QAN İNFEKSİYALARI
SƏPGİLİ YATALAQ – (epidemik və ya bit yatalağı). Kəskin rikketsioz xəstəlikdir, titrətmə – qızdırma, ümumi intoksikasiya, damarların və sinir sisteminin zədələnməsi ilə xarakterizə olunur. İllər keçdikdən sonra xəstəliyin residivi mümkündür (Brill xəstəliyi).Transmissiv antroponozoonozlara aiddir, bitlər vasitəsilə keçirilir.
Etiologiya; törədicisi Provaçek rikketsiyalarıdır. Orqanizmə dəridə qaşınma zamanı ən kiçik zədələnmə ocağından yoluxmuş bitlərin ifrazatları ilə keçir. Damarların endotelisində artır, vaskulit əmələ gəlir. Ən çox dəyişiklik beyində, böyrəküstü vəzilərdə və dəridə olur. Rikketsiyalar parçalandıqda xaric olunan toksinlər endotoksiki intoksikasiya yaradır.
Simptomları, gedişi; gizli dövr 12-14 gün çəkir. Başlanğıcı kəskin olur. Baş ağrıları, ümumi zəiflik, əzginlik, titrətmə, hipersteziya, yuxusuzluq, oyanıcıllıq, t-ra 39-400 olur. Sifətin və boynun dərisi hiperemiləşir, konyuktivada damarlar genişlənir, xırda qansızmalar olur, əsnək hiperemiləşir, yumşaq damaqda tək-tək qansızmalar olur. 4-5- ci gün səpgili ekzema əmələ gəlir. Səpgilər çox olur, polimorf olur, 1-cili, 2-cili petexiyalar olur, 6-7 gündən sonra keçir. Taxikardiya, təngənəfəslik, hipotoniya olur. 4-5 ci gün dalaq və qara ciyər böyüyür. Ağır hallarda səpgili yatalaq ensefaliti əmələ gəlir. Temperatura antibiotiksiz 8-12-ci gün düşür, antibiotiklərlə müalicə başladıqda isə 1-2 gün sonra.
Ağırlaşmaları; pnevmoniya, venaların trombozu, otit.
Diaqnostika; Brill xəstəliyi tez-tez rast gəlir. Buna görə də anamnezi bilmək lazımdır. Xəstəliyin 2-ci həftəsində antitellər əmələ gəlir və rikketsiyaların aqqlütinasiya reaksiyası qoyulur.
Müalicə; tetrasklin 0,3-0,4q 6 saatdan bir 4-5 gün müddətinə təyin edilir. Proqnozu yaxşıdır.
Profilaktika; t-ra düşdükdən 12 gün sonra evə yazılır. Kontaktda olan adamlarda 25 gün ərzində t-ra ölçülür. Epidemioloji göstəriş olduqda spesifik profilaktika aparılır.
Malyariya
Xəstəliyin törədiciləri 4 növ malyariya plazmodiləridir. Bizim ölkəmizə Afrika, Cənub-Şərqi Asiya və Latin Amerikası ölkələrindən gətirilir.
Xəstəliyə yoluxma anofeles ağcaqanadlarının dişləməsi zamanı baş verir, bu zaman plazmodium liçinkaıları qana daxil olur, sonra qara ciyər hüceyrələrinə keçir, tez bir zamanda çoxalır (bir həftədə millyard dəfə), yenidən qana keçərək bu dəfə eritrositlərdə min dəfələrlə çoxalır, sonra yenidən eritrositlərdən qana daxil olur. Eritrositlərdə qeyri-cinsi yolla çoxaldiqdan sonra plazmodilər erkək və dişi qametlərə çevrilir və insan qanında olan bu qametlər ağcanad dişləməsi zamanı ağcaqanadın mədəsində mayalanır, liçinkalara çevrilir, yenidən insanı yoluxdurmağa hazır olurlar. Eritrositlərdən çıxdıqda onu parçalayaraq yüksək qızdırma-titrətmə fonnunda qan azlığına səbəb olur.
Plazmodilərin eritrositlərdə inkişaf tsikli müxtəlifdir;
• tropik malyariyada hər gün,
• üçgünlük malyariyada 3gündən bir,
• dördgünlük malyariyada 4 gündən bir olur.
Malyariya tutmaları güclü titrətmə, yüksək tempratur və baş ağrısı ilə özünü göstərir. 3 günlük malyariyada tutmalararası dövr 48 saat, 4 günlük malyariyada 72 saatdır. Tropiki malyariyada tempratur əyrisi qeyri-müəyyən olur, beləliklə, törədicinin inkişaf dövrləri müxtəlif olur.
3 və 4 günlük malyariyda qızdırma tutmalarından əvvəl prodormal dövr olur, həmin dövr 1-3 gün davam edir. Xəstədə kefsizlik, zəiflik, süstlük, iştaha və yuxunun pozulması olur. Ən çox malyariya tutmaları günün birinci yarısında həmişə eyni vaxtda baş verir. Əvvəlcə 35-40 dəqiqə, bəzən də 2 saata qədər davam edən soyuq hissi, güclü titrətmə başlayır, eyni zamanda hərarət yüksəlir, titrətmə dayanan zamanı 40-410S qalxır, güclü baş ağrısı, taxikardiya, mədə bulanması və qusma baş verir. Tutmanın yüksək anında xəstə güclü qızdırma hiss edir, lakin dərisi quru olur, toxunduqda qaynar olur, bənizi şişkin, dodaqları quru olur. Güclü susuzluq hiss edir. 5-9 saatdan sonra çoxlu miqdarda tərləmə baş verir, tempratura hətta normadan aşağı düşür. Tərləmə hətta normal tempraturada belə davam edir. Tutma qurtardıqdan sonra xəstə yüngülləşmə hiss edir, adətən yuxulayır. 10-12 saat yatdıqdan sonra növbəti tutmaya qədər özünü yaxşı hisss edir. Bəzi hallarda təzə yoluxma zamanı birinci 6-8 gündə daimi tipli tempratur əyrisi müşahidə olunur. Qızdırma tutmalarının sayı artdıqca qara ciyər, dalaq böyüyür; xəstəliyin 10-12 ci günündən hiperxrom anemiya başlayır.
Tropik malyariyada qızdırma tutmalarının müddəti 24-36 saata qədər uzanir, qızdırmasız dövrlər çox qısa olur, müəyyən dövrülük müşahidə olunmur. Həm titrətmə, həm də tərləmə çox da yüksək olmaya bilər. Lakin qızdırmanın ən yüksək anında bütün simptomlar özünü göstərir. Tropik malyariya çox zaman sinir, ürək-damar sisteminin fəaliyyətinin pozulmasına səsbəb olur, xüsusilə də uşaqlarda çox ağır nəticələrə gətirir.
PEDİKULYOZ
Bitlərlə yoluxmanın 3 növü var:
1. Saç
2. Paltar
3. Qasıq pedikulyozu.
Saç pedikulyozla xəstələnmə bitlə yoluxmuş insandan keçir. Bit bir insandan digərinə şəxsi əşyalardan və təmas yolu ilə keçir (paltar, daraq, oyuncaq). Bit yüksək temperaturaya qarşı davamsızdır, onlar saçın ucunda yerləşir və bir insandan başqa insana asanlıqla keçir.
Pedikulyozlu insanı necə təyin etmək olar. Saç biti əsasən gicgah və ənsənin tükündə görünür. Sıx dişli daraqla saçı darayan zaman bu parazitlərin çox hissəsi tökülür. Bu zaman pedikulyozlu şəxsin önünə ağ parça və ya kağız qoymaq lazımdır. Bu parça və ya kağızda düşən bitlər asanlıqla görünür. Bu proseduru ən azı 30 dəqiqə yerinə yetirmək lazımdır. Saç bitinin ölçüsü 2-3,5 mm, sürfəsinin ölçüsü 0,8 mm. olur.
Əsasən aşağıdakı əlamətlərə fikir vermək lazımdır: başın qaşınması, tüklü hissədə dırnaq izlərinin olması.
Xəstəliyin müddətinin belə təyin etmək olar. Saç bir sutkada 0,5 mm uzanır. Bitlər saç kökünə sürfə qoyurlar. Sürfənin olduğu nahiyədən tük dibinə qədər xətkeşlə ölçülür. Alınan rəqəm 0,5-ə bölünür. Bu rəqəm yoluxmanın minimal vaxtını göstərir. Pedikulyozlu şəxsi təyin etdikdən sonra müalicəyə başlamaq lazımdüır. Bunun üçün mexaniki və kimyəvi üsuldan istifadə edilir.
Mexaniki üsul saçın qırxılmasından, kəsilməsindən və sıx dişli daraqla daranmasından ibarətdir. Sonra bu saçlar bir parçaya bükülüb yandırılır. Mexaniki üsul yerinə yetirilməzdən əvvəl saçlar yuyulur, 5-10%-li sirkə məhlulu ilə yaxalanır, darağın dişləri arasına sap salınır, onu da sirkə məhlulunda isladıb saçı darayırlar. Bu proseduru bir saata qədər davam etdirmək lazımdır.
Kimyəvi üsulda bit əleyhinə dərmanlardan istifadə olunur. Bunlar həm apteklərdə həm də sanitar epidemioloji müəssisələrdə olur. Bu dərmanlar saça sürtülür. Sonra isti su ilə saç yuyulur. Ən çox yayılmış preparatlar bunlardır: ’’Nittifor’’, ’’Medifoks’’, ’’Pedilin’’, ’’Anti-bit’’. Bu dərmanlar gel, krem, lasyon və şampun formasında olur. Ən çox nittifor işlədilir. Uşaq müəssisələrində, məktəb və bağçalarda tibb işçiləri, müəllimlər, valideynlər profilaktik tədbirlərdə iştirak edirlər. Pedikulyozlu uşaqlarla kontaktda olan uşaqlar yoxlanılır. Hətta yoluxma olmasa belə bit əleyhinə preparatlarla profilaktika aparmaq lazımdır. Bit tapılan şəxslərdə başqa yoluxmanın olmasını da yoxlayırlar. Onların yataq ağları, paltarları, alt paltarlarına nəzarət edilir. Əgər paltarda bit tapılarsa sanitar epidemioloji stansiyaya məlumat verilir. Kipriklərdə, qaşlarda digər tük olan nahiyədə parazit varsa tibbi prfilaktik tədbirlər aparılır.