• en
  • ru

QAN VƏ LİMFA SİSTEMLƏRİ

QAN VƏ LİMFA SİSTEMLƏRİ

Onurğalılıarda və insanda damar sistemi maye toxuma daşıyan borular sistemindən ibarətdir. Bu sistem 2 şöbəyə bölünür; qan – damar sistemində qan, limfa sistemində limfa adlanan maye toxuma cərəyan edir.
Qan damar sisteminə ürək – kor, qan damarları – vaza sangina aiddir. Ürək 4 kameradan: 2 yuxarı qulaqcıq, 2 aşağı mədəcikdən ibarətdir. Bunlar sol qulaqcıq – atrium sinistra, sağ qulaqjıq – atrium dexter, sol mədəcik – ventrikulus sinister, sağ mədəcik – ventrikulum dexter adlanır. Bunların arasında arakəsmələr olduğu üçün, qulaqcıq qulaqcıq ilə, mədəcik mədəcik ilə birləşmir. Lakin sağ qulaqcıq sağ mədəcik, sol qulaqcıq sol mədəcik ilə dəliklər vasitəsilə birləşir.
İnsan bədəninidə olan qan damarları 3 növdür:
1) arteriyalar,
2) kapilyar damarlar,
3) venalar.
Arteriya qanı ürəkdən mühitə doğru aparan, vena qanı mühitdən ürəyə aparan, kapillyarlar arteriya ilə venanı birləşdirən mikroskopik damara deyilir.
Qan ürək – damar sistemində hərəkət edərkən 2 dövran təşkil edir; böyük və kiçik qan dövranı. Hər ikisi birlikdə ümumi qan dövranını təşkil edir.
Böyük qan dövranı ürəyin sol mədəciyindən aorta vasitəsilə başlayır və arterial qanı bütün üzvlərə, toxumalara və hüceyrələrə daşıyır. Aorta getdikcə bir çox şaxələrə bölünür, bunlar da kiçik arteriyalara – arteriolalara şaxələnir, arteriolalar kapillyarönü damarlara və ən axırda kapillyar sisteminə keçirlər.
Kapillyar sistemində qan ilə hüceyrələr arasında mübadilə gedir. Qandan lazımi qida maddələri və oksigen hüceyrələrə və hüceyrələrdən zərərli azotlu maddələr və karbon qazı qana keçir, beləliklə kapillyar sistemində arterial qan venoz qana çevrilir, odur ki, kapillyarlar 2 hissəyə bölünürlər; arterial və venoz kapillyarlar. Mübadilədən sonra venoz kapillyarlar toplaşaraq kapilyardan sonrakı damarlar – prevenula adlanan kiçik venoz damarları təşkil edir. Bunlar mühitdən ürəyə doğru qayıdarkən ən kiçik venalara – venulalara keçirlər, bu damarlar da birləşərək kiçik, orta böyük ölçülü venaları əmələ gətirirlər, nəhayət böyük venaların birləşməsindən 2 ən böyük vena – yuxarı və aşağı boş venalar təşkil olunur. Bu damarlardan biri aşağı ətraflardan və qarın boşluğundan və digərləri döş qəfəsindən, yuxarı ətraflardan, başdan və boyundan venoz qanı qəbul edərək ürəyin sol qulaqcığına açılırlar. Sağ qulaqcığa tökülən venoz qan sağ mədəciyə tökülür.
Beləliklə qanın sol mədəcikdən başlayıb, bütün vücüdu dolandıqdan sonra, sağ qulaqcığa – sağ mədəciyə qayıtdığı yol böyük qan dövranı adlanır.
Kiçik qan dövranı ürəyin sağ mədəciyindən tək ağ ciyər kötüyü vasitəsilə başlayır, və venoz qanı ağ ciyərlərə aparır. Ağ ciyər kötüyü aorta qövsünün altında 2 şaxəyə bölünür – sağ və sol ağ ciyər arteriyaları. Bunlar ağ ciyər qapılarından daxil olaraq, orada şaxələnirlər və axırda kapilyar sisteminə keçirlər. Kapilyar sistemində alveollarda olan hava ilə qan arasında qazlar mübadiləsi gedir, havadan oksigen qana, qandan karbon qazı alveollara keçir, nəticədə venoz qan arterial qana çevrilr. Qazlar mübadiləsindən sonra kapilyarlar toplaşaraq kiçik venalar əmələ gətirir. Bunların birləşməsindən, nəhayət hər ağ ciyərdə bir cüt ağ ciyər venaları hasil olur. Bu damarlar da oksigenlə zənginləşmiş qanı ürəyin sol qulaqcığına daşıyır, oradan da qan sol mədəciyə tökülür.
Böyük və kiçik qan dövranlarından başqa orqanizmdə 3-cü dövran – ürək qan dövranı ayırd edilir, bu dövran tac damarlar vasitəsilə qalxan aortanın soğanağından başlayır, bu damarların daşıdığı qan ürəyin divarlarında kapilyar sisteminə keçdikdən sonra, venalar vasitəsilə sağ qulaqcığa tökülür.
Arteriyalar vəzifə etibarılə qanı ürəkdən üzvlərə, toxumalara daşıyır, qan təzyiqinin müəyyən səviyyədə saxlanmasına kömək edirlər. Venalar əksinə, qanı toxumalardan, üzvlərdən ürəyə aparır, qanın ürəyə qayıtmasını tənzim edir, qan üçün bir anbar vəzifəsini görür və qanı orqanizmdə bölüşdürürlər.
Qan damarlarını quruluş və vəzifələrinə görə 3 hissəyə bölürlər;
1) ürək ilə rabitədə olan damarlar – aorta, ağ ciyər kötüyü, aşağı və yuxarı boş venalar və ağ ciyər venaları.
2) magistral damarlar – qanı orqanizmin müxtəlif nahiyələrinə daşıyan böyük və orta ölçüdə olan – üzv xarici damarlar.
3) üzv damarları – üzvlərdə mübadiləni təmin edən üzvdaxili arteriyalar, venalar, kapilyarlar.
Damarların çox qismi simmetriya qanununa riayət edir – cüt, yəni hər 2 tərəfdə olurlar; yalnız daxili üzvlərə məxsus bəzi damarlar müstəsnalıq təşkil edirlər.
QAN – SANQUİS; xüsusi toxuma olub, formalı qan elementlərindən (40-45%) və maye hüceyrəarası maddə – plazmadan (55-60%) ibarətdir. Plazma 90% sudan və onda həll olmuş duz və üzvü maddələrdən, həmçinin zülal və onların kompleksindən ibarətdir. Zülallar onun həçminin 7%-ni təşkil edir. Zülalsız qan plazması zərdab adlanır. Tibbdə profilaktik və müalijə vasitəsi kimi istifadə edilir. Formalı elementləri eritrositlər, leykositlər və trombositlərdir.
Eritrositlər – 1 mm3-də qadınlarda 4-4,5 mln, kişilərdə 4,5- 5,0 mln olur, 80-120 gun yaşayır və demək olar ki, hər 3 ay ərzində tamamilə yenilərilə əvəz olunur, dalaqda ölür və qırmızı sümük iliyində yeniləri əmələ gəlir. Onların tənəffüs piqmenti olan hemoqlobin vardır ki, o özündə oksigeni və karbon qazını birləşdirmək və ayırmaq qabiliyyətinə malikdir.
Leykositlər – 1 mm3-də 4000-8000 leykosit olur, gün ərzində qidalanmadan və fiziki gərginlikdən asılı olaraq miqdarı dəyişir, orqanizmin müdafiə reaksiyalarında iştirak edir (yad cisimləri və mikroorqanizləri özündə əridir, bakteresid məddələri əmələ gətirir.) (limfositlər 3-6 ay bəzən isə hətta 5 ilə qədər yaşayır).
Trombositlər – 1 mm3-də 180000-320000 olur, damar divarının tamlığı pozulduqda leykositlər parçalanır və qanın laxtalanmasına səbəb olan xüsusi maddələr ifraz edir.
Bütün insanların qanı 4 qrupa bölünür (1900-cü ildə aşkar olunmuşdur). Qan qrupları anadangəlmə olub, insanın bütün həyatı boyu sabit qalır. Eritrositlərdə kəşf olunan antigen və ya aqlütinogen A və B hərfləri ilə işarə olunub. Bu aqlütinogenlərin hər hansı biri və yaxud hər 2-si bir yerdə eritrositlərin tərkibində yerləşə bilər, bəzən isə heç biri olmaya bilər. Beləliklə qan qrupları aqlütinogenlərə görə 0, A, B, ya AB ilə işarə olunur. Qan qruplarında olan aqlütininlərə görə 0, A, B, AB şəklində də yazıla bilər.
Eritrositlərin tərkibində olan hemaqqlütogenlər ”A” və “B” hərfləri ilə işarə edilir. Bir sıra mürəkkəb eksperimental müşahidələr əsasında qanın serumunda təyin olunmuş iki aqlütinin isə alfa və betta adlandırılmışdır. 3 aylıq dövründən başlayaraq dölün eritrositlərində A və B aqlütinogenlər, uşaq doğulandan bir yaşına qədər olan dövrdə isə qanın serumunda alfa və betta aqlütininlər əmələ gəlir.
İnsanların və eyni növdən olan heyvanların qanında olan eritrositlər qan serumu ilə yapışırsa, bu izoqqlütinasiya reaksiyası adlanır. Deməli, eyni adlı aqqlütininlə eyni olan aqqlütinogenin görüşməsi zamanı aqqlütinasiya reaksiyası əmələ gəlir. Məs; aqqlütinin alfa “A” aqqlütinogeni ilə və ya betta aqqlütinin “B” aqqlütinogeni ilə görüşən zaman aqqlütinasiya reaksiyası müsbət olur.Beləliklə qan qrupları qan serumundakı aqqlütininlər və eritrositlərdəki aqqlütinogenlərlə xarakterizə edilir. I qrup qanı olan şəxslərin eritrositlərində aqqlütinogenlər olmadığı halda qan serumunda hər iki aqqlütininlər vardır. Bu qrupun formulu I (0) II qrup qanı olan şəxslərin eritrositlərinin tərkibində ancaq “A” aqqlütinogeni qan serumunda isə “B” aqqlütinogenin vardır ki bu II(A) yazılır. III qrup üçün xarakterik eritrositlərin tərkibində “B” aqqlütinogen və qan serumunda isə ancaq alfa aqqlütinin vardır, bu III (B) yazilır. IVqrupa aid olan şəxslərin qanında isə hər iki aqqlütinogen olduğu halda, qan serumunda aqqlütinogenlərin heç biri yoxdur bu IV (AB) yazılır. I (0), II (A), III(B), IV(AB) qan qrupları (Mendel qanununa əsasən) nəsildən nəsilə keçir.

LİMFA SİSTEMİ.

Limfa sistemi damar sisteminin bir hissəsini təşkil edərək, limfa sahələrindən, limfa adlanan rəngsiz maye toxuma daşıyan limfa yollarından və qan yaradıcı üzvlərdən ibarətdir. Limfa – qələvi reakesiyalı, şəffaf, rəngsiz və ya zəif sarımtıl və yapışqana bənzər maye toxumadır, limfa elementlərindən və plazmadan ibarətdir. Xüsusi çəkisi – 1017, ümumi vəzni bədən vəzninin ¼-nə bərabərdir. Limfa elementlərinə limfositlər, leykositlər və bir az miqdarda eritroblastlar aiddir.
Limfa sistemi ilə qan-damar sisteminin fərqi bundadır ki, qan-damar sistemi dövran təşkil etdiyi halda, limfa sistemi mühitdə qapalı olur, mərkəzi ucu isə venoz sistemə açılır.
Limfanın əmələ gəlməsi aşağıdakı proseslər ilə izah olunur. Qanın su qismi və onda ərimiş molekullar qan limfası adı ilə qan kapillyarlarından hüceyrəarası sahələrə filtrasiya olunur. Bu hüjeyrəarası sahələrdə cərəyan edərək hüceyrələrdən xaric olmuş hüceyrəxarici maye ilə qarışır və bunun ilə birlikdə, toxuma limfası adlanır. Toxuma limfasının bir qismi venoz kapillyarlara, digər qismi isə qapalı limfa kapillyarlarına sorulur və burada limfa damar limfası adlanır. Sorulmuş ilmfa ardıjıl olaraq limfa damarları, sonra limfa kötükləri və axacaqları ilə cərəyan edərək venoz sisteminə tökülür.
Limfa damarları yol uzunu düyünlər vasitəsilə qırılır, limfa həmin düyünlərdən keçir.
Limfa sahələri müxtəlif olub, ölçüləri orada olan limfanın miqdarından asılıdır.
Limfa sahələri bunlardır: böyük sahələri – ürək kisəsi, plevra periton boşluqları, beyin mədəcikləri, onurğa beynin mərkəzi kanalı. Kiçik sahələri – beynini sərt qişaüstü, arası və altı boşluqlar və s. Limfa cibləri – nazik bağırsaq xovlarında və s. olur.
Limfa sistemi elementlərinin göstərdiyi funksiyalara görə onda orqanizmin immun (bioloji) müdafiəsini təmin edən immun sistem orqanları və nəqliyyat funksiyasını daşıyan limfa yolları ayırd olunur. Limfa vasitəsilə maddələr mübadiləsi məhsulları, yad cisimlər, ölmüş və şiş hüceyrələri daşınır. Limfa düyünləri baryer – süzücü funksiyası daşıyır.

QANYARADICI ORQANLAR: bu orqanlar qırmızı sümük iliyi, dalaq və timus vəzidir.
Qırmızı sümük iliyi – uşaqlarda skleten bütün süngəri hissəsini qırmızı sümük iliyi tutur, lakin 4-5 yaşlarından başlayaraq borulu sümüklərin diafizlərində bu, piy toxuması ilə əvəz olunur, yalnız epifizlərdə qırmızı sümük iliyi qalır, böyük adamlarda 1,5 kq olur. Qırmızı sümük iliyi mieloid toxumadan ibarətdir, o cümlədən, bütün qan və limfa elementlərinin ilkin – başlanğıj hissəsi olan onurğa (stvolovıe) qanyaradıcı hüceyrələrindən ibarətdir.
DALAQ – çəkisi 140-200 q olur, sol qabırğa altı nahiyədə 9-11 qabırğaların arasında proyeksiya olunur. Parenximası ağ və qırmızı pulpadan ibarətdir, əsas hissəsini qırmızı pulpa təşkil edir, o, eritrositlərlə doludur. O cümlədən dalaqda eritrositlərin parçalanması baş verir.

QAN QRUPLARININ TƏYİNİ.
Qan qruplarını təyin etmək üçün qeyd edilən reaktivlərdən və əşyalardan istifadə edilir: 1) 0 AB (II), A alfa (II), B alfa (III) standart serum qrupları ( hər birindən iki ədəd), 2) 0 A,B, standart eritrositlər qrupu, 3) fizioloji məhlul, 4) əşya şüşəsi, 5) qan götürmək üçün iynə, 6) pipetka, 7) pambıq, 8) spirt, 9) yod tinkturası.
Qan qruplarını təyin edilməsi üçün 3 üsul mövcuddur: 1) Standart serumların köməyi ilə təyin edilən şəxsin qanındakı eritrositlırhansı qrupa məxsus aqqlütinogenlərin (AB) oldugu müəyyənləşdirilir.
2) Qan qrupları soliklan “A” və soliklan “B” ilə təyin olunur.
Qan qrupunu təyin etmək üçün hər qrupa məxsus iki seriyada serum götürülür ki, səhvə yol verilməsin.
Standart serumlar aşağıdakı tələblərə uyğun olmalıdır: 1) Spesifik xassəli olmalıdır, belə ki, tərkibindəki aqqlütininlər ( alfa, betta və ya hər ikisi bir yerdə olmaqla ) ciddi təyin edilməli, hər bir kənar reaksiya ( panaqqlütinasiya) və AB qruplu sorum hər bir aqqlütinasiya verməməlidir. 2) Aqqlütinasiya reaksiyasını 30 saniyə müddətinə verməlidir. 3) Çox şəffaf və təmiz olmalıdır. 4) İrinləmə və çürümənin qarşısını almaq üçün üzərinə konservləşdirilən maddə- borat turşuşu və xinozol, 100 ml. seruma 2-3 q. kristal bor turşusu, 100 ml. seruma 4 q. xinozol əlavə edilməlidir. 5) Serum olan ampulanın üzərində dəqiq olaraq qrupu, titeri, saxlanma müddəti ( ayı, ili ), seriyası və hazırlandığı yer göstərilməlidir. Serumun qmpulalardakı etiketi ağ rəngdə olmal,o, ampulaya tökülən kimi və bağlanan kimi yapışdırılmalıdır.
“ 0 ” qruplu serumun etiketində heç bir işarə edilmir, ağ rəngdə olur.”A” qruplu serumun etigeti göy rəngdə iki dioqanal xətlə “B“ qruplu serumun etigeti açıq qırmızı rənglə üç xətlə, AB serumun etigeti isə sarı rəngdə zolaqlı xətlə işarə edilir. Serumun saxlanma müddəti hazırlanan gündən 3 aya qədərdir. Hər ampulda 1,2,3,5 ml. serum olur. AB qruplu serum isə 0,5 ml. ampullarda buraxılır.
Qan qrupu təyin edilərkən aşağıdakılara ciddi riayət edilməlidir: 1) Qan qrupu 15-25 0S. istiliyi olan işıqlı otaqda təyin edilməlidir. 2) Sınaq şüşəsinin kənarına qan təyin olunacaq şəxsin adı və soyadı, digər kənarında soldan sağa istiqamətdə standart serumların üzərindəki qruplar “ 0(1)”, “A(II)”, B(III)” yazılmalıdır. 3) Ücyuvalı ştativ götürüb, hər bir yuvaya soldan sağa istiqamətdə iki komplekt standart serum 0(I), A(II), B(III) düzülməli və hər birinə pipet salınmalıdır. AB0 IV qrupa aid olan serum ayrıca kontrol üçün saxlanmalıdır.
Hər bir ampuladan 0(I) öz pipetkası ilə bir damcı serum götürüb özünəməxsus sınaq şüşəsinə 0(I) yazılmış rəqəmlərin altına tökülür və pipetka dərhal öz ampulasına qoyulur. Bu əməliyyat o biri qruplar üzrə də təkrar olunur. Sonra qan qrupu təyin edilən şəxsin 3-cü və ya 4-cü barmağının ucu spirtlə silinib, xüsusi iynə ilə deşilir və həmin barmağı sıxaraq oradan çıxan qan hər bir serum damcısının yanına qoyulur ( 3 damcı). Hər damcı ayrı-ayrı çubuqla qarışdırılır. 5 dəqiqə baxılır. Aqqlütinasiya olunan kimi bir damla fizioloji məhlul (NaCl) əlavə edilir,yenə 5 dəqiqə gözlənir, bu zaman izohemoaqqlütinasiya reaksiyası ”+” və ya “-“ olmalıdır. “+” reaksiya zamanı ilk dəqiqədən başlayaraq qarışıqda xırda qırmızı dənəciklər, sonra isə eritrositlərin yapışmasından həmin dənəciklərin birləşməsindən bir qədər böyük dənələr əmələ gəlir. (Bu zaman serum tamamilə rəngsiz olur) “-“ reaksiya zamanı isə qarışıq həmişə bərabər rənglənmiş çəhrayi rəng alır və heç bir dənəcik olmur.
Əgər hər 3 serumla qan qarışığının hamısında mənfi reaksiya alınmışsa yoxlanılan qan 0(I) qrupa aiddir.
Əgər A(II) rəqəminin altındakı damcı qarışığında reaksiya “-“ 0(I) və B(III)-də “+” ilə, yəni bunlarda dənəciklər əmələ gəlibsə yoxlanılan qan A(II) qrupa aiddir.
Əgər A(III) rəqəminin altındakı damcı qarışığında reaksiya “-“ , 0(I) və A(II) reaksiya “+” isə yoxlanılan qan B(III) qrupa aiddir.
Əgər bütün damcı qarışığında “+” reaksiya alınıbsa, onda yoxlanılan qan AB(IV) qrupa aiddir. Belə hallarda səhvə yol verməmək üçün qan qrupu əlavə olaraq bir də yoxlanılmalıdır. Bunun üçün AB0(IV) standart hemoaqqlütinasiyalı serumdan istifadə edilir.Bunun üçün bir damcı AB(IV) qrup serum və üzərinə sancaq başı boyda bir damcı yoxlanılan qandan əlavə edilir, 5 dəqiqədən sonra reaksiya “-” alınıbsa, qan qrupu düzgün yoxlanılıbdeməkdir və bu qan AB(IV) qrupa aiddir.
Qan qruplarını iki soliklon anti “A” ( qırmızı rəngdə ) və soliklon anti ”B” (göy rəngdə) ilə təyin etmək üçün sınaq şüşəsinin üzərinə xəstənin adı, soyadı, atasının adı yazılır. Bunun altındakı cərgədə “A” və “B” soliklonları yazılaraq bu hərflərin altına pipetka ilə qan damcıları qoyulur və ayrı-ayrı pipetka ilə soliklon anti ”A”-dan “A” damcı qan olanın üzərinə əlavə edilib, sonra digər pipetka ilə soliklon “B” –dən bir damcı götürüb digər “B” damcı qanın üzərinə tökülür, qarışdırılır.
Əgər damcıların heç birində reaksiya yoxdursa, yəni reaksiya mənfidirsə bu 0(I) qrupuna aiddir.
Əgər “A” –da reaksiya “+” və “B” –də reaksiya “-“ isə bu A(II) qrupa aiddir.Əgər “A” –da reaksiya mənfidirsə və “B” reaksiya müsbətdirsə bu B(III) qrupa aiddir. Əgər hər iki damcıda reaksiya “+” isə bu AB (IV) qrupa aiddir.
Qan köçürülmə zamanı yaxşı olar ki, eyni qrupdan olan qan köçürülsün. Lakın bu mümkün olmadıqda nəzərə almaq lazımdır ki, 0(I) qruplu qan hər hansı bir qrupdan olan xəstəyə köçürülə bilər. Lakin 0(I) qrup qana malik şəxsə yalnız 0(I) qrup qan köçürülə bilər. A(II) qrup qan yalnız eyni qrup və AB(III) qrup qanı olan adamlara köçürmək üçün yararlı ola bilər.B(III) qrup qan isə B(III) və AB(IV) qrup qanı olan şəxslərə köçürülə bilər. AB(III) qrup qan yalnız eyni qrupdan olan xəstələrə köçürülə bilər.

REZUS – AMİL.
Müşahidələr zamanı məlum olmuşdur ki, Macacuss rhezus növündən olan meymunların və eyni zamanda insanların 85%-nin eritrositlərində xüsusi antigen deyilən maddə tapılmışdır. Antigeni olan bu şəxsləri rezus -amilli adlandırmışlar.Belə insanlar “+” rezus amilli (Rh+),qanında antigeni olmayanlar isə rezus mənfi amilli (Rh-) hesab edilirlər.
Əgər qanı mənfi rezus amilli (Rh-) olan xəstəyə səhvən müsbət rezus amilli(Rh+) qan köçürülərsə bu zaman rezus anti tel deyilən maddə əmələ gəlir. Belə xəstəyə təkrarən (Rh+) qan köçürülərsə, xəstədə ölümlə nəticələnən hemotransfuzion reaksiya yarana bilər. Beləliklə, qan köçürmədən əvvəl mütləq xəstənin rezus amili təyin edilməlidir. Rezus amili mənfi olan şəxslərə ancaq (Rh-) qan köçürülməlidir.

28