• en
  • ru

Parazitologiya

Parazitologiya
Tibbi Parazitologiya – insan parazitlərini onların törətdiyi xəstəlikləri onlarla mübarizə üsullarını öyrənən elmdir. Heyvan təbiətli parazitlərin 3 əsas qruplarına uyğun olaraq parazitologiyaya üç bölmə daxildir: protozoologiya, helminthologiya, aracxnoentomologiya (buğumayaqlılar). Parazitar xəstəliklər və ya invaziyalar – helmintlər (qurd xəstəlikləri) və ya parazitar buğumayaqlıların səbəb olduğu xəstəliklərin bir qrupudur. Əslində, parazitar xəstəliklər yoluxucu olur. İnfeksiyaları tək hüceyrəli orqanizmlər törədir, invaziyaları isə – heyvani mənşəli çoxhüceyrəli orqanizmlər. Digər orqanizmlər hesabına daimi və ya müvəqqəti yaşayan və onlardan bir yaşayış mühiti və qida mənbəyi kimi istifadə orqanizmlər parazit adlanır.
Qurd xəstəlikləri (helminthologiya). İnsana helmintlərin 250-dən çox növ təsir göstərə bilər. Ölkəmizdə çoxsaylı təbii ocaqları olan əksər parazit qurdların insanlarda, məsələn, opistorxoz, metaqonimoz, şistosomoz kimi xəstəliklər törədən qurdların bizim çay və ğöllərimizdə aşkar olunması bioloq-parazitoloqlar tərəfindən təsdiq edilmişdir və bu qurdlara balıq ətindən yüksək yoluxma ehtimalı yüksəkdir. Yer əhalisinin əksəriyəti, yaşından asılı olmayaraq, parazitlərə yoluxub. Ətraf mühitdə parazitlər çoxdur. Tək qiqiyena qaydaları onlardan qorunmaq üçün yetərli deyil. Vaxt aşırı özünüzü yoxladıb, vaxtında parazitlərdən təmizlənsəz, bir çox xəstəliklərin yaranmasının qarşısı alınar. Təmiz şəhərlərdə bunu 6 aydan bir etmək kifayətdir.
Askaridlər
Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə Yer əhalisinin 60% askaridlərə yoluxub. Askaridlərin törətdikləri xəstəlik askaridoz adlanır. Bu xəstəlikdən uşaqlar da, böyüklər də əziyyət çəkiirlər. Hətta 1 aylıq uşağın askaridoz olması haqda məlumat var.
Askaridlər yoluxmuş adamın əsasən nazik bağırsağında yasayırlar. Dişi qurdların uzunluğu 25-45 sm, erkəklərin 15-25 sm çatır. Yoluxmuş adamın bağırsağında bir neçə dənədən bir neçə yüzədək askaridlər ola bilər. Mayalanmış dişi qurdlar vaxtaşırı yumurtlayırlar (hər biri sutkada 250 000 dək). Yumurtalar nəcislə torpağa düşsə, əlverişli şəraitdə 24 günə yetişirlər və 20 ildən çox yoluxucu olurlar. Adamlar askarid yumurtalarını udmaqla yoluxurlar: çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən, tozdan və s. Bağ-baxçalar insan nəcisi ilə kübrələnən yerlərdə askaridoz daha çox müşahidə olunur. Həşəratlar da qurd yumurtalarını ayaqlarında yayırlar. Udulmuş yumurtalardan nazik bağırsaqda sürfələr çıxırlar. Onlar bağırsağın divarını və oradakı venoz q an damarını dəlib, qanla orqanlara yayılırlar (miqrasiya). Təxminən 8 saatdan sonra sürfələr qara ciyərə, sonra ürəyə və bir sutkaya ağ ciyərlərin kapillyar qan damarlarına çatırlar. Onları da dəlib, nəfəs yollarına keçirlər və ağıza doğru hərəkət edirlər. Burada tüpürcəyə qarışırlar, udulurlar və yenidən nazik bağırsağa düşürlər. Nazik bağırsağda sürfələrdən 2 aya cinsi yetişmiş askaridlər əmələ gəlirlər. Bağırsaqdakı askaridlərin ömrü 1 ilə yaxındır. Ancaq təkrar yoluxmalar nəticəsində xəstəlik illərlə davam edə bilər.
İri qurdlar bağırsağın selikli qişasını yeyirlər və bağırsaqdakı həzmə hazır olan qidaları, vitamin-mineralları mənimsəyirlər. Əvəzində özlərinin nəcislərini-ifrazatlarını buraxırlar. Zəhərli maddələr qana sorulub, bütün orqanlara yayılırlar. Nəticədə bir çox xəstəliklər yaranır: eroziyalar, xora, ishal ya qəbzlik, diş qıcama, selik axma, öyümə, qusma, allergiya, səpkilər, qaşınmalar, ləkələr, saçların tökülməsi, yorğunluq, baş ağrıları, qan azlığı və s. müşhidə olunur. Xəstələrin əhval-ruhiyəsi pozulur, onlarda əsəbilik, baş və qarın ağrıları, baş hərlənməsi, öskürmə, qulaq ağrısı və s. əlamətlər olur.
• Askaridlər yoğun bağırsağa keçib, kolit, appendisit törədə bilirlər. Hətda bağırsağı deşib, çox təhlükəli peritonit də törədə bilirlər
• Öd yollarına, öd kisəsinə, mədəaltı vəzin axarına keçəndə sarılıq və bu orqanlarda irinli iltihablaşmalar yaradırlar.
• Bəzən askaridlər qusuntu ilə ağızdan, burundan çıxırlar. Belə hallar xəstəni və yanındakıları çox qorxudur. Hərdən askaridlər nəcislə çlxırlar.
• Askaridlər tənəffüs yollarına keçib xəstənin ölməsinə səbəb olduğu hallar da həkimlərə məlumdur.
• Qurdlar bir-birinə dolaşıb bağırsaq keçməməzliyi də yaradırlar.
Askaridlərin sürfələri də təhlükəlidirlər. Onlar ancaq qanla qidalanırlar (gündə 0,5 litrə yaxın). Əvəzində ozlərinin nəcisləri-ifrazatları ilə qanımızı və başqa orqanlarımızı zəhərləyirlər. Sürfələr qanla hərəkət edən zaman nazik bağırsağı, venoz qan damarlararını, qara ciyəri, ürəyi, ürəkdən ağ giyərlərə gedən qan damarlarını, ağ ciyərləri, bronxları, qırtlağı, udlağı, orta qulaqları, tüpürcək vəzlərini, burun ətrafındakı boşluqları zədələyirlər. Zədəli yerlərdə qan sızmalar, iltihablaşmalar, çapıqlar əmələ gəlir. (Həkimlər belə xəstəlikləri duodenit, enterit, eroziya, xora, disbakterioz, hepatit, endokardit, aritmiya, pnevmoniya, bronxit, bronxial astma, allergiya, anemiya, traxeit, larinqit, otit, limfadenit, qaymorit, miqren, nevroz, yuhu pozulması adlandırırlar.) Hər kəsin askaridlərə qarşı özünə məxsus reaksiyası var. Kimdəsə bu əlamətlərin bir neçəsi, başqasında isə daha çoxu ola bilər. Əlamətlərin ifadə dərəcəsi də müxtəlif olur. Kimsə nərahatcılıqlarına heç fikir vermir, başqasında isə əlamətlər güclü ifadə olunurlar. Hamiləlik dövründə askaridoz xüsusən təhlükəlidir, çünki sürfələr anadan dölə keçə bilirlər. Əgər onlar dölün həyatı üçün vacib orqanları zədələsə, hamiləlik dölün ölümü, uşaq salma ilə qurtarır. Başqa orqanlar zədələnəndə doğulmuş uşaqda qüsurlar, eybəcərlik, anlaşılmaz xəstəliklər olur. Hamilələrdə öyümə, qusma halları tez-tez olur. Həkimlər bunu toksikoz adlandırırlar. Bunlar qurların əlamətləri də ola bilər.
Askaridləri əsasən nəcis analizində yumurtalarını aşkar etməklə diaqnoz edirlər. Onlar isə yoluxmadan təxminən 3 ay sonra yumurtalamağa başlayırlar, özü də vaxt aşırı. Yumurtalayacağı vaxt dəqiq bilinmir. Ona görə yumurtalamayan zamanlarda nəcis analizi 3-5 dəfə təkrarlansa da, səhv olaraq, yoluxmanı göstərməyəcək!
Deməli, nəcis analizində askarid yumurtası aşkar edilmirsə, bu hələ o demək deyil ki, askaridoz yoxdu. Nəcis analizində askarid ymurtaları tapılsa da, bu yenə də hələ o demək deyil ki, askaridoz var. Onlar öləndən sonar, nəcisdə yumurtaları bir müddət qala bilər. Bu ymurtalar yetişmiş deyil, onlardan bağırsaqda sürfələr çıxmır. Nadir yerlərdə askaridləri və bir neçə başqa parazitləri qan analizi ilə diaqnoz edirlər. Bu üsulla qanda qurdlar yox, onlara qarşı əmələ gələn anticisim aşkar edilir. Anticisim yoluxmadan təhminən 1 ay sonra əmələ gəlir. Ona görə də, anticisim əmələ gələnə kimi qan analizi səhv olaraq, yoluxmanı göstərmir.
Anticisim qanda parazitlər məhv olandan sonra da qalır. Askaridlər ən çox yayılmış və ən çox öyrənilmiş qurd olmasına baxmayaraq, onlar haqqında biliklər hələ də azdır.
Son illərdə askaridin yeni növü – Beyin askaridi-Askaris megasephalon aşkar edilib. Bu qurdlar yoluxmuş adamların beyin nahiyəsində, burun ətrafındakı boşluqlarda məskunlaşırlar. Beyin askaridi ilə əlaqədar xəstələr şiddətli baş ağrılarından, səbəbi məlum olmayan depressiyadan, epilepsiyadan, yuxusuzluqdan, başda səsdən, gecələr yuxulu vəziyyətdə gəzməkdən, bir neçə ay görmə qabiliyyətini itirmə hallarından əziyyət çəkirlər.
Tükbaş qurd (Trihocechalus trichiurus)
Bu qurdlara yoluxanlar askaridlərdən də çoxdur. Tükbaş qurdlarının törətdiyi xəstəlik trixosefalyöz adlanır. Bu xəstəlikdən bütün dünyada uşaqlarda, böyüklərdə əziyyət kəçir.
Tükbaş qurdları yoluxmuş adamların yoğun bağırsağında yaşayırlar. Uzunluqları 3,0 – 5,5 sm çatır. Qurdlar tük kimi nazik başları ilə bağırsağın divarını və oradakı qan damarlarını deşirlər, zəli kimi qan sorurlar. Yoluxmuş adamın bağırsağında bir neçə dənədən minlərləyədək tükbaş qurdları ola bilər. Onların hər biri sutkada 0,005 ml qan içir. Miqdarı az olanda xəstə uzun müddət heç bir ciddi narahatlığ hiss etməyə də bilər. Parazitlərin sayı 800-dən çox olanda qan azlığı (anemiya) yaranır. Tükbaşlar yoğun bağırsaqda 5 ildən çox yaşayırlar. Dişi qurdlar vaxtaşırı yumurtalayırlar (sutkada hər biri 3500 dək). Yumurtalar nəcislə torpağa düşürlər, müxtəlif əşyaların üzərinə yapışırlar (unitazlara, natəmiz adamların əllərinə və onlardan dəsmallara, pullara, qida məhsullarına və s.). Əşyalar üzərində yumurtalar təhminən 1 ay yetişirlər və 3 il yoluxucu olurlar.
Tükbaş qurdlarına yoluxma onun yumurtalarını udanda olur: tozlu havadan, çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən və s. Hamı tozlu hava udur. Pullar hər gün onların da əlində olur, sizində. Belə adamlar içtimayi yerlərdə hamının açdığı qapıları açırlar, tutacaqdan tuturlar, bir neçə adama əl verirlər və s. Odur ki, heç kim tükbaşa yoluxmadan sığortalanmayıb. Bu qurda uşaqlar da yoluxur, böyüklər də.
Tükbaş qurdları bütün dünyada ən çox yayılmış qurdlardandırlar.
Udulmuş yumurtalardan yoğun bağırsaqda sürfələr çıxırlar. Onlar qanla qidalanırlar və 2 aya cinsi yetişib, yumutalamağa başlayırlar.
Tükbaşa yoluxmuş adamlarda müxtəlif əlamətlər ola bilər: ağızdan, tərdən, nəcisdən pis qoxu gəlməsi, öyümə, qusma, selik axma, diş ətinin qanaması, diş qıcıltısı, ağızda-dildə yaralar (stomatit), tez-tez soyuqlama, xroniki tonzillit, qan azlığı, qarın və baş ağrıları, baş hərlənmə, özündən getmə, halsızlıq, qəbizlik ya ishal, nəcisdə qan, uşaqlar fiziki inkişafdan geri qala bilər, iştah pozulması, arıqlama, gözlərin zəifləməsi, dəridə səpkilər, sızanaqlar, qaşınmalar, saçların tökülməsi, yuxusuzluq, nevroz, menstruasiya pozulması, sonsuzluq, uşaq salma, kişilərdə cinsi zəiflik, spermin keyfiyətinin pozulması və s.
Bəzi xəstələrdə cücənməkdən düz bağırsaq çölə çıxir. Onda, bağırsağa zəli kimi yapışmış qurdları görmək olur. Qanla dolmuş qurdlar poliplərə oxşayırlar. Tükbaş qurdları apendisitin əsas səbəbidirlər. Bu qurdlar hətda bağırsağı tam deşıb, çox təhlükəli peritonit də törədə bilirlər.
Hər kəsin tükbaşlara özünə məxsus reaksiyası var; kimdəsə əlamətlərin biri-ikisi, başqasında isə daha çoxu ola bilər. Əlamətlərin ifadə dərəcəsi də müxtəlif olur.
Qurdlar yoluxmadan təhminən 2 ay sonra vaxt aşırı yumurta qoymağa başlayırlar. Ona görə, nəcisdə onların yumurtaları nadir hallarda aşkar olunur. Əksər xəstələrə müxtəlif müayinələr edilir, diaqnozlar qoyulur: kolit, enterit, disbakterioz, anemiya, uşaq salma, epilepsiya, xroniki yorğunluq, hipotoniya, allergiya, piodermiya və s. Tükbaşların yaratdıqları qan azlığı və qanın çirklənməsi bütün orqanlara təsir edir. Nadir hallarda tükbaşların yumurtaları nəcisdə tapılanda, qurda qarşı müalicə edirlər. Dərmanlar tükbaşlara əksər hallarda təsir etmir.
Lambliya (Lambliya intestinalis)
Lambliya qurd deyil, o tək hüceyrəli parazitdir. Lambliyaların xəstəlik törədən vegetativ formaları 12 barmaq bağırsaqda və nazik bağırsağın yuxari hissələrində yaşayirlar. Onlar bağırsağın səthinə yapışıb, qidalanırlar, çoxalırlar. Miqdarları milyardlarla olur. Çox olduqlarına görə, bağırsağın səthini örtürlər, zədələyirlər. Nəticədə, qidanın həzmi, mənimsənməsi, vitaminlərin, mineralların qana sorulması pozulur. Lambliyalar ödün və mədə altı vəzin şirəsinin 12 barmaq bağırsağa axmasına da mane olurlar. Ona görə də, öd kisəsində durğunluq və öd daşları əmələ gəlməsinə şərait yaranır.
Nazik bağırsağın aşağı hissəsində lambliyalar xəstəlik törətməyən sist (yumurta) formasına keçirlər. Sistlər ziyan vermədən, nəcislə xaric olurlar. Onlar nəmli yerlərdə 3 həftə, suda isə 2 ayadək yoluxucu qalırlar. Hətda xlorlanmış suda sistlər 72 saat sağ qalır. Quru yerlərdə, o cümlədə quru qida məhsulları üzərində 2 sutka yoluxucu olurlar. Yoluxma sistlərin udulması nəticəsində olur (tozdan, natəmiz əllərdən, çirklənmiş su və qida məhsullarından, yaxşı yuyulmamış qablardan və s.). Lambliyaya cinsi yolla da yoluxmaq olur. Ona görə də lamblioz ən geniş yayılmış xəstəliklərdəndir.
Hesab edilir ki, xəstəlik yaranması üçün 100-ə yaxın sist udulmalıdı. Lambliozun əlamətləri: xəstələrdə əsasən çəkilərinin artmaması, arıqlama, ağızda acılıq, nəfəsdə və nəcisdə pis qoxu, selik axma, diş qıcama, öyümə, qusma, bağırsaq pozulması, allergiya, gicişmə, saçların tökülməsi, baş ağrıları olur. Lambliyaların törətdikləri vitamin çatışmamazlığı və qan azlığı nəticəsində bütün orqanların fəaliyyəti pozula bilər, bir çox xəstəliklər yarana bilər, məsələn dərinin quruması, çatlaması, gözlərin zəifləməsi, aybaşı pozulması, kişi və qadın sonsuzluğu, uşaq salma və s.
Hər kəsin lambliyalara özünə məxsus reaksiyası var. Bəziləri heç nədən şikayət etmirlər, lakin onlar yoluxma mənbəyi kimi başqaları üçün təhlükəlidirlər. Lambliozun diaqnozunda ən çox istifadə olunan nəcis analizidir, lakin sistlər nəcisdə nadir hallarda aşkar olunur. Yəni sistlər nəcisdə aşkar olmasa, bu hələ o demək deyil ki lamblioz yoxdur, çünki 100 dək udulmuş sistlər xəstəlik törətmədən nəcislə bədəndən çıxa bilər.
Lambliyaların xəstəlik törədən formalarını 12 barmaq bağırsaqdan zondla götürülmüş mayedə mikroskopla görmək olur. Bu əziyyətli üsul nadir yerlərdə edilir. Bir də ki, əgər lambliyalar bağırsağın divarından qopmasalar, mayedə onlar görünməyəcəklər. Lambliozu nadir yerlərdə qan analizi ilə diaqnoz edirlər. Bu analizlə qanda lambliyalar yox, onlara qarşı əmələ gələn anticisim aşkar edilir. Ona görə, qan analizinin səhvləri ola bilər. Dərmanlarla lambliyaları məhv etmək asan deyil.
Bizquyruq qurdları (Enterobius vermikularis)
Bizquyruğun törətdiyi xəstəliyin adı enterobiozdur. Yer əhalisinin təxminən 500 milyonu yaşından asılı olmayaraq bu xəstəlikdən əziyyət kəçir. Dişi qurdların uzunluğu 9-12 mm, erkəklərin 2-5mm çatır. Bizquyruqlar yoluxmuş adamın əsasən nazik bağırsağının aşağı hissəsində və yoğun bağırsaqda yaşayırlar. Ömürləri 1 aya yaxındır. Adətən axşamlar dişi qurdlar düz bağırsaqdan çıxıb, oturacağın ətrafına yumurta qoyurlar, qaşındırırlar. Sonra bəziləri bağırsağa qayıdirlar və bir neçə saatdan sonra ölürlər. Bizquyruqlar qadınların, qızların cinsi orqanlarına, sidik yollarına daxil olub, burada qaşınmalar, iltihablaşmalar törədə bilirlər. Yuxulu xəstə qaşınır. Yumurtalar onun dırnaqlarının altına, alt paltarına, yatağına düşür, ev tozuna qarışırlar və müxtəlif əşyalarının üzərində 4 həftə yoluxucu qalırlar. Odur ki, yumurtaların yenidən udulması və ailənin (kollektivin) bir neçə üzvünün bizquyruğa yoluxması tez-tez olur. Barmaqları sormaq və dırnaq yemək vərdişləri yumurtaların udulmasını asanlaşdırır. Udulmuş yumurtalardan bağırsaqda sürfələr çıxırlar. Onlar 10-12 günə cinsi yetişirlər, cütləşirlər. Erkək qurdlar cütləşəndən sonra ölürlər. Dişilər isə 1 həftə sonra yumurtlamağa başlayırlar və bir neçə saat sonra ölürlər. Ancaq yumurtaların təkrar udulması nəticəsində xəstəlik aylarla, illərlə davam edə bilər.
Bizquyruqlar bağırsağın içindəki hazır qidanı yeyirlər, vitaminləri, mineralları mənimsəyirlər. Onlar bağırsağın iç qatına yapışırlar, zədələyirlər. Zədəli yerlərdə qansızmalar, iltihablaşmalar əmələ gəlir. Bağırsaqdan çıxan qurdlar qadınların-qızların sidik- cinsi orqanlarına keçib, bu orqanlarda qaşınmalar, iltihblaşmalar törədə bilirlər. Uşaqların gecələr yataqlarını islatması da bizquyruqlarla əlaqəli ola bilər. Başqa qurdlarda olduğu kimi, bizquyruğa yoluxmuş adamlarda selik axma, diş qıcama, öyümə, allergiya, səpkilər, qaşınmalar, nevroz, yuxu pozulması, yorğunluq və s. əlamətlər ola bilər. Bizquyruğa yoluxmanın diaqnozu əkcər hallarda çətin deyil, çünki qurdu düz bağırsaqdan çıxanda görmək olur. Uşaqlara valideyinlər baxırlar, qurdları ğörürlər, amma yaşlılar nadir hallarda özlərində qurd ola biləcəyindən şübhələnirlər. Bir neçə gündən sonra udulmuş yumurtalardan çıxan bizquyruqların yeni nəsli 10-12 günə yetişir, bağırsaqdan çıxıb oturacağın ətrafına yumurta qoyur, qaşındırır.
Nəcis və oturacağın ətrafından götürülmüş analizlər etibarlı deyillər. Odur ki, bizquyruqların diaqnozunda əsas xüsusi əlamətlərdir – qurdları görmək və oturacaq ətrafının qaşınması. Bizquyruqları dərmanlarla məhv etmək olur. Çətinlik ondadır ki, qurdun yumurtaları 1 ay ərzində təkrar udulmasın. Buna görə bütün ailə 1 ay ərzində:
• yatanda əllərinə əlcək geyinsinlər ki, qaşınanda qurdun yumurtaları dırnaqların altında qalmasın.
• yatmaqdan əvvəl oturacağın ətrafına vazilen yaxmaq lazımdır ki, qurdlar çıxıb, yumurta qoya bilməsin.
• əlcəkləri, alt paltarları, mələfələri səhərlər qaynadıb, ütüləmək.
• tozlu yerləri, oyuncaqları, əşyaları yaş dəsmalla gündə azı 3 dəfə silmək.
Əyribaş qurdlar. Nekator (Ankilostoma duadenalis. Nekator amerikanus)
Əyribaş qurdlar geniş yayılmış, lakin nadir hallarda diaqnoz olunan qurdlardır. Onlar yoluxmuş adamların əsasən 12 barmaq bağırsağında yaşayırlar. Qurdların uzunluğu14 mm çatır, lakin çox ensizdirlər 0,6 mm. Əyribaşlar ancaq qanla qidalanırlar. Onlar baqırsağı və oradakı qan damarları dələrək, qan sorurlar. Hər qurd sutkada 0,05 – 0,35 ml qan içir. Qurdların sayı 50 dən çox olanda xəstədə qan azlığı yaranır. Yoluxmuş adamlarda əyribaş qurdlar 15 ildən çox yaşayırlar.
Şistosomalar
Əksər mənbələrdə yazılır ki, şistosomalar ancaq tropik ölkələrdə olur. Təcrübə göstərir ki, Azərbaycanda bu qurd bir çox ən geniş yayılmış xəstəliklərin səbəbidir: stenokardiya, infarkt, insult, ateroskleroz, qanda xolesterinin artması, venaların genişlənməsi, tromboflebit, babasil, sidik-cinsiyət orqanlarının xəstəlikləri – iltihablaşma, daş əmələ gəlməsi, qan axmalar, sistit, enurez, prostatit, prostat vəzinin şişi, cinsi zəyifləmə, endometrioz, poliplər, kistlər, aybaşı pozulmaları, sonsuzluqlar və s.
Şistosomlar bağırsaqda yaşamırlar. Onlar yoluxmuş adamların və heyvanların qan damarlarının divarlarında yaşayırlar. Şistosomalar qan damarlarını yeyirlər, zədələyirlər. Zədəli yerlərdə iltihablaşmalar yaranır. Bir müddət sonra bu yerlər sağalanda, capıqlaşmalar əmələ gəlirlər. Həmin yerlərdə qansızmalar, tromblar, xolesterindən qərtməklər əmələ gəlir. Şistosomaların yumurtaları da təhlükəlidirlər. Onların biz çıxıntısı və ətraf orqanları əridən ifrazatları var. Yumurtalar əvvəlcə qan damarlarının mənfəzini tuturlar, durğunluq, tromblaşma, qansızmalar yaradırlar. Sonra, bədəndən çıxmaq ücün, yumurtalar bağırsağa və sidik yollarına doğru hərəkət edirlər. Onlar keçdikləri bütün orqanları zədələyirlər. Zədələnən orqanlarda iltihablaşmalar, sonra çapıqlaşmalar əmələ gəlir. Orqanların zədələnməsi hər dəfə qurdlar yumurtalayandan sonra illərlə təkrarlanır. Nəticədə orqanlarda müxtəlif formada şişlər, poliplər, kistlər əmələ gəlir.
Adamların və heyvanların bədənindən sidik və nəcislə xaric olan şistosoma yumurtaları gollərə və çayların durğun yerlərinə düşəndə, onlardan sürfələr çıxırlar. Onlar suda yaşayan ilbizlərin bədəninə daxil olurlar, çoxaiırlar və kütləvi şəkildə xaric olaraq, suda üzürlər. Suda üzən sürfələr adamların bədəninə dərini dələrək keçirlər: çiməndə, su ilə əlaqəli işlərdə (balıqçı, əkinçi, paltar yuyan və s.). Sonra sürfələr dəridəki venoz qan damarlarına daxil olub, qanla qara ciyərə, ürəyə, ağ ciyərə çatırlar. Burada 3 ay böyüyürlər, yetişirlər, cütləşirlər. Mayalanmış qurdlar yumurtalamaq ücün qanla bütün orqanların qan damarlarının divarlarına yayılrlar. Elə bir orqan yoxdur ki, onun qan damarlarında şistosoma ola bilməsin! Hamiləlik dövründə şistosomalar anadan dölə keçirlər.
Toksokar (Toxakar)
İnsana ən yaxın olan it və pişiklərin bağırsağında yaşayılar. Yumurtaları nəcislə torpağa düşür və 10 ildən artıq yoluxucu olurlar. İt və pişik nəcisi hər yerdə var. Külək və toz qurd yumurtalarını yayır. Yoluxma qurdun yumurtalarını udanda olur: çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən, tozlu havadan və s. Udulmuş yumurtalardan bağırsaqda sürfələr cıxır. Onlar bağırsağın divarını və oradakı qan damarları dəlib, qanla bütün orqanlara yayılırlar. İnsan bədənində sürfələr 10 illərlə sağ qalırlar, lakin onlardan heç vaxt qurdlar inkişaf etmir. Məskunlaşdıqları orqanlarda sürfələrin ətrafında xərçəngə bənzəyən şişlər əmələ gəlir. Adətən belə xəstələrdə davamlı qızdırma olur. Başqa qurdlar kimi, toksokar sürfələri allergiya, bronxial astma, səpkilər, öyümə, qusma və diqər əlamətlər törədə bilərlər. Əlamətlərin bir qismi sürfələr məskunlaşdıqları və zədələdiyi orqanlara məhsusdur. Məsələn, beyin zədələnirsə – epileptik qıc olmalar, parez, paralic, göz zədələnəndə – qranulomalar, uveit, panoftalmit, qlaukoma, keratit, göz sinirinin iltihablaşması, retinoblastoma (göz xərcənci) ola bilər.
Toksokaroza yoluxma ehtimalı çox böyükdür. Sadəcə diaqnozu olmadığına görə, onu başqa xəstəliklər adı ilə müalicə etməyə çalışırlar.
Trixinella Trihinella spiralis.
Bu qurd da geniş yayılmış və bir çox xəstəliklərlər, o cümlədən, xərçənc xəstəliyi törədəndir. Diaqnozu və dərmanı praktiki olaraq yoxdur. Trixinellaya yoluxma əsasən donuz (kolbasa), qaban, ayı, porsuq əti yeyəndə olur.
Əgər ət yaxşı bişmirsə, məsələn kababda, sağ qalmış sürfələr udulurlar. Nazik bağırsaqda sürfələr bağırsağın divarındakı limfa damarına daxil olurlar, bağırsaqdakı limfa düyünlərdə təxminən 2 ay yaşayırlar. Başqa qurdlardan fərqli olaraq, trixinellaların yumurtaları olmur. Ona görə də, nəcis analizi ilə onları aşkar etmək mümkün deyil. Hər dişi qurd limfa damarının icinə 2000-dək sürfə doğur. Sürfələr limfa və qan damarları ilə bütün orqanlara yayılırlar. Bir yerdə cəmləşmiş sürfələrin miqdarından asılı olaraq, orqanlarda müxtəlif ölçüdə düyünlər-şişlər əmələ gəlir. Yoluxmuş adamların orqanlarında sürfələr 10 illərlə sağ qalırlar. Trixinellanın törətdiyi xəstəlik trixinelyoz adlanır. Udulmuş sürfələrin miqdarından və adamların sağlamlığından asılı olaraq, xəstəlik kəskin ya xroniki olur.
Kəskin trixinelloz zəhərlənmə və allergiya bənzər əlamətlərlə başlayır: öyümə, qusma, ishal,yüksək qızdırma, əzələ ağrıları, göz qapaqlarının, üzün və bədənin müxtəlif yerlərinin şişməsi, qarın ağrıları, səpkiilər, qansızmalar, ürək zəyifliyi və s. Belə ağır vəziyyət 1-2 həftədən 5-6 həftəyədək davam edir. Aydındır ki, vaxtında və səmərəli müalicə almayan xəstələr kəskin trixinellözdan ölə də bilər.
Xroniki trixinelyoz illərlə davam edir. Xəstəliyin əlamətləri sürfələrin hansı orqanları daha çox zədələdiyindən və orqanizmin reaksiyasından asılıdır. Əksər xəstələrdə əzələ ağrıları olur. Barmağınızla əzələlərinizi sıxın. Əgər ağrıyan nöqtələr varsa, onda, böyük ehtimalla, həmin yerdə trixinella sürfələri var.
Dərialtı şişlərin-düyünlərin səbəbi də trixinella sürfələri ola bilər. Göz cəpliyinin səbəbi də goz əzələlərində məskunlaşan sürfələr ola bilər. Onurğa əyrilikləri və qrıjalarının səbəbi də onurğa əzələlərindəki trixinella sürfələri ola bilər. Ürəkdə məskunlaşan sürfələr aritmiya, ürək ağrıları, stenokardiya, infarkt, ürək zəifliyinə səbəb ola bilirlər. Qalxanvari vəzdə (zobda) sürfələr düyünlər-şişlər törədirlər. Süd vəzilərində düyünlərin, kistlərin, fibroz, kistoz mastopatiyanın səbəbi də trixinella sürfələri ola bilər. Uşaqlıqdakı düyünlərin, miomaların, fibromaların səbəbi də trixinella sürfələri ola bilər. Qara giyərdə, ağ giyərdə, böyrəklərdə, dalaqda, mədə altı vəzdə, limfa vəzilərində düyünlərin, sərtləşmələrin səbəbi trixinella sürfələri ola bilər. Davamlı qızdırmanın 37,0 -37,70, allergiyanın, səpkilərin, bronxial astmanın, limfa düyünlərinin böyüməsinin və bir çox başqa xəstəliklərin səbəbi trixinella sürfələri ola bilər. Hamiləlik dövründə trixinella sürfələri anadan dölə keçirlər. Əgər onlar dölün həyatı üçün vacib orqanları zədələsələr, onda hamiləlik dölün ölümü, uşaq salma ilə yekunlaşır. Başqa orqanlar zədələnəndə, doğulmuş uşaqda qüsurlar, eybəcərliklər, anlaşılmaz xəstəliklər olur. Südəmər dövürdə sürfələr korpələrə ana südü ilə keçirlər.
Diaqnozu olmadığına görə, xroniki trixinelyoz başqa xəstəliklər adı ilə müalicə olunur.
Trixinellöz düyünlərini-şişlərini isə zədələmək olmaz! Onlar böyük miqdarda limfa və qan damarları ilə bütün orqanlara yayılırlar, yeni düyünlər-şişlər əmələ gətirirlər. Köhnə şişlər sürfələrin miqdarı xeyli artdığına görə, sürətlə böyüyürlər. Xəstəlik kəskinləşir. Beyində və ürəkdə olan şişlər azda böyüsə, xəstənin ölümü tezləşir. Belə xəstələrin ölümünə səbəb böyüyən şişlər yox, yüksək qızdırma, qan sızmalar, ishal, allergiya, ürək zəifliyi olur. Təcrübədə trixinelloz ən çox yayılmış qurd xəstəliklərindəndir!
Dirofillariya qurdları Dirofillariya.
Dirofillariya çox az tanınmış, geniş yaylmış və nadir hallarda diaqnoz edilən qurddur. Heç dərmanı da yoxdur. İri qurdlar xəstə itlərin, pişiklərin ürəyində yaşayırlar. Onların sürfələri it-pişiklərin qanında üzürlər.
Adamları bu qurda ağcaqanadlar yoluxdurur. Əvvəlcə onlar xəstə itlərin, pişiklərin qanını içirlər. Sonra sürfələri sancdıqları adamların dərisinin altına salırlar. Bəzi xəstələr dəri altında hərəkət edən sürfələri hiss edirlər. Dəri altından sürfələr daxili orqanlara yayılırlar, böyüyürlər, eni 3 mm, uzunluğu 80 mm-dək olan qurda çevrilirlər. Daxili orqanlarda qurdların ətrafında müxtəlif ölçüdə şişlər əmələ gəlir.
Harada adamlar, itlər, pişiklər, ağcaqanadlar varsa, orada da bu xəstəliyə yoluxmaq ehtimalı çoxdur.
Exinokok (Ehinokok)
Exinokok qurdları bir çox ət yeyən heyvanların bağırsağında yaşayırlar (it, pişik, donuz, canavar, tülkü və s.). İnsanları xəstələndirən qurd yox, onun sürfələridir. Ölçüsü 0,03 mm olan qurd yumurtaları heyvanların nəcisi ilə torpağa, dərilərinə düşür. Yoluxma yumurtaları udanda olur: çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən, tozdan və s. Udulmuş yumurtalardan bağırsaqda sürfələr çıxır. Onlar bağırsağın divarını və oradakı venoz qan damarlarını dəlib, qanla əvvəlcə qara ciyərə gəlirlər. Onların təxminən 70% qara ciyərdə qalır. Qalanı qanla ürəyə, sonra ağ ciyərlərə çatırlar və 20% burada qalır. Qalan 10% arterial qanla ürəyin sol mədəciyinə və oradan bütün orqanlara yayılırlar. Elə orqan yoxdur ki, orada exinokok inkişaf edə bilməsin.
Orqanlarda sürfələr 2 formada inkişaf edirlər:
• Bir kameralı kist. Təxminən yoluxmadan 5 ay sonra orqanlarda diametri 5-20mm olan, içi mayeli bir kameralı kist əmələ gəlir. O illərlə böyüyür, ətrafdakı orqanları əzir. Belə kistlərin diametrləri 20sm dən artıq ola bilər, içində 10 litrə qədər zəhərli maye yığıla bilər. Qara ciyərdə olan kistlərin təxminən 50%-nin xarici qatı get-gedə sərtləşir. Belə kistləri rentgenlə dəqiq diaqnoz etmək olur. Kistin iç qatında yeni sürfələr yaranırlar. Onlar yetişdikcə, iç qatdan qopurlar, mayedə üzürlər.
• Çoxkameralı, alveokok adlanan kistlər. Alveokok şiş formasında olur. Moruq meyvəsi kimi cəmləşmiş, diametrləri 0,2-0,5 mm olan xırda kistlərdən ibarətdir. Kistlərin dahilində jele olur. Alveokokun xarıcindəki kistlərdən yeni kistlər əmələ gəlirlər. Beləliklə alveokok böyüyür.
Bir kameralı kistdən fərqli olaraq, alveokok böyüdükcə, məskunlaşdığı və ətrafındakı orqanları nəinki əzir, hətda onların daxilinə keçir. Alveokokun hissələri qopub, qanla yayılıb, uzaq orqanlarda inkişaf edə bilirlər. Ona görə, alveokok yayılmış xərçəncə çox oxşayır. Kistlər xırda olduğuna görə, alveokoku uzun müddət rentgen və USM ilə görmək olmur! Exinikokkoz xəstəliyinin inkişafı, şərti olaraq 4 mərhələyə ayrılır:
• Birinci mərhələdə xəstələri heç nə nərahat etmir.
• İkincidə – ümumi zəyiflik, öyümə, allergiya ola bilər.
• Üçüncü mərhələdə kistlər zədələyən orqanların əlamətləri olur. Əksər hallarda xəstəliyin bu mərhələsi xərçənc xəstəliyinə oxşayır.
• Dördüncü mərhələdə exinokokkoz müalicəsi mümkün olmayan xərçəncdən fərqlənmir!
Mərhələlərin davamı kistlərin hansı orqanlarda inkişaf etməsindən asılıdır. Beyində, xüsusi ilə bel iliyində inkişaf edən kistlər, artıq xırda olanda bu orqanları əzirlər, parez, iflic və başqa ağır xəstəliklər törədirlər. Qara ciyərdə birinci mərhələ davamlı olur. Xəstəlik illərlə adamı nərahat etməyə də bilər. Amma zədə nəticəsində, gözlənilmədən kist cırıla bilər. Yırtıqdan axan zəhərli mayedəki sürfələr başqa orqanlara yayılırlar. Nəticədə ağır xəstəliklər yaranır – anafilaktik şok, peritonit, abses, hidropnevmotoraks, hidroperikardit.
Statistik məlumatlara görə, exinokok xəstələrinin 90%-na xərçənc diaqnozu qoyulur.
Exinokok kisələrini isə zədələmək olmaz! – Sürfələr bütün bədənə yayılırlar, yeni şişlər yaradırlar!
Opistorxis. Klonorxis. Fassiola (Opistorhis. Klonorhis sinensis. Fassiola hepatika, F. qiqantika)
Qara ciyər qurdları (opistorxis, fassiola, klonorxis) yoluxmuş adamların qara ciyərində, mədə altı vəzində, öd yollarında yaşayırlar və bu orqanları yeyib, zədələyirlər, xəstələliklər törədirlər – öd daşları, xolesistit, pankreatit, sarılıq, allergiya, şişmələr, səpkilər, qaşınmalar, hətta şəkər və sirroz, xərçənc kimi xəstəlikləri də! Xərçənc xəstəlikləri təqdiqatının Beynəlxalq Acentliyinin məlumatında opistorhoz xərçənc torədən səbəblərin 1 qrupuna daxil edilib.
Qara ciyər qurdlarına yoluxma yaxşı bişməmiş balıq əti, kürü və yaxşı yuyulmamış tərəvəz yeyərkən baş verir. Hər gün milyonlarla adamlar bu qidalardan istifadə edirlər.
Son məlumatlara görə, qara ciyər, mədəaltı vəzi və öd yollarının xəstəliklərinin 90%-ni parazitlər törədirlər! Hətta həkimlər qurddan şübhələnsə də, onlara qarşı dərman təyin etməyə risk etmirlər, çünki, qara ciyəri, mədəaltı vəzi xəstə olanlarda allergiyalar və dərmanlardan ağırlaşmalar tez-tez olur.
Paraqonimus qurdları (Paraqonimus Vestermani)
Paraqonimus qurdları əsasən ağ ciyər xəstəlikləri törədirlər: davamlı öskürək, bronxit, bronxial astma, pnemoskleroz, bronxoektaziya, pnevmotoraks, plevrit və s. Hətta ağ ciyər şişlərini bəzən bu qurd törətdiyi haqda məlumatlar var.
Paraqonimoza yoluxma əsasən xərçənc və krevet (yengəc) yeyəndə, çay, göl suyu içəndə və udanda olur. Udulmuş sürfələr nazik bağırsağı tam deşib, qarın boşluğuna keçirlər. Sonra diafraqmanı da deşirlər və ağ giyərlərə dahil olurlar. Burada 5-6 həftəyə cinsi yetişirlər, yumurtalamağa başlayırlar. Yetişmiş qurdlar portağal toxumuna oxşayırlar. Onlar ağ ciyərlərin kənarlarında və kökünə yaxın yerlərdə yaşayırlar. Paraqonimus qurdları ağ ciyəri yeyirlər, zədələyirlər və oz ifrazatları-nəcisləri ilə bronxları, qanımızı zəhərləyirlər. Zədələnmiş yerlərdə iltihablaşmalar yaranir. Bir müddət sonra onlar sağalanda, yerlərində çapıqlar, sərtləşmələr əmələ gəlir. Get-gedə bronxlarda genişlənmələr, ağ ciyərlərdə sərtləşmələr, kistlər, şişlər əmələ gəlir. Kistlər yırtılanda – plevrit, pnevmatoraks yaranır.
Udulmuş sürfələrin miqdarından və yoluxmuş adamın sağlamlığından asılı olaraq, xəstəlik kəskin ya xroniki keçir. Kəskin paraqonimoz yüksək qızdırma, qusma, ishal, qarın ağrıları, nazik bağırsaqda qan sızmalar, tromboz, nekroz, peritonit nəticəsində xəstəni öldürə də bilər. Xroniki paraqonimozda xəstələri əsasən davamlı öskürək nərahat edir. Xəstəliyin əlamətləri vərəmə, xərcəncə oxşayır.
Qurdların beyində məskunlaşması çox təhlükəlidir. Belə xəstələrdə beynə qan sızma, iltihblaşma ola bilir.
Paraqonimozun yumurtalarını bəlğəmdə və bəlğəmlə udulduqlarına görə, nəcisdə aşkar etmək mümkündür. Bu qurdun yumurtalarıni axtaran, tanıyan mütəxəssis, demək olar ki, yoxdur. Rentgen, KT, YMR, bronxoskpiya, histoloji analiz paraqonimozu diaqnoz edə bilmirlər. Ona görə də, əksər ağ ciyər xəstəliklərinin səbəbi həkimlərə məlum deyil. Onları sağaltmaq da olmur!
Enli lentşəkilli qurdlar. Öküz soliteri. Donuz soliteri.
Lentşəkilli qurdlar əsasən insanların nazik bağırsağında yaşayırlar. Uzunluqları 2-15 metrə çatır. Bu qurdların bağırsağa bərk yapışan başı, boynu və boyundan tədricən əmələ gələn buğumlu bədənləri var. Yoluxma tərkibində qurd sürfələri olan yaxşı bişməmiş ət yeyəndə olur. Balıq ətində, yaxşı duzlanmamış kürüdə enli lentşəkilli qurdun sürfələri ola bilər. İri buynuzlu heyvanların ətində öküz soliterinin sürfələri ola bilər. Donuz ətində donuz soliterinin sürfələri ola bilər.
Udullmuş sürfələr başları ilə nazik bağıırsağın daxili qatına yapışırlar. Burada həzm olunmuş qidanı, vitamin və mineralları mənimsəyərək, gündə 3-7sm böyüyürlər. 2,5-3 aya cinsi yetişirlər, yumurtalamağa başlayırlar. Yoluxmuş adamlarda bir ya bir neçə qurd ola bilər. Onlar 15 ildən çox yaşayırlar. Uzun lentşəkilli qurdların balalıq adlanan bədənlərinin son buğumlarında vaxtaşırı milyonlarla yumurta yetişir. Enli qurdun yumurtaları nəcislə xaric olunurlar. Onların sonrakı inkişafı ancaq suya düşəndə olur. Qurdun sürfələri yumurtaları udan balıqların ətində cəmləşirlər. Öküz və donuz soliterlərin yumurtaları yetişdikcə, balalıqlar qurdun bədənindən qopurlar. Donuz soliterinin balalıqları bağırsaqdan nəcislə çıxırlar. Öküz soliterinin balalıqları isə aktiv hərəkət edərək, özləri bağırsaqdan çıxa bilirlər. Bəzi xəstələr onları görürlər.
İnəklər və donuzlar torpağa, otlara düşmüş yumurtalaru udanda yoluxurlar. Onların bağırsağında yumurtalardan sürfələr çıxırlar, bağırsağın divarındakı qan damarlarına daxil olub, qanla heyvanların əzələlərinə çatırlar, cəmləşirlər. Qurdların uzun olmalarına baxmayaraq, illərlə heç bir narahatçılıq olmaya da bilər. Başqa qurdlar kimi, lentşəkilli qurdlara yoluxanlarda allergiya, səpmələr, giyişmələr, ishal ya qəbzlik, qan azlığı, baş ağrıları, öyümə, qusma, saç tökülməsi, aybaşı pozulması, sonsuzluq, uşaq salma, kişilərdə cinsi zəyiflik, yorğunluq, yuxusuzluq və digər xəstəliklər ola bilir. Bu qurdlara yoluxanlarda güclü arıqlama, qan azlığı, bağırsaq keçməməzliyi, peritonit, pankreatit kimi təhlükəli ağırlaşmalar da olur. Donuz soliterinin sürfələri tək bağırsaqda inkişaf etmirlər. Onlar bağırsağın divarındakı qan damarlarına daxil olub, qanla bütün orqanlara yayula bilirlər. 60-70 gündən sonra orqanlarda sürfələrin ətrafında diametri 5-15mm olan kapsul əmələ gəlir. Orqanlardakı sürfələr sistiserk adlanırlar. Onları müxtəlif orqanlarda aşkar edirlər – dəri altında, əzələlərdə, gözlərdə, baş və onurğa beynində, qara ciyərdə, ürəkdə, ağ ciyərlərdə və s. Beyində olan sistiserklər baş ağrıları, öyümə, qusma, qıc olmalar, ensefalit, meningit, epilepsiya, parez, iflic törədə bilirlər. Beynin əsasında sistiserk 20 sm dək onurğa iliyinə doğru böyüyə bilir. Əksər hallarda belə xəstələr əziyyətlə ölürlər. Gözün daxilində olan sistiserk gözü zədələyir, iltihablaşmalar törədir, görmə qabiliyyətinin zəifləməsinə və hətta tam itirilməsinə səbəb ola bilir. Gözün arxasında yerləşən sistiserk ekzoftalm, yəni gözün bərəlməsi yarada bilər.
Başqa qurdlar kimi, uzun lentşəkilli qurdlar da həmişə yumurtlamırlar. Ona ğörə də nəcis analizi bu qurdların da diaqnozunda etibarlı deyil. Öküz soliterinə yoluxan bəzi xəstələrdə vaxt aşırı qurdun balalıqları bağırsaqdan çıxıb, bədənində, paltarında hərəkət edirlər. Amma bu bütün xəstələrdə olmur.

8