• en
  • ru

Sibir Yarası

Sibir Yarası
Sibir Yarası (Qara Yara) Xəstəliyi (Anthrax) – kəskin zoonoz infeksion xəstəlikdir. İnsanda dəri, ağ ciyər, bağırsaq və septik formaları olur.
Sibir xorası xəstəliyinin törədicisinin sporları ətraf mühitə qarşı çox davamlıdır. Xəstəliyin sporları onillər boyu öz yoluxdurma qabiliyyətini qoruya bilir. Ancaq vegetativ formasının (kapsul) istiyə və kimyəvi maddələrə qarşı müqaviməti çox zəifdir. Sporlar 550 40 dəqiqə, 600 15 dəqiqə qaynadıldıqdan sonra patogenliyini itirir Bir neçə dəqiqə kifayət edir ki, dezinfeksiyaedici maddələr bakteriyaları tam məhv etsin.
Xəstəlik insanlara infeksiyalı heyvanlardan birbaşa və yaxud dolayı yolla- əksər hallarda dəridən, nadir hallarda isə həzm sistemi və tənəffüs sistemi vasitəsilə yoluxur. Yəni heyvandakı yaraya toxunmaqla təmasda olan kəsin dərisindəki sızaq və sıyrılmış yerlər Sibir xorasının sporları üçün ən münbit ocaqdır. Sporlar xəstə heyvanın ətinin yeyilməsi ilə həzm sisteminə, xəstəlik törədicilərinin havadakı sporları vasitəsilə tənəffüs sisteminə yoluxa bilir.
Xəstəlik insandan insana keçmir.
Etiologiya – törədicisi sporlu bakteriya olan Bacillus anthracis-dır. Havasız yerdə, qızdırdıqda, dezinfeksiyaedicilərin təsirindən ölür.
Simptomları, gedişi; gizli dövrü bir neçə saaatdan 2-14 günə qədər ola bilər. İnsanda ən çox dəri formasında keçir (95-99% hallarda) və yalnız 1-5 % hallarda ağ ciyər və bağırsaq formasında keçir.
Dəri forması: ən çox rast gəlinən formadır. Heyvanın dərisi, yunu, əti ilə sızanaqlardan yoluxma ilə ortaya çıxır. Daha çox əl, qol, boyun və üz nahiyələrində görünür. Dəri infeksiyası böcək sancmasına bənzər şəkildə qabarıq, qaşıntılı bir şişkinlik olaraq inkişafa başlayır. Ancaq 1-2 gün içərisində vezikula ortaya çıxır. Daha sonra bu, ağrısız, 1-3 sm böyüklüyündə, ortasında səciyyəvi qara nekroz sahəsi olan xoraya çevrilir. Yaxın limfa düyünlərində şişkinlik və infeksiya yerində ödem inkişaf edir. Dəridə dəyişiklik yoluxma yerində əmələ gəlir. Əvvəlcə qırmızı qaşınan ləkə əmələ gəlir, sonra papulaya çevrilir, daha sonra tərkibi şəffaf və ya hemorragik maye ilə dolu vezikulaya çevrilir. Qaşınma nəticəsində partlayır, ortasında qara yara əmələ gəlir və çoxlu seroz maye axır. Kənarlarında iltihabi sahə əmələ gəlir, burada da vezikulalar əmələ gəlir, bunların ətrafı ödemləşir, regionar limfa adenit əmələ gəlir. Yara və limfaadenit olan hissələrdə ağrı hissiyatı olmur. Yara əmələ gələn dövrədə qızdırma başlayır, 5-7 gün davam edir, ümumi zəiflik, əzginlik, baş ağrıları, adinamiya olur. Sonra isə bütün proses geriyə inkişaf edir, tempratura düşür, qaysaq inkişaf edir. 10-14 gündə qaysaq qopur, irinli-qranulyasiya başlayır, sonra çapıqlaşır.
Ağ ciyər formasının İlk simptomları kəskin başlayır, soyuqdəyməyə oxşayır və zəiflik, yorğunluq şəklində müşahidə olunur. Sonra yoluxmuş şəxsdə 39-400 qızdırma, öskürək, taxikardiya (120-140 1 dəq.də), sianoz, döşdə ağrı, qanlı-köpüklü, bəlğəmli öskürək olur, nəfəs almaqda çətinliklər ortaya çıxır. T-ra 400 və ya daha yüksək olur, A/t düşür. Ağciyər forması əksər hallarda, yəni 97% ölümlə nəticələnir. Bunun üçün də Sibir xorası törədicisi bakteroloji silah kimi istifadə edilə bilər.
Bağırsaq forması. İlk əlamətləri ürəkbulanması, qusma, iştahasızlıq və qızdırmadır. Ümumi intoksikasiya, t-ranın artması, epiqastral nahiyədə ağrı, ishal və qusma ilə keçir. Qarın köpür, palpasiyada kəskin ağrılı olur, qusuntu materialında qan olur.
Bu formaların hər birində sepsis inkişaf edə bilər.
Diaqnostika; epidemioloji anamnez, dəridə xarakter dəyişikliklərin əmələ gəlməsinə, labarator olaraq sibir yarası çöpünün tapılması ilə diaqnoz qoyulur. Antraksinlə allergik sınaq qoyulur.
Müalicə; penisillin qrupu dərmanlarından istifadə edilir. Levomisin suksinat gündə 3-4 q təyin edilir. Spesifik yara əleyhi immunoqlobulin 20-75ml ə/d dozada antibiotiklərlə birlikdə yaxşı effekt verir.
Dəri formasında proqnoz yaxşı, digər formalarda isə pisdir.
Profilaktika; ayrı otaqlarda-bokslarda (xəstəxanalarda) yerləşdirirlər, qulluq əşyaları ayrıca olur və dezinfeksiya edilir, dəri çapıqlaşdıqdan sonra evə yazılır.
İnfeksiyanın insandan insana keçməsi normal şəraitdə mümkün deyil. Bunun üçün də xəstəlikdən qorunmağın ən yaxşı yolu xəstə heyvanların ətinə toxunmamaq, baytar nəzarəti olmayan yerlərdən ət almamaq, əti çiy yeməmək və yarıbişmiş yeməkdən qaçmaqdır. Sibir xorası xəstəliyindən ölən insanları və heyvanları uyğun bir şəkildə basdırmaq və ya yandırmaq yayılmanın qarşısını alır.
Peyvəndləmə 2 həftə ara ilə 3 dəfə vaksinin dəri altına yeridilməsi və 6-cı, 12-ci, 18-ci aylarda revaksinasiyalardan ibarətdir. Daha sonralar ildə bir dəfə revaksinasiya məsləhət görülür
Sibir yarası peyvəndləməsində allergiyası olan və xəstəliyin dəri formasını keçirib sağalanların peyvənd olması məsləhət deyil.
Peyvənddən sonra ortaya çıxması mümkün olan fəsadlar: lokal olarak ağrı, qızartı (10-15%), lokal şişkinlik (50%), əzələ və oynaq ağrıları (20%), baş ağrısı (20%), qızdırma və titrəmə (5%) və mədə bulanması (5%).
Heyvanlar üçün nəzərdə tutulmuş vaksin insanlarda qətiyyən istifadə olunmamalıdır.

18