• en
  • ru

QAPALI ZƏDƏLƏNMƏLƏR. UZUN MÜDDƏTLİ SIXILMA SİNDROMU.

QAPALI ZƏDƏLƏNMƏLƏR. UZUN MÜDDƏTLİ
SIXILMA SİNDROMU.

Qapalı zədələnmələr zamanı dəri örtüyü və selikli qişa zədələnir. Buna aşağıdakı zədələnmələr daxildir. 1. Əzilmələr. 2. Gərilmələr. 3. Silkələnmələr. 4. Sarsılma. 5. Sıxılma. 6. Çıxıqlar. 7. Travmatik toksikoz. 8. Travmatik asfiksiya (boğulma).
Vətərlər—eninə zolaqlı, skelet əzələlərinin bir hissəsi olub, onun vasitəsilə sümüklərə, zələarası arakəsmələrə, dəriyə bərkidilir.
Funksiyaları ya mexaniki təsir nəticəsində, ya da iltihabi proseslər nəticəsində pozulur.
Mexaniki təsir nəticəsində həm açıq, həm də qapalı zədələnməsi baş verə bilər. Qapalı zədələnmələrinə—əzilmə, çıxıqlar, dartılmalar və qırılmalar aiddir.
Bu zədələnmələr zamanı dərhal həmin nahiyədə ağrı əmələ gəlir, funksiyası pozulur, qansızma, şişiginlik yaranır, hərəkət məhdudlaşır, ya da mümkün olmur.
İlk yrdım—bintlə bərk bağlama, sakitlik verilir.
Əzələlərin—zədələnməsi əzilmə və cırılma kimi rast gəlir-bu zaman şişginlik və ağrı olur.
Əzilmə—yumşaq toxumaların mexaniki zədələnməsi nəticəsində əmələ gəlir, bu zaman onların tamlığı pozulmur. Küt alətin təsirindən, yaxud bərk səth üzərinə yıxıldıqda baş verir. Ən çox dəri və darialtı toxumanın, əzələlərin və sümüküstülüyün əzilmələri rast gəlir. Əsas əlaməti—zədə yerində ağrı və şişginlikdir. Ağrı zədədən sonra azalır, şişiginlik isə 2-3 gündən sonra bilinir. Şişginlik zədələnmiş xırda qandamarlarından qanaxması nəticəsində yaranır—əvvəlcə qansızma, sonra hematoma yaranır. Hematoma artdıqca ağrı arta bilər, həyati funksiyaların müvəqqəti itməsinə səbəb olur. Buna görə də zədə nahiyəsinə soyuq kompress qoyulur, tam sakitlik verilir, sıxıcı sarğı qoyulur.
Çıxıqlar—oynağı təşkil edən sümük uclarının yerini dəyişməsilə oynağın tamlığının pozulmasıdır. Anadangəlma və qazanılma olur. Qazanılma çıxıqlar isı travmatik və patoloji olur. Travmatik çıxıqlar içərisində adəti çıxıqlar xüsusi yer tutur. Oynaq tamlığının pozğunluğunun dərəcəsinə görə, tam çıxıqlar—oynağı təşkil edən sümüklərin oynaq səthləri bir-birindən tamamilə ayrılır; yarım çıxıq—oynaq səthləri hissəvi olaraq bir-birindən ayrılır.
1) Əzilmə – dəri bütövlüyünün pozulması ilə müşayət olunan toxuma zədələnməsidir. Əzilmə yıxılma və bərk əşyalara dəydikdə əmələ gəlir. Əəzilmə zamanı ağrı, şişkinlik, qansızma və bədənin qəzaya uğramış yerində funksiya pozğunluğu kimi simptomlar baş verir. Bəzi hallarda əzilmiş nahiyənin temperaturası qalxır.
İlik tibbi yardım: Əzilmiş nahiyəyə sıxıcı sarğı qoyub imkan varsa buz və ya soyuq vasitə ilə əvəz edirlər. Buz nahiyədə 40-50 dəqiqə saxlanılır. Soyuq vasitə nahiyyədə ağrını və qansızmanı aradan qaldırır. Əzilmə zamanı şişi azaltmaq məqsədilə nahiyəyə yuxarı vəziyyət verilir.
Müalicə: Əzilmədən 2-3 gün sonra isti vasitələr qəbul edilir. Bu zaman isti olmayan istiqac, qızdırıcı kompress qoyulur.
2) Gərilmələr- Hərəkətin həcmi normadan artıq olduqda baş verir. Bu zaman oynaq nahiyyəsində ağrı, şişkinlik, oynaqda hərəkətin çətinləşməsi və yumşaq toxumada hematoma (qansızma) əmələ gəlir.
İlk tibbi yardım: Zədələnmiş nahiyyəyə sıxıcı sarğı qoyub, şina vasitəsilə immobilizasiya edirlər. Əgər ağrı kəskindirsə şpris-tyubik ilə narkotik maddə vurulur.
Müalicə: I dərəcəli zədələnmə zamanı immobilizasiyanın müddəti 7-10 gün, II dərəcəli zədələnmə immobilizasiyanın müddəti 21 gün, III dərəcəli zədələnmə immobilizasiya 4-6 həftə olur. Vətərlər tamam qırılıbsa, onda cərrahi əməliyyat aparıb vətərləri uc-uca tikirlər. Xəstəyə massaj, passiv, aktiv hərəkətlər və müalicəvi bədən tərbiyəsi təyin edilir.
3) Silkələnmələr- əsasən beynin və döş qəfəsində olan üzvlərin tərpənməsi zamanı müşahidə edilir. Beyinin silkələnməsi zamanı kantuziya baş verir. Bu zaman huşun itməsi, qulaqlarda küy, ətrafların əsməsi, pəltəklik və lal-karlıq kimi simptomlar müşahidə edilir.
İlk tibbi yardım: Belə xəstəni çox ehtiyatla xəstəxanaya aparırlar.
4) Sarsılma: Hər hansı küt alətlə toxuma və ya orqanlara endirilən zərbədən orqan və ya toxumanın funksional pozulmasına sarsılma (titrətmə) deyilir. Kəllə travmaları zamanı ən çox beyin, dirsək sinirinin, döş qəfəsi orqanlarının sarsılması və s. rast gəlinir. Hazırda sarsılmanın xroniki forması da meydana çıxmışdır. Xroniki sarsılma peşə ilə əlaqədər olaraq yuxarı ətraflarda titrətmə törədən alətlərlə- asfaltqazan, elektrik perferatoru və s. ilə işləyən zaman baş verir. Bu məsələ indiyə qədər öyrənilməmiş qalır.
5) Sıxılma- yumşaq toxumaların ağır yük altında qalmasına sıxılma deyilir. Sıxılma zamanı prosesə əsasən periferik sinirlər cəlb olunaraq onların iflici ilə nəticələnir. Bunlardan əlavə beynin, ürəyin və ağ ciyərlərin sıxılması da təsadüf edilir. Söxılma qısa müddətli və uzun müddətli olur. Qısa müddətli sıxılmaya tez-tez rast gəlinir. Məsələn ətraflara sıxan sarğı qoyduqda, gips sarğısından, yuxarı ıtraflarda narkoz altında aparılan operasiya zamanı.
Kliniki gedişi: ağrı olur, hissiyat itir, xəstə ətraflara ağırlıq edərək çətinliklə qalxır və ya bir müddət heç qalxmır. Sinirlərin uzunmüddətli sıxılması bir çox xroniki və uzun sürən xəstəliklərdən sonra meydana çıxır. Şişlər sinir kötüklərinə təsir edib onları sıxır, irinli proseslərdən sonra çapıq içərisində qalan sinir sıxılır, operasiyadan sonra əmələ gələn kobud çapığın siniri sıxmasından həmin nahiyədə hissiyat itir, sınıqdan sonra sümük döyənəyinin içərisində qalmış sinir sıxılaraq iflic törədir, sonrada əzələlələrdə atrofiya əmələ gələrək ətrafın və ya orqanın fiziolojı funksiyası tamami ilə itir. Mualicəsi konservativ və cərrahi yolla aparılır (fizioterapiya, bədən tərbiyəsi).
6) Çıxıqlar- sümük uclarının oynaq kisəsindən xaric olmasına deyilir. Çıxıq zamanı ətrafın məcburi vəziyyəti, oynağın funksiyasının pozulması, ağrı, şişginlik və əzələ gərginliyi kimi simptomlar müşahidə edilir.
İlk tibbi yardım: zamanı ilk növbədə immobilizasiya təşkil edilir. Oynağı yerinə saldıqda narkotik maddə vurulmalıdır. Ona görə ki, şok ola bilər.
Müalicə: Çıxıqın yerinə salınmasından ibarətdir. Çıxıq yerinə salından sonra immobilizasiya yaradılır. Sonra massaj və müalicəvi bədən tərbiyəsi təyin edilir. Bununla yanaşı fizioterapevtik müalicədə verilir.
7) Travmatik toksikoz. Uzun müddətli sıxılma sindromu.
Daş kömür şaxtalarında, zəlzələlərdə, uçqunlar zamanı daha çox rast gəlir. Ən çox ətrafların ağır predmetlər altında uzun müddət qalması zamanı baş verir -insanların xeyli müddət evlərin, torpağın və ağır əşyaların altında qalması nəticəsində baş verir. Bu zaman əzələlər və toxumalar az qan aldığına görə əzələlərdə nekroz əmələ gəlir. Nəticədə toksinlər qan sorulub orqanizmi zəhərləyir. Zəhərlənmə zamanı əvvəlcə heç bir simptom meydana çıxmır. 6-8 saatdan sonra isə sıxılan yerdə kəskin şişkinlik və gərginlik əmələ gəlir. Həmin nahiyədə dəri əvvəlcə ağarır, sonra isə göyərir. Dəridə qansızmalar və maye ilə dolu qabarcıqlar əmələ gəlir. Xəstənin vəziyyəti ağırlaşır, onda şok əmələ gəlir.
Sıxılma sindromu 6 saatdan artıq bərk səth üzərində eyni vəziyyətdə qalması nəticəsində baş verir, uzun müddət sıxılma nəticəsində yumşaq toxumalarda dərin nekrobiotik dəyişikliklər gedir, qana mioqlobin (əzələ tənəffüsü fermenti), toksiki maddələr sorulur və bu ağır toksiki şoka səbəb olur. Sonra mioqlobin böyrək kanalcıqlarında çökür, böyrək çatmamazlığına səbəb olur. Zərərçəkənlər travmadan sonrakı ilk 7-10 gündə ölür (şokdan çıxdıqdan sonra)—böyrək çatmamazlığı nəticəsində. Əgər vaxtında təxirəsalınmaz yardım göstərilərsə, yüksək ixtisaslaşdırılmış müalicə aparılarsa, sıxılma səthi çox olmazsa, sağalma mümkündür, ancaq sıxılma nahiyəsində əzələ atrofiyası, nevrit, oynaqlarda kontraktura inkişaf edir.
Simptomları: əgər ətraf sıxılmadan azad, əvvəlcə güclü olan ağrı getdikcə sakitləşir, xəstənin vəziyyəti kafi olur. Lakin jqut qoymadan ətrafı azad etdikdə, vəziyyəti kəskin pisləşir, A/T düşür, huş itir, qeyri-iradi defekasiya və sidik ifrazı olur. Yerli oloraq ətraf soyuq olur, sianoz olur, funksiyalar itir, taktil və ağrı hissiyatı itir, nəbz hiss edilmir, sonra şişkinləşir, dözülməz ağrılar olur, sidik lak-qırmızı olur, miqdarı azalır.
İlk tibbi yardım:- zamanı xəstəni təcili olaraq uçurumdan çıxarırlar. Sıxılmış ətrafa turna qoyub, onu şına ilə immobilizasiya edirlər. Sonra ağrı kəsici narkotik maddə vurub xəstəni təcili evakuasiya edirlər. Xəstəxanada əsasən şoka qarşı mübarizə aparırlar. Bu zaman sıxılmış nahiyyəyə buz qoyub, novokain blokadası edirlər. Dərmanlardan 10-20 ml. 10%-li kalsi xlor, 100-150 ml. 0,25 %-li novokain, 5%-li qlükoza və plazma vena daxilinə vurulur.
Təxirə salınmaz yardım: ətrafı azad etməzdən əvvəl, sıxılma yerindən yuxarıda jqut bağlanır, sonra ətraf azad edilir, barmaqlardan başlayaraq jqut qoyulan hissəyə qədər bintlə bağlanır, sonra ehtiyatla jqut açılır. Ağrıkəsicilir- analgin 50%-li 2ml, ürək-damar preparatları-kordiamin 10%-li 2ml, sulfokamfokain-2ml ə/d yeridilir. Sümüklər zədələnsə, şinalarla immobilizasiya edilir. Aseptik sarğı qoyurlar. Əgər 2 saatdan artıq sıxılmaya məruz qalıbsa, şoka qarşı infuziya aparılır. Əgər xəstəxanaya aparmaq gecikərsə, o zaman ətrafa hündür vəziyyət verilir, yumşaq balış üzərinə qoyulur, əvvəlcə bağlanmış bint açılır, ətraf buzlarla əhatə olunur. Əgər şok əlamətləri olarsa, ozaman binti açmamış, infuziyaya başlayırlar, sıxılma hissəsindən yuxarıda novokain blokadası aparılır. 1-ci gün 2l-ə qədər qanəvəzedicilər köçürülür-400ml 4%-li natrium bikarbonat. Daxilə hər 4 saatdan bir çoxlu maye içirdilir, əzələ daxili antibiotiklər vurulur. Müalicə prosesində daima diurezi nəzarətdə saxlayırlar.
8) Travmatik asfiksiya: -əsasən su altında və torpaq altında uzun müddət qaldıqda baş verir. Adətən boğulma zamanı ağımtıl və göyümtül asfiksiya əmələ gəlir. Kliniki gedişinə görə boğulmanın 3 dövrü var:
I dövr huş itir, tənəffüs pozulur.
II dövr kliniki qıcolma baş verir.
III dövr kliniki ölüm baş verir.
İlk tibbi yardım:- zamanı xəstəni sudan çıxarıb, ağzını və burnunu qumdan və otlardan təmizləyirlər. Sonra süni tənəffüs verilir (ağızdan buruna). Həmçinin ürəyin masajı aparılır. Göy asfeksiya zamanı boğulan şəxsi dizi üstə oturdub, başını aşağı salladırlar. Bu zaman tənəffüs yoluna dolmuş su xaric olunur. Xəstəxanada şoka qarşı mübarizə aparırlar. Dərmanlardan kamfora, kofein və lobelin vurulur.

20