• en
  • ru

Ekoloji xarakterli fövqəladə hallar

 Ekoloji xarakterli fövqəladə hallar

 

Mövzunu hazırladılar:  biologiya üzrə fəlsəfə doktoru, dosent Zamanova  Sevda Xasay q. 
  baş müəllim Məmmədova Nahidə Məcid q.
  Mülki Müdafiə  və Tibbi biliklərin əsasları, Bədən tərbiyəsi                kafedrası. ADU

  Ekologiya – canlı olnanizmlərin bir-biri ilə və ətraf mühit ilə qarşılıqlı əlaqələri haqqında elmdir.  Canlı və  cansız təbiəitin bütün elementləri bir-birinin həyat fəaliyyətinə və vəziyyətinə qarşılıqlı olaraq təsir edir. Yer üzərində həyatın davam etməsi üçün canlı və cansız təbiətin bütün elementləri arasında ekoloji tarazlığın sabit qalması  çox  vacibdir.

Ekoloji fəlakət – təbii fəlakət, iri sənaye və nəqliyyat qəzası nəticəsində kütləvi surətdə canlı orqanizmlərin  məhvinə və böyük maddi itkilərə səbəb olan haldır.

Ekoloji xarakterli fövqəladə halların səbəb olduğu təbii mühit sabitliyinin pozulmasının əsas  nəticələrinə aiddir:

  • Dünya əhalisinin artımı və eyni zamanda həyat üçün yaralı ərazilərin azalması;
  • Biosferin əsas komponentlərinin tənəzzülü və bununla əlaqədar insan sivilizasiyasının öz-özünü saxlaması və təmin etməsi üçün təbiətin potensialının aşağı düşməsi;
  • Mümkün iqlim dəyişikliyi və Yerin ozon qatının tükənməsi;
  • Bioloji növ müxtəlifliyinin azalması;
  • Təbii fəlakət və texnoloji qəzara nəticəsində dəyən ekoloji ziyanın artması.

Antropogen qəzaların ekosistemlərə təsirləri arasında xüsusi təhlükəli olanlarından aşağıdakıları göstərmək olar:

  • Atom elektrik stansiyalarında və kimyəvi müəssisələrdə baş verən qəzalar;
  • Yanacaq, radioaktiv və zəhərli maddələrin nəqli zamanı baş verən qəzalar;
  • Sutəmizləyici qurğularda və neft borularında baş verən qəzalar;
  • Geniş ərazilərdə meşə yanğınları;
  • Tankerlərin və neftçıxarma platformaların qəzaları.

Ekoloji  nəticələr baxımından kimya obyektlərində baş verən böyük qəzalar çox təhlükəli və ağırdır. Bu halda atmosferin yerüstü təbəqəsi, su mənbələri, torpaq və s. zəhərli maddələrə yoluxur. Zəhərləyici maddələr yüksək konsentrasiyalı  olduqda, insan və heyvanlarda kütləvi zədələnmə (zəhərlənmə) müşahidə edilir.

 Ekoloji xarakterli fövqəladə hadisələrin təsnifatı:

  1. Atmosferin (mühitin) tərkibi və xassələrinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr (iqlimin kəskin dəyişməsi şəhərlərdə kəskin oksigen azlığı, ozon qatının pozulması və s.);
  2. Yerin (torpağın, yer təkinin və səthinin) vəziyyətinin dəyişməsi  iə əlaqədar fövqəladə hadisələr;
  3. Hidrosferin (su mühitinin) vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr (su mənbələrinin quruması, çirklənməsi və su ehtiyyatlarının kəskin surətdə azalması);
  4. Biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar, fövqəladə hadisələr (yaşayış mühütünün dəyişməsinə həssas olan heyvan və bitkti növlərinin yox olması, yerin bitki örtüyünün məhv olması və s.).

Atmosferin (mühitin) tərkibi və xassələrinin dəyişməsi  i əlaqədar fövqəladə hadisələr: atmosferin çirklənməsi həm təbii, həm də insanın təsərrüfat fəaliyyətinin nəticəsində baş verir. 

 Havanın çirklənməsinin təbii səbəbləri:

  • Kosmik toz;
  • Vulkanların fəaliyyəti;
  • Küləyin torpağa və dağ mədənlərinə təsiri.

İnsan fəaliyyəti nəticəsində atmosferin çirklənməsinin səbəbləri:  

  • Sənaye müəssisələri tərəfindən havaya atılan tullantılar;
  • Elektrostansiyaların fəaliyyəti;
  • nəqliyyat vasitələrindən atılan tullantılar;
  • meşələrdə odla ehtiyatsız davranmalar nəticəsində yanğınlar;
  • şəhərlərdə küyün yolverilən həddən artıq olması;
  • insan fəaliyyəti nəticəsində iqlimin kəskin dəyişiklikləri;
  • atmosferdə zərəli maddələrin yolverilən həddən artıq olması;
  • şəhərlərdə kəskin «oksigen» aclığı;
  • şəhərlən üzərində tempratur inversiyaları;
  • böyük ərazilərdə «turşu yağışlarının» yağması;
  • atmosferin ozon qatının dağılması;
  • atmosferin şəffaflığının dəyişməsi.

Dünya təsərrüfatlarında sənaye qurğularından hər il atmosferə 200 mln. tondan artıq toz, 100 mln. tona qədər kükürd anhidridi,  70 milyon ton azot oksidləri, 18- milyon ton dəm qazı,  250 min tondan artıq qurğuşun, həmçinin sink, mis, civə və digər toksik elementlər atılır. Yer səthinə müxtəlif  fotokimyəvi duman («smoq»), «turşulu yağışlar» şəklində düşən toksiki elementlər biota və bütövlüklə biosferə,  ilk növbədə insana, onun sağlamlığına böyük ziyan vurur. Atmosferanın çirklənməsi nəqliyyatda, kommunal təsərrüfatda, sənayedə təbii qazın yandırılması ilə əlaqədardır. Şəhərlərdə çirkləndirici maddələrin 60 %-i nəqliyyatın, 15 %-i istilik-enerji müəssisələrinin, 25 %-i sənaye və tikinti müəssisələrinin tüllantılarının payına düşür. Havanın əsas çirkləndiriciləri—kükürd oksidi, azot, metan və dəm qazıdır. Atmosferanın çirklənməsi bitkilərdə metabolizm pozulmasına və müxtəlif xəstəliklərə səbəb olur. Kükürd qazından, xlorofil parçalanır, dənli bitkilərin inkişafı pozulur, yarpaqlar quruyur, tökülür.

Sənaye  çirkləndiricilərinin növundən asılı olaraq  dəyən zərər də müxtəlif olur. Xlor tənəffüs üzvlərinə və gözlərə zərər verir. Flüoridlər insan orqanizminə həzm üzvlərə vasitəsilə düşdükdə kalsiumu sumuklərdən yuyub çıxarır və qanda miqdarının aşağı salır; tənəffüs üzvləri ilə daxil olduqda tənəffüs üzvlərinə mənfi təsir edir. Hidrosulfidlər gözün  buynuz qişasına və tənəffüs üzvlərinə  mənfi təsir edir, baş ağrılarına səbəb olur.  Yüksək dozalarda ölüm baş verir.  Karbon disulfid sinir sistemi zəhəridir, və psixi pozğunluğa səbəb olur.  Kəskin zəhərlənmə zamanı  hüşun  itirilməsi baş verir. Ağır metalların buxarları ilə tənəffüs həyat üçün çox təhlükəlidir. Kükürd dioksid tənəffüs üzvlərini zədələyir. Karbon oksidlə tənəffüs orqanizmdə oksigen aclığına səbəb olur. Uzun müddət karbon oksidlə tənəffüs insan üçün ölümlə nəticənə bilər.   Aldehidlər və ketonlar gözlərə və tənəffüs üzvlərinə qıcıqlandırıcı təsir edir, sinir sisteminə narkotik təsir edir.

Atmosferdəki toz Yerə ultrabənövşəyi şüaların  keçməsinə mane olur.   

İnsan sağlamlığına smoq da pis təsir edir. Bu  zaman insanların əhval-ruhiyyəsi pozulur, ağ ciyər və ürək qan-damar sisteminin xəstəliklərinə  səbəb olur, qripp epidemiyaları baş verir.

Atmosferin çirklənməsi bitkilərə də pis təsir edir. Müxtəlif qazlar bitkilərə müxtəlif cür təsir edir. Bitkilər üçün kükürd qazı, hidrogen florid, ozon, xlor, azot oksid, duz turşusu xüsusilə pis təsir edir. Bitkilərdə atmosfer  çirklənməsi  metabolizmin pozulmasına və müxtəlif xəstəliklərə səbəb olur. Kükürd qazının təsirindən xlorofil parçalanır, toxlanma pozulur, ağacların yarpaqları quruyur, tökülür.   Atmosferi çirkləndirən  maddələr kənd təsərrüfatı bitkilərinə mənfi təsir etməklə yanaşı, torpağa da zəhərləyici təsir edir.

Atmosferin çirklənməsi ilə bağlı ciddi problemlərdən biri də antropogen təsirlərdən iqlimin dəyişməsidir. İqlimin dəyişməsi aşağıdakılara səbəb olur:

  • havanın tempraturasının və havanın nəmliyinin aşağı düşməsi və ya qalxması ilə atmosferə bilavasitə təsir;
  • atmosferin fiziki və kimyəvi xassələrinin, radiasion və elektrik xassələrinin dəyişməsi, troposferin tərkibinin dəyişməsi (karbon dioksidin, azot oksidlərinin, metanın, ozonun, kriptonun, toz aerozollarının konsentrasiyası artır);
  • atmosferin yuxarı qatlarının tərkibinin və xassələrinin dəyişməsi, freon və azot oksidlərinin təsirindən ozon ekranının dəyişməsi, həmçinin, stratosferdə aerozolun əmələ gəlməsi (vulkan püskürməsi nəticəsində);
  • Yerin əksetdirmə qabiliyyətinin dəyişməsi (atmosfer və okean arasında qazlar mübadiləsi pozulması, atmosferin nəmliyinin dəyişməsi).

İqlimin dəyişməsi insanın vəziyyətinə və həyat fəaliyyətinə  təsir edir. Havanın tempraturunın  dəyişməsi yağıntılara və su ehtiyatlarının paylanmasını da dəyişdirir. 

İqlimin dəyişməsi kənd təsərrüfatına da təsir edir. Havaların istiləşməsi vegetasiya fəslinin müddətini uzadır (hər artan dərəcə 10 gün uzadır). Atmosferin yuxarı qatlarında antropogen fəaliyyət ilə əlaqədar ionosferada elektron konsentrasiyasının aşağı olduğu zonalar yaranır (ionosfer dəlikləri). Kosmik fəzaya güclü raketlər buraxılarkən elektromaqnit şüalanması və su və su tərkibli birləşmələrin atmosferə tullanması zamanı ionosferanın vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər və bununla əlaqədar radiosiqnalların böyük məsafələrə ötürülməsi pisləşir. Antropogen təsir nəticəsində havada atmosferin elektrik xassələrini müəyyən edən ionlaşmaya səbəb olur. Atmosferin elektrik xasslərinin gəyişməsi xoşagəlməz effektlərə səbəb olur, elektrik cərəyanı ilə zədələnmələrə gətirib çıxarır.

 Smoq. Atmosferanın aşağı qatlarında günəş şüalarının təsiri altında canlı orqanizmlər üçün çox zərərli təsirli birləşmələr əmələ gəlir, bu da duman kimi müşahidə edilir.  İri şəhərlərdə smoqun nəticəsində günəş şüalarının 10-15%-i, ultrabənövşəyi şüaların 30%-i tutulur.

Ozon dəlikləri. Atmosferdə 20-25 km hündürlükdə böyük  miqdarda ozon molekulaları mövcuddur, onların əsas işi  günəş spektrinin canlı orqanizmlər üçün zərərli hissəsini udur. Alimlərin apardıqların tətdqiqatların nəticələrinə görə nəticədə dəri xərçəngi, katarakta kimi xəstəliklərin inkişafı, meşə və dəniz ekosistemlərinin  pozulması baş verir. Alimlərin tədqiqatlarına görə ozon dəliklərinin əmələ gəlməsinin əsas səbəbi soyuducu istehsalında istifadə edilən  freonların (SFSl3, SF2Sl2) atmosferdə toplanmasıdır. Bu qazlar atmoferada onillərlə qalır. Oradan stratosferaya keçir,  günəş radiasiyasının təsirindən xlor atomları əmələ gəlir, onlar da ozonun oksigenə çevrilməsini kataliz edir. Ozon dəliklərinin əmələ gəlməsinə avtomobillər, aerozol balonlarında istifadə olunan  freonlarla yanaşı digər birləşmələr xlor, karbon qazı da mənfi təsir göstərir. Avropanın şimal reqionunda əhalinin sıx yaşadığı ərazilər üzərində ozon qatının qalınlığı  3% azalmışdır. Ozon qatının 1% azalması onkoloji xəstəliklərin 6% artmasına səbəb olur. 

 İstilikxana effekti. Bəzi atmosfer qazları günəşin  görünən işıq şüalarını yaxşı keçirir və planetin istilik şüalanmasını udaraq ümumi istiləşməyə səbəb olur. Atmosferin yuxarı qatlarında toplanan  karbon qazı Yerlə Kosmos arasında gedən istilik mübadiləsinə mane olur, nəticədə həm antropogen təsir, həm də vulkan püskürməsi və geotermal sulardan baş verən istilik  Yerdə tempraturanın toplanaraq artmasına  və istixana effektinə səbəb olur. İstixana effektinin səbəblərinin 50%-i karbon qazının, 18%-i metanın, 14%-i  freonların payına düşür.  Nəqliyyat vasitələri atmosferin çirklənməsində (karbohidrogenlərin yanması zamanı) əsas səbəblərdən biridir. Onun nəticəsində atmosferdə karbon qazının səviyyəsi XXI əsrin əvvələrində 20% artaraq, artıq 30-40 %-ə çatmışdır. Atmosferada karbon qazının artmasının digər səbəbləri meşəsizəşdirmə, həmçinin şumlanmış torpaqların intensiv mineralizasiyası ilə əlaqədardır.

Metan atmosferaya bataqlıq rayonlarından, düyü plantasiyalarından, çoxsaylı heyvandarlıq təsərrüfatlarından, kömür yataqlarından daxil olur. XX əsrdə atmosferada karbon qazının miqdarı 25%, metanın miqdarı 100% artmışdır, bu da orta illik hərarəti 0,5 0 S artırmışdır. Əgər bu temp davam edərsə 50 ilə bu göstərici 3-50 arta bilər.  Hesablamalar göstərir ki, qütb buzlaqlarının əriməsi dünya okeanında suyun səviyyəsinin 0,5-1,5 m qalxmasına səbəb olacaq. Yağıntıların ümumi miqdarı artacaq, lakin, qitələrin mərkəzlərində iqlim quraqlaşacaq, bu da məhsuldarlığı, xüsusilə də dənli və düyü əkinlərinin məhsuldarlığını xeyli aşağı salacaq.

Turşu yağışları (qar, duman) suda kükürd və azot oksidləri (SO2, NO2) həll olması nəticəsində yaranır. Kükürd oksidləri atmosferin əsas çirkləndiricilərindən olub, istilik stansiyalarında, qazanxanalarda karbohidrogenlərin (kömürün, neftin və digər üzvi yanacaqların) yanma məhsullarıdır. Turşu yağışları bitkilərin yarpaqlarından zülalları, amin turşularını, qlükozanı, kaliumu yuyub çıxardır; torpaqda qumusu yuyub çıxarır, kalsiumun, kaliumun, maqneziumun miqdarını aşığı salır;  iri ekosistemləri, bitki və meşələri  məhv edir, gölləri və çayları cansız hövzələrə çevirir. Turşu yağışları torpağın münbitliyini aşağı salır, flora və faunaya mənfi təsir edir.

Atmosferanın radioaktif zəhərlənməsi. Radioaktiv hissəcikləri atmosferada hava axınları ilə qısa bir müddətə yayılaraq torpağı və su hövzələrini, bitkiləri və heyvanları zəhərləyir. Sakit okean atollalarında nüvə silahı partlayışı sınağı aparılandan 4 ay sonraradioaktiv stronsium avropa qadınlarının südündə aşkar edilmişdir.

Radioaktiv izotopları insan orqanizmində digər elementləri əvəz edir: stronsium-90 öz xüsusiyyətlərinə görə kalsiumla oxşar olduğuna görə, sümüklərdə toplanır,  sezium-137 kalium ilə oxşar olduğuna görə əzələlərdə toplanır Məsələn, Alyaskada maral əti ilə qidalanan eskimoslarda çox miqdarda sezium-137 aşkar edilmişdir, çünki, marallar şibyələrlə qidalanır. Şibyələrdə onun miqdarı torpaqdakı miqdarından min dəfələrlə çoxdur. Maral ətində bu miqdar 2 dəfə artır, nəticədə eskimoslarda isə marallarla müqayisədə  3 dəfə daha artıq toplanır. Bəzi arktika rayonlarında bəd xassəli şişlərdən ölüm halları orta göstəricidən yüksəkdir.

Atom Elektrik Stansiyalarında qəzalardan sonra radiasiya uzun müddətə davam edir. Çernobıl qəzası zamanı radioaktif hissəciklər 6 km hündürlüyə qalxmışdır. Atmosfer hava axınları ilə elə birinci gün Ukrayna və Belorusiyaya yayılmışdır. Sonra buludlar parçalanıb, bir hissəsi 2-4 günə Polşa və İsveçə, həftənin sonuna Avropanı keçərək,10-cu günə Türkiyəyə, Livana, Suriyaya çatmış, digər hissə isə bir həftəyə Sibirə, 12-ci gün Yaponiyaya, 18 günə Şimali Amerikaya çatmışdır.

Kosmik fəlakətlərdən ən məlum olanı və geniş yayılanı planetlərarası fəzadan Yer səthinə əsasən kosmik toz halında düşən meteoritlərdir (aerolitlər). Hər gün Yer səthinə yüz  tonlarla meteorit düşür. Meteoritlərin ölçüləri təqribən 1 mm-bir neçə metr, çəkiləri  isə təqribən 1qram – 1 neçə tondur. Adətən meteoritlər atmosferə  sürtünməsi nəticəsində 160-180 km yüksəklikdə alışır və Yerə çatmamış atmosferdə yanıb külə dönür, lakin bəzən onlar Yerə çatır.

Torpaq, yeraltı, landşaft dəyişikliyi ilə bağlı Fövqəladə hallar. Bu dəyişikliklər həm təbii səbəblərdən və həm də insan fəaliyyəti ilə əlaqədar baş verir.

Təbii səbəblərdən baş verən dəyişikliklər:

  • torpağın eroziyası;
  • aşınması;
  • şoranlaşması;
  • torpaq sürüşməsi, uçqunlar, yapğanların əmələ gəlməsi.

İnsan fəaliyyəti ilə əlaqədar:

  • ağır metallar, radioaktiv elementlər, kimyəvi və üzvü maddələrlə torpağın çirklənməsi;
  • fəlakətli torpaq çökmələri, yerin dərinliklərində mineral ehtiyatlarının hasilatı ilə əlaqədar yer səthində torpaq sürüşmələri;
  • eroziya, şoranlaşma, bataqlaşma ilə əlaqədar böyük ərazilərdə torpağın deqradasiyası və eroziyası;
  • bərpaolunmayan təbii ehtiyatların tükənməsi ilə bağlı böhranlı vəziyyətlər;
  • ətraf mühitin sənaye və məişət tullantıları ilə çrklənməsi ilə bağlı böhranlı vəziyyətlər.

Torpağın məhvi. Torpağın bir santimetrini yeniləmək üçün təbiətə 100-300 il lazımdır. Hal-hazırda  əkin sahələrinin 1/3 hissəsinin 50%-i erroziyanın müxtəlif  səbəblərindən  üst qatı itirilmişdir. Hər il erroziya səbəbindən 3 milyon hektar, səhralaşma səbəbindən-2 milyon hektar, kimyəvi maddələrlə zəhərlənmə səbəbindən-2 milyon hektar torpaq sahəsi itirilir.

Çoxsaylı kənd təsərüfatı rayonlarının torpağı duzlaşmaya məruz qalmışdır. Duzlarla zəngin qrunt suları üst qatlara qalxır.  İntensiv buxarlanma nəticəsində torpağın üst qatı şoranlaşır və nəticədə belə torpaqlarda kənd təsərrüfatı bitkilərini yetişdirmək mümkün olmur. Əkilən torpaqların fiziki deqradasiyası da böyük problemə çevrilmişdir—ağır kənd təsərrüfatı maşınları torpağı əzərək çökdürür.

İnsanın təsərrüfat fəaliyyəti qlobal ekoloji problemlər

  Qurunun 10-15 %-i şumlanmışdır, 25 %-ində isə otlaq sahələri kimi istifadə edilir. Əgər buraya nəqliyya şəbəkəsi, sənaye müəssisələri, qurğuları və binalarlın yerləşdiyi 3-5 %-i, faydalı qazıntı yataqları kimi istismar olunun 1-2 %-i də əlavə etsək, onda məlum olur ki, Yer səthinin təxminən yarısı insan fəaliyyəti ilə dəyişmişdir.

Sivilizasiyanın inkişafı ilə biosfer dövranına mənfi təsir də artmışdır. Hər bir ton sənaye məhsuluna 20-50 ton tüllantı düşür. Hər bir insana iri şəhərlərdə  bir ildə bir ton məişət tullantısı düşür. Biosferada disharmoniya həm bitki, həm heyvanat aləmində, həm də insanların sağlamlımında öz əksini tapır.  Zəhərləyici maddələrin çoxu torpağa, atmosferaya və su hövzələrinə düşərkən bitki və heyvan toxumalarında toplanaraq qida zənciri ilə insan orqanizminə keçir. Toksiki birləşmələr mutasiyaların sayını artırır, anadangəlmə və irsi  dəyişikliklərə səbəb olur.  Planetin müxtəlif reqionlarının statistik göstəricilərinin müqayisəsinə görə xərçəng xəstəliklərinin 80 %-i mühitin kimyəvi çirklənməsi ilə əlaqədardır.

Bütün dünyada dağ-mədən işləri ilə pozulmuş torpaqların ümumi sahəsi 6 mln. hektarı keçir. Dağ-mədən sənaye istehsalının kənd təsərrüfatı və meşələrə bilavasitə neqativ təsirini də bura əlavə etmək olar.

Hesablamalara görə, fəaliyyətdə olan karxanadan 35-40 km radiusunda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı orta səviyyə ilə müqayisədə 30% aşağı düşür. Faydalı qazıntıların çıxarılması ilə əlaqədar yer səthinin çökməsi müşahidə olunur.  İnsanın aktiv fəaliyyəti (karxanalar, şaxtalar, yeraltı anbarlar, mülki və hidrotexniki obyektlər, zibilxanalar və s.) litosferdə əsasən üst bir neçə 10 metrlikdə aparılır,  lakin tək-tək xüsusi dərin karxanalar,  şaxtalar və quyular da mövcuddur.

Torpaq xüsusi təbii resurs olub, bərpa olunmayan, eyni zamanda düzgün istifadə edildikdə tükənməyən resurs sayılır.

Torpağın deqradasiyaya uğrama səbəbləri, əksər halda antropogen xarakteri daşıyır. Torpağa antropogen təsirin əsas növləri aşağıdakılardır:

  1. Torpağın eroziyası;
  2. Torpağın çirklənməsi;
  • Pestisidlərdən istifadənin nəticələri;
  • Aqrokimyəvi maddələrin istifadəsinin ətraf mühitə təsiri;
  • Torpağın radionuklidlərlə çirklənməsi;
  • Torpağın təkrar şorlaşması və bataqlaşması;
  • Səhralaşma;
  • Sənaye və kommunal tikinti üçün torpaq sahəsinin ayrılması.

Torpağın deqradasiyasının əsas səbəbləri:

  • pestisid gübrələrdən suiistifadə. Azot gübrələrinin torpağa qədərindən artıq verilməsi torpağın strukturunu pozur və torpağın erroziyaya qarşı davamlılığını aşağı salır. Tərkibində atır metalların duzları olan pestisidlərin tətbiqi  torpağın məhsuldarlığını aşağı salır; onlardan istifadə etdikdə faydalı mikroorqanizmlər və qurdlar da məhv olur, həmçinin turşuluq dəyişir.
  • Meliorativ işlər. Səhv texnologiyadan istifadə torpağın humus qatını azaldır, torpağın üst qatını bərpa etmək üçün torpaq əmələgətirən qatla örtülür.
  • Meşəqırma. Meşələrin ot örtüyü, pöhrəliyi, torpağın üst humus qatı zədələnir və məhv olur. Xüsusilə kəsiomiş ağıcların daşınması üçün müvəqqəti yol salınması məqsədilə traktorla sürülmə torpağa daha böyük ziyan vurur.  
  • Ağac köklərinin qazılıb çıxarılması. Bu zaman ağac kökləri ilə yanaşı böyük miqdarda humusun üst qatı da çıxarılır.
  • Meşə yanğınları. Yanğın zamanı ağaclarla yanaşı pöhrəlik və otlar da yanır, meşə torpağı deqradasiyaya uğrayır.
  • Qurudulmuş torfluqların yanması. Otlaq və əkin sahələrində torpağın üzvü qatı tamamilə yanır.

Eroziya prosesi dedikdə torpağın üst münbit qatının yağış və qar suları vasitəsilə yuyulub aparılması, həmçinin külək tərəfindən sovrulub dağılması başa düşülür. Eroziya prosesi zamanı bəzən torpağın şum qatı tamamilə yuyulub aparılır.

Torpağın erroziyasının antropogen səbəbləri:

  • Kimyəvi erroziya (torpaqda zəhərlikimyəvi maddələrin toplanması);
  • Mexaniki erroziya (müxtəlif maşın və aqreqatlar ilə yamaclarda torpağın başqa yerələ daşınması);
  • Suvarılma zamanı torpağın şoranlaşması (torpaqda həll olan duzların toplanması);
  • Torpağın həddən artıq suvarılması və bataqlıqlaşma.

 

Torpaq eroziyası zamanı torpaqda azot, fosfor və kaliumun mənimsənilən formaları, bir çox mikroelementlər (yod, mis, sink, kobalt, marqans, nikel, molibden) də azalır.

Eroziya  zamanı yağmurların çox hissəsi yamaclardan axıb getdiyindən, həm də eroziyaya uğramış torpaqların fiziki xassələri pisləşdiyindən, torpaq səthindən buxarlanmaya və transpirasiyaya çox su sərf olunur, bununla da torpaqda quraqlıq yaranır. Çox vaxt eroziya gedən rayonlarda baş verən quraqlığı «eroziya quraqlığı» adlandırırlar.

 Eroziya prosesi intensiv getdikdə şırımlar, yarğanlar əmələ gələrək kənd təsərrüfatı  sahələrini əlverişsiz hala salır, torpağa qulluq işləri çətinləşir. Eroziya torpağın münbitliyini aşağı salır. Orta və zəif  yuyulmuş torpaqlarda məhsuldarlıq 10-20%, orta yuyulmuşda – 40-60%,  güclü yuyulmuşda 80% və daha çox aşağı düşür. Müxtəlif bitkilərdə bu proses eyni getmir. Belə ki, eroziya nəticəsində dənli-paxlalı bitkilərdən 10%, qarğıdalıdan 60%, şəkər çuğundurundan 80%-ə qədər az məhsul götürülür.

Torpaq eroziyasından yalnız kənd təsərrüfatı ziyan çəkmir.  Tarlalardan yuyulan torpaq nohurlarda, göllərdə, su anbarlarında, çaylarda toplanaraq onları dayazlaşdırır və ya tamamilə lilləndirir. Tarlalarda axan su və yuyulan torpaq  verilən gübrə və pestisidlərin 10 … 30%-i bir daha geri qaytarılmayaraq itirilir.

Azərbaycanın elmi-tədqiqat institutları və layihə təşkilatlarının məlumatlarına əsasən Respublika ərazisinin 36,4%-i müxtəlif dərəcədə eroziya prosesinə məruz qalıb. Onun 14,1%-i zəif, 10,7%-i orta və 11,6%-i şiddətli dərəcədə yuyulmuş torpaqlardır.

Torpaq insan sağlamlığı.

Torpaqda  yaşayan mikroorqanizmlərin əksəriyyəti saprofaqlar olub, heyvan orqanizmlərinə ziyan yetirmir.

Bununla  yanaşı, torpaqda daima və ya müvəqqəti patogen, xəstəlik yaradan – yoluxucu xəstəliklər törədən mikroorqanizmlər də yaşayır. Onlardan bəziləri (əsasən torpağın daimi sakinləri) spor-sıx  qişa əmələ gətirir, bu, onları xarici mühitin müxtəlif  əlverişsiz təsirlərinə (yüksək temperatura, qurumağa, təzyiqə, qida maddələrinin olmamasına) qarşı davamlığını təmin edir.

Sporəmələgətirən bakteriyalar qrupunun klostridlər adlandırılması qəbul edilmişdir.  Alimlərin tədqiqatları göstərir ki,  klostridlər torpaqda spor halında onillərlə qalmaqla yanaşı, orada çoxalma qabiliyyətinə də malikdirlər. Patogen bakteriyalara sibir xorası, qaz qanqrenası, tetanus, botilizm kimi təhlükəli yoluxucu xəstəliklər aiddir.

İnsanın çirklənmiş torpaq vasitəsilə xəstəliyə yoluxması olduqca müxtəlif şəraitlərdə (vəziyyətdə) – bilavasitə torpağı becərdikdə, məhsul topladıqda, tikinti işlərində və s. baş verə bilər. İnsanın və heyvanın ən təhlükəli xəstəliklərindən biri sibir xorası sayılır. Sibir xorası törədicisi – sibir xorası çöpləri  xəstə heyvanların sidiyi və nəcisi ilə torpağa düşərək. ətrafında spor əmələ gətirir və bu halda torpaqda illər boyu, xüsusən şabalıdı və qara torpaqlarda qala bilər. Heyvanlar bu çöplə çirklənmiş yemlə qidalandıqda sibir xorası xəstəliyinə tutulur.

İnsan bir qayda olaraq xəstə və ya ölmüş  heyvanlarla təmasda olduqda xəstə heyvanların məhsulu və xammalı (ət, yun, dəri) vasitəsilə, həmçinin torpaqla bilavasitə əlaqəsi olduqda sibir xorası xəstəliyinə tutulur.

İnsan  üçün müxtəlif coğrafi rayonların torpaqlarında aşkar edilən tetanus çöpləri də təhlükə yaradır. İnsanın bu xəstəliyə yoluxması zədələnmiş və ya selikli dərinin xəstəliyə sirayət olunmuş  torpaqla təmasda olduqda baş verir.

Ağır ərzaq (qida) zəhərləyicisi – botulizmin törədicisi spordaşıyan çöp tərəvəz, giləmeyvə, meyvə, balıq, göbələk və digər məhsullara düşdükdə, əlverişli anaerob şəraitdə spor halından toksin (zəhər) əmələ gətirən vegetativ formaya çevrilir. İnsan və heyvan orqanizminə təsir gücünə görə bu toksin bütün digər bakterialoji və kimyəvi zəhərləri geridə qoyur.

Zədələnmiş insan toxumalarına çirklənmiş torpaqla birlikdə  qanqrena çöpləri də düşə bilər. Qaz qanqrenası toxumaların tez yayılan şişməsi halında gedərək onu cansızlaşdırır.

Torpaqda müvəqqəti yaşayan mikroorqanizmlərdən yoluxucu bağırsaq (qarın yatalağı,  paratif, dizenteriya (qanlı ishal), xolera), brüselloz, tulyaremiya, taun, göy öskürək xəstəliklərinin törədiciləri böyük qrup təşkil edir. Onlar torpaqda yalnız insan və heyvanlar üçün patogen sayılan spordaşımayan bakteriyalar münasib şərait  (qida, temperatur, rütubətlik) tapmadıqda adətən tez məhv olurlar. Lakin onların bəziləri, xüsusən çirklənmiş torpaqda uzun müddət qala bilirlər: qarın yatalağı, paratif və vəba üç aya qədər, brüselloz beş aya qədər, tulyaremiya iki aya qədər davamlı qala bilirlər.

Enteroviruslar – virus mənşəli poliomiyelita və bəzi bağırsaq xəstəliklərinin törədiciləri torpaqda 170 günə qədər qala bilir.

Aktinomisetlər – səthi və dərin mikozlar əmələ gətirir, həmçinin mikrobakteriyalar – vərəm, cüzam və difteriya törədiciləri torpağa düşdükdə böyük təhlükə yaradır, vərəm çöpləri torpaqda 15 ay, difteriya çöpləri isə iki-üç həftə həyat qabiliyyətini saxlayır.

İnsanın  bağırsaq infeksiyasına yoluxması adətən çirklənmiş tərəvəzlə keçir. Lakin yeraltı və səth sularının çirklənməsi də az təhlükə sayılmır. Atmosfer yağıntıları çirklənmiş torpaqdan keçərək mikrofloranı (o cümlədən yoluxucu xəstəliklərin törədicilərini) üst qatlardan aşağı qrunt sularına çatdırır, oradan isə xəstəlik törədiciləri su hövzələrinə düşə bilər.

Torpaq müəyyən şəraitdə milçəklərin xəstəlik yoluxdurucu yeri hesab olunur. Milçəklərin  bağırsaq və digər yoluxucu xəstəliklərin aktiv yayıcıları olması təsdiq edilmişdir. Yoluxucu xəstəliklərin bir çox törədiciləri milçəklərin bədənlərinin üzərində  iki sutkaya qədər, bağırsaqlarında isə daha çox yaşama qabiliyyətini itirməmiş qalırlar.

Helmintozlar. Bu xəstəliyin yayılmasında torpaq böyük rol oynayır. Bu, orqanizmə  parazit bağırsaq qurdlarının – helmintlərin düşməsi ilə baş verir. Helmintlərin (askaridlər, tükbaş) inkişaf mərhələsindən biri (yumurtanın yetişməsi)  torpaqda keçir. Yetişmiş yumurtalar insan orqanizminə çirkli əllərlə, çirklənmiş  tərəvəz, giləmeyvə və su ilə düşə bilər. Donuz və mal-qara qurdları helmintlərinin  yumurtaları  torpaqdan iri buynuzlu mal-qaranın yeminə düşür. Heyvanların bağırsağında onlar sürfələrə çevrilərək, qanın hərəkəti ilə bədənin hər

yerinə yayılır və əsasən əzələ toxumalarında toplanır.  İnsan xəstə inəklərin ətindən kifayət dərəcədə bişirilməmiş halda istifadə edərsə, xəstəliyə yoluxa bilər.

Mikroelementlər.  İnsanın sağlamlığına torpağın kimyəvi tərkibi də təsir göstərə bilər. Hazırda bir çox mikroelementlərin bitkilərin böyümə və inkişafına, həmçinin  insana və heyvan orqanizmlərinin vəziyyətinə və funksiyasına təsir göstərməsi tədqiqatçılar tərəfindən təsdiq olunmuşdur.

Kifayət qədər öyrənilən 47 elementdən daim orqanizmin tərkibində rast gəlinənlərə mis, kobalt, sink, marqans, yod, molibden, flüor, stronsium, bor, kadmium, vanadium aiddir. Canlı kütləyə onlar 0,4-dən 0,6%-ə qədər düşür.

Mikroelementlər – biogen kimyəvi elementlər və azotun mənimsənilməsində katalizator  rolunu oynayır.

Müəyyən edilmişdir ki, heyvanların yeminə zəruri olan mikroelementlər qatıldıqda onların böyüməsi güclənir.

Bu və ya digər mikroelementin olmaması spesifik çatışmazlıq əlamətləri ilə müşayiət olunur.

Mikroelementlər  insan orqanizminə torpaqbitkiheyvan orqanizmi sxemi üzrə bitki və heyvan qidası ilə, qismən su ilə daxil olur. Bitki  və heyvan orqanizmlərinin mikroelementlərlə təmin olunması, torpaqda onların miqdarından asılıdır. Torpaqda mikroelementlərin çatışmazlığı və izafi miqdarda olması yalnız otyeyən heyvanların deyil, həm də ətyeyən (yırtıcı) heyvanların,  həmçinin insan orqanizmində onların çatışmazlığına və izafiliyinə səbəb olur. Mikroelementlərin çatışmazlığı və  izafiliyi ilə əlaqədar baş verən xəstəliklər endem (yun. endemos – yerli) xəstəliklər adlanır.

Torpaqda yodun səviyyəsinin aşağı  olması onun miqdarının bitkidə, yeraltı sularda və bunun nəticəsində əhalinin rasionunda da azalmasına səbəb olur. Yodun çatışmazlığı endokrin sisteminin (endokrin vəziləri sistemi) xəstələnməsinə səbəb ola bilər. İçməli suda və qidada stronsiumun izafi, kalsiumun isə çatışmazlığı bəzi yoluxucu xəstəliklərə səbəb ola bilər. Torpaqda kobaltın miqdarının azlığı buynuzlu heyvan və qoyunlarda mübadilə proseslərinin disfunksiyasına səbəb ola bilər. Torpaqda və suda flüorun çatışmazlığı  kariyesə səbəb olur. İçməli suyun tərkibində flüorun miqdarı 1,5 mq/l-dən artıq olarsa, insanın və heyvanların dişləri «ləkəli emalla» zədələnir. Belə xəstəlik zamanı  çox vaxt dayaq-hərəkət aparatı da zədələnir. Son zamanlar bəzi xarici ölkələrdə suda azot turşusunun duzlarının izafi miqdarda olması, az yaşlı uşaqlarda methemoqlobinemiya yoluxucu xəstəliyinin yayılmasına səbəb olmuşdur.

İnsanın çirklənmiş torpaq vasitəsilə xəstəliyə yoluxması olduqca müxtəlif şəraitlərdə (vəziyyətdə) – bilavasitə torpağı becərdikdə, məhsul topladıqda, tikinti işlərində və s. baş verə bilər. İnsanın torpaq vasitəsilə müxtəlif xəstəliklərə yoluxma ehtimalı çox böyükdür. Həmin xəstəliklər aşağıdakılardır: sibir xorası,   Qaz qanqrenası, botulizm, tetanus, yoluxucu bağırsaq infeksiyaları  (qarın yatalağı, paratif, dizenteriya (qanlı ishal),  xolera, brüselloz, tulyaremiya, taun, göy öskürək, helmintozlar. İnsanın bağırsaq infeksiyasına yoluxması  adətən, çirklənmiş tərəvəzlə keçir. Lakin yeraltı və səth sularının çirklənməsi də az təhlükə sayılmır. Atmosfer yağıntıları çirklənmiş  torpaqdan keçərək mikrofloranı (o cümlədən yoluxucu xəstəliklərin törədicilərini) üst qatlardan aşağı qrunt sularına çatdırır, oradan isə xəstəlik törədiciləri su hövzələrinə düşə bilər.

Bitkidə və suda bor, molibden və stronsiumun izafi miqdarda olması heyvanlarda endemik xəstəliklərinə səbəb olur. Yarımsəhra zonasının yem bitkilərinin  bəziləri xüsusilə borla zəngindir. Qoyunlarda endem toksikoz xəstəlikləri  də bununla əlaqədardır.  Bu  xəstəlik nəticəsində qoyunların tükləri (yunu)  tökülür. Yemin  tərkibində molibdenin izafi olması heyvanlarda xəstəliyə səbəb olur. Stronsiumun  çox olması isə qələvi xəstəliyinə səbəb olur.

Səhralaşma. İnsan yaşadığı tarix boyu 1 mlrd. hektardan artıq məhsuldar torpağı səhraya çevirmişdir. Hesablamalara  görə səhralaşmaya məruz qalan torpaqlardan tam alına bilməyən (əksik) ümumi məhsulun illik məbləği 16 mlrd. dollara yaxın təşkil edir. Səhralaşmanın ən əsas səbəbi  fasiləsiz olaraq meşə sahələrinin azalması nəticəsində kontinental su dövriyyəsi intensivliyinin aşağı düşməsi sayılır.  Təbii meşələrdə Günəş radiasiyasının 90%-i yarpaqlar tərəfindən udulur və transpirasiyaya sərf olunur, meşənin yerində insan tərəfindən yaradılan aqrosenozlarda Günəş radiasiyasının yalnız 40%-i transpirasiyaya sərf olunur.

Səhralaşma prosesində hədisz mal-qara otarılması da  mühüm faktor sayılır. Məlum olduğu kimi, quraqlıq ərazilərin çox hissəsi əkinçilik üçün az yararlı olduğundan maldarlıqda istifadə edilir. Bitki örtüyü davamlı olmayan belə sahələrdə mal-qaranın həddindən artıq toplanması nəticəsində əvvəlcə tədricən otlağın vəziyyəti pisləşir və  məhsuldarlığı aşağı düşür. Bitki örtüyünün biokütləsi mal-qaranın tələbatını ödəmədikdə  bitki örtüyü pozulur, torpaq dağılır və bu zaman səhralaşma prosesinə zəmin yaranır.

Torpaqdan düzgün istifadə edilmədikdə (nəzarətsiz)  də səhralaşma prosesi baş verir. Bu rayonlarda səhralaşma əsasən suvarma ilə əlaqədardır. Dünyada suvarılan torpaqların 30%-ə  qədəri şoranlaşmaya və şorakətləşməyə məruz qalmışdır.   Dünyada hər il suvarılan torpaqların 1,5 mln. ha  şorlaşaraq sıradan çıxır.

Səhralaşma  əsasən Abşeron yarımadasında torpağın neft və neft tullantıları ilə çirklənməsi ilə əlaqədar da baş verir. Neft məhsullarının və çoxlu miqdarda buruq sularının  səthə axıdılması, həm də qrunt sularının səviyyəsinin qalxmasına və torpağın təkrar şorlaşmasına səbəb olur. Abşeronda neft yataqlarının düzgün istifadə edilməməsi, 10 illər ərzində ətraf mühitin mühafizəsi üzrə elementar qaydalara riayət etmədən neft çıxarılması, neft, qaz, kimyəvi maddələr, güclü minerallaşmış və radioaktiv çirkli suların yerin səthinə axıdılması Abşeron yarımadasının ayrı-ayrı təbii və antropogen landşaft sahələrinin çirklənməsinə və pozulmasına səbəb olmuşdur.

Mövcud məlumatlara görə (Maqribi, 1998) 1995-ci il üçün Abşeron yarımadasında 7000 neft quyusu mövcuddur, onun demək olar ki, 5000-i fəaliyyət göstərir, qalanları isə fəaliyyətdə deyildir. Abşeron yarımadası daxilində neft istehsalı sənayesi 20 min ha ərazidə yerləşir, onun 10 min ha-ı çirklənmiş və ya lay suları və neft axıdılmışdır, onun 8000 ha-ı çirklənmiş torpaqlar, qalanı isə su hövzələridir.

Hazırda planetimizdə qlobal miqyasda meşəsizləşdirmə baş verir. Meşələrin məhv edilməsi  lokal, regional və qlobal səviyyələrdə iqlimin dəyişməsinə, bitki örtüyünün və heyvanat aləminin bioloji müxtəlifliyinə neqativ təsir göstərir.

Meşəsizləşdirmə  karbon qazının udulma kanallarının itməsinə, enerji, su, qlobal bioloji tsiklin biogen elementlərinin dövranının dəyişməsinə səbəb olur, atmosferin kimyəvi tərkibinə təsir göstərir.

Meşəsizləşdirmə  biosferin davamlığını aşağı salır, daşqınların, sellərin, su eroziyasının, tozlu tufanların, quraqlıq və quru küləklərin dağıdıcı gücünü artırır, səhralaşma prosesini tezləşdirir.

Otlaqlardan  hədsiz istifadə edilməsi ilə əlaqədar torpağın gücdən düşməsi iqtisadiyyata böyük ziyan vurur.

Otlaqların deqradasiyasının (tapdanmasının) ilk mərhələlərində torpağın məhsuldarlığının artırılmasına xərclər çoxalır. Deqradasiya prosesləri davam etdirildikdə  bitki örtüyü dağılır, bu isə torpağın eroziyasına səbəb olaraq tam yararsız hala salır. Otarma nəticəsində çəmən və bozqır qruplaşmalarının dəyişməsi otlaq diqressiyası (deqradasiyası) adlanır. Heyvanın növündən, sayından, otarma müddətindən asılı  olaraq otlağa müxtəlif təsir göstərir.

Araşdırmalar göstərir ki, respublikamızın qış otlaqlarında (Qobustan, Ceyrançöl, Bozdağ, Acınohur) və biçənək sahələrində eroziya prosesləri ilə yanaşı, şorlaşma, bataqlaşma, subasmalar kimi hallar onların deqradasiyasını sürətləndirmişdir. Təqribən 201 min hektar və ya 15% yem sahəsi şorlaşma, bataqlaşma və subasmaya məruz  qalmış, minlərlə hektar sahə qanunsuz olaraq şumlanmış və yaşayış yerlərinə çevrilmişdir.

Bütövlükdə  yem sahələrinin 978 min hektarının əsaslı yaxşılaşdırma, meliorasiya və digər tədbirlərə ehtiyacı vardır.

Bioloji  resursların gücdən düşməsi (kasatlaşması) və bu səbəbdən bioloji müxtəlifliyin azalması XX əsrin sonunda bütün dünyada «partlayış» xarakteri almışdır.

İnsan fəaliyyəti və onun təbiətlə qarşılıqlı əlaqəsi bu gün dünya əhalisinin əksəriyyətinin həyat şəraitinin dəyişməsinə səbəb oldu.  Antropogen fəaliyyətin  nəticələri aşağıdakı kimi təzahür olunur.

Meşələrin məhv edilməsi, bozqırların (çöllərin)  şumlanması,  meliorasiya, süni göllərin və dənizlərin yaradılması, meqapolislərin salınması, yol, kanal və trasların tikilməsi nəticəsində yer səthinin landşaftı dəyişir.

Təbii ekosistemlərin sahəsi hər il 1 % sürətilə azalır, o cümlədən meşələrin (xüsusilə tropik meşələrin) sahəsi ildə 200 min ha azalır, səhraların sahəsi isə ildə 60 min km2 genişlənir.

Hazırda pozulmayan (təbii) ekosistemlərin yalnız 40 %-ə qədəri qalmışdır.

Hidrosferdə baş verən dəyişikliklər ilə əlaqədar Fövqəladə Hallar.

Su mühitinin dəyişiklikləri iki istiqamətdə baş verir: su ehtiyatlarının tükənməsi və suyun çirklənməsi. Suyun çirklənməst də 2 çür səbəbdən; təbii və insan fəvliyyəti ilə əlaqədar baş verir.  

Suyun çirklənməsinin təbii səbəbləri:

  • Daşqınlar;
  • Sel;
  • Subasmalar;
  • Yağıntılar ilə çirklənmə;
  • Su ehtiyatlarının tükənməsi.

İnsan fəaliyyəti ilə əlaqədar suyun çirklənməsinin səbəbləri:

  • Sənaye tullantılarının axıdılması;
  • Sənaye və məişət tullantıları;
  • Kənd təsərrüfatı;
  • Su mənbələrinin tükənməsi və ya çirklənməsi ilə əlaqədar kəskin içməli su çatmamazlığı;
  • Təsərrüfat-məişət məqsədi ilə və texnoloji proseslərin təmin edilməsi üçün su çatmamazlığı;
  • Daxili dəniz-çay və dünya okeanlarının çirklənməsi ilə əlaqədar təsərrüfat fəaliyyəti və ekoloji tarazlığın pozulması.

Su mənbələrinin tükənməsi—su hövzələrinin və göllərin quruması,  çayların yox olması deməkdir.

Su ehtiyatlarının mükənməsinin səbəbləri: 

  • Meşələrin qırılması;
  • Çöllərin şumlanması;
  • Bataqlıqların qurudulması;
  • Mal-qaranın nəzarətsiz otlaması;
  • Su istifadəsinin artması.

Yeraltı suları çirkləndirən maddələr arasında neft məhsulları, fenollar, ağır metallar (mis, sink, qurğuşun, kadmium, nikel, civə), sulfatlar, xloridlər, azot birləşmələri üstinlük təşkil edir.

Okeanda çirkləndirici maddələrin yayılmasının dəniz orqanizmlərinə və insana təsirinin öyrənilməsi üzrə  toplanmış  çoxillik məlumatlar göstərir ki, çirkləndiricilərin təbii ekosistemlərə təsiri baxımından  karbohidrogenlər, yəni xam neft, neft məhsulları, həmçinin xlor tərkibli karbohidrogenlər (məsələn, pestisidlər), toksiki metallar və radioaktiv maddələr daha təhlükəli sayılır.

Dünya okeanını çirkləndirən mənbələr üç qrupa ayrılır:

  1. Dəniz – hərbi gəmilər, müxtəlif təyinatlı gəmilər və dəniz mühitində istismar edilən digər qurğular, boru kəmərləri, dəniz dibi və təkinin təbii resurslarının kəşfiyyatı və çıxarılması;
  2. Yerüstü – çaylar, göllər və digər su sistemləri, çirkləndirici maddələr –qrunt sularından, həmçinin müxtəlif sahil obyektlərindən axıdılan çirkab vqızdırılmış sulardan, basdırılmış radioaktiv tullantılardan və digər xüsusi zərərli maddələrdən daxil olur;
  3. Atmosfer – atmosferə zərərli qazşəkilli tullantılar buraxan müxtəlif sənaye müəssisələri, nəqliyyat vasitələri və digər obyektlər. Sahil zonadan dənizə çirkab sularının axıdılması ciddi problem sayılır. Əsas  çirkləndiricilər  patogen mikroorqanizmlər,  üzvi maddələr, biogen elementlərin birləşmələri, sintetik üzvi maddələr, ağır metallar, neft məhsulları, çayların çirkli asılı gətirmələri hesab olunur. Çirklənmənin əsas nəticələrindən yoluxucu xəstəliklər, sahil sularının evtrofikasiyası, oksigen çatışmazlığı, müxtəlif kimyəvi maddələrin insana və təbiətə  toksiki  təsirini göstərmək olar.

Dünya okeanı  fiziki  çirklənməyə də (radioaktiv və istilik çirklənməsinə) məruz qalır. Radioaktiv məhsullar okeana nüvə silahlarının sınaqdan keçirildiyi, həcminin xüsusi konteynerlərdə radioaktiv tullantıların atılması və onların zədələnməsi zamanı baş verir və suda olduqca geniş əraziləri əhatə edir.

Okeanın istilik çirklənməsi də təhlükəlidir. Elektrik stansiyaları və digər mənbələrdən atılan isti sular sahilyanı ekosistemlərin ekoloji tarazlığını ciddi surətdə pozur. Alimlərin hesablamalarına görə hər 8-10 il müddətində okeana atılan suların miqdarı iki dəfə artır.

Okeanın ən zərərli kimyəvi çirkləndiriciləri neft və neft məhsulları hesab olunur. BMT-nin məlumatına görə hər il dəniz və okeanlara 6 … 10 milyon ton neft daxil olur. Sular ən çox tankerlər və sualtı qazma işləri zamanı neftin sızması nəticəsində çirklənir.

 Dünya okeanının antropogen çirklənməsinin təxminən yarısı  gəmiçiliyin payına düşür. Hazırda okeanlarda yükgötürmə qabiliyyəti 200-dən 700 min tona qədər olan 230 gəmi üzür. Ən böyük ekoloji fəlakət gəmilərin qəzası zamanı tankerlərdən axan neftlə əlaqədardır.

Dəniz və okeanların neftlə çirklənməsi balıqçılıq, turizm və digər fəaliyyət sahələrinə böyük iqtisadi ziyan yetirir. Yalnız 1 ton neft dənizin 12 km2 sahəsini örtür. Suyun səthində neft pərdəsi (təbəqəsi) bütün fiziki-kimyəvi prosesləri dəyişir: suyun səthinin temperaturu yüksəlir, qaz mübadiləsi pisləşir, balıqlar köçür və ya məhv olur. Suyun dibinə çökən neft uzun müddət bütün canlılara ziyan verir.

Neft və neft məhsulları bütün canlı orqanizmlərə və bioloji zəncirin bütün həlqələrinə öldürücü təsir göstərir. Dəniz və okeanların səthindəki neft pərdəsi okean və atmosfer arasında olan enerji, istilik, rütubətlik və qaz mübadiləsini poza bilər.  Son nəticədə okeanın səthindəki neft təbəqəsi okeanda fiziki-kimyəvi və hidroloji şəraitə, həm də Yerin iqliminə və atmosferdəki oksigen balansına təsir göstərə bilər.

Neft emalı və nəqli  zamanı neftin sızması çay və dənizlərin səthində neft pərdəsinin əmələ gəlməsinə səbəb olur (neftin 45%-i şelflərdə emal olunur). Sputnik sistemlərindən müşahidələrə görə dünya okeanı səthinin təqribən 10-15%-i çirklənmişdir. Neft tədricən buxarlanır və suda yaşayan bakteriyalar tərəfindən parçalanır, lakin bu proses çox yavaş gedir. Neftlə çirklənmə dənizlərin bioloji tarazlığına böyük zərbə vurur. Neft ləkələri günəş şüalarını buraxmır, suyun oksigenlə zənginləşməsini mane olur. Hidrosfera ilə atmosfera arasında qaz mübadiləsi pozulur, bu da ekoloji  tarazlıtı pozur, nəticədə dənizdə yaşayan canlıların əsas qida məhsulu olan planktonun çoxalmasını dayandırır.  Neftin həll olan komponentləri çox zəhərlidir. Onlar əksəriyyət hallarda balıqların,  dəniz quşlarının ölümünə səbəb olur, dəniz heyvanlarının ətinin dad keyfiyyətinə mənfi təsir göstərir.

Sıxlığı  4,5 q/sm3-dən artıq olan ağır metallar qrupu dövri sistemin 30-dan çox elementini birləşdirir. Bu metallar (civə, qurğuşun, kadmium, sink,arsen, mis) geniş yayılıb olduqca toksiki çirkləndirici maddələrdir. Onlardan müxtəlif sənaye sahələrində geniş istifadə edilir, odur ki, təmizləyici  tədbirlərə baxmayaraq sənaye çirkab sularında ağır metallar və onların birləşmələrinin miqdarı xeyli yüksəkdir.

Bu birləşmələrin  böyük kütləsi okeana atmosferdən daxil olur. Dəniz  biosenozları üçün civə, qurğuşun və cadmium daha təhlükəli sayılır, belə ki, onlar toksikliyini uzun müddət saxlayır. Məsələn, tərkibində civə olan birləşmələr (xüsusən metil-civə)  güclü zəhər olub sinir sisteminə təsir göstərir və bütün canlılar üçün təhlükə yaradır.

İldə Dünya okeanına 2 min ton qurğuşun, 20 min ton kadmium və 10 min tona qədər civə daxid olur.

Dünya okeanının çirklənməsində atmosfer  də böyük rol oynayır. Belə ki, okeana qurğuşunun 50%-ə  qədəri, civənin isə 30%-i atmosfer tərəfindən toplanır. Ağır metallar  dəniz suyuna daxil olarkən əsasən üst pərdədə, dib çöküntülərində və biotada toplanır, suda isə ancaq kiçik konsentrasiyada qalır. Burada adətən 50 …. 500 mkm dərinliyində  yerləşən üst pərdə xüsusi əhəmiyyət daşıyır.

 

 

Müəyyən edilmişdir ki, okeanda çirklənmənin təbii neytrallaşma imkanı  praktiki olaraq  tükənmişdir.

Okeanın vəziyyətinin ümumi qiyməti atmosferin vəziyyətindən daha təhlükəlidir. Bu onunla izah olunur ki, atmosferin çirklənməsinin təsiri effektinin qiymət və tərəddüdü bir qayda olaraq 10%-i keçmir, antropogen təsirlə əlaqədar okean və  dənizlərdə geniş rayonlar daxilində ayrı-ayrı qruplaşmaların bioməhsuldarlığı  25 … 30% azala bilər.

Ətraf mühit üçün zərərli sayılan maddələrin xeyli hissəsinin dağ-mədən müəssisələri tərəfindən atmosferə daxil olması hesab edilir.

Son 30-40 il ərzində Dünya okeanında 2000-dən artıq neft quyusu, onlardan 1000-ə qədəri yalnız Şimal dənizində 1964-cü ildən başlayaraq qazılmışdır. Buruqda cüzi qəza olduqda və ya qəza halları olmadıqda belə, hər il 0,1 mln. ton neft itirilir, lakin qəza vəziyyətləri də az olmur. Qurudan neftin böyük kütləsi çaylar və ya məişət axıntıları vasitəsilə dənizə tökülür, bu mənbədən neftlə çirklənmənin həcmi ildə 2 mln. tona çatır. Sənaye və neft emalı zavodlarının axıntıları ilə hər il dənizə 0,5 mln. tona qədər neft axıdılır. 

Hidrosferada baş verən anomaliyalar. Kənd təsərrüfatı fəaliyyətində yolverilən irimiqyaslı səhvlər bir çox təbii ekosistemlərin dağılmasına gətirib çıxardı. Amudərya və Sırdərya çaylarının pambıq plantasiyalarnı suvarma üçün istifadəsi Aral dənizində suyun səviyyəsinin aşağı düşməsinə və qurumasına səbəb oldu. Onun quruyan yatağında baş verən toz  fırtınaları böyük ərazi sahələrinin duzlaşmasına səbəb oldu.

Suvarma üçün, sənaye istehsalı ehtiyaclarını ödəmən üçün suyun istilaçı kimi istifadə edilməsi (1 ton  nikelin əridilməsi üçün 4000 m3,  1 ton kağız istehsalı üçün 100 m3, 1 ton sintetik lif istehsalı üçün—5000 m3 su istifadə edilir),  meşələrin məhvi və bataqlıqların qurudulması çayların kürləvi şəkildə yox olmasına gətirib çıxardı.

Çayların ekosistemləri çox həssas və müdafiəsizdir. Əkin sahələrində istifadə edilən böyük miqdarda gübrələrin yuyulub  çaylara tökülməsi, heyvandarlıq tullantılarının və kanalizasiya sularının çaylara axıdılması, su hövzələrində azot və fosfor birləşmələrinin konsertrasiyasının artmasına səbəb oldu. Bunun nəticəsində su ekosistemlərində göy-yaşıl yosunların güclü inkişafı  balıqların yemi olan yosunları sıxışdırıb aradan çıxardı və balıqlar acından məhv olmağa başladı. Göy-yaşıl yosunlar isə dərinliklərə çökərək çürüyərkən həm suyu zəhərləndirir, həm də oksigen ehtiyatını tükəndirir.  Əgər su hövzəsi zəhərlənməyibsə, o zaman suyun hər kvadrat metrində olan 15 mollyuskadan hər biri gün ərzində 50 litr suyu filtrasiya edir. Su hövzələrinə kimyəvi maddələr axıdıldıqda həmin canlılar məhv olur. Suyu çirkləndiricilərə ən dözümlü canlılır zəlilər, cırcırama sürfələridir.

İnsanın düşünülməmiş  təsərrüfat fəaliyyəti su hövzələrinin ağr metalların—civə, qurğuşun, həmçinin mis və sink duzları ilə zəhərlənməsinə səbəb olur. Bu maddələr suyun dibindəki çöküntüdə, balıq toxumalarında toplanaraq, qida zənciri ilə insan orqanizminə düşərək ağır zəhərlənməyə səbəb olur. Pamir-Altay buzlaqlarının tərkibində belə civə duzlarının miqdarı beş dəfə artıb. Kimyəvi birləşmələrin ən az miqdarı belə balıqların və digər su canlılarının davranışını pozur.

Balıqların kütləvi qırılmasına səbəb olan fakiorlardan biri də elektrik stansiyalarının dambalarının tikilməsidir.  Bəzi balıq növləri kürü tökmək üçün minlərlə kilometr okeanlara tərəf üzürlər, lakin həmin manelərə çatdıqda kürünü tökərək, sahilə atılır və məhv olurlar. Volqa çayı əvvəllər mənbədən sona qədər 50 günə çatırdı, indi isə-2 ilə çatır. Bu müddəm ərzində su lillənir, çürüyür, parazitlər artıb çoxalır, bunlar da balıqları zəiflədib məhv edir, eyni zamanda  intensiv aparılan balıq və mollyusk  ovu da ekosistemləri pozur.

 Yerdə biosferanın  dəyişiklikləri ilə əlaqədar Fövqəladə Hallar:

  • Yaşayış mühitinin dəyişikliklərinə həssas növlərin (bitkilərin, heyvanların) itirilməsi;
  • Böyük ərazilərdə bitki örtüyünün məhvi;
  • Biosferanın bərpa olunan ehtiyatlarının reproduksiyası üçün biosferanın imkanlarının kəskin dəyişməsi;
  • Heyvanların kütləvi ölümü.

Ətraf mühitin çirklənməsinin əsas mənbəyi kənd təsərrüfatında, məişətdə və tikintidə istifadə olunan kimyəvi maddələr: mineral gübrələr, güclü təsirli kimyəvi maddələr, həlledicilər, aerozollar, lak və boyalardır. Planetimizdə 5 milyondan artıq müxtəlif kimyəvi maddə və birləşmələr istehsal olunur.  Onlardan yalnız 40 min maddənin  toksiki təsiri öyrənilmişdir.

Biosferada baş verən disharmoniya həm tirki, həm heyvanat aləmində və həm də insanların sağlamlıq vəziyyətində öz əksini tapır. Ətraf təbii mühitin çirklənməsinin nəticələri insanın fiziki sağlamlıq vəziyyətində, onun sinir və psixi vəziyyətinə,  gələcək nəsillərin sağlamlığına təsir edir. Çirkləndirici maddələr torpağa, atmosferə, su hövzələrinə bitki və heyvan toxumalarında toplanaraq  şida zənciri vasitəsi ilə insan orqanizminə düşür.  Toksiki maddələr mutasiyaların miqdarını artırır, anadangəlmə və irsi anormallıqlara səbəb olur.   Dünyanın müxtəlif regionlarında aparılan tədqiqatların nəticələrini müqayisə etdikdə, məlum olmuşdur ki, xərçəng xəstəliklərinin 80%-i məhz kimyəvi çirklənmə ilə əlaqədardır. Tədqiqatların nəticərinə görə, ətraf mühitin çtrkləndiricilərinin zərərli təsirlərindən iri sənaye şəhərlərində əhalinin 20%-i daima allergiyadan, 35%-i müxtəlif xəstəliklərdən əziyyət çəkir; planetimizdə hər gün 25 min insan keyfiyyətsiz su (tərkibində zərərli maddələrin yüksək konsentrasiyası olan) içməsi ilə əlaqədardır.  

Sinir sitemi defekti ilə doğulmuş xəstə uşaqların faizi ildən-ilə artır.

İnsanın intensiv təsərrüfat fəaliyyəti ilə əlaqədar təbii mühit tədricən dağılır və tükənir, bərpa olunan ehtiyatlar itirilir. Təbii yanacaq ehtiyatlarının (neft, təbii qaz və digər faydalı qazıntılar)  indiki temp ilə istismarı, alimlərin nəzəriyyəsinə görə, yalnız 50-500 ilə bəs edər.    

Cəmiyyətdə digər enerji mənbələri atom, külək, Günəş, dəniz qabarma və çəkilməsi, geotermal suların, hidrogen enerjisi kimi enerji mənbələri də mövcuddur və onların ehtiyatı tükənməzdir. Lakin, atom enerjisindən geniş miqyasda  tətbiq edilməsi, atom sənayesi tullantılarının zərərsizləşdirilməsi problemi həll olunmadığı üçün ondan  az  istifadə edilir.  Hidrogen enerjisindən istifadə yalnız nəzəri olaran mümkündür, çünki, onun texnologiyası məsələsi hələ də öz həllini tapmayıb. 

Təbii növ müxtəlifliyinin itirilməsi. Heyvanların və bitkilərin çox hissəsi meşə biosenozlarındadır. Əgər 1500 il əvvəl onlar planetin 7 milyard hektar sahəsini əhəatə edirdisə, bu gün bu 4 milyard hektardır. Əsasən, planetin 80 % bitki növünü özündə yaşadan tropik meşələr vəhşicəsinə məhv edilir. Tropik meşələrin əsas hissəsizəif inkişaf etmiş  ölkələrin payına düşür. Həmin ölkələr üçün qazanc mənbəyi qiymətli vasitə olan ağac növlərinin satılmasıdır. Tropiki meşələr planetin quru hissəsinin 7 %-inə qədər azalmışdır, əgər bu temp davam edərsə o zaman 2030-cu ilə qədər onların yalnız 1/4 hissəsi qalacaq.

Rusiyanın mərkəzi hissəsində iynəyarpaqlı meşələr demək olar ki, məhv edilmişdir. Meşələrin məhvi ilə iqlim dəyişir, torpaq deqradasiyaya uğrayır, çaylar məhv olur, bitki örtüyü və heyvanlar itirilir.  Meşələrin məhvi ilə  hər il minlərlə bitki növü həmişəlik olaraq itirilir, 20 minə qədər çiçək növü, 300-ə qədər məməli növü, 350 quş növü itirilmək həddinə çatıb. Hər bir bitki növünün itirilməsi ilə onunla ekoloji əlaqədar olan 5-dən 35-ə qədər heyvan növü məhv olur.

Hər il Avropada 300 milyona qədər miqrasiya edən və qışlayan quş məhv olur. Kənd təsərrüfaiının inkişafı ilə Evraziyada çöl (bozqır) sahələri itirilmişdir. Tundranın ekosistemləri vəhşicəsinə məhv edilir. Okeanların çox hissəsində mərcan rifləri itirilmək həddindəir.

Növ müxtəlifliyi təkcə gözəllik deyil, həm də biosferanın dayanıqlılığının lazımlı  fakiorudur. Ekosistemlər xarici mühitin biotik, iqlim, toksiki təsirlərinə qarşı tab gətirə bilmək qabiliyyətinə malikdir. Növlərin itirilməsi—biosfera üçün əvəzsiz itkidir, bəşəriyyət üçün isə real təhlükədir.

Bitkilərin müxtəlifliyi insanların sağlamlığı üçün də mühümdür. Dərman maddələrinin böyük hissəsi yabanı bitkilərdən alınır. 1960-cı illərdə leykemiya xəstəliyinə tutulmuş uşaqların yalnız 20%-i sağalırdısa, hal-hazırda Mərakeşin tropik meşələrində bitən yabanı bitki növündən alınan aktiv  maddələrlən hazırlanan dərman vasitələri ilə bu xəstəliyə məruz qalmış uşaqların 80%-ni müalicə etmək mümkün olmuşdur. Növ müxtəlifliyini itirməklə, biz gələcəyimizi itiririk.

Hal-hazırda flora və faunanın nadir və itmək üzrə olan növlərini qoruyub saxlamaq üçün beynəlxalq proqram fəaliyyət göstərir.

 Amerika ekoloqların gözü ilə nə deməkdir? Bu planetin əhalisinin 5,5 %-i, 40% təbii ehtiyatların istehlakçısı və 70% zərərli tullantıdır.  Bu digər millətlərin və planetin gələcəyi hesabına dəbdəbəli həyat tərzinin qiymətidir.

Beləliklə, əsas ekoloji problemləri ümumiləşdirilmiş siyahısı aşağıdakılardır:

  • Atmosferdə parnik (istilikxana) effekti yaradan toz və qazların toplanması nəticəsində yerin istilik balansı dəyişir, qlobal istiləşmə baş verir.
  • Ozon təbəqəsinin ildə 1-2 % nazilməsi, ozon «bacalarının» (deşiklərinin) əmələ gəlməsi müşahidə edilir.
  • Torpağın deqradasiyası (şorlaşma, eroziya, münbitliyin aşağı düşməsi) baş verir.
  • Torpaqda, suda, havada zərərli maddələr toplanır.
  • Okeanın səviyyəsi qalxır (ildə 2 mm-dən 1 sm-ə qədər)
  • Bitki və heyvanların bilavasitə məhv edilməsi və antropogen mühitin onlara mənfi təsiri, həmçinin yeni heyvan cinslərinin və bitki çeşidlərinin yaradılması və onların yeni sahələrə köçürülməsi, nəticəsində növ, populyasiya və ekosistemlər səviyyələrində növ müxtəlifliklərinin aşağı düşməsi (kasatlaşması) hesabına bitki örtüyü və heyvanat aləminin tərkibi dəyişir.
  • Zərərli fiziki sahələrin (səs, infrasəs, elektromaqnit sahəsi) təsiri yaranır və intensivliyi yüksəlir.
  • Texnogen qəzaların və təbii fəlakətlərin sayı, onların vurduğu ziyanlar, ölümün sayı hər il 5-10 % artır.
  • Həyatın (yaşayışın) keyfiyyəti (genetik və yeni xəstəliklər, immun statusu) müəyyən dərəcədə pisləşir.

Ekoloji xarakterli fövqəladə hallar öz xüsusiyyətlərinə görə çox mürəkkəbdir, onların kompensasiyası mümkün deyil  və birlikdə ekoloji böhran halına səbəb olurlar. Ekoloji böhran  sirukturuna görə 2 hssəsi ayırd edilir: təbii və sosial. Təbii hissə ətraf təbii mühitin deqradasiyasını və dağılmasını sübut edir. Sosial hissə isə ətraf mühitin deqradasiyasının qarşısını almaq və yaxşılaşdırmaq üçün dövlət və ictimai strukturların müvəffəqiyyətsiz işlərinin nəticəsidir. Ekoloji böhranın hər iki tərəfi bir-biri ilə qarşılıqlı bağlıdır. Ekoloji böhranın qarşısı yalnız  rasional dövlət quruluşu, inkişaf etmiş iqtisadiyyat və ekoloji mühafizə üçün müstəsna tədbirlər vasitəsi ilə alına bilər.  

Bu gün dünyada mövcud qeyri-sağlam vəziyyət innovasiya və istehsalağ texnologiyası nümayəndələrinin və monitorinq mütəxəssislərinin  diqqətini tələb edir.

Ekoloji təhlükəsizlik tədbirlərinə riayət edilməsinə ehtiyac olduğu bir  dövrdə hər bir ölkədə və beynəlxalq səviyyədə  bu məsələ ciddi müzakirə olunmalıdır, çünki, ekoloji fəlakətlər böyük əraziləri əhatə edir və genişmiqyaslı olur, iqtisadiyyata küllü miqdarda zərər verir və minlərlə, milyonlarla adamın məhvinə səbəb olur. 

 

28