• en
  • ru

Epidemiologiyanın əsasları

Epidemiologiyanın əsasları.
Yolxucu xəstəliklərin əmələ gəlmə səbəblərini, yayılmasını öyrənən və ona qarşı tədbir görən elmə epidemiologiya deyilir. XIX əsrin axırında və XX əsrin əvvəllərində mikrobiolog – alimlər Paster, Kox, Meçnikov tərəfindən bir çox yolxucu xəstəliklərin törədiciləri aşkar edilmişdi və bundan sonra epidemiologiya bir elm kimi inkişaf etməyə başladı. Epidemiologiya elminin inkişafında mikrobiologiya, virusologiya, immunologiya, gigiyena elmlərin nəaliyyətləri istifadə edilir.
İnfeksiyanın xəstə insandan sağlam insana ötürülməsi epidemioloji prosess adlanır. Epidemioloji proses 3 hissədən ibarətdir: 1) infeksiya mənbəyi, hansı ki, törədicini ətraf mühitə yayır; 2) yaılma yolları; 3) insanın fərdi müqaviməti.
İnfeksiya mənbəyi – xəstə insan və ya heyvan ola bilər. İnfeksiyanın yayılma yolları müxtəlif olur. Mikroblar orqanizmə aşağıdakı yollarla daxil olur.
1) hava – damcı vasitəsilə (qripp, gizieca).
2) su vasitəsi ilə – (qarın yatalağı, vəba).
3) torpaq vasitəsilə – (tetanus, botulizm).
4) qida məhsulları (basirsas infeksiyaları).
5) həşəratlar vasitəsilə (malyaliya).
Yolxucu xəstəliklər 2 qrupa bölünür.
1. Antroponoz xəstəliklər – insandan insana keçən yolxucu xəstəlik.
2. Antropozoonoz – heyvandan insana keçən yolxucu xəstəliklər.
Epidemik proses 4 formada təsadüf edilir.
1) Sporadik forma – bu zaman yolxucu xəstəlik müəyyən ərazidə tək-tək müşahidə edilir.
2) Endemik – bu formada yolxucu xəstəliklər müəyyən ərazidə daima təsadüf edilir.
3) Epidemik forma – bu zaman yolxucu xəstəlik kütləvi şəkildə təsadüf edilir və artır.
4) Pandemik forma – bu formada yolxucu xəstəlik bütün ölkəni və ya qitəni əhatə bilər.
Yolxucu xəstəliklər bir neçə qrupa bölünür: 1) bağırsaq infeksiyası – mədə bağırsaq yolu vasitəsilə yoluxma baş verir. 2) hava damcı infeksiyaları – tənəffüs yolları vasitəsi ilə yoluxma baş verir. 3) qan infeksiyaları – qan-damar sistemi vasitəsi ilə yoluxma baş verir (həşəratların sancması vasitəsi ilə). 4) dəri infeksiyaları – təmas vasitəsi ilə yaranır. 5) zoonoz infeksiyalar, bunlar müxtəlif yollarla (dəri, qan) yaranırlar.
Mikrob və ya virus orqanizmə daxil olan kimi orqanizmdə infeksion proses başlayır. Yolxucu xəstəliklər kəskin və bəzən xroniki formada keçir, kəskin yolxucu xəstəliklərin müddəti 2-3 aydan çox olmur. Orqanizmdə infeksion proses bir neçə formada təsadüf edilir: 1) latent formada (gizli) – bu formada xəstəliyin əlamətləri uzun müddət aşkar edilmir. 2) bakteriyagəzdirmə – çox vaxt bu sağalma dövründən sonra baş verir. 3) qarışıq forma – bir neçə mikroblarla yoluxma zamanı baş verir. 4) təkrari forma – məsələn qripdən sonra ağ ciyər iltihabının inkişafı. 5) ocaqlı forma – bu zaman infeksiya məhdud olur, məsələn vərəm. 6) yayılmış infeksiya – bu zaman infeksiya bütün orqanizmə yayılır.
Yolxucu xəstəliklər 4 dövrdə davam edirlər.
1. İnbubasiya dövrü və ya gizli dövr. Mikrob orqanizmə daxil olan andan xəstəliyin əlamətləri əmələ gələnə qədər davam edir. Bu dövrün müddəti müxtəlifdir (2-3 saatdan hətta bir neçə aya, ilə qədər ola bilər).
2. prodromal dövr – 1-3-5 gün davam edir. Əlamətləri zəiflik, səpkilər, və baş ağrıları və s.
3. Xəstəliyin kliniki əlamətlər dövrü: bir neçə gündən bir neçə həftəyə qədər davam edir. Bu dövrdə hər xəstəliyə məxsus əlamətlər əmələ gəlir.
4. Sağalma dövrü – xəstəliyin bütün əlamətlərinin tam keçməsidir.

33