• en
  • ru

XƏSTƏLƏRİN ŞƏXSİ GİGİYENASI

XƏSTƏLƏRİN  ŞƏXSİ   GİGİYENASI

XƏSTƏNİN  DƏRİSİNƏ  QULLUQ  VƏ  YATAQ   YARALARININ  PROFİLAKTİKASI. 

Xəstənin  şəxsi  gigiyenası dərisinə,  gözlərinə,  qulaqlarına,  saçlarına,  ağız  boşluğuna,  aralığına  qulluq,  həmçinin  yataq  və  əyin  ləvazimatının  müntəzəm  dəyişdirilməsilə  başlanır.

Dəriyə  qulluq  xəstəni  1-ci  dəfə  müayinə  etdikdə  və  sanitar  təmizləmə  apardıqda  başlanır.  Gigiyenik  vanna  qəbul  edilir,  əyin  və  yataq  ləvaziimatı  dəyişdirilir  və  xəstəlik  tarixində  qeyd  olunur.

  Müntəzəm  olaraq  dərinin  tamlığının  pozulmaması  üçün  qayğı  lazımdır. Yataq  xəstələrinin  əlləri  hər  gün  sabunla  yuyulur.  Kök  və  şəkərli  diabeti  olan  xəstələrin  dəri  büküşləri,  süd  vəzёilərinin  altı,  qasıq nahiyələri  hər  gün  isti  su  ilə  yuyulur, yumşaq  dəsmalla  qurudulur,  talk  səpilir,  həftədə  1-2  dəfə  uşaq  kremi  sürtülür,  sonra  talk  səpilir. Məcburi  yataq  vəziyyətində  olan  ağır  xəstələrin  dərisi  aşağıdakı  qatışıqlarla   təmizlənir:

  • su və  spirtin1: 1-ə  qatışığı:
  • şampunla suyun  1:1-ə  qatışığı:
  • kamfora spirti  məhlulu.

Ağır  xəsiələrin  yuyulmasına  mütləq  əks—göstəriş  olduqda,  dərisini  əvvəlcə  şampun  qatılmış  su  ilə  silirlər,  sonra  isə  isti  məhlulda  isladılmış  əsgi  ilə. Bu  prosedura  3-4  gündə  bir  dəfə  təkrar  olunur,  arada  isə  etil  və  ya  kamfora  spirti  ilə  dəri  silinir.  Şəkərli  diabeti, trofiki  yaraları,  dəri  zədələnmələri  olan  xəstələrin  dərisinə  xüsusi  qulluq  lazımdır. Bunun  üçün  aşağıdakılara  riayət  etmək  lazımdır;

  • hər gün  ayaqları  isti  su  ilə  yuyurlar;
  • sonra tamam  qurulanır,  zədə  olub—olmaması  yoxlanır;
  • sonra daban  uşaq  kremi  ilə  sürtülür,  yüngül  massaj  edilir;
  • ayaqyalın gəzmək  qəti  qadağandır,  hətta  isti  havada  belə  corab  və  ev  ayyaqqabısı  geyinmə

YATAQ  YARASI—Uzun   müddət  yataq  vəziyyətində  olan  xəstələrin  dəri  və  dəri  altı  toxumasının  zədələnməsidir,  bu  zaman  dəridə  trofiki  yaralar  əmələ  gəlir,  bu  da  daxili  orqanların hər  hansı  etiologiyalı   ağır  xəstəliklərinin    nəticəsi  kimi  qan  dövranın  və  2-cili  immun  defisitin  pozulmasını  göstərir.  Bu  zaman  əvvəlcə  dəri  müəyyən  sahələrdə  hiperimiləşir,  şişkin,  ağrılı  olur,  sonra  qovuqcuqlar  əmələ  gəlir, dərinin  tamlığı  pozulur,  daha  sonra  mərkəzində  göyümtül  və  ya  bənövşəyi  ləkə  əmələ  gəlir,  tez  bir  zamanda  üzəri  qara  rəngli, irinli  və  çürüntü  iyi  verən  nekrotik  yaraya  çevrilir.  Xarakter  yerləri: büzdüm,  bel  və  sarğı  nahiyələrində,  kürəyin  altında,  dirsəkdə,  dabanlarda,  dizlərdə,  üzdə,  qulaq  seyvanının   arxasında  ənsədə  və  s.

Müaəlicəsi  stadiyasından  asılıdır.  Dəridə yüngul  hiperemiya  əmələ  gəldikdə  əvvəlcə  tualet  olunur.  Sonra  krem,  qaratikan  yağı  ilə  massaj  edilir,  ultra  bənövşəyi  şüa  verilir.  Dəridə  maserasiya  əmələ  gəldikdə  isti  sü  ilə  yuyulur,  5-10  %-li  K-permanqanat  məhlulu  sürtülür,   sonra  kənarları  solkoseril  və  ya  metilurasil  məlhəmi  ilə  sürtülür.  Qovuqcuqlar  əmələ  gəldikdə  onlara  brilyant  yaşılı  və  ya  K-permanqanat  məhlulu  sürtülür,  üzərinə  quru  steril  sarğı  qoyulur.  Yara  əmələ  gəldikdə  isə  cərrah  həmin  nahiyəni  kəsib  atır,  üzərinə  1%-li  K- permanqanat  məhlulunda  isladılmış  salfetlər  qoyulur  və  gün  ərzində  3  dəfə  dəyişdirilir.  Yara  irinlədikdə  Vişnevski   məlhəmtndən  istifadə  olunur,  yara  açıldıqdan  sonra  isə  təmizləmək  üçün  sintomisin  emulsiyasından,  solkoseril  gelindən  istifadə  olunur.  Bütün  bunlardan  başqa    əlavə  vitaminlər,  plazma, albumin  köçürülməsi  təyin  olunur,  ultrabənövşəyi  şüalanma  istifadə  olunur.  Profilaktikası  məqsədilə  aşağıdakı  tədbirlər  aparılır:

  • bədənin vəziyyəti  gun  ərzində  bir  neçə  dəfə  dəyişdirilir,    dəriyə   yuxarıda göstərilən  qaydada  qulluq  edilir,  yatacağın  vəziyyətinə  xüsusi  diqqət  yetirməli,    mələfələr  tez—tez  dəyişdirilməlidir,  əgər  xəstə  ağır  vəziyyətdə,  hərəkətsizdirsə, periodik  olaraq  belinin  altına  şişirdilən  rezin  dairələr  qoyulur.

 AĞIZ  BOŞLUĞUNA  QULLUQ; bu  prosedura  bütün  xəstələrə  aparılır,  əgər  özləri  edə  bilmirsə,  tibb  bacısı  etməlidir.   Hər  dəfə  yemək  yeyiləndən  sonra,  dişləri,  xüsusilə diş  diblərini  təmizləməlidirlər.  Mümkün  olmasa,  heç  olmasa,  duzlu  su (1/4 çay  qaşığı  duz  1  stakan  suya)  ilə  ağız  yaxalanmalıdır.

  Ağır  xəstətələrin   ağız  boşluğunu    tibb  bacısı  pambıq  və  ya  tənzif  salfetka  ilə,  aşağıdıkı  məhlulların  birində  isladılmış  təmizləməlidir:

  • 5%-li bor turşusu  məhlulu;
  • 2%-li natrium- hidrokarbonat  məhlulu;
  • zəif K—permanqanat  məhlulu;
  • zəif kalendula  məhlulu (5-10  damjı  spirtli  məhlulu  0,5 stakan  suya).

Ağızda  iltihabi  dəyişikliklər  baş  verdikdə  diş  dibləri  1:4000-ə  nisbətində  hazırlanmış  furasillin  məhlulu  ilə  yaxalanır,  yaxud  applikasiya  edirlər.  Müalicəni  stomatoloq  aparmalıdır. Həkimə  qədər  yardım  məqsədilə  brilliyant  yaşılı  məhlulundan  istifadə  edirlər, gün  ərzində  2-3  dəfə  təkrar  olunur.

Ağızla  nəfəs  alan  xəstələrdə   dodaqlar,  ağız  boşluğu  quruyur,  ona  görə  də  çatlar  əmələ gəlir,  bu  zaman,  1:4000  furasillin  məhlulunda  isladılmış  nəm  tamponla  silinir, sonra  isə  bitki  yağı  ilə (günəbaxan, zeytun  və  s.) məlhəm  yaxılır.

  Süni  tənəffüs  verilən  xəsiələrdə, qurumanın  qarşısını  almaq  iəqsədilə  furasillin  məhlulunda  isladılmış,  tənzif  salfetkadan  istifadə  edirlər.

Virus  infeksiyası,  yüksək   t- dan  əziyyət  çəkən  xəstələrdə    aftoz  stomatit  əmələ  gəlir.  Bu  zaman  ağızdan  pis  iy  gəlir,  ağrılı  olur. Belə  hallarda  müntəzəm  olaraq,  ağız  boşluğu   soda  məhlulu  sonra  isə  furasillin  məhlulu  ilə yaxalanır. Yeməkdən  qabaq,  yumurta  ağı  köpüklənənə  qədər  çalınır  və  ağız  boşluğuna  sürtülür.  Son  zamanlar   bu  məqsədlə  ağrını  azaldan  və  iltihab əleyhi spreylərdən  istifadə  edilir. Disbakterioz  nətijəsində,  stomatit  olarsa,  o  zaman  əvvəlcə  soda  məhlulu  ilə  ağız  yaxalanır, sonra  isə, 1 draje  nistatin  və  ya  levorin  tabletkası  sorulur. Əgər  ağızdan  pis  iy  gəlməsi davam  edərsə, nanəli  eleksirlərdən  istifadə  olunur.

 GÖZLƏRƏ   QULLUQ:  hər  gün səhər  tibb  bacısı  müayinə  zamanı  xəstələrin gözlərinə  və  göz  qapaqlarına  diqqətlə  fikir  verməlidir. Göz  qapaqlarında  ağ  və  ya  sarımtıl    ərp  əmələ gəldikdə  3%-  li  bor  turşusunda  isladılmış  tamponla  gözlər  silinir. Hər  göz  üçün  ayrı  tampon  istifadə  olunur. Bu  proseduradan  sonra  və  əvvəl  tibb  bacısı  əllərini sabunla  yumalı, spirtlə  silməlidir. Bor turşusu  olmadıqda  təzə  dəmlənmiş çaydan  istifadə  olunur.  Əgər  gözü  yuyarkən  ağrı  əmələ  gələrsə  prosedura  kəsilir,  okulist   dəvət  olunur. Göz  damcıları  okulist  tərəfindən  təyin  olunur. Hər  xəstə  üçün  təzə  pipetka  və  şüşə  çubuq  istifadə  olunur, pipetka  istifadə  edildikdən  sonra, isti  su  ilə  yuyulur,  ayrıca  futlyarda  saxlanır.

 BURUNA  QULLUQ:  Hər  gün  xəstələr  burununu  təimləməlidirlər,  əgər  özləri  edə  bilmirlərsə,  post  tibb  bacısı  etməlidir.  Bu  zaman  xəstə  başını  yüngülcə  arxaya  əyir, vazelində  və  ya  qliserində  isladılmış,  pambıq  turunda  burun  boşluğuna  yeridilir,  burularaq  burun  boşluğu  təmizlənir. Burun  boşluğundan  pis  iy gələrsə,  bu  zaman  həkimə  xəbər  verilməlidir.

 QULAQLARA   QULLUQ:  Hər  gün  hər  bir  xəstə  qulaqlarını  sabunla  yumalı,  sonra  isə  qurutmalıdır,  ağır  xəstələrə  tibb  bacısı  qulluq  etməlidir. Qulaqda  çirk  və  sera  əmələ  gəldikdə   onu  xüsusi  qaydada  təmizləyirlər. Bu  zaman  əvvəlcə, 3%-li  perekis  məhlulu   4-5  damcı-tökürlər  sonra  xüsusi  pambıq çubuqlarla  bura  bura  təmizləyirlər, əgər  ağrı  olarsa, 2-3  damcı  kamfora  yağı,  tökülür,  otolarinqoloq  dəvət  olunur.

SAÇLARA  QULLUQ: Hər  gün  səhərlər  saçlarını  daramalıdır,  yaxud  bu  işi  tibb  bacısı  etməlidir. Lazım  gələrsə  xəstənin  saçları  kəsilir,  yuyulur.

 

50