• en
  • ru

VƏBA XƏSTƏLİYİ TAUN XƏSTƏLİYİ

VƏBA XƏSTƏLİYİ (XOLERA)

Bağırsaq xəstəlikləri içərisində vəba ən ağır xəstəliklərdən sayılır. Vəbanın epidemik ocağı Hindistan sayılır. Bu xəstəlik xüsusi təhlükəli xəstəliklərə aiddir. Xəstəlik epidemiya və pandemiya (geniş yayılmış epidemiya) şəklində ola bilər. Keçmişdə vəbanın epidemiyası minlərlə əhalinin məhv olmasına səbəb olurdu. 1817-1925-ci illər arasında 6 dəfə pandemiya olmuşdur. 1961-ci ildə xəstəlik yenidən pandemiya şəklində yayılmağa başlandı. Bu da müasir dövrdə Asiya ölkələri ilə əlaqə nəticəsində xəstələrin bir yerdən o biri yerə keçməsi nəticəsində olmuşdur. Buna görə də 1970-ci ildə Həştərxan, Odessa, Kerç şəhərlərinə bu xəstəlik gətirildi.
Vəba vibrionu (mikrobu) xarici mühitə çox davamlıdır. Suda, qida məhsullarında, nəm torpaqda vəba vibrionu uzun müddət yaşayır. İnfeksiya mənbəyi xəstə insan və ya infeksiya gəzdirən ola bilər. Xüsusilə yüngül xəstələr infeksiyanı ətraf mühitə yaya bilərlər. Xəstə infeksiyanı nəcis və qusuntu maddə ilə xaric edir. Xəstəlik əllə, qida və su vasitəsilə yayılır. Milçəklər infeksiyanın yayıcısı hesab edilir. Su vasitəsilə yoluxma zamanı çoxlu miqdarda əhalinin zədələnməsi ola bilər.
Xəstəliyin klinikası yəni gedişi: vəba vibrionu həzm aparatına düşdükdə nazik bağırsaqda özü üçün əlverişli şərait tapıb və selikli qişanı qıcıqlandırıb nekroz (yara, çürük toxuma) əmələ gətirir. Xəstələr nəcis və qusuntu ilə çoxlu miqdarda maye və duz itirirlər. İtirilmiş mayenin miqdarı 7-10 litr ola bilər. Gizli dövr 2-5 gün ola bilər. Xəstəlik yüngül, orta və ildırımvari formada olur. Xəstəliyin ağırlığı itirilmiş mayenin miqdarından asılıdır. Mayenin itirilməsi 3 formada ola bilər:
• xəstənin çəkisinin 3%-ni təşkil edir.
• xəstənin çəkisinin 4-7%-ni təşkil edir.
• xəstənin çəkisinin 8%-ni təşkil edir.
Xəstəlik kəskin ishalla başlayır. Çox vaxt ishal su halında olur, eyni zamanda qusma başlayır. Hərarət normal və normadan aşağı olur. Dəri soyuyur, göyərir, yapışqanlı tərlə örtülür, gözlər yarım açıq qalır. Xəstəlik bu şəkildə gedərsə, çox vaxt ölümlə nəticələnir. Vəbanın ən ağır forması ildırımvari formadır. Bu formada ishal və qusma olmur (quru forma). Bu halda ürək-qan-damar çatışmamazlığı nəticəsində ölüm baş verir. Vəbanın diaqnozu klinik və laborator müayinəyə əsasən qoyulur. Analiz üçün nəcis və qusuntu götürülür.
Müalicə: müalicə zamanı xəstənin ümumi vəziyyəti və nə qədər maye itirməsi nəzərə alınmalıdır. Antibiotiklərdən ən yaxşı təsir göstərən tetrasiklindir. Xəstəyə fizioloji məhlul, plazma, qlükoza köçürülür. Bədənin hərarəti aşağı düşür. Bunun üçün bədəni qızdırmaq lazımdır. Xəstələ qulluq yaxşı təşkil edilməlidir. Onlar mütləq xəstəxanada müalicə olunmalıdırlar. Təmasda olanlara profilaktik məqsədlə vəbaya qarşı 10 gün müddətində 3 dəfə vaksina vurulmalıdır. Xəstələri evə klinik əlamətlər keçdikdən sonra və nəcisin analizi 3 dəfə təmiz çıxdıqdan sonra yazmaq olar. Tibb işçiləri şöbədə təmizliyə ciddi nəzarət etməlidirlər. Dezinfeksiya çox diqqətlə keçirilir. Şöbədə milçək olmamalı, qulluq edən adamlar tez-tez əllərini xloraminlə yumalıdırlar. Ölənləri xüsusi yerdə basdırmalı və torpağa 25 sm qalınlığında xlorlu əhəng tökülməlidir.

TAUN XƏSTƏLİYİ

Taun kəskin, yoluxucu xəstəlik olub, ağır intoksikasiya (zəhərlənmə) ilə keçir. Təbii ocaqlı infeksiya olub, zoonozlara aiddir, xüsusilə təhlükəli infeksiyalara aiddir. İnfeksiyanın təbiətdə ehtiyat mənbəyi gəmiricilərdir. Onlardan mikroblar insana bitlər vasitəsilə keçir. Bundan başqa ovçular xəstə heyvanların dərisini təmizlədikdə keçə bilər. İnsandan insana isə hava-damjı yolu ilə keçir.
Etiologiya. törədicisi taun çöpləridir, orqanizmə dəri, yuxarı tənəffüs yollarının selikli qişaları, konyuktiva vasitəsilə keçir. Bitlər insanı dişlədikdə orada qanlı möhtəviyyatlı papula ə/g (dəri forması). Sonra proses limfa yoları ilə yayılır . l/d-in kəskin şişməsinə səbəb olur (bubon forması), müalicə etmədikdə generalizə olunmuş forması inkişaf edir, bu zaman daxili orqanlar zədələnir. Əsasən də ağ ciyərlərdə pnevmoniya inkişaf edir (ağ ciyər forması) xüsusilə təhlükəlidir.
Simptomları, gedişi; gizli dövr 2-6 gundür. Bubon formasında ən çox qasıq l/d şişir, dəri hiperimiləşir, sonra digər qrup l/d də 2-cili bubonlar əmələ gəlir, möhtəviyyatı irinləyir, müalicə etmədikdə yaralar açılır. 4-5-ci gününə qədər vəziyyəti ağırlaşır, t-ra qalxır, proses generalizə olur, 2-cili-septik və ya 2-cili ağ ciyər forması inkişaf edir. Bu hallarda xəstənin vəziyyəti xeyli ağır olur, t-ra çox yüksək olur, sepsisin bütün əlamətləri; əzələ ağrıları, güclü zəifləmə, baş ağrıları, başgicəllənmə, hüşun itməsi, bəzən oyanıcıllıq, yuxusuzluq olur. Pnevmoniya inkişaf etdikcə, sianoz artır, qanlı bəlğəm ifrazı ilə öskürək başlayır. Bu bəlğəm digər adamların yoluxmasına səbəb olur və 1-cili ağ jiyər forması inkişaf edir. Epidemik cəhətdən bu ən təhlükəli formadır. Müalicə aparmadıqda 4-5 günə ölüm baş verir.
Diaqnoz qoymaq üçün əsasən epidemik anamnezin böyük əhəmiyyəti var. (Endemik ocaqlar—Birma, Boliviya, Ekvador, Türkmənistan, Qarakalpak MR) Labarator müayinə spesifik anti zərdabla aparılır.
Hal hazırda taun nadir xəstəlikdir. Xəstəliyin amili ilk dəfə 1878-ci ildə aşkar edilir. Xarici mühitə çox davamlıdır. Bəlğəmdə, gəmiricilərin meyidində, suda, torpaqda uzun müddət diri qalır. İnfeksiya ocağı xəstə gəmiricilər hesab edilir. Siçan, siçovul və birələr insanı dişləməklə xəstəliyə yoluxdururlar. İnsanlar 4 yolla yoluxa bilər:
• xəstəni birə dişləməsi zamanı;
• təmas vasitəsilə (zədələnmiş dəri, selikli qişa ilə);
• hava damcı vasitəsilə (ağ ciyər formasında);
• yoluxmuş qida vasitəsilə;
İnsan orqanizmindən taun çöpləri bəlğəm, nəcis, sidik və irin vasitəsilə xaric olur. Taun xəstəliyinin beş forması var:
• bubon forması (qasıqda limfa vəzinin iltihabı);
• ağ ciyər forması;
• septiki forma;
• bağırsaq forması;
• dəri forması.
Xəstəliyin klinikası: Gizli dövr bubon formasında 2-3 gün, ağır formada 1-3 gün olur. Xəstəlik kəskin titrətmə, yüksək hərarət, ağır intoksikasiya ilə keçir. Baş ağrıları, əzələ ağrıları, ümumi halsızlıq müşahidə olunur. Xəstələr ya laqeyd, ya da həyəcanlı olurlar. Xəstələrin huşu dağınıq, danışıqları qeyri-aydın olur. Sifətin rəngi ilk günlər qırmızı, sonrakı günlər kəskin avazıyır, gözlər çuxura düşür, hərarət 410-yə qalxır, nəbz tezləşir, arterial təzyiq aşağı düşür, dil quru ağ ərplə örtülü olur, dodaq böyüyür.
1.bubon forma: Limfa vəziləri toyuq yumurtası böyüklüyündən yeni doğulmuş uşaq başı böyüklüyünə qədər olur. Boyunda 20% ,qasıq vəzlərində 50% olur. Əvvəlcə vəzilər bərk olur, sonra isə yumşalmağa başlayırlar. Daha sonra vəzi irinləyir, partlayır və ordan irinli qanlı maye axır. 10% hallarda bubon forma ağ ciyər və ya septiki formaya keçir.
2.ağ ciyər forması: Bu ən ağır forma hesab edilir. Gizli dövr bir neçə saatdan 2 günə qədərdir. Əvvəlcə kəskin həyəcanlanma, sonra döş qəfəsində ağrı, qanlı bəlğəm ifraz olur. 2-3 gündən sonra ölüm baş verir.
3.septiki (irinli) forma: Sərbəst halda 1%, əksər halda 99% isə bubon formanın ağırlaşması kimi olur. Burada səciyəvi əlamətlər dəridən və selikli qişadan qan axmasıdır. Burunda, ağ ciyərdə qan axmalar, qanlı qusma, qanlı nəcis, qanlı sidik ifraz olunur. Ölüm 2-3 gündən baş verir.
4.bağırsaq forma: nadir hallarda təsadüf edilir. Bu vaxt qarında ğarılar, qanlı bəlğəm ifrazı, qanlı ishal müşahidə edilir. Ümumi vəziyyəti ağır olur. Ölüm 2-3 gündən sonra baş verir.
5.dəri forması: nadir hallarda olur. Bu forma sonra dəri-bubon formasına keçir. Əvvəlcə dəridə qızartı, suluq, yara əmələ gəlir. Laborator müayinəsi üçün qan, bəlğəm, nəcis buöondan maye göndərirlər.
Müalicə: xəstələr olduqca təhlükəli, infeksion xəstələr kimi izolə edilir. Xəstələrə tauna qarşı zərdab vurulur. Müalicə antibiotiklərlə aparılır. tauna şübhə olduqda, dərhal boksa yerləşdirilməlidir. Müalicə tədbirləri ilə yanaşı xidmət personalı dərhal prof. tədbirlərə əməl etməlidir; xüsusi taun əleyhi kostyum geyinməli, 3qat maska taxmalı, 2qat ləçəklə başını bağlamalı, eynək taxmalı, baxil geyinməli, xəstəyə qulluq etdiyi şöbədən kənara çıxmamalı, həmin müddət ərzində antibiotikoterapiya almalıdır. Əzələ daxilinə qlükoza ilə birlikdə fizioloji məhlul yeridilir. Ürək dərmanları verilir. Yerli müalicə məqsədilə məlhəmli kompreslərdən istifadə edilir. Bubon formasında streptomisin, tetrasklin, vibromisin, intoksikasiya olduqda, duz məhlulları v/d yeridilir. Arterial təzyiqin düşməsi sepsis ələmətidir, bu zaman reanimasiya tədbirləri görülür. Disseminə olunmuş damar daxili laxtalanma sindromu baş verdikdə, plazmaferez edilir (1-1,5 l qan plazması təzə dondurulmuş plazma ilə əvəz olunur). Xəstəliyin kəskin fazasında çox effektiv müalicə vasitəsidir.
Xəstəlik erkən müalicə olunduqda proqnoz yaxşıdır.
Profilaktika; xəstə adamla, ölü və onun əşyaları ilə kontaktda olmuşlar 6günlüyə izolyasiya olunurlar.Ekstren prof. aparılır. Ərəziyə karantin qoyulur, Həmin ərazidə əhali observasiya olunur, dezinfeksiya, dezinseksiya, deratizasiya olunur. Quru canlı vaksina ilə d/a və dəri içi vaksinasiya aparılır. 5-7 –ci günündən immunitet yaranır.
Qulluq: Qulluq edən adamlar qoruyucu paltarlardan almaldıdırlar, epidemiyaya qarşı rejimə riayət etməli və xəstəxana yaxınlığında ayrılmış evlərdə yatmalıdırlar. Xəstələrin tüpürmək üçün ağzı bağlı fərdi qabı olmalıdır. Xəstəxanada ciddi rejim təyin edilir. Karantin axırıncı xəstə xəstəxanadan sağalıb çıxdıqdan sonra götürülür. Aktiv immunizasiyanı qurudulmuş diri taun zərdabı ilə əldə edilir. İmmunitet bir həftədən sonra əmələ gəlir.
Profilaktika məqsədilə bir sıra tədbirlər həyata keçirilməlidir. Şəxsi gigiyenik qaydalara riayət edilir. Xəstənin diaqnozu xəstəxana və ya qospitalda müəyyənləşdirilməlidir. Dezinfeksiya, dezinseksiya, deratizasiya işləri aparılır və xəstəlik ocağı tapılıb ləğv edilməlidir.

19