QAN DÖVRANINA TƏSİR TƏDBİRLƏRİ
Qan dövranına təsir tədbirləri bəzən vaxtında istifadə edildikdə, xəstəliyin gedişinə müsbət təsir edir.
BANKA VƏ ONUN İSTİFADƏSİ—yayındırıcı vasitədir. Təsir mexanizmi dəriyə qoyulan zaman daxilində mənfi təzyiq yaranır nəticədə dəri bankanın içərisinə sorulur, qan həmin nahiyəyə yığılır, qan damarları genişlənir və cırılır, nöqtəvari qan sızmalar yaranır, bir-—iri ilə birləşir böyük ocaqlar əmələ gətirir, sonra isə sorulur. Sorulma məhsullarının qana sorulması qanyaradıcı orqanları stimulə edir. Adətən ağ ciyər və bronxlarda iltihabi və durğunluq əlamətləri olduqda, əzələlərdə, sinir kötüklərində ağrılı proseslərdə istifadə edilir. Əks—göstəriş; dəri xəstəlikləri və qanaxmalar.
Bundan başqa müalicəvi aə diaqnostik məqsədlə də istifadə edilir. Bu məqsədlə kürəkarası və büzdüm nahiyələrinə qoyulur. Əvvəlcə, dəri dezinfeksiyaedici məhlulla silinir, lazımi yerlərdə xırda və səthi kəsiklər edilir və adi qayda ilə qoyulur. 5 dəq.dən artıq saxlanmır. Bu müddət ərzində hər bankaya 20—30 ml qan yığılır, bankalar özü qopub düşür, həmin sahə təmiz silinir, steril salfetkalar qoyulur.
XARDAL YAXMALARI. Yerli olaraq qan və limfanın çox axıb toplanması məqsədilə işlədilir. Göstəriş olduqda, döş qəfəsi nahiyəsinə və ənsəyə qoyulur.
ZƏLİ və ondan istifadə qan dövranına təsir tədbirlərindəndir. Adətən, güclü baş ağrıları ilə keçən hipertoniya xəstəliyində, baş gicəllənməsində, insultönü vəziyyətlərdə istifadə olunur, bundan başqa, tromboflebitlərdə, hemorroyda və bir sıra digər xəstəliklərdə istifadə olunur.
QURU VƏ YAŞ İSTİNİN TƏTBİQİ: titrətmədə, güclü soyuqdəymədə ümümi quru istidən istifadə olunur. Bu zaman xəstəni isidilmiş quru odeyallarla bürüyürlər, və qaynar isidicilər üzərinə qoyulur, aspirin verilir. 2-3 saatdan sonra paltarlarını dəyişdirib, qurusu ilə əvəz edirlər. Bu məqsədlə quru hava vannalarından da istifadə olunur. Bu qurğu üzərində elektrik lampaları olan yarısilindrlərdən ibarətdir, hündürlüyü isə 75—100 sm olur. Xəstənin boynunu quru dəsmalla örtürlər, başına soyuq kompress qoyulur xəstənin üzərində quraşdırılır. Belə vannalardan 15—30 dəq istifadə olunur.
Nəm istinin tətbiqi böyrək xəstəliklərində, tərləməni artırmaq məqsədilə, bir sıra sinir xəstəliklərində, yuxusuzluqda istifadə edilir.
İSİDİCİ KOMPRESS—adətən, yerli olaraq qan toplaqması məqsədilə, əzələ gərginliyini aradan götürmək məqsədilə, iltihabi infiltratları sorulması, ağrıların azalması üçün istifadə edilir. 12 saata qədər saxlanır, bədənin hər hansı nahiyəsinə istifadə olunur.
Texnikası; bir neçə qat tənzif və ya material otaq t-da suda isladılır, sıxılır, xəstə nahiyəyə qoyulur, sonra üzərinə su keçirməyən material örtülür, üzərindən də istiliyi saxlamaq üçün material qoyulur və bintlə sarınır. Bəzən su əvəzinə spirtdən də istifadə olunur.
SOYUQ PROSEDURALARININ İSTİFADƏSİ: yerli məqsədlə qan damarlarının daralması və orqan və ya hər hansı nahiyənin qandolğunluğunu azaltmaq üçün istifadə edilir (əzilmələrdə, daxili qanaxmalarda və s.).