XƏSTƏLƏRİN QİDALANDIRILMASI
MÜALİCƏVİ QİDALANMA VƏ DİETİK STOLLAR HAQQINDA ANLAYIŞ.
MÜALİCƏVİ QİDALANMA: müəyyən qida maddələrindən və onların müxtəlif kombinasiyalarından müalijcvi məqsədilə elmi cəhətdən əsaslandırılmış QİDALANMA SİSTEMİDİR. Qidalanmanın aşağıdakı növləri vardır:
- peroral qidalanma;
- enteral (zondla) qidalanma;
- parentral—zondla qidalanma mümkün olmadıqda vena daxili qida maddələrinin yeridilməsi.
Qidalanma rejimi dedikdə gün ərzində qidalanma vaxtının, qidanın kaloriliyinə və tərkibinə görə, düzgün paylaşdırılmasının qidanın kəmiyyət və keyfiyyətcə xarakteristikası və qidalanma şəraiti başa düşülür. Qidanın raisonal paylaşdırılması aşağıdakı kimidir: səhər yeməyi –25%, 2-ci səhər yeməyi –15-25%, günorta yeməyi—35%, şam yeməyi—15-25%.
PƏHRİZ—həm hazırlanma metoduna, həm qidalanma vaxtına, həm də qida maddələri və qida məhsullarının kəmiyyət və keyfiyyət inə görə müəyyən kombinasiyalarda hazırlanan—qidalanma rasionudur.
Xəstə adamların qida maddələrinə fizioloji təlabatını ödəyən və xəstəliyin gedişinə müalicəvi təsir göstərən qidalanma müalicəvi qidalanma adlanır . Pəhrizin keyfiyyət tərkibini və yeyinti məhsullarının bişirilmə üsulunu dəyişməklə orqanizmin funksional vəziyyətinə müsbət təsir etmək mümkündür. Pəhrizlə müalicə, müalicə məqsədilə qidadan istifadə edilməsidir. Hər hansı pəhrizi qurduqda 1-ci növbədə fizioloji qida normaları nəzərə alınır. Bu normaların tərkibində cinsiyyət, yaş, bədən çəkisi, boy, fiziki işlə əlaqədar əsas fizioloji göstəricilər nəzərə alınmışdır. Qidanı ancaq müəyyən vaxtda qəbul etmək lazımdır. İsti yeməklərin t-u 60 dərəcədən yuxarı, soyuq yeməklərinki isə +10 dərəcədən aşağı olmamalıdır. Əsas nozoloji formalara görə müxtəlif cür pəhrizlər işlənmişdir. Müəyyən olunmuş nomenkulaturaya görə 15 pəhriz stolu vardır.
Pəhriz stolu № 1, 1a, 1b –mədə və 12 barmaq bağırsaq xorası, mədə sekresiyasının artıqlığı ilə kəskin qastrit, yaxud xroniki qastritin kəskinləşməsi, mədə və bağırsaqda operasiyadan sonrakı vəziyyət.
№1a Qidalanma gün ərzində-6 dəfə, süd—yumurta rasionu, xəstəliyin ilk 7-14 gunundə təyin edilir. Aşağıdakı qidalar daxildir; müxtəlif südlü kaşalar, suplar—yağsız ət növlərindən, buxarda bişmiş omletlər balıq, müxtəlif ət növlərindən hazırlanmış zülal sufleləri, kartof püresi suda bişmiş və sürtkəcdən keçirilmiş tərəvəz, süd, çiy yumurta, qazsız mineral sular vəs.
№1b qidalanma 5-7 gun, №1 xəstəlik sakitləşdikdə, remissiya dövründə 2-3 ay təyin olunur.
Stol № 2—mədənin sekretor və turşu əmələ gətirmə funksiyası pozğunluğu ilə xroniki qastrit, xroniki kolit, enterokolit–kəskinləşmə stadiyasında, çeynəmə aparatının funksiyası pozulduqda, (kaloriliyi—3000). Qidanı əsasən püre və çox xırda—xırda doğranmış şəkildə hazırlayırlar, gundə 4-5 dəfə qidalanma məsləhət görülür.Əsas qida məhsulları aşağıdakılardır; ağ—qara quru çörək, kefir, yağsız süd, südlü yoqurt, kəsmik, bitki yağları, duzsuz pendir, yarıçiy yumurta, yağsız ətdən hazırlanmış kotlet, paştet, sosiska, kök, balqabaq şirələri, marmelad və s.
Stol № 4 qastroenterokolitlərdə, dizenteriya—kəskin dövründə, bağırsaq operasiyalarından sonrakı 5—7 gün müddətində təyin edilir ( kaloriliyi—2600—2900).
Stol № 5 Qara ciyər, öd kisəsi və öd yollarının xəstəliklərində təyin edilir. Zülal-bitki mənşəli olub, heyvani yağların məhdudlaşdırılması tətbiq edilir, suda və buğda bişmiş vəziyyətdə gündə 5 dəfə verilir. Belə xəstələr pəhrizi uzun illər gözləməlidirlər. Aşağıdakıları vermək olar: tərəvəz—çiy, suda bişmiş və ya bitki yağlarında bişirilmiş, tərəvəz şirələri, meyvələr—banan, üzüm, yemiş məhdud şəkildə, yağsız ətdən buğda hazırlanmış kotlet, yağsız paştet, yağsız pendir, kəsmik, kefir, yağsız balıq növləri, kompotlar, bişmiş kolbasalar, konfet, marmelad, karamel və s.
Stol № 6 –podaqra, sidik-turşulu diatezlərdə, eritremiyalarda, ət və balıq yeməkləri qadağan edilmiş bütün başqa hallar (kaloriliyi—2700) gündə 5 dəfə.
Stol №7a—kəskin qlomerulonefrit böyrək çatmamazlığı ilə, xr nefritlərdə—( kaloriliyi—2500-2600) C və B vitaminləri ilə zəngin.
Stol № 7b–7a-dan sonra kəskin nefrit, ödemlə və yüksək A/T-lə keçən böyrəklərin funksiyalarının pozulmaması ilə xr. nefritin kəskinləşməsi (kalori—3000)
Stol № 7—sağalma dövründə kəskin nefrit, hamilə qadınlarda nefropatiya, hipertoniya xəstəliyi, duzsuz pəhriz təyin olunan başqa hallar (kalori—2800-3200).
Stol № 8—piylənmədə təyin olunur, aclığı yatıran az kalorili yeməklər təyin edilir. Aşağıdakıları vermək olar; qara çörək, kobud üyüdülmüş undan hazırlanmış çörək, yağsız kefir, süd, xama, yağsız və duzsuz pendir növləri, pəhriz sosiskaları, bişmiş yağsız kolbasa məmulatları, yağsız ət, balıq növləri, meyvələr—banan, üzüm, yemiş, ərik, manqo, şirin növ meyvələr istisna olmaqla. Tərəvəz—çiy və bişmiş halda, pomidor, kartof, turşəng, paxlalı bitkilər, lobya, göbələk az istifadə olmaqla, sıyıqlar-az miqdarda, kərə yağı az, bitki yağları çox, bal az miqdarda və s.
Stol № 9—insulindən asılı və asılı olmayan bütün şəkərli diabetli xəstələrə təyin olunur. Karbohidratlar az miqdarda, xörək duzu az miqdarda işlədilməlidir, çoxlu yemək qəbul etmək olmaz, hər yemək qəbulundaq sonra gəzməlidir, gündə 5 dəfə qidalanmalıdır.
Stol № 10 –ürək—damar sistemi xəstəliklərində, hipertoniya xəstəliyində, müxtəlif mənşəli ürək çatmamazlığında, revmatik qüsurlarda. Qidada xörək duzu az miqdarda, maye gün ərzində—1-1,2 l, qidada kalium çox olan məhsullardan (kartof qabıqlı bişirilir), kələm şirəsi, qaysı, üzüm, qara gavalı istifadə olunur. Qida gündə 4-5 dəfə, az miqdarda qəbul edilməlidir.
Stol № 11 –sakitləşmə və ya kəskinləşmə stadiyasında olan ağ ciyər vərəmi ( kal-3000-4000).
Stol № 12 –sinir sistemi xəstəliklərində.
Stol №13—kəskin qızdırmalı dövrdə infeksion xəstəliklər, angina, operasiyadan sonrakı vəziyyət.
Stol № 14 qələvi reaksiyalı fosfaturiya ilə sidik ifrazı.
Stol № 15 xüsusi müalicə pəhrizi təyin etməyə ehtiyac yoxsa, həzm orqanları normal vəziyyətdədirsə, müxtəlif xəstəliklər.
Stol № 0—mədə—bağırsaq operasiyasından sonrakı ilk günlər, habelə xəstə yarımhüşsuz vəziyyətdə olduqda təyin edilir.
SÜNİ QİDALANMA. Süni qidalanma üçün göstərişlər;
- udmanın çətinləşməsi,
- qida borusunun daralması və ya keçməməzliyi,
- mədə çıxacağının daralması,
- qida borusunda və mədə bağırsaq yolunda aparılan operasiyadan sonrakı dövr,
- ara verməyən öskürək,
- çoxlu maye itirmək,
- bihuş vəziyyət,
- yeməkdən imtina edilən
Süni qidalanmanın növləri;
- Qidanın mədəyə zond ilə ağız boşluğundan və ya burun boşluğundan yeridilməsi—bu məqsədlə müxtəlif qatışıqlardan istifadə olunur. Son zamanlar enpit adlanan qarışıqlardan istiafadə olunur ki, bu da zülal, yağ, karbohidrat, mineral duzların, vitaminlərin yaxşı seçilmiş proporsiyalarından hazırlanmış qatışıqlardır.
- Mədə və ya nazik bağırsaqda operasiya ilə açılan stomadan yeridilməsi,
- Parenteral qidalanma (mədə – bağırsaq yolunu keçmədən). Bu məqsədlə plazma zülal hidrolizatları, yağ emulsiyaları, müxtəlif duz, qlükoza, vitamin məhlulları venaya yeridilir.
Mədə zondlanması—həm diaqnostik, həm də müalicə məqsədilə aparılır. Yoğun və nazik olmaqla zondlar 2 cur olurlar. Yoğun zond mədə yuyulması üçün istifadə olunur.
Mədə yuyulması; zəhərlənmə zamanı, böyrək çatmamazlığında sidik cövhəri mədə selikli qişasından ifraz olduqda və s. tətbiq olunur. Zondun uzunluğu 1-1,5 m, diametri 10-13 mm olur, üzərində 3 nişan olur, orta boylu adamlarda 1-ci nişana qədər yeridirlər. Ucu vazelinlə sürtülür, xəstə dilin ucunu salfetlə tutur, dərindən nəfəs alaraq, «a» deyir, bu zaman tibb bacısı zondu yeridir. Əvvəlcə 20 q-lıq şprislə mədə möhtəviyyatı boşaldılır, sonra bayırda qalan ucundan natrium xloridin izotonik məhlulu yeridilir, sonrakı etapda isə zondun ucu aşağıya çevrilir və mədə mhtəviyyatı əvvəlcədən qoyulmuş tasa axıdılır. Bu işi o vaxta qədər təkrarlayırlar ki, mədədən duru-təmiz su qayıtsın (adətən 8-10 l-ə qədər mayedən istifadə olunur). Yuma qurtardıqda ən axırda 60 ml 25%-li maqnezium sulfat yeridilir (işlədici məqsədlə). Mədə şirəsini müayinə etmək üçün nazik zonddan istifadə edirlər.
DUODENAL ZONDLAMA. Oniki barmaq bağırsaq, qara ciyər, öd kisəsi, mədə altı vəz xəstəliklərində diaqnostik məqsədlə bu üsuldan istifadə edilir. Səhər acqarına aparılır. Uzunluğu 1,5 m, 4-5ml diametrində nazik elastik zond, ucunda xüsusi müayinə üçün ucluq olur. Üzərində 3 nişan olur, 45 sm, 70 sm, və 80 sm ölçülərində. Bu da mədə zondlanması kimi aparılır.
İMALƏ—müalicə və diaqnostik məqsədlə yoğun bağırsağın aşağı hissəsinə müxtəlif mayelərin yeridilməsidir. Təmizləyici, sifon, qidalı, dərman və damcı imalələri olur. İmalə qoymaq üçün Esmarx qabından—bu 1-2 l maye tutan şüşə emallı, və ya rezin qabdır, altındakı dəliyə 1,5 sm uzunluğuqda və diametri 1 sm olan yoğun rezin boru taxılır.
Təmizləyici imalə—qəbizlikdə bağırsağın aşağı şöbələrini təmizləmək üçün, mədəni bağırsaqları, böyrəkləri rengenoloji müayinəyə hazırladıqda, operasiyalardan, dərman imalələrindən qabaq və s. hallarda qoyulur. Adi təmizləyici imalə kömək etmədikdə, bağırsaq keçməməzliyində, habelə, zəhərli maddələrlə zəhərləndikdə bağırsaqlardan qıcqırma, çürümə məhsullarını çıxarmaq, bağırsaqları yumaq üçün ən yaxşı üsul SİFON İMALƏSİ istifadə edilir.
Hipertonik imalə—peristaltikanı artırmadan, bağırsaqları yumşaldır. Adətən, belə imalə üçün 5-10 %-li natrium xlor, 20-30%-li maqnezium sulfatdan istifadə edirlər (100-200 ml).
Dərman imaləsi—dərman maddələrini per-oral vermək mümkün olmadıqda, yaxud əks-göstəriş olduqda, onda düz bağırsaqdan yeridilir. Qara ciyərin iştirakı olmadan hemorraidal venalardan qana sorulur. Bunlar yerli təsirli və ümumi imalələrə bölünür. 1-ci yoğun bağırsaqda iltihab olduqda, 2-ci orqanizmə dərman maddələri və ya qidalı maddələri yeritmək üçün təyin edilir. 100-150 q-dan artıq dərman yeritmək olmaz.
Nişasta imaləsi—peristaltikanı azaltmaq üçün və kəskin kolitlərdə yumşaldıcı və bürüyücü vasitə kimi istifadə edilir.
Xloralhidrat imaləsi—qıcolmalar və oyanıcıllıqlar zamanı tətbiq olunur.
Damcı imaləsi—qan və ya maye itkisini doldurmaq üçün istifadə edirlər.