• en
  • ru

Tibbi mühafizə vasitələri

Tibbi mühafizə vasitələri

 
Mövzunu hazırladılar:  biologiya üzrə fəlsəfə doktoru, dosent Zamanova  Sevda Xasay q. 
baş müəllim Məmmədova Nahidə Məcid q.
Mülki Müdafiə  və Tibbi biliklərin əsasları, Bədən tərbiyəsi    kafedrası. ADU

Tibbi mühafizə vasitələri – insana fövqəladə halların zədədiyici amillərinin təsirini zəiflədən və ya qarşısını alan tibbi preparatlar və ya maddələrdir. Onlar FH zamanı ilkin öz-özünə və qarşılıqlı tibbi yardım məqsədilə tətbiq edilir.
Fərdi tibbi mühafizə tabel vasitələri aşağıdakılardır:
• fərdi apteçka Aİ-2, Aİ-4;
• mühafizə qurğuları üçün kollektiv apteçka—100-150 nəfərlik və 400-600 nəfərlik;
• İPP—11 tipli fərdi kimyəvi paket;
• İPP-1, PPİ AB-3 tipli fərdi sarğı paketi;
• P-10 profilaktik antidot;
• Sanitar xərəkləri;
• xüsusi qablaşdırılmış sanitar çantası;
• «Kvars» tipli taunəleyhi kostyum.
FH baş verən ocaqda aparılan tibb tədbirlərinə aiddir:
• tibbi kəşfiyyat;
• zərərçəkmişlərin axtarışı və xilas edilməsi, tibbi kateqoriyalara ayrılması;
• zədələnmişlərə və xəstələrə ilkin tibbi və həkim yardımının göstərilməsi;
• tibb müəssisələrinə köçürülmə və müalicə.
Bilavasitə ocaqda zədələnmişlərə ilkin tibbi və həkim yardımı edilir, ocaqdan kənarda yerləşən tibb müəssisələrində isə ixtisaslaşdırılmış və təkmilləşdirilmiş tibbi yardım edilir.
İlkin tibbi yardım zədələnmə ocağında xilasetmə dəstələri tərəfindən öz-özünə və qarşılıqlı edilir.
FH zonasında əhalinin kütləvi zədələnməsi zamanı tibbi xidmət dəstələrində aşağıdakılar təşkil olunur:
• daxil olan zədələnmişlərin qəbulu və tibbi çeşidlənməsi, əvvəlcədən tibbi yardım edilməmişlərə ilkin həkim yardımının edilməsi və təxirəsalınmaz ixtisaslandırılmış tibbi yardımın edilməsi;
• zədələnmişlərin müvəqqəti qospitalizasiyası və infeksion xəstələrin və psixikası pozulmuş xəstələrin izolyasiyası;
• zədələnmişlərin tam sağalana qədər stasionar tipli müalicə müəssisələrinə təxliyə edilməsi.

Fərdi apteçka Aİ-2

Fərdi apteçka Aİ-2 radiasiya, kimyəvi və bakterioloji zədələnmələr zamanı, həmçinin onların zədələrlə kombinasiyalı rast gəlmə hallarında profilaktik və ilkin tibbi yardım məqsədilə tətbiq edilir. Apteçkanı cibdə gəzdirirlər. Onda aşağılakı yuvalar vardır:
1 saylı yuva: ağrıksici vasitəli şpris-tyubik (rəngsiz başlıqlı). Bu vasitə apteçkaya FHN qərarı ilə şəraitə uyğun olaraq verilir. Sümük sınıqları, geniş sahəli yanıq sahələri və zədələnmələr zamanı baş verən kəskin ağrılar zamanı şokun qarşısını almaq məqsədilə bud və ya sağrı nahiyəsinə yeridilir (paltarın üzərindən də ola bilər).
2 saylı yuva: fosforlu üzvü maddələrlə zəhərlənmələr zamanı profilaktik vasitə-taren(hazırda afin) yerləşir. Daxilə qəbul edildikdən 20 dəqiqə sonra təsir göstərməyə başlayır. «Kimyəvi həyacan» siqnalı verilən kimi bir tablet qəbul edilir. 8 yaşına qədə uşaqlara tabletin dörddən bir hissəsi, 8-15 yaş arası uşaqlara tabletin yarısı verilir. Taren həbinin 1 ədədinin qəbulu fosforlu üzvü birləşmələrlə zəhərlənmə təsirini 10 dəfə azaldır. Zəhərlənmə əlamətləri artdıqca yenidən bir həb qəbul edilir və sonradan hər 4-6 saatdan bir bir həb qəbul edilir. tarenin əvəzinə və ya ona əlavə olaraq P-6 preparatı qəbul edilir. Bir dəfəlik dozası – 2 tabletdir. 3-4 ölümcül dozadan 12 saat müddətinə müdafiə edir. Hərbi qüvvələrin və MM ştatdan kənar dəstə üzvlərinin şəxsi heyəti 1995-si ildən Aİ-1 apteçkası ilə təmin edilir, onda müalicəvi preparat afin və fosforlu üzvü birləşmələrlə zəhərlənmələr zamanı istifadə edilən qırmızı başlıqlı şpris-tyubik (butaksim) yerləşir.
Taren mərkəzi təsirli M-xolinoblokatordur. Daxilə qəbul edildikdən 20-30 dəqiqə sonra təsir etməyə başlayır, təsir 4-5 saat davam edir. Somatik əlamətləri: ağızda və bütün bədəndə quruluq, bəbəklərin genəlməsi. Preparat tablet halındadır, tərkibində aktiv maddə 0,6 q-dır. Zəhərlənməmiş halda qəbul edilərsə delirium halı yaradır: şüur qaralır, yaddaş itirilir, parlaq görmə və eşitmə hallyusinasiyaları yaranır. Eyforiya yaratmadığı üçün fiziki və psixoloji asılılıq halı baş vermir.
3 saylı yuva: bakteriya əleyhi 2№-li vasitə (sulfadimetoksin-0,2q, 15 tablet) –ağ rəngli penal-yerləşir. Bu vasitə radioaktiv şüalanmadan sonra infeksion xəstəliklərin profilaktikası üçün nəzərdə tutulub. Şüalanmadan sonra mədə-bağırsaq pozğunluqları zamanı yarandığı zaman bir dəfəyə 7 tablet qəbul edilir, sonrakı 2 gün ərzində gündə bir dəfə 4 tablet qəbul edilir. 8 yaşına qədər uşaqlar birinci gün 2 tablet, sonrakı 2 gün ərzində hər gün 1 tablet qəbul edilir; 8-15 yaş arası uşaqlar birinci gün 3,5 tablet, sonrakı 2 gündə günə 2 tablet qəbul edilir.
4 saylı yuva: 1№-li radiasiya əleyhi vasitə (RS-1, sistamin tabletləri-0,2q, 12 tablet) -2 penal moruğu rəngli iki penal – yerləşir, ionlaşdırıcı şüalanma zədələnmələrində profilaktik effekt göstərir. «radiasiya təhlükəsi» siqnalı verilərkən şüalanma qorxusu olarsa və ya radiasiya səviyyəsi yüksək olan əraziyə daxil olmamışdan 35-40 dəqiqə əvvəl 6 tablet su ilə dəxilə qəbul edilir. Müdafiə effekti 5-6 saat saxlanır. Lazım gələrsə (şüalanma davam edərsə və ya yeni təhlükə yaranarsa) 4-5 saatdan sonra yenidən 6 tablet qəbul edilir. 8 yaşına qədər uşaqlara bir dəfəyə 1,5 tablet, 8-15 yaş arası uşaqlara-3 tablet verilir.
5 saylı yuva: 1№-li bakteriya əleyhi vasitə – hər birində 5 tablet olan rəngsiz kvadrat formada 1 penal (tetrasklin-0,006q, 10 tablet və nistatin tabletləri) – törədiciləri bioloji silah kimi istifadə edilən infeksion xəstəliklərdən ümumi ekstern profilaktika (taun, vəba, tulyaremiya, sibir yarası, brusellyoz və s.) üçün nəzərdə tutulmuşdur. Bakterioloji yoduxma təhlükəsi yarandıqda və ya yoluxma olduqda qəbul edilir. birdəfəlik dozası-eyni zamanda 5 tablet su ilə daxilə qəbul edilir. Belə doza 6 saatdan sonra bir də təkrar qəbul edilir. 8 yaşa qədər uşaqlara bir dəfəyə 1 tablet, 8-15 yaşlı uşaqlara 2,5 tablet verilir. PBS-1 (bakteriya əleyhi vasitə) şüa xəstəliyi, geniş yara səthi və yanıqlar zamanı infeksion ağırlaşmaların profilaktiksı üçün də qəbul edilir.
6 saylı yuva: 2 №-li radiomühafizə vasitəsi (RS-2, kalium yod tabletləri 0,125 q dozada 10 tablet)- ağ rəngli, 1 penal – radioaktiv çöküntülərin düşdüyü ərazidə olan insanlar üçün nəzərdə tutulmuşdur: tənəffüs yolları, qida və su ilə daxil olan radioaktiv yod üçün qalxanabənzər vəzi blokadaya alır. 10 gün ərzində gündə bir dəfə acqarına bir tablet qəbul edilir ( sülh dövründə AES-da qəza zamanı hər gün, və axırıncı şüalanmadan sonra, əlavə olaraq 8 gün ərzində hər gün qəbul edilməlidir). 2-5 yaşlı uşaqlara yarım tablet, 2 yaşından kiçiklərə-dörddə bir (1/4) tablet, südəmər körpələrə yalnız birinci gün – dörddə bir tablet verilir. Əgər radioaktiv yod çöküntüsündən sonrakı ilk 2-3 saat ərzində qəbul edilərsə 90-95%, 6 sattdan sonra qəbul edilərsə -50%, 12 saatdan sonra -30% effekt verir, 24 saatdan sonra effekti yoxdur.
7 saylı yuva: qusma əleyhi vasitə (etaperazin)-5 tabletli bir penal- şüalanmadan sonra, həmçinin başın əzilməsindən sonra mədə bulanması halları olarsa qəbul edilir. Bir gündə 6 tabletdən çox qəbul etmək olmaz.
Apteçka Aİ-4 –fərdi mühafizəyə yeni yanaşma vasitəsidir.

Apteçka Aİ-4 müasir tələblərə cavab verməyən Aİ-2 aptetçkasının əvəzinə hazırlanmışdır.
Apteçka Aİ-2 hal-hazırda yarı boş hazırlanır, belə ki, daxilində ağrıkəsici, fosfor üzvü birləşmələri ilə zəhərlənməyə qarşı vasitə və 1№-li radio mühafizə vasitəsi – sistamin yoxdyr.
Apteçka Aİ-4 əhalini mühafizə etmək üçün lazım olan bütün kompleksi əhatə edir. Yeni apteçka radiasiya maddələri ilə, bakterial vasitələrlə, fosforlu üzvü birləşmələrlə zəhərlənməyə qarşı və toksiki maddələrə qarşı-onların təsirini azaldan və ya qarşısını alan, ilkin öz-özünə, qarşılıqlı yardım üçün nəzərdə tutulmuşdur.
Kütləvi qırğın silahı ilə zədənmə və yaralanma hallarında öz-özünə və qarşılıqlı yardım vasitəsidir. Aİ-4 apteçkası bütün MM və FHN-nin dəstələrinin üzvlərinin, həmçinin, hərbi qüvvələrin və güc strukturlarının üzvlərinin sayına uyğun komplektləşdirilir (2005-ci ildən). Apteçka daha müasir və effektiv farmoloji preparatlarla təchiz olunmuşdur, bu günün tələblərinə cavab verir.
Parlaq narıncı rəngli plastik qutudur, ölçüsü 9sm x 10sm x 2sm, üzərində fərdi apteçka (rus dilində) sözü yazılıb və xaç şəkili vardır. Daxilində dərmanlar üçün yuvalar, dərman penalları və təlimat valdır.
Aİ – 4 apteçkasına daxildir:
Ağrıkəsici vasitə (1№-li yuva, rəngsiz penal) Sınıqlarda, geniş sahsi olan yaralarda və yanıqlarda istifadə edilir. Bir tablet daxilə qəbul edilir)
Toksiki zəhərli maddələrlə zəhərlənməyə qarşı vasitə (2№-li yuva, sarı-yaşıl rəngli penal). Tüstülü əraziyə, CO qazı inhalyasiyası riski olan sahəyə, yanan meşəyə daxil olan zaman, yanğın söndürülən və zərərçəkmişlərin xilas edilməsi zamanı, əraziyə daxil olmamışdan 20-30 dəqiqə əvvəl 1 kapsula qəbul edilir;
Fosforlu üzvü maddələrlə zəhərlənməyə qarşı vasitə (3№-li yuva), qırmızı başlıqlı şpris-tyubik. MM siqnalından sonra əzələ daxili yeridilir;
Radiomühafizə vasitəsi №1 (4№-li yuva, moruğu rəngli penal). Şüalanmadan 15-20 dəqiqə əvvəl qəbul edilir;
Radiomühafizə vasitəsi №2 (5№-li yuva, ağ rəngli penal). Yaşlılar və uşaqlar şüalanma təhlükəsi olduqda və şüalanmadan sonra keçən ilk 30 dəqiqə müddətində 1 tablet qəbul edilir. Sonradan radioaktiv çöküntülər əraziyə düşdükdən sonra gündə 1 tablet qəbul edilir, 2 yaşına qədər uşaqlar isə 1/3 tablet qəbul edir.
Bakteriya əleyhi vasitə №1 (6№-li yuva, ağ rəngli penal). Bakterial yoluxma təhlükəsi və ya yoluxma olduqda, həmçinin, yaranlanmalar və yanıqlar zamanı su ilə qəbul edilir. 8 yaşına qədər uşaqlara qadağandır. 8-12 yaş arası uşaqlara bir kapsula verilir;
Bakteriya əleyhi vasitə №2 (7№-li yuva, rəngsiz penal). Şüalandıqdan sonra mədə-bağırsaq pozğunluqları yaranan zaman gündə 2 dəfə hər dəfə bir tablet daxilə qəbud edilir. Uşaqlara vermək qadağandır;
Fosforlu üzvü maddələrlə zəhərlənmələrə qarşı ehtiyat antidotu (8№-li yuva, antioksidat vasitə, qırmızı rəngli penal). MM siqnalından sonra qəbul edilir, 5-12 yaş arası uşaqlara 1 tablet verilir.
Qusma əleyhi vasitə (9№-li yuva, mavi rəngli penal. Şüalanmadan dərhal sonra bir tablet qəbul edilir. 6yaşından yuxarı uşaqlara ½ tablet verilir).

Fərdi Apteçka Aİ-3-1VS
Fərdi səyyar Apteçka Aİ-3-1 VS (Aİ-N-1).

30 vəzifəlik ilkin tibbi yardım üçün fərdi universal vasitələr komplektidir. Xüsusi dəstələr və xilasedicilər üçün nəzərdə tutulmuşdur. Komplekt kəskin xəstəliklər və zədələnmələr, şok, yanıq, stress reaksiyaları, döyüş şəraitində yaranlanmalar, infeksion xəstəliklər və s. zamanı ilkin yardım göstərməyə imkan verir. (2003-cü ildən). Ölçüləri 140 x 100 x 40mm-dir. Xüsusi geyimin cibində gəzdirilir.

Fərdi kimya əleyhi paket – zəhərləyici maddələrlə zədələnmələr zamanı öz-özünə və qarşılıqlı tibbi yardım göstərmək üçün tibbi vasitələr toplusudur. Paketin əsasını zərərsizləşdirici (deqazasiya) vasitə təşkil edir. Həmin vasitə ilə dərinin açıq qalan sahələri və onunla təmasda olan hissələrində hissəvi sanitiar təmizləməsi aparılır. Bundan başqa, paketdə zəhərləyici maddələrlə zədələnmələr zamanı profilaktika və ilkin tibbi yardım üçün digər vasitələr də vardır.
Fərdi kimya əleyhi paket vasitəsilə zəhərlənmənin ilk dəqiqələrinndə bədənin açıq səthlərində aparılan deqazasiya, dərinin zədələnməsinin və zəhərləyici maddənin qana keçməçinin qarşısını alır. Daha gec müddətdə aparılan hissəvi sanitar təmizləməsi dərinin zədələnməsini azaldır, lakin qarşısını almır. Belə halda hissəvi sanitar təmizləməsindən sonra, paketdə olan antidotdan istifadə edilir.
Fərdi kimya əleyhi paket (İPP-8)

Tərkibində içərisində polideqasiya məhlulu olan flakon və salfet komplekti var.
Paket 7 yaşından yuxarı yaşlı əhalinin dəri və onunla təmasda olan səhələrinin və fərdi mühafizə vasitələrinin ZM (zəhərli maddə) və BV (bakterial vasitə) təsirindən zərərsizləşdirilməsi üçündür.
Məhlulun gözə düşməsinə yol vermək olmaz.
Məhlulla aparılan zərərsizləşdirmənin ardıcıllığı: məhlullar isladılmış tamponla dərinin açıq hissələri (boyun, əllərin biləkləri), həmçinin əleyhiqazın səthi silinir. Digər tamponla paltarın yaxalığı və manjetlər, dərinin açıq sahələrinə təmas edən hissələri silinir. Dəri səthi radioaktiv maddələrlə təmasda olarkən, əgər sabun və su ilə radioaktiv maddələrin təsirini yol verilə bilən həddə qədər təmizləmək mümkün olmazsa, o zaman deqazasiya məhlulu ilə təmizləmək lazımdır.
Modernləşmiş toz halında olan fərdi deqazasiya edici paket –ətraf mühit tempraturası -400 S ilə +400 S arasında, zəhərləyici maddələrin əsas qrupları ilə zəhərlənmiş geyim və hərbi texnikanın mühafizəsi və deqazasiyası üçün vasitədir. Toz halındadır, zəhərlənmiş səthə fırça ilə səpilir. Paketin çəkisi-230 q-dır.

Antidot P-10M fosfor üzvü birləşmələri ilə zəhərlənmə təhlükəsi zamanı profilaktik vasitə kimi istifadə edilir; birdəfəlik 2 tablet daxilə qəbul edilir. Mühafizə effekti 30 dəqiqədən sonra başlayır. Təsiretmə müddəti 24 saatdır. Təkrar yalnız 48 saatdan sonra qəbul etmək olar.

Fərdi kimya əleyhi paket İPP-10 – dərinin açıq səthlərinin hər hansı bir zəhərləyici maddə ilə dəri-rezorbtiv və ikincili inhalyasiya yolu ilə zədələnməsi zamanı profilaktika vasitəsidir. Maye halındadır, çəkisi-250 qramdır, ikiqat mühafizə və təmizlənməni təmin edir, tumpratura intervalı -200 S ilə +400 S arasıdır.

Fərdi kimya əleyhi paket İPP-11 – dərinin açıq səthlərinin damcı-maye halında hər hansı bir zəhərləyici maddə ilə və qəza-kimyəvi təhlükəli dəri-rezorbtiv və ikincili olaraq inhalyasiya yolu ilə zədələnməsi zamanı profilaktika vasitəsidir. Bundan başqa həmin maddələri dəri və paltar üzərində, fərdi mühafizə vasitələrində deqazasiya məqsədilə tətbiq edilir. Vaxtında dəri üzərinə səpilərsə öz effektini 24 saata qədər saxlayır. Zədələnmiş səthləri təmizlədikdən sonra tamponları atmaq olmaz, onlar bir yerə yığılır və yandırılır və ya bu məqsəd üçün ayrılmış yerdə torpağa basdırılır. Dərinin açıq səthlərinin deqazasiyası üçün bir paket istifadə edilir.
Yeni funksiyaları: dəri örtüyünün tez və tam təmizləmək imkanı; doza ilə istifadə etmək imkanı; əleyhi qazın üz hissəsinin altından üzü təmizləmək mümkündür; zəhərləyici maddənin tamponla deqazasiyası; 6 saata qədər etibarlı mühafizə; bakteresid təsir; xırda yara və kəsiklərin sağalması; termiki və kimyəvi yanıqların müalicəsi. Tampon dərman maddəsi ilə hopdurulmuşdur. Paketin çəkisi-36 qramdır, bir dəfəlik vasitədir, tempratura intervalı -200 S ilə +400 S arasıdır.

Tibbi sarğı paketi

İPP-1—tipli fərdi tibbi sarğı paketi (PPM) yaralara, yanıqlara aseptik sarğı qoyulması və bəzi qanxmaların saxlanması üçün istifadə edilir. Qoyulmuş sarğı yara səthinin (yanıq səthinin) ikincili infeksiyadan mühafizə edir və qanaxmanın dayandırılmasını tam təmin edir. Fərdi sarğı paketi hermetik qablaşdırılmış steril bint və 2 ədəd pambıq-tənzif yastığından ibarətdir. Yastıqlardan biri bintin ucuna bərkidilmişdir, digəri isə hərəkətli olur. Belə quruluşa görə dəlib keçən zədələnmələrdə yaranın həm giriş, həm də çıxış dəliyini bağlamaq olur. Yastıqların üstü əllə götürmək üçün rəngli saplarla işarələnir. İstifadə etmək ardıcıllığı: hermetik örtük üzərindəki xətt boyunca kəsilir və çıxarılır; bir əllə bint, digər əllə isə yastıq götürülüb içəri səthi ilə yaranın üzərinə qoyulur; bu zaman çalışmaq lazımdır ki, rəngli sap olan hissə üst tərəfdə qalsın; daha sonra sarğı aparılır.
Fərdi sarğı paketi İPP AB-3 yaralara ilkin tibbi yardım məqsədilə sarğı qoymaq üçün istifadə edilir. 2 çoxqatlı yastıqdan və elastik bintdən (və ya tənzif bint) ibarətdir, yüngül polimer örtüklə qablaşıdırılmışdır. Yastığın 3 qatı var: atravmatik (tor formasında), sorbsiya edici (pambıq-viskoz liflər) və mühafizə edici (polipropilen parça). Atravmatik qat yara səthinə yapışmır və sarğı qoyan zaman ağrısız kənarlaşdırılır. Sorbsiya edici qat yaradan axıntıları özünə hopdurur. Mühafizə qatı yaranın infeksiya ilə ağırlaşmasının qarşısını alır. Elastik bint sarğının etibarlı və stabil olmasını təmin edir. Paketin xarici örtüyünün daxili səthi steril olduğu üçün hermetik sarğı qoyulması üçün istifadə edilir.

Universal məişət apteçkası
Universal məişət apteçkası aşağıdakı vasitələrlə komplektləşdirilir:
Radiomühafizə vasitəsi;
Ümumi terapevtik preparatlar (aspirin, sedalgin, ammonyak, besalol, validol, nitroqliserin, papazol, diazolin, fenazepam);
Antiseptik və sarğı vasitələri (brilliyant yaşılı, kalium permanqanat, levominol, pambıq, bakteresid plastır, bint).
Mühafizə qurğuları üçün kollektiv apteçka; 100-150 və 400-600 nəfərlik. Onların içərisində sığınacaqda sığınan insanlara və MM dəstələrinin üzvlərinə öz-özünə və qarşılıqlı yardım məqsədilə tibbi vasitələr olur. Həmin vasitələr aşağıdakılardır:
• ağrıkəsicilər, iltihab əleyhi və qusma əleyhi dərman vasitələri;
• qanaxmanı saxlamaq, yaranı sarımaq və təmizləmək üçün;
• kliniki ölüm zamanı ürək-ağ ciyər reanimasiya vasitələri;
• bayılma və kollaps zamanı istifadə olunan vasitələr;
• qida zəhərlənmələri zamanı dezintoksikasiya vasitələri;
• stress reaksiyalarında istifadə olunan tibb vasitələri.
Xüsusi qablaşdırılmış sanitar çantası səhra şəraitində ilkin yardım vasitəsidir və MM və FH xidmətlərinin tələblərinə cavab verir. Çanta sukeçirməyən «brezent» tipli sıx materialdan hazırlanmışdır. Daxili dərman vasitələri və tibbi vasitələr lə qablaşdırılmışdır: yod məhlulu və ampulada ammonyak, bint, sarğı paketi, jqut, plastır, qayçı, təhlükəsiz sancaq və sınıqlar zamanı istifadə edilən parça tipli yaylıq. 15-20 yaralıya yardım üçün nəzərdə tutulmuşdur; daxilində həmçinin bəzi xəstəliklərdə istifadə olunan dərman maddələri də olur.
Çanta içərisindəkilərlə birlikdə 3-3,5 kq-dır.

44