• en
  • ru

SİNİR SİSTEMİ

SİNİR SİSTEMİ
Nevroloqiya-orqanizmi təşkil edən müxtəlif sistem və aparatların fəaliyyətini idarə edən, orqanizmlə onu əhatə edən mühit arasında qarşılıqlı əlaqə yaradan sinir sisteminin quruluşunu öyrənir. Sinir sistemi sinir toxumasından təşkil olunmuşdur. Sinir toxumasına sinir hüceyrələri, onların çıxıntıları (şaxələr, sinirlər), istinad hüceyrələri (neyroqliya) və qişalar aiddirlər.
Reseptor (hissi) və efferent (hərəki və sekretor) çıxıntılara malik olan sinir hüceyrələri bütün orqan və toxumalarda şaxələnərək baş və onurga beyinlə birgə orqanizmin funksional vəhdətini, orqanizmlə xarici mühit arasında, cəmiyyətdə qarşılıqlı əlaqəni təmin edirlər.
Sinir sisteminin funksional vahidini sinir hüceyrəsi (neyrosit) – neyron təşkil edir. Neyron hüceyrə cismindən və çıxıntılardan ibarətdir.
Sinir sisteminin təsnifatı: Funksional cəhətdən sinir sistemini şərti olaraq somatik (heyvani – animal) və vegetativ (avtonom) sinir sisteminə bölürlər.
Somatik sinir sistemi skelet əzələlərini və bəzi daxili orqanlarda (dil,udlaq,qırtlaq) yerləşən eninəzolaqlı əzələləri innervasiya edir.
Veqetativ sinir sistemi vasitəsilə bitki mənşəli orqanların (daxili orqanlar, ürək, damarlar) saya əzələ qişasını və vəziləri innervasiya olunur. Vegetativ sinir sistemi parasimpatik və simpatik olmaqla 2 yerə bölünür.
Topoqrafik prinsipə görə sinir sistemini mərkəzi və ucqar (periferik) sinir sisteminə bölürlər.
Mərkəzi sinir sistemi onurğa və baş beyindən və onları əhatə edən qişalardan təşkil olunmuşdur.
Kəllə boşluğu və onurğa kanalından xaricdə yerləşən sinir törəmələri (sinir kötükləri, onurga beyni və baş beyin sinirləri, onların şaxələri, kələflər, hissi və vegetativ düyünlər) ucqar sinir sisteminə aiddirlər.
Onurga beyni: Çeçələ barmaq yoğunluğunda, uzunsov, silindrşəkilli, öndən arxaya basıq olub onurğa kanalında yerləşir. Onun uzunluğu kişilərdə orta hesabla 45sm, qadınlarda 41-42 sm, çəkisi 34-38q olur.
31 cüt onurga beyin sinirləri vardır. Bunlardan 8 cütü boyun, 12 cütü döş, 5 cütü bel, 5 cütü oma və 1 cütü büzdüm sinirləridir. Hər bir onurga beyin siniri fəqərəarası dəlikdən xaricə çıxdıqdan sonra 4 şaxə verir. Onurga beyni 3 qişa ilə örtülmüşdür: sərt qişa, hörümçək qişa və yumşaq qişa. Bu qişalar biri-birindən boşluqlar vasitəsilə ayrılır. Bu boşluqlarda da beyin, onurga-beyin mayesi olur.
Onurga beyni daxili boz və xarici ağ maddədən təşkil olunmuşdur.
Beyin: Beyin kəllə boşluğunda yerləşir. Onun çəkisi orta hesabla 1360qr. olur. Beynin ağıl qabiliyyəti heç də onun çəkisindən asılı deyildir, qadınlarda 1200qr-dır. Beynin ağıl qabiliyyəti beyin qabığının hüceyrə və liflərinin quruluşundan asılıdır. Beyin 3 böyük hissəyə bölünür: böyuk beyin, beyincik və beyin kötüyü. Beyin kötüyünə ara beyin, orta beyin, uzunsov beyin və beyin körpüsü aiddir.
Uzunsov beyin: Uzunsov beyin 2,5 sm uzunluğunda onurğa beynin məbədini təşkil edir və özü də kəllə boşluğunda yamac üzərində yerləşir. Uzunsov beyində mühüm həyati funksiyaların mərkəzləri yerləşir. Bu mərkəzlərə tənəffüs, ürək fəaliyyəti, udma, qusma, öskürmə, çeynəmə, ağız suyu ifrazı və s. mərkəzlər yerləşir.
Arxa beyin: Arxa beyinə körpü, beyincik və bir də 3-cü mədəcik aiddir. Körpü 2-3sm uzunluğunda, 3-3,5sm enində bir törəmə olub uzunsov beyinlə beyin ayaqcıqlarının arasında yamacın üzərində yerləşir. Beyincik yastılaşmış ellips şəklində olub uzunsov beyindən yuxarı, körpü ilə orta beyin qapağı arxasında kəllənin dal çuxurunda yerləşir. Beyincik 3 cüt ayaqcıq vasitəsilə orta beyin qapağı, körpü və uzunsov beyinlə birləşir. Dördüncü mədəcik, beyinciyin altında yerləşir. Beyində 4 mədəcik var. Bunun 2-cisi beyin yarımkürələrində, biri ön aralıq beyində, biri isə beyinciyin altında yerləşir.
Orta beyin: Orta beyində böyük beyin ayaqcıqları və orta beyin qapağı aiddir. Burada görməni qabıqaltı mərkəzi və eşitmənin qabıqaltı mərkəzləri yerləşir.
Ara beyin: Ara beyinə görmə qabarı nahiyəsi və bir də görmə qabaraltı aiddir. Görmə qabarı əsas qabıqaltı hissi mərkəzdir. Buradan impulslar beyin qabığına verilir.
Böyük beyin: Beyin bir cüt sağ və sol böyük beyin yarımkürələrindən təşkil olunmuşdur. Beyin yarımkürələrin hər payı şırımlar vasitəsilə müəyyən hissələrə bölünür. Beyin yarımkürələri ağ və boz maddədən təşkil olunmuşdur. Boz maddə xaricdə yerləşərək beyin qabığını, ağ maddə isə daxildə yerləşərək uc beyin aparıcı yollarını əmələ gətirir. Beyin qabığındakı boz maddədən başqa yarımkürələrin ağ maddəsinin daxilində də boz maddə toplantılarına təsadüf olunur ki, bunlara da qabıqaltı nüvələr deyilir. Beyin də onurğa beyin kimi 3 qişa ilə örtülür: sərt, hörümçəkvari və yumşaq böyük yarımkürələrin qabığı təqribən 14 mil-yard hücerlərərdən ibarətdir. Bütün bu hüceyrələrin çıxıntılarının bəziləri qabığı müxtəlif şöbələri arasında, digərləri qabıqdan aşağıda yerləşən şöbələr arasında əlaqə yaradır.
Beyin böyük yarımkürələrini qabığına əsas fiziologiyasını öyrənmək Pavlovun şərti reflekslər üsulu yarandıqdan sonra mümkün olmuşdur. Orqanizmdə müşahidə olunan reflekslər 2 qrupa bölünür: şərti və şərtsiz.
Şərtsiz reflekslər anadangəlmə olub, irsən keçir: məs. əmmə, udma, ağız suyu vəzi. Şərtsiz reflekslər nisbətən daimi, davamlı olur, ömür boyu davam edir.
Şərti reflekslər isə anadan gəlmə deyil bütün həyat boyu əmələ gəlir, möhkəmləşir, solur və yox olur.

35