• en
  • ru

QAN DÖVRANINA TƏSİR TƏDBİRLƏRİ

QAN  DÖVRANINA     TƏSİR   TƏDBİRLƏRİ

 Qan  dövranına  təsir  tədbirləri  bəzən  vaxtında  istifadə  edildikdə,  xəstəliyin gedişinə  müsbət  təsir  edir.

BANKA  VƏ  ONUN  İSTİFADƏSİ—yayındırıcı   vasitədir.  Təsir  mexanizmi  dəriyə  qoyulan  zaman    daxilində  mənfi  təzyiq  yaranır  nəticədə  dəri  bankanın  içərisinə  sorulur,  qan  həmin  nahiyəyə  yığılır,    qan  damarları  genişlənir  və  cırılır,  nöqtəvari  qan sızmalar  yaranır,    bir-—iri  ilə  birləşir  böyük  ocaqlar  əmələ  gətirir,  sonra  isə  sorulur. Sorulma  məhsullarının  qana  sorulması   qanyaradıcı   orqanları  stimulə  edir.   Adətən  ağ   ciyər  və  bronxlarda  iltihabi  və   durğunluq  əlamətləri  olduqda,  əzələlərdə, sinir  kötüklərində  ağrılı  proseslərdə   istifadə  edilir. Əks—göstəriş;  dəri  xəstəlikləri  və  qanaxmalar.

  Bundan  başqa  müalicəvi  aə  diaqnostik  məqsədlə  də  istifadə  edilir.  Bu  məqsədlə  kürəkarası  və  büzdüm  nahiyələrinə  qoyulur.   Əvvəlcə, dəri  dezinfeksiyaedici  məhlulla  silinir,  lazımi  yerlərdə  xırda  və  səthi  kəsiklər  edilir  və  adi  qayda  ilə  qoyulur.  5 dəq.dən  artıq  saxlanmır.  Bu  müddət  ərzində  hər  bankaya  20—30  ml  qan  yığılır,  bankalar  özü  qopub  düşür,   həmin  sahə  təmiz  silinir,  steril  salfetkalar  qoyulur.

XARDAL  YAXMALARI. Yerli olaraq  qan  və  limfanın çox  axıb  toplanması  məqsədilə  işlədilir. Göstəriş  olduqda,  döş  qəfəsi  nahiyəsinə    və  ənsəyə  qoyulur.

 ZƏLİ  və  ondan  istifadə  qan  dövranına  təsir  tədbirlərindəndir. Adətən,  güclü  baş  ağrıları  ilə  keçən  hipertoniya  xəstəliyində,  baş  gicəllənməsində,  insultönü  vəziyyətlərdə  istifadə  olunur,  bundan  başqa,  tromboflebitlərdə,  hemorroyda  və  bir  sıra  digər  xəstəliklərdə  istifadə  olunur.

QURU VƏ YAŞ İSTİNİN TƏTBİQİ:  titrətmədə, güclü  soyuqdəymədə  ümümi  quru  istidən  istifadə olunur. Bu zaman  xəstəni  isidilmiş  quru odeyallarla  bürüyürlər, və  qaynar  isidicilər üzərinə  qoyulur,  aspirin  verilir.  2-3  saatdan  sonra  paltarlarını  dəyişdirib,  qurusu  ilə  əvəz  edirlər.  Bu  məqsədlə  quru   hava  vannalarından  da   istifadə  olunur. Bu  qurğu  üzərində  elektrik  lampaları  olan  yarısilindrlərdən  ibarətdir,  hündürlüyü  isə  75—100 sm  olur.  Xəstənin  boynunu  quru  dəsmalla  örtürlər,  başına  soyuq  kompress  qoyulur  xəstənin  üzərində  quraşdırılır.   Belə  vannalardan  15—30  dəq  istifadə  olunur.

Nəm  istinin  tətbiqi  böyrək  xəstəliklərində,  tərləməni  artırmaq  məqsədilə,  bir  sıra  sinir  xəstəliklərində,  yuxusuzluqda  istifadə  edilir.

İSİDİCİ  KOMPRESS—adətən,  yerli  olaraq  qan  toplaqması  məqsədilə,  əzələ  gərginliyini  aradan  götürmək  məqsədilə,   iltihabi  infiltratları  sorulması,  ağrıların  azalması  üçün  istifadə  edilir. 12  saata  qədər  saxlanır,  bədənin  hər  hansı  nahiyəsinə   istifadə  olunur.

   Texnikası;  bir  neçə  qat  tənzif  və  ya  material  otaq  t-da  suda  isladılır,  sıxılır,    xəstə  nahiyəyə  qoyulur,  sonra  üzərinə  su  keçirməyən  material   örtülür,  üzərindən  də  istiliyi  saxlamaq  üçün  material  qoyulur  və  bintlə  sarınır. Bəzən  su  əvəzinə  spirtdən  də  istifadə  olunur.

SOYUQ  PROSEDURALARININ  İSTİFADƏSİ:   yerli  məqsədlə  qan  damarlarının daralması  və orqan və  ya hər hansı  nahiyənin  qandolğunluğunu azaltmaq üçün istifadə edilir (əzilmələrdə,  daxili  qanaxmalarda  və  s.).

28