• en
  • ru

Tibb Dərsləri

  • Parazitologiya

    By Redaktor on 31/01/2015
    Parazitologiya Tibbi Parazitologiya – insan parazitlərini onların törətdiyi xəstəlikləri onlarla mübarizə üsullarını öyrənən elmdir. Heyvan təbiətli parazitlərin 3 əsas qruplarına uyğun olaraq parazitologiyaya üç bölmə daxildir: protozoologiya, helminthologiya, aracxnoentomologiya (buğumayaqlılar). Parazitar xəstəliklər və ya invaziyalar – helmintlər (qurd xəstəlikləri) və ya parazitar buğumayaqlıların səbəb olduğu xəstəliklərin bir qrupudur. Əslində, parazitar xəstəliklər yoluxucu olur. İnfeksiyaları tək hüceyrəli orqanizmlər törədir, invaziyaları isə […]
  • Hepatit A. Hepatit B.

    By Redaktor on 29/01/2015
    Hepatit A Hepatit A yüksək yoluxuculuğa malik Hepatit A virusu (HAV) tərəfindən törədilən qaraciyər infeksiyasıdır. HAV az patogen olsa da qaraciyərin funksional vəziyyətini pozacaq iltihabi proses yarada bilir. HAV ilə çirklənmiş qida və ya su, hətta virus daşıyıcısı olan insan yoluxma mənbəyi ola bilər. Yoluxmuş bəzi insanlarda virus uzun müddət heç əlamət vermir. Digərlərində isə qripə bənzər şikayətlər ola bilir. […]
  • UŞAQ İNFEKSİYALARI

    By Redaktor on 25/01/2015
    UŞAQ İNFEKSİYALARI DİFTERİYA Kəskin infeksion xəstəlik olub, hava-damcı yolu ilə keçir, infeksiya qapılarında-əsnəkdə, burunda, udlaqda, traxeyada, az hallarda isə başqa orqanlarda selikli qişaların krupoz və ya difterik iltihabi ilə xarakterizə olunur. Etiologiya; törədicisi toksiki difteriya çöpüdür. Patogen təsiri ekzotoksini ilə əlaqədardır. O qana sorulur, ümumi intoksikasion həmçinin miokardın, periferik və vegetativ sinir sisteminin, böyrəklərin, böyrəküstü vəzlərin zədələnməsinə səbəb olur. Simptomları, […]
  • XRONİKİ TONZİLLİT

    By Redaktor on 25/01/2015
    XRONİKİ TONZİLLİT Xroniki tonzillit kliniki təbabətin aktual problemlərindən biridir. Damaq badamcıqlarının bu patoloji vəziyyətinə burun-boğaz həkimlərilə yanaşı, pediatrlar, kardioloqlar, revmatoloqlar, allerqoloqlar, immunoloqlar, infeksionistlər, nefroloqlar və digər mütəxəssislər peşəkar maraq göstərir. Bu onunla izah olunur ki, xroniki tonzillit bir çox yanaşı gedən xəstəliklərlə əlaqəlidir – onların əmələ gəlməsinə və ya gedişinə əhəmiyyətli dərəcədə təsir göstərir. Əmələ gəlmə səbəbləri: Xroniki tonzillit damaq […]
  • Qarın yatalağı, A və B paratiflər (Typhus Abdominalis, Paratyphus A et Paratyphus B)

    By Redaktor on 25/01/2015
    Qarın yatalağı, A və B paratiflər (Typhus Abdominalis, Paratyphus A et Paratyphus B) Qarın yatalağı, A və B paratiflər (Typhus Abdominalis, Paratyphus A et Paratyphus B) – ağır intoksikasiya, bakteriemiya, yüksək hərarət, nazik bağırsağın limfa sisteminin ağır zədələnməsi, bəzən infeksion toksiki şok, bağırsağın perforasiyası, penetrasiyası və qanaxmaları ilə ağırlaşan kəskin infeksion xəstəliklərdir. Bu xəstəliklər hətta qədim dövrlərdən, Hippokrat (e.ə. 460-337) […]
  • QİÇS (QAZANILMIŞ İMMUN ÇATIŞMAZLIĞI SİNDROMU)

    By Redaktor on 25/01/2015
    QİÇS (QAZANILMIŞ İMMUN ÇATIŞMAZLIĞI SİNDROMU) QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) epidemiyası 20 ildən artıq bir müddət ərzində davam edir. İİV ilə kütləvi yoluxma halları keçən yüzilliyin yetmişinci illərinin sonundan başlamışdır. Həmin vaxtdan İİV-nin yaxşı öyrənilməsinə baxmayaraq, bu xəstəlikdən insanlar vəfat edir və milyonlarla insana İİV-infeksiyası diaqnozu qoyulur. QİÇS planetimizdə ən çox insan ölümünə səbəb olan beş əsas ’’qatil xəstəlik’’ qrupuna […]
  • Epidemiologiyanın əsasları

    By Redaktor on 25/01/2015
    Epidemiologiyanın əsasları. Yolxucu xəstəliklərin əmələ gəlmə səbəblərini, yayılmasını öyrənən və ona qarşı tədbir görən elmə epidemiologiya deyilir. XIX əsrin axırında və XX əsrin əvvəllərində mikrobiolog – alimlər Paster, Kox, Meçnikov tərəfindən bir çox yolxucu xəstəliklərin törədiciləri aşkar edilmişdi və bundan sonra epidemiologiya bir elm kimi inkişaf etməyə başladı. Epidemiologiya elminin inkişafında mikrobiologiya, virusologiya, immunologiya, gigiyena elmlərin nəaliyyətləri istifadə edilir. İnfeksiyanın […]
  • VƏBA XƏSTƏLİYİ TAUN XƏSTƏLİYİ

    By Redaktor on 25/01/2015
    VƏBA XƏSTƏLİYİ (XOLERA) Bağırsaq xəstəlikləri içərisində vəba ən ağır xəstəliklərdən sayılır. Vəbanın epidemik ocağı Hindistan sayılır. Bu xəstəlik xüsusi təhlükəli xəstəliklərə aiddir. Xəstəlik epidemiya və pandemiya (geniş yayılmış epidemiya) şəklində ola bilər. Keçmişdə vəbanın epidemiyası minlərlə əhalinin məhv olmasına səbəb olurdu. 1817-1925-ci illər arasında 6 dəfə pandemiya olmuşdur. 1961-ci ildə xəstəlik yenidən pandemiya şəklində yayılmağa başlandı. Bu da müasir dövrdə […]