• en
  • ru

YANIQLAR. DONMALAR. ELEKTRİK CƏRƏYANI İLƏ ZƏDƏLƏNMƏ

YANIQLAR

Yüksək hərarətin təsirindən – termiki yanıqlar, kimyəvi maddələrin (turşuların, qələvilərin) təsirindən – kimyəvi yanıqlar, nüfüzedici radiasiyanın təsirindən – şüa yanıqları və elektrik cərəyanının təsirindən baş verir. Yanıqlar – dəri toxumalarının, dəri təbəqəsinin və üzvlərinin zədələnməsidir. Toxumaların 52 dərəcədən artıq qızması toxumalarda zülaların geridönməz koaqulyasiyasına səbəb olur. Kliniki praktikada ən çox termiki yanıqlar rast gəlir. Zədələnmənin ağırlığı t-un dərəcəsindən, təsirin müddətindən, zədələnmənin yerindən və böyüklüyündən asılıdır. Ən ağır yanıqları alov, ərimiş metal, təzyiq altında buxar, qaynayan yağ, qaynar qaz törədir. Ən çox əlin, ayaqların, gözlərin yanıqları rast gəlir. Gündəlik həyatda yanıqlar ən çox neftdən, qazdan ehtiyatsız rəftar etməkdən, isti xörəkdən, qaynar sudan baş verir. Uşaqlar ən çox qaynar sudan yanırlar. Hal – hazırda bütün dünyada hər il 100000-dən çox adam yanıqdan tələf olur. Əgər keçmiş müharibələr şəraitində ən çox itki odlu silah tərəfindən yaralanmalar zamanı olurdusa, indiki müharibələr şəraitində termiki zədələnmələr (yandırıcı silahlardan istifadə nəticəsində) 80%-dən çox olur.
Klinikası: Ağırlığına görə yanıqlar 4 kliniki formada rast gəlir;
1-ci dərəcəli yanıqlarda – dərinin qızarması, şişginliyi və ağrı olur. Qan damarlarının genəlməsi, plazmanın damar divarından xaric olması şişginliyə səbəb olur. 3-6 gündən sonra sağalma baş verir, dəridə olan bütün əlamətlər keçir, yerində isə piqmentasiya qalır, bəzən qabıq verir.
2-ci dərəcəli yanıqlarda – suluqlar ya dərhal, ya da müəyyən vaxt keçdikdən sonra əmələ gəlir, suluqlarda olan maye şəffaf olur, dəri ilə geniş sahədə birləşmiş, ya dca dəridən sallanmış vəziyyətdə ola bilər, intensiv qızartı və ağrı ilə müşayət olunur, dərinin dərin qatları prosesə cəlb olunmur, infeksiya qoşulmazsa, 10-15 günə tam sağalma baş verə bilər.
3-ci dərəcəli yanıqlarda dərinin bütün qatları yanır, boz, bəzən isə qəhvəyi və ya qara rəngdə qartmaq əmələ gəlir, həmin toxumalarda hissiyat itir, yara ikincli sağalır, yerində kobud çapıq qalır, bəzən isə plastik operasiya etmək lazım gəlir.
4-cü dərəcəli yanıqlarda – kömürləşmə baş verir, əzələlər, vətərlər, sümüklər yanır. Əgər aşağı və yuxarı ətraf bu cür yanarsa, xəstənin vəziyyətini yalnız amputasiya xilas edir.
Yanıq səthi – bədənin sahələrinin % hesabı ilə ölçülür; boynun və başın səhəsi – 9%, ayaqlar – 18%, əl – 9%, bədənin ön və arxa səthi müvafiq olaraq – 18% hesab olunur. Yanıqlar bədən səthinin 30%-ni əhatə etdikdə və ya dərin yanıqlar 10%-ni əhatə etdikdə yanıq şoku baş verir – uzun müddətli erektil fazası olur, ağrıya dözə bilməyib, özlərini hara gəldi çırpırlar, oriyentasiyanı itirirlər. A/t az artır, sonra düşür, xarakter əlaməti – çoxlu miqdarda plazmanın itirilməsi nəticəsində qanın qatılaşmasıdır, sidiyin miqdarı azalır, tünd rəngli olur, qusma və ishal olur. Müalicəyə vaxtında başlanmazsa xəstə 18 – 24 saata ölür. Şok fazasından sonra kəskin yanıq intoksikasiyası başlayır – yüksək hərarət, taxikardiya, iştahanın azalması, yaraların gec sağalması xarakterikdir.
Kimyəvi yanıqlar – yandırıcı təsir göstərən kimyəvi maddələrin bilavasitə təsiri nəticəsində əmələ əglir. Turşular, qələvilər, ağır metallar, fosforlu üzvü maddələr – belə maddələrdir. Kimyəvi yanıqlar təsadüfü və qəsd nəticəsində ola bilər. Əsas cəhəti odur ki, dərhal kömək göstərilməzsə, yanıq səthi öz-özünə get-gedə artır, buna görə də 20-30 dəq müddətində dərinləşir. Kimyəvi yanıqlarda az hallarda suluqlar əmələ gəlir, çünki çox zaman 3-4-cü dərəcəli yanıqlar baş verir. Turşuların təsirindən qaysaq yaranır, qələvilərlə yandıqda isə nekroz baş verir. Həmçinin kimyəvi maddələr ümumi zəhərləyici təsirli ola bilər.
İlk yardım; paltar dərhal çıxardılır, kimyəvi maddənin təsiri aradan götürülür. Dərini çoxlu su ilə yuyurlar. Turşularal yanıqlarada 4%-li soda məhlulu ilə isladılmış aseptik sarğı qoyulur, qələvi yanıqlarında isə hidroxlorid, limon turşusu və ya sirkə ilə isladılmış sarğı qoyulur. Belə xəstələr yanıq şöbələrinə, ümumi zəhərlənmə əlamətləri olduqda toksikologiya şöbələrinə köçürdülür.
Şüa yanıqları – xüsusi xəstəliklərdəndir, adi yanıqlardan gizli dövrün olması ilə fərqlənir. Şüalanmadan sonra dərialtı sulu şişkinlik əmələ əglir. Şişkinliyin üzərində dərinin rəngi açıq sarı olur, qıraqları isə qırmızı xətlə əhatə olunur. Yanıq yerində qansızmalar olur, yaralar, daha sonra xoralar əmələ gəlir.
Yanıqlarda ilk yardım; xəsarət ocağında yaraya aseptik quru sarğı qoyub, isti paltara büküb, xəstəxanaya çatdırmaq lazımdır. Mütləq tetanusa qarşı zərdab vurulmalıdır. 1-ci dərəccli yanıqlarda yanıq səthini 33%-li spirt məhlulu ilə işləyirlər, 2-3-4-ci dərəcəli yanıqlarda isə spirtlə işlədikdən sonra aseptik sarğı qoyulur. Bu zaman şok əlamətləri olmazsa, yanığın ilk cərrahi işlənməsi başlanır – bu məqsədlə yanıq ətrafındakı dəri naşatır spirti ilə silinir, sonra spirtlə təmizəlnir, yanıq üzərindəki yanmış paltar qalıqları və dəri kənar edilir, böyük suluqlar kəsilir, maye kənar edilir. Müalicəsi açıq və qapalı üsulla aparılır. Qapalı üsulda, yanıq səthini işlədikdən sonra, üzərinə müxtəlif məlhəmlər və emulsiya yaxılmış aseptik sarğı qoyulur. Məsələn; Vişnevski məlhəmi, 10%-li sintomisin emulsiyası, steril vazelin, balıq yağı, solyaris məlhəmi və s. Sarğılar 3-4 gündən bir dəyişdirilir, dəyişdirməzdən əvvəl isti vanna qəbul etməlidir. Suluqlar partladıqda yaranı novokain məhlulu ilə yuyurlar.
Açıq üsulla müalicə zamanı xəsəni steril yatağa uzadırlar, üzərinə isə karkas qoyurlar, karkasın altına işıq çəkilir, dərman maddələri birbaşa yanıq səthinə çəkilir, üzərinə sarğı qoyulmur.
Gözlərin yanması hallarında 0,25%-li dikain məhlulu 2 damcı tökülür, göz qapaqlarının arxasına 5%-li sintomisin və ya 30%-li albusid məlhəmi qoyurlar.
Geniş sahəli yanıqlarda vena daxili qanı əvəzedicilər, duz məhlulları, qlukoza köçürürlər, çoxlu maye içirdilir. Kəskin ağrılarda ağrıkəsicilər – morfin, promedol, seduksen vurulur. Xəstələrin daşınması yarımoturaq vəziyyətdə, yanıq səthi heç bir səthə toxunmadan aparılmalıdır.

DONMALAR

Donma – 0 dərəcədən aşağı hərarətin bədənin hər hansı bir hissəsinə uzun müddət təsir etməsi nəticəsində baş verən zədələnmədir. Havanın hərarəti nə qədər aşağı olarsa, küləyin hərəkəti nəqədər qüvvəli, şiddətli olarsa, bədən bir o qədər tez və dirin dona bilər. Donma 2 cür olur; ümumi və yerli.
Ümumi donma aşağı hərarətin bədənə uzun müddət təsir göstərməsi nəticəsində qan dövranı tədricən dayanır, beyində anemiya başlayır, orqanizmin bütün toxumalarında dərin dəyişikliklər əmələ gəlir, ürək və tənəffüs fəaliyyəti dayanır, xəstə dərin yuxuya gedir və ölüm baş verir. Sülh vaxtı – gəmilərin batması, alpinistlərlə bədbəxt hadisələr baş verdikdə, alkoqol sərxoşluğunda, huşun itirilməsində baş verə bilər. Müharibələr zamanı isə yaralılar məruz qalır.
Simptomları – soyuqdəymə, titrətmə olur, dəri örtüyü ağarır, elastikliyini itirir, quru olur, «qaz ətinə» oxşayır. Bədənin t-ru 35 dərəcə olduqda sifət avazıyır,, sianoz olur, oynaqlarda, cinsiyyət orqanlarında ağrılar başlayır, sidik ifrazı ağrılı olur, miqdarı çox olur, əhvalı pisləşir, apatiya olur, hərəkətlərin koordinasiyası pozulur, görmə pisləşir, yorğunluq, yuxululuq əmələ gəlir. Ümumi donmanın 4 fazası olur: 1-ci fazada bədən hərarəti normal olur. 2-ci fazada – 1-2 dərəcə aşağı düşür. Dəri örtüyü ağarır, dəri soyuq olur, ağrı olur. Əvvəlcə arterial təzyiq qalxır, taxikardiya olur, hüşu aydın olur. 3-cü fazada – hərərət 34-dən 27dərəcəyə qədər olur, ağrı hissi itir, şüuru qarışır, bradikardiya olur.
4-cü fazada hərarət 27 dərəcədən aşağı olur, tənəffüs, nəbz, arterial təzyiq çətinliklə ölçülür. 24 dərəcədən aşağı olduqda geridönməz dəyişikliklər baş vnrir.
Müalicə – dərhal başlanmalıdır; soyuq paltarlar dəyişdirilir, isti odeyala bükülür, isti maye içirdilir, vena daxilinə izotonik məhlul, 5%-li qlukoza yeridilir, isti su ilə imalə edilir, isti vanna qəbul edilir (37dərəcə). Bədənin t-ru 33-35 dərəcə olduqda vanna qəbulu dayandırılır.
Yerli donma – əsas şərtləri külək və nəmlikdir. 12-24 saatdan sonra donmanın dərəcəsini bilmək olar. 4 dərəcəsi ayırd olunur.
1-ci dərəcəli donma – soyuğun 40-60 dəqiqə təsiri nəticəsində adətən dəri avazıyır. İsitdikdə dəri qızarmağa başlayır, ödem inkişaf edir. 1-2 həftədən sonra bütün əlamətlər keçir, soyuğa həssaslıq qalır, əldə və ayaqda ağrılı qaşınan, göy – qırmızı rəngli ödemlər qalır.
2-ci dərəcəli donmada – damar spazmı artır, qanlı – seroz möhtəviyyatlı suluqlar əmələ gəlir, xəstə sızıldayan ağrılardan şikayətlənir, ona elə gəlir ki, iynə batırırlar, dırnaqlar düşür, xəstənin hərarəti qalxır, üşütmə başlayır, xəstə narahat yatır.
3-cü dərəcəli donmada dərialtı toxumanın nekrozu başlayır. Bu zaman qan damarları donur, öz quruluşunu dəyişir, yerli qanazlığı başlayır, dəri əvvəlcə solğun, sonra isə tünd bənövşəyi və ya qara rəng alır.
4-cü dərəcəli donmada – vətərlərin, əzələlərin, sümüklərin nekrozu başlayır, qara rəng alır, əvvəlcə ödemli olur, sonra mumifikasiya baş verir. Nekrozun dərinliyini 4-6 gündən sonra bilmək olur. Əvvəlcə xəstə hissiyatını tamamilə itirir, qızdıqca dözülməz şiddətli ağrılar başlayır. 3-4-cü dərəcəli donmalarda hərarət 1-2 həftə müddətində 38 dərəcə olur.
İlk yardım: isti otağa gətirilir, ayyaqqabıları, əlcəkləri çıxardılır, sonra ətrafı 32-34 – dərəcəli vannaya qoyurlar, 10 dəqiqə müddətində suyun hərarəti 40-45 dərəcəyə çatdırılır. Əgər qızdıran vaxt ağrı tez keçərsə, hissiyat bərpa olunarsa, ətraf qurulanır. 33%-li spirtlə silinir, isti əlcək və ya corab geyindirilir. Əgər isitmə zamanı güclü ağrı əmələ gələrsə, avazıma qalarsa, bu dərin donmanın əlamətidir, bu zaman xəstəni travmatoloci şöbəyə göndərirlər. Ağrılar zamanı morfin vurulur, spazmolitiklər yeridilir. 3-4-cü dərəcəli donmalarda amputasiya edilir.

ELEKTRİK CƏRƏYANI İLƏ ZƏDƏLƏNMƏ

Elektriklə zədələnmə böyük sənaye mərkəzlərində baş verir və ümumi zədələnmələrin 0,38 %-ni təşkil edir. Bu zədələnmələr daha tez-tez ölümlə nəticələnir. 50 vattdan yüksək elektrik cərəyanı istilik və elektrie effekti yaradır. Ən çox məişətdə və istehsalatda elektrik cihazları ilə işləyərkən texniki təhlükəsizlik qaydalarına əməl etmədikdə baş verir.
Əlamətləri – elektrik cərəyanının gərginliyi və təsir müddəti nə qədər çox olarsa, o qədər də ağır zədələnmə baş verir.
Cərəyanın daxil və xaric olduğu yerdə ağır elektroyanıqlar, hətta kömürləşmə baş verə bilər. Yüngül hallarda cərəyan «nişanələri» – dairəvi ləkələr – 1-6sm diametrində – ortası tünd kənarları göyümtül olur. Termiki yanıqlardan fərqli olaraq, tüklər «ütülmüş» olmur. Bu ləkələrin kənarlarında dəridə cırılmış arı pətəyi şəklində dəyişiklik olur. Ümumi təsiri ondan ibarətdir ki, ətrafların əzələlərində cərəyanla təmas zamanı əzələlər kəskin qıcolma kimi yığılır. Yüksək gərginlik zamanı isə huşun itməsi, tənəffüsün dayanması, aritmiya, hətta fibrilyasiya baş verə bilər. Ürək fəaliyyətində dəyişiklik hətta bir neçə gündən sonra özünü göstərə bilər (EKQ). Bəzən cərəyanın təsirindən zədələnən şəxs kənara atılır, nəticədə sümüklər sınır, daxili orqanlarda ağır zədələnmələr əmələ gələ bilər. Ağır hallarad kardiogen şoku xatırladan hal əmələ gələ bilər – tez-tez zəif nəbz, arterial təzyiq aşağı düşür, avazımış, qorxmuş, təngənəfəs vəziyyətdə olur. Bəzi hallarda qıcolmalar, tənəffüsün dayanması baş verə bilər. Diaqnozu qoymaq üçün cərəyan ilə əlaqədə olub – olmaması, cərəyan «nişanələrinə», ümumi əlamətlərə fikir vermək lazımdır.
İlk yardım; İlk növbədə cərəyanın təsirini kəsmək lazımdır, bu cərəyanın mənbədə söndürülməsi yolu ilə, yaxud da quru taxta parçası ilə məftili kənara atmaqla edirlər. Tənəffüs dayandıqda süni tənəffüs vermək, ürək və damar vasitələri (adrenalin, kordiamin, kofein), tənəffüsü stimulə edən (lobelin) yeridilir. Yara səthinə aseptik sarğı qoyulur. Yanıqların müalicəsi ümumi qaydada aparılır. Ağır hallarda dərhal reanimasiyaya aparmaq lazım gəlir.

54