• en
  • ru

QUDUZLUQ
Quduzluq mərkəzi sinir sistemini zədələyən virus etiologiyalı kəskin yoluxucu xəstəlikdir.
Xəstəlik insana xəstə və virus daşıyan heyvanın dişləməsi və ya zədə yerindən onun tupurcəyi vasitəsilə keçir. Xəstəlik bir qayda olaraq ölümlə nəticələnir.
Hal-hazırda quduzluq dünyanın bütün qitələrində qeyd edilir. Xəstə heyvanın südü və əti ilə xəstəlik keçmir. Quduzluğa bütün istiqanlı heyvanlar həssasdırlar, lakin bir neçə növ yırtıcı, xüsusi ilə it ailəsinə aid olan heyvanlar xəstəlikdə əsas infeksiya mənbəyi kimi mühüm epidemioloji əhəmiyyətə malikdirlər (canavar, tülkü, çaqqal və s.)
Virus insandan insana ötürülmür.
Virus xarici mühitə infeksiyalaşmış heyvanın və ya insanın agız suyu ilə inkubasion dövrün sonun 7-10 günü ərzində və bütün xəstəlik dövründə ifraz olunur. Virus insan orqanizmində 12 gündən 30 günə qədər, nadir hallarda isə 1 ilə qədər və daha çox qala bilər.
Quduzluq xəstəliyi ilin bütün fəsillərində qeyd edilir. Xəstəlik Ən çox ilin isti aylarında baş verir. Bu dövrdə itlərin arasında quduzluqla xəstələnənlər çox olur.
Quduzluq virusu təbiətdə vəhşi yırtıcı heyvanların (canavar, çaqqal, tülkü və s.) orqanizmində saxlanılır. Bununla belə insanların quduzluqla xəstələnməsi yaşayış yerlərində sahibsiz itlərin, xüsusən onların arasında quduz olmuş heyvanların sayının artdığı zaman qeyd edilir. Müəyyən edilmişdir ki, xəstəliyin heyvan dişləməsi nəticəsində baş verməsi, quduzluqla ümumi xəstələnmənin 90%-ni təşkil edir, bunun isə 80-89%-ni itlərin dişləməsi ilə əlaqədardir. Qeyd etmək lazımdır ki, heyvanların tüpürcəyində viruslar xəstəliyin ilk əlamətlərindən 7-13 gyn qabaq qeyd edilir. İnfeksiya mənbəyi kimi pişiklər də çox təhlükülirdirlər. Onlarda quduzluq gizli formada keçir. Ot yeyən heyvanlarda (buynuzlu heyvanlar, atlar, eşşəklər, dəvələr, marallar və s.) yoluxma baş verə bilər. Siçovul, siçan və başqa vəhşi sinantrop heyvanlardan da quduzluqla yoluxmanın baş verməsi mümkündür. Quduzluqla xəstələnmiş insandan yoluxma çox nadir hallarda qeyd edilir.
Quduzluq xəstəliyinə tutulmağın qarşısını almaq üçün əlimizdə qüdrətli bir vasitə vardır ki, bu da quduzluga qarşı peyvənd etməkdir. Bu peyvəndlər nə qədər tez edilərsə, onların təsiri bir o qədər müsbət olar. Peyvəndləri özbaşına dayandırmaq və ya bunların arasında fasilə vermək olmaz, çünkü bu, bədəndə quduzluğa qarşı muqavimət əmələ gəlməsini zəiflədir.
Hansısa bir heyvan tərəfindən dişlənmiş, cırmaqlanmış, tüpürcəklənmiş və həmçinin quduzluq xəstəliyindən ölmüş heyvanların cəsədlərinin yarılması, cəmdəklərinin emalı və quduzluq xəstəliyindən ölmüş insanların meyitlərinin yarılması zamanı xəsarət almış şəxslər dərhal (həmin gün) tibbi yardım üçün müalicə – profilaktika müəssisələrinə müraciət etməlidirlər.
Quduzluq xəstəliyinin törədicisi – virusdur. Xəstəlik psixikanın pozulması, qorxu və oyanma ilə özünü bildirir.
Xəstəliyin 2-3-cü günündən başlayaraq xəstənin şüuru pozulur, hallüsinasiya olu, sayıqlayır, Xəstəyə yanğı əziyyət verir, çoxlu ağızsuyu axır, çünki xəstə uda bilmir. Xəstə bir udum su içmək istədikdə, sonralar isə hətta suyu gördükdə belə (hidrofobiya – sudan qorxma) udma və tənəffüs əzələlərinin qıcolmaları əmələ gəlir. Oyanma şiddətlənib şüur çalpaşıq olduqda xəstələr təcavüzkar olur, yataqda vurnuxur, döşəmədə sürünür, özlərini pəncərədən atmaq istəyirlər. Oyanma ifliclə əvəz olunur və xəstəliyin 6-8-ci günü, nadir hallarda ilk günlər xəstə ölür.
İnkişaf etmiş quduzluğu mualicə etmək üçün təsirli metodlar yoxdur. Odur ki, xəstənin əzabını azaltmaq və xəstəliyin işçilərə keçməməsinə çalışmaq lazımdır.
Quduz heyvan dişləyən yeri mümkün qədər tez qaynamış su və sabunla yuyur və yodla silirlər, yaranın içinə və yumşaq toxumalara aseptika qaydalarına əməl edib antirabik serum və ya immunoqlobulin vururlar. Quduzluğa qarşı peyvəndlər yalnız o zaman fayda verir ki, quduz heyvan dişlədiyi və ya onun tüpürcəyi dəyən andan ən geci 14 gün ərzində vurulmuş olsun.
Şübhəli heyvanlar 14 gün müddətində xəstələnmirsə, peyvəndləri dayandırırlar.
Xəstəni qaranlıq palataya qoyurlar ki, xarici qıcıqlar – işıq, səs, danışıq, havanın hərəkəti ona təsir etməsin.
Qıcolmalara qarşı simptomatik dərmanlar: xloralhidrat, narkotik dərmanlar, seduksen, yuxu dərmanları verilir, qidalandırmaq üçün qlükozanın duz məhlullarını vururlar. Xəstəni çarpayıya bağlayır, fərdi tibb bacısı postu qoyurlar. İşcilər əlcək və maska geyib işləməlidirlər, çünki xəstənin tüpürcəyində quduzluq virusu olur.
Xəstəni çox ehtiyatla yedizdirmək lazımdır. Ona qulluq etmək üçün həmişə ehtiyat yataq dəyişəyi olmalıdır. Qulluq şeylərini, qab-qacağı, dəyişəyi 2%-li xloramin məhlulu ilə dezinfeksiya edirlər.

14