• en
  • ru

Qızdırma

Qızdırma xəstəlik deyil, əksinə fərqli xəstəliklərin əlaməti kimi meydana çıxır. Bədən hərarətinin yüksəlməsi elə də  qorxulu bir hal deyil. Əksinə temperaturun yüksəlməsi bədənin reaktivliyinin (yəni zərərli maddə və ya mikroorqanizmlərə qarşı reaksiya qabiliyyəti) güclü olmasını göstərir.

Sağlam  adamlarda  bədən  hərarəti  sabit  olur,  səhər—axşam  hərarəti  arasında  fərq  az olur,  fərq  0,3  və  ya 1  dərəcə  arasında  olur. T- ra  37 dərəcədən  artıq  olmamalıdır. Uşaqlarda  bir  qədər  yuxarı,  qocalarda  isə,  aşağı  olur. Düz  bağırsaqda  hərarət  qoltuq  və  qasıq  nahiyəsindən   bir  dərəcə  yüksək  olur. Adətən, hərarət qoltuq  nahiyəsində  yoxlanır. Bu  zaman  qoltuq  çuxuru  təmiz  silinir,  termometr  ən  dərin  hissəyə  qoyulur,  10  dəqiqə  saxlanır. Sonra  termometr  içində  dezinfeksiyaedici  məhlul  olan  bankaya  qoyulur.  Uşağın  hərarətini  qasıq  büküşündə  ölçülür.

Qızdırma haqqında bədən temperaturunun 38°C-dən yüksək olması zamanı danışılır. Temperaturun ən düzgün təyin etmə üsulu onun düz bağırsaqda, qulaqda və ya ağız boşluğunda ölçülməsidir.

Normal bədən temperaturu səhərlər ağız boşluğunda 36.8±0.4°C hesab edilir.

Temperaturun yüksəlməsindən aslı olaraq qızdırmanın aşağıdakı formaları müəyyən edilir:

  • Temperaturun 38°C-yə qədər yüksəlməsinə subfebril qızdırma deyilir
  • Bədən temperaturunun 38-38,5°C arasında olması mülayim qızdırma hesab edilir
  • Bədən temperaturunun 39°C-dən çox olması yüksək qızdırma hesab edilir.

 Bədən temperaturu baş beyində hipotalamus tərəfindən tənzim edilir. Pirogen adlanan maddələr bədən hərarətinin  tənzimi üçün cavabdehdirlər. Orqanizmin özündə sintez edilən endogen və ya bakteriya, virus,  göbələk və parazitlər tərəfindən ifraz edilən ekzogen pirogenlər hipotalamus vasitəsilə bədən hərarətini yüksəldir. Pirogenlər bədəndə  prostoqlandin E2-nin (PGE2) sintezini təmin edir ki, PGE2 öz növbəsində hipotalamusa təsir edərək bədənin sistemli reaksiyasını törədir.

TİBBİ  TERMOMETR. Termometr—insan  bədəninin  hərarətini  ölçmək  üçün  cihazdır.  Nazik  şüşədən  ibərət  korpusu   və  korpusun  aşağısında   civə  üçün  rezervuar  var. civə  olan  hissə  nazik  şüşə  borucuq—kapillyar  ilə  birləşib,  kapillyarın  üzərində  şkala  bərkidilib.  Şkala  bədən  hərarətini 0,1 dərəcə  dəqiqiliyi  ilə  ölçmək  üçün  nəzərdə  tutulub,  34—42  dərəcə  arasında  hərarəti  ölçür.  Bədənin  hərarətini  ölçdükdə  istinin  təsirindən  civə  qızır  və  kapillyara  keçir  və  bədənin  tempraturasına  uyğun  şkalaya  qalxır.  Termometrin  göstəricisi hərarəti  ölçdükdən  sonra  dəyişmir,  yalnız  onu  silkələdikdə  öz  yerinə  qayıdır.  Hərarətin  ölçülməsinin  çox  böyük  diaqnostik  əhəmiyyəti  var.

Adətən  bədən  hərərıtini qoltuqaltı  çuxurda  (qasıq  büküşündə, düz  bağırsaqda )  ölçürlər,  bu  zaman  civə  olan  hissə  quru  silinmiş  qotuqaltı  çuxura  qoyulur,  7-10  dəqiqə  müddətində (düz  bağırsaqda  5  dəq.)  saxlanır. Gündə  2  dəfə  səhər  saat  7-də,  axşam  18.00—da  ölçülür  və  t—vərəqində  qeyd  edilir.  Ev  şəraitində  karton  qutuda  saxlanır,  işlətməzdən  əvvəl  spirtlə  və  ya  odekolonla  silinir.

Qızdırmanın tipləri.  Qızdırma  həm  infeksion  və  həm  də  qeyri—infeksion  təbiətli  xəstəliklər  zamanı  müşahidə  edilir.  Qızdırmanın  inkişafında 3  stadiya  ayırd  olunur.  1—ci  t-un  qalxması,  2-ci  nisbi  olaraq  həmin  səviyyədə  qalması,  3-cü  düşməsi.  T-un  düşməsi  kritik—kəskin  bir  neçə  saat  müddətində,  litik—tədricən  bir  neçə  gün  müddətinə  ola  bilər.

Qızdırmanın xarakteri onun səbəbləri haqqında ilkin fikir yarada bilər. Xarakterinə görə qızdırmanın aşağıdakı tipləri qeyd olunur:

  • Subfebril hərarət: bədən temperaturu 38°C-yə qədər yüksələ bilir və gün ərzındə bu həddə qədər dəyişə bilir. Bu tip qızdırma adətən vərəm, revmatik xəstəliklər və xərçəng zamanı qeyd edilir.
  • Daimi qızdırma (febris continua): gün ərzındə çox dəyişməyən (1°C-dən az) davamlı yüksək hərarət qeyd edilir. Bu tip hərarət bakterial və ağır virus infeksiyaları zamanı ola bilər.
  • Zəiflədici qızdırma (febris remittens): gün ərzində çox dəyişən (2°C-yə qədər), amma normal səviyyəyə düşməyən yüksək hərarət qeyd edilir. Bu tip qızdırma lokal məhdudlaşmış bakterial infeksiyalar, orta qulaq iltihabı, burun ətrafı ciblərin iltihabı və sidik yollarının infeksiyaları zamanı rast gəlinir.
  • Dəyişən qızdırma (febris intermittens): gün ərzində çox dəyişən (2°C-yə qədər) və normal səviyyəyə qayıda bilən yüksək hərarət qeyd edilir. Bu tip hərarət daha çox sepsis və absesslər zamanı rast gəlinir.
  • Qayıdan qızdırma (febris recurrens): müntəzəm olaraq normal hərarətli günlərlə kəsilən qızdırma epizodları qeyd olunur. Bu tip gızdırma daha çox malariya zamanı qeyd edilir.

Qızdırmanın səbəbləriQızdırmanın çeşidli səbəbləri mövcuddur. Ən tez-tez rast gəlinən səbəb bakterial və ya virus infeksiyalarıdır. Bununla yanaşı, iltihabi və revmatik xəstəliklər, eləcə də xərçəng də qızdırma törədə bilir. Aşağıda ən çox rast gəlinən səbəblər və yanaşı gedən əlamətlər qeyd edilmişdir:

  • Yuxarı tənəffüs yollarının infeksiyaları. Yanaşı olaraq zökəm, öskürək, boğazda ağrı;
  • Orta qulağın iltihabı. Yanaşı olaraq qulaqda ağrı, ağır eşitmə;
  • Bronxitlər. Yanaşı olaraq öskürək, təngnəfəslik;
  • Tonzillit (Angina). Yanaşı olaraq boqazda ağrı, badamcıqlarda irinləmə və ağızdan iy;
  • Siunsitlər (Sinusitis). Başqa sözlə burunətrafı ciblərin iltihabı adlandırılan sinusitlər zamanı yanaşı olaraq burundan ifrazat, tıntıllıq və baş ağrıları;
  • Mədə-bağırsaq infeksiyalrı. Yanaşı olraq ishal və qusma;
  • Ağciyərlərin iltihabı (Pnevmoniya). Yanaşı olaraq öskürək, təngnəfəslik, döş qəfəsində ağrılar;
  • Sidik yollarının infeksiyaları. Yanaşı olaraq sidiyə getmə ağrılı, tez-tez və yarımçıq olur. Qarının aşağı nayihəsində zəif ağrılar olur;
  • Yanaşı olaraq sağ qalça çuxuru nayihəsində ağrılar və gərginlik, ürəkbulanma, qusma;
  • Meningit—beyin  qişasının iltihabı adlanan meninqitlər zamanı yanaşı olaraq başda ağrılar, boyun əzələlərində gərginlik, işıqdan qorxu və digər nevroloji əlamətlər;
  • Osteomielit—sümük iltihabı adlanan osteomielitlər zamanı yanaşı olaraq sümükdə ağrı, iltihaba uğramış regionda qızartı və şişkinlik qeyd olunur;
  • Abses-məhdudlaşmış  irinlik adlanan abses zamanı yerləşməsindən aslı olaraq şişkinlik, qızartı, ağrı və əl vurduqda istilik;
  • Bəzi spesifik infeksiyalar: HİV, Vərəm, Bruselyoz, Malariya və s. Yanaşı olaraq bu infeksiyalar zamanı fərqli xarakterik əlamətlər;
  • İltihabi Bağırsaq xəstəlikləri. Bunlara Kron xəstəliyi, xoralı kolit aid edilir. Yanaşı olaraq ishal, qarında ağrı, qanlı nəcis ifrazı;
  • Revmatoloji xəstəliklər. Yanaşı olaraq dizlərdə ağrı, qızartı, şişkinlik;
  • Xərçəng xəstəlikləri. Qızdırma törədə biləcək xərçəng xəstəliklərinə leykoz, limfomaları aid etmək olar. Yanaşı olaraq limfa düyünlərinin böyüməsi, zəiflik, səbəbsiz arıqlama
  • Bəzi dərman maddələri də qızdırma verə bilir.

Qızdırma  zamanı bədən dəri vasitəilə çoxlu maye itirir. Bu itkinin yerini doldurmaq üçün çoxlu miqdarda su, çay, meyvə şirələri  içmək tövsiyyə olunur. Çoxlu mayenin  qəbulu eyni zamanda qızdırmanı törədən faktorların tər və ya sidik vasitəsilə xaric edilməsinə də kömək edir. Qızdırma zamanı elə geyim seçmək lazımdır ki, bədən  istini xaricə ötürə bilsin. Bu nöqteyi-nəzərdən  nazik pambıqdan  alt köynəkləri daha məqsədəuyğundur. Qızdırma zamanı otaq  temperaturunun yüksək olmasına elə də ehtiyac yoxdur. Tövsiyyə olunur ki, qızdırmalı çox  fiziki işlə məşğul olmaq məqsədəuyğun  deyil və qısa bir müddət istirahət götürmək daha düzgündür.  Amma bütün günü yataqda keçirmək də tövsiyyə olunmur. Hərarətinin çox yüksək olması hallarında soyuq  su ilə isladılmış dəsmalla bədən silinə bilər. Su çox soyuq olmamalı və bu prosedura 10-15 dəqiqədən çox olmamalıdır. Qızdırmanın salınması üçün hər hansı bir dərman maddəsinin özbaşına istifadə edilməsi düzgün deyil və mütləq həkimin məsləhəti ilə qəbul edilməlidir.

Yuxarıda sadaladıqlarımızdan görünür ki, hərarət fərqli səbəblərdən yarana bilir və ağırlıq dərəcəsinə  görə bir-birindən kəskin fərqlənə bilir. Elə qızdırma olur ki, öz-özünə keçib gedir. Amma eləsi də var ki, həkimin ciddi nəzarəti altında müalicə olunmalı və hətta bəzən cərrahi əməliyyat belə keçrilə bilər. Odur ki, hansı hallarda həkimə müraciət etmənin lazım gəliyi haqqında  dəqiq tövsiyyə vermək çətindir. Hətta  adi insanın diqqətini çəkməyən və xəstəni çox narahat etməyən qızdırma həkim tərəfindən ciddi bir patologiyanın səbəbi kimi qiymtləndirilə bilər. Bu nöqtey-nəzərdən qızdırma hallarında həmişə həkimə müraciət etmək tövsiyyə edilir. Aşağıdakı hallarda həkimə müraciəti qətiyyən gecikdirmək olmaz:

  • Çox yüksək qızdırma
  • Bir neçə gen davam edən qızdıma
  • Qızdırma ilə yanaşı digər şikayətlər olarsa: ürəkbulanma, qusma, sidiyi getmənin ağrılı olması, qarında ağrı, ümumi zəiflik və s.
  • Qızdırma ilə yanaşı nevroloji əlamətlərin, qıcolmaların olması

Müalicə.  Qızdırmanın səbəbindən aslı olaraq müalicəsi həkim tərəfindən təyin edilir. Məsələn, bakterial infeksiyalar zamanı həssaslıq nəzərə alınaraq antibiotiklərin təyini ilə müalicə  aparıla bilər. Əgər qızdırmanın səbəbi  absesdirsə yerləşməsindən aslı olararaq fərqli üsullarla açılaraq irin xaric edilməlidir. Əməliyyatdan sonra isə həkim infeksiyanın tam aradan qaldırılması üçün fərqli dərmanlar təyin edə bilər. Beləliklə, qızdırma zamanı əsas məqsəd qızdırmanı törədən səbəbin düzgün müəyyən olunması və onun zamanında aradan qaldırılmasıdır.

 

 

26