• en
  • ru

SİDİK SİSTEMİNİN ƏSAS XƏSTƏLİKLƏRİ

SİDİK  SİSTEMİNİN  ƏSAS  XƏSTƏLİKLƏRİ

Mövzunu hazırladılar:  biologiya üzrə fəlsəfə doktoru, dosent Zamanova  Sevda Xasay q. 

 baş müəllim Məmmədova Nahidə Məcid q.

Mülki Müdafiə  və Tibbi biliklərin əsasları, Bədən tərbiyəsi      kafedrası. ADU

 Ağrı sidik sistemi xəstəliklərində böyrək və bel nahiyələrində hiss edilir.

  Şiş mayenin toxumalarında yığılması nəticəsində əmələ gəlir. Şişin olmasını təyin etmək üçün içilən suyun və ifraz olunan sidiyin miqdarını bilmək lazımdır. Xəstəliyin yüngül dövründə şiş göz qapaqlarında və cinsiyyət üzvlərində olur. Sonralar ayaqlarda, beldə və omada da müşahidə olunur.

  Şiş çoxaldıqca maye plevra boşluğuna, qarın boşluğuna və perikarda yığılmağa başlayır.

  KƏSKİN NEFRİT: Kəskin nefritin başlanmasına angina, qrip, skarlatina, pneımoniya çox təsir göstərir.

  Əlamətləri: baş ağrısı, bel nahiyəsində ağrılar, təngənəfəslik, susuzluğun əmələ gəlməsi, üzdə, bədəndə, göz qapaqlarında şişginlik. Az müddətdə çəki 10-15 kq. artır, qan təzyiqi artır, ürək sola böyrülür, qaraciyər böyüyür. Bu zaman göz dibini müayinə edərkən görmə sinir məməciyi şişgin və qansızmalar müşahidə edilir. Sidikdə zülal çox yüksək olur, qan olur. Xəstəlik sağalada bilər, xroniki hala keçədə bilər. Ölüm isə ürək-qan damar sisteminin çatışmamazlığı və beyinə qansızmada ola bilər.

  Kəskin nefritdə mərkəzi sinir sistemində də çox dəyişiliklər baş verir. Bu hala eklampsiya deyilir. Bu halda qəflətən xırda əzələ qrupları qıc olur, dil tutulur, ağızdan köpük gəlir, göz bəbəkləri işığa reaksiya vermir, huş itir, belə hal 10-15 dəqiqə çəkir. Qıcolmalar keçib gedək kimi oyanmalar onu əvəz edir. Belə oyanmalar sutka boyu davam edə bilər. Bəzən bu hal, yəni qıcolma və oyanmalar gündə 2-5 dəfə olur.

  Böyrək eklampsiyasında təcili yardım məqsədilə təcili olaraq 400ml. qan buraxılır. Xloral-hidratı 50ml. mayedə  həll edib imalə edirik. Beyindaxili təzyiqi azaltmaq üçün vena daxilinə damcı ilə 19%-li maqnezii-sulfat 100-150-ml. daxil edilir.

  Kəskin nefritin müalicəsi ümumi orqanizmi möhkəmləndirmək, infeksiya ocaqları, kiçik daşlar və s. ləvğ etmək. Yataq otağı isti və quru olmalıdır. Əgər bədəndə şiş çoxdursa, aclıq və susuzluq pəhrizi təyin edilir. Sidik qovucu məqsədilə 25%-li maqne-sulfat əzələ daxilinə yeridilir. Ürək zəiflədikdə kafein, kardiamin dəri altına vurulur. Qan təzyiqi aşağı salmaq üçün dibazol təyin edilir. Vena daxilinə 40%-li qlükoza məhlulu yeridilir.

  XRONİKİ NEFRİT: Kəskin nefrit düzgün və vaxtında müalicə olunmazsa xroniki formaya keçə bilər. Xroniki nefrit 2 formada ola bilər: gizli formalı, hipertonik şiş formalı. Gizli formalı xroniki nefritdə insanın əmək qabiliyyəti saxlanılır, ancaq bu zaman sidik muayinə olunarsa sidikdə qan və zülal olur. Hipertanik formada qan təzyiqi artdığına görə xəstələr təngnəfəslik, ürək döyünmə, baş ağrıları, baş gicəllənmə, gözün görmə qabiliyyətinin azalmasından şikayətlənirlər. Sidikdə qan və zülal olur. Belə xəstələr beyinə qansızmadan ölə bilər.

  Müalicəsi: İnfeksiya mənbəyi ləvğ edilməlidir. Pəhriz təyin edilməlidir, meyvə şirəsi, bal, şəkər, süd məhsullərı, qələvi mineral sular, sutkada 1-2 qr. təyin edilməlidir. Şiş varsa sidik qovucu hipotiozit daxilə verilir. Anemiya varsa qan köçürülür, yoxdursa, 200-300qr qan buraxılır. Xəstəyə 3-4 həftə prednizolon verilir. Kəskin və xroniki nefrit hipertoniya xəstəliyi ilə müşahidə edilir. Böyrəkdə gedən dəyişiliklər qan təzyiqinin artmasına səbəb olur. Qan təzyiqinin artması isə sol mədəciyin və damarların genəlməsinə səbəb olur. Hipertoniya və böyrək xəstəlikərində gözün tor qişasına gələn damarlarda spazma olduqda tor qişada qidalanma pozulur. Göz dibində olan venalar genəlir. Görmə sinir sinir məməciyi şişir və nəticədə göz dibinə qan sızdığından görmə hissiyatı ya qismən, ya tam pozula bilər.

  Normada sidikdə zülal və eritrositlər olmamalıdır. Böyrəklərin, sidik axarlarının və sidikliyin iltihabında bunlar sidikdə görünür. Qanın hansı üzvdən gəldiyini muayinə etmək üçün sınaq aparmaq lazımdır. Əgər sidik aktının əvvəlində  qan görunərsə, sidik kanalına, axırda görünürsə böyrəklərin, ortada görünürsə sidik kisəsinin iltihabına işarədir. Böyrəklər muayinə edilərkən rentgeno-pneqrofiya, sistoskopiyalardan istifadə edilir. Bunun üçün vena daxilinə kontrast maddə daxil edilir. Maddə qan vasitəsilə 15 dəqiqədən sonra böyrək yollarına keçdikdə rentgen edilir. Sistoskopiya zamanı sistatoskop sidik kanalında daxil edilir. Bu zaman sidikliyin selikli qişası, sidik axarları və xarici dəliklər muayinə edilir.

  Katetirin salınma texnikası: Əvvəl isti su və sabunla yuyulur, spirtlə silinir, kateter sterilizə edilir. Sidik kanalı tampon vasitısiə silinir, kateter vazelin vasitəsilə yağlanıb sidik kisəsinə ehmalca daxil edilir. Bu proses ağrılı olur.

  BÖYRƏKDAŞI XƏSTƏLİYİ: Bu xəstəlik ən çox kişilərdə 20-40 yaşda daha çox təsadüf edilir. Daşlar böyrək ləyənində əmələ gəlir. Bəzən 1sm-dən kiçik olan daşlar sidik axarıa düşüb sidik yolunu bağlaya bilər.

  Etiologiyası: Maddələr mübadiləsi pozğunluğunda, sular kalsium (Ca) duzları ilə zəngin olduqda böyrəkdə daş əmələ gəlir.

  Əlamətləri: bel nahiyəsində bəzən küt, bəzən kəskin ağrılar müşahidə edilir. Yeriyərkən, sirkələnərkən, fiziki gərginlikdə böyrək sancısı tutur. Bir neçə saat və bir neçə gün davam edir, birdən dayanır. Tutma zamanı qusma, ürəkbulanma, hərarətin qalxması baş verir. Xəstələr qışqırır, çırpınır, ağrı azalsın deyə müəyyən vəziyyət alır. Belə hal sidik kanalında daş olanda da ola bilir. Bu zaman sidiklə qan ifraz olunur. Diaqnozun təsdiqi üçün rentgen muayinə edilir. Daşın formasını, ölçüsünü görmək üçün kontrast maddə yeridilir.

  Mualicə: Tutmanı dayandırmaq məqsədilə bel nahiyəsinə  istiqac qoyulur. Ağrını kəsmək məqsədilə morfi və ya promedol vurulur, daşlar irinləşmiş olarsa əzələ daxilinə antibiotik vurulur. Bu yardım müsbət nəticə verməzsə cərrahi əməliyyat aparılır. Böyrək toxuması zədələnmişsə böyrək xaric edilir.

  SİDİK KİSƏSİNİN İLTİHABI. SİSTİT. İnfeksiya qan vasitəsilə sidik kisəsinə keçərsə onun iltihabına səbəb ola bilər. Sidik kisəsinə kateter salınarkən sterillik gözlənilməzsə bu da kisənin iltihabına səbəb ola bilər. Sistit gedişinə görə kəskin və xroniki olur. Kəskin sistit zamanı hərarət yüksəlir, qarnın aşağı hissəsində ağrılar olur. Sidik ifrazı ağrılı olur, az ifraz olunur və sidik yollarını yandırır, bulanıq olur.

  Mualicə: Yataq rejimi təyin edilir, əzələ içərisinə antibiotik vurulur, çoxlu maye təyin edilir, gigiyena qaydalarına əməl edilir.

  UREMİK KOMA VƏ TƏCİLİ YARDIM TƏDBİRLƏRİ: Böyrək funksiyasının pozulması nəticəsində azot orqanizmdən xaric oluna bilmir və orqanizmdə toplanmağa başlanır. Azotun belə zəhərlənməsinə azotomik uremiya deyilir. Öz-özünə zəhərlənmənin son mərhələsində uremik koma əmələ gəlir.

  Xəstələr başağrısı, baş gicəllənmə, zəiflik, yuxusuzluqdan şikayətlənir. Koma halında üz, ətraf əzələlər qıc olur, xəstə huşunu itirir, göz bəbəyi işıga reaksiya vermir, onurga beyin təzyiq artır, ağızdan sidik iyi, köpük gəlir. Tənəffüs səthi olur, görmə zəifləyir, bəzən tam korluq olur. Ölümdən bir az qabaq üzün, burunun dərisində tər əmələ gəlir. Ürəkdə perikardal sürtünmə küyü eşidilir.

  İlk yardım: Təcili 400-500ml. qan buraxılır, qıcolmanın qarşısını almaq məqsədilə xloral-hidrat məhlulu, ürək qan-damar dərmanları yeridilir. Qan təzyiqini aşağı salan sidik qovucu dərmanlar verilir. Pəhriz və digər mualicə təyin edilir. Uremiya böyrək xəstəliyi nəticəsində bədənin öz-özünü zəhərləməsinə deyilir.

25