XƏSTƏLƏRİN ŞƏXSİ GİGİYENASI
XƏSTƏNİN DƏRİSİNƏ QULLUQ VƏ YATAQ YARALARININ PROFİLAKTİKASI.
Xəstənin şəxsi gigiyenası dərisinə, gözlərinə, qulaqlarına, saçlarına, ağız boşluğuna, aralığına qulluq, həmçinin yataq və əyin ləvazimatının müntəzəm dəyişdirilməsilə başlanır.
Dəriyə qulluq xəstəni 1-ci dəfə müayinə etdikdə və sanitar təmizləmə apardıqda başlanır. Gigiyenik vanna qəbul edilir, əyin və yataq ləvaziimatı dəyişdirilir və xəstəlik tarixində qeyd olunur.
Müntəzəm olaraq dərinin tamlığının pozulmaması üçün qayğı lazımdır. Yataq xəstələrinin əlləri hər gün sabunla yuyulur. Kök və şəkərli diabeti olan xəstələrin dəri büküşləri, süd vəzёilərinin altı, qasıq nahiyələri hər gün isti su ilə yuyulur, yumşaq dəsmalla qurudulur, talk səpilir, həftədə 1-2 dəfə uşaq kremi sürtülür, sonra talk səpilir. Məcburi yataq vəziyyətində olan ağır xəstələrin dərisi aşağıdakı qatışıqlarla təmizlənir:
- su və spirtin1: 1-ə qatışığı:
- şampunla suyun 1:1-ə qatışığı:
- kamfora spirti məhlulu.
Ağır xəsiələrin yuyulmasına mütləq əks—göstəriş olduqda, dərisini əvvəlcə şampun qatılmış su ilə silirlər, sonra isə isti məhlulda isladılmış əsgi ilə. Bu prosedura 3-4 gündə bir dəfə təkrar olunur, arada isə etil və ya kamfora spirti ilə dəri silinir. Şəkərli diabeti, trofiki yaraları, dəri zədələnmələri olan xəstələrin dərisinə xüsusi qulluq lazımdır. Bunun üçün aşağıdakılara riayət etmək lazımdır;
- hər gün ayaqları isti su ilə yuyurlar;
- sonra tamam qurulanır, zədə olub—olmaması yoxlanır;
- sonra daban uşaq kremi ilə sürtülür, yüngül massaj edilir;
- ayaqyalın gəzmək qəti qadağandır, hətta isti havada belə corab və ev ayyaqqabısı geyinmə
YATAQ YARASI—Uzun müddət yataq vəziyyətində olan xəstələrin dəri və dəri altı toxumasının zədələnməsidir, bu zaman dəridə trofiki yaralar əmələ gəlir, bu da daxili orqanların hər hansı etiologiyalı ağır xəstəliklərinin nəticəsi kimi qan dövranın və 2-cili immun defisitin pozulmasını göstərir. Bu zaman əvvəlcə dəri müəyyən sahələrdə hiperimiləşir, şişkin, ağrılı olur, sonra qovuqcuqlar əmələ gəlir, dərinin tamlığı pozulur, daha sonra mərkəzində göyümtül və ya bənövşəyi ləkə əmələ gəlir, tez bir zamanda üzəri qara rəngli, irinli və çürüntü iyi verən nekrotik yaraya çevrilir. Xarakter yerləri: büzdüm, bel və sarğı nahiyələrində, kürəyin altında, dirsəkdə, dabanlarda, dizlərdə, üzdə, qulaq seyvanının arxasında ənsədə və s.
Müaəlicəsi stadiyasından asılıdır. Dəridə yüngul hiperemiya əmələ gəldikdə əvvəlcə tualet olunur. Sonra krem, qaratikan yağı ilə massaj edilir, ultra bənövşəyi şüa verilir. Dəridə maserasiya əmələ gəldikdə isti sü ilə yuyulur, 5-10 %-li K-permanqanat məhlulu sürtülür, sonra kənarları solkoseril və ya metilurasil məlhəmi ilə sürtülür. Qovuqcuqlar əmələ gəldikdə onlara brilyant yaşılı və ya K-permanqanat məhlulu sürtülür, üzərinə quru steril sarğı qoyulur. Yara əmələ gəldikdə isə cərrah həmin nahiyəni kəsib atır, üzərinə 1%-li K- permanqanat məhlulunda isladılmış salfetlər qoyulur və gün ərzində 3 dəfə dəyişdirilir. Yara irinlədikdə Vişnevski məlhəmtndən istifadə olunur, yara açıldıqdan sonra isə təmizləmək üçün sintomisin emulsiyasından, solkoseril gelindən istifadə olunur. Bütün bunlardan başqa əlavə vitaminlər, plazma, albumin köçürülməsi təyin olunur, ultrabənövşəyi şüalanma istifadə olunur. Profilaktikası məqsədilə aşağıdakı tədbirlər aparılır:
- bədənin vəziyyəti gun ərzində bir neçə dəfə dəyişdirilir, dəriyə yuxarıda göstərilən qaydada qulluq edilir, yatacağın vəziyyətinə xüsusi diqqət yetirməli, mələfələr tez—tez dəyişdirilməlidir, əgər xəstə ağır vəziyyətdə, hərəkətsizdirsə, periodik olaraq belinin altına şişirdilən rezin dairələr qoyulur.
AĞIZ BOŞLUĞUNA QULLUQ; bu prosedura bütün xəstələrə aparılır, əgər özləri edə bilmirsə, tibb bacısı etməlidir. Hər dəfə yemək yeyiləndən sonra, dişləri, xüsusilə diş diblərini təmizləməlidirlər. Mümkün olmasa, heç olmasa, duzlu su (1/4 çay qaşığı duz 1 stakan suya) ilə ağız yaxalanmalıdır.
Ağır xəstətələrin ağız boşluğunu tibb bacısı pambıq və ya tənzif salfetka ilə, aşağıdıkı məhlulların birində isladılmış təmizləməlidir:
- 5%-li bor turşusu məhlulu;
- 2%-li natrium- hidrokarbonat məhlulu;
- zəif K—permanqanat məhlulu;
- zəif kalendula məhlulu (5-10 damjı spirtli məhlulu 0,5 stakan suya).
Ağızda iltihabi dəyişikliklər baş verdikdə diş dibləri 1:4000-ə nisbətində hazırlanmış furasillin məhlulu ilə yaxalanır, yaxud applikasiya edirlər. Müalicəni stomatoloq aparmalıdır. Həkimə qədər yardım məqsədilə brilliyant yaşılı məhlulundan istifadə edirlər, gün ərzində 2-3 dəfə təkrar olunur.
Ağızla nəfəs alan xəstələrdə dodaqlar, ağız boşluğu quruyur, ona görə də çatlar əmələ gəlir, bu zaman, 1:4000 furasillin məhlulunda isladılmış nəm tamponla silinir, sonra isə bitki yağı ilə (günəbaxan, zeytun və s.) məlhəm yaxılır.
Süni tənəffüs verilən xəsiələrdə, qurumanın qarşısını almaq iəqsədilə furasillin məhlulunda isladılmış, tənzif salfetkadan istifadə edirlər.
Virus infeksiyası, yüksək t- dan əziyyət çəkən xəstələrdə aftoz stomatit əmələ gəlir. Bu zaman ağızdan pis iy gəlir, ağrılı olur. Belə hallarda müntəzəm olaraq, ağız boşluğu soda məhlulu sonra isə furasillin məhlulu ilə yaxalanır. Yeməkdən qabaq, yumurta ağı köpüklənənə qədər çalınır və ağız boşluğuna sürtülür. Son zamanlar bu məqsədlə ağrını azaldan və iltihab əleyhi spreylərdən istifadə edilir. Disbakterioz nətijəsində, stomatit olarsa, o zaman əvvəlcə soda məhlulu ilə ağız yaxalanır, sonra isə, 1 draje nistatin və ya levorin tabletkası sorulur. Əgər ağızdan pis iy gəlməsi davam edərsə, nanəli eleksirlərdən istifadə olunur.
GÖZLƏRƏ QULLUQ: hər gün səhər tibb bacısı müayinə zamanı xəstələrin gözlərinə və göz qapaqlarına diqqətlə fikir verməlidir. Göz qapaqlarında ağ və ya sarımtıl ərp əmələ gəldikdə 3%- li bor turşusunda isladılmış tamponla gözlər silinir. Hər göz üçün ayrı tampon istifadə olunur. Bu proseduradan sonra və əvvəl tibb bacısı əllərini sabunla yumalı, spirtlə silməlidir. Bor turşusu olmadıqda təzə dəmlənmiş çaydan istifadə olunur. Əgər gözü yuyarkən ağrı əmələ gələrsə prosedura kəsilir, okulist dəvət olunur. Göz damcıları okulist tərəfindən təyin olunur. Hər xəstə üçün təzə pipetka və şüşə çubuq istifadə olunur, pipetka istifadə edildikdən sonra, isti su ilə yuyulur, ayrıca futlyarda saxlanır.
BURUNA QULLUQ: Hər gün xəstələr burununu təimləməlidirlər, əgər özləri edə bilmirlərsə, post tibb bacısı etməlidir. Bu zaman xəstə başını yüngülcə arxaya əyir, vazelində və ya qliserində isladılmış, pambıq turunda burun boşluğuna yeridilir, burularaq burun boşluğu təmizlənir. Burun boşluğundan pis iy gələrsə, bu zaman həkimə xəbər verilməlidir.
QULAQLARA QULLUQ: Hər gün hər bir xəstə qulaqlarını sabunla yumalı, sonra isə qurutmalıdır, ağır xəstələrə tibb bacısı qulluq etməlidir. Qulaqda çirk və sera əmələ gəldikdə onu xüsusi qaydada təmizləyirlər. Bu zaman əvvəlcə, 3%-li perekis məhlulu 4-5 damcı-tökürlər sonra xüsusi pambıq çubuqlarla bura bura təmizləyirlər, əgər ağrı olarsa, 2-3 damcı kamfora yağı, tökülür, otolarinqoloq dəvət olunur.
SAÇLARA QULLUQ: Hər gün səhərlər saçlarını daramalıdır, yaxud bu işi tibb bacısı etməlidir. Lazım gələrsə xəstənin saçları kəsilir, yuyulur.