tətbiq olunmalıdır.
Qapalı şüa mənbələrindən fərqli olraq açıq şüa mənbələri ilə iş zamanı personal xarici şüalanma ilə yanaşı daxili şüalanmaya da məruz qala bilir. Radioaktiv maddələrin tənəfüs yolu ilə orqanizmə daxil olmasının qarşısının alınması üçün respiratorlar, əlehqazlar, xüsusi geyimlər, əlcəklə, eynəklər və s. mühafizə vasitələrindən istifadə edilir. Radioaktiv maddələrlə işlədikdə şəxsi gigiyena qaydalarınada ciddi əməl edilməlidir.

Respublikamızda radioktiv şüa mənbələri sahəsində qəzasız fəaliyyətin, əhalinin radiasiya təhlükəsindən qorunması və sağlamlığının mühafizəsinin hüquqi əsaslarını müəyyən edən qanun – «Əhalinin radiasiya təhlükəsizliyi haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. (Bakı şəhəri 30 dekabr 1997, №423 – İQ). Qanunda radiasiya təhlükəsizliyinin təmin edilməsi üçün təşkilatı – hüquqi, mühəndis-texniki, sanitariya-gigiyena, tibbi-profilaktik, təlimat və təhsil xarakterli tədbirlər kompleksinin həyata keçirilməsi nəzərdə tutulur. (I fəsil, maddə 4)

Radioaktiv zədələnmə
Qızğın partlayış məhsulları və hava kütlələri odlu kürə əmələ gətirir. Əmələ gələn andan ölçüləri getdikcə artaraq diametri bir neçə kilometrə çatır. Yerüstü partlayış zamanı odlu kürə çox böyük sürətlə (bəzən 30 km-dən də yüksək) yuxarı qalxır, özü ilə yer səthindən on min tonlarla torpaq qatını da yuxarı qaldırır. Partlayışın gücü artdıqca zədələnmə sahəsi və zədələnmənin dərəcəsi də artır. Ağır hissəciklər yerin ağırlıq qüvvəsinin təsiri ilə radioaktiv buludun və toz dumanının tərkibindən partlayış mərkəzinin bilavasitə yaxınlığında çökür. Yüngül hissəciklər isə yavaş-yavaş çökür və daha uzaq məsafələrə aparılır. Yerin relyefi demək olar ki, radioaktiv zəhərlənmənin ölçülərinə təsir etmir, lakin zədələnmə zonası daxilində ayrı-ayrı sahələrin qeyri-bərabər zədələnməsinə səbəb olur. Radioaktiv zədələnmə nüvə partlayışı zamanı əmələ gələn buludun tərkibindən yerə çökən radioaktiv hissəciklər hesabına yaranır. Nüvə partlayışının radioaktivliyinin əsas mənbələri: nüvə yanacağını təşkil edən tərkib hissələrinin parçalanma məhsulları (36 kimyəvi element 200 radioaktiv izotopu); nüvə partlayışının neytronlar selinin torpaqdakı bəzi kimyəvi elementlərə təsir edərək onları aktivləşdirməsi (natrium, silisium və başqalarını); parçalanma reaksiyalarında iştirak etməyən nüvə yanacağının bəzi hissəsi xırda hissəciklər şəklində parçalanma məhsullarının tərkibinə daxil olur. Radioaktiv maddələrin əmələ gətirdiyi şüalar 3 növdür: alfa, beta və qamma. Ən böyük nüfuz etmə qabiliyyətinə malik olan şüalar qamma-şüalardır, sonra beta və əhəmiyyətsiz dərəcədə-alfa hissəciklərdir. Ona görə də insanlar üçün yerin radioaktiv zədələnməsi zamanı ən təhlükəli şüalar qamma və beta-şüalardır.
Radioaktiv zədələnmə üçün xas olan xüsusiyyətlər: böyük zədələnmə sahəsi, zədələyici təsirin uzun müddət davam etməsi, radioaktiv maddələrin çətin aşkar olunması, belə ki, onların rəngi, iyi və digər xarici xarakterik cəhətləri yoxdur.
Radioaktiv zədələnmə zonası nüvə partlayışı baş verən rayondavə radioaktiv buludun izi boyunca əmələ gəlir. Ərazinin radioaktiv zədələnməsi ən çox yerüstü (su üstü) və yeraltı (su altı) nüvə partlayışları zamanı baş verir.
Yerüstü (yeraltı) nüvə partlayışı zamanı odlu kürə yer səthi ilə təmasda olur. Ətraf mühit güclü qızır, torpağın və qayaların çox hissəsi buxarlanaraq odlu kürəyə cəlb olunur. Radioaktiv maddələr torpağın ərimiş hissələrində çökür. Nəticədə, çoxlu miqdarda radioaktiv və qeyri-aktiv ərimiş hissəciklərdən ibarət bulud yaranır, 7-10 dəqiqəyə həmin bulud ən maksimal hündürlüyə qalxır, xarakter göbələyə bənzər formanı alır və hava kütlələrinin təsiri ilə müəyyən sürətlə müəyyən istiqamətdə hərəkət edir. Radioaktiv hissəciklərin böyük hissəsi nüvə partlayışından keçən ilk 10-20 saat ərzində radioaktiv buludun tərkibindən çökərək ərazinin güclü zədələnməsinə səbəb olur. Radioaktiv buludun tərkibindən çökən radioaktiv maddələr yer səthini, havanı, su mənbələrini, qiymətli materialları və s. zədələyir. Havada və yüksəklikdə partlayış baş verdikdə odlu kürə yer səthi ilə təmasda olmur. Bu zamana radioaktiv məhsulların demək olar ki, bütün kütləsi xırda hissəciklər formasında stratosferə qalxır, yalnız az bir hissəsi troposferdə qalır. Radioaktiv maddələr troposferadan 1-2 aya, stratosferadan isə 5-7 il müddətinə çökür. Bu müddət ərzində radioaktiv hissəciklər hava kütlələri ilə partlayış yerindən çox uzaq məsafələrə aparılır və böyük sahəli ərazilərə yayılır. Ona görə də onlar ərazinin təhlükəli dərəcədə radioaktiv zədələnməsinə səbəb olmur. Yalnız, havada olan nüvə partlayışı episentrinin yaxınlığında olan torpaq və onun üzərində olan predmetlər təhlükəli dərəcədə radioaktiv zədələnməyə məruz qalırlar. Belə zonaların radiusu, adətən, tam dağıntı zonalarının radiusundan artıq olmur.
Radioaktiv buludun izinin forması ərazidə əsən küləyin orta sürətindən və istiqamətindən asılı olur. Çöl ərazilərində küləyin isttiqaməti dəyişmədikdə radioaktiv iz uzunsov ellips formasında olur. Ən yüksək dərəcədə zədələnmə sahəsi partlayış mərkəzindən çox da uzaq olmur və izin oxu istiqamətində olur. Bu sahələrdə radioaktiv tozun daha iri hissəcikləri çökür. Zədələnmənin ən az dərəsi isə mərkəzdən ən uzaq və zədələnmə zonalarının sərhədlərində olur.
Ərazinin radioaktiv zədələnmə dərəcəsi xarakterizə olunur: partlayışdan keçən müəyyən müddətdən sonrakı radiasiya səviyyəsi, zədələnməninbaşlanğıcından radioaktiv maddələrin tam parçalanmasına qədər keçən müddət ərzində alınmış radiasiya dozasının miqdarı ilə (qamma-şüaların).
Radioaktiv zədələnmə dərəcəsindən və şüalanmanın mümkün nəticələrindən, radioaktiv buludun izindən asılı olaraq, nüvə partlayışı rayonu aşağıdakı zonalara bölünür: mülayim, güclü, təhlükəli və fövqəladə dərəcədə təhlükəli zədələnmə zonaları.
Mülayim zədələnmə zonası (A zonası). Ekspozision şüalanma dozası radioaktiv maddələrin tam parçalanmasına qədər 40-400 R arasında olur. Zonanın mərkəzi hissəsində və ya onun sərhədlərində aparıdan işlər bir neçə saat müddətində dayandırılır.
Güclü zədələnmə zonası (B zonası). Ekspozision şüalanma dozası radioaktiv maddələrin tam parçalanmasına qədər 400-1200 R arasında olur. B zonasında açıq ərazidə işlər 1 gün müddətində dayandırılır, fəhlə və qulluqçular mühafizə qurğularında, zirzəmilərdə və ya digər sığınacaqlarda saxlanırlar.
Təhlükəli zədələnmə zonası (V zonası). Ekspozision şüalanma dozası radioaktiv maddələrin tam parçalanmasına qədər xarici sərhədlərdə 1200 R olur, daxili sərhədlərində isə 4000 R olur. Bu zonada 1 gündən 3-4 günə qədər işlər dayandırılır, fəhlə və qulluqçular mühafizə qurğularında mühafizə olunurlar.
Fövqəladə dərəcədə təhlükəli zədələnmə zonası (Q zonası). Ekspozision şüalanma dozası radioaktiv maddələrin tam parçalanmasına qədər xarici sərhədlərdə 4000 R olur. İşlər 4 gün və daha artıq müddətə dayandırılır, fəhlə və qulluqçular mühafizə qurğularında mühafizə olunurlar. Bu müddət qurtardıqda obyektlərin ərazisində radiasiya o dərəcəyə qədər azalır ki, fəhlə və qulluqçular istehsalat müəssisələrində təhlükəsiz şəraitdə işə başlaya bilərlər.
Nüvə partlayışı məhsullarının insanlara təsiri. Nüvə partlayışı rayonunda nüfuz edici radiasiya kimi, radioaktiv zədələnmə zonasında qamma-şüalanma insanlarda və heyvanlarda şüa xəstəliyi yaradır. Xəstəlik əmələ gətirən dozalar nüfuzedici radiasiyadakı kimidir.
Beta-hissəciklərin təsirindən insanların əllərinin, boyun və baş hissəsinin dərisində zədələnmələr yaranır. Ağır dərəcəli (sağalmaz yaralar əmələ gəlir), orta dərəcəli (suluqlar əmələ gəlir) və yüngül dərəcəli (göyərmə və dəridə qaşınma) dəri zədələnmələri ayırd olunur. Daxili zədələnmələr radioaktiv maddələr orqanizmin daxili mühitinə əsasən qida məhsulları ilə düşdükdə baş verir. Hava və su ilə radioaktiv maddələr orqanizmə elə miqdarda daxil olur ki, insanların əmək qabiliyyətinin itirilməsinə və kəskin şüa xəstəliyinə gətirib çıxarmır. Sonradan radioaktiv maddələr orqanizmdə bərabər miqdarda paylanmır. Əsasən qalxanabənzər vəzdə və qara ciyərdə toplanır. Buna görə də, həmin üzvlər böyük dozalarda şüalanmaya məruz qalır, bu isə ya həmin üzvlərin toxumalarının parçalanmasına, ya onlarda şişin inkişafına, ya da funksiyalarının ciddi pozulmasına səbəb olur.
Əhalinin mühafizəsinin əsas yolu insanların xarici şüalanmadan təcrid olunması, həm də radioaktiv maddələrin orqanizmin daxilinə su, hava və qida ilə daxil olmasına şərait yaradan halların istisna olunmasıdır.
Radioaktiv maddələrdən və onların şüalanmasından insanların daha məqsədəuyğun mühafizəsi yolları:
• sığınacaq və radiasiya əleyhi daldalanacaqlar. Onlar radioaktiv tozdan etibarlı mühafizə edir, qamma-şüalanmanın yüz-min dəfələrlə zəifləməsinə səbəb olur. Sənaye müəssisələrinin və yaşayış binalarının divarları və örtükləri, xüsusilə də zirzəmilər qamma-şüalanmanın təsirini azaldır.
Radioaktiv maddələrin insanların tənəffüs üzvlərinə və dərisinə düşməsindən mühafizə etmək üçün radioaktiv zədələnmə zonalarında işlər zamanı fərdi mühafizə vasitələrindən istifadə edilir. Radioaktiv zədələnmə zonasından çıxarkən sanitar təmizləmə aparılır, yəni dəriyə düşmüş radioaktiv maddələr təmizlənir, paltarın dezaktivasiyası aparılır.
Beləliklə, ərazinin radioaktiv zədələnməsi insanlar üçün böyük təhlükə yaratsa da, vaxtında yerinə yetirilmiş mühafizə tədbirləri, insanların təhlükəsizliyini və daimi iş qabiliyyətini təmin edir.
Ərazinin radioaktiv zədələnməsindən əhalinin mühafizə olunması üçün bütün mühafizə qürğularından (sığınacaqlar, radiasiya əleyhi daldalanacaqlar, hündür mərtəbəli binaların zirzəmiləri, metro stansiyaları) istifadə olunur. Bu ərazilərdə Aİ-2 fərdi apteçkdan radiomühafizə preparatları (1 və 2 saylı) tətbiq edilir.
Elektromaqnit impulsu. Atmosferdə və daha yüksəklikdə nüvə partlayışı baş verərkən dalğa uzunluğu 1-1000 m və daha çox olan güclü elektromaqnit sahələri yaranır. Mühitin atom və molekulalarının qamma-şüalarla ani reaksiyaları zamanı enerji impulsları onlara ötürülür. Enerjinin əsas hissəsi ionlaşma nəticəsində əmələ gələn elektron və ionların hərəkətinə sərf olur. Əmələ gələn ilk elektronlar partlayış mərkəzindən radial istiqamətdə hərəkət edərək elektrok cərəyanı və sahələri əmələ gətirir, onlar da tez bir müddətə yayılır. Yüksək enerjili həmin elektronlar yayılaraq yeni ionlar əmələ gətirir, öz növbəsində də həmin ionlar yeni sahələr və cərəyan yaradır. Bu yolla əmələ gələn qısa müddətli elektrik və maqnit sahələri nüvə partlayışı zamanı əmələ gələn elektromaqnit impulsudur (EMİ). EMİ az yüksəklikdə baş verən nüvə partlayışları zamanı da əmələ gəlir, lakin bu zaman elektromaqnit sahələrinin gərginliyi episentrdən uzaqlaşdıqca aşağı düşür. Hündürlükdə partlayışlar zamanı isə elektromaqnit sahəsinin təsir sahəsi demək olar ki, yer səthinin bütün görünən sahələrini əhatə edir. EMİ-nin zədələyici təsiri havada, torpaqda olan elektrik cərəyanı xətlərində, radioelektron və radiotexnika aparatlarında yaranmış gərginliklə əlaqədardır. EMİ yuxarıda adı çəkilən aparatlarda elektrik cərəyanı və gərginliyini pozduğu üçün xətlərdə izolyasiya pozulur, transformatorlar zədələnir, relelər, yarımkeçiricilər yanır, tərtibatlar əriyir. Ən çox raket start kompleksləri, komanda məntəqələrinin idarə olunması, rabitə, siqnalizasiya sistemləri sıradan çıxır.
EMİ-dən mühafizə idarəetmə və elektrik təchizatı xətlərinin xüsusi tərtibatlarla təmin olunması, tez əriyən qoruyucuların dəyişdirilməsi yolu ilə həyata keçirilir. Elektromaqnit impulsu nüvə partlayışı enerjisinin 1%-ni təşkil edir.
Nüvə silahı partlayarkən güclü elektrik sahəsi yaranır. Yüksəklikdə baş verən partlayış Yerin səthində yüz-minlərlə kvadrat kilometr sahədə intensiv şüalanma törədən elektromaqnit sahəsi yaradır. Bu sahələr əsasən elektron və elektrik qurğularını qısa müddətə və ya tamamilə sıradan çıxarır, bu da idarə etmə, nəzarət, rabitə və müşahidə sistemləri üçün ciddi nəticələrə səbəb olur.
Elektromaqnit impulsunu xarakterizə edir: sahədə gərginliyin amplitudası və vaxt keçdikcə sahənin impuls formasının dəyişməsi. Onun müddəti ani qamma-impulsun müddəti müəyyən olunur və mikrosaniyənin yüzdə birini təşkil edir. EMİ-nin tezliyinin diapozonu 100 Meqa hersə qədər olur, əsasən onun enerjisi 10-15 kilohers tezlikləri arasında paylanır. EMİ-inin amplitudası mərkəzdən uzaqlaşdıqca azalır, ona görə də onun zədələyici təsiri—iri kalibrli partlayışın episentrindən bir neçə kilometr məsafədə özünü göstərir.
İnsanlara və aparatlara təsiri. İnsana bilavasitə təsir etmir. EMİ-nin qəbulediciləri bütün elektrik cisimləridir, xüsusilə də xüsusi mühafizə ilə təmin olunmayan tərtibatlardır, zərbə dalğasına davam gətirən xüsusi qurğularda olsa belə.
Həmçinin, qamma-şüalanmanın və elektromaqnit impulsunun bircə təsirinin eyni zamanda baş verdiyini nəzərə almaq lazımdır: qamma-şüalanmanın təsirindən materialların keçiriciliyi artır, EMİ-nin təsirindən isə əlavə elektrik cərəyanı yaranır. Bu təsirlər partlayış baş verən rayonda bütün sistemlərə eyni anda təsir göstərir. Radio və elektrovasitələrin işini pozur. Elektrik sahə boşalması yarandığı üçün insan həmin apartlarla işləyən zaman ani ölüm baş verir.
EMİ-nin təsirinin xarakterindən asılı olaraq aşağıdakı mühafizə metodları məsləhət görülür:
1. Simmetrik 2 xətli, bir-birindən və torpaqdan yaxşı təcrid olunmuş xətlərin tətbiq edilməsi;
2. Yeraltı xətlərin mis, aliminium və qurğuşun örtüklə izolyasiyası;
3. Aparat qlvşaqlarının və bloklarının elektromaqnit ekranlaşdırılması;
4. Müxtəlif mühafizə qurğularının və şimşəkdən mühafizə qurğularından istifadə edilməsi.
Nüvə zədələnmə ocağı. Nüvə silahının təsirindən əhalinin, heyvanların, bitkilərin kütləvi məhvi və bina və tikililərin dağılması baş verən əraziyə nüvə zədə ocağı deyilir. Onu xarakterizə edən cəhətlər: zədələnmişlərin sayı; zədələnmə sahəsinin ölçüləri; müxtəlif radiasiya səviyyəsi olan zonalar; yanğın zonaları, subasmalar, dağıntı zonaları; mühafizə qurğularının hissəvi dağılması, zədələnməsi və dağılması.
Bütün zədələyici amillərin zədə ocağında olan insanlara bilavasitə və dolayısı yolla təsiri zədələnmə dərəcəsini ağırlaşdırır. Nüvə zədə ocağının ölçüləri silahın gücündən, partlayışın növündən və ərazinin relyefindən asılıdır. Zərbə dalğasının təsirindən baş verən dağıntıların xarakterini və xilasetmə və təxirəsalınmaz qəza xidməti işlərinin həcmini dəqiqiləşdirməkdən ötrü nüvə zədəo ocağını şərti olaraq 4 zonaya bölürlər: 1-si zona—tam dağıntı zonası; 2-ci zona—güclü dağıntılar zonası; 3-cü zona—orta dağıntılar zonası; 4-cü zona—zəif dağıntılar zonası.
Dağıntılar zonasından kənarda bina və tikililər az zədələnməyə məruz qalır. Ayrı-ayrı yanğın ocaqlarının əmələ gəlməsi mümkündür. Belə şəraitdə insanlar yüngül dərəcəli yanıq və travmalar ala bilər. Lakin bu zədələnmələr məhdud sayda olduğuna görə əhali müstəqil olaraq zədələnmişlərə kömək göstərə bilər və dağıntıları aradan qaldıra bilər.

34