• en
  • ru

HƏZM SİSTEMİ

HƏZM SİSTEMİ

Həzm aparatının vəzifəsi qəbul olunmuş qidanı həzm etmək, həzm olunmuş qidanı qana sormaq və qalıq hissəsini bədəndən xaric etməkdir. Həzm aparatına həzm kanalı və bir də həzm apparatı vəzləri aiddir.
Həzm kanalı 8-10 m uzunluğunda olub, aşağıdakı şöbələrə bölünür:
• ağız boşluğu,
• udlaq,
• qida borusu,
• mədə,
• nazik bağırsaq,
• yoğun bağırsaq.
• Həzm apparatının böyük vəzilərinə qara ciyər və mədə altı vəzi aiddir.
Ağız boşluğu həzm kanalının birinci hissəsini təşkil edir. Dil qan damarları sinirlər və vəzilərdə zəngin və selikli qişa ilə örtülmüş əzələvi bir üzv olub ağız boşluğunda yerləşir. Dilin əzələləri eninə zolaqlı əzələlərdən təşkil olunub. Dil 3 hissəyə bölünür: ön nazik ucu zirvəsi, orta hissəsi cismi və dal hissəsi kökü adlanır. Dil arxasının selikli qişası məməciklərlə örtülüdür. Məməciklərin böyük funksional əhəmiyyəti vardır. Məməciklərin içərisində dad hissiyatını qəbul edici dad soğanaqları yerləşir. Eyni zamanda onlar ağrı, istilik, soyuqluq və s. qəbul olunmasında iştirak edir. Ağız boşluğunda dişlər də yerləşir. Dişlər 2 cür olur: süd dişləri və daimi dişlər. Süd dişlərin miqdarı 20 olur və onlar 6-8 aylığından başlayaraq 2,5 yaşa qədər çıxırlar. Daimi dişlərin miqdarı 32 ədəd olur. Onlar 7 yaşdan 25 yaşa qədər çıxırlar.
Ağız suyu və ya tüpürcüklər vəzləri 3 cütdür:
1) qulaqaltı vəzi,
2) çənəaltı vəzi,
3) dilaltı vəzi.
Xırdalanmış və isladılmış qida ağızdan udlaga keçir.
Udlaq 12-14 sm uzunluğunda borulu üzv olub, həzm kanalının ağız boşluğundan sonra gələn hissəsini təşkil edir və ağız boşluğunu qida borusu ilə birləşdirir.
Qida borusu 25-30sm. uzunluğunda boru şəkilli üzvdür. Qida borusunun diametri hər yerdə eyni deyil, üç daralması var. Qida borusundan sonra mədə gəlir.
Mədə həzm kanalının ən geniş hissəsini təşkil edərək uzunluğu 25-30 sm, eni 12-14 sm-dir. Mədənin 3 litrə qədər tutumu var. Mədənin divarları selikli, selikaltı, əzələ və seroz qişalardan təşkil olunmuşdur. Selikli qişada çoxlu mədə şirəsi ifraz edən vəzilər vardır. Mədədə zülallar və yağlar qismən həzm olunur. Müəyyən müddət mədədə qalan qida porsiyası onikibarmaq bağırsağa keçir. Qida ilə mədəyə daxil olunmuş mikroblar xlorid turşusunun təsirindən tələf olur. Mədədən qida nazik bağırsağa keçir. Mədə şirəsində həzm fermentləri, aktiv maddələr olur. Bunlar zülalları, bir qism yağları parçalayır, bakteresid təsir göstərir. Daima yığılır, nəticədə qida mexaniki olaraq əzilir, sonrakı şöbələrə ötürülür. Qida mədədə 6-10 saata qədər qalır. Zülallar daha çox qalır, nəinki k/m. Yağlı qida mədədən az sürətlə çıxır. Sulu hissə mədəyə daxil olan kimi dərhal bağırsağa keçir. Mədədə mikroorqanizmər çox az olur, daha çox yoğun bağırsaqda olur, 1kq-da onlarla milyarda qədər. Onların əsas vəzifəsi həzm olur qida qalıqlarının, həzm şirələrinin son olaraq çürüməyə uğratması, patogen mikrobların inkişafının ləngitməsi, bir neçə vitaminlərin sintezi, maddələr mübadiləsində iştirak edir. Normal mikroflora patogen mikroorqanizmləri məhv edir, lakin uzun müddət antibakterial preparatları qəbul edilməsi bu floranı pozur. Burada K vitamini, B qrup vitaminləri sintez edilir.
Qida mədəyə daxil olandan 3-3,5 saat sonra yoğun bağırsağa keçir, 24 saat müddətində bağırsaqda hərəkət edir, 48-72 saat sonra isə tamamilə çıxır. Yoğun bağırsaqda əsasən su geriyə sorulur.
İnsanda gün ərzində nazik bağırsaqda 400 qr möhtəviyyat yoğun bağırsağa keçir və bundan 150-250 q xaric olur.
Bitki mənşəli qida q/e-də isə daha çox olur. Çünki, lifli məhsullar- həzm olunmur və belə qidanın bağırsaqlarda hərəkətini artırır, gücləndirir, sanki işlətmə dərmanı kimi təsir göstərir.
Qəbul edilən bütün qida orqanizm tərəfindən həzm olunmur, mənimsəlinmir. Heyvani mənşəli qida -95%, bitki mənşəli -80%, qarışıq -82-90% hissəsi mənimsəlinir.
Nazik bağırsaq 5-6 m uzunluğunda olub 3 hissəyə bölünür:
• onikibarmaq bağırsaq(17-21 sm),
• acı bağırsaq(3,5),
• qalça bağırsaq.
Onikibarmaq bağırsaq 25-30 sm uzunluğunda olub, nazik bağırsağın birinci hissəsini təşkil edir. Buraya ümumi öd axacağı və mədəaltı vəzinin axacağı açılır. Bunların təsirindən qidalı maddələr həzm olunur və onlar başlayır qana sorulmağa. Sonra qida yoğun bağırsağa keçir.
Yoğun bağırsaq 1,3m. uzunluğunda olub, 3 hissəyə bölünür:
• kor bağırsaq (6-8 sm),
• çənbər bağırsaq (qalxan çənbər, köndələn (30-60), enən (30), S-ə bənzər (15-60 sm),
• düz bağırsaq (12-15 sm).
İnsanda kor bağırsağın aşağı hissəsi reduksiya edərək soxulcanabənzər artıma çevrilir. Bu artım appendiks adlanır. Uzunluğu 2sm-dən 20 sm-ə qədər olur. Bu çıxıntı appendiks adlanır. Yoğun bağırsaqda su sorulur və nəcis kütləsi əmələ gəlir. Nəcis kütləsi anus dəliyi vasitəsilə xaricə tullanır.
Qara ciyər bədəndə olan ən böyük vəzi olub, çəkisi 1500q. bərabərdir. Qara ciyər qarnın sağ, yuxarı nahiyəsində, qabırğanın altında yerləşir. Qara ciyər xaricdən lifli birləşdirici toxumadan əmələ gəlmiş lifli kapsula ilə örtülmüşdür. Bu kapsul seroz qişa ilə əhatə olunmuşdur. Qara ciyər quruluşuna görə mürəkkəb borulu vəzi olub, öd ifraz edir ki, bu da onikibarmaq bağırsağa tökülür. Qara ciyər gündə 1 litrə qədər öd ifraz edir, öd kisəsinin tutumu 40-60 ml, yağların həzm olunmasında rol oynayır.
Öd yaşıl sarımtıl rəngdə, neytral reaksiyalı maye olub, yağları emulsiyalaşdırır. Mədəaltı vəzinin yağları parçalayan fermentini aktivləşdirir. Öd ifraz etməkdən başqa qara ciyər bağırsaqlardan Qana daxil olmuş şəkərlərin artığını qlikogen halında özündə saxlayır və bir də bədənə düşən toksinləri neytrallaşdıraraq mühafizə funksiyasını daşıyır. Öd kisəsi armud şəklində olub, qara ciyərin alt nahiyəsində yerləşir. Uzunluğu 8-12sm və həcmi 30 sm3-dir. Öd qara ciyərdə daima əmələ gəlir, ancaq həzm zamanı onikibarmaq bağırsağa tökülür. Başqa vaxtlar isə öd ödkisəsinə toplanır. Öd kisəsində ödün konsentrasiyası artır yəni öd qatılaşır.
Qara ciyərdə albumin, qlobulin, protrombin əmələ gəlir, qlyukoza qlikogenə çevrilir, yoğun bağırsaqda əmələ gələn çürümə məhsulları zərərsizləşdirir, qanyaranmada iştirak edir, qanın deposudur.
Mədə altı vəzi onikibarmaq bağırsağın böyük vəzilərindən olub, çəkisi 70-80 q, uzunluğu 12-15 sm və eni 4 sm-rə bərabərdir. Mədəaltı vəz 2 litrə qədər şirə ifraz edir. Gün ərzində karbohidratları, yağları, zülalları həzm etməyə kömək edən fermentlər ifraz edir.
Mədə altı vəzi morfoloji və fizioloji xüsusiyyətlərinə görə qarışıq vəzilərə aiddir.
Onda vəzi elementlərindən başqa Langer-Hans adacıqları deyilən hüceyrələrin toplantısı vardır ki, bunlar da daxili sekresiya vəzlərinə aiddir. Bunların ifraz etdikləri hormon insulin adlanır ki, bu da qana keçərək bədəndə karbohidratlar mübadiləsinə təsir edir. Yəni qanda şəkərin miqdarını tənzim edir.

39