• en
  • ru

UŞAQ İNFEKSİYALARI

UŞAQ İNFEKSİYALARI
DİFTERİYA

Kəskin infeksion xəstəlik olub, hava-damcı yolu ilə keçir, infeksiya qapılarında-əsnəkdə, burunda, udlaqda, traxeyada, az hallarda isə başqa orqanlarda selikli qişaların krupoz və ya difterik iltihabi ilə xarakterizə olunur.
Etiologiya; törədicisi toksiki difteriya çöpüdür. Patogen təsiri ekzotoksini ilə əlaqədardır. O qana sorulur, ümumi intoksikasion həmçinin miokardın, periferik və vegetativ sinir sisteminin, böyrəklərin, böyrəküstü vəzlərin zədələnməsinə səbəb olur.
Simptomları, gedişi; gizli dövr 2-10 gündür.
Əsnəyin difteriyası; yerli, yayılmış və toksiki formaları ayırd olunur. Yerli formada damaq badamcıqlarında fibrinoz ərp əmələ gəlir. Əsnək hiperemiləşir, udqunma zamanı ağrı olur, regionar l/d az böyümüşdür. Ümumi intoksikasiya zəifdir, t-ra reaksiyası zəifdir.Yayılmış formada fibrinoz ərp damaq qövslərinə və dilçəyə yayılır, ümumi intoksikasiya və t-ra reaksiyası güclü olur. Toksiki formada badamcıqlar kəskin böyüyür, qalın çirkli ağ ərplə örtülür, boynun dərialtı toxuması ödemləşir. İntoksikasiyanın 1 dərəcəsində ödem boynun ortasına, 2 dərəcədə körpücükaltı nahiyəyə, 3 dərəcəsində ondan aşağı yayılır. Ümumi vəziyyəti xeyli ağır olur, t-39-40 dərəcə olur. Ürək qan-damar sisteminin işi pozulur.
Udlağın difteriyası; son zamanlar az-az rast gəlir, udlaq və traxeyanın selikli qişasının iltihabı ilə xarakterizə olunur. Gedişi proqressivdir. 1-ci stadiyasında (1-2 gün) t artır, səs xırıltılı olur, öskürək it hürməsinə oxşayır, sonra itir. 2-ci stadiyada yuxarı tənəffüs yollarında stenoz simptomları artır, küylü tənəffüs olur. 3-cü stadiyasında qazlar mübadiləsi pozulur, sianoz, tərləmə, narahatlıq , asfiksiya baş verir.
Son zamanlar digər lokalizasiyalı formaları rast gəlmir.
Ağırlaşmaları miokardit, mono -, poli radikulonevritlər, periferik parezlər və s.
Müalicə; terapiyanın əsas metodu erkən olaraq ə/d difteriya əleyhi zərdabın müvafiq dozalarda yeridilməsidir.
Yüngül formalarında zərdabı 1 dəfə, ağır formalarında isə bir neçə gün vurulur. Anafilaktik ağırlaşma əmələ gəlməməsindən ötrü əvvəlcə durulaşdırılmış (1:100) zərdabla d/a sınaq qoyulur, reaksiya olmadıqda 20 dəq. müddətində 0,1ml zərdab, 30 dəq sonra isə bütün doza vurulur. Toksiki formalarda dezintoksikasiya məqsədilə patogenetik müalicə aparılır; v/d zülal preparatları (albumin) hemodez qlükoza ilə, prednizolon, vitaminlər yeridilir.Xəstəliyin ağırlığından asılı olaraq 3-8 həftə yataq rejimi gözlənilməlidir.
Təmiz hava, sedativ dərmanlar yaxşı effekt verir. Kiçik yaşlı uşaqlarda pnevmoniya inkişaf etdiyinə görə antibiotiko terapiya aparılır.
Difteriya bakteriya gəzdiriciləri 7 gün müddətində tetrasiklin və askorbin turşusu təyin edilir.
Profilaktika; difteriya ilə mübarizədə aktiv immunizasiya aparılır. İmmunizasiya bütün uşaqlara adsorbsiya olunmuş (AKDJ) göy öskürək-difteriya – tetanus vaksinası

ilə və difteriya – tetanus (ADJ) anatoksini ilə aparılır. 1-ci vaksinasiya 3 aylığından başlayır, 1,5 ay fasilə ilə 0,5 ml vaksina aparılır. Revaksinasiya həmin doza ilə 1,5-2 il sonra aparılır. 6-11 yaşlarında difteriya və tetanus əleyhi (ADJM) anatoksini ilə aparılır.
Difteriya ilə xəstələr stasionarda müalicə olunmalıdırlar. Evində mütləq dezinfeksiya aparılır. Sağalmış xəstələrdə 2 dəfə bakterioloji müayinə mənfi olduqda xəstələri evə yazırlar. Toksigen difteriya bakteriyaları daşıyıcıları uşaq müəssisələrinə o zaman buraxılırlar ki, orada bütün uşaqlar peyvənd olunsun, və 30 gün bakteriya daşıyıcısı olduğu müəyyən olunsun.
GÖY ÖSKÜRƏK

Kəskin infeksion xəstəlik olub, antroponozdur, spazmatik öskürək tutmaları ilə xarakterizə olunur, hava- damcı yolu ilə keçir. Erkən uşaq və məktəbəqədər yaşlı uşaqlarda rast gəlir.
Etiologiya; törədicisi qram mənfi çöpdür. Giriş qapısı yuxarı tənəffüs yollarıdır. Əmələ gətirdiyi toksin tənəffüs yollarının selikli qişasını qıcıqlandırır, sinir sisteminə təsir göstərir və spastik komponent inkişaf edir, kiçik uşaqlarda isə skelet əzələlərində klonik – tonik qıcolmalar törədir. Ağır hallarda hipoksiya əmələ gəlir. Patogenezində allergik mexanizm böyük rol oynayır.
Simptomları, gedişi; gizli dövr 3-15 (5-7) gündür. Kataral dövrdə t-ra az qalxır, öskürək get-gedə artır. Bu dövr bir neçə gündən 2 həftəyə qədər davam edir. Spastik dövr tədricən inkişaf edir. Spastik öskürək təkanları ardınca səsli nəfəs alma olur. Sonra yenidən öskürək seriyaları başlayır, bu hal bir neçə dəfə təkrar olunur. Tutmanın axırında qusma olur. Gün ərzində belə tutmalar 20-30 dəfə ola bilər. Sifət şişkinləşir, dəridə və gözün konyuktivasında qansızmalar əmələ gəlir. Öskürək tutmasının zirvəsində klonik – tonik qıcolmalar, bir yaşına qədər uşaqlarda isə nəfəs dayanması baş verə bilər. Belə dövr 1-5 həftə davam edir, sonra öskürək öz xarakterini itirir, tədricən simptomlar azalır, bu dövr 1-3 həftə davam edir.
Öskürək tutmalarının tezliyindən və digər simptomların intensivliyindən asılı olaraq yüngül, orta və ağır dərəcələrini ayırd edirlər.
Vaksina almış uşaqlarda yüngül formada keçir.
Ağırlaşmaları; pnevmoniya, ağ ciyərlərin atelektazı, orta divarda və dəri altında emfizema ensefalopatiya və s.
Müalicəsi; evdə aparılır. Ağır formalarında və epidemioloji göstəriş olduqda xəstəxanada aparılır. Ağır formalarında antibiotiklərlə eritromisin (gündə 3-4 dəfə), ampisillin, tetrasklin təyin olunur. Erkən stadiyalarında göyöskürək əleyhi qamma – qlobulin (3 gün 3-6 ml) təyin edilir. Ağırlaşmalarında prednizolon vurulur. Spastik əlamətləri və öskürək reaksiyalarını azaltmaq üçün aminazin propazin istifadə edilir. Sağalma uzun çəkdikdə, stimulə edici terapiya (plazmanın köçürülməsi, fizioterapevtik proseduralar, vitaminlər) aparılır.
Profilaktika; AKDS – vaksinasiya edilir. Xəstə ilə kontakda olan uşaqlarda spesifik qamma – qlubulin (gündə bir dəfə olmaqla 3 ml 2 gün) vurulur. Xəstəlik başladıqdan sonra 30 gün ərzində izolyasiya aparılır. 7 yaşına qədər və peyvənd almayan uşaqlarda kontaktda olubsa, xəstəni izolyasiya edəndən sonra 14 günlük karantin qoyulur. Dezinfeksiya aparılmır.

QIZILÇA
Hava-damcı yolu ilə keçən kəskin virus xəstəliyidir, qızdırma, intoksikasiya, yuxarı tənəffüs yollarının katarı və papulyoz səpgi ila gedişi xarakterikdir.
Etiologiya, patogenez; paramiksovirus ailəsindən olub, xarici mühitdə tezliklə aktivliyini itirir. Gizli dövrün və səpgilərin 3 – cü gününə qədər virus qanda olur. Limfa və retikulo endotelial sistemin zədələnməsi, tənəffüs yollarının selikli qişalarının zədələnməsi baş verir, bu da səpgi ilə özünü göstərir. Allergik mexanizm də rol oynayır.
Simptomları, gedişi; gizli dövr 9-10 gündür. Kataral dördə t-ra artır, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı baş verir (zökəm, öskürək). Patoqnomik ələməti səpgidən 1-2 gün əvvəl yanaqların az hallarda isə dodaqlarda ağ ləkələrin (Filatov – Koplik) əmələ gəlməsidir. Bu ləkələr bir-biri ilə birləşmir, 2-3 günə qədər qalır. Xəstəliyin 3-5 günündə t-ra bir də qalxdıqda səpgi əmələ gəlir, bu dövr 3 gün davam edir. Sərgilər etaplarla əmələ gəlir; əvvəlcə üzdə, boyunda, sonra sinənin yuxarı hissəsində, daha sonra bədəndə və 3-cü gün ayaqlarda əmələ gəlir. Səpgi elementləri makulo papulalar bir-biri ilə birləşir, söndükdə yerində piqmentli ləkələr qalır, bu da qabıq verir. Səpmə dövründə kataral əlamətlər və intoksikasiya artır. Xəstəliyin gedişi 7-9 gündür. Öz gedişinə görə yüngül, orta ağır və ağır formalarda keçir.
Ağırlaşmaları; laringit, pnevmoniya, stomatit, otit, blefarit, keratit, ağır hallarda ensefalit, meninqoensefalit.
Müalicə; spesifik müalicə metodu yoxdur, Müalicənin əsası – yataq rejimi, xəstənin gigiyenası gözlənilməlidir, simptomatik müalicə aparılır. Bakterial ağırlaşmalarda – antibiotiklər.
Profilaktika; Bütün uşaqların 15-18 aylığından aktiv immunizasiyası aparılır. Canlı L-16 vaksinasından istifadə olunur. 1dəfə 0,5 ml durulaşdırılmış vaksina d/a yeridilir. Peyvənd olunmamış uşaqlar xəstələrlə kontaktda olduqda, prof. məqsədilə 3 ml immunoqlobulin vurulur.Səpgilərin əmələ gəlməsindən 5 günə qədər izolyasiya olunurlar. 8-ci gündən 17-ci, bəzən 21-ci gününə qədər izolyasiya davam edir.
SU ÇİÇƏYİ
Kəskin virus xəstəliyi olub hava – damcı yolu ilə keçir, əsasən uşaq yaşlarında baş verir, qızdırmalı vəziyyət, papulo-vezikulyoz səpgi və xoş xassəli gedişlə xarakterizə olunur.
Etiologiya; törədicisi herpes qrupu viruslarına aiddir, xarici mühitdə davamlıdır.Yuxarı tənəffüs yollarının selikli qişası ilə yoluxur. Gizli dövrdən onra virusemiya olur, virus dərinin epitel hüjeyrələrində çökür, xarakter səpgini əmələ gətirir. Bədəndə persist halında qala bilər və şərait yarandıqda aktivləşərək dəridə səpgilər əmələ gətirir – kəmərləyici dəmrov xəstəliyini.

Simptomları, gedişi; gizli dövr 14 gün ( 11- 21). Xəstəlik kəskin başlayır – t-ra artır, eyni zamanda dəridə səpgilər əmələ gəlir; səpgilir əvvəlcə papula olur, tez bir zamanda vezikulaya çevrilir; 1-3 gundən sonra quruyur, qabıqlanır, yeni səpgilər əmələ gəlir. Zəif uşaqlarda çox az rast gələn forma – visseral orqanlarda da generalizə olunmuş su çiçəyi səpgisi əmələ gəlir, bu da ölümlə nəticələnir.
Ağırlaşmaları; absess, fleqmona, pnevmoniya, ensefalit.
Diaqnozu; çətin deyil, əsasən təbii çiçəklə differensasiya aparılır. Aşağıdakılara diqqət yetirilir; təbiidə yüksək t-ra olur, büzdümdə güclü alrılıa olur, 4-cü gündən səpgilər əmələ gəlir, bu zaman t-ra düşür, səpgilər eyni inkişaf da olur, dərinin qalınlığında olur, çoxkameralı olur; bundan başqa, epidemioloji anamnez,labarator müayinə əsas rol oynayır.
Müalicə; Xəstələr gigiyenik saxlanır, 2-cili infeksiyaların qarşısı alınır. Səpgilər kalium – permanqanas məhlulu və brilliant yaşılı ilə sürtülür, indiferent məlhəmlər sürtülür.
Proqnoz xoşdur.
Profilaktika; Axırıncı səpgi elementi əmələ gələndən sonra 5 gün keçənə qədər izolyasiya olunur. Dezinfeksiya aparılmır. 3 yaşa qədər uşaqlar xəstə ilə kontakda olduqda, 11gündən 21 günə qədər izolyasiya olunur.

EPİDEMİK PAROTİT

İnfeksion virus mənşəli xəstəlikdir (qulaq dibi , donuz) xəstəliyidə deyilir.
Xəstəliyin törədicisi viruslardır. Xəstəlik ümumi intoksikasiya, ağız suyu vəzilərinin şişməsi. Sinir sistemin zədələnməsi ilə xarakterizə olunur.
Xəstəlik mənbəyi parotitli xəstələr hesab olunur hansı ki gizli dövrün sonundan kliniki əlamətləırin yarandığı ilk 1-2 gün ərzində yoluxucu hesab edilirlər. Yoluxma xəstəliyin 9-cu günündən sonra olmur.
Xəstəliyin yayılma yolu hava-damcı yolu ilədir. Xəstələrdə vurus ağız suyunda olur və damcılarla havaya yayılır. Parotitə yoluxma qızılca və su çiçəyinə görə nisbətən aşağıdır. Yoluxma indeksi 30-50% -dir. 1 yaşa qədər uşaqlarda nadir təsadüf edilir. Əsasən 5-15 yaş arasında yoluxma cox olur. Xəstəliyə bütün dünyada rast gəlinir. Xüsusən iri şəhərlərdə geniş yayılır. Xəstələnmə uşaq müəssələrində daha yüksək olur.
Bu xəstəlikdən sonra immunitet yaranır. Təkrar xəstələnmə cox nadir təsadüf olunur. Ölüm faizi cox aşağıdır. 1-1,5% t.e.
Xəstəliyin klinikası- müxtəlifdir.
Əsasən aşağıdakı əlamətlərlə meydana çıxır, ağız suyu və qulaqdibi vəzilər şişir. Sonra mədəaltı vəz, qalxanabənzər vəzilər zədələnir. Ən çox sinir sistemi zədələnmiş olur.
Xəstəliyin gizli dövrü 11-23 gün (18-20) davam edir. Bu dövrdə ümumi halsızlıq, baş ağrısı, əzginlik, yuxu pozğunluğu, qızdırma, vəzilərin şişməsi müşaidə olunur. Uşaqların sifəti şişir. Bu xəstəlik üçün xarakter görünüş- yəni donuza bənzər sifət olur.Xəstələrə ona görə də svinka- donuz xəstəliyi deyilir.Qulaq dibi vəzilərin şişməsi kənardan hiss olunur. Vəzlər qulaqdibindən alt çənəyə qədər böyüyür. Sifət dəri dartıldığına görə parıltılı olur. Parotit zamanı çox vaxt çinsiyyət vəziləridə zədələnir.

Bu oğlan uşaqlarında orxit, qızlarda ooforit, mastit bartolinit kimi iltihabi prosestlərin yaranmasına səbəb olur.
Pankreatit verərsə qarında ağrı, qusma, ürəkbulanma, iştahasızlıq halsızlıq verir.Gedişi 5-10 gün davam edir.
Parotit zamanı sinir sistemi zədələndiyindən bəzən meninqit, meninqoensefalit meydana çıxar. Buda qızdırma, baş ağrıları, qusma, gərginlik, bəzən qıc olma ilə müşayət olunur.
Meningitin gedişi çox uzun olmur, lakin xəstələr sağaldıqdan sonra bir sıra əlamətlər bir neçə ay saxlanılır. Məsələn tez yorulma, yuxuya meyillilik və s.
Ağırlaşmaları: orxit, meninqit, meninqoensefolit, pankreatit.
Müalicə: Parotit zamanı etiotrop müalicə yoxdur. Lakin simtomatik müalicə aparılır. Mütləq qızdırma düşənədək yataq rejimi ,quru kompreslərin qoyulması, ağız boşluğuna qulluq yəni tez-tez qar- qara( qaynamış su, zəif marqans, bor turşuşu ilə) və çoxlu maye qəbul etmək lazımdır. Ağrıkısicilərdən istifadə edilir. Ağır hallarda antibiotiklər təyin edilir. Xüsusən oğlan uşaqlarında orxit zamanı antibiotiklərin qəbulu mütləqdir. Belə xəstələrə vitaminlər və vitaminli qidaların (xüsusən meyvə şirələri) verilməsi vacibdir. Çalışmaq lazımdır ki, udma aktı çətinləşdiyi üçün belə xəstələrə qida duru halda verilsin.

25